İradə nuriyeva


Dövlət müstəqilliyinin bərpa olunması



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə28/30
tarix28.04.2017
ölçüsü2,42 Kb.
1   ...   22   23   24   25   26   27   28   29   30

2. Dövlət müstəqilliyinin bərpa olunması.  
Azərbaycan müstəqilliyin ilk illərində 
 
Moskvada 1991-ci il avqust hadisələrindən sonra Azərbay-
canda siyasi vəziyyət daha da gərginləşdi. Azərbaycan xalqı respub-
likanın rəhbərliyinə qarşı narazılıq çıxışlarını gücləndirdi. Mitinq-
lərdə respublikada prezident seçkilərinin dayandırılması, parlamen-
tin buraxılması, yeni parlament seçkilərinin keçirilməsi, Kommunist 
Partiyasının ağalığının, fövqəladə  vəziyyətinin ləğv edilməsi, 
DQMV-də Azərbaycanın suveren hüquqlarının təmin olunması 
üçün qəti tədbirlərin götürülməsi tələb edilirdi. Azərbaycan Respub-
likası Ali Sovetinin xalqın təkidi ilə çağırılmış növbədənkənar sessi-
yası  1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının 
dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul 
etdi. 
1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisi H.Əli-
yevi Ali Məclisin sədri seçdi. Ertəsi gün Ali Məclisin qərarı ilə 
Naxçıvan MR ərazisində prezident seçkiləri dayandırıldı. 8 sentyabr 
prezident seçkilərinədə A.Mütəllibov yenidən Prezident “seçildi”. 
Erməni silahlı qüvvələrinin qarşısını almaq məqsədilə Azər-
baycan Respublikası Ali Soveti 1991-ci il oktyabrın 9-da “Azər-
baycan milli özünümüdafiə qüvvələri haqqında” qanun  qəbul 
etdi. Lakin düşmən hücumunun qarşısını almaq üçün dövlət səviy-
yəsində lazımi tədbirlər görülmürdü. 10 minlərlə dinc əhali qaçqına 
çevrilmişdi. Sovet Ordu hissələrinin köməyi ilə ermənilər Goranboy 
rayonunun bir neçə kəndini tutub dağıtdılar. 
Xalqın təkidi ilə Ali Sovetin 1991-ci il oktyabrın 18-də top-
lanmış sessiyası “Azərbaycan Respublikasının dövlət müstəqilli-
yi haqqında Konstitusiya Aktı”nı  qəbul etdi. Bununla Azərbay-
canın dövlət müstəqilliyi bərpa olundu. Yerlərdə möhkəmlənmək 
üçün Prezident oktyabrın 18-də rayonlarda, şəhərlərdə və şəhər ra-
yonlarında icra hakimiyyəti başçısı vəzifəsi təsis etdi və özünə sa-
diq adamları həmin vəzifələrə təyin etdi. Prezident idarəsi yaradıldı. 
Dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis olundu. İlk döv-

 
300
lət katibi akademik Tofiq İsmayılov təyin edildi. 
Yuxarı Qarabağda Xocavəndin erməni işğalçıları  tərəfindən 
hücumlara məruz qalması ilə əlaqədar vəziyyəti yerində öyrənmək 
üçün respublikanın yüksək dövlət və hökumət nümayəndəsini 
aparan vertalyotun noyabrın 20-də Qarakənd erməni yaşayış mən-
təqəsi yaxınlığında vurulub salınması  xəbəri Azərbaycan xalqını 
sarsıtdı. 
Noyabrın 26-da Ali Sovet bərabər  əsasda 25 nəfər demok-
ratik blok nümayəndəsindən və 25 nəfər iqtidaryonlü deputatdan 
ibarət Milli Şura yaratdı.  1991-ci il dekabrın 8-də Brest şəhəri 
yaxınlığındakı “Viskuli” mehmanxanasında Belorus, RF və Ukray-
na rəhbərləri Müstəqil Dövlətlər Birliyi yaradılması haqqında mü-
qavilə bağladılar və SSRİ-nin beynəlxalq subyekt kimi varlığına son 
qoydüğünü elan etdilər. Dekabrın 25-də Qarbaçov SSRİ Prezidenti 
vəzifəsindən istefa verdi. Beləliklə, hüquqi cəhətdən SSRİ-nin var-
lığına son qoyuldu. 
Azərbaycan Respublikasında  dekabrın 29-da referendum 
keçirildi.  1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respub-
likasının  Dövlət himnini,  1993-cü ilin əvvəlində Dövlət gerbini 
təsdiq etdi. 1993-cü ilin əvvələrində Azərbaycanın dövlət müstə-
qilliyi 100-dən artıq dövlət tərəfindən tanınmış, 70 xarici dövlət ilə 
diplomatik əlaqələr qurulmuşdu. Azərbaycan Respublikası 14 bey-
nəlxalq təşkilata üzv qəbul edilmişdi. Azərbaycan 1991-ci ildə İs-
lam Konfransı  Təşkilatına, 1992-ci ilin fevralında  İqtisadi 
Əməkdaşlıq Təşkilatına, Helsinki müşavirəsinin yekun aktına 
və Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Müqaviləsinə, mar-
tın 2-də isə BMT üzv qəbul olunmuşdu (27, s. 289). 
Müstəqilliyini elan etmiş Azərbaycan Respublikası ilk günlər-
dən digər dövlətlərlə münasibətlərini dövlət sərhədlərinin toxunul-
mazlığı, ərazi bütövluyu, mübahisəli məsələlərin dinc yolla nizama 
salınması, başqa dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri 
əsasında qurdu. Helsinki Müşavirəsinin Yekun Aktında irəli sürülən 
hüquqi öhdəlikləri yerinə yetirməyə çalışırdı. Bununla belə, iqtidar 
dünyanın böyük dövlətlərinin Azərbaycanla bağlı maraqlarını təmin 
edə biləcək tarazlı siyasət yeridə bilmədiyindən Dağlıq Qarabağ 

 
301 
probleminin vaxtında həlli üçün ona lazımi dəstək verilmədi. 1991-
ci ilin sonunda Rusiya ilə Ermənistan arasında  “Dostluq,  əmək-
daşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə” bağlanması 
Rusiyaya Dağlıq Qarabağ ermənilərini Azərbaycana qarşı açıq-
aşkar silahlandırmaq imkanı verdi. 
Ali Sovetin “Azərbaycanın milli özünümüdafiə qüvvələri 
haqqında” qanununa əsasən 1991-ci ilin noyabrında 22 sərhəd-
yanı bölgədə yerli əhalidən könüllü ərazi özünümüdafiə batalyonları 
yaradıldı. 1991-ci il oktyabrın 9-da Ali Sovet “Azərbaycanın mil-
li özünümüdafiə qüvvələri haqqında” qanun  qəbul etmişdi. Dö-
yüş qabiliyyətinə malik olmayan, lazımi silah və sursatla təmin 
olunmayan və müdafiə taktikası seçməyə  məcbur olan özünümü-
dafiə batalyonları rus və erməni silahlı qüvvələrinin hücumlarının 
qarşısını ala bilmirdilər. Belə bir şəraitdə ermənilər rusların köməyi 
ilə  1992-ci ilin yanvarında Kərkicahan, fevralında Malıbəyli, 
Quşçülar kəndlərini  ələ keçirib Xocalı  və  Şuşanı mühasirəyə al-
mağa başladılar. Şuşanı mühasirədən çıxarmaq üçün aparılan “Daş-
altı” əməliyyatı uğursuz oldu. Qeyri-bərabər döyüşdə düşmən hərbi 
hissələri  Qarabağlı  kəndini  ələ keçirib 150-yə yaxın müdafiəçini 
və kənd sakinini vəhşicəsinə qətlə yetirərək, meyitləri silos quyula-
rına atdılar. Fevralın 25-də axşam saat 9-da erməni silahlı qüvvə-
ləri, Xankəndindəki Rusiyaya məxsus 366-cı və 81 mexanikləşdiril-
miş atıcı alay və muzdlu quldurlar Xocalıya hücum etdilər. Cəmi 
150 nəfər müdafiəçisi olan Xocalı düşmənlə üz-üzə qaldı. Düşmən 
ilk zərbəni hava limanına vurdu. Əlif Hacıyevin rəhbərlik etdiyi 
22 nəfərlik dəstə düşmənin hücumlarını üç dəfə qəhrəmanlıqla dəf 
edə bildi. Lakin komandir dispetçer məntəqəsini partladaraq düş-
mən əlinə keçməsinə imkan vermədi, sonrakı döyüşlərdə Ə.Hacıyev 
qəhrəmancasına həlak oldu. Komandir Tofiq Hüseynov onlarla 
adamın mühasirədən çıxmasına  şərait yaratdı, son gülləni özünə 
vurdu. 
Xocalı soyqırımında  613 nəfər öldürüldü, 487 nəfər ya-
ralandı, 1275 nəfər  əsir götürüldü, 8 ailə bütünlüklə məhv edildi, 
şəhər yandırıldı. Xocalı faciəsindən sonra xalqın tələbi ilə Ali Sove-
tin fövqəladə sessiyasında A.Mütəllibov istefa verməyə  məcbur 

 
302
oldu. 1992-ci ilin martında Rusiyanın  əlaltısı  Rəhim Qazıyev 
Müdafiə naziri vəzifəsini ələ keçirdi (7, s. 299). 
Şuşa  artıq mühasirədə idi. 1500 nəfər döyüşçüsü olan Şuşa 
batalyonunda 500 döyüşçü qalmışdı (54). Hücum ərəfəsində döyüş-
çülərin məzuniyyətə buraxılması R.Qazıyevin niyyətindən xəbər 
verirdi.  Mayın 7-dən 8-nə keçən gecə  şəhər güclü artilleriya atə-
şinə tutuldu və 6000 düşmən  əsgəri 72 tankla şəhərə hücum etdi 
(36; 54). 366-cı alay öz xidmətlərini göstərdi. Döyüş zamanı 155 
nəfər  şəhid oldu, 167 nəfər yaralandı, 20 nəfər itkin düşdü (20). 
Azərbaycan hərbi hissələrinin döyüş texnikası  şəhərdən çıxarıldı. 
Mayın 9-da Şuşa süqut etdi. 
Moskvanın dəstəyi ilə A.Mütə

 
303 
ci ilin iyununda verilən Prezident fərmanı  müəyyən rol oynadı. 
Azərbaycan milli ordusu xüsusi təyinatlı polis dəstələrinin köməyi 
ilə işğal olunmuş ərazilərin bir hissəsini quldurlardan təmizlədi. 
1992-ci ilin yayında Azərbaycan ordusunun Ağdərə əmə-liy-
yatı  nəticəsində Goranboy bölgəsinin işğal edilmiş torpaqları azad 
edildi. Xocavənd istiqamətində gedən döyüşlərdə də düşmənə ciddi 
tələfat verdilər. 
Hökumətin Türkiyəyə meylini açıq nümayiş etdirməsi nəinki 
regionda maraqları olan Rusiya və İranı, hətta Qərb dövlətlərini də 
narahat etdi. ABŞ Konqresi 1992-ci ilin oktyabrında Azərbaycanı 
guya Ermənistanı blokadaya salmaqda günahlandırıb, “Azadlığı 
Müdafiə Aklı”na Azərbaycana dövlət səviyyəsində hər cür yardım 
göstərilməsinə sərt məhdudiyyətlər qoyan 907-ci düzəlişi qəbul etdi. 
Rusiyanın hakim dairələri Ermənistana hərbi yardımı gücləndirdi. 
Azərbaycan ordusunda vəziyyət bərbad idi. Azərbaycan silahlı 
qüvvələri məğlub olur, ağır itkilər verir və geri çəkilirdilər. 
Dövlət çevrilişi yolu ilə hakimiyyəti  ələ keçirmək istəyənlər 
1992-ci ilin sonu-1993-cü ilin əvvəllərində  hərbi qüvvələrimizi 
strateji  əhəmiyyətli Kəlbəcərdən, az sonra Ağdərə bölgəsindən çı-
xardılar.  Ağdərə-Kəlbəcər yolu düşmən tərəfindən tutuldu. 1993-
cü ilin fevralında Ermənistan ordusu MDB 7-ci ordusunun 128-ci 
motoatıcı alayının və muzdlu əsgərlərin (kazaklar) iştirakı ilə Ağdə-
rəni  ələ keçirdilər. Martın sonundan güclü atəşə tutulan Kəlbəcər 
1993-cü il aprelin 3-də düşmən  əlinə keçdi. 15 minədək  əsir gö-
türüldü, qız-gəlin özünü sıldırım qayalardan atıb məhv etdi. 144 ya-
şayış məntəqəsi işğal edildi, 500-dən çox müəssisə, 13 min ev, 100 
min qaramal, 500 min davar, 5000 at, 1 mln. ev quşu, 50 min arı 
ailəsi, 195 min xalça və s. qarət edildi. Kəlbəcərin itirilməsi AXC-
Müsavat iqtidarının süqutunu yaxınlaşdırdı. 
BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kəlbəcə-
rin ermənilər tərəfindən işğalını pisləyən 822 saylı  qətnamə qəbul 
etdi. 
 

 
304
 
II BƏND:  
Milli dövlətçiliyin qorunub  
möhkəmləndirilməsi uğrunda mübarizə  
(1993-1995-ci illər) 
 
Plan: 
1. Milli qurtuluş. Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə 
gətirilməsi. Milli dövlətçiliyə qarşı qəsdlərin qarşısının alınması. 
2. Azərbaycan Respublikasının yeni neft strategiyası. “Əsrin 
müqaviləsinin” imzalanması. 
 
1.
 
Milli qurtuluş. Heydər Əliyevin  
yenidən Azərbaycan rəhbərliyinə gətirilməsi.  
Milli dövlətçiliyə qarşı qəsdlərin  
qarşısının alınması.  
 
Hakim dairələr H.Əliyevin nüfuzundan ehtiyatlanaraq, Naxçı-
van MR-ə enerji verilməsi, Bakı-Naxçıvan qatarının hərəkətini 
dayandırdı. Naxçıvan MR blokadaya alındı. Naxçıvan MR Türki-
yədən kredit aldı, 1992-ci il mayın 28-də Sədərək-Dilucu “ümid” 
körpüsü açıldı. İranla da münasibət qaydaya salındı. Naxçıvan qon-
şu ölkələrdən enerji almaqla tələbatın qismən də olsa ödənilməsinə 
nail oldu. 
Ölkədə qurtuluş hərəkatı başladı. Hakimiyyət dairələri xofla-
naraq Naxçıvanda çevriliş etməyə  və Xalq Cəbhəsini hakimiyyətə 
gətirməyə cəhd etdilər. Xalq Cəbhəsinin silahlı dəstələri Daxili İşlər 
Nazirliyinin binasını, televiziya studiyasını ələ keçirsələr də, H.Əli-
yevin çağırışı ilə ayağa qalxan əhali onları geri oturtdu. 1992-ci il 
noyabrın 21-də Naxçıvanda H.Əliyevin sədrliyi ilə Yeni Azərbay-
can Partiyası (YAP) yarandı, Proqram və Nizamnaməsi müzakirə 
olunub qəbul edildi. 
1993-cü ilin iyununda Gəncədə hərbi qiyam baş verdi. Sakit 
Hüseynovun  təsiri ilə 709 saylı  hərbi hissə Müdafiə Nazirliyinə 

 
305 
tabe olmurdu. Ə.Hümbətov isə tabeliyində olan silahlı qüvvələrə 
söykənərək cənub bölgəsində qondarma “Talış-Muğan Respubli-
ka”sını  yaratmağa çalışırdı. Eyni zamanda ölkənin şimal-şərq böl-
gəsində  “Ləzgistan dövləti” yaratmaq istəyirdilər. Bunlar Mos-
kvadan idarə olunurdu. İyunun 4-də hökumət hərbi qiyamı yatırt-
maq üçün Gəncəyə 3 minədək canlı qüvvə və hərbi texnika yeritdi. 
Ölkədə  vətəndaş müharibəsi başlandı. 709 saylı  hərbi hissənin 
kazarmaları, hava limanı dağıdıldı. 35 nəfər həlak oldu. 135 nəfər 
yaralandı. Qiyamçılar tərəfindən 1200 döyüşçü, respublika pro-
kuroru girov götürüldü. Onlar Bakıya Ali Sovet sədrinin, Baş na-
zirin, bir qədər sonra isə Prezidentin istefa verməsi tələbi ilə ulti-
matum göndərdilər, cavab almadılar və Bakıya döğru hərəkət et-
dilər. Dövlət rəhbərləri son anda kömək üçün H.Əliyevə müraciət 
etdi.  H.Əliyev  1993-cü il iyunun 9-da hökumətin onun ardınca 
göndərdiyi təyyarə ilə Bakıya gəldi. Vətəndaş müharibəsini aradan 
qaldırmaq üçün H.Əliyev iyunun 13-14-də Gəncədə oldu. H.Əliyev 
Azərbaycanı qardaş qırğınından qurtarmaq üçün düşünülmüş siyasi 
manevr edərək S.Hüseynov başda olmaqla, hərbi müxalifəti 
zərərsizləşdirdi.  1993-cü il iyunun 15-də  H.Əliyev Ali Sovetin 
Sədri seçildi. Bu gün tarixə  “Milli Qurtuluş Günü” kimi düşdü. 
Prezident  Ə.Elçibəy iyunun 18-də  gecə  xəbər vermədən paytaxtı 
tərk edib anadan olduğu Ordubad rayonunun Kələki kəndinə getdi. 
İyunun 24-də  Milli Məclis  prezident səlahiyyətlərini  də Ali 
Sovetin sədri  H.Əliyevə  həvalə etdi. H.Əliyev S.Hüseynovu Baş 
nazir vəzivəsinə təyin etdi və onu öz nəzarəti altında saxladı. 
Ə.Hümbətov  1993-cü ilin avqustunda batalyonları Fizuli 
bölgəsindən geri çəkməklə respublikanın 7 cənub rayonunda “Ta-
lış-Muğan Respublikasının” yarandığını elan etmiş, “hökumət” 
qurmuşdu. H.Əliyev həmin bölgənin deputatları, ağsaqqalları və zi-
yalıları ilə görüşdü, televiziya vasitəsilə əhaliyə müraciət etdi. Kor-
təbii mitinq “TMR” ləğv etdi. Beləliklə, Azərbaycanın parçalanması 
təhlükəsi aradan qalxdı.  1993-cü ilin avqustunda Cəbrayıl, Fü-
zuli, Qubadlı rayonları işğal olundu. 

 
306
Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 29-da Prezident 
Ə.Elçibəyə etimad haqqında referendum keçirildi və referendumda 
iştirak edənlərin 97,5%-i Prezidentə etimadsızlıq göstərdi (46, s. 
494). 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı H.Əliyevi alter-
nativ  əsasla səs çoxluğu ilə Azərbaycan  Respublikası Prezidenti 
seçdi. 
H.Əliyev 1923-cü ildə Naxçıvan  şəhərində anadan olmuş, 
1939-1941-ci illərdə Azərbaycan Sənaye  İnstitutunda (indiki 
ADNA) oxumuş, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin 
(indiki BDU) tarix fakultəsini bitirmişdi. 1941-1967-ci illərdə 
Azərbaycan SSR Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik 
Komitəsi orqanlarında işləmişdi. 1967-1969-cu illərdə Azərbaycan 
Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olmuş, 1969-cu ilin iyu-
lunda Azərbaycan KP MK-nın birinci katibi seçilərək, 1982-ci ilə 
kimi bu vəzifədə çalışmışdı. O, 1982-1987-ci illərdə Sov.İKP MK-
nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin Birinci 
Müavini olmuşdu. 1990-cı ilin yayında doğma Bakıya qayıtmışdı. 
Lakin, o zamankı iqtidar tərəfindən Bakıda məskunlaşmasına icazə 
verilmədiyindən o, anadan olduğu Naxçıvana getmişdi. 1991-1993-
cü illərdə Naxçıvan MR Ali Məclisinin sədri, Azərbaycan Respub-
likası Ali Soveti sədrinin müavini olmuşdu. 1992-ci ilin noyabrında 
təsis olunmuş Yeni Azərbaycan Partiyasının sədri seçilmiş, vəfat 
edənə qədər bu vəzifəni daşımışdı. 1993-cü ilin iyununda o, yenidən 
Azərbaycan rəhbərliyinə  gətirilmişdi. 1993-2003-cü illərdə Müs-
təqil Azərbaycan Respublikasının Prezidenti olmuşdu.  İki dəfə So-
sialist  Əməyi Qəhrəmanı  fəxri adına layiq görülmüş,SSRİ-nin və 
xarici dövlətlərin yüksək orden və medalları ilə  təltif olunmuşdu
2003-cü il dekabrın 12-də dünyasını dəyişmişdi (12, s. 255). 
H.Əliyev öz vəzisifəsini dövlət intizamının, qanunçuluğun, 
hüquq-mühafizə orqanlarının, ordunun möhkəmləndirilməsindən 
başladı.  1993-cü il sentyabrın 24-də  Azərbaycan MDB-yə daxil 
oldu. Müxtəlif siyasi qüvvələrin döyüş bölgələrində törətdikləri 
təxribat nəticəsində  Zəngilan rayonu da oktyabrın 29-da  işğal 
edildi. 

