İRƏvan türkləRİNİN ƏDƏBİ MƏtbuat abiDƏSİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix01.05.2017
ölçüsü0,65 Mb.
1   2   3   4   5   6   7   8   9   10

 Lək-lək. 

 

 



Müdir və naşirlər: Mirməhəmməd  Mirfətullayev və 

 Cabbar Əsgərzadə (Aciz) 

 

 

 Elan 



 

 63

Bununla məlum edirəm ki, mən keçən may ayında (İrəvan islam dram şirkəti) qəzalığından  və 

müdirliğindən xaric olmuşam. Mənim bu şirkət iylə bəd heç bir əlaqəm yoxdur. 

Əli Hacızeynalabdinzadə(Təhvil) 

 

Elan 

 

İstanbulda hər on gündə  nəşr olunan elmi , ədəbi və    məsmur “Şahbal”məcmuəsi  əcnəbi 



məmləkətlərə yeki: 10 manat 24 nüsxə  və altı aylığı 5 manat 12 nüsxədən ibarət. Xahişmənd 

olanlar bu adresə rcuh buyursunlar.  (İstanbulda iki pustxana ğarşısında Fərəx Bəy xanda nömr  

9 , 10, 12) . Bu məcmuəyə nəhayət  mətin bir məcmuəyə olub və hər kəscə ğiraəti arzu  edilər. 

Dərcə nəfisdir, fayda bərdar olmağ üçün  abunə  hər kəsə tövsiyə ediriz 

İrəvan, “Luyis” mətbəəsi. 

 

    



Elan 

Erməni dilində yeni nəşr olan “Nor mamul” qəzetəsi bu gündən elan edir ki, yenidən dərc 

edəcək, elan vərəqəsi Rusiyanın hər yerindən elan qəbul edir; bu vərəqə Rusiyanın hər nöqtəsində 

pulsuz paylanacaq. Elan dərc etdirən cənablar aşağıdakı adresə rücux vursunlar. 

Elan qiyməti barəsində “Nor mamul” idarəsi ilə xüsusi danışmalıdır. 

Kamal ehtiram ilə “Nor mamul” idarəsi. 

Ünvan: İrəvan, “Nor mamul” redaksiyası. 

  

        



Elan 

Bu ğəzet “Sədayi Türküstan” imdilik  hər həftədə iki dəfə nəşr edilir. Ədəbi, iqtisadi, fənni və məişəti 

türkcə cəridədir. 

Rusiyada 

12

 

aylıq  4 manat. 



6

 

aylıa 2 manat 50 qəpik. 



3 aylıq 1 manat 50 qəpik. 

Müsəlman xarici üçün 

12 aylıq 6 manat. 

6 aylıqı 3 manat  50 qəpik. 

Adres :Taşkent, Romanovskaya 16, “Sədayi Türküstan” redaksiyası. Telefon No 537. 

 

17  Iyun 1914-cü il, ŞƏNBƏ, No  11. 

 Lək-lək türk dilində həftəlik məzhəkəli məcmuədir. 

Hər nüsxəsi 7 qəpikdir. 

 

Mindəricat 

 

Yüsif Heydərzadənin tərcümeyi-halı 

Leylək.Şeytan

Dövlət dumasında....Dərvişnəbaki. 

Qafqaz xəbərləri. 

Ordubad. 

Şəhər aralığında. 

Bakı. 


Taqqıltı.Şeytan. 

Hikmətli sözlər.Cırtdan. 

Naqqalın əkrinə hədiyyə.Hərif. 

Təhsih  


Elan 

 

 



 

 

 



 

 

 

 64

Mərv  şəhərində  Əhmədliyə  məktəbində müəllimlik edən, haq sözü 

düz danışan və doğru söz üstə Mərv şəhərinin politsiyasında ( 7 fevralda 

) 1914-cü ildə bir çəkməsiylən iranlı  tərəfindən  ğətl olunan şəhid Yusif 

Heydərzadənin təsviridir. 

 

 

Yusif  İrəvan mahalında Qəmərli kəndində  təvəllüd tapıb.9-10 yaşlarında kənd 

məktəblərində  və sonralar fürsət bulduqca orda-burda, bəzən müəllimlərdən dərs 

almağla məşğul olurmuş.Və sonralar heç bir tərəfdən müavinət  görə bilməyib və 

təhsildən məhrum qalacağını  və axırı talaşındən bir heç bir fayda  hasil olmayacağını 

düşünüb və nəhayət tərəqqiyə mayıl olduğu üçün 25, 27 yaşlarında İrəvana gəlib, bir-iki 

il müddətində dolanıb.  Əğibət  burada da gecə bir iş bula bilməyib , Mərv  şəhərinə 

getmişdir və bir neçə illər idi ki, Mərv  şəhərində idi.Və ara-sıra Mərv  əhvəlatından 

(İqbal) cəridəsində  məqalələri görünməkdə idi. Mərv  əhlinin həyat və  məişətlərindən, 

bir çox vaxtı məktəb və mariflərindən bəhs edirdi.Və bu sonku ildə camaat tərəfindən 

açılmış  Əhmədliyə  məktəbində müəllim olşmuş  və  həmişə cocukların milli hirslərini 

artırmaqda səy edib. Cocuklara xətbə və nəğmələr əzbərlədib, gahdan bir teatrolarda və 

cəmiyyətlərdə  meydana çıxardardı. Genə  bir gün uşaqlara camaatın halından bəhs edən 

bir nitğ, bir nəğmə öyrədib teatroda oxutdurub və camaat tərəfindən alqışlanır.Və bu 

sonki nifğ məharəti  məktəbinə daxil olub və bir nitğidə də bəzi əyanların xeyir işlərdə 

səhləkarlıq etməsi aklaşdığı üçün əhli fəsadın  həmtiyyətinə səfişımadiğindan yuxaridə 

ərz olunan kimi Mərv polisiyasında şəhid edilmişdir..., Allah rəhmət eləsin! 

Ancaq burada hər bir əməl vicdana müvafiq olacaq. Bir füğirə vardırsa, o da Mərv 

mollalarinin mərhumə namaz qılmaları  və kafirməş deyə bunun nəşini yerdə 

qoymalarıdır ki, sünni qardaşlarımızdan  ğəlüb bu camiyə namaz qılıb və  dəfinnə  

məşğul olmuşlar. 

Mərhumun böyləcə tərəğği və maarif yolunda haqq danışdığı və təğdiri əvsunində 

öldürülüb və mollalar da namazina  gəlməyib, bu müsəlman oğlu müsəlmana nahaqdan 

kafir deyib və təqqir etdiklərinə görə idarəmiz tərəfindən      mərhumun     həğ sözü 

məhrərəgi və səyi ehtiramına qədrdanlıq təriğiylə təşviri alınub, məcmuəmiz vasitəsilə 

qarelərə təqdim olundu. 



 

Lək-ləkə 

Ay kişi ! Lək-lək, bunlar insandır, 

Tanrı sevən kimsə,  müsəlmandılar. 

Hacıdılar, bir çoxu əyandılar, 



 65

Bir azı bəylər, bir azı xandılar. 

Bir çoxisi yırtıci aslandılar. 

Ay biləsən ki, nə gözəl candılar. 

 

Bu xalq, bu millət kimi insan sevən, 



Məktəb, danış, ürfan sevən

Fəğirnəvaz, xeyir və ehsan sevən, 

Əkşəri yəni mollayı oğlan sevən. 

Sadələrə bir çoxi qurbandılar, 

Ay biləsən ki,  nə gözəl candılar. 

 

Pul yerinə məktəb üçün can verir, 



Müəllim, ruzə pirə ehsan verir, 

Xəzinəçi ,məcmuəçiyə yan verir. 

Nəşir bə meyxanəyə hər an verir. 

Mədrəsəyə, məktəbə düşməndilər, 

Şərh sevən sahib imandılar. 

 

Cümlə tərəqqi işinə bazdilər, 



Yəni içillər və ğumarbazdılar, 

Tiryekidirlər və kefi sazdılar, 

Qırmızı saqqal və başı dazdılar. 

Sən demə bielm və nadandılar, 

Cümlə ağazadə və əyandılar. 

 

Lal ol, otur rahət! Utan bir kərə! 



Yekxanəsin az dolaş , ay heyvərə! 

Bax qoçidə peştüa, həm xənçərə, 

Olmaya birdən deyəsən şəyip yerə, 

Bil ki, bular Rüstəm dastandılar! 

Ay biləsən ki, nə gözəl candılar. 

 

Məndən əzizim, sənə olsun bu pinə, 



Arifə, inliligetə çox olmaz binə! 

Bunlar atar bu yetinə bir gün kəmənd, 

Kəs səsini, dinmə, danışma həpənd. 

Onda görəsən ki, alovlandılar, 

Cümlə durub üstünə hoppandılar. 

 

Ay! ..sənə nə ğızlərə tullandılar, 



Keflənərək bağlara fırlandılar. 

Varsa əgər insafın eylə nəzər, 

(Şorta)lərə bax! Nə gözəl candılar, 

Huri ğılmandı  ____ ruh və reyhandılar. 

Neyləsin axır bular, insaf eylə, 

Hər birisi bir cavan oğlandılar, 



 66

Mədən ərfandılar, 

Sahibi zamandılar. 

Ay biləsən ki, nə gözəl candılar.  



Şeytan. 

 

 

 

SİYASƏT ALƏMİNDƏN 

 

Dövlət dumasında Papacanovun nitqi 

   

 Hazarət oni siz yaxşı bilirsiniz ki, osmanlıdakı ermənilərin halı çox-çox pisdir. 

Axır onlar bizim axperlərimizdirlər!. Ruset dövlətinin qeyri-rəsmi qoşunlarıdırlar!. Və 

həqiqi oğlanlarıdırlar. Axı onu siz yaxşı bilirsiniz ki, onların Rus-Osmanlı sərhədlərində 

olmaları  hərbi nöqteyi-nəzərindən nə  qədər  əhəmiyyətlidir. Onu siz dəxi bilirsiniz ki, 

qəlbimdə çox-çox fikirlər var ki, “saman altından su yeritmək nöqteyi-nəzərindən” bu 

qərsdən danışılmışı lazım deyildir.     

  Xəyalınıza bu gəlməsin ki, ermənilər ayrı bir fikirdə vardırlar, yox! And olsun 

“Pruşkeviç”in və  cəmi bu əqidədə olan  şəxslərin başınə. Mən  ayrı bir şeyi demək 

istəmirəm. Lakin Rusya dövləti gərək Osmanlı dostluqlarına inanmasın, çünki bu 

qırmızı fəsliləri məndən yaxşı tanıyan yoxdur. Bunlar asiyalıdırlar. Bunların əvvəlimci 

hənirləri adam aldatmağdır. Mən tanıyıram. Bunları mən tanıyıram buları... (Pruşkeviç 

)və Melikov yerlərindən atılub Rusiyanın həğiği övladı Babadxanovi o qədər öpürlər ki, 

beçarə  dəsmalını    çığarıb yüzünü  tez-tez silir).Cəfərovun nitği – həzran, mənim 

əqidəmcə Babacanov bu qərşidən ayrı bir söz demədi. Fəqət bunu söylədi ki, Ay ğuşını,  

nuli, az Rusiyə sən eylə bilmə ki, Anadolida olan sənin həqiqi oğulların ermənilər səni 

yadından çıxarıblar. Xatircəhm ol Rusiyaya (Loris Melikov) və (Ter Qukasov) lar verib. 

Ermənilər indi də (Nuri Paşa)lar hazır ediblər...Lakin mənim əqidəmcə, ağalar, bu kərsi 

xitabətdən cənab vəzir neçəki  buyurdu. Osmanlılarilə rusların arasında səmimi dostluğ 

əmələ gəlməgə başlıyur; və oni siz yəqin edin. Bu ğırmızı fəslilər ilə  dost olduğimiz 

zaman həm silah vəğtində mənfəət və həm dava vaxtında  kömək görə bilərik. Çünki, 

hərçənd ki, osmanlılar da imdi o ğədər  ğua toxdur, lakin: oni dəxi biliniz ki, ixtilaf 

məsk  trazusinin hansı gözündə osmanlılar olsa, o tərəfin ümumi yorupa “Tula 

urma”oyunundan ğalxub çıxacağı yəğindi. 

Boğazlar məsələsinə  gəldikdə oni bilin ki, dostun ğapısı    dosta  həmişə açığ 

olar(Alqışlar) (Pruşkeviş Melikov və Babacanovun  burunları    o  ğədər uzanır ki,  

Cəfərova toxundixdə karsı xitabətdən büdrəyüb  az ğala yıxılsın). 

 Dərviş nəbəki. 

 

Teleqraf xəbərləri 

 

Həmədan- Bu il həştad zəmi həşiş artığ əkmişlər ki, hasil olan  tiryəkin mədaxili 

(İbn Əli Sina)nın qəbrində nişangahınnın ətrafına bir həsar çəksinlər. Ancağ Həmədanın  

kəsif küçələrinin tozundan yel əsərkən  bu mömünin burnuna dolub təksəbr gəldi , hamı 

əl saxladı. 



 67

Sonra Nəcəfdən, Təbrizdən, Səlmasdan, Xoydan, Mərənddən bəzi müctehidlərdən 

vəht  ğəbəli molla yavadan da böylə  bir teleqraf alindi ki, Xorasanda, Təbrizdə, 

Azərbaycanda, Ərəğistanın çox yerlərində tiryakilər bu il vərşikəst  çıxdığlari üçün bu il 

hasil olan tiryəki onlara ehsan edüb, gələn  il yuxarıdakı əmələ mübaşir olsunlar. 

Həmədan- Cavan şahın tacgüzərlığına  hazır olmağ üçün şcah altünlar istixarə 

etməkdədir. Əgər  istixarə  yol versə neçə min  suvari Tehranə gedəcək;  ama bəd nəzər 

dəkməmək üçün Hacı Mirzə Həsənin  bir nəzr duası olub. Ğolinə bağlamağ istəyür ki, 

bu gedəndə  calalına göz dəgməsin . Hacı Səməd  Xan  ğayıdanacan cəmaətin nöxtasini  

Hacı Mirzə  Həsən heç oturmamasını imdidən vədəydir. 

 

Ordubad 

Sənət məktəbləri açıldı; kasıb uşağlarından başğa heç kəs götürülmüyəcəkdir. 

Sənət məktəbinə daxil olan kasib uşağlari gündə 6 qəpikdən 8 qəpikə  ğədər muzd 

alacağdırlar. Məktəblər hər barama və ipək vəğti açılacağdırlar. Məktəbdə  oğuyan 

uşağların rəsmi libasları;  papağ,  yalın olmağ, başıni ğapuf, kəsif dəstimal  bağlamağ, 

yırtığ tuman geymək  olacağdır. 

Məktəbdə oxunan elmlər; ocağ yandırmağ, su daşımağ, hammallığ etmək, barama 

işində  işləmək. Rusetdə  də olan əcnəbilərin məktəblər ilə    bu  məktəbin fərği odur ki, 

onlar  yay günü tətil edür. Ama bu 3 ay işləyib 9 ay tətil edəcəkdir. Allah 

dövlətlilərimizə bu tövr işlərin  cəzasını versün. Siyasi    

  

Şəhər aralığında 

 

Bu günlər  şəhər möhtəbərlərindən birinin evində Naxçıvandan gəlmə bir alimin 



şərəfinə  qəşidə edilmiş ziyafət süfrəsinə yerli böyük üləma və mollalardan cazir 

bulundiğləri sırada yalahatmə olub ğurtarandan sonra ğəlyan xoriltisinin həvısiylə şirin 

söhbətlər  əsnasında tyatro əleyhinə böyük nifrətlər izhar edildi. Həğiğət  əlhən böyük 

nemətləri belə ürfanpərvər mollalara halal olsun. Hansı ki, mübahisədən hər yerdə edib 

bütün teatro qapılarını  bağlı  qoyarlar... Maşallah, urraa, urraa . 

 

Bakı , xırım-xırda işlər 



 

May ayının  əvvələrində Bakıda  rus və müsəlman məktəblədində olan müsəlman 

müəllim ğardaşların arasında bir “Şamaxılı” və “Qarabağlı” söhbəti düşmüşdü. Mayın 

ortalarında bu söhbət elə bir ğızmış hala gəlmişdi ki, hər gün Quba meydanında bu iki 

müəllim dəstəsinin çarpışması gözlənirdi... Ama  heyif, nədənsə çarpışma –filan 

olmayıb, göstləmələr heçə getdi.  Çırpışma- flan olmadı. 

Bakının dəryakəxani dairlərində belə deyişmələr ki, güya müəllimlər bu məsələni 

payıza kimi taxirə salıblar. Aməd ki, bu tazə (teatro) üsul müəllimlər arasında artığ 

intişar tapıb. Gələn ildən  bu müəllimlərin dəst provodələri, balaca, məsum şagirdlərin 

dəxidə ədəbli və tərbiyəli olmalarına baxış olunacaqdır.Allah öz birliyi xatirinə bu işin 

də axırını xeyr eyləsin. 

 Müsəlman teatrı alış-verişçiləri (bəzi vaxt artistlər də demək olar) yay fəsli 

girdiyinə görə bu fəallarından başğa hərirlərini, yəni başlarını, canlarını da ğirtdirub   

Qafqazın dəkəşə yaylaqlarında teyatrolar göstərib, alış-veriş edib, bundan əlavə şənlənib 

və ümidimiz budur ki, payız fəsli Bakıya qayıdanda başları, canları ətli qalıb cəmaətin 


 68

qanını daha da hörmət ilə soracaqlar və bundan əlavə həmin bu teatro tacirləri Bakıdakı 

tazə işçilərə payızda oynamamağından ötrü bu ali  opera və liberetto yazmaq zakazları 

vermişlər. 

  Bu saat yazıçılar bərk işdədirlər, maskalarını qorumağa məcəlləri yoxdur.Allah 

axırını xeyr eyləsin.  

 

   


 

TAQQILTI 

 

  Biz dedik suxtə təhsil olur eylədiz gün 



  Bir gecə oxur, yazı bilmir oğlanlarımız, 

  Bilməzik ki, yalnız rusca təhsil eyləyib 

  (Ğavalir) tutmağa hazırlanacaq ğızlarımız. 

 

   



 

 

 



Şeytan. 

 

 



 

  HIKMƏTLI SÖZLƏR. 

 

Bir bakılı olub aşna saxlamasan eylə,  



Bil ki, Ordubadda oturub həna yaxmırsan. 

.... 


Artist və ya yazıçı olub özünü hər yerdə tərifləməkdən yəqin ki, səndə şübhə var. 

.... 


Özün ki, nə  qədər xaricilərə oxşayırsan, o qədər yaxşıdır. Dilini dəyişənlər də lap 

gözəldir. 

 

 

Cırtdan. 



 

 

 



 

Naqqalın əkrinə hədiyyə. 

 

Döz bir otaqda dutmuşidin ğəm əzasını 



Söz eylədirdik ordaca millət bəlasını. 

Gösrətdi bu xanım sənə öz metrqasını, 

Huşin dağıldımı görəli əşvəhasını. 

Qu gələn ötürdü çəkdimi? Qəmbər cəfasını. 

 

Hərdəm deyirdik, ay ki, əğyar bilməsin, 



Bu hali bir  nəfər bura ki, tar bilməsin. 

Ariflər olmasın da xəbərdar, bilməsin. 

Bu məclis azadə nələr var bilməsin. 

Ruzəpəzən yurəkdəki zövğ zəfasını. 

 

Ağlatmağ orda ğızları söz yox suvay idi. 



Rövzən odur ki, “rast”, “humayun”, “rəhab”idi. 

Tağət yoxumdur, görmə ki, böyrək kəvabidi, 

Başlarda al-yaşıl, mari, əlvan hicabidi. 

Cadralar altda eylədik hər ədasını. 



 69

 

Bu fərdiylə təmami səynən başını ğatub 



Gah ağladıb və gah əmammənin yerə atıb, 

Zəzuvan, cənti olara müftecə satıb. 

Çadra şəb alitdə fəsildən  hiss eylədik bir nəfər atub 

Əfşani babli, həmi xeyr olunsa siyani.  



Hərif 

Təshih 

 

Əvvəlki nömrəmizdə ikiminci səhifədə Yusif Heydərzadənin tarixi belədir: 12 

fevral 1914. altıncı  səhifədə hikmətli sözlərdə ikinci sətrdə (Ordubad) (r)si qalmış, 

beşinci sətirdə(ğalusnu fəz) yerinə ğalufsiz yazılmış. Təhsih edib böyük xətlərlə ğarelərı 

zəhmət verməmizdən üzr istəyirik. 

 

.......... 



Müdir və naşirlər: Mirməhəmməd  Mirfətullayev və Cabbar Əsgərzadə (Aciz) 

 

 



Elan 

Bununla məlum edirəm ki, mən keçən may ayında (İrəvan islam dram şirkəti) qəzalığından  və 

müdirliğindən xaric olmuşam. Mənim bu şirkət iylə bəd heç bir əlaqəm yoxdur. 

Əli Hacızeynalabdinzadə(Təhvil) 



Elan 

 

İstanbulda hər on gündə  nəşr olunan elmi , ədəbi və    məsmur “Şahbal”məcmuəsi  əcnəbi 



məmləkətlərə yeki: 10 manat 24 nüsxə  və altı aylığı 5 manat 12 nüsxədən ibarət. Xahişmənd 

olanlar bu adresə rcuh buyursunlar.  (İstanbulda iki pustxana ğarşısında Fərəx Bəy xanda nömr  

9 , 10, 12) . Bu məcmuəyə nəhayət  mətin bir məcmuəyə olub və hər kəscə ğiraəti arzu  edilər. 

Dərcə nəfisdir, fayda bərdar olmağ üçün  abunə  hər kəsə tövsiyə ediriz 

İrəvan, “Luyis” mətbəəsi. 

 

    



Elan 

Erməni dilində yeni nəşr olan “Nor mamul” qəzetəsi bugündən elan edir ki, yenidən dərc edəcək, 

elan vərəqəsi Rusiyanın hər yerindən elan qəbul edir; bu vərəqə Rusiyanın hər nöqtəsində pulsuz 

paylanacaq. Elan dərc etdirən cənablar aşağıdakı adresə rücux vursunlar. 

Elan qiyməti barəsində “Nor mamul” idarəsi ilə xüsusi danışmalıdır. 

Kamal ehtiram ilə “Nor mamul” idarəsi 

Ünvan: İrəvan, “Nor mamul” redaksiyası 

  

        



Elan 

Bu ğəzet “Sədayi Türküstan” imdilik  hər həftədə iki dəfə nəşr edilir. ədəbi, iqtisadi, fənni və 

məişəti türkcə cəridədir. 

Rusiyada 

13

 

aylıq  4 manat. 



7

 

aylıa 2 manat 50 qəpik. 



3 aylıq 1 manat 50 qəpik. 

Müsəlman xarii üçün 

12 aylıq 6 manat. 

6 aylıqı 3 manat  50 qəpik. 

Adres :Taşkent, Romanovskaya 16, “Sədayi Türküstan” redaksiyası. Telefon No 537. 

Типография «Луйсъ» Эриванъ - Mətbəə “Luys” , İrəvan  

 


 70

 

 



 

 

30 IYUN 1914 cü il, ŞƏNBƏ , No 12. 

Lək-lək türk dilində həftəlik məzhəkəli məcmuədir. 

Hər nüsxəsi 7 qəpikdir.



 

 

 



 

 

   



  

Axtar  

Bu “Lək-lək” məcmuəsinin 12-ci nömrəsinin  müdiri və naşirligindən  bən də 

istefa vermişəm ;cavab gəlincəyə  qədər mənim adım  müdiriyyət təriğiyləmöğtən 

dərc edilir. 

Mir Məhəmməd Mir Fətullayof.

 

 

   



Tanıtsuyu əlini veçir, yaxud Ehsanəli kişiyə müjdə 

 

Şad ol kişi, sərtac müsəlman olur oğlun, 

Məktəb qurtarır şanlı bir insan olur oğlun. 

Cansız vətənin cisminə bir  can olur oğlun, 

Dərmansız olan millətə dərman olur oğlum. 

Səd şükür ki, sahib ərfan olur oğlun 

 

Heç olmasa hazır eylə yüz əlli qalustuğ, 



Məktəbdə ikən açığı ya oğlun oturub şuğ, 

Pereçatğa, varatniklə, turusiyə çıkır zuğ, 

Tans etməsə hər sutka pərişan olur oğlun. 

Səd şükür ki, sahib ərfan olur oğlun 

 

Fikir etmə ki, yoldan çıxarar oğlini  “şurğa”, 



Oyna lala qalıblar da gecə tənğu “mazurğa”, 

Arif nəyə lazimdir əgər bilməsə “pulğa”, 

Ki vals gedirkən “padaspaz”olur oğlun. 

Səd şükür ki, sahib ərfan olur oğlun 

  

Qəmçəkməki oğlun dolanırşəhərdəveyil-veyil, 



“Sırğaçığa” gələ oynuya bilməz belə “ğadiril” 

Sübhə  kimi fırlar gecə bu itdən olan bil, 

“Oynayarda” qutardıqda peşman olar oğlun. 

Səd şükür ki, sahhib ərfan olur oğlun. 

 

Oğlun ki qalıb bir belə ğəhmil kəmallığ, 



Hər ğümə belə ğərğ açur canım, müsavad 

Damalara təlim eyləyir, ovirə xəyavat, 

Fəxrindir bu əlbəttə ki, neyşan olur oğlun, 


 71

Səd şükür ki, sahib ərfan olur oğlun. 

 

Zallarda xuraman ------- bulvarda heyran, 



“Roza”ya düşəndə mehman olur oğlun. 

Qorxma qocalanda  insan olur oğlun, 

Səd şükür ki sahib ərfan olur oğlun. 

Hərdəmxəyal 

 

 

 

Bunu kim bilmir ? 

 

Yunanlar indi məmə yeyən uşaqlarını süddən kəsəndə cocuklarına məxsus 



yapadıkları çörəklərə də türk adı qoyub, cocuklara yedirtmək istəyirlər

 Və  ögrətdikləri nəğmələri də öylə bir tərzdə yapublar ki, atalar dənizdən bir 

gəmi keçərkən içindəki adamlar bu nəğmələrin səsini eşidsələr, elə bilərlər ki, 

Yunanıstandan bir çox küçüklər İstanbula tərəf ağız-ağıza verib hürüyürlər. Bunu kim 

blmir ki,  Yunan dövləti türkləri öz yurdlarından başlar pinə tapdıya-tapıya hicrətə 

məcbur edib, öz tərəfindən məbləğlər göndərib. Yunanları Yunanıstana çağırıb, 

türklərin yerinə doldurub.... və bir də buni kim bilmir ki, gündə bir misğal yalana, 

iftiraya min lopuğ verüb, türkləri də rusvay eləməgə, vəhşi adlandırmağa çaluşurlar ki, 

bizim ellik türklərin  zülmündən qaçurlar. Hələ  bəzi qəzetələr burda  aşıb deyirlər ki: 

(bəs, əcaba qafqazdan və rusetin bəzi nöqtələrindən gələn bəzi mühacirlərin  niyə bəs 

düz Salonikə    doğru  gəlib, ordaca  sükunət edib yerləşirlər?....  Bunlardamı türklərin 

zamanında  qaçurlar, yaxud bu baldırı açığların öz bijlikləridirmi? ). Burasını  hər kəs 

bilir ki, Balkan davasından sonra bəzi vətənfruşlərin heyləsi səbəbinə yunanın gözü 

Türkiyəni  almışdı  və  hər halda da istəyürdi ki,  bir ğuş olub Ayasufiyanın  hilalının 

yerinə  bir xaç  yapdırsın. Amma qanadsızlığından bürüşüb bir yerdə  ğalmışdır... 

Deyirdi inşallah  br gün olar ki, nəhəng  gəmi Adriatik dənizindən  cumub Dardaneldən 

keçib savahəli selə verib İstambuli batıraram... 

Yunanlar bu  xəyalpulovi çoxdan yeyirdilər. Daha bəzi siyasət dairələrində ğələm 

yürüdənlər,  yunanların  dava hazırlığı    Türkiyə  bəhriyəsinin qüvvətlənməsindən 

görməsünlər. Bizə  ğalırsa  Balkan davasından sonra  da yunanlar öylə bu fikirdə  

varidilər,  əgər yox idilərsə  bəs o nə    məbləğ  dəstgahi   idi ki, Türkiyədəki yunanları 

dəvət edib Yunanıstandaki  türklərin də    başlarına dögüb ğovurdular?  Əgər bizdən 

soruşsanız dosti yunanlar  Türkitədə görüb ğoymağ istəmirlər . Səbəbi də odur ki,  

bunlar özlərinin mütəşəkilliklərindən və  vəhşətlərindən baxırdırlar, bilirlər ki, dava 

başlanarsa  heç vaxt gərək Yunanıstanda  olan  türkləri pişürib kəbab eyləsünlər. Girov 

olsa  bu da  bir az çətin olur. Odur ki, (Qosa kəndə girməmiş    yələli səni başlayır...)    

Türk dərid natutlərinin  hamısı da saman altından nə su qavırsa burasından artığ  xəbər 

verən görülmir.  

Ğərəz sözüm bundadır ki, o ğədər bəhş  ediləcək, bir məsələ yoxdur,  buni  hamu 

bilir ki, baldırı açığ yunanlar , eylə  həmişə başlarından  yekə    ğoz  ğırmağ  istiyurlər, 

ama gövrək  dəvəl   mözmə    türklərə buyurduğları kimi  yunanlara da  “balam, utan 

oturur yerinə”. Deyəcəklərmi?!.... Çağçağ   

               

1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə