http://www.amu.edu.az
31 dekabr 2014-ъц ил
6
u
Valideyn himayəsin dən məhrum olmuş uşaq-
lar universitetin Stomatoloji Klinikasında müayinə və
müalicə olundu
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il öncəsi
Azərbaycan Tibb Universiteti kimsəsiz uşaqları özünəməxsus
şəkildə sevindirib. Belə ki, universitetin rektoru, akademik Əhliman
Əmiraslanovun dəstəyi ilə ATU-nun Stomatoloji Klinikasında vali-
deyn himayəsindən məhrum olmuş uşaqlara xeyriyyəçilik məqsədi
ilə stomatoloji xidmət göstərilib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 5
milyarda yaxın insanın stomatoloji problemləri var. Azərbaycanda
isə əhalinin təxminən 90 faizi kariyesdən əziyyət çəkir və bu
göstəricinin böyük bir hissəsini uşaqlar təşkil edir. Xüsusilə də, va-
lideyn himayəsindən məhrum olmuş uşaqlar arasında stomatolo-
ji problemlərə daha çox rast gəlinir. Bunu nəzərə alan ATU-nun
rəhbərliyi universitetin Stomatoloji Klinikasında kimsəsiz uşaqlar
üçün xüsusi kampaniya təşkil edib.
Kampaniya çərçivəsində bu gün “Ümid yeri” uşaq sığınacağı və
reabilitasiya mərkəzinin sakinlərinə ödənişsiz tibbi xidmət göstərilib.
Stomatoloji Klinikanın direktoru Alqış Səfərovun sözlərinə görə, gün
ərzində sığınacağın 25-dən çox sakini ən müasir tibbi avadanlıq-
larla təchiz edilmiş diş kabinetlərində müayinə və müalicə olunub-
lar: “Müayinə nəticəsində uşaqların əksəriyyətində kariyes boşluğu
müəyyənləşdirilmişdir. Kiçik yaşlı uşaqlarda kariyes, pulpit, diş ərpi
aşkarlanıb və müvafiq stomatoloji yardım göstərilib”.
A.Səfərov qeyd edir ki, uşaq evlərinin sakinlərində stomatoloji
problemlər daha çox olur: “ Uşaqların ağız boşluğunda yaranmış
gigiyenik problemlər adətən dişlərə düzgün qulluq edilməməsi ilə
əlaqədar olur. Süd dişləri tökülənə qədər uşaqların dişləri ciddi
həkim nəzarəti altında olmalıdır. Odur ki, ATU rəhbərliyi tərəfindən
belə bir qərar verildi. Bu təşəbbüs uşaq evlərində qalan himayəsiz
uşaqların sağlamlığının qorunmasına yönəlib”.
ATU-nun Stomatoloji Klinikası gələcəkdə digər uşaq evlərindən də
müraciətləri qəbul etməyə hazırdır.
u
Dekabrın 18-də
Azərbaycan Tibb
Universitetinin
Stomatoloji Klinikasında
universitetimizdə təhsil
alan iranlı tələbələrin
elmi, mədəni və idman
birliyinin təşəbbüsü ilə
“eCligner-diş sırasında
olan əyriliklərin şəffaf
kappalarla müalicəsi”
mövzusunda elmi-praktiki
konfrans keçirilib.
Tədbirin əvvəlində Klini-
kanın direktoru Alqış Səfərov
çıxış edərək konfransın möv-
zusu haqqında məlumat verib.
Onun sözlərinə görə, hazırda diş
sırasında olan əyriliklərin şəffaf
kappalarla müalicəsi stomatolo-
giyanın ən müasir kəşflərindən
biri sayılır. Bu metodla ağrısız
və estetik cəhətdən daha gözəl
formada diş əyriliklərini aradan
qaldırmaq mümkün olur.
Daha sonra Stomatoloji
Klinikanın həkim- stomatolo-
qu Elnur Həsənli qeyd edilən
mövzuda məruzə edib. Natiq
çıxışında bildirdi ki, bu me-
tod ilk dəfə Cənubi Koreyada
1998-ci ildə tətbiq edilib. Onun
sözlərinə görə, ilk şəffaf plastik
lövhələr 20-ci əsrin ortalarında,
ilk dəfə 1998-ci ilin sonlarında
koreyalı professor Tae Weon
Kim ortodontik müalicə almış
xəstələrdə residiv hallarının
müalicəsində istifadə etmişdir.
Eyni ildə bir pasien-
tin bütün müalicəsini
şəffaf lövhələr vasitəsi
ilə tamamlamışdır.Sto-
matologiyaya aid dərc
olunmuş ədəbiyyatlara
nəzər salsaq buna
bənzər şəffaf kappala-
rın iş mexanizmi və is-
tehsal prinsipləri haqda
bir çox məqalələrə rast
gəlmək mümkündür
(McNamara, Ponits,
Qraber və s.).
eCligner Aligner şəffaf kap-
palar ilə müalicə planı (set up)
xüsusi kompyuter proqramı və
eyni zamanda Tae Weon Kimin
şəxsi nəzarəti ilə tərtib olunur.
CAPRO (IV-Tech, Kore) adlı
proqram vasitəsi ilə kompyuter
ekranında üst-üstə gətirilən iki
rəqəmsal şəkil ilə hər bir dişin
hərəkətini hesablamaq müm-
kündür. Xəstə fərqli qalınlığa
(0.5;0.62;0.74;0) malik 3 ədəd
kappaların hər birini bir həftə
taxmalıdır. Müalicənin müddəti
qüsurun böyüklüyündən asılı
olaraq müxtəlif olur.
eCligner texnologiyası mü-
asir stomatologiyada yeni bir
mərhələ sayılır. Qeyd olundu ki,
bu metod xüsusilə yeniyetmələr
üçün əlverişlidir. Çünki metal
breketlər, məftillər estetik ba-
xımdan ağızda gözəl görünmür,
bir sıra narahatlıqlar yaradır.
Şəffaf kappalarla bağlı isə belə
problemlər yaşanmır. Bu üsulla
diş sırasında əyrilikləri həm
qısa müddətdə, həm də estetik
diskomfort yaratmadan aradan
qaldırmaq mümkündür. Bu
zaman şəffaf protezlərlə müalicə
yumşaq şəkildə, mərhələli olaraq
aparılır. Şəffaf kappalar çox
nazik materialdan hazırlanır və
hər kəsin ağız ölçüsü üçün fərdi
olaraq hesablanır.
Konfransda eCligner texno-
logiyasını digər üstünlükləri,
tətbiqi ilə bağlı məsələlər
haqqında fikirlər səsləndirildi.
Sonda həkim stomatoloq Elnur
Həsənli konfrans iştirakçılarının
suallarını cavablandırdı.
Tədbirdə iranlı tələbələrlə
birgə yerli və türkiyəli tələbələr
də iştirak ediblər.
M.CAVADOV
Stomatoloji Klinikada eCligner metoduna aid
konfrans keçirilib
İ
taliyanın Genuya Universitetinin profes-
sorları Azərbaycan Tibb Universitetinin
qonağı olub. ATU-nun professor-müəllim
heyəti ilə görüş zamanı təhsil müəssisələri
arasında əməkdaşlıq perspektivləri müzakirə
edilib.
Səfər zamanı professorlar Anjelo Musaio və Mar-
co Frascio təmsil etdikləri universitetin tədris siste-
mi haqqında mühazirə oxuyublar. Bu zaman müa-
sir dünyada təhsilin rolundan, dünya universitetləri
arasında təhsil əlaqələrinin, təcrübə, müəllim-tələbə
mübadiləsinin əhəmiyyətindən danışılıb.
Həmçinin, ATU ilə Genuya Universiteti arasında
mövcud müqavilənin şərtləri də müzakirə olub. İta-
liya tərəfinin nümayəndələri universitetlər arasında
qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi,
əlaqələrin digər istiqamətlərdə də inkişaf etdirilməsi
təşəbbüsü ilə çıxış edib.
Səfər zamanı italyan mütəxəssislər həmçinin ATU-
nun Tədris Cərrahiyyə Klinikası ilə tanış olub, bu-
radakı Tədqiqat bacarıqları laboratoriyasının işi ilə
yaxından maraqlanıblar.
Qeyd edək ki, ATU ilə Genuya Universieti arasında
TEMPUS proqramı çərçivəsində uğurlu əməkdaşlıq
qurulub. İndiyə qədər layihə çərçivəsində Genu-
ya Universiteti ilə birlikdə tədris proqramlarının
keyfiyyətin yoxlanmasına dair bir sıra müzakirələr
aparılıb. Ümumilikdə ATU Avropa Şurasının TEM-
PUS proqramı çərçivəsində 5 layihənin iştirakçısı
olub.
İtalyan professorlar ATU-da
Tibb Universitetindən kimsəsiz
uşaqlara dəstək
u
Dekabr ayının 26-da Azərbaycan Tibb
Universitetində “Xoş gəldin körpə”
Ana-Uşaq Sağlamlığını Dəstəkləmə layihəsi
çərçivəsində təlimlərə start verilib. Layihə Türkiyə
Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Ko-
ordinasiya Agentliyi (TİKA) tərəfindən keçirilir.
Türkiyədən dəvət olunmuş təlimçi-mütəxəssislərin iştirakı
ilə “Ana südü və əmizdirmənin əhəmiyyəti” mövzusunda
təlim proqramında könüllülər iştirak edəcək. Dekabrın
30-dək davam edəcək təlimlərdə könüllülərə əhali arasın-
da maarifləndirmə proqramında “əmizdirmə məsləhətçisi”
qismində iştirak edə bilmək üçün məqsədilə bacarıqlar
aşılanır.
Təlimlə yanaşı, həkim və tibb bacıları üçün “Neonatal rea-
nimasya” mövzusunda təlim proqramı, yeni doğulan körpələr
üçün eşitmə testi ilə bağlı təlimlər təşkil olunub.
“Xoş gəldin körpə” layihəsi çərçivəsində indiyədək bir çox
tədbirlər baş tutub. Bu ilin mayında Bakıda Türkiyəli təlimçi
mütəxəssislərin iştirakı ilə ana və uşaq sağlamlığına təhlükə
yaradan irsi xəstəliklər mövzusunda həkim və tibb bacıları
üçün təlim proqramı keçirilib.
Layihə çərçivəsində həmçinin “Elmin ən son yenilikləri
işığında sonsuzluq probleminin həlli” mövzusunda konf-
rans, “Neonatal reanimasya” mövzusunda təlimlər realla-
şıb. Bundan əlavə, tibb bacıları və analar üçün “Ana südü
və əmizdirmənin əhəmiyyəti” mövzusunda əmizdirmə
məsləhətçiliyi təlim proqramı da keçirilib.
Qeyd edək ki, TİKA-nın dəstəyi ilə bu ilin sentyabrında
Azərbaycandan 2 təlimçi həkim və 1 təlimçi mama-tibb
bacısı üçün Türkiyədə “Neonatal reanimasiya” mövzusunda
təlim proqramları təşkil olunub.
ATU-da “Ana südü və əmizdirmənin əhəmiyyəti”
mövzusunda təlimlər keçirilib
ATU-nun mətbuat xidməti
31 dekabr 2014-ъц ил
http://www.amu.edu.az
7
Son vaxtlar havaların soyuq
keçməsi ilə əlaqədar uşaqlar
arasında qripəbənzər xəstəlik
yayılıb. Xəstəlik əsasən qızdırma
ilə başlayır, sonra isə öskürəyə
keçir, lakin burunaxma və
asqırma kimi əlamətlər olmur.
Bu isə valideynləri narahat edir.
Bununla bağlı Azərbaycan Tibb
Universitetinin terapevtik və pe-
diatrik propedevtika kafedrası-
nın assistenti, tibb üzrə fəlsəfə
doktoru Mədinə Hacıyeva bildirib
ki, ümumiyyətlə, yuxarı tənəffüs
yollarının infeksion xəstəlikləri el
arasında həmişə qrip adlandırılıb.
Əslində bu xəstəlikləri müxtəlif vi-
ruslar, nadir hallarda isə bakteri-
yalar törədir. Törədicidən asılı ola-
raq xəstəliyin əlamətləri də fərqli
ola bilər. Qızdırma infeksion amilə
qarşı orqanizmin normal cavab
reaksiyasıdır. Burunaxma və as-
qırma isə tənəffüs yollarının infek-
siyasını törədən bütün viruslara
mütləq şəkildə xas deyil. Əlbəttə,
bu, qrip xəstəliyi deyil. Lakin qeyd
etməliyəm ki, heç qrip xəstəliyində
də burundan ifrazat olmur.
Xəstəliyi törədən səbəblərə
gəlincə, pediatr deyib ki, bəzi
əlamətlərə fikir vermək lazımdır.
Düzdür, hər bir xəstədə bəlğəmin
bakterioloji
analizini
apar-
maq mümkün olmadığına görə
törədicini də təyin etmək olmur.
Lakin bəlğəmin müayinəsi zamanı
daha çox mikoplazma infeksiyası-
na rast gəlinir. Bu infeksiyanın əsas
əlamətlərindən biri tutmaşəkilli
boğucu öskürək olduğuna görə
çox vaxt xəstəliyi göyöskürəyə
bənzədirlər. Bəzi hallarda isə vi-
rus bakterial mənşəli, yəni, qarışıq
törədici xəstəliyə səbəb olur.
Həkim vurğulayıb ki, bəzən
valideynlər belə hallarda uşaqları
həkimə aparmayıb özləri qızdır-
manı salmaqla kifayətlənirlər. An-
caq istənilən halda həkimlə əlaqə
saxlamaq lazımdır. Çünki son za-
manlar atipik pnevmoniyalar geniş
yayılıbdır ki, bunların da törədiciləri
xlamidiya, mikoplazma və virus ola
bilər. Qızdırma çox yüksəkdirsə,
həkim gələnə qədər parasetamol
tərkibli dərman preparatlarından
istifadə etmək olar. Əgər qızdır-
ma ilə yanaşı, bədəndə ağrı da
varsa, ibuprofen tərkibli prepa-
ratlar məsləhətdir. Digər dərman
vasitələrini isə yalnız xəstəni
hərtərəfli müayinə etdikdən sonra
həkim təyin etməlidir.
Müraciət
edənlər
arasında
tənəffüs
yolları
xəstəliklərinə
daha çox rast gəlindiyini bildirən
M.Hacıyeva
qeyd
edib
ki,
böyüklərdən fərqli olaraq tənəffüs
sistemi xəstəliyi, hətta ən yüngül
halda belə, uşaqlara daha çox
əziyyət verir.
Günel ASLANOVA
u
Qış aylarında kərəvizdən bol
miqdarda istifadə etsək də, onun fay-
dalarının bir çoxundan xəbərsizik. Bu
tərəvəzin 95 faizi sudan ibarətdir. Ona
görə də xüsusilə arıqlamaq istəyənlər
bol-bol kərəviz yeməlidirlər. Demək
olar ki, bütün pəhriz reseptlərində
adı çəkilən kərəviz liflə zəngindir. Bu-
nun sayəsində həzm sistemini daha
sürətlə işləməyə məcbur edir. Bu da
o deməkdir ki, nə qədər çox kərəviz
yesəniz, o qədər tez arıqlaya bilərsiniz.
Bu tərəvəzi yeməklərdə və salatlarda
istifadə edə bilərsiniz. Həmçinin qreyfurt,
kahı, kələm, turp, soğan kimi tərəvəzlərlə
birlikdə suyunu çıxararaq içə bilərsiniz.
Kərəvizlə hazırladığınız yeməyə por-
tağal da əlavə etsəniz, qış aylarında
soyuqlamadan və qripdən özünüzü
müdafiə etmiş olarsınız.
Kərəvizin faydası təkcə arıqlatmaqdan
ibarət deyil.
Kərəviz A, B, C, D, E, K kimi vitaminlər
baxımından olduqca zəngindir. Bu
tərəvəzdə həmçinin fosfor, manqan,
dəmir, sink, selenium, kalsium kimi
bədən sağlamlığı üçün mühüm maddələr
də var.
Kərəviz cinsi gücü artırır. Kərəviz yemək
stressə qarşı da təsirlidir. Əsəbləri
sakitləşdirir iştahı açır.
Ağız qoxusunu aradan qaldırır, xroniki
öskürəyə qarşı təsirlidir. Qanı təmizləyir,
qaraciyər xəstəliklərinin müalicəsini
tezləşdirir. Təzyiqi nizamlayır.
Gündəlik menyularında kərəvizə yer
verənlər daha gec qocalırlar.
Bu tərəvəzdən bol miqdarda yedikdə
üzdəki sızanaqlar azalır və tədricən yox
olur. Dəri ləkələrinə yaxşı təsir göstərir
və dəri rəngini açır.
Tənəffüs sistemi xəstəliyi uşaqlara
daha çox əziyyət verir
u
Qış aylarında biz tez-tez kəskin respirator
xəstəliklərinə (KRX və ya KRVİ) tutuluruq. El
arasında bu xəstəlkləri “soyuqdəymə” adlandırırlar.
Bu çox dəqiq addır. Məsələ burasındadır ki, so-
yuq hava insan orqanizminin müdafiə imkanla-
rını kəskin azaldır. Nəticədə, selikli qişalarımız-
da yaşayan və adi vaxtlar bizim üçün nisbətən
ziyansız olan müxtəlif zərərli mikroblar kosmik
sürətlə çoxalmağa başlayır və insan xəstələnə
bilər.
Təbii ki, soyuqdəymə xəstəliklərinin qarşısını
almaq onları müalicə etməkdən daha yaxşıdır.
Bunun üçün insan öz immun sistemini hər za-
man “döyüşə” hazır vəziyyətdə saxlamalıdır. Bu
işdə düzgün və xeyirli qidalanma, kifayət qədər
yuxu və istirahət, fiziki aktivlik, vitamin-mineral
komplekslərin qəbulu (həkimin təyini ilə!) sizə
kömək edəcək. İm-
muniteti
zəiflədən
əsas
amillərdən
biri də stresdir. Bu
səbəbdən stresdən
uzaq olmağa çalışın.
Əgər
profilaktik
tədbirlərə
baxma-
yaraq siz özünüzdə
xəstəliyin
ilkin
əlamətlərini
hiss
etmisinizsə,
vaxt
itirmədən aşağıda
sadaladığımız tədbirlərə başlayın:
- Dərhal isti vanna və ya isti duş qəbul edib ya-
tağa uzanın və yorğana bürünün. Fiziki aktivliyi-
nizi minimuma endirin.
- İsti maye qəbul edin. Ən yaxşı variant moruq-
lu və ya ballı isti çaydır. Moruğu “təbii aspirin”
adlandırırlar. Məsələ burasındadır ki, moruqda
aspirin preparatınının tərkibinə daxil olan sali-
sil turşusu var. Moruq immun sistemini stimul-
laşdırır, mikroblarla mübarizə aparır, qızdırmanı
aşağı salır. Zəncəfil və bal qatılmış çay da yaxşı
təsir edir.
- Əgər sizdə zökəm başlayıbsa, yatmamışdan
əvvəl ayaqlarınızı 10-15 dəqiqə ərzində (bun-
dan artıq yox!) isti kəklikotu dəmləməsi qatılmış
suda saxlayın. Əgər sizdə allergiya yoxdursa,
suya bir qədər xardal da əlavə edə bilərsiniz.
İsti suyun təsirindən qan aşağı ətraflara axır,
baş hissəsində isə damarlar daralır və nəticədə
zökəm keçir. Zökəm zamanı istifadə olunan
burun damcıları da bu prinsip əsasında işləyir.
Vannadan sonra ayaqlarınızı yaxşı qurulayın
və yun corab geyinin. Nənələrimiz corablara da
xardal tökürdülər.
- Öskürək və zökəm zamanı inqalyasiyalar yax-
şı təsir edir. Bir neçə qabıqlı kartof bişirib suya
evkalipt bitkisinin yarpaqları və 1 damcı ağ şam
ağacı (“pixta”) yağı əlavə edin. Sonra başınızı
dəsmalla örtüb qazanın üzərində bir qədər nəfəs
alın (çalışın ki, selikli qişalarınız yanmasın!).
- Zökəm zamanı burnunuzu yod-duz məhlulu
ilə yumaq olar (1/2 stəkan su + 2-3 damla yod
+ bıçağın ucunda duz). Bu məhlulla burnunuzu
gündə 3-4 dəfə yuyun.
- Boğaz ağrısı zamanı boğazınızı duz (1 stəkan
ilıq su + 1 ç.q duz) və ya soda (1 stəkan ilıq su
+ 1 ç.q soda) qatılmış su ilə yaxalayın. Belə
məhlullar mikrobları və virusları məhv edir, ilti-
habla mübarizə aparır. Bundan əlavə boğazınızı
ot dəmləmələri (çobanyastığı, evkalipt, adaçayı)
ilə yaxalaya bilərsiniz. Boğazınızı gün ərzində
3-4 dəfə yaxalayın.
- Boğaz ağrısı zamanı bal qatılmış süd yaxşı
kömək edir.
- Vitamin C soyuqdəymə ilə mübarizədə
orqanizmə böyük kömək edir. Belə bir reseptdən
istifadə etmək olar. 1 qaşıq nanə yarpağını 1 st.
qaynar suda dəmləyin, ora limonun 1/4 hissəsini
sıxın və 1 ç.q. bal əlavə edin.
Əgər bütün bu tədbirlərə baxmayaraq sizin
vəziyyətininz yaxşılaşmırsa və ya daha ağırla-
şırsa, mütləq həkimə müraciət edin.
qadin.net
Xalq təbabəti ilə
soyuqdəymədən xilas olaq
Qış aylarının ən
faydalı tərəvəzi
u
Qüsurlar multifaktor
patologiyadır. Genetik
mutasiyalar və düzgün
fəaliyyət göstərməyən genlər bəzi
xəstəliklərə müəyyən təsir göstərir.
İnkişaf qüsurlarının çoxu uşaq
doğularkən və ya ana bətnində ikən
özünü büruzə verir.
Britaniya tədqiqatçıları müxtəlif
inkişaf pozuntuları olan 1133 uşağın
və onların valideynlərinin genom-
larını təhlil ediblər. AzərTAc “Zee
News” saytına istinadən xəbər
verir ki, ürək qüsurları və qıcolma-
larla, psixi inkişaf problemləri ilə
müəyyən əlaqəsi olan 12 gen aşkar
edilib.
Hələlik bu genlərin xəstəliklərə
təsiri dərəcəsini müəyyən etmək
çətindir, amma bu istiqamətdə iş
aparılır. Alimlər əldə edilənlərlə
kifayətlənməməyi və 12 min ailədə
genetik təhlil aparmağı planlaşdı-
rırlar.
Qlobal araşdırma ciddi inki-
şaf qüsurlarının əksəriyyətini və
onların formalaşmasında genlərin
rolunu nəzərdən keçirməyə imkan
verəcəkdir. Ola bilsin ki, gələcəkdə
bu xəstəlikləri ən ilkin mərhələlərdə
aşkar etmək və patologiyanın qar-
şısını almaq üçün genomda təshih
aparmaq mümkün olacaqdır.
u
2012-ci ildə dünyaya
gələn qız, çox güman,
təqribən 73 il, oğlan isə
68 il ömür sürəcək ki, bu rəqəm də
1990-cı ilin oxşar göstəricisindən
altı il çoxdur. Həmin vaxtdan
etibarən inkişaf etməkdə olan
ölkələrdə ömür müddəti doqquz
il uzanıb. Gəlir səviyyəsi yüksək
olan ölkələrdə bu rəqəmlər
fərqlənir: 0,2 ildən (Rusiya) 9,2 ilə
(Koreya Respublikası) qədər. Bu
barədə məlumat DST-nin səhiyyə
sahəsində statistikasında yer alıb.
AzərTAc xəbər verir ki, DST-nin
məlumatına görə, ürəyin işemiya
xəstəliyi, respirator xəstəliklər
və insult vaxtsız ölümün əsas
səbəbləridir.
Ömür müddətimiz artsa da,
uşaqlarımız getdikcə daha çox
artıq çəkiyə meyilli olur. DST-
nin məlumatına görə, 2012-ci ildə
yaşı beşdən aşağı olan 44 milyon
uşaq (bu yaşda olan uşaqların
təqribən 7 faizi) artıq çəkidən və ya
piylənmədən əziyyət çəkib. Bu isə
fəsad və vaxtsız xəstəliklər riskini
artırır.
Eyni zamanda bu il 6,6 milyon
uşaq beş yaşına çatmayıb. Hərçənd
2000-ci ildən başlayaraq ölüm
halları hər min uşağa 75-dən 48-ə
qədər azalıb.
Britaniya alimləri inkişaf pozuntusu ilə
bağlı 12 gen tapıblar
Ömür müddətimiz artsa da, uşaqlarımız
artıq çəkidən əziyyət çəkir
Mədinə HACIYEVA