 
307 
Dağlıq Qarabağ məsələsinin qondarılması zəminində baş-
lamış Ermənistan-Azərbaycan müharibəsi nəticəsində respub-
lika  ərazisinin 20 %-ə  qədəri işğal edildi, 20 minə yaxın adam 
öldürüldü, 50 mindən çox insan yaralandı  və  əlil oldu, 4 minə 
qədər adam əsir alındı və ya girov götürüldü, bir milyondan çox 
insan qaçqına çevrildi. Erməni işğalı nəticəsində Azərbaycanın 
900-dən çox kəndi, 10 şəhəri, 11 şəhər tipli qəsəbəsi, 88 min 
yaşayış binası, 1000-dən çox iqtisadi obyekti, 250 məktəbi və 
digər təhsil müəssisəsi, 250 tibb müəssisəsi qarət edildi və da-
ğıdılıb yandırıldı. 
Prezident fərmanı ilə 1993-cü il noyabrın 1-də Dövlət Mü-
dafiə  Şurası yaradıldı. H.Əliyev  1993-cü il noyabrın 2-də tele-
viziya və radio vasitəsilə xalqa müraciət etdi və birləşib düşmənə 
qarşı mübarizəyə qalxmağa çağırdı. Könüllülərdən ibarət taborlar 
yaradılıb cəbhəyə göndərildi. 
Beyləqan istiqamətində hücuma keçən düşmən itki verib geri 
çəkilməyə  məcbur oldu. 1994-cü ilin əvvəllərində Milli Ordunun 
hücum  əməliyyatı  nəticəsində Füzuli rayonun Horadiz qəsəbəsi və 
22 kəndi, Cəbrayıl və Kəlbəcər rayonlarının bir sıra yaşayış məntə-
qəsi azad edildi. Kəlbəcər-Laçın yolu istiqamətlərində müvəffəqiy-
yətlər qazanıldı. 4 min düşmən əsgər və zabiti, 50 zirehli texnika, 15 
artilleriya qurğusu məhv edildi. Rusiya 1992-ci ilin martında yara-
dılmış  Minsk qrupunun üzvlərindən biri olmasına baxmayaraq, 
münaqişəni yatırmaq  əvəzinə Ermənistanın xeyrinə saziş layihəsi 
təklif etdi. Azərbaycan sazişi imzalamaqdan imtina etdi. Ermənistan 
Ağdam və  Ağdərə rayonlarının bir neçə yaşayış  məntəqəsini işğal 
etdi. Lakin Milli Ordu düşmən hücumlarının qarşısını ala bildi. 
Uğurlu xarici siyasət nəticəsində  1994-cü il mayın 12-də atəşkəs 
əldə edildi. 
1994-cü il sentyabrın 20-də Prezident H.Əliyevin təşəbbüsü 
ilə  “Əsrin müqaviləsi” imzalandı. Cəmiyyətdə vahimə yaratmaq 
üçün mənfur qüvvələr Milli Təhlükəsizlik Nazirliyi istintaq təcrid-
xanasından dövləti cinayətdə ittiham olunan 4 dustağı qaçırdılar. 
Sentyabrın 29-da Ali Sovetin sədr müavini Afiyəddin Cəlilov və 

 
308
Prezident yanında xüsusi idarənin rəisi  Şəmsi Rəhimov  qətlə 
yetirildi.  Oktyabrın 2-də Xüsusi Təyinatlı Polis Dəstəsinin 30-a 
yaxın döyüşçüsü Respublika Prokurorluğunun binasını  zəbt etdi. 
Oktyabrın 4-də Gəncədə S.Hüseynovun tərəfdarları icra hakimiy-
yətinin binasını tutdular. Oktyabrın 3-dən 4-nə keçən gecə Prezi-
dent radio və televiziya vasitəsilə xalqa müraciət etdi. Gecə yarısı 
yüz minlərlə adam Prezident sarayı qarşısına toplaşdı və bunu görən 
qiyamçılar geri çəkilməli oldular. 1995-ci ilin martında  yenidən 
dövlət çevrilişi cəhdi baş verdi. Martın 13-də Xüsusi Təiynatlı Po-
lis Dəstəsi  əməkdaşları  Ağstafa və Qazax rayonlarında dövlət ida-
rələrini ələ keçirdilər. Bakıda isə R.Cavadov Prezidentin və Ali So-
vet sədrinin istefası tələbi ilə çıxış etdi. “8-ci kilometr” qəsəbəsində 
məskən salmış qiyamçılar şəhər istiqamətində hücuma cəhd etdilər. 
Lakin onların qarşısı alındı. 
 
2. Azərbaycan Respublikasının  
yeni neft strategiyası.  
“Əsrin müqaviləsinin” imzalanması.  
 
İstehsalı inkişaf etdirmək, Azərbaycan yeritdiyi “açıq qapı” 
siyasətinə uyğun olaraq, xarici investitorlara və kreditorlara təminat 
verən, onları müdafiə edən qanunlar qəbul edilməsi, xarici investi-
siyanın daha geniş  cəlb olunmasına imkan verdi. Beynəlxalq Val-
yuta fohdu, Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Avropa 
Yenidənqurma və  İnkişaf Bankı ilə  əlaqədar yaradılmışdı. Təkcə 
Dünya Bankı və Beynəlxalq Valyuta fondu Azərbaycana 1 milyard 
300 milyon dollardan çox kredit vermişdi (105, v. 102). H.Əliyevin 
ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Norveç, 
Rumıniya və s. ölkələrə rəsmi və işgüzar səfərləri nəticəsində həmin 
dövlətlərlə Azərbaycan arasında iqtisadi əməkdaşlıq münasibətləri 
yaradılmışdı. Bu ölkələrlə imzalanmış 90-a yaxın mühüm sənəd 
Azərbaycanın Avropa iqtisadi münasibətləri sisteminə inteqrasiyası 
prosesini süətləndirdi.  1994-cü il sentyabr 20-də imzalanmış 
“Əsrin müqaviləsi”nə əsasən 30 neft şirkəti ilə 57 milyard sərmayə 

 
309 
qoyuluşu nəzərdə tutulan 20 neft müqaviləsi imzalandı. SELF-5 
qazma qurğusu yenidən qurulub “İstiqlal” adı ilə istifadəyə verildi. 
2000-ci ilin “Qurtuluş” müasir qazma qurğusu işə salındı. “Çıraq” 
platformasından 120 m dərinlikdə 176 km-lik neft kəməri çəkildi. 
Sanqaçal Terminalı tikildi (18, s. 85; 22). 
Əsrin müqaviləsi”nə uyğun olaraq çıxarılan neftin Avropa 
bazarlarına satılması üçün 2-Bakı-Novorossiysk və Bakı-Supsa 
(Gürcüstan) neft kəmərləri çəkildi. ABŞ-ın  şahidliyi ilə Azər-
baycan, Türkiyə, Gürcüstan və Qazaxıstan Respublikaları arasında 
bağlanan müqavilələrin reallaşmağa başlaması  əsrin sonuna kimi 
Azərbaycan Neft Fonduna 230 mln. ABŞ dolları  həcmində  vəsait 
gətirdi. 1998-ci il sentyabrın 8-də Bakıda  İpək Yolunun bərpası 
üzrə beynəlxalq konfrans keçirildi. “Avropa-Qafqaz-Asiya”  dəh-
lizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında  əsas çoxtərəfli 
saziş və Bakı  bəyannaməsi imzalandı (58, s. 394). Bu konfransda 
yaradılan beynəlxalq təşkilatın mənzil qərargahı Bakıda yerləş-
dirildi. 
Azərbaycanın TASİS və TRASEKA proqramları çərçivəsində 
Avropa  İqtisadi Komissiyası ilə  əməkdaşlığı  nəticəsində respub-
likamızın nəqliyyat kommunikasiyalarından istifadə edilməklə Av-
ropa-Asiya istiqamətində tranzit yüklərinin daşınmasının həcmini 
10 dəfələrlə artırdı.  2002-ci ilin sonunda Qazaxıstan neftinin 

Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə