Islamın gözəllikləri


"Acı bir günün (qiyamət gününün) əzabından vay o zülm edənlərin halına!" (əz-Zuxruf: 65)



Yüklə 3,26 Mb.
səhifə15/19
tarix01.05.2017
ölçüsü3,26 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19

"Acı bir günün (qiyamət gününün) əzabından vay o zülm edənlərin halına!" (əz-Zuxruf: 65).

Digər bir hədisdə isə buyurmuşdur:

وقال r: «إن الله ليملي للظالم حتى إذا أخذه لم يفلته» رواه البخاري في صحيحه ومسلم

"Allah taala zalıma möhlət verər. Cəza vaxtı gəldikdə isə onu burax­maz"3.

Zülm əvvəlki ümmətlərin həlak olmasında əsas səbəblərdəndir. Zülmkarlığın geniş yayıldığı hər hansı döv­lət dağılar və öz layiqli cəzasına yetişər. Allah taala buyurur:

{             } (هود:102)

"Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şıddətlidir!" (Hud: 102).

Alimlərdən biri deyir: "Ədalət hər işin idarəedicisidir. Əgər axirətlə heç bir əlaqəsi olmayan və sırf maddi niyyətlə hansısa dünya işi ədalət üzərində qurularsa o gerçəkləşər. Əks halda, işi görən adam mömin olsa belə o iş gerçəkləşməz".

Ən böyük ədalət Allah taalanın şəriətini tətbiq etmək, Onun buyurduğu qanunları həyata keçirmək və haqq sahiblərinə haqlarını yetişdirməkdir. Ən böyük zülm isə Allahın şəriətinə əhəmiyyət verməmək və həyatdan onu ayırmaqdır. Allah taala buyurur:

{  } (المائدة:50)



"Onlar Cahillik dövrünün hökmünümü istəyirlər?..." (əl-Maidə: 50).

  1. Birlik yaratmaq, parçalanmamaq:

Rəhbərin məsuliyyətlərindən bir də insanların fikrini toplamaq və onları parçalanmaqdan qorumaqdır. Bir olmaq İslam şəriətinin əsas qayələrindəndir. Allah taala buyurur:

{      } (آل عمران:103)



"Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılma­yın!..." (Ali İmran: 103).

  1. Camaatla mülayim davranmaq və onları xeyirli işlərə yönəltmək.

Rəhbərin məsuliyyətlərindən biri də camaata qarşı mülayim olmaq və onlara xeyirli işləri məsləhət gör­məkdir.

Hədislərin birində buyurulur:

«اللهم من ولي من أمر أمتي شيئاً فشق عليهم فأشقق عليه، ومن ولي من أمر أمتي شيئاً فرفق بهم فأرفق به» رواه مسلم

"Ey Allahım! Ümmətimə rəhbərlik edən adam onların işini çətinləşdirsə Sən də onun işini çətinləşdir. Onların işini rahat edərsə, Sən də onun işini rahat et!"1.

Bəzi alimlər deyirlər: "Bu hədis insanların işini çətinləşdirməmək, rahatlaşdırmaq üçün gözəl xəbərdarlıqdır. Bu mənada hədislər həddindən artıq çoxdur".

Peyğəmbər  digər hədisdə buyurur:

«ما من عبد يسترعيه الله رعية من المسلمين فيموت وهو غاش لهم إلاّ حرم الله عليه الجنّة» رواه البخاري في صحيحه



"Allah taalanın müsəlmanlar üzərində hakim etdiyi bir bəndə öz hakimiyyəti zamanı onları aldadarsa, Allah taala ona cənnəti haram edər"2.

Namaz qılan, cəzaları tətbiq edən və insanların haqlarını qoruyan saleh rəhbər ümmətin və ölkələrin islah edilməsi üçün əsas səbəbdir. Öz camaatını islah etməyə səy göstərən rəhbər zəmanəsinin ən yaxşı insanı və Allah taala yolunda döyüşən ən fəzilətlisi olar.

Dediklərimiz İslam şəriətinin camaat üçün rəhbərlərə vacib etdiyi haqlardır.

Ikinci: Camaata vacib edilən haqlar;

Rəhbərin öz işini layiqincə yerinə yetirməsi üçün camaat rəhbərə qarşı olan münasibətlərini lazımi səviyyədə yerinə yetirməlidirlər. Çünki camaat bu işdə rəhbərlə ortaqdırlar. Kəəb Əhbar demişdir: "İslamın, rəhbərin və camaatın misalı, çadır, dirək, ip və paya misalındadır. Çadır misalı İslam, dirək rəhbər, ip və payalar isə insanlarıdır. Bunların biri digərini tamamlayır".

Camaatın boynuna düşən haqlar bunlardır:


  1. Eşitmək və itaət etmək:

Itaət etmək İslam şəriətində hökmün dayağı, onun qanunlarının əsasından biridir. İslam dininə görə rəhbərsiz camaat, itaətsiz isə rəhbər olmaz. Allah taala buyurur:

{         } (النساء:59)



"Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! ..." (ən-Nisa: 59).

Bu ayədə əmr sahiblərinə, rəhbərlərə itaətin vacibliyi vurğulanır, lakin bu itaətin keyfiyyəti açıqlanmır. Bunun açıqlaması hədislərdə qeyd edilir və deyilir ki, itaət yalnız qeyri asiliklərdə olur.

Ibn Əmər Peyğəmbərin  belə buyurduğunu deyir:

«على المرء المسلم السمع والطاعة فيما أحب وكره إلا أن يؤمر بمعصية فإن أمر بمعصية فلا سمع ولا طاعة» رواه البخاري في صحيحه



"Müsəlman bəndə sevdiyi və ya sevmədiyi işlərdə itaət etməlidir. Yalnız günah iş müstəsnadır. Günah olan bir iş1 əmr edildikdə ona itaət etməməlidir"2.

Əbu Hureyrə Peyğəmbərin  belə buyurduğunu deyir:

«من أطاعني فقد أطاع الله، ومن عصاني فقد عصى الله، ومن أطاع الأمير فقد أطاعني، ومن يعص الأمير فقد عصاني» رواه البخاري في صحيحه ومسلم

"Mənə itaət edən Allaha itaət edər, mənə asilik edən isə Allaha asilik edər. Əmirə (rəhbərə) itaət edən mənə itaət etmiş olar, əmirə (rəhbərə) asi olan mənə asi olar"3.

Hədis rəhbərlərə qeyri-asilikdə (günah olmayan işlərdə) itaət etməyin vacibliyini vurğulayır. Rəhbərlərə itaət etmək Allaha və rəsuluna itaət etməkdir. Bu məsələ əhli Sünnə və camaatın əqidəsinə görə vacibdir. Deyilən əqidə onları digər bidətçi firqələrdən fərqləndirən əsas cəhətdir.

Alimlərdən biri deyir: "Hədisdə rəhbərlərə itaət etməyin vacibliyi vurğulanır. Bu itaət asiliyi əmr etdikdə müstəsna sayılır. Rəhbərlərə itaət etməyin vacib edilməsində hikmət, camaatın sözünün bir olmasıdır. Çünki ixtilaf və təfriqədə fitnə-fəsad çoxdur".


  1. Rəhbərlərin zülmünə qarşı dözmək və səbirli olmaq:

Rəhbər camaata qarşı dünya işlərində zülm etdikdə, yaxud haqlarını tapdaladıqda, öz nəfsini və ya tabeçiliyində olanların hansınınsa haqlarını digər insanlardan üstün tutduqda camaatın mövqeyi səbir etmək və bunun savabını Allahdan diləmək olmalıdır.

عن حذيفة بن اليمان t قال: قلت: يا رسول الله إنا كنا بشرٍّ فجاء الله بخير، فنحن فيه فهل من وراء هذا الخير شرّ؟ قال: «نعم» قلت: هل وراء ذلك الشر خير؟ قال: «نعم» قلت: فهل وراء ذلك الخير شر؟ قال: «نعم» قلت: كيف؟ قال: «يكون بعدي أئمة لا يهتدون بهداي، ولا يستنون بسنتي، وسيقوم فيهم رجال قلوبهم قلوب الشياطين في جثمان إنس»، قال: قلت: كيف أصنع يا رسول الله إن أدركت ذلك؟ قال: «تسمع وتطيع للأمير، وإن ضُرب ظهرك، وأخذ مالك فاسمع وأطع» رواه مسلم

Huzeyfə Ibn əl-Yəman deyir: Mən Peyğəmbərə  dedim: Ey Allahın Elçisi! Biz şər içərisində idik. Allah taala bizə xeyir göndərdi. Hal-hazırda biz o xeyrin içindəyik. Bəs bu xeyirdən sonra şər olacaqmı? Peyğəmbər buyurdu: "Bəli". Mən dedim: Bəs o şərdən sonra xeyir olacaqmı? O buyurdu: "Bəli". Mən dedim: Bəs o xeyirdən sonra şər olacaqmı? O buyurdu: "Bəli". Mən dedim: Necə? O buyurdu: "Məndən sonra rəhbərlər olacaqlar. Onlar mənim yolumla getməyəcək, Sünnəmə əməl etməyəcəklər. Onların arasında qəlbi şeytan qəlbi olub insan cildində olan kişilər yetişəcəkdir" Mən dedim: Ey Allahın Elçisi! Mən onları görsəm nə edim? O buyurdu: "Sən Rəhbərin sözünü dinlə və ona itaət et. Hətta səni döyüb malını əlindən alsa da onu dinlə və ona itaət et"1.

Bu hədis məsələyə aid ən geniş və açıq hədisidir. Hədisdə Peyğəmbər  həmin rəhbərləri təsvir etmiş və demişdir ki, onlar mənim yolumla getməz, Sünnəmə əməl etməzlər. Bu əsl zəlalət və fəsad, inadkarlıq və azğınlığın sonudur. Həmin rəhbərlər nə özlərini, ailələrini, nə də tabeçiliyində olan camaatı Peyğəmbərin  yolu ilə aparmazlar. Bütün bunlara baxmayaraq Peyğəmbər  onlara, digər hədislərdə deyildiyi kimi, qeyri asilikdə itaət etməyi əmr etmişdir. Hətta onlar insanı döyüb malını əlindən alsalar yenə də onlara itaət etmək vacibdir. Onların bu hərəkətləri səni onlara itaətdən, əmrlərini eşitməkdən yayındırmasın. Çünki etdikləri zülm əməllər özlərinə qarşıdır. Qiyamət günü ona görə sorğu-sual olunacaq və cəzalanacaqlar. Əgər sən öz nəfsinin istəklərinə uyub şəriətin bu hikmətli qanununu başa düşməyib onu qəbul etməyib rəhbərinə qulaq asmasan və itaətsizlik göstərsən onda günah qazanacaqsan. Beləliklə qadağan olunmuş bir iş görəcəksən. Peyğəmbərin  yuxarıda qeyd edilən sözləri çox hikmətli və ədalətlidir. Əgər hər zərərçəkən insan itaətsizlik etsə onda getdikcə itaətsizlik artar, din və dünya məsləhətləri puça çıxar. Beləliklə, zülm bütün camaata yaxud onların çoxusuna yetişər, məmləkətlərdə ədalətsizlik baş alıb gedər və fitnə-fəsad hökm sürər.

Amma bir nəfərə zülm olunduqda səbir edər, savabını Allah taaladan diləyər, ona edilən zülmün qalxması üçün dua edər, bununla yanaşı rəhbərə itaət edərsə həm dini həm də dünyəvi problemləri yaranar. Ola bilsin Allah taala ona daha xeyirlisini nəsib etsin, yaxud axirətdə onun əvəzini versin. Bu da İslam şəriətinin əsl gözəlliklərindəndir. Çünki şəriət rəhbərlərin adilliklərinə deyil zülmlərinə qarşı itaət etməyi əmr etmişdir. Əgər itaət yalnız adillikdə olsaydı onda dünya hərc-mərcliklə dolardı. Allah taalanın lütfünə görə Ona həmd sənalar olsun.


  1. Rəhbərə hörmət bəsləmək və yaxşılıq etmək.

Müaviyyə deyir:

لما خرج أبو ذر إلى الربذة لقيه ركب من أهل العراق فقالوا: يا أبا ذر قد بلغنا الذي صنع بك فاعقد لواءً يأتيك رجال ما شئت، قال: مهلاً يا أهل الإسلام فإني سمعت رسول الله r يقول: «سيكون بعدي سلطان فأعزوه من التمس ذُله ثغر ثغرة في الإسلام ولم يقبل منه توبة حتى يعيدها كما كانت» السنة لابن أبي عاصم وصححه الألباني في ظلال الجنة



"Əbu Zərr Rəbzə deyilən yerə getdikdə İraqdan olan bir dəstə onun qarşısına çıxdılar və dedilər: Ey Əbu Zərr! Biz sənə qarşı edilənləri eşitmişik. Sən sadəcə olaraq bir çağırış et, istədiyin qədər kişi sənin köməyinə toplanar. Əbu Zərr dedi: Ey müsəlmanlar! Tələsməyin, mən Peyğəmbərin belə buyurduğunu eşitdim: "Məndən sonra sultan (rəhbər) olacaqdır. Ona hörmət edin. Kim ondan inciyib ona qarşı çıxarsa İslamda yeni cəbhə yaratmış olar. Vəziyyəti əvvəlki halına qaytarmayınca onun tövbəsi qəbul edilməz"1.

Əbu Bəkrə Peyğəmbərin  belə buyurduğunu eşitmişdir:

وعن أبي بكرة t قال سمعت رسول الله r يقول: «من أكرم سلطان الله تبارك وتعالى في الدنيا أكرمه الله يوم القيامة، ومن أهان سلطان الله تبارك وتعالى في الدنيا أهانه الله يوم القيامة» سنن الترمذي ومسند الإمام أحمد وحسنه الألباني في سلسلة الأحاديث الصