İş №2-1(105)-306/2016 azərbaycan respublikasi adindan q ə r a r 23 dekabr 2016-cıil Sumqayıt şəhəri Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası



Yüklə 58,59 Kb.
Pdf görüntüsü
tarix07.04.2017
ölçüsü58,59 Kb.
#13560

1

İş № 2-1(105)-306/2016

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Q Ə R A R

23 dekabr 2016-cıil

Sumqayıt şəhəri

Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati - İqtisadi Kollegiyası

Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı,

hakimlər Quliyev Telman Osman oğlu və Rəhimov Elman Gülbaba oğlundan

ibarət tərkibdə, İsmayıl Samir Şahin oğlunun katibliyi,

İddiaçı İlyasova Əsli Qədimalı qızının iştirakı ilə,

İddiaçı İlyasova (Rzayeva) Əsli Qədimalı qızının cavabdeh Azərbaycan

Respublikası Müdafiyə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı 24 iyun

2014-cü il tarixli Hərbi Həkim Komissiyasının (qərarının) şəhadətnaməsinin

dəyişdirilib - xəstəliyin(min) hərbi xidmət dövründə alınması kimi qeyd olunmasının

cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi

Məhkəməsinin 04 avqust 2015-ci il tarixli 2-1(85)-957/2015 saylı qərarından cavabdeh

tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin

binasında şifahi məhkəmə iclasında baxaraq,

müəyyən etdi:

İddiaçı İlyasova Əsli Qədimalı qızı cavabdeh Azərbaycan Respublikası Müdafiə

Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı 24 iyun 2014-cü il tarixli

Hərbi


Həkim

Komissiyasının

(qərarının)

şəhadətnaməsinin

dəyişdirilib

-

xəstəliyin(min) hərbi xidmət dövründə alınması kimi qeyd olunmasının cavabdehin



üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim Z.Məmmədov) 04 avqust

2015-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.

Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini

xahiş etmişdir.

Sumqayıt Apelyasiya Məhkəməsi inzibati-iqtisadi kollegiyasının 16 noyabr

2015-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, birinci

instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan

Respublikası Ali Məhkəməsi inzibati-iqtisadi kollegiyasının 07 aprel 2016-cı il tarixli

qərarı ilə təmin edilərək, apelyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilmiş

və iş yeni apelyasiya baxışına qaytarılmışdır.

Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı Ə.Rzayevaya aid 24

iyun 2014-cü il tarixli 1490 saylı xəstəlik haqqında şəhadətnamə cavabdeh tərəfindən

tərtib edilməmişdir. Bu səbəbdən qeyd edilən xəstəlik haqqında şəhadətnamədə

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən dəyişikliyin

aparılması mümkün deyildir. İddiaçı Silahlı Qüvvələrin Baş Klinik Hospitalın terapiya

profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, 24.06.2014-cü

il tarixli 1490 saylı xəstəlik haqqında şəhadətnamə həmin hərbi-həkim komissiyası

tərəfındən tərtib edilmişdir. Bu səbəbdən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi

tərəfindən cavabdeh kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı qəbul edilməli və


2

vətəndaş Ə.Rzayevaya aid 24.06.2014-cü il tarixli 1490 saylı xəstəlik haqqında

şəhadətnamədə dəyişikliyin aparılması öhdəliyi Silahlı Qüvvələrin Baş Klinik

Hospitalın üzərinə qoyulmalıdır. İddiaçı Bakı şəhəri Nizami rayon hərbi komissarlığı

(indiki adı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət

Xidmətinin Nizami rayon idarəsi) tərəfindən 01.03.1999-cu il tarixdə hərbi xidmətə

düzgün çağırılmamış və bunun məsuliyyətini Bakı şəhəri Nizami rayon hərbi

komissarlığı daşıyır. Ə.Rzayeva iddia ərizəsini Azərbaycan Respublikası Səfərbərlik

və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinə qarşı

verməlidir. Müdafiə Nazirinin 02.03.1997-ci il tarixli 30 saylı əmri ilə qüvvədə olmuş

“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” nin “Xəstəliklər cədvəlinin” 80-cı

maddəsinin “b” bəndinə əsasən vətəndaş Ə.Rzayeva 01.03.1999-cu il tarixdə qan

dövranı çatışmazlığının mərhələsindən asılı olmayaraq “mədəciklərarası arakəsmənin

defekti” diaqnozu ilə hərbi xidmətə yararsız idi. Ə.Rzayevada mövcud olan və 2014-cü

ildə aşkar edilmiş xəstəlik hərbi xidmət dövründə yaranmamış, hərbi xidmət dövründə

ağırlaşmamış və bu səbəbdən xəstəliyin hərbi xidmətlə səbəbli əlaqəsi 24.06.2014-cü il

tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalın terapiya profilli hospital hərbi-həkim

komissiyası tərəfindən «xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» kimi düzgün

təyin edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı

qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»-nintələbləri

ilə hərbi xidmət dövründə dispanserizasiyanın aparılması hərbi-həkim komissiyalarına

həvalə olunmuş və dispanserizasiya zamanı qüsura yol verildiyinin araşdırılması MN

MHHK-nın səlahiyyətində deyildir. Dispanserizasiyanın nəticələrinə görə cavabdeh

dispanserizasiyanın keçirildiyi hərbi-tibb müəssisəsi və həmin müəssisənin həkim-

mütəxəssisidir. Vətəndaş Ə.Rzayeva 24.06.2014-cü il tarixdə Silahlı Qüvvələrin Baş

Klinik

Hospitalın



terapiya

profilli


hərbi-həkim

komissiyası

tərəfindən

şəhadətləndirilmiş və onda təyin edilmiş “anadangəlmə ürək qüsuru: mədəciklərarası

arakəsmənin defekti, I (birinci) funksional sinif ürək çatışmazlığı” xəstəliyinə əsasən,

«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin “Xəstəliklər cədvəlinin” 80-ci

maddəsinin “b” bəndinin III qrafası üzrə “sülh dövründə hərbi xidmətə yararsız,

müharibə dövründə məhdud yararlı” sayılmış və «Hərbi-həkim ekspertizası haqqında

Əsasnamə»nin 7.2-ci bəndinin e) yarımbəndinə əsasən anadangəlmə xəstəliyin hərbi

xidmətlə səbəbli əlaqəsi “ümumi xəstəlikdir” kimi təyin edilmişdir. Ə.Rzayevanın

diaqnozunda qeyd edilmiş “I (birinci) funksional sinif ürək çatışmazlığı” vətəndaşda

qan dövranı çatışmazlığının 0 (sıfır) olduğuna dəlalət edir. Vətəndaş Ə.Rzayevanın

anadangəlmə xəstəliyi hərbi xidmət dövründə ağırlaşmamışdır. Sumqayıt İnzibati-

İqtisadi Məhkəməsinin qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin

29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası

haqqında Əsasnamə»nin 7.2-ci bəndinin ç) yarımbəndinin tələblərinə uyğun deyildir.

Həmin

Əsasnamənin



7.2-ci

bəndinin


ç)

yarımbəndinə

əsasən,

xəstəlik


şəhadətləndirilən şəxsin hərbi xidmət keçməsi dövründə yarandığı, yaxud

şəhadətləndirilən şəxsin hərbi xidmətə çağırılmasına və ya hərbi xidmətə könüllü daxil

olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət dövründə onun hərbi xidmətə

yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran

dərəcəyə çatdığı halda, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi «Xəstəlikdir, hərbi

xidmət dövründə alınmışdır» kimi təyin edilir. Lakin vətəndaş Ə.Rzayevada Silahlı



3

Qüvvələrin Baş Klinik Hospitalın kardiologiya bölməsində 11.06.2014-cü il tarixdən

24.06.2014-cü il tarixə kimi müayinə zamanı təyin edlmiş “anadangəlmə ürək qüsuru:

mədəciklərarası arakəsmənin defekti, I (birinci) funksional sinif ürək çatışmazlığı”

xəstəliyi hərbi xidmət dövründə yaranmamış, hərbi xidmətə daxil olmamışdan əvvəl

yaranmış anadangəlmə xəstəlikdir və hərbi xidmət dövründə onun hərbi xidmətə

yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışdır. Bu xəstəlik ilə vətəndaş

Ə.Rzayeva 1999-cu ildə və 2014-cü ildə hərbi xidmətə yararsızdır. Bu səbəbdən və

«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2. bəndinin ç) yarımbəndinə

əsasən


vətəndaş

Ə.Rzayevada

təyin

edilmiş


“anadangəlmə

ürək


qüsuru:

mədəciklərarası arakəsmənin defekti, I (birinci) funksional sinif ürək çatışmazlığı”

xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin «xəstəlikdir, hərbi xidmət dövründə

alınmışdır» kimi təyin edilməsi mümkün deyildir.

Apelyasiya baxışı zamanı iddiaçı İlyasova Əsli Qədimalı qızı apelyasiya

şikayətinə etiraz edərək bildirmişdir ki, o, 01 mart 1999-cu ildə Azərbaycan

Respublikası Müdafiə Nazirliyinin 004 saylı Hərbi hissəsinə radiologiya laborant-kiçik

hərbi qulluqçu vəzifəsinə qəbul edilmişdir. 2013-cü ildə səhəttində baş vermiş problem

ilə əlaqədar həkimə müraciət etmiş və xəstəliyi səbəbindən müalicə olunmuşdur. Tibbi

müayinəyə göndərilmiş və 24 iyun 2014-cü il tarixli, 1490 saylı Mərkəzi Hərbi Həkim

Komissiyasının “Xəstəlik haqqında şəhadətnamə”sinə əsasən xəstəliyinin “Ümumi

xəstəlik” olması, yəni hərbi xitmətlə əlaqəsi olmayan xəstəlik kimi qiymətləndirilmiş

və 4-cü Ordu Korpus Komandirinin 29 iyul 2014-cü il tarixli əmrinə əsasən “Hərbi

xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə)

əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, hərbi xidmətə yararlı hesab

edilərək, qəbul edilmiş, 15 ildən artıq xidmət etmişdir. Silahlı qüvvələrdə işlədiyi

müddətdə hər il tibbi müayinədən keçmiş, lakin onda xəstəlik aşkar olunmamışdır.

İddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını

məhkəmə kollegiyasından xahiş etdi.

Apelyasiya baxışı zamanı, 02 dekabr 2016-cı il tarixdə keçirilmiş məhkəmə

iclasında iddiaçının vəkili Məmmədov Məmməd Əzi oğlu apelyasiya şikayətinin

dəlillərinə etiraz edərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş

etdi.

Cavabdeh


məhkəmə

iclasının

yeri



vaxtı



barədə

dəfələrlə

məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş,

məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu

səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə

əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab

etmişdir.

Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini

araşdıraraq, tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət

verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya

məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi təmin edilməməlidir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə

əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və

hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə

tam həcmdə baxır.



4

İş materiallarında olan seriya AD 0000200 saylı şəxsi vəsiqənin notarial

qaydada təsdiqlənmiş surətindən görünür ki, Rzayeva Əsli Qədimalı qızı 01 mart

1999-cu il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətə qəbul

edilmişdir.

İş materiallarında olan 004 saylı Hərbi hissə komandirinin 06 avqust 2014-cü il

tarixli 202 saylı nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, 4-cü Ordu Korpusu

Komandirinin 29.07.2014-cü il tarixli 044 nömrəli əmrinə əsasən Rzayeva Əsli

Qədimalı qızı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v”

bəndinə (xəstəliyə görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

İş materiallarında olan 04 sentyabr 1999-cu il tarixli seriya VII-JQ 390219 saylı

“Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki,

İlyasov Əhliman Əhməd oğlu ilə Rzayeva Əsli Qədimalı qızı arasında 04 sentyabr

1999-cu il tarixdə nikah bağlanmış, nikahdan sonra ərə (arvada) İlyasov(a) soyadı

verilmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 109 nömrə

ilə qeydiyyat aparılmışdır.

İş materiallarında olan seriya AZE 14985767 saylı şəxsiyyət vəsiqəsinin

təsdiqlənmiş surətindən görünür ki, İlyasova Əsli Qədimalı qızına 20 oktyabr 2014-cü

ildə Sumqayıt ŞPİ QŞVŞ tərəfindən yeni şəxsiyyət vəsiqəsi verilmişdir.

İş materiallarında olan 1490 xəstəlik haqqında şəhadətnəmədən görünür ki, hərbi

xidmət baş çavuşu Rzayeva Əsli Qədimalı qızı 004 saylı hərbi hissənin hərbi

qulluqçusu kimi, 24 iyun 2014-cü ildə Silahlı Qüvvələrin Baş Klinik hospitalın terapiya

profılli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin

edilmiş «Anadangəlmə ürək qüsuru: mədəciklərarası arakəsmənin defekti. I(birinci)

funksional sinif ürək çatışmazlığı» diaqnozuna əsasən Azərbäycan Respublikası

Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-

həkim eskpertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin 80 «b»

maddəsinin III qrafasına əsasən «sülh dövründə hərbi xidmətə yararsız, müharibə

dövründə məhdud yararlı sayılmış və xəstəliyin hərbi xidmətlə səbəbli əlaqəsi «Hərbi-

həkim eskpertizası haqqında Əsasnamə»nin 7.2 maddəsinin e bəndinə əsasən «ümumi

xəstəlikdir» kimi təyin edilmişdir.

Həmin şəhadətnəmədən həmçinin görünür ki, Silahlı Qüvvələrin Baş Klinik

Hospitalınin terapiya profilli hospital ştatlı hərbi-həkim komissiyasının 24 iyun 2014-

cü il tarixli qərarı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən

təsdiq edilmişdir.

İşdən görünür ki, İlyasova Əsli Qədimalı qızı Azərbaycan Respublikası Müdafiə

Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı 24 iyun 2014-cü il tarixli 1490

saylı “Xəstəlik haqqında şəhadətnamə”nin dəyişdirilərək, xəstəliyin hərbi xidmət

dövründə alınması kimi qeyd olunmasının cavabdehin üzərinə qoyulmasını xahiş

etmişdir.

Birinci instansiya məhkəməsiiddia tələbini təmin etmiş və bu zaman ona istinad

etmişdir ki, Rzayeva (İlyasova) Əsli Qədimalı qızı nə 01 mart 1999-cu ildə hərbi

xidmətə qəbul edilərkən, 15 ildən artıq xidməti dövründə hər il dispanserizasiyadan

keçərkən onun sağlamlıq vəziyyəti ilə bağlı problemi (ürək çatışmazlığı) olmamışdır.

Hətta şəxsin hərbi xidmətə çağrılmasına qədər, lakin hərbi xidmətə yararlı hesab edilən

hər hansı bir xəstəliyi hərbi xidmət müddətində xidmətə yararlılıq kateqoriyasını

dəyişərsə və bu səbəbdən həmin şəxs xidmətdən ehtiyata buraxılarsa, onun xəstəliyinin


5

hərbi xidmətlə səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi deyil, “Xəstəlikdir, hərbi

xidmət dövründə alınmışdır” kimi qiymətləndirilməlidir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi

nəticəyə gəlməmişdir.

Məhkəmə kollegiyası tərəfindən məhkəmə-tibbi ekspertizası keçirilmiş və

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji

Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 25 oktyabr 2016-cı il tarixli T274/2016

nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Rzayeva (İlyasova) Əsli Qədimalı qızı istər

SQ-nin Baş Klinik Hospitalında, istərsə də MN-nin Mərkəzi Hərbi poliklinikasında

müayinələrdən

keçərkən


onda

“anadangəlmə

ürək

qüsuru, mədəciklərarası



arakəsmənin defekti” diaqnozu müəyyən olunmuşdur. Bu qüsur ürək-damar sisteminin

anadangəlmə inkişaf qüsurlarından biri olub, bətndaxili həyatın embriogenzen

dövründə başlanılır. Həmin xəstəlik ilk dəfə 2013-cü ilin noyabr ayında aparılmış

müvafiq müayinələrdən sonra aşkar edilmişdir.

Ekspert rəyindən göründüyü kimi, İlyasova Əsli Qədimalı qızında aşkar edilmiş

“Anadangəlmə ürək qüsuru: mədəciklərarası arakəsmənin defekti. I (birinci)

funksional sinif ürək çatışmazlığı” diaqnozu Azərbaycan Respublikasının Silahlı

Qüvvələrində işlədiyi vaxt deyil, anadangəlmə xəstəlik olmuşdur və həmin xəstəlik

sonradan aşkar olunmuşdur.

Həmçinin, məhkəmə kollegiyasının iclasında dindirilmiş ekspert Kazımov Hafiz

Mirquzalı oğlu bildirmişdir ki, İlyasova Əsli Qədimalı qızında aşkar olunan xəstəlik

ürək-damar sisteminin ən çox rast gəlinən anadangəlmə inkişaf qüsurlarından biri olub,

bətndaxili həyatın embriogenez dövründən başlanılır. Əsas səbəblərədən biri kimi gen

və xromosom mutasiyaları göstərilsə də, ürəkdə orqanogenez prosesinin müxtəlif

inkişaf mərhələlərinin pozulması zamanı baş verir. İddiaçıda aşkar edilən ürək qüsuru

anadangəlmə olsa da 2013-cü ilin noyabr ayında aşkar edilmişdir. Hansı işdə

işləməməsindən asılı olmayaraq insan yaşlandıqca onda olan həmin xəstəlik aşkar

büruzə verməyə başlayır. Həmin xəstəlik onun işləməsi ilə əlaqədar yaranmamışdır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin2.1-ci maddəsinə

əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə

tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair

işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual

Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə

əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə

işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış

tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə

tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert

ekspertiza aparılarkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları

müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır.

Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə

tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə

əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların

təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək,



6

mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti

vəzifəsinə görə araşdırmağa borcludur.

Həmin Məcəllənin 14.3-cü maddəsinə görəinzibati orqan iddiaçının arzuladığı

inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna

istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin

inzibati orqanın üzərinə düşür.

Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam

və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Birinci instansiya məhkəməsi işin hallarını, iş üzrə mövcud olan sübutları tam və

hərtərəfli araşdırmadan, müvafiq ekspertiza təyin etmədən iddia tələbini əsaslı hesab

edərək təmin etmiş və bununla da düzgün olmayan qərar qəbul etmişdir.

Göstərilənlərə

əsasən


məhkəmə

kollegiyası

belə

nəticəyə


gəlir

ki,


cavabdehinapelyasiya şikayətində göstərdiyi dəlillər əsaslı olduğundan, şikayət təmin

edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin

edilməməlidir.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual

Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim

Komissiyasının apelyasiya şikayəti təmin edilsin.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 04 avqust 2015-ci il tarixli

2-1(85)-957/2015 saylı qərarı ləğv edilsin.

İddia təmin edilməsin.

Qərar təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sumqayıt Apelyasiya

Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-



iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim

Səadət Bəktaşi

Hakimlər

Telman Quliyev

Elman Rəhimov

Yüklə 58,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin