www.muselmanlar.com
1
İSLAMA ƏSASƏN SEKSUAL HƏYAT
Müəllif:
Əli Rza Dəmircan
(ilahiyyatçı alim)
Azərbaycan dilinə çevirib uyğunlaşdıran Fəqani Bəylərov
(fəlsəfə doktoru:
fəlsəfə və ilahiyyat elmləri)
VI FƏSİL
(1, 2 və 3-cü hissələr)
SEKSUAL CƏHƏTDƏN
XOŞBƏXTLİK ÜÇÜN YERİNƏ
YETİRİLMƏLİ OLAN
ÖHDƏLİKLƏR
www.muselmanlar.com
2
Seksdənkənar əsas öhdəliklərimiz
Məlumdur ki, ailə həyatında seksual münasibətlər də olur;
ki, bu, vacib bir amildir. Bununla belə, evlilik-ailə həyatı təkcə
seksdən ibarət deyil. Deməli, evlilik həyatında digər qarşılıqlı
öhdəliklər də yerinə yetirilməlidir. Çünki insanın seksual
münasibətlər
baxımından
xoşbəxtliyi
həmin
qarşılıqlı
öhdəliklərə əsasən formalaşır və inkişaf edir. Bu öhdəlikləri
aşağıdakı kimi xülasə etmək olar:
Kişinin əsas öhdəlikləri
Rəbbimizin Nisa surəsinin 19-cu
ayəsindəki: “Onlarla İslam dininin və müştərək ağlın
qaydalarını əsas tutaraq yaşayın” - əmrinə əsasən belədir:
a) Qadınlara qarşı yaxşı rəftar etmək: qadınların mənfi
cəhətlərinə qarşı səbirli olmaq, onlarla sevgi-məhəbbət və
hörmətlə danışmaq, ailə işlərinin idarəsi məsələsində onların
da fikrini nəzərə almaq və başda seksuallıqları olmaqla onlarla
maraqlanmaq.
b) Kişilər olaraq öz yeyib içdiklərimizi nəzərə alıb onların
dolanışıq xərclərini ödəmək, eləcə də, müstəqil bir mənzildə
yaşamaqlarını təmin etmək.
c) Fiziki gücümüzdən sui-istifadə etməmək: Yəni, onlara
qarşı zor tətbiq etməmək. Qadınları və gördükləri işləri pis
adlandırmamaq.
Qadının əsas öhdəlikləri
Rəbbimizin Nisa surəsinin 34 və
Bəqərə surəsinin 233-cü ayələrindəki buyuruqlarına əsasən
aşağıdakı kimidir:
a) Nikah müqaviləsi və cəmiyyətdəki adət-ənənələrin
vacib bildiyi qadınlıq borcunu yerinə yetirmək, övlad dünyaya
gətirmək, ona baxmaq və evdəki işləri görmək.
www.muselmanlar.com
3
b) Nikah müqaviləsinə əsasən ərə - onun məhdud əmr və
tapşırıqlarına hörmət etmək, onu xoşbəxt etməyə çalışmaq.
c) Zina və lezbiyanlıq kimi münasibətlərdən uzaq durmaq
və ərin mal-mülkünü, yəni, qazancını qorumaq.
Qeyd edək ki, bir tərəfin öhdəlikləri o biri tərəfin haqq-
hüququ deməkdir. Buna görə də haqq-hüquq məsələsini
burada əlavə olaraq şərh etməyə ehtiyac görmürük.
Allahın elçisi Muhəmməd peyğəmbərin (əs) kişi və
qadının öhdəlikləri ilə əlaqədar hədisləri barədə məlumat
almaq üçün baxın: Buxari, Heyz, 6; Müslim, İman, 132;
Mişkatu-l-məsabih, hədis nömrəsi 3272.
Cinsi həyat qane edici (doyurucu) olmalıdır
Allahın
elçisinin
(əs)
müsəlmanları
evlənməyə
istiqamətləndirən hədislərindən də açıq-aydın başa düşülür ki,
evlənməyin – ailə həyatının əsas məqsədlərindən və onu canlı
saxlayan amillərdən biri, həm də başlıcası cinsi həyatdır.
1
Elə
isə cinsi həyat mümkün olduqca qane edici və doyurucu
olmalıdır. Qadında seksual həzz və ləzzətin ən çox hiss
edildiyi erogen bölgə olan və əsas funksiyası orqazmı təmin
etmək olan klitorun yaradılması da bunu vurğulayır.
İnsan heyvanlarda olduğu kimi, romantizmdən məhrum
bir cinsi akt və boşalmaqla (eyakulyasiya) doyuma çata bilməz.
Bu, açıq-aydın bir məsələdir.
Buna görə də bir həyat dini olan İslam insanları evlənib
ailə qurmağa həvəsləndirdikdə bildirir ki, ailə daxilindəki
cinsi həyatın qane edici olmağına xüsusi fikir vermək lazımdır.
1
Biz burada öz mövzumuza müvafiq olaraq cinsi həyat məsələsini təhlil edəcəyik.
www.muselmanlar.com
4
İslam elə bir dindir ki, insanları buna həvəsləndirməklə
kifayətlənmir;
eyni
zamanda
ər-arvadın
qarşısında
evlənməzdən qabaq və sonra yerinə yetirilməli olan xüsusi
öhdəliklər də qoyur. Biz həmin öhdəlikləri burada ayrı-ayrı
izah edəcəyik.
Ər üçün ancaq arvadı, arvad üçün də təkcə əri var
Mömin bir qadının ərindən başqa seksuallığından istifadə
edə biləcəyi 2-ci bir kişi yoxdur. Qadın birinci ərindən ölüm və
ya boşanma nəticəsində dul qalmadıqca sekslə əlaqədar olaraq
2-ci bir kişini tanımağı mümkün deyil. Daha doğrusu, İslama
əsasən bundan heç söhbət də gedə bilməz. Bu, nəzəri cəhətdən
belə olduğu kimi, Quran və Sünnə hökmlərini mənimsəyən
cəmiyyətin təcrübəsində də belədir.
Mömin qadın üçün olduğu kimi, imanlı bir kişi üçün də
arvadından savayı seksuallığından istifadə edə biləcəyi bir
qadın yoxdur. Hərçənd ki, mömin kişi üçün nəzəri olaraq 1-
dən artıq və 4-ə qədər çoxarvadlılıq imkanı var. Amma bu
imkanın praktiki olaraq mövcudluğu bu faktorlardan asılıdır:
Azad edilib azadlığının əvəzi mehir kimi qəbul olunan və
kəbini bu cür kəsilən müharibə əsiri qadınların (cariyə, kəniz)
olmağı, çoxarvadlılıq üçün maddi imkan, 2-ci və ya 3-cü arvad
olmağa razılıq verən azad qadınların mövcudluğu.
Bu səbəblərə əsasən məhdud çoxarvadlılıq müstəsna bir
haldır. Deməli, bizim işlətdiyimiz: “İmanlı bir kişi üçün də
arvadından savayı seksuallığından istifadə edə biləcəyi bir qadın
yoxdur”, - cümləsini ümumi vəziyyətə şamil edilən bir qayda
kimi qəbul etmək olar.
www.muselmanlar.com
5
Cinsi əlaqənin məqsədlərindən biri də seksual
doyumdur
Yuxarıda deyilənlərə əsasən ər-arvad cinsi həyatın bütün
nemətlərindən istifadə etməli, öz əlaqələrini onları fiziki və
mənəvi doyuma çatdıran qaydada davam etdirməlidirlər. Bu,
Allahın istədiyi bir şeydir. Çünki Uca Allah rəhmət
(mərhəmət), elm və qüdrətini ifadə edərək ər-arvadı bir-
birlərində fiziki-seksual və mənəvi rahatlıq tapa biləcəkləri
şəkildə yaratmışdır. O, bunu belə izah edir:
“Onlarla ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün
öz cinsinizdən zövcələr yaratması, aranıza məvəddət (seksual
cazibə-əlaqə) və məhəbbət (rəhmət) salması Onun varlığının
dəlillərindəndir. Həqiqətən, bunda düşünən bir xalq üçün
ibrətamiz dərslər vardır.” (Rum, 30/21)
Bu ayədən belə başa düşülür ki, Allah ər-arvadın arasında
məvəddət və məhəbbət yaradıb.
Təfsir alimləri belə hesab edirlər ki, “məvəddət” hər bir an
yaşana bilən cinsi əlaqə deməkdir. “Məhəbbət (rəhmət)” isə cinsi
əlaqənin xaricindəki birgəliyi təmin edən sevgi, övlad və hər
növ maraq və səbiri ifadə edir.
2
Beləliklə, məlum olur ki, cinsi əlaqə rahatlığın, fiziki və
mənəvi doyumun 2 əsas mənbəyindən birini təşkil edir. Buna
görə də cinsi əlaqəni bədən və ruhun doyuma çata biləcəyi bir
şəraitdə həyata keçirmək lazımdır. Bir sözlə, evlilik həyatında
cinsi əlaqə həm kişi, həm də qadını seksin ləzzət və həzlərinə
2
Baxın: Fəxrəddin ər-Razi, ət-Təfsiru-l-kəbir, Rum, 30/21 (25/100); Ruhu-l-bəyan təfsiri,
Rum, 30/21 (7/19).
www.muselmanlar.com
6
aparıb çatdırmalıdır. İslama əsasən bunun əksini düşünmək
qeyri-mümkündür.
Yeri gəlmişkən, “Cənnətdə cinsi həyat” fəslində qeyd
edəcəyimiz bəzi ayələrdən də məlum olacaq ki, Quranın
üslubuna əsasən cinsi həyat həzz həyatı deməkdir.
Allahın elçisinin (əs) üslubu da Quranın üslubuna oxşayır.
Yəni, peyğəmbərin (əs) hədislərindəki üslub cinsi əlaqəni onun
məqsədləri çərçivəsində ifadə edir. Bu həqiqəti kitabımızda
qeyd edilən və seksuallıqla əlaqədar olan hədislərdə, xüsusən
də cinsi əlaqəni : “Cinsi əlaqə bal(cıq)dır”
3
, - formasında təsvir
edən hədisdə görmək mümkündür. Aşağıdakı peyğəmbər
hədisləri də birbaşa bu reallığı əks etdirir.
Seksual doyumun məqsəd olduğunu bildirən hədislər
Kəb ibn Malik (ra) nəql edir:
Mən hərbi səfərlərin birində peyğəmbərin yanında idim.
Bizə düşərgə salmağımız üçün əmr verdi. Həmin gecənin
səhəri günü sübh tezdən onun başına yığışdıq. Bizdən bir-bir
suallar soruşmağa başladı:
-Filankəs! Sən evlənmisən? Ey filan adam, sən evlisən?
Sonra üzünü mənə tutub soruşdu:
-Ey Kəb! Bəs sən? Evlənmisən?
Mən də cavab verib dedim ki, bəli, ya rəsulallah.
-Bakirə qızla, yoxsa dul qadınla?
Onun bu sualına cavab olaraq: “Dul qadınla”, - dedim.
3
Müsnəd, 6/62.
www.muselmanlar.com
7
-(Ey Kəb!) Gərək sənin onu, onun da səni öpüb oxşayacağı
bakirə bir qızla evlənəydin!
4
Allahın elçisi (əs) cinsi doyumun məqsəd olduğunu
bildirən bir hədisində belə deyir:
“Bakirə qızlarla evlənin.
5
Çünki onlar (cavan olduqlarına
görə) daha bərəkətlidirlər (doğurqan). Daha şirin dilli/dodaqlıdırlar.
İstəklərində aza daha çox qənaətkardırlar. Onların cinsiyyət üzvləri
daha aktivdir.”
6
Seksual doyum baxımından bakirələrin üstünlüyü
Yuxarıdakı hədis kitabımızın əsas mövzusu ilə sıx
əlaqədardır. Biz də bunu nəzərə alıb bakirələr məsələsini təhlil
4
Buxari, Nikah, 21. Səhihi Müslim tərcümə və şərhi, 7/413; Müsnəd, 3/74.
5
Bakirə olmağın əhəmiyyəti
Bakirə qızlarla evlənməyi məsləhət bilən tapşırıqlar əvvəl də qeyd etdiyimiz kimi,
xüsusi olaraq subay kişilərlə əlaqədardır. Bakirəliyin nə üçün lazımlı olduğunu da
bununla əlaqədar hədislərə əsasən belə izah etmək olar:
a) Mənəvi xüsusiyyətlərinə görə qadın bakirə olaraq ərə getdiyi kişiyə daha dərindən
bağlana bilər. Ona təsir edən (keçmiş) xatirələri olmadığına görə ərinə daha qısa vaxt
ərzində uyğunlaşa bilər.
b) Bakirə qızın ərinin istəklərinə cavab verə bilən daha cazibədar bir dişiliyi olur.
Əlavə olaraq, onun bu cəhəti ərinin zövqlərinə müvafiq formada inkişaf edir.
c) Subay kişilər tərəfindən bakirə qızlara üstünlük verilməsi ictimai ədalət baxımından
da daha münasib bir haldır. Allahın elçisi bakirələrin xüsusiyyətlərini daşıdıqlarına
görə müsəlman kişiləri cavan qadınlarla evlənməyə də istiqamətləndirmişdir.
d) Bakirəlik üstünlük verilən bir xüsusiyyətdir. Biz bunu (Quran ayələrinə əsasən)
Cənnətə getməyə layiq olan qadınlara heç bir insan və cinin toxunmadığından və
onlarla hər dəfə bakirə olduqları halda cinsi əlaqənin baş verəcəyindən də başa düşə
bilərik. Baxın: Rəhman, 55/74; Vaqiə, 56/36; Feyzu-l-qədir, 4/350.
6
İbn Macə, 1861; Feyzu-l-qədir, 5507-5509; Min mirqati-l-məfatih, 3/407.
www.muselmanlar.com
8
etmək, o cümlədən bakirəlik çərçivəsində İslam və fitrətin
arasındakı uyğunluğa da toxunmaq istəyirik.
İslamın qayda-qanunlarını qoyan, eləcə də, insanı yaradan
Allahdır. Məhz buna görə İslam dini və korlanmamış
insanların (bəşəriyyətin) təbii-fitri meyllərinin arasında ahəng
var. İslam dininin yaradılışın ecazkarlığının sübutu kimi
qiymətləndirdiyi bakirəlik məsələsi bəzi dağıdıcı ifadə və
cəhdlərə baxmayaraq müxtəlif cəmiyyətlərdə əhəmiyyət kəsb
edən bir məsələdir. Deməli, ona verilən qiymət (üstünlük və
əhəmiyyət) də yuxarıda toxunduğumuz uyğunluğa əyani bir
sübutdur. Səhifənin aşağı hissəsində qeyd olunan əhvalat bir
tərəfdən əxlaqi cəhətdən tənəzzülü, digər tərəfdən də
sekulyar-dünyəvi yaşayış tərzi keçirən cəmiyyətlərdə belə,
bakirəliyin qiymətli bir şey olduğunu göstərir.
7
Evlilikdə seksual doyum məqsəddir
Evlənməyin əsas məqsədlərindən biri seksual ehtiyacları
ödəyib doyuma çatmaqdır. Buna görə də cinsi əlaqəni bu
məqsədi reallaşdırmağa əlverişli olan bir şəraitdə həyata
keçirmək lazımdır.
Yuxarıda qeyd etdiyimiz kimi, hər cinsi əlaqə (xüsusilə
kişilərdə boşalmanı təmin etsə də) seksual doyumu təmin
etmir. Seksual doyum elə bir şeydir ki, fiziki və psixoloji
doyumu da tələb edir. Məhz buna görə də İslam dini seksual
cəhətdən xoşbəxt olmağı bir məqsəd kimi qəbul etmiş,
7
Yeni Zellandiyalı qız
Yeni Zellandiyada bir qız universitetdəki təhsil xərclərini çıxartmaq üçün bakirəliyini
satışa qoydu. İnternet şəbəkəsinəə bununla əlaqədar bir elan verdi. Həmin elana 30000
nəfər baxdı. 1200 nəfər hərracda iştirak etdi. Qız axırda 32000 dollarlıq təklifi qəbul
etdi (MƏNBƏ: Hürriyət qəzeti, 03 fevral 2010-cu il, Türkiyə).
www.muselmanlar.com
9
insanları fiziki və psixi-mənəvi doyuma aparan meyarları
müəyyən etmiş və onların qarşısında lazımi öhdəlikləri
qoymuşdur. Həmin meyar və öhdəlikləri aşağıdakı şəkildə
izah etmək mümkündür:
Meyarlar-Öhdəliklər
A) Evlənməzdən qabaq yerinə yetirilməli və evlilik həyatında
davam etdirilməli olan (seksual baxımdan xoşbəxtliyə dair)
öhdəliklər:
- İmanlı olmaq və ibadət etmək;
- Ailə quracağı qadın və kişini görmək;
- Kişi və qadın sünnət olmaq;
- Bığ və saqqal saxlamaq;
- Özünü kənar təsirlərdən qorumaq;
- Cinsi həyatın məhrəmiyyət və sirlərini saxlamaq;
- Bədəni, eləcə də dişləri təmiz saxlamaq;
- Bəzənmək və özünə ətir vurmaq.
B) Cinsi əlaqədən əvvəl və cinsi əlaqə vaxtı yerinə yetirilməli
olan öhdəliklər:
- Bismillah demək;
- Şeytandan Allaha pənah aparmaq;
- Sevişmək;
- Hamiləlik vaxtı və xəstəlik kimi xüsusi hallarda elm və
təcrübədən irəli gələn məsələlərə hörmətlə yanaşmaq;
www.muselmanlar.com
10
- Evlilik daxilində uzaq durulmalı olan hərəkətlərdən
çəkinmək. Özünü evlilik həyatındakı seksual məzmunlu
haramlardan qorumaq.
Qeyd etmək lazımdır ki, “özünü evlilik həyatındakı seksual
məzmunlu haramlardan qorumaq” öhdəliyi barədə ayrı bir fəsildə
ətraflı məlumat verəcəyik. Odur ki, gəlin, insanı seksual
cəhətdən xoşbəxtliyə aparan öhdəlikləri bir-bir izah edək.
Seksual cəhətdən xoşbəxtlik üçün yerinə
yetirilməli olan öhdəliklər - 1
İmanlı olmaq və ibadətləri yerinə yetirmək
“Kişi və ya qadın... İmanlı olaraq gözəl əməllər edənlərə
əlbəttə ki, gözəl bir həyat yaşadacağıq.” (Nəhl, 16/97)
Ailə daxilindəki cinsi həyatda fiziki və mənəvi doyuma
çatmaq üçün görülməli olan birinci iş İslam imanı və xüsusi
ibadətlərlə güclənmək, seksual məzmunlu haramlardan
qorunub qüvvələnməkdir.
Allaha, eləcə də, məxluqatı əhatə edən tale-qəza-qədər
proqramına, Axirət gününə, Cənnət və Cəhənnəmə iman
gətirən insan həyatı özü üçün bir növ əsaslandırılmış hala
gətirir. Bu səbəbdən də ruhi-mənəvi sabitlik qazanır. Maddi
mənada gələcək dərdi çəkməkdən və qayğılardan da xilas
olur. Namaz, oruc, zəkat, dua və zikr kimi ibadətlərini
müntəzəm surətdə yerinə yetirən mömin də belədir. O da
daxili dünyasını təmizləyib işıqlandırır. Beləliklə də, həyatını
bu nizam-intizam daxilində öz yoluna qoyur.
Belə bir mömin gözünü şəhvətli baxışlardan və nəfsini
zina və oxşar günahlardan qorusa, eyni zamanda spirtli
www.muselmanlar.com
11
içkilərdən uzaq durub halal qazancla alınan halal şeylərdən
yeyib-içsə, seksual güc-qüvvəsi artır və həyəcanı çoxalır.
Belə bir mömin insan xüsusən seksual məzmunlu dini
təlim-tərbiyə alaraq halal cinsi həyatın ibadət həyatının bir
hissəsi olduğunu bilirsə, öz şəhvani istəklərinə ülvi bir sevinc
hissi əlavə olunur. Nəticədə o, şəhvani həyəcan baxımından ən
yüksək səviyyəyə çatır.
8
Əgər belə bir insan seksual doyuma çata bilmirsə, kim çata
bilər?
Elə isə görülməli olan birinci iş Quran və Sünnənin insanı
olmaqdır. Başqa cür desək, imanlı, ibadət edən və tövbəli bir
bəndə olmaq.
Seksual cəhətdən xoşbəxtlik üçün yerinə
yetirilməli olan öhdəliklər - 2
Evləniləsi qadın və kişini görmək
“Sizə halal edilən-xoşunuza gələn qadınlarla evlənin.”
9
Ailə həyatında seksual cəhətdən doyuma çatan xoşbəxt bir
ər-arvad olmağın əsas şərtlərindən biri də şübhəsiz ki, intim
münasibətlərin müntəzəm və münasib olmağıdır.
8
Quranda deyilir ki, günahlarından tövbə edib imanlı və ibadət edən bir bəndə olmaq
yoluna daxil olanların güc-qüvvəsi (hansı növün nəzərdə tutulduğu izah edilmir)
artırılır. Yəni, onlara belə bir müjdə verilir. Bu da bizim şərhimizin düzgün olduğunu
göstərir (Baxın: Hud, 11/52; Nuh, 71/10-12).
9
Nisa surəsinin 3-cü ayəsindəki “tabə (
)” felinin mənası üçün Rağib əl-İsfəhaninin
Müfrədat
adlı əsərinə baxmaq olar.
www.muselmanlar.com
12
İnsanı fiziki və mənəvi cəhətdən rahatlığa çatdıran nizam-
intizamlı bir cinsi həyat yaşamaq ər-arvadın bir-birini sevməyi,
bunun üçün də görüb arzulayaraq evlənməklərindən asılıdır.
10
İstisnaları olmaq şərti ilə demək olar ki, bir qayda kimi
ancaq sevib evlənən cütlər xoşbəxt bir ailə qura bilirlər.
Allahın elçisi (əs) bununla əlaqədar olara belə demişdir:
“Bir-birini sevənlər üçün evlənmək kimi (bir əməl)
görülməyib.”
11
Bu hədisi belə də başa düşə bilərik: “Evlilik ancaq bir-
birini sevə bilənlər üçün məsləhət bilinən bir yoldur.”
Həyat yoldaşı namizədləri görülməlidir
Ruhi və cinsi cəhətdən müvafiq bir cütlük formalaşdıra
bilmək üçün bir-birini görmək lazımdır. Buna görə də İslam
dini kişinin qadını, qadının da kişini görüb nəzərdən
keçirməyini təkidlə məsləhət görmüşdür.
Bu səbəbdən də həyat yoldaşı namizədi olan qadını bir
məhrəminin yanında, yaxud da ictimai - hamı üçün açıq olan
bir yerdə görmək lazımdır. Biz burada əsas mövzumuz olan
10
Mədəni səviyyə baxımından bərabərlik
Şübhəsiz ki, evlənmək istənən qadın və kişini görmək lazımlı olsa da, kifayət deyil.
Çünki peyğəmbərimizin (əs) buyuruqlarına əsasən həyat yoldaşı namizədində
axtarılmalı olan bəzi xüsusiyyətlər var: Dindarlıq, əxlaqlı olmaq və fərzi-eyn hökmlərə
dair məlumatları da əhatə edən biliyə malik olmaq. Bunları isə görməklə deyil, alınan
təhsil növünü təhlil etmək, yaşayış tərzinə nəzər salmaq və hər iki tərəfin tanış-bilişi
ilə məsləhətləşməklə öyrənmək olur.
11
İbn Macə, Nikah, 1, hədis nömrəsi 1847.
www.muselmanlar.com
13
seksuallıq məsələsini nəzərə alaraq təkcə fiziki xüsusiyyətlərə
xüsusi diqqət yetirəcəyik.
Kişinin qadını görməyi
Kişinin alacağını qadını görməyini məsləhət görən çoxlu
peyğəmbər hədisi var. Gəlin, onlardan bəzilərinə nəzər salaq:
Evlənmək məqsədi ilə baxmaq günah deyil
Allahın rəsulu (əs) belə demişdir:
“Allah bir müsəlmanın könlünə bir qadınla evlənmək arzusunu
saldığı vaxt onun həmin qadına baxıb nəzərdən keçirməyində
12
bir
günah yoxdur.”
13
Get, alacağın qadını gör!
Muğirə ibn Şöbə (ra) nəql edir:
Mən Allahın elçisinin yanına gedib evlənmək istədiyim
qadından danışdım. O, mənə belə dedi:
“Get, ona yaxşı-yaxşı bax. Nəzərdən keçir. Çünki görüb almaq
sizin bir-birinizə isinişməyiniz baxımından daha təsirli olar.”
12
Biz qadını görmək məsələsini müvafiq hədislərdə işlədilən “nazara (
)” felinin
mənasına əsasən görüb fiziki xüsusiyyətlərini nəzərdən keçirmək və tanış-bilişdən
məlumat almaq kimi başa düşürük.
13
İbn Macə, Nikah, 9, hədis nömrəsi 1864.
Belə bir əhvalat baş verib: Bir gün əshabə Muhəmməd ibn Məsləmə evlənmək istədiyi
qadını gizlincə yaxından görüb tanımaq istədikdə camaat: “Peyğəmbərin əshabəsi belə
bir işi necə görə bilər?”, - deyə, onu tənqid edir. O isə şəxsən peyğəmbərdən
eşitdiklərini izah edib yuxarıda qeyd edilən hədisi nəql edir.
www.muselmanlar.com
14
Mən də Ənsardan olan həmin qadının evinə getdim və ona
həzrəti peyğəmbərin görüb nəzərdən keçirməklə əlaqədar
buyuruğunu izah etdim. Onu ata-anasından istədim.
Peyğəmbərin alınan qızı görməklə əlaqədar tapşırığı sanki
onların ürəyinə yatmadı. Bu dəm olduğu yerdə bizim
danışığımızı eşidən qız yaranan bu vəziyyəti qəribə qarşılamış
kimi mənə müraciətlə belə dedi:
- Əgər Allahın elçisi mənə baxmağını deyibsə, buyur, bax.
Ancaq onun elə bir tapşırığı yoxdursa, Allah xatirinə belə bir
şey tələb etmə!
Özü ilə əlaqədar bu rəvayəti nəql edən Muğirə sözlərinə
belə davam etdi:
- Onu görüb bəyəndim və evləndim.
Muğirə evləndiyi bu qadının münasib bir həyat yoldaşı
olduğunu da qeyd etdi.
14
Bu hədislərdən belə məlum olur ki, görüb nəzərdən
keçirməklə əlaqədar icazə özü ciddi olan və ciddi kimi qəbul
olunan kişiyə-oğlana verilən bir haqq-hüquqdur. Bu
hüquqdan sui-istifadə yolverilməzdir. Yəni, kişi-oğlan qızın
özü və ya valideyni tərəfindən qəbul edilməyəcəyini başa
düşdüyü vaxt qızın fiziki xüsusiyyətlərinə alıcı gözü ilə
baxmamalı və belə bir şey tələb etməməlidir. Çünki seksual
həzz məqsədilə baxmaq halal deyil.
Qeyd edək ki, evlənməyə namizəd olan qadını görməklə
əlaqədar bu və oxşar hədisləri hazırkı dövrün rabitə
vasitələrini deyil, İslam dininin yarandığı ilk dövrün ictimai
14
İbn Macə, Nikah, 9, hədis nömrəsi 1866.
www.muselmanlar.com
15
həyat qayda-qanunlarını nəzərə alıb qiymətləndirmək
lazımdır.
Görmək seksual məqsəd güdür
Kişinin qadını görməyi ilə yanaşı, qadının da kişini
görməyindəki məqsəd şübhə yoxdur ki, bir-birlərinin boy-
buxunu, üz çizgiləri və bədən quruluşu haqqında bir
təsəvvürə malik olmaqdır.
Evlənmək məqsədi ilə bir-birini görənlər, əksər hallarda
təbii hərəkət edə bilmədiklərinə görə nəinki 1 dəfə, hətta bir
neçə
dəfə
görüşməklə
belə,
bir-birlərinin
əxlaq
və
xasiyyətlərini öyrənə bilmirlər. Bu, aydın məsələdir.
Məsələyə bu baxımdan yanaşdıqda məlum olur ki,
görməyin məqsədi daha çox seksual xarakterlidir. Bununla
belə, bu məqsəd üstüörtülü ifadələrlə ifadə olunur. Allahın
elçisinin (əs) sünnəsi də bu məqsədi dini cəhətdən müvafiq
hala gətirib. Belə ki, həzrəti peyğəmbər (əs) Ənsardan –
Mədinə şəhərinin yerlilərindən biri olan bir qadınla evlənmək
istəyən əshabəyə: “Get, onu gör. Çünki Ənsar qadınlarının
gözlərində kiçiklik və mavilik kimi bir qüsur var”, - demişdir.
Beləliklə, o, qadına nə üçün baxmaq lazım olduğunu da izah
edib.
15
Üz və bədən quruluşunun seksuallıqla əlaqədar olması isə
izah edilməyə ehtiyacı olmayan bir məqamdır. Qadını
görməyin məqsədinin seksual xarakterli olmağı isə ilk baxışda
insanın ağlına gəlsə də, bir qadına gözəlliyinə görə üstünlük
verməyi qadağan edən peyğəmbər buyuruğu ilə ziddiyyət
təşkil etmir. Gəlin, bunların bir-birinə nəyə əsasən zidd
15
Müslim, tərcümə və şərhi, 7/271.
www.muselmanlar.com
16
olmadığını izah etməzdən əvvəl qeyd etdiyimiz buyuruqla
tanış olaq. Həzrəti Muhəmməd (əs) belə demişdir:
“Qadınlarla təkcə gözəlliklərinə görə evlənməyin. Çünki
gözəllikləri onları əxlaqi cəhətdən alçalda bilər. Onlarla mal-mülkləri
üçün də evlənməyin. Çünki bu, onları yoldan çıxarda bilər.
Qadınlarla ancaq dindarlıqlarına görə evlənin. Həqiqətən də, cırıq
paltarlı, qara, lakin dini bütöv və əxlaqı gözəl olan bir qadın daha
qiymətlidir.”
16
Allahın elçisi bu hədisi ilə bizim diqqətimizi gözəlliyin
qadını əxlaqi cəhətdən alçalda biləcəyinə cəlb edir. O, digər bir
hədisdə belə buyurmuşdur:
“Allah bir qadınla təkcə gözəlliyi üçün evlənən kişinin ancaq
ləyaqətsizliyini artırar.”
17
Bu iki hədis və digər oxşar hədislər fiziki xüsusiyyət –
zahiri görünüşün əhəmiyyətsiz olduğunu izah etməkdən çox
evlənmək üçün yeganə meyarın bu olmamalı oluğunu göstərir.
Məsələyə bu nöqteyi-nəzərdən baxdıqda görmək olur ki,
mömin kişi qadında əsas üstünlük vermə səbəbi kimi
dindarlığa fikir verməlidir; bununla yanaşı, bu şəxs alacağı
qadının gözəl olmağını da arzu edə bilər.
18
Şübhəsiz ki,
gözəllik bir nemətdir. Nə dindarlığa mane olur, nə də
əxlaqsızlıq üçün bir səbəb təşkil edir. Necə ki peyğəmbərimiz
(əs) ancaq ehtimaldan bəhs edir. Deməli, qadın gözəl və dindar
ola bilər. Eynilə bunun kimi, eybəcər və əxlaqsız da ola bilər.
16
İbn Macə, Nikah, hədis nömrəsi 1859.
17
Məcməu-z-zəvaid, 4/254. Gözəllikdən irəli gələn əxlaqi səviyyəsizliyə icazə vermək
(yaxud da təsdiq etmək) insanı şəxsiyyətsizləşdirir. Bu, açıq-aydın bir həqiqətdir.
18
Evlənmək məsələsində gözəlliyin də bir qadına üstünlük verməyin səbəbi olduğuna
dair məlumat üçün baxın: Əhzab surəsi, 52-ci ayə.
www.muselmanlar.com
17
Həmçinin baxmağın məqsədinin seksual xarakterli olmağı
o demək deyil ki, qadının təkcə obyektiv meyarlara əsasən
gözəl olanını axtarmaq lazımdır. Bu o deməkdir ki, ən çox
sevilə bilən qadınlar axtarılır. Çünki qadına baxan hər kişi
obyektiv gözəllik meyarlarından xəbərdar deyil.
Bəli, evlənmək istəyən tərəflərin bir-birlərini görməyi
xoşbəxt bir ailə həyatına səbəb olur. Odur ki, baxmaq və arada
münasiblik olub olmadığını əvvəlcədən müəyyən etmək
lazımdır.
Kişi almaq istədiyi qadının hansı yerlərinə baxa bilər?
Həddi-büluğ dövrünə çatmış bir qız və ya dul qadın
məhrəmi olmayan kişilərə qarşı üz, əl və ayaqlarının xaricində
qalan yerlərini örtməlidir. Bunu əsas tutan İslam alimləri belə
hesab edirlər ki, kişi alacağı qadının üz, əl və ayaqlarına baxa
bilər. Bu möhtərəm alimlərimiz üz və əlləri görməyin bütün
bədən barədə məlumat almaq üçün kifayət edəcəyini belə
ifadə edirlər:
Üzü görmək qadının gözəllik və eybəcərliyi haqqında,
əlləri görmək də bədəninin yumşaqlıq və sərtliyi barədə
kifayət qədər məlumat verə bilər.
Bu izah əsas etibarilə düzgündür. Həqiqətən də, üzü
görməklə gözəllik və çirkinliyi müəyyən etmək mümkün olur.
Bunun kimi, üz və əllərin dərisindən də bədən haqqında bir
nəticəyə gəlmək olur.
Lakin burada qadının əleyhinə bir səhv də baş verə bilər.
Çünki işləyən, isti və soyuqda əllərini işlədən qadının əlləri
onun bədəninin əsl xüsusiyyətlərini əks etdirə bilməz; hətta
bəzi hallarda cinsiyyətini belə! Necə ki Allahın elçisi (əs) kişi
www.muselmanlar.com
18
əlinə oxşayan bir qadın əli gördüyü vaxt tapşırıb ki, əlinə xına
qoy, qadın əli olduğu bilinsin.
19
Allah həqiqətləri dilə gətirmək məsələsində utanmağı
buyurmayıb. Ona görə də biz burada başqa bir məsələyə
toxunmaq istəyir və bunu faydalı hesab edirik.
İnsanın cinsiyyət üzvləri, eləcə də, erogen bölgələri
müəyyən bir quruluşa malikdir. Bununla belə, genişlik, boy
(uzunluq), dərinlik və xarici görünüş baxımından fərqli
olurlar.
Bu sahənin mütəxəssislərinin fikrincə, insanın üzündə olan
bədən üzvləri, həmçinin əl və ayaqların quruluşundan
cinsiyyət
üzvləri
və
erotik
bölgələrin
qeyd
edilən
xüsusiyyətləri barədə demək olar ki, düzgünə yaxın bir nəticə
çıxartmaq olar. Onlar bu məsələdə həmfikirdirlər.
Qeyd etmək lazımdır ki, görülən (baxılan) üzvlərdən
məhrəm yerlərə keçid metodunun əsrlərlə tarixi var. Qadın
cinsiyyət
üzvünün
elastikliyi
ucbatından
seksual
münasibətlərə mənfi təsir edən uyuşmazlıq məsələsi nadir
hallarda üzə çıxan bir məsələdir. Ona görə də qadının üz və
əllərini görmək ümumi mənada kifayətdir.
Biz buna inanırıq. Amma “İlahi vəhy nizam-intizamı”na
inanmayan insanlar evlənmək istəyənlərin bir-birlərini çox
yüksək səviyyədə tanımalı olduqlarını bildirirlər. Onlar bu
19
ət-Tac, 3/175.
Qadın əlinin kişi əlinə oxşamağını yolverilməz hesab edən peyğəmbərimizin (əs) bu
hədisindən çıxan nəticəni bu cür xülasə edə bilərik: İslami qaydalara tamamilə sadiq
olmasalar da, müsəlman kişi və qadınlar saç düzümü və geyim-kecimlərinə fikir
verməlidirlər. Elə etməlidirlər ki, ilk baxışda cinsiyyətlərini ayırd etmək mümkün
olsun. Əks təqdirdə, haram növündən bir oxşarlıq ola bilər.
www.muselmanlar.com
19
fikrin üzərində təkidlə dururlar. Çünki onların narahat
olduqları bəzi məqamlar var. Əslində bu məsələdə öz məntiq
və mühakimələri baxımından haqlıdırlar. Ancaq İslam nizam-
intizamında bu cür şeylərə yer yoxdur.
Məhdudiyyətli görməkdən irəli gələn narahatlıqlar
Gəlin, əvvəlcə bu narahatlıqların nə olduğunu müəyyən
edək. Sonra da İslam nizam-intizamı çərçivəsində bu
narahatlıqları aradan qaldıran tədbirlərin necə görüldüyünü
izah edək.
a) Təkcə üz və əlləri görülən qadının bədəninin
görünməyən yerlərində böyük bir yanıq izi, alaca xəstəliyi və
yaxud insanı diksindirən hansısa bir xəstəliyi ola bilər.
b) Qadının cinsiyyət üzvündə cinsi əlaqəyə maneə təşkil
edən bir qüsur ola bilər. Onun qoşa (cüt) cinsiyyət üzvlü
olmağı da mümkündür.
c) Qadın cinsi cəhətdən soyuq (frigit) ola bilər.
d) Tündxasiyyət insanlar üçün təkcə üz və əlləri görmək
bir qərara gəlməkdə kifayət etməyə bilər.
Bu qəbildən olan narahatlıqların yaranmağını da təbii
qarşılamaq lazımdır.
Narahatlıqlar nə cür aradan qaldırılır?
Görəsən, İslama əsasən bu kimi narahatlıqları necə aradan
qaldırmaq olar?
aa) Evləniləsi qadının bədəninin hansısa bir yerində qeyd
edilən növdən bir əlamət, qüsur və ya xəstəlik ola bilər. Amma
qadın, yaxud da valideynləri bunu deməlidirlər. Əgər
deməsələr, bundan əziyyət çəkən qadın olar. Çünki həmin
www.muselmanlar.com
20
çatışmazlığı öyrənib bilən kişi zifafdan əvvəl də, sonra da
qadını həm boşaya bilər, həm də məhkəmə yolu ilə nikah
əqdini ləğv etdirə bilər. Əgər kişi (ər) qadınla cinsi əlaqədə
olmazdan qabaq məhkəməyə müraciət etsə, qadına verdiyi
mehiri və ya onun yarısını qadının valideynindən ala da bilər.
Cinsi həyata mənfi təsir edib xoşbəxt olmağa mane olan bu
kimi çatışmazlıqlar üzə çıxdığı vaxt qadını ailəsinin yanına
qaytarmaq mümkündür. Bu məsələ həzrəti peyğəmbər (əs)
tərəfindən həyata keçirildiyi üçün hüquqilik qazanıb.
Əshabələrdən biri olan Kəb ibn Zeyd (ra) bununla əlaqədar
olaraq belə bir əhvalat nəql etmişdir:
Allahın rəsulu Qifar (Ğifar) oğulları ailəsindən bir qadınla
evləndi. Qadınla zifafa daxil olduğu vaxt paltarını çıxardıb yatağa
girdikdə gördü ki, qadının böyründə alaca xəstəliyi var. Görən kimi
yataqdan çəkildi və qadına: “Geyin!”, - dedi (və onu ailəsinin
yanına qaytardı). Allahın rəsulu həmin qadına verdiyi mehirin bir
hissəsini belə, almadı. Ancaq qadının valideyninə: “Məsələni
məndən gizlətdiniz”, - deyə, giley-güzar etdi.
20
Allahın səlatu-salamı ona olsun, onun bu feli sünnəsindən
öyrənirik ki, dində seksual cəhətdən xoşbəxt olmağa maneçilik
törədən mühüm bir qüsuru qəbul etmək məcburiyyəti yoxdur.
Allahın elçisi (əs) İslama əsaslanan iman və həyat
tərzlərinə görə əziyyət çəkən və ya himayəyə möhtac olan,
bununla belə, heç bir qadınlıq xüsusiyyəti qalmamış bir neçə
dul qadınla evlənmək kimi mənalı bir iş görüb. Elə isə həmin
qadını öz istəyi ilə meydana gəlməyən bir eyibinin ucbatından
ailəsinin yanına göndərməyi (Allah bilər) Qiyamət gününə
20
ət-Tac, 2/327; Məcməu-z-zəvaid, 4/300.
www.muselmanlar.com
21
qədər gələcək bəşəriyyətə zahiri görünüş və seksuallığın
əhəmiyyətini izah edir.
Nəticə kimi demək olar ki, evlənməzdən qabaq kişi
tərəfindən görülüb bilinməyən mühüm çatışmazlıqlar kişi
üçün müntəzəm bir cinsi əziyyətə, hətta maddi zərərə belə,
səbəb kimi göstərilə bilməz.
21
bb) Qadının cinsiyyət üzvündə cinsi həyata başlamaq və
yaxud onu davam etdirməyə mane olan bir qüsur və ya
xəstəlik ola bilər. Təbii ki, bu hal kişi üçün də qüvvədədir.
Bu halda kişi qadını boşamaq yolunu seçə bilər. Həmçinin
ona verdiyi mehiri tamamilə, yaxud da qismən qaytarıb ala
bilər. Bunları həyata keçirmək üçün məhkəməyə də müraciət
edə bilər.
Qadın üçün də nikaha xitam vermək yolu açıqdır
Burada qeyd etmək lazımdır ki, meydana gəlmə ehtimalı
olan bu kimi problemlərin qarşısını əvvəlcədən almaq İslami
meyarlar daxilində də mümkündür. Belə ki, İslamdakı ictimai
nizam-intizama əsasən səlahiyyət verilən qadınlar nəzərdən
keçirdikləri qız və qadınların (əgər varsa) nikaha xitam vermə
səbəbi olan cinsi qüsur və xəstəliklərini müəyyən edib bu
barədə məlumat verə bilərlər.
cc) Qadının cinsi cəhətdən soyuq (frigit) olduğunu
düşünmək də mümkündür. Elə isə seksual həyata mənfi təsir
edən bu hal və ya ondan irəli gələn əzab-əziyyət necə aradan
qaldırıla bilər?
21
Bu barədə geniş məlumat üçün “Evliliyə xitam verən seksual qüsur, xəstəlik və
digər səbəblər” fəslinə baxın.
www.muselmanlar.com
22
Burada əvvəlcə aşağıdakı məsələni izah etmək lazımdır:
Heç bir qadının acmayacağını, yaxud da ayaqyoluna
getməyəcəyini güman etmək olmaz. Eynilə bunun kimi, aybaşı
(heyz) olan bir qadının cinsi cəhətdən soyuq olduğunu güman
etmək də olmaz.
Qadın seksual cəhətdən kişi kimidir. Sadəcə olaraq intim
münasibətlərdə passiv, əlavə olaraq, utancaq olduğuna görə
qadının seksual baxımdan həssaslaşmaq üçün müəyyən bir
müddətə ehtiyacı ola bilər. Bu da öz növbəsində təbii bir
haldır.
Əgər kişi sünnətlidirsə, bədən və dişlərinin təmiz
olmağına fikir verirsə, eləcə də, sevişmədən cinsi əlaqəyə
başlamır və arvadını orqazma çatdırmaq məqsədi güdürsə,
bunun müqabilində qadın da qadın olduğunu bilərək ərinə
qarşı qadın paltarı geyinib makiaj çəkməklə qadın kimi
hərəkət edirsə, onun cinsi cəhətdən soyuq olmağı qeyri-
mümkün kimidir.
Əslində bu məsələdə təqsir qadında deyil; izah edilən bu
öhdəliklərin İslami bir zərurət olduğunu dərk edə bilməyən
insanlardadır.
Qadın toxunduğumuz bütün bu hazırlayıcı şərtlərə
baxmayaraq yenə soyuqdursa, deməli, kişi üçün boşama yolu
açıqdır. Əgər kşinin vicdanı belə bir qadını boşamağa yol
vermirsə, bu halda məhdud (sayda) çoxarvadlılığa üz tuta
bilər. Çünki bu, İslama əsasən müraciət edilə bilən hüquqi bir
məsələdir.
www.muselmanlar.com
23
Əgər bəzi cəmiyyətlərdə: “Birdən artıq və dördə qəqər
qadınla evlənmək qadağandır”, - deyilsə, buna cavabımız belə
olacaq:
Biz İslam dinini və onun cəmiyyətində mümkün olanları
danışır, onlardan bəhs edirik.
dd) Qiyamət gününədək gələcək milyardlarla möminin
arasında həyat yoldaşı seçmək məsələsində olduqca diqqətli
kişilər də olacaq. Bunu da təbii qarşılamaq lazımdır.
Belələrinin təkcə üz və əllərini gördükləri qadınlarla evlənmək
qərarına gəlməkləri həqiqətən də, çətindir. Çətindir, ancaq
cahanşümul bir dinin qayda-qanunu azlıq təşkil edən bu kimi
insanlar üçün qoyula bilməzdi. Necə ki qoyulmadı da.
Bununla belə, onların məqbul olan müşkül işlərini aradan
qaldıran “yumşaltmalar” aparıldı.
Məsələni həll edən yumşaldıcı-asanlaşdırıcı prinsiplər
a) Bunlardan biri bir qadının vasitəsilə evlənmək istənən qadının
bədən quruluşu haqqında məlumat almaqdır. Məlumat almaq
məqsədilə belə bir şeyə təşəbbüs etmək İslamda məqbul hesab olunur.
Çünki Allahın rəsulu (əs) görmək üçün göndərdiyi Ümmü Süleymə:
“O qadının bədənini iylə və ayaqlarına nəzər sal”, - deyə, tapşırıq
vermiş, bununla da araya vasitəçi qoymağın mümkünlüyünə
nümunə göstərmişdir.
22
Allahın səlatu-salamı onun üzərinə olsun, o, buna icazə
verən digər bir hədisində belə buyurmuşdur:
22
Müsnəd, hədis nömrəsi 13170; Beyhəqi, əs-Sünənu-l-kübra, hədis nömrəsi 12502.
www.muselmanlar.com
24
“Sizin aranızdan bir nəfər bir qadınla evlənmək istədiyi vaxt
onun üzünün gözəlliyi barədə soruşduğu kimi, saçını da soruşsun.
Çünki saçlar iki gözəllikdən biridir.”
23
b) Digər bir yumşaldıcı prinsip isə Allahın elçisinin (əs) bu
hədisindən irəli gəlir:
“Aranızdan bir nəfər bir qadınla evlənmək istədiyi vaxt onunla
evlənməyinə səbəb ola biləcək xüsusiyyətlərinə baxa bilirsə, baxsın.”
24
Bu hədisi əsas götürüb həyat yoldaşı namizədi olan
qadının hər tərəfinə baxmağın mümkünlüyünə dair ictihadı
olan müctehidlər və əshabələrin onların bu fikrini
qüvvətləndirən işləri var. Misal üçün, bu hədisi rəvayət edən
Cabir ibn Abdulla (ra) belə demişdir:
“Mən evlənmək istədiyim qızı gizlincə izlədim. Onunla
evlənməyimə səbəb olacaq xüsusiyyətlərini gördükdən sonra
evləndim.”
25
23
Müsnəd, eyni yerdə; əl-Camiu-s-səğir, 1/24; Feyzu-l-qədir, hədis nömrəsi 579.
24
Əbu Davud, Nikah, 19 (Avnu-l-məbud, 6/96).
25
Bu və digər misallar üçün baxın: Avnu-l-məbud, 6/97; İbn Macə, hədis nömrəsi 1864;
Qurtubi, 14/222.
www.muselmanlar.com
25
Lakin
bu
imkandan
qadağan
edilən
ev-eşik
toxunulmazlığını pozmadan, o cümlədən rentgençilik
26
kimi
bəd bir işə qurşanmadan istifadə etmək çox da mümkün deyil.
Bu səbəbdən dörd böyük fiqh məzhəbinin müctehid alimləri
yuxarıda izah olunduğu kimi bir fikirdədirlər. Düzgün olan da
budur. Hərçənd öz-özünə baş verən və problem yaratmayan
bəzi imkanlardan istifadənin mümkünlüyü də bir faktdır.
Qadının kişini görməyi
Kişi almaq istədiyi qadını görə bildiyi kimi, qadın da ərə
gedəcəyi kişini görə bilər. Eyni zamanda qadının görmə
sərhədləri daha genişdir. Məlumdur ki, kişinin övrəti yad
qadınlara qarşı örtməli olduğu yerlər – göbəklə dizlərinin
arasıdır. Buna görə də qadın onu istəyən kişinin övrət yerləri
istisna olmaqla, bədəninə baxa bilər. Qadın bu haqqından
istifadə etməlidir. Ona görə istifadə etməlidir ki, öz istəyi ilə
bir qərara gələ bilsin. Çünki istər qız, istərsə də dul olsun,
qadını sadəcə olaraq özünün məqbul hesab etdiyi bir kişiyə ərə
vermək olar. Valideynlər ərgən qız uşağını da, dul qızlarını da
istəmədiyi bir kəbinə məcbur edə bilməzlər.
İndi isə gəlin, izah etdiyimiz bu məsələni həzrəti
Muhəmmədin (əs) şifahi və praktikaya əsaslanan sünnəsi ilə
sübuta yetirək.
Qadını özü razılıq vermədən ərə vermək olmaz
Muhəmməd peyğəmbər (Allah onun şanını ucaltsın və ona
sadiq olanları artırsın) belə buyurmuşdur:
26
Müəllif bu məfhumu aşağıdakı kimi izah edir:
Başqalarının naməhrəm yerləri, o cümlədən cinsiyyət üzvləri və cinsi əlaqələrinə tamaşa edib
seksual doyuma çatmaq cəhdi.
Bu barədə kitabın 12-ci fəslində ətraflı məlumat verilir -
tərcüməçinin qeydi.
www.muselmanlar.com
26
“Dul qadını özünün razılığı olmadan ərə vermək olmaz (Çünki
dul qadın özü haqqında valideynindən daha çox səlahiyyətə
malikdir).
Bakirə qız da özündən razılıq almamış ərə verilə bilməz.”
27
Əshabələr: “Ey Allahın elçisi! Bakirə qızın razılığı necə
olur?”, - deyə, soruşdular.
Peyğəmbərin (əs) cavabı belə oldu:
- (Utandığı üçün açıq-aydın bir fikir bildirməsə) onun
susmağı razılıq vermək mənası daşıyır.
28
Beləliklə, İslama əsasən istər qız, istərsə də dul qadın
olsun, heç bir qadını istəmədiyi bir evliliyə məcbur etmək
olmaz.
Peyğəmbərimiz (əs) bu məsələdə şifahi xəbərdarlıqla
kifayətlənmir, təcrübəyə əsaslanan misallar da verirdi. Belə ki,
o, qohum-əqrəba və yaxın dostlarının ailələrindən olan qadınlardan
birini ərə verdiyi vaxt onun yanına gedir və belə deyirdi:
- Qızım! Filan adam səninlə evlənmək istəyir. Əgər onu
istəmirsənsə, “yox” de. Çünki heç kəs “yox” deməyə çəkinməz. Əgər
istəyirsənsə, susmağın (bir söz deməməyin) da (o adamı ər kimi)
istədiyini göstərir.
Həzrəti Muhəmməd (əs) öz qızı həzrəti Fatimənin
razılığını da bu yolla alıb həzrəti Əliyə ərə vermişdi.
29
27
Bir yerdən hoppanmaq, tullanmaq və aybaşı səbəblərindən bakirəliyini itirən qadın
bakirə hökmündədir. Baxın: Cövhərətu-n-neyyirə, 2/9.
28
Sünəni Nəsai, 6/85.
29
Ləvamiu-l-uqul, 5/442; Məcməu-z-zəvaid, 4/278; İbn Səd, ət-Təbaqatu-l-kübra, 8/20.
www.muselmanlar.com
27
Burada bir məsələ də var. Belə ki, ərgən qız uşağı və ya dul
qadını istəmədiyi adama ərə verilə bilməmək onların öz
istəklərinin təsdiq olunmağını da lazım bilmir. Çünki valideyn
kürəkən namizədinin iman və əxlaqi xüsusiyyətlərinə fikir
verməli, fiziki seçimi isə tamamilə ərə gedəsi qadına həvalə
etməlidir.
Qadının istədiyi namizəd qəbul olunmalıdır
İman və əxlaq baxımından eyni səviyyədə olan
namizədlərin arasında kasıb olsa belə, qadının üstünlük verib
seçdiyi tərəf qəbul olunmalıdır. Aşağıdakı hədis də bunu
bildirir:
Cabir ibn Abdulla (ra) nəql edir:
Bir nəfər Allahın rəsulunun yanına gəlib soruşdu:
- Ya rəsulallah! Bizim yetim bir qızımız var. Onu biri varlı-
hallı, digəri kasıb olmaqla 2 nəfər almaq istəyir. Biz imkanlı
olana vermək istəyirik. Özü isə kasıba üstünlük verir. Bu
məsələyə siz necə baxırsınız?
Peyğəmbər bu suala belə cavab verdi:
“Bir-birini sevənlər üçün evlənməkdən daha münasib (bir şey)
olmayıb.”
30
İslam alimlərinin böyük əksəriyyəti belə hesab edir ki,
istəmədiyi halda ərə verilən dul qadın kimi, həddi-büluğa
çatmış bakirə qız da kəbini poza bilər.
31
Çünki bu, Allahın
rəsulunun (əs) əməli ilə aydınlıq və qətiyyət kəsb edən bir
məsələdir.
30
Müntəxəbu kənzi-l-ummal, 6/391-392; İbn Macə, hədis nömrəsi 1847.
31
Tirmizi, Nikah, 17, hədis nömrəsi 1107.
www.muselmanlar.com
28
Təzyiq göstərməklə kəsilən kəbin etibarsızdır
Mühüm olduğu üçün burada olmuş əhvalatları əhatə edən
2 hədisi qeyd etmək istəyirik:
:
Xizam adlı bir şəxs öz dul qızı Xənsa əl-Ənsariyyəni ərə
vermişdi. Qızı bu evliliyi istəmirdi və Allahın elçisinin yanına
gəlib bunu ona bildirdi. Peyğəmbər də qızın atasının kəsdirdiyi
kəbini ləğv etdi.
32
Həzrəti Aişənin (ra) nəql etdiyinə görə cavan bir qız onun
yanına yanına gəlib belə dedi:
- Atam məni qardaşı oğlu ilə evləndirdi ki, mənim
vasitəmlə öz dəyərsiz şəxsiyyətini ucaltsın.
Ayşə qıza: “Allahın elçisi gələnə qədər otur (gəldiyi vaxt
şikayətini birbaşa ona deyərsən)”, - dedi. Peyğəmbər gəldi və
qız vəziyyəti ona bildirdi.
Həzrəti peyğəmbər dərhal xəbər yollayıb qızın atasını öz yanına
çağırtdırdı və bu məsələdə qıza səlahiyyət verdi.
Bunun üstündən qız belə dedi:
32
Buxari, Nikah, 42.
www.muselmanlar.com
29
- Ey Allahın elçisi, əslində mən atamın gördüyü işə icazə
vermişdim. Lakin bu məsələdə qadınların bir hüququ olub-olmadığını
öyrənmək istəyirdim (Ona görə sizə müraciət etdim ki, bu
məsələdə qəti bir göstəriş verəsiniz. Beləcə, atalar bu səhvi
davam etdirməsinlər).”
33
Qız, yaxud da dul qadın bir qərara gəlmək üçün təbii ki,
onu istəyən kişini görməli, hal-əhvalını nəzərdən keçirməlidir.
Əgər istəsə və bunun üçün münasib şərait olsa, göbəklə
dizlərinin arası istisna olmaqla, bədəninə də baxa bilər.
Bu halda kişidə qadının əleyhinə olan və zifaf gecəsində
üzə çıxan əsas problem cinsi iqtidarsızlıq ola bilər. Belə bir
halla üzləşən qadının kəbini məhkəmə vasitəsilə ləğv
etdirməyə haqqı var.
34
Gəlin, qadın və kişinin bir-birlərini görməli olduqlarına
dair izahlarımızı digər bir vacib məsələyə toxunmaqla
tamamlayaq:
Tərəflər bir-birlərinə qarşı yaş və təhsil səviyyələrini
gizlətməməlidirlər.
Zahiri
görünüşlərində
aldadıcı
hərəkətlərdən də uzaq durmalıdırlar. Peyğəmbərimiz (əs)
məhz buna görə: “Bizi aldadanlar bizim yolumuzda deyillər”, -
demiş, beləcə o, misal üçün, saçlarını qara rənglə rənglətdirən
kişilərə bu vəziyyəti evlənmək istədikləri qadınlara bildirməyi
tapşırmışdır.
35
33
Sünəni Nəsai, Nikah, 6/86.
34
Quran və Sünnəyə zidd bir formada atasının bakirə qızı öz tayına ərə getməyə
məcbur edə biləcəyini irəli sürən və çox kiçik bir azlıq təşkil edən alimlər belə, onu
kişilikdən məhrum olan bir şəxsə ərə getməyə məcbur etməyin qeyri-mümkün
olduğunu bildirirlər. Baxın: Hüquqi-islamiyyə və istilahati-fiqhiyyə qamusu, 2/57.
35
Tirmizi, Büyu, 72; Feyzu-l-qədir, hədis nömrəsi 580.
www.muselmanlar.com
30
Vəlinin bu məsələdə tutmalı olduğu həssas mövqe
Bəzi İslam alimləri Quranın Bəqərə surəsinin 230 və 232-ci
ayələrinə əsasən ərgən bir qız uşağının, xüsusən də dul
qadının vəlinin (ata, baba, doğma qardaş) razılığını almadan
mehri-misil verən bir nəfərlə ailə qurmağının mümkün, eləcə
də, bu kəbinə qanuni cəhətdən müdaxilə etməyin qeyri-
mümkün olduğunu bildiriblər. Onların bu əhatəli ictihadı
bizim dövrümüzdə belə, diqqəti cəlb edir.
Bu da var ki, nə dərəcədə hüquqi səlahiyyət olursa olsun,
bir çox qız uşağı öz başına bir qərara gələ bilməz. Buna görə də
belə bir qərarı vəlinin razılığı ilə vermək daha düzgündür.
“Nikah ancaq vəlinin razılığı və 2 şahidin şahidliyi ilə etibarlı olur”
hədisini də bu cür başa düşmək lazımdır.
36
Əlavə olaraq,
Quran da vəlini tərəflərdən biri kimi olmasa da, nəzarətçi kimi
vacib hesab edir.
37
Əgər ərgən qız bu məsələdə öz səlahiyyətini vəliyə həvalə
etsə, vəli qızı istəyənin əqidə, əxlaq, maddi vəziyyət, fiziki
quruluş və yaşına baxmalıdır. Ancaq başda dindarlıq olmaqla,
fiziki quruluş və yaşı ilk planda qiymətləndirməlidir. Çünki
ailə həyatından ötrü intim münasibətlərin gözlənilən nəticəni
verməyi üçün fiziki quruluş və yaşın münasib olmağı lazımdır.
Bu məsələ xüsusilə qadın üçün əhəmiyyət kəsb edir. Çünki
onun üçün yeganə kişi əridir.
36
Kəşfu-l-xəfa, hədis nömrəsi 3092; Əbu Davud, Nikah, 20.
İslamdan əvvəl - Cahiliyyə dövründə öz başına verdiyi qərara əsasən ərə gedən
qadınları zinakar kimi qiymətləndirirdilər. Allahın rəsulu vəlini kəbin işlərinin bir növ
nəzarətçisi edən Qurana əsasən bu faktı da nəzərə almış, beləcə, vəlinin razılığını
məsləhət bilmişdir.
37
Bəqərə, 2/230, 232, 234.
www.muselmanlar.com
31
Fiziki xüsusiyyətlər və yaşın əhəmiyyətini nəzərə alan
peyğəmbər (əs) belə demişdir:
“Qadınları istəmədikləri kişilərə verməyin.”
“Öz tayınız olanlarla evlənin. Bir-birinin tayı olanları
evləndirin.”
38
Müsəlmanlara xəlifəlik etdiyi dövrdə həzrəti Ömərin (ra)
yanına ərə verildiyi qoca ərini öldürən cavan bir qadını
gətirdilər. O, baş vermiş əhvalata görə belə dedi:
“Ay camaat! Allahdan qorxun! Kişi qadınlardan özünə tay olanı
alsın. Qadın da kişilərdən öz tayına ərə getsin.”
39
Yuxarıda izah etməyə çalışdığımız fiziki xüsusiyyətlər və
yaşın münasibliyi məsələsi nikahda nəzərə alınmalı olan bir
məsələdir. Bununla belə, bakirə qız və ya dul qadın təzyiq və
təsir altında qalmadan – öz istəyi ilə dindar və eybəcər, yaxud
da dindar və yaşlı bir kişini sevib ona üstünlük versə, onun bu
seçiminə qarışmamaq lazımdır.
Burada Allahın elçisinin (əs) necə yaşadığını bilən insanlar
üçün yada salınmalı olan vacib bir məqam var. Bu, onun
təqribən 54 yaşında olduğu bir vaxtda 18 yaşında olan həzrəti
Aişə (ra) ilə evlənməyidir. Görəsən, həmin nikahdakı yaş fərqi
mənfi bir nümunə kimi qəbul oluna bilərmi?
Əziz peyğəmbərimiz (əs) bir əsrin, bir millət və ya
müəyyən bir ölkənin peyğəmbəri deyil. O, Qiyamət
38
Müntəxəbu kənzi-l-ummal, 6/394-395.
39
Eyni əsər, 6/396.
Xoşbəxt bir ailə həyatı üçün tay-bərabərlik məsələsini fiziki quruluş və yaşın
münasibliyi baxımından qiymətləndirmək lazımdır. Eynilə bunun kimi, ictimai
fəaliyyət və mədəni cəhətdən də qiymətləndirmək lazımdır.
www.muselmanlar.com
32
gününədək gələcək bütün dövrlərin, habelə bütün millət və
ölkələrin peyğəmbəridir. O, təkcə normal şərait üçün deyil,
müstəsna şərtlər və mənfi mühitlər üçün də peyğəmbərdir. Elə
bu səbəbdən də peyğəmbərimiz (əs) öz cavanlığında vaxtilə 2
əri olan və dul qalan uşaqlı bir qadınla – həzrəti Xədicə ilə
evlənib 28 il (Xədicənin ölümünə qədər) onunla ömür-gün
sürmüşdür. Peyğəmbərimiz (əs) bununla təkarvadlı həyat
üçün bir nümunə olub. Öz ömrünün müdriklik dövründə (54
yaşında) isə 18 yaşında olan həzrəti Aişə (ra) ilə ailə qurmuş və
bununla cavan bir qadınla evlənməyə nümunə olmuşdur.
Bəşəriyyətin bu kimi nümunələrə ehtiyacı var.
Allahın elçisinin (ra) 54 yaşında cavan bir qızla ailə
həyatına başlamağı belə bir kəbinin mümkünlüyünə sübut
təşkil edir. Bununla belə, bunu hökm qoyan bir qayda kimi
mütaliə etmək, yəni, bu məsələyə bu cür yanaşmaq olduqca
xətalıdır.
Çünki Allahın elçisinin (əs) maddi və mənəvi cəhətlərdən
imtiyazları olub:
a) O, kişi gözəli olub. Qapqara saçları, iri gözlü, mirvari dişli və
boy-buxunlu olub. Bədəni sümüklü və münasib olub. Sözün kəsəsi,
kişi gözəli olub.
b) Əshabələrin fikrincə, fərqli və güclü olub.
c) Bünövrəsi qoyulan Mədinə İslam dövlətinin başçısı olub.
d) Bütün bunların xaricində, o cümlədən fövqündə bəşəriyyətin
ehtiyac hiss etdiyi müstəsna misalları da verən Allahın axırıncı
elçisidir. Əbədi həyatın da pik-şəxsiyyətidir. Belə olduğu üçün də özü
istəməmiş, başqaları tərəfindən istənmişdir.
www.muselmanlar.com
33
Deməli (Allah ona sadiq olanları çoxaltsın), Onun
xüsusiyyətlərinə malik olan, üstəlik də istənib sevilən cavan
bir oğlan və ya kişinin cavan bir qadın-qızla evlənməyində hər
hansı bir problem yoxdur.
Ərgən olmayan bir qız uşağını ərə vermək olar?
Qurani-Kərimə əsasən belə bir qız uşağını ərə vermək
olmaz.
Məlum olduğu kimi, buradakı əsas mövzumuz cinsi
həyatdır. Elə isə seksual münaibətlər baxımından maraqlı olan
bu məsələ də izah edilməlidir.
Qeyd edək ki, Qurani-Kərimdə evlənib cinsi əlaqədə
olunan qadınlar haqqında ərgən qadınlar mənasında “ən-Nisa”
sözü işlədilir. Ərdə olan qadın mənasında da “ən-Nisa”
sözünün tək forması olan “imraətun” kəlməsindən istifadə
olunur. Nikaha daxil edilə bilən azad və ya əsir, müsəlman və
ya qeyri-müsəlman qadınlarla əlaqədar olaraq sırf iradəli
ərgənlər barəsində düşünülə bilən “Allaha şərik qoşmamaq
və namuslu olmaq” şərti irəli sürülür. Ərə veriləsi qadınlar
haqda isə ərsiz qadın mənası da verən “əyama” sözü işlənir.
Əlavə olaraq, məhz Quran evlənmək üçün ərgənlik dövrü olan
ən-Nikaha işarə vurur. Bütün bu və buna oxşar sübutlar
göstərir ki, ərgən olmayan qız uşaqlarını ərə vermək olmaz.
Quran ərgənliklə yanaşı, nikah əqdinin şərtlərini yerinə yetirməyə
qabil olmaq mənasında rüşdü də vacib hesab edir.
40
Xatırlatma: Bu əsərin “Evləniləsi qadın və kişini görmək”
fəslində qeyd olunan meyarlara təkcə indiki dövrün kişi-qadın
münasibətlərində heç bir qayda-qanun və sərhəd tanımayan dünyəvi
40
Bəqərə, 2/221; Nisa, 4/4-5, 24-25; Maidə, 5/5; Nur, 24/32; Təhrim, 66/10-11.
www.muselmanlar.com
34
həyat prizmasından baxmamaq lazımdır. Bu prinsip və meyarlara
təbii meyllər və onları əks etdirən müxtəlif mədəniyyətlər baxımından
yanaşmaq lazımdır.
Seksual cəhətdən xoşbəxtlik üçün yerinə
yetirilməli olan öhdəliklər - 3
Sünnət olmaq
“Əvvəlki peyğəmbərlərin yolu ilə get” (Ənam, 6/90)
Ər-arvadın arasında seksual münasibətləri doyma
nöqtəsinə çatdıran əsas vasitələrdən biri də sünnət olmaqdır.
Sünnətin seks nöqteyi-nəzərindən vacibliyini izah etmək üçün
onu kişi və qız sünnəti olmaqla, 2 yerə ayırıb təhlil etməyi
münasib hesab edirik.
A) Kişi sünnəti (xitan)
a) Sünnətin dini cəhətdən əhəmiyyəti
Əziz peyğəmbərimizə (əs) Quranın aralarında həzrəti
İbrahimin də olduğu “Əvvəlki peyğəmbərlərin yolu ilə get”
formasındakı buyuruğu verilmişdi.
41
Ona həzrəti İbrahimin
çox yaşlı bir vaxtda sünnət olduğuna dair məlumat da
verilmişdi.
42
O, bu məsələ ilə əlaqədar bir şərh də verib. Biz
belə hesab edirik ki, həmin şərh o ilahi buyuruq və
məlumatlara əsasən verilib:
“5 şey fitrətdəndir;
yəni, xilqəti korlamaq kimi bir
xüsusiyyəti
olmadığına
görə
bütün
peyğəmbərlərin
41
Ənam, 6/90. Həzrəti İbrahimin yolu ilə getməklə əlaqədar Quran əmrləri üçün baxın:
Ali-İmran, 3/95; Nəhl, 16/123.
42
Buxari, Ənbiya, 11.
www.muselmanlar.com
35
şəriətlərində mövcud və yerinə yetirilməsi mümkün olan,
eləcə də, məsləhət görülən işlərdəndir.
Həmin şeylər sünnət olmaq, qasıqları qırxıb təmizləmək, bığı
qısaltmaq, dırnaqları tutmaq və qoltuğun altındakı tükləri
yolmaqdır.”
43
O
(Allahın
ona
səlatu-salamı
olsun),
bütün
peyğəmbərlərin şəriətlərində olduğunu bildirdiyi sünnəti
müsəlmanlığı qəbul edən kişilər üçün bir növ öhdəlik halına
gətirib belə əmr etmişdir:
“Kafirlik vaxtı bədənində çıxan tükləri aradan qaldır, sonra da
sünnət ol.”
44
b) Sünnət olmağın dini cəhətdən hökmü
Kişi tənasül üzvünün (penis) baş hissəsini örtən dərinin
kəsilməsi demək olan sünnətlə (xitan) əlaqədar peyğəmbər
hədislərini səhhət (həqiqi və mötəbər olub olmamaq
cəhətindən) və məna baxımından tədqiq edən bəzi İslam
alimləri belə fikirdədirlər ki, sünnət lazımlıdır; digər bir qismi
isə bunun yerinə yetirilməsi məsləhət görülən bir iş olduğunu
düşünür. Misal üçün, Şafei məzhəbinin alimlərinin fikrincə
43
Müslim, Kitabu-t-təharət, “babu xisali-l-fitrəti”, hədis nömrəsi 49; İbn Macə, hədis
nömrəsi 292.
44
Əl-Camiu-s-səğir, “Əlqi” bəndi; Feyzu-l-qədir, 2/161; Müsnəd, 3/415; Əbu Davud,
Təharət,
129.
Deməli, sünnət olmaq yer üzündəki bütün mədəniyyətlərdə var. Bu da öz növbəsində
onun peyğəmbərlərin təbliğlərində mövcud olduğuna dəlalət edir. Çünki Quranın
izahına əsasən bütün cəmiyyətlərə peyğəmbər, yəni, insanları bir növ həqiqətlərdən
agah edən şəxs göndərilib. Baxın: Türkiyə diyanət vəqfinin nəşr etdiyi İslam
ensiklopediyası, 38-ci cild, s. 155.
www.muselmanlar.com
36
xitan (sünnət) vacib, Maliki və Hənəfilərin fikrincə isə dini
hökm və öhdəlik baxımından sünnə - müstəhəb bir əməldir.
45
c) Sünnət olmağın vaxtı
Bəzi İslam alimləri gözünü dünyaya açan bir uşağı 7-ci
gündə sünnət etdirməyi peyğəmbər sünnəsinin ruhuna
müvafiq hesab ediblər. Onlar bu fikirlərində peyğəmbərimizin
(əs) öz nəvələri Həsən və Hüseyni 7 günlük olduqları vaxt
sünnət etdirdiyinə dair rəvayətə əsaslanırlar.
46
Lakin sünnətin uşaq həddi-büluğa çatana qədər təxirə
salınmağında dini cəhətdən bir eyib yoxdur. Amma onu
həddi-büluğ dövrünə çatdığı vaxt sünnət etdirmək vacibdir;
yəni, yerinə yetirilməli olan bir işdir. Həddi-büluğ dövrünü
keçən təxirəsalma ata-ananı günahkar edir. Bununla belə,
sünnət toyu vurdurmaq öhdəliyi yoxdur.
d) Sünnətin sağlamlıq və seks nöqteyi-nəzərindən
əhəmiyyəti
45
Əl-Camiu-s-səğir, 1/62; Avnu-l-məbud, 14/185.
a. Məsələyə düzgün olmayan münasibət: Dırnaq tutmaq, bədəni təmizləmək, saqqal
və bığı səliqəyə salmaq və dini cəhətdən müvafiq olan cinsi əlaqə nəticəsində
bəkarətin aradan qaldırılması kimi xilqətə edilən müdaxilələrin müstəsna
nümunələrindən birini təşkil edən və onlar kimi, dini cavabdehlik baxımından sünnə
(müstəhəb) qəbul edə biləcəyimiz xitan əməliyyatına bəzi şəxslər tərəfindən başqa cür
baxılır. Belə ki, onlar bunu Quranın Nisa surəsinin 119-cu ayəsinə əsasən xilqəti
dəyişdirmək xarakteri daşıyan şeytanı bir iş hesab edirlər. Biz isə ümumiyyətlə ömrü
boyu minlərlə dəfə üz qırxmağı təbii qarşılayan şəxslərin bu münasibətini qeyri-
düzgün bir yanaşma kimi qiymətləndiririk.
b. Qocaların vəziyyəti: Bizim mənbələrimizdə qeyd olunur ki, peyğəmbərimiz (əs)
yaşlı vaxtında müsəlmanlığı qəbul edən və müxtəlif xalqların nümayəndəsi olan
insanları sünnət (xitan) məsələsinə görə cavabdeh hesab etməyib. Həmçinin deyilir ki,
bu səbəbə görə sünnət olunmaqları səhhətlə əlaqədar problemlər yaradan yaşlı kişilər
xitana görə cavabdeh deyillər. Baxın: Türkiyə diyanət vəqfinin nəşr etdiyi İslam
ensiklopediyası, 38-ci cild, s. 158.
46
Beyhəqi, əs-Sünənu-l-kübra, 8/324.
www.muselmanlar.com
37
Kişi cinsiyyət üzvünü örtən və sünnət vasitəsilə
götürülməli olan dəridən ətrafa yayılan yağ çox pis bir iy verə
bilir. Eyni zamanda o, mikrob yuvası olduğuna görə penisdə
xəstəlik baş verməsinə gətirib çıxardır. Habelə, mikrobların
qadın cinsiyyət üzvünə keçməyinə səbəb olur.
Qulfə
47
deyilən bu dəri əlavə olaraq, cinsiyyət üzvünün uc
hissəsində sürtünmələrə səbəb olur. Bu da insanı masturbasiya
ilə məşğul olmağa aparır. Evlənməmişdən qabaq masturbasiya
ilə məşğul olmaq vərdişi ailə həyatında seksual münasibətlərə
mənfi təsir göstərir. Qeyd edilən sürtünmə cinsi əlaqə zamanı
tez-tələsik boşalmağa da səbəb olur. Bu isə qadının seksual
cəhətdən doymamağının əsas səbəbidir. Beləliklə, qulfə kişidə
tələsik boşalmağa səbəb olduğu kimi, qadının seksual həzz
almağına da mane olur. Çünki birləşən cinsiyyət üzvlərinin
bir-birinə təsir etməyinə maneə təşkil edir. Buna görə də
qulfəyə təbii həssaslığı aradan qaldıran çox qalın bir prezervativ
kimi də tərif vermək olar. Buna bir də bəzi qadınlarda klitorun
üstünü örtən dərininin yaratdığı maneəni əlavə etsək, həmin
mənfi halın hansı səviyyədə olduğunu başa düşə bilərik.
Sünnət olmaq bütün bu problemləri aradan qaldırdığına
görə kişinin sünnətli olduğu cütlər bir-biri üçün seksual
cəhətdən daha münasib olur və doyuma çata bilirlər.
B) Qız-qadın sünnəti
Qız sünnəti ilə əlaqədar bir Quran hökmü yoxdur.
Həmçinin bu məsələdə müsəlmanlara öhdəlik yükləyən
47
Qulfə (ğulfə:
) Ərəb sözüdür. Azərbaycan dilinə Ərəb dilindən keçən qılaf sözü
ilə eyni mənşəlidir. Burada sünnət dərisi, qapaq və örtük mənalarında işlədilib -
tərcüməçinin qeydi.
www.muselmanlar.com
38
mötəbər bir hədis də yoxdur. Bununla belə, peyğəmbərimizə
(əs) aid olunan və bunu müəyyən şərtlər daxilində təsdiq edən
hədislər var. Tarix boyu bəzi müsəlman ölkələrində də belə bir
iş görülüb. Biz bu səbəblərə görə qız sünnəti məsələsinə necə
deyərlər, Qərb dünyasından gələn mədəniyyət terrorunun
təsiri ilə radikal formada yanaşmağı, o cümlədən, onu rədd
etməyi münasib bilmirik. Ancaq məsləhət görülmədən təsdiq
olunmağındakı qadın seksuallığına hörmət tərəfini müsbət
qarşılayırıq.
a) Qız-qadın sünnətinin tarixi keçmişi
Tarixi məlumatlara əsasən çox qədim dövrlərdən etibarən
müxtəlif mədəniyyətlərdə müşahidə olunan və hazırkı dövrdə
də davam etdirilən qız sünnəti ənənəsi həzrəti peyğəmbərin
(əs) dövründə Məkkədə, xüsusilə də Mədinədə həyata
keçirilirdi. Belə ki, Məkkə şəhərində Ümmü Həbibə,
48
Mədinədə isə Ümmü Ətiyyə adlı qadınlar qız sünnətçisi kimi
tanınırdılar.
Peyğəmbərimizin (əs) “Qadın və kişidə sünnət olunan hissələr
bir-birinə toxunduğu vaxt qüsl vermək vacibdir” hədisindəki kişi
və qadın cinsiyyət üzvləri haqqında sünnət olunan üzvlər
mənası verən əl-xitan sözü işlədilib. Bu da göstərir ki,
48
Beyhəqi Şuabu-l-iman adlı əsərində belə rəvayət edir:
Ümmü Həbibə Mədinəyə hicrət edən Məkkəli mühacir qadınlardan biri idi. Qızları
sünnət etməklə məşğul olurdu. Həzrəti peyğəmbər hicrətdən sonra ona baş çəkdikdə
belə bir sual soruşdu:
- Sən qız sünnəti işinə davam etmək istəyirsən?
Ümmü Həbibə bu suala sualla cavab verdi:
- Ya rəsulallah! Məgər bu iş haram olundu? Sən bunu bizə qadağan edirsən?
Həzrəti peyğəmbər ona: “Xeyr, xeyr! Sünnət işi halaldır”, - dedi.
www.muselmanlar.com
39
müsəlmanlıq dövründə də qız sünnəti məlum idi, həyata
keçirilirdi.
49
Bu, ümumi bir məsələ idi, yoxsa bəzi ailələr tərəfindən
tətbiq olunurdu? Bunu dəqiq bilmirik. Bununla belə,
müsəlman kişilərə əmr olunduğu halda qadınlara əmr
olunmaması, habelə, həzrəti peyğəmbərin (əs) və məşhur
əshabələrin uşaqlarının sünnət olunduğuna dair mötəbər
rəvayətlərin olmamağı onun o dövrdə arabir tətbiq
olunduğunu göstərir. Bəzi alimlər hesab edirlər ki, sünnət
əməliyyatını lazım bilən artıqlıq şərqli qadınlarda müşahidə
olunur; deməli, bu, onlarla əlaqədar bir məsələdir.
Qız-qadın sünnətinin məqsədi
Bəzi Ərəb qəbilələri cinsiyyətləri və təcavüzə məruz qalan
seksuallıqları səbəblərindən qız uşaqlarını diri-diri torpağa
basdırıblar. Bunu nəzərə alaraq demək olar ki, qız sünnəti
onların seksuallıqlarını inkişaf etdirmək məqsədilə tətbiq
olunduğu kimi, bunun səviyyəsini azaltmaq məqsədilə də
həyata keçirilib.
50
Peyğəmbərimizə (əs) aid olunan hədislər də
hər iki məqsədin mümkün olduğuna işarə vurur.
b) Qız sünnətinin mahiyyəti
Qız sünnəti qadının seksual həzz mərkəzi olan və qadında
kişi cinsiyyət üzvünün müqabili kimi qəbul edilən klitor
üzərində aparılan kişi sünnətinə oxşar bir əməliyyatdır. Başqa
sözlə, “klitoru halqa kimi əhatə edən, qaplayan, bəzən bir
49
Buxari, Qüsl, 28.
50
İbn Kəsir, Təkvir surəsinin təfsiri, 8-9-cu ayələr.
www.muselmanlar.com
40
qalpaq-kisə
kimi
örtən
dərinin
aradan
qaldırılması
əməliyyatıdır.”
51
Bizim dövrümüzdə olduğu kimi, elmi cəhətdən qeyd
edilən formada izah edilə bilməsə də, belə bir şey var idi və
seksual ləzzət mərkəzi olmağı məlum idi. Qız sünnəti məhz
buna görə klitora tətbiq olunurdu. Məlum idi ki, birbaşa
klitora müdaxilə etmək və ya onu kəsib atmaq cinsi şikəstliyə
gətirib çıxardır. Bu da bilinirdi: Sünnət əməliyyatını onu əhatə
edən dəriyə tətbiq etmək isə qadını seksual cəhətdən doyuma
çatmağına xidmət edir. Bu səbəbdən də lazımi qədər həssas
hərəkət olunurdu.
c) Məsələnin dini cəhətdən əhəmiyyət və hökmü
Qız sünnəti ilə əlaqədar olaraq Muhəmməd peyğəmbərə
(əs) aid edilən hədislərdə bu əməliyyatın seksuallığı inkişaf
etdirən cəhətinə işarə vurulur:
“Kişilər üçün sünnət olmaq peyğəmbərlərin yolundan getmək
deməkdir. Qadınlar üçün də bir dəyərdir.”
52
Peyğəmbərimizə (əs) aid olduğunu inkar edən fikirlərin
əksinə, onun tərəfindən deyildiyini qəbul edə biləcəyimiz bu
51
Klitor
“Klitorun həcmi qadından qadına fərqli olur. Baş və gövdəsinin ümumi uzunluğu orta
hesabla 3 santimetr olmaqla yanaşı, 7 santimetrə qədər çata bilir. Klitorun baş
hissəsinin həcmi də xeyli dərəcədə qeyri-sabitdir və 3-8 millimetr arasında olur.
Təqribən 8000 sinir lifi olan bir quruluşa malikdir.”
Qeyd: Klitor və aşağıda qeyd olunan klitoropeksi (ing. Clitoropexy; bir növ cinsiyyət
dodaqlarının korreksiyası) ilə əlaqədar məlumatlar doktorsitesi.com saytından
götürülmüşdür. Əlavə olaraq baxın: Fritz Kahn, Tənasül həyatımız, İstanbul, 1971-ci il,
s. 29.
52
Əbu Davud, Ədəb, 167; əs-Sünənu-l-kübra, 8/325.
Qız sünnəti ilə əlaqədar hədis rəvayətləri bizim təsbitlərimizə əsasən Kütubi-sittədə
təkcə bu mənbədə qeyd olunub.
www.muselmanlar.com
41
hədis sünnətin qadınlar üçün vacib bir əməliyyat olduğunu
bildirmir; müxtəlif mədəniyyətləri sintez edən İslamaqədərki
cəmiyyətdə tətbiq olunan və lazımi formada yerinə yetirildiyi
vaxt bir problemə səbəb olmamağı bir tərəfə, seksuallığı
inkişaf etdirən bu əməliyyatı tətbiq oluna bilən bir gözəllik
kimi təsdiq edir.
Bununla belə, Şafei məzhəbinə mənsub olan alimlər belə
hesab edirlər ki, sünnət olmaq kişilərə olduğu kimi, qadınlara
da vacibdir.
53
Güman ki, qız sünnəti İslamı deyil, təkcə onu
dilə gətirənləri maraqlandıran (yəni, onlar üçün qüvvədə olan)
bu fikrə görə Şafei məzhəbinin yayıldığı Misir və Sudan kimi
müsəlman ölkələrində özünə yer tuta bilir. Onu İslam dini
tərəfindən vacib bilinməyən, yerinə yetirilməsi sadəcə olaraq
adət-ənənə baxımından mümkün bir iş hesab edən Hənəfi
məzhəbinin hakim olduğu Türkiyə kimi ölkələrdə isə qız
sünnətinə maraq omayıb. Bununla belə, bir çatışmazlıq kimi
də qiymətləndirilməyib.
d) Qız sünnətinin seksual cəhətdən əhəmiyyəti
Bu məsələnin əsas mövzumuz olan seks baxımından
əhəmiyyəti budur ki, qız sünnətinin məsləhət bilinməyindəki
məqsəd
seksual
həzzalmanı
korlamaq
deyil,
inkişaf
etdirməkdir. Çünki oğlan uşaqlarının sünnət etdirilməsi ilə
əlaqədar həvəsləndirici hədislərdə məqsəd göstərilmədiyi
halda, qız uşaqlarının sünnət etdirilməyi ilə bağlı hədislərdə
(yaxud da hədis olduğu irəli sürülən sözlərdə) seksual məqsəd
açıq surətdə bildirilib.
53
Avnu-l-məbud şərhu sünəni Əbu Davud, 14/185.
www.muselmanlar.com
42
Bir hədisdə qeyd edilir ki, Allahın elçisi qız sünnətçisi kimi
tanınan Ümmü Ətiyyə adlı qadına belə bir tapşırıq verib:
54
- (Qızları sünnət etdikdə) toxunmaqla kifayətlən (klitora və
ondakı sinirlərə toxunma; bu işi onu əhatə edən hissədə gör).
Belə etmək qadına daha çox ləzzət verir, ərini də daha çox xoşbəxt
edir.
55
Məlum
olduğu
kimi,
əsas
məqsəd
ər-arvadın
xoşbəxtliyidir. Bu rəvayətdən belə başa düşülür ki, Qərb
dünyasında, eləcə də, yerli kütləvi informasiya vasitələrində
qadının intim dünyasını məhv edən bir vəhşət əməliyyatı kimi
təqdim olunan qız sünnəti əslində seksual həzz hissini inkişaf
etdirmək məqsədilə məsləhət görülür. Əgər qız sünnəti
seksual həzzalmanı azaltmaq məqsədi ilə klitoru kəsib atmaqla
– Firon sünnəti formasında tətbiq edilirsə, yaxud da bu
əməliyyat primitiv üsulla və bacarıqsız şəxslər tərəfindən
aparıldığı üçün belə bir mənfi nəticəyə səbəb olursa, onu tətbiq
etməmək lazımdır. Çünki qadının seksuallığına mənfi təsir
göstərmək zülmdür. Zülm isə bütün növləri ilə haramdır.
e) Qadınlarda sünnətəoxşar əməliyyat
Klitor və onu əhatə edən dərinin quruluşu hər bir qadında
anadangəlmə müxtəlif ölçülərdə olur. Bu da bəzi qadınlarda
zahiri bir eybəcərlik və orqazm probleminə səbəb olur. Buna
görə də estetik-plastik cərrah-ginekoloqlara müraciət olunur.
54
Bu sözün Allahın elçisi (əs) tərəfindən deyilib deyilməməsi məsələsi mübahisəlidir.
Daha doğrusu, bu məsələdə həmrəylik yoxdur. Bəzi şəxslər belə hesab edirlər ki, bu
söz peyğəmbər tərəfindən deyilib.
55
Əbu Davud, Ədəb: babu ma caə fi-l-xitan (Avnu-l-məbud, 14/184).
www.muselmanlar.com
43
[“Bəzi həkimlər onlara xüsusilə orqazma çata bilməmək
şikayəti ilə müraciət edən qadınlara klitoru kənardan əhatə
edən dərinin qısaldılması, yəni, “klitorun soyulması”
əməliyyatını tövsiyə edirlər. Buradakı məqsəd klitorun cinsi
əlaqə vaxtı kişi cinsiyyət üzvü ilə birbaşa təmasını təmin
etməkdir. Bu kimi əməliyyatlar kişi sünnətindən fərqli
deyil.”]
Mütəxəssislər tərəfindən bəzi qız uşaqları üçün lazımlı
hesab olunan qız sünnətinin faydalı olduğunu oxşar
əməliyyatların klitoropeksi adı ilə müasir tibbin apardığı
əməliyyatların arasına daxil olması da təsdiq edir:
Klitoropeksi (clitoropexy):
Klitorun üstündəki dəri onu
gizlətdiyinə görə şəhvani cəhətdən oyana bilməməklə əlaqəli
orqazm problemi olan qadınlarda həmin dəri əməliyyatla
götürülür. Beləcə, klitor üzə çıxardılır və qadının problemi
aradan qalxır.
56
Təhlil
a) Mülayim iqlimi olan Mədinədə qız uşaqlarının bəziləri
56
Aşağıdakı izah mətni “doktorsitesi.com” adlı internet saytından iqtibas edilmişdir:
“Hamımızın bildiyi kimi, seksual oyanmada klitor və G nöqtəsi bir növ açar rolunu
oynayır. Klitor kişi cinsiyyət üzvünün baş hissəsinin qadındakı ekvivalentidir və
EROGEN dediyimiz seksual oyanma vaxtı qanlanma (ona daxil olan qan) səviyyəsi
artaraq həcm baxımından böyüyən bir quruluşa malikdir. Bəzi hallarda klitorun
üstündəki dəri qatlantısı çox olur və bu, klitorun böyük görünməyinə, habelə,
formasının pozulmağına gətirib çıxardır. Bununla yanaşı, həmin qatlantı klitorun
oyandırılmağına və orqazma da maneçilik törədir. Bu kimi problemlərlə üzləşən
qadınlarda klitorun üstündəki dəri qatlantısını estetik cərrahiyə metodları ilə
götürmək mümkündür. Biz bununla klitoru kiçildirik. Bununla da həm estetik
görünüşü düzəldir, həm də klitorun daha çox oyandırıla bilməyini mümkün hala
gətiririk. Bu əməliyyata CLITOROPEXY deyilir. Bu əməliyyatla həm seksual oyanma
qüsuru olan qadınlarda, həm də klitorunda estetik baxımdan problem olan qadınlarda
çox yaxşı nəticələr əldə etmək mümkündür.”
www.muselmanlar.com
44
olsa da, Allahın elçisinin (əs) məlumatı daxilində sünnət edilib.
b) Allahın elçisi (əs) adət-ənənə çərçivəsində və bunun
məqsədinin qadının seksual doyuma çatması olduğunu qeyd
edərək qız uşaqlarının sünnət olunmağını məsləhət bilən
ifadələr işlədib.
c) İndiki dövrdə dünyəvi ölkələrin qadınlarında belə, hər
cür əyani seksual təhriklə üzləşməklərinə baxmayaraq seksual
doyumsuzluq nisbəti yüksəkdir.
Bütün bunlar bu məsələ üzərində təzədən düşünməyi və
tədqiqat aparmağı vacib hala gətirir. Həmçinin bəzi klitorlarda
seksual doyuma maneçilik törədən artıqlığın olduğu
məlumdur və sünnət əməliyyatının zəruriliyi qəbul edilir.
Bunun üçün də estetik-plastik cərrah-ginekoloqlara müraciət
olunur.
Bəli, Misir və Səudiyyə Ərəbistanı kimi xalqı müsəlman
olan ölkələrdəki qız sünnəti məsələsi cinsi həyat çərçivəsində
təzədən nəzərdən keçirilməli, lazımi müqayisəli tədqiqatlar
aparılmalı və bu məsələ olmalı olduğu müsbət hala
gətirilməlidir.
Burada bir məsələyə də toxunmaq istəyir və bunu faydalı
hesab edirik: Belə ki, kişilərə tətbiq olunan sünnətin böyük
faydaları sübuta yetirilib. Buna baxmayaraq bu sahədə lazımi
təşəbbüsləri
göstərməyən,
göstərə bilməyən və elmi
sübutlardan çox qınayıcı ideoloji yanaşmaları birinci plana
çıxardan qeyri-müsəlman tibb mütəxəssislərinin fikirlərini
elmi məlumat kimi qiymətləndirmək olmaz. Elə isə müsəlman
elm xadimləri bu məsələ ilə mütləq maraqlanmalıdırlar.
Gəlin,
seksual
cəhətdən
xoşbəxtlik
üçün
lazımi
www.muselmanlar.com
45
öhdəliklərdən biri olan qız sünnəti mövzusunu bir hədis
rəvayəti ilə başa vuraq:
Ümmü-l-Mühacir adlı möminə xanım belə nəql edir:
Mən Rum məmləkətindən əsir götürülən kənizlərin arasında
idim. Həzrəti Osman bizə müsəlmanlığı başa saldı. Məndən və bir
nəfər kənizdən başqa müsəlmanlığı qəbul edən olmadı. Həzrəti
Osman bizim haqqımızda belə dedi:
Bunları aparıb sünnət etdirin və çimizdirin.
57
Mövzunu başa vurarkən...
Qadında ən güclü həzzalma bölgəsi olub əsas funksiyası orqazma
çatmağı təmin etmək olan klitorun yaradılması göstərir ki,
Rəbbimizin məqsədi qadının öz seksuallığını ən yüksək səviyyədə
yaşamağıdır.
Bu ilahi məqsəd ortada ola-ola qız sünnəti tətbiq olunma forması
ilə qadının seksuallığının əleyhinə nəticə verirsə, əlbəttə ki, zülmdür.
Zülm olduğuna görə də haramdır. Lakin onun 14 əsrdən bəri İslam
mədəniyyəti hövzəsində (ilahi iradə çərçivəsində) qadının seksual
xoşbəxtliyini
təmin
etmək
məqsədi
güdən
bir
prinsipə
əsaslandırılması qadınlıq üçün təqdirəlayiq bir haldır.
57
Avnu-l-məbud, 14/184.
Dostları ilə paylaş: |