İradə nuriyeva


Azərbaycan XXI əsrin əvvəllərində



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə30/30
tarix28.04.2017
ölçüsü2,42 Kb.
1   ...   22   23   24   25   26   27   28   29   30

 
4. Azərbaycan XXI əsrin əvvəllərində 
 
İctimai-siyasi sabitliyin yaradılması, demokratik prinsiplərin 
bərqərar olması sahəsində ardıcıl addımların atılması Azərbaycan 
cəmiyyətinin və ictimai-siyasi qüvvələrin anarxiyadan demokrati-
yaya və qanunçuluğa keçidi yolunda ciddi dönüş yaratdı. Avropa 
Şurasına üzv qəbul olunduqdan sonra, Azərbaycan “İnsan hüquq-
larının və  əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa 
Konvensiyasına qoşuldu.  2001-il dekabrın 28-də Milli Məclis 
tərəfindən  “Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə 

 
321 
Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının 
Konstitusiyasının Qanunu qəbul edildi. “Azərbaycan Respubli-
kasının dövlət müstəqilliyinin onuncu ildönümü haqqında” 
Azərbaycan Respublikasının Prezidentinin 2001-ci il 20 mart 
tarixli fərmanı verildi. Prezident 2001-ci il mayın 23-də Dünya 
azərbaycanlılarının təşkilatlanması yolunda imzaladığı  sərən-
cama müvafiq olaraq noyabrın 9-10-da Bakı  şəhərində  Dünya 
azərbaycanlılarının I qurultayı  keçirildi. Milli Məclis  “Xaricdə 
yaşayan azərbaycanlılara münasibətdə Azərbaycan Respubli-
kasının dövlət siyasəti haqqında” qanun qəbul etdi. 2002-ci il 
iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə 
Dövlət Komitəsi yaradıldı. Azərbaycan Prezidenti H.Əliyevin fər-
manına  əsasən  2002-ci il avqustun 24-də Azərbaycan Respub-
likasının Konstitusiyasına dəyişikliklər edilməsinə dair referen-
dum keçirildi. 
2003-cü il avqustun 4-də 42 yaşlı  İlham  Əliyev Respub-
likanın Baş naziri  vəzifəsinə  təyin edildi. Oktyabrın 15-də ke-
çirilmiş prezident seçkilərində Baş nazir İlham  Əliyev ölkə  Pre-
zidenti seçildi. 2003-cü il dekabrın 12-də ümummilli lider Hey-
dər Əliyev vəfat etdi. Ümummilli liderin xatirəsini əbədiləşdirmək 
üçün Respublikanın Milli Məclisi 2005-ci ilin aprelində “Heydər 
Əliyev” ordeninin  təsis edilməsi haqqında Qanun qəbul etdi. Bu 
ordenlə  ilk dəfə Prezident İlham  Əliyev  və türk dünyasının gör-
kəmli şəxsiyyəti İhsan Doğramaçı təltif olundular. 
Neft amili Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin 
möhkəmlənməsinə kömək edir. Ölkəmizin neft strategiyasının əsas 
istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazar-
larına nəql edilməsindən ibarətdir.  2002-ci il sentyabrın 18-də 
Səngəçal sahil terminalında Azərbaycan, Türkiyə  və Gürcüstan 
dövlətlərinin başçılarının iştirakı ilə  Bakı-Tbilisi-Ceyhan ixras 
Boru Kəmərinin Azərbaycan hissəsinin təməli qoyulmuşdur. Belə 
bir mərasim 2003-cü il mayın 23-də Gürcüstan ərazisində  həyata 
keçirilmişdi. 2001-ci il martın 12-də Türkiyə Cümhuriyyəti, sent-
yabrın 29-da isə Gürcüstan Respublikası ilə  Bakı-Tbilisi-Ərzu-

 
322
rum qaz kəməri vasitəsilə Azərbaycan qazının tranziti, nəqli və 
satışı haqqında sazişlər imzalanmışdır. 2003-cü il fevralın 27-də bu 
layihənin inşasına başlandı.  2003-cü il iyulun 24-də “Lider” 
yarımdalma  dəniz qazma qurğusu istifadəyə verilmişdir.  2005-ci 
ilin fevralında “Azəri-Çıraq-Günəşli” yataqlarının Mərkəzi Azəri 
hissəsindən ilkin neftin hasilatına başlanmışdır. 
Azərbaycanda aparılan  aqrar islahatların  səviyyəsi ondan 
ibarətdir ki, kənd təsərrüfatında torpaq sahələri ilə yanaşı, bütün əm-
lak və texnika özəlləşdirilmişdir.  2002-ci il avqustun 27-də 
Respublika Prezidenti yanında Sahibkarlar Şurası yaradıldı. 1998-
2002-ci illərdə 1 saylı Bakı  İstilik Elektrik Mərkəzinin (İEM), 
Mingəçevir SES-in, “Şimal” DRES-in yenidən qurulması, Bakı 
ətrafında yüksək gərginlikli şəbəkələrin yeniləşdirilməsi, Yenikənd 
SES-in üç blokunun istifadəyə verilməsi nəticəsində elektrik ener-
jisi istehsalı xeyli artmışdı. 
2001-ci ildə Yaponiyanın  İqtisadi  Əməkdaşlıq Bankından 
alınan kreditlər hesabına Sumqayıtda Etilenpropilen zavodu əsaslı 
şəkildə yenidən qurulmuş, burada yüksək təzyiqli buxar qurğusu işə 
salınmışdır. Dünya Bankının krediti hesabına Neftçalada yeni 
Balıqyetişdirmə zavodu işə salınmışdır. Xaçmazda istifadəyə veril-
miş “Şimal” konserv zavodu bölgələrdə əhalinin məşğulluğunun tə-
min edilməsi, yerli və xarici sahibkarların iqtisadiyyatın müxtəlif 
sahələrinə sərmayə qoymalarına nail olmaq sahələrində Azərbaycan 
dövlətinin səmərəli siyasət yeritdiyini sübut edir. 
2003-cü il iyulun 7-də Avropa Komissiyasının maliyyə kö-
məyi ilə inşa olunmuş Bakı metropoliteninin 20-ci stansiyası olan 
H.Aslanov stansiyası işə salındı. 2002-2005-ci illər üçün “Yoxsul-
luğun azaldılması  və iqtisadi inkişaf sahəsində Dövlət Proq-
ramı”nda nəzərdə tutulmuş tədbirlər iqtisadi və sosial sahələri tam 
əhatə etmişdir.  2004-cü ilin 11 fevralında  qəbul edilmiş  “Azər-
baycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət 
proqramı”na müvafiq olaraq 2004-cü ildə müxtəlif bölgələrdə 20-
dən çox yeni sənaye obyekti işə salınmış, 135 mindən artıq iş yeri 

 
323 
açılmışdır. Ölkəmizin valyuta ehtiyatlarının miqdarı 1 mlrd. 800 
min dollara çatmışdır. 
Elm, təhsil, səhiyyə, idman, turizm, ətraf mühitin mühafizəsi 
problemləri dövlətin diqqət mərkəzində idi. 2002-ci ilin avqustunda 
MEA-nın 500-dən çox əməkdaşını birləşdirən Naxçıvan bölməsi 
yaradıldı. Yüksək məhsuldarlığı  və müxtəlif xəstəliklərə qarşı da-
vamlı olması ilə fərqlənən yeni bərk buğda sortlarının genetikası və 
seleksiyası sahəsində ciddi elmi nəticələr əldə edilmişdir. 
Dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitlər 2005-ci 
ildən 3 dəfədən çox artmışdır. Dövlət büdcəsi və Heydər  Əliyev 
Fondunun maliyyə  mənbələri hesabına son illərdə respublikada 
2200-dən çox məktəb binası inşa edilmişdir. 
Azərbaycanda 4,5 mindən çox ümumtəhsil məktəbi, onlarla 
litsey və gimnaziya yaradılmışdır. Ali məktəblərdə 120 mindən çox 
tələbə  təhsil alırdı-30-dan çox xarici ölkənin 2-3 mindən çox 
vətəndaşı var. Xaricdə ali təhsil almağa şərait yaradılmışdır. 2007-ci 
ilin aprelin 16-da qəbul edilmiş Dövlət Proqramına  uyğun olaraq 
yüzlərlə gəncin xaricdə dövlət hesabına təhsil almasına Dövlət Neft 
Fondu tərəfindən hər il 10-15 milyon manat pul ayrılmışdır. Bu 
proqram çərçivəsində indiyədək minlərlə Azərbaycan gənci ABŞ-a, 
Avropa və Asiyanın  ən inkişaf etmiş ölkələrinə ali təhsil almaq 
üçün göndərilmişdir (14, s. 368). 
Prezidentin “Ümumtəhsil məktəblərinin maddi-texniki ba-
zasının möhkəmləndirilməsi haqqında”  fərmanına uyğun olaraq 
2003-2007-ci illər üçün həmin məsələyə dair məqsədli Proqramın 
həyata keçirilməsi başlanıldı. 2001-ci il sentyabrın 1-də dünya stan-
dartlarına cavab verə biləcək özəl orta ümumtəhsil məktəbi olan 
2004-cü ilin sentyabrından ümum milli lider H.Əliyevin adını da-
şıyan Müasir Təhsil Kompleksi fəaliyyətə başlamışdı. Prezident 
İ.Əliyev “Bilik gününün təsis edilməsi və təhsil müəssisələrində 
iş rejiminin tənzimlənməsi haqqında” və “Azərbaycan Respub-
likasında ümumtəhsil məktəblərinin informasiyası  və kom-
munikasiya texnologiyaları ilə  təminatlı proqramı”na (2005-
2007)  dair fərmanlar imzalamışdı (21 avqust 2004). 2001-ci il 18 

 
324
iyul tarixli fərmanla avqustun 1-dən etibarən Azərbaycanda latın 
əlifbasına keçilməsi, mətbuatın, təhsilin, rəsmi yazışmaların və 
çıxışların ana dilində olması barədə  tədbirlər həyata keçirilməsinə 
başlanmışdır. Prezident 2001-ci il avqustun 9-da “Azərbaycan 
əlifbası  və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 
fərman imzalamışdır. Həmin fərmanla  avqustun 1-i Azərbaycan 
Respublikasında  Azərbaycan  əlifbası  və Azərbaycan dili günü 
kimi qeyd olunur. İ.Əliyevin  “Azərbaycan Respublikasının milli 
Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində 
latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 
2004-cü il 12 yanvar tarixli sərəncamlarına  əsasən çoxlu bədii 
nəşrlər olmuşdur. 
2009-cu ilin iyun ayında Milli Məclis tərəfindən  “Təhsil 
haqqında” qanun qəbul olunmuşdur. Avropada vahid ali təhsil sis-
teminə inteqrasiya məqsədini qarşıya qoyan Azərbaycan Respub-
likası 1999-cu ildə başlayan Boloniya prosesinə 2005-ci ildə 
qoşulmuşdur. 
2009-cu ildə Azərbaycanda elmin inkişafı üzrə Milli Stra-
tegiya və Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram qəbul edil-
dikdən sonra Azərbaycan elminin geologiya, neft və neft-kimya, 
biologiya, kimya, fizika, riyaziyyat sahələrində yeni kəşflər edil-
mişdir. Neftçıxarma sahəsində radiotexnologiya üsulları tətbiq olun-
muş, reaktiv mühərriklər üçün yeni yanacaq kəşf olunmuş və mülki 
aviasiyada uçuşların təhlükəsizliyinin elmi əsasları yaradılmışdır. 
Beynəlxalq  İnkişaf Asossiyası ilə Azərbaycan hökuməti ara-
sında imzalanmış “Mədəni irsin qorunmasına yardım haqqında” 
sazişə uyğun olaraq, Bakıda  Şirvanşahlar saray-kompleksində, 
Naxçıvan Muxtar Respublikasında Mominə xatın və Qarabağlar tür-
bələrində, Şəki xanlarının sarayında bərpa və yenidənqurma işlərinə 
başlanmışdır. 2002-ci ildə Respublika Abidələrin Bərpası Konser-
vasiyası  və  Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunmuşdur. 
Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi 
və  Qız qalası da daxil olmaqla İçərişəhər Dövlət tarixi-memarlıq 
kompleksi YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına 

 
325 
daxil edilmişdir.  İslam mədəniyyətinə xidmət edən yeni-yeni məs-
cidlərin inşa edilməsi və ya yenidən qurulması, musiqinin müxtəlif 
janrları və mədəbiyyətin digər janrları üzrə vaxtaşırı müsabiqələrin 
keçirilməsi, Bakıda xüsusi “Muğam evi”nin tikilib istifadəyə 
verilməsi buna bariz misallardır. 2005-2013-cü illər arasında 4 Mu-
ğam Televiziya Müsabiqəsi keçirilmişdir. 2011-ci ildə Azərbaycan 
“Avroviziya” (Eurovision) mahnı müsabiqəsində qalib gələrək 39 
iştirakçı dövlət içərisində I yeri tutmuşdu (14, s. 369). 
Bakı, Gəncə,  Şəki, Quba, Bərdə  və Naxçıvan  şəhərlərində 
Olimpiya kompleksləri tikilib istifadəyə verilmişdir. 2001-ci ildə 
Azərbaycan Dünya Turizm Təşkilatının tamhüquqlu üzvü oldu. 
Azərbaycan idmançıları müxtəlif beynəlxalq miqyaslı idman yarış-
malarında və Yay Olimpiya oyunlarında fəal iştirak edərək böyük 
uğurlar qazanmışlar, belə ki, təkcə 2012-ci ildə Londonda keçirilən 
XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları medal-
ların sayını 10-a (2 qızıl, 2 gümüş, 6 bürünc) çatdırdılar. 
 
5. Müstəqil Azərbaycan Respublikası  
dünya birliyində 
 
Azərbaycan  Respublikası dünya birliyinin müstəqil, bərabər-
hüquqlu dövləti kimi beynəlxalq və regional təşkilat və qurumlarda 
təmsil olunmaq, öz hüquqi yerini təmin etmək sahəsində də ardıcıl 
və  məqsədyönlü fəaliyyət göstərirdi. O, 1991-ci ilin dekabrında 
İslam Konfransı  Təşkilatına, 1992-ci ilin yanvarında ATƏM-ə 
(1994-cü ildən ATƏT), fevralında  İran, Türkiyə  və Pakistanın 
daxil olduğu  İqtisadi  Əməkdaşlıq Təşkilatına, martında BMT-
yə, NATO-nun Şimali Atlantika Əməkdaşlıq  Şurasına (1997-ci 
ildən Avropa-Atlantika Tərəfdaşlıq  Şurası-(AATŞ)), noyab-
rında Avropa Olimpiya Komitəsinə, 1993-cü ilin sentyabrında 
MDB-yə (Müstəqil Dövlətlər Birliyi), 1995-ci ilin iyununda 
Qara Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatına, 1997-ci ilin no-
yabrında özunun təşəbüsü ilə  təsis olunmuş QUAM-a qəbul 
olunmuşdu. Mühüm əhəmiyyətli bir hadisə-Avropa  Şurasının 

 
326
Nazirlər Komitəsinin  2001-ci ilin yanvar ayının 17-də keçirilmiş 
iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması 
haqqında qərar qəbul edildi. Yanvarın 25-də isə Fransanın Strasburq 
şəhərində yerləşən Avropa Şurasının iqamətgahı qarşısında ölkə-
mizin dövlət bayrağı qaldırıldı. Azərbaycanın Avropa Şurasındakı 
parlament nümayəndə heyəti  AŞ Parlament Assambleyasının 
(AŞPA) sessiyalarında, müxtəlif səviyyəli məclislərində böyük 
siyasi və diplomatik fəaliyyət göstərir. AŞ PA-nın 2001-ci il 
sentyabrın 24-də keçirilmiş payız sessiyasında Azərbaycanın  ərazi 
bütövlüyünü təsdiq edən daha bir mühüm sənəd qəbul edildi. Bu 
sənədin  əhəmiyyəti həm də ondadır ki, o Azərbaycanın işğaldan 
azad olunmaq üçün hər bir vasitəyə  əl atmasına haqq verən bey-
nəlxalq hüquqi sənəddir. Azərbaycan parlamentarilərinin Avropa 
Şurasında  əldə olunmuş  ən böyük nailiyyətlərdən biri də,  2003-cü 
ilin yanvar sessiyasında  İ.Əliyevin yekdilliklə  AŞ PA-nın vitse-
prezidenti və qurumun Büro üzvü seçilməsi oldu. İ.Əliyev Azər-
baycan dövlətçilik tarixində belə bir mötəbər təşkilatın rəhbər 
orqanlarına seçilən ilk siyasətçidir.  İ.Əliyev AŞ PA-nın sessiya-
larında dəfələrlə Ermənistanın işğalçı  və terrorçu dövlət olduğunu 
bəyan etmiş, onun işğal etdiyi Dağlıq Qarabağ, eləcə  də, digər 
Azərbaycan ərazilərindən narkotik maddələrin qanunsuz istifadəsini 
ifşa etmişdir, Ermənistanın işğalçı olduğunu faktlarla əsaslan-
dırmışdır. 
Azərbaycan dövlətinin xarici siyasət sahəsində  fəaliyyətin 
əsas istiqamətlərindən birini Dağlıq Qarabağ münaqişəsinin sülh 
yolu ilə həll edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edil-
məsi uğrunda mübarizə təşkil edir. Təəssüf ki, işğalçı Ermənistana 
qarşı beynəlxalq birliyin bitərəf mövqe tutması, BMT və ATƏT 
kimi qurumların öz təklif və  qətnamələrini (822, 853, 874, 884) 
həyata keçirmək üçün təsirli tədbirlər görməməsi səbəbindən əməli 
nəticə vermir (26, s. 560). H.Əliyev dəfələrlə bildirmişdir ki, müna-
qişənin sülh yolu ilə  həll edilməsinin tərəfdarıdır, lakin sülh im-
kanlarının tükənməsi Azərbaycanı öz torpaqlarını silahlı yolla azad 
etmək hüququndan istifadə etmək məcburiyyəti qarşısında qoya 

 
327 
bilər. Güclü orduya malik olan Azərbaycan dövləti buna qadirdir. 
ABŞ Ki-Uest şəhərindəki danışıqlarda H.Əliyev təcrübəli diplomat 
kimi Azərbaycanın milli mənafelərini ləyaqətlə  təmsil və müdafiə 
etmişdir. Məhz onun qətiyyətli mövqeyi sayəsində Ki-Üest danışıq-
ları zamanı ABŞ Dövlət Departamenti gec də olsa, Ermənistanı 
təcavüzkar dövlət kimi tanımışdır. H.Əliyevin Ki-Uest bəyanatı 
mühüm tarixi sənəddir. Azərbaycan diplomatiyasının səyləri nəti-
cəsində Azərbaycan sürətlə Avroatlantika məkanına inteqrasiya 
olunur. 2004-cü ildə Azərbaycanın daha 20 ölkədə diplomatik 
nümayəndəlikləri, o cümlədən Təbrizdə konsulluğu açılmışdır. 
Qonşu  İran, Rusiya və Türkiyə ilə münasibətlər daha da yaxşılaş-
mışdır. NATO ilə fərdi tərəfdaşlıq barədə razılıq əldə olunmuşdur. 
ABŞ Azərbaycanın strateji tərəfdaşına çevrilmişdir. 2 ildir ki, ABŞ 
Prezidenti Corc Buş “Azadlığı müdafiə Aktı”na 907-ci düzəlişi 
dayandırmağa müvəffəq olunmuşdur. Bu ölkəmizə maliyyə yardımı 
ilə yanaşı, həm də mühüm əhəmiyyətli siyasi dəstək deməkdir. 
2002-ci ilin martın 30-da ABŞ-ın Azərbaycana silah satışı üzərinə 
qoyduğu qadağan da ləğv olunmuşdur. 
Azərbaycanın NATO ilə  tərəfdaşlıq proqramının genişlən-
məsinin nəticəsidir ki, onun 2002-ci ilin noyabrında keçirilmiş 
Praqa sammitində ölkəmiz  NATO Parlament Assambleyasının 
Assosiativ Üzvlüyünə qəbul olunmuşdur. Azərbaycan dövləti Tür-
kiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Ukrayna ilə fəal siyasi, 
iqtisadi əlaqələr saxlayır, Xəzərin karbohidrogen ehtiyatlarının dün-
ya bazarına çıxarılmasında, bir çox beynəlxalq və regional prob-
lemlərin həllində strateji tərəfdaş kimi çıxış edir. Memarı Ulu ön-
dərimiz H.Əliyevin olduğu yeni neft strategiyası daha da inkişaf 
etdirilmiş, Xəzər neft və qazının Avropaya öturulməsinin yeni: 
Türkiyə-Yunanıstan-İtaliya, Odessa-Brodi-Platsk-Qdansk, Nabukko 
“Cənub axını” və digər boru kəmərlərinin reallaçdırılması üçün 
marağı olan dövlətlər arasında danışıqların aparılmasına başlanıl-
mışdır. “Qərb-Şərq” proqramının həyata keçirilməsində mühüm rol 
oynayan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi gerçəkliyə çev-
rilməkdədir. Prezident İlham  Əliyev Ermənistanın işğalçı olması 

 
328
faktının BMT Təhlukəsizlik  Şurasının və Avropa Şurasının sənəd-
lərində ilk dəfə əks etdirilməsinə nail olmuş, 2008-ci il noyabrın 2-
də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı RF, Azərbaycan və Er-
mənistan prezidentlərinin Moskva Bəyənnaməsinə imza atmışdır. 
2009-cu ildə Ermənistan prezidenti ilə 9 görüşdə, 2010-cu il yan-
varın 25-də Soçidə, 2011-ci ildə Praqada, 2013-cü il noyabrın 19-da 
Vyanada, 2014-cü il avqustun 11-də Soçidə, 2014-cü il 27 ok-
tyabrda Parisdə keçirilən və başqa görüşlərdə Azərbaycan Respub-
likasının Prezidenti İlham  Əliyevin Dağlıq Qarabağ münaqişəsinin 
beynəlxalq norma və prinsiplərə uyğun olaraq dövlətin  ərazi bü-
tövlüyü çərçivəsində  ədalətli həllinə nail olunması  tələbi Azər-
baycan dövlətinin xarici siyasətinin əsas xəttini təşkil edir. 
Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin 2002-ci il 
aprelin 30-da keçirilmiş Trabzon zirvə görüşündə “Terrorizmə, mü-
təşəkkil cinayətkarlığa və digər cinayətlərə qarşı mütəşəkkil mü-
barizə haqqında” Azərbaycan, Gürcüstan və Türkiyə arasında saziş 
imzalanmışdır. Xəzər dənizinin dibinin milli sektorlar əsasında 
bölüşdürülməsinə dair 2001-ci ilin yanvarında Azərbaycan Res-
publikası ilə RF arasında, noyabrında isə Qazaxıstan arasında bağ-
lanmış sazişlər buna sübutdur. 2002-ci ilin aprelin 23-də Aşqabadda 
Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzərin hüquqi statusunun 
müəyyənləşdirilməsinə dair keçirilmiş zirvə toplantısında da 
müəyyən irəliləyişlər olsa da, İranın və Türkmənistanın bu məsələdə 
qeyri-konstruktiv mövqe tutması  səbəbindən konkret nəticə  əldə 
edilməmişdir. Hazırda Azərbaycan dünyanın 128 ölkəsi ilə ticarət 
münasibətləri qurmuşdur. Ticarət  əlaqələrinin 80%-dən çoxu İta-
liya, Rusiya, İngiltərə, Türkiyə, ABŞ, Türkmənistan, Almaniya, Yu-
nanıstan, Qazaxıstan,  İsrail, Fransa, Yaponiya, Malayziya və  İran 
dövlətlərinin payına düşür. 
2011-ci il oktyabrın 25-də Azərbaycan Respublikası BMT-nin 
Təhlükəsizlik  Şurasının qeyri-daimi üzvü seçildi və 2012-ci ilin 
yanvarından Respublikamız iki il müddətinə BMT-nin Təhlükə-
sizlik  Şurasının ona verilmiş  səlahiyyətləri layiqincə yerinə yetir-
mişdir. 2014-cü ilin yanvar ayında Azərbaycan Prezidenti İlham 

 
329 
Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Foru-
munda  dövlətimizin layiqli təmsilçisi kimi  iştirak etmişdir (14, s. 
371-372). 
Prezident İ.Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan dünya 
birliyində öz mövqelərini daha da möhkəmləndirmiş, yeni müttəfiq 
ölkələr qazanmış, beynəlxalq və regional təşkilatlarda iştirakını, 
onlarla  əməkdaşlığını daha da intensivləşdirmiş, inkişaf sürətinə, 
iqtisadi potensialına görə  Cənubi Qafqazda lider dövlətə çevril-
mişdir. O, dünya birliyinin sayılan dövlətlərindən biri olmuşdur. 
 
 

 
330
 
NƏTİCƏ 
 
Azərbaycanın tarixi ən qədim zamanlardan XXI əsrin ilk 
onilliklərinə  qədər  ən mühüm tarixi prosesləri, sosial-iqtisadi və 
mədəni həyatı ilə təqdim olunan dərslikdə yığcam və anlaşılan şə-
kildə  işıqlandırılmışdır. Ali məktəblər üçün tərtib edilmiş  dərslik 
Azərbaycan Respublikası  Təhsil Nazirliyinin tədrisin bakalavr və 
magistr pillələrinin dərsliklər üçün nəzərdə tutulmuş  tələblərinə, 
mövcud tədris qaydalarına, Təhsil Nazirliyinin tövsiyəsi ilə 2010-cu 
ildə çap olunmuş Azərbaycan tarixi proqramına uyğun olaraq ya-
zılmışdır və elmi-pedaqoji əhəmiyyətə malikdir. 
“Azərbaycan tarixi” dərslik tərtib edilərkən Azərbaycanda 
milli dövlətçilik ənənələri, milli-mənəvi dəyərlər, xalqımızın bu əra-
zilərdə  məskunlaşma tarixinin qədimliyi, etnik tarixinin ayrı-ayrı 
məsələləri ön tərəfə çəkilmişdir. Tarix boyu işğalçı dövlətlərə qarşı 
aparılan milli-azadlıq mübarizəsi, ölkənin sosial-iqtisadi, siyasi və 
mədəni tarixi, kapitalist münasibətlərinin qərarlaşması, sənayenin, 
kənd təsərrüfatının inkişaf xüsusiyyətləri, ictimai-siyasi hadisələr, 
Azərbaycan xalqının bir millət kimi təşəkkül tapması, milli şüuru-
nun yüksəlişi, dil və mədəniyyətinin inkişaf mərhələləri təqdim olu-
nan dərslikdə öz əksini tapmışdır. 
Dərslikdə Müstəqil Azərbaycan Respublikası dövrünə xüsusi 
yer verilmiş, onun fəaliyyəti geniş  və  ətraflı  şərh olunmuş, Dağlıq 
Qarabağla bağlı  həqiqətlər tarixi faktlara əsaslanılaraq tələbələrə 
çatdırılmışdır. Müstəqil Azərbaycan Respublikasının dünyada tanıt-
dırılmasında, Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin köklərinin, səbəb və 
məqsədlərinin bütün dünyaya obyektiv olaraq çatdırılmasında Ulu 
öndər Heydər  Əliyevin müstəsna xidmətləri, Prezident İlham 
Əliyevin fəaliyyəti sayəsində Azərbaycanın dünya birliyində möv-
qelərini daha da möhkəmləndirərək Cənubi Qafqazda söz sahibi 
olan lider dövlətə çevrilməsi təqdim olunan dərslikdə xüsusilə işıq-
landırılmışdır. 

 
331 
 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI 
 
1.
 
Azərbaycan tarixi. 7 cilddə, I c. (Ən qədimdən - b.e. III əsri). 
Bakı: Elm, 2007, 520 səh.+40 səh. illüstrasiya. 
2.
 
Azərbaycan tarixi. 7 cilddə, II c. (III-XIII əsrin I rübü). Bakı: 
Elm, 2007, 608 səh.+24 səh. illüstrasiya. 
3.
 
Azərbaycan tarixi. 7 cilddə, III c. (XIII-XVIII əsrlər). Bakı:  
Elm, 2007, 592 səh.+56 səh. illüstrasiya. 
4.
 
Azərbaycan tarixi. 7 cilddə, İV c. (XIX əsr). Bakı: Elm, 2007, 
504 səh.+48 səh. illüstrasiya. 
5.
 
Azərbaycan tarixi. 7 cilddə, V c. (1900-1920-ci illər) . Bakı: 
Elm, 2008, 696 səh.+40 səh. illüstrasiya. 
6.
 
Azərbaycan tarixi. 7 cilddə, VI c.(aprel 1920-iyun 1941). 
Bakı: Elm, 2008, 568 səh.+48 səh. illüstrasiya. 
7.
 
Azərbaycan tarixi. 7 cilddə, VII c. (1941-2002-ci illər). Bakı: 
Elm, 2008, 608 səh.+80 səh. illüstrasiya. 
8.
 
Azərbaycan tarixi: Dərslik / Z. Bünyadovun redaktorluğu ilə. 
Bakı: Azərnəşr, 1994, 680 səh. 
9.
 
Azərbaycan tarixi / İ. Əliyevin redaktorluğu ilə. Bakı: Elm, 
1993, 284 səh. 
10.
 
Azərbaycan tarixi / S.Əliyarlının redaktorluğu ilə. Bakı: 
Azərnəşr, 1996, 872 səh. 
11.
 
Məmmədov İ. Azərbaycan tarixi. Bakı: Adiloğlu, 2005, 486 
səh. 
12.
 
Məmmədov İ., Məmmədov Ç. Azərbaycan tarixi.. Bakı, 2010, 
336 səh. 
13.
 
Məmmədov Ç. Azərbaycan siyasi tarixi. Bakı, 2004, 357 səh. 
14.
 
Azərbaycan tarixi: Dərslik. Bakı: "Bakı Universiteti" 
nəşriyyatı, 2014, 380 səh. 
15.
 
Azərbaycan tarixi. Sənədlər və nəşrlər üzrə. Bakı, 1990. 
16.
 
Azərbaycan Demokratik Respublikası. Tarix. İctimai-siyasi 
və ədəbi-mədəni həyat. Bakı: Azərnəşr, 1992, 191 səh. 
17.
 
Azərbaycanın mərd oğulları (məqalələr məcmuəsi). Bakı, 
1959, 126 səh. 
18.
 
Azərbaycan Respublikası 1991-2001. Bakı, 2001, 279 səh. 

 
332
19.
 
Azərbaycan rəqəmlərlə. 2006-cı il (statistik məcmuə). 1996. 
Bakı: Səda, 2006, 252 səh. 
20.
 
“Azərbaycan” qəzeti, 23 yanvar 1992-ci il. 
21.
 
“Azadlıq” qəzeti, 15 may 1992-ci il. 
22.
 
“Azadlıq” qəzeti, 26 aprel 1994-cü il. 
23.
 
Bakıxanov A. Gülüstani-İrəm. Bakı, 1951, 302 səh. 
24.
 
Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917). Bakı: Elm, 
1985, 316 səh. 
25.
 
Həsənli C. Sovet dövründə Azərbaycanın xarici siyasəti 
(1920-1939). Bakı: Adiloğlu, 2012, 656 səh. 
26.
 
Əliyev H. Müstəqilliyimiz əbədidir. I cild. Bakı: Azərnəşr, 
1997, 612 səh. 
27.
 
Əliyev H. Müstəqilliyimiz əbədidir. II cild. Bakı: Azərnəşr, 
1997, 604 səh. 
28.
 
Əliyev H. Müstəqilliyimiz əbədidir. III cild. Bakı: Azərnəşr, 
1997, 488 səh. 
29.
 
Əliyev H. Müstəqilliyimiz əbədidir. IV cild. Bakı: Azərnəşr, 
1997, 528 səh. 
30.
 
“Əkinçi” qəzeti, 29 fevral 1876-cı il, № 4. 
31.
 
Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy 
Xasməmmədovun ədliyyə nazirinə məruzəsi (22 noyabr 
1918-ci il. Bakı şəh.). “Xalq qəzeti”, 16 mart 2001-ci il.  
32.
 
Həsənov Ə. Azərbaycan və ATƏT. Bakı: İşıq, 1997, 80 səh. 
33.
 
Həsənov Ə. Azərbaycanın xarici siyasəti. Avropa dövlətləri 
və ABŞ. (1991-1996). Bakı, 1998, 330 səh. 
34.
 
Zərdabi H. Seçilmiş əsərləri. Bakı, 1960, 474 səh. 
35.
 
Hacıyev H.Ə. İmanov R.C. Əmirxanov Ə.İ. Müharibədən 
sonra Azərbaycanın sosial-iqtisadi və sitasi inkişafı, onun 
başlıca istiqamətləri. 1945-1991. Bakı: ADNA, 1999, 76 səh. 
36.
 
“Xalq ordusu” qəzeti, 22 may 1992-ci il. 
37.
 
XX əsr Azərbaycan tarixi / Y.B.Yusifov və T.T.Vəliyevin 
red. ilə. II c. Bakı, 2004. 
38.
 
İbişov F. Azərbaycan kəndində sosial-iqtisadi proseslər 
(1920-1930-cu illər). Bakı, 1996, 168 səh. 
39.
 
İsmayılov İ,Z, Azərbaycanlıların II Dünya müharibəsində 
iştirakı. Bakı, 2000, 192 səh. 
40.
 
Köçərli X. Azərbaycan 1920-1940-cı illərdə. Bakı: ADPU 
nəşr., 2003, 230 səh. 

 
333 
41.
 
Köçərli T. Qarabağ: yalan və həqiqətlər. Bakı, 1998, 242 səh. 
42.
 
“Kommunist” qəzeti, 24 aprel 1985-ci il. 
43.
 
“Kommunist” qəzeti, 18 yanvar 1987-ci il. 
44.
 
Quliyev C. XIX-XX əsr tarixindən... ”Respublika” qəzeti, 20 
noyabr 1997-ci il. 
45.
 
Qayıdış. 1990-1993. Sənədlər toplusu. Bakı, 1996, 792 səh. 
46.
 
Qətiyyətin təntənəsi. Sənədli xronika. Bakı, 1995, 848 səh. 
47.
 
Lenin V.İ. Əsərləri. 51-ci cild. Bakı,1984, 648 səh. 
48.
 
Məmmədzadə M. Milli Azərbaycan hərəkatı. Bakı, 1992, 246 
səh. 
49.
 
Məmmədov İ.M, Məmmədov Ç.İ. Təlatümlü illər. 
Azərbaycan XX əsrin 20-30-illərində: Dərs vəsaiti. Bakı: 
Mars-Print, 2003, 96 səh. 
50.
 
Mustafayev C.M. Azərbaycan xanlıqlar dövründə: Dərs 
vəsaiti. Bakı: MSA, 2012, 256 s. 
51.
 
Musayev M.Ə. XIX əsrin sonlarında Bakı şəhərinin ticarəti. 
Bakı, 1972, 193 səh. 
52.
 
Mirzə Camal Qarabaği. Qarabağ tarixi. 1959, 138 səh. 
53.
 
Mirzə Adıgözəlbəy. Qarabağnamə. 
54.
 
“Müxalifət” qəzeti, 5 iyul 1992-ci il. 
55.
 
Orucov Q. Azərbaycan Qafqaz döyüşlərində. Bakı, 1984, 160 
səh. 
56.
 
Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu. Bakı, 1991, 112 səh. 
57.
 
Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990, 112 
səh. 
58.
 
Siyasi tarix: mühazirə kursu. II hissə. Bakı: Azərbaycan 
Ensiklopediyası NPB, 1998, 420 səh. 
59.
 
Sultanov O.B. XX əsrin 80-ci illərinin sonu-90-cı illərinin 
əvvəllərində Azərbaycanda siyasi mübarizə. Bakı, 1995, 232 
səh. 
60.
 
“Yeni fikir” qəzeti, 16 yanvar 1991-ci il. 
61.
 
1870-ci il “Əsasnaməsi”nin II bölməsinin (“Pay 
torpaqlarından imtina haqqında”) 57-70-ci maddələri. 
62.
 
Ахмедов Э.М. Об одном неизвестном проекте 
учреждения училища, составленном А.Бакыхановым // 
Ученые записки АГУ им. С.М.Кирова, 1957, № 4. 
63.
 
Антелава И.Г. Государственные крестяне Грузии в XIX 
веке. Тбилиси, 1969, 483 стр. 

 
334
64.
 
Азербайджанская Республика. Законодательные акты. 
65.
 
Багирова И.С. Политические партии Азербайджана в 
начале XX века (1900-1917). Баку, 1997, 335 стр. 
66.
 
«Бакинский рабочий» qəzeti, 7 dekabr 1989-cu il. 
67.
 
«Бакинский рабочий» qəzeti, 13 dekabr 1989-cu il. 
68.
 
Гюрза. Экономическое положение персидского 
Азербайджана // журнал «Ближный Восток», №1, 1930. 
69.
 
Газ. “Кавказ», 1963, № 11. 
70.
 
Дубровин Н. Ф. Закавказье от 1803 по 1806 г. СПб., 1866, 
542 стр. 
71.
 
Дубровин Н. Ф. История войн и владычества русских на 
Кавказе. Т.VI. СПб., 1888. 
72.
 
Дадашев Г.А. О феодально-крепостных остатках в 
пореформенном Азербайджане // Труды Азерб. филиала 
НМЛ при ЦК КПСС, XX. 
73.
 
Документы внешней политики СССР. Т. III. М.,1959. 
74.
 
История Азербайджана. Т. III, ч. I. Баку, 1963. 
75.
 
Кадер С.А. Нефть и ее дериваты 

 
335 
89.
 
Утверждение Русского владычества на Кавказе. Т. IV, ч. I, 
1906, 455 стр. 
90.
 
Хаджи Мурад Ибрагимбейли. Россия и Азербайджан в 
первой трети XIX века. Москва, 1969, 288 стр. 
91.
 
Черный январь, Баку, 1990. 
92.
 
Шарифов А. Прорыв информационной блокады. Баку, 
1992, 195 стр. 
 
 ARXİV MATERİALLARI 
 
93.
 
Azərbaycan Milli Şurasının 3 saylı iclasının protokolu. 
29.05.1918.//ARDA, f.970, s. 1, i. 1, v. 51. 
94.
 
Azərbaycan MDYTA, f. 970, siy. 1, iş 196, s.6. 
95.
 
ARDSPİHA, f.277, siy. 2, iş 18, v.1. 
96.
 
ARDA, f. 1016, siy. 1, iş 95, v. 5-8. 
97.
 
Azərb. MTDA, f. 62, siy. 1, iş. 59, v. 81-110 arxası. 
98.
 
ARDSPİHA, f. 277, iş 40, v. 27. 
99.
 
ARDA, f. 894, siy. 2, iş 102, v.2. 
100.
 
ARDSPİHA, f.1, s. 74, i. 329, v. 110. 
101.
 
ARSPİHA, Qaffarov T. Azerbaijan in The Second World War, 
London, 2001, s. 12. 
102.
 
ARSPİHA, f. 1, s. 153, i. 10, v. 5. 
103.
 
ARSPİHA, f. 2, s. 29, i. 1, v. 181. 
104.
 
ARSPİHMDA, f. 1, s. 83 və 205, v 25. 
105.
 
ARİİNA. İqtisadi təhlillər, 18-ci qovluq, v. 102. 
106.
 
Gürcüstan MDTA, f. 425, siyahı I, iş 178, v. 11 ob.12. 
107.
 
Gürcüstan MDTA, f. 416, s.3, iş 290, v.2. 
108.
 
Gürcüstan MDTA, f. 368, siyahı 1, iş 29, v.107. 
109.
 
Gürcüstan MDTA, f. 14, iş 29, v.64. 
110.
 
QAKA, II cild, II hissə, səh. 589-590. 
111.
 
QAKA, IV cild, II hissə, səh. 125-126. 
112.
 
QAKA, V cild, sənəd 850. 
113.
 
QAKA, VI cild, II hissə, səh. 373-374. 
114.
 
QAKA, VII cild, sənəd 515. 
115.
 
Rusiya. MDHTA, f. VUA, iş 894, v. 5. 
116.
 
Rusiya. MDHTA, f. VUA, iş 894, v. 15. 
117.
 
Rusiya. MDHTA, f. VUA, iş 4292, v. 2-3. 
118.
 
Rusiya. MDHTA, f. VUA, iş 4292, v. 93. 

 
336
119.
 
Rusiya. MDHTA, f. 219, siyahı 4, iş 7066, v. 2-3. 
120.
 
Rusiya. MDTA, f. 1289, siyahı 2, iş 127, v. 8; iş 392, v. 19; iş 
726, v. 7; iş 1093, v. 1. 
121.
 
Rusiya. MDHTA, f. VUA, iş 4329, v. 280. 
122.
 
RFDA, f. 102, PDXŞ, 1907, iş 180, ç. 5, v. 30; f.102, iş 119, 
siy. 9. 
123.
 
SSRİ MNA, f. 14295, s. 484, 337, i. 1, v. 12. 
124.
 
TİEA, f. 1, s. 19, i. 8953, v. 77. 
 
 
 
 
 
 
 
 
   *** 
 
Kitab «Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzində 
səhifələnmiş və çap olunmuşdur.  
 
 
Çapa imzalanıb: 06.01.2015. 
Format: 60x84 1/16. Qarnitur: Times. 
Həcmi: 21 ç.v. Tiraj: 500. Sifariş № 01.  
Qiyməti müqavilə ilə. 
 
 
 
 
ТЯРЪЦМЯ 
ВЯ НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА 
МЯРКЯЗИ
Аз 1014, Бакы, Рясул Рза кцч., 125
596 21 44; 497 06 25; (055) 715 63 99 
e-mail: mutarjim@mail.ru
 
www.mutercim.az 
 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə