İslama əsasən seksual həyat



Yüklə 417,12 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix07.01.2017
ölçüsü417,12 Kb.
1   2   3   4   5   6

doyum nöqteyi-nəzərindən də vacib bir məsələdir.

82

 

Sevişməyə necə  deyərlər,  start  verən  və  bundan irəli  gələn 



həzzi artıran ən mühüm bədən üzvü ağız – dil və dodaqlardır. 

Dişlərin  təmizlik  və  sağlamlığına  fikir  verilmədiyinə  görə  pis 

qoxu 

verən 


bir 

ağız, 


yaxud 

da 


misvaklanmadığı-

fırçalanmadığı üçün dişlərinin arasında xörək qırıntıları qalan 

bir  ağız  sevişməyə  mənfi  təsir  göstərir.  Məlumdur  ki,  bu  hal 

cinsi  əlaqənin  romantikliyini  aradan  qaldırır,  üstəlik  də 

nifrətamiz  hislər  yaradır.  Ona  görə  də  şübhə  etmirik  ki,  diş 

                                                 

81

 Buxari, Cümə, 8; Məcməu-z-zəvaid, 1/220. 



82

 Şübhə yoxdur ki, əsas olan dişlərin təmizliyidir. 

Peyğəmbərin  (əs)  dövründə  insanlar  dişlərini  misvakla  təmizləyirdilər.  Bu  səbəbdən 

bu məsələ ilə əlaqədar hədislərdən həmişə misvak sözü işlədilir. 

“Misvak  bir  növ  fırçadır.  Ağac  kökündən  düzəldilir.  Diş  ətinə  tətbiq  olunan  masaj 

sahəsində  ideal  bir  vasitədir.  Bu  xüsusiyyətlərinə  görə  fırçadan  fəqlənir:  Fırçanın 

telləri  ya  tükdən,  ya  da  neylondan  olur.  Qopub  udulduğu  vaxt  qismən  olsa  da, 

təhlükəli  olur  (appendisitə  səbəb  ola  bilər).  Misvakdakı  tellər  isə  bitki  mənşəli  – 

nəbatidir.  Onu  udmaqda  fırçada  olduğu  qədər  təhlükə  yoxdur.  Əlavə  olaraq,  onun 

lifləri də çoxdur və həmişə ucundan azaldıqca təzəsini çıxartmaq olur. Hətta onda az 

olsa da, antiseptik xassəyə malik olan özək mayesi var. Bu da öz növbəsində ağızdakı 

mikrobların  xəstəlik  törətməyinə  mane  ola  bilər.  Ən  yaxşı  misvak  Ərəbistanın  Hicaz 

bölgəsində  bitən  Ərak  adlı  ağacın  kökündən  olur.  Əgər  həmin  ağacdan  düzəldilmiş 

misvak olmasa, tut və zeytun ağacından istifadə olunur.” 

Doktor Bəşir Akınalın qələmindən nəql etdiyimiz xüsusiyyətlərinə görə, eyni zamanda 

iqtisadi  bir  sərmayə  və  satışı  tələb  etmədiyinə  görə  biz  də  ona  (misvak)  üstünlük 

veririk.  Üstəlik  onu  daşımaq  da  asandır.  Bahalı  da  deyil.  Avropada  18-ci  əsrdə  diş 

fırçasından istifadə  etməyə  başlanılıb.  Buna  baxmayaraq  müsəlman  dünyasında 1400 

ildən artıqdır ki, işlədilir. Görünür ki, bunun səbəbi dini bir məsləhət/öhdəlik olmaqla 

yanaşı, onu daşımaq və işlətməyin asanlığıdır. 



www.muselmanlar.com

 

 



63 

 

sağlamlıq  və  təmizliyinə  laqeyd  yanaşan  ər-arvad  bir-birinə 



müvafiq olmayan bir cütlük formalaşdırırlar.

83

 



Allahın elçisi (əs) dişlərin sağlamlıq və təmizliyinə ona görə 

böyük  əhəmiyyət  verib  ki,  bu  məsələnin  ictimai  münasibətlər 

və seks arasındakı əlaqəsini yaxşı bilib. 

Allahın səlatu-salamı onun üzərinə olsun, onun dəstəmazla 

yanaşı, harada və nə vaxt misvak işlətdiyinə dair elementar bir 

tədqiqat bizi qeyd etdiyimiz həqiqətə aparıb çıxarır. 

Yadınıza salaq ki, Allahın elçisi (əs) hər bir xanımın yanına 

daxil  olduğu  vaxt  onunla  cinsi  əlaqədə  olmadan  da 

maraqlanırdı. Aşağıdakı hədis də bunu göstərir: 

 

           



 

  

“Allahın elçisi gecə oyandığı vaxt misvakla ağız və dişlərini 



ovxalayıb təmizləyirdi.”

84

 



Onun  hörmətli  xanımı, əziz  anamız  həzrəti Aişə  soruşulan 

bir suala belə cavab vermişdir: 

-  Allahın  elçisi  evinə  gəldiyi  vaxt  hər  şeydən  əvvəl 

misvakdan istifadə edirdi.

85

 

                                                 



83

 İslam hüquqü mütəxəssislərinin bir qismini təşkil edən Hənbəli məzhəbi alimlərinin 

fikrinə əsasən ağızdan gələn pis iy evliliyə xitam vermək iddiası ilə çıxış etməyə haqq 

qazandıran  səbəblərdən  biridir.  Baxın:  Hüquqi-islamiyyə  və  istilahati-fiqhiyyə 

qamusu, 2/358. 

Qeyd:  Zina  etdiyinə  görə  depressiya  keçirən  xanım  bir  oxuyucum  mənə  belə  bir 

məktub yazmışdı: 

“Mənim xəbərdarlıqlarıma baxmayaraq dişlərinin təmizliyinə fikir verməyən ərimdən 

nifrət  etdiyim  üçün  bizim  tərəflərdəki  təmiz  və  geyim-kecimli  bir  kişi  ilə  hələ  də 

davam etdirdiyim bir zina münasibətinə başladım...” 

 

84

 Buxari, Təhəccüd, 9; Nəsai, Təharət, 1. 



www.muselmanlar.com

 

 



64 

 

Yenə həzrəti Aişə (ra) nəql edir: 



Allahın  elçisi  dişlərini  misvaklayır,  sonra  da  onu 

yudurtmaq üçün mənə verirdi. Mən də misvaklanır, sonra da 

yuyub ona verirdim.

86

 



Bu  hədislərdəki  sekslə  əlaqədar  məqamları  dərk  edə 

bilməyənlərə  peyğəmbərin  (əs)  elçi-görücü  sifətilə  göndərdiyi 

Ümmü Süleymə belə bir söz dediyini xatırlatmaq yaxşı olardı: 

“Ey  Ümmü  Süleym!  O  qadının  bədənini  iylə.  Ayaqlarına  nəzər 

sal.”

87

 



İndi  isə  mirvari  kimi  ağappaq  dişləri  olan  və  ağız  iylərini 

qətiyyən  xoşlamayan  peyğəmbərimizdən  (əs)  bu  mövzu  ilə 

əlaqədar bir təhlil də nəql etmək istəyirik. 

Belə  ki,  həzrəti  peyğəmbərin  (əs)  xanımlarından  biri  olan 

həzrəti  Həfsa  peyğəmbər  ona  baş  çəkdiyi  vaxt  (özünə 

göndərilən)  baldan  şərbət  hazırlayıb  və  ona  içirdib.  Bu  hal 

həzrəti Aişənin qısqanclığına səbəb olub. Onun qısqanclığı və 

lətifəvari təşkilatçılığı ilə digər xanımları olan həzrəti Səvdə və 

həzrəti Safiyyə də deyiblər ki, bal şərbəti içdiyin üçün ağzın iy 

verir.  Allahın  elçisi  isə  bu  əhvalatın  üstündən  bal 

yeməyəcəyinə dair and içib.

88

 



Quranın  Təhrim  surəsinin  ilk  ayəsinin  nazil  olma 

səbəblərindən  biri  kimi  izah  edilən  bu  hadisədə  bizim  əsl 

mövzumuz  baxımından  mühüm  bir  məqam  var:  O  da  budur 

ki,  Allahın  elçisi  (əs)  xanımlarının  o  sözündən  sonra  həssas 

                                                                                                        

85

 Müslim, Təharət, 43; İbn Macə, Təharət, hədis nömrəsi 290. 



86

 Mişkatu-l-məsabih, hədis nömrəsi 384. 

87

 Müsnəd, hədis nömrəsi 13170; Beyhəqi, əs-Sünənu-l-kübra, hədis nömrəsi 12502. 



88

 Haqq  dini,  Quran  dili,  7/5085;  Əlavə  olaraq  baxın:  əl-Lu-lu-u  və-l-mərcan,  hədis 

nömrəsi 940. 


www.muselmanlar.com

 

 



65 

 

hərəkət edərək o cür bir bal yeməməyə and içib. Təbii ki, sonra 



bu andından daşınmış, kəffarəsini də vermişdir. 

Bu cür həssas bir ruha malik olan həzrəti Muhəmmədin (əs) 

misvaklanmaqla  əlaqədar  tapşırıq  və  əməllərindəki  seksual 

xarakterli  məqamları  görə  bilməməyi,  eləcə  də,  özünü 

görməməzliyə vurmağı hər halda üzrlü hesab etmək olmaz. 

Siqaret 


Qeyd  edək  ki,  “Bədən  və  dişləri  təmiz  saxlamaq”  fəslini 

başa  vurmazdan  əvvəl  bədən  və  dişlərin  təmizliyinə  mənfi 

təsir göstərən siqaretə də toxunmaq lazımdır. 

Siqaret  təbii  mühiti  korlayan  və  sağlamlıq  baxımından 

zərərli  bir  aludəçilik  və  israf  olduğuna  görə  insanın  ruhi 

cəhətdən  inkişafına  da  mane  olur.  Siqaret  belə  bir  maddədir. 

Siqaret  çəkmək  indiki  dövrün  müsəlman  alimlərinin 

əksəriyyətinin  bizim  də  bölüşdüyümüz  fikirlərinə  əsasən 

ictihadi bir haramdır. 

Siqaretdən  uzaq  durmağı  lazım  bilən  digər  bir  təhlükə  də 

seksual  münasibətlərə  pis  təsir  etməyidir.  Çünki  aydın 

məsələdir  ki,  pis  iyi  bütün  bədən  və  ağıza  yayılan  və  dişləri 

saraldan  siqaret  siqaret  çəkməyən  həyat  yoldaşının  sağlamlıq 

və  seksual  xoşbəxtliyinə  mənfi  təsir  göstərir.  Buna  görə  də 

zülm  xüsusiyyəti  olan  siqareti  tərk  etmək  dini-islami  bir 

öhdəlikdir. 



 

 


Yüklə 417,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə