İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri



Yüklə 1,02 Mb.
səhifə23/169
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#1365
1   ...   19   20   21   22   23   24   25   26   ...   169
Zinanın gigiyenik cəhətdən evlənmə ilə hansi fərqi vardır?

Bir sıra şəxslər belə söyləyirlər ki, zinada olan xəstəliklər evlənməkdə də ola bilər, demək bu ikisi bir-biri ilə fərqlənmirlər.



Cavab:

Əvvəla: Zinayla məşğul olanlar, istər qız, istərsə də oğlan, adətən bir nəfərlə kifayətlənməyib, müxtəlif adamlarla cinsi əlaqə yaradırlar. Bu insanlardan heç olmasa biri infeksion xəstəliyə malikdir və ya bu əməlin təsiri altında tədricən infeksion xəstəliyə yoluxurlar. Bu da, xəstəliyin həmin şəxslə əlaqə yaradan insanlara ötürülməsinə səbəb olur. Eləcə də intim əlaqədə olan bu şəxslər kiçik mikroba malik ola bilərlər və bu mikroblar, xəstəliklər bir-biri ilə qovuşduğu surətdə qarşısıalınmaz bir xəstəliyə çevrilə bilər.

İkincisi: "Üzünömürlülüyün sirri" kitabında bu sualın cavabına dair yazılır: "Subaylıq dövründə (xüsusilə əməlin tam sərbəstlik və laqeydliyilə), cinsi münasibətlərdə ifratçılığın mümkünlüyü, özü bir çox cismi-ruhi xəstəliyin yaranmasının amilidir. Belə ki, evlənmə əlaqəsində ərlə arvad arasında ruhi ünsiyyət, ülfət və davamlı təmasda olmaq, cinsi meyldə bir növ müvazinət yaranmışdır. Evliliyin ilkin mərhələsində müəyyən ifratçılıqların yaranması mümkündür, sonrakı dövrlərdə isə cinsi meylin təbii ehtiyacından başqa cinsi ehtiras yaratmaq üçün (qeyri-qanuni münasibətlərdə olduğu kimi) maraq olmayacaqdır və nəticədə bu münasibətlərdə mötədilliyi qorumaq şansı, qeyri-qanuni əlaqələrdən daha çoxdur.

Bu baxımdandır ki, qərb ölkələrində cinsi psixoloji xəstəliklərin növləri həddən artıq və şərq ölkələri ilə, xüsusilə İslam ölkələri ilə (dini məhdudiyyətlər və qanuni həyat yoldaşına bağlı olmaq səbəbindən, qeyri-təbii və xəstəlik yaradıcı cinsi qıcıqlanmalara yer qalmır) müqayisədə günbəgün artmaqda olan böyük statistikaya malikdir. Uyğun cismi xəstəliklərin statistikasının artması da eyni səbəbdəndir. Çünki qərbdə növbənöv münasibətlərdən doğan ruhi qıcıqlanmalar və qeyri-qanuni əlaqələrin mümkünlüyündən qaynaqlanan ifratçılıq, cavanlar arasında yorğunluq və təhlükəli cismi və ruhi zəifliyə bais olur. Halbuki, yalnız həyat yoldaşına bağlı olduğu və münasibətlərin yeknəsəq olduğu şəkildə, bu tip ruhi təhriklər və çeşidliliyindən doğan cinsi həyəcanların faizi ( həssas olduğu üçün kişi üçün daha zərərli olan) sıfra enəcəkdir".1

Üçüncüsü: Adətən zina ilə məşğul olan şəxslər, cinsi əlaqəylə ilgili gigiyenik məlumata kifayət qədər malik deyillər. Bir tərəfdən də yalnız son dərəcə ləzzətin və şəhvətpərəstliyin fikrində olduqlarından, cinsi əlaqə gigiyenasını öyrənməyi ya bacarmır və ya istəmirlər. Bu şəxslər əsasən hansı yolla olursa-olsun ləzzət almaq istəyirlər. Bunlar İslamın qəbul etdiyi cinsi bir əlaqədə (evlənmədə) mövcud deyildir. Çünki ər-arvad arasındakı sevgi-məhəbbət onları təkcə şəhvətpərəstlik haqqında yox, bir-birinin sağlamlıqları haqqında da düşünməyə vadar edir. Bundan əlavə, ərlə arvad evlənməzdən öncə adətən uyğun kitablar və gigiyena mərkəzlərinin informasiyası vasitələrilə, lazımi cinsi biliklərə yiyələnirlər, halbuki adətən bu məlumatlar zinada yoxdur.

Dördüncüsü: Zinanın zərərləri yalnız onun cismi ziyanlarında təxsislənməyib, çox sayda ruhi, mənəvi, ictimai və s. ziyanları da vardır.

İmam Rza (ə) buyurub: "Zina, əhatə etdiyi fəsadlardan dolayı, o cümlədən: adam öldürmək, soy kökünün itməsi və ləkələnməsi, uşaq tərbiyəsinin tərk edilməsi, irs məsələsinin korlanması və bu kimi fəsadlar ucbatından haram edilmişdir".1



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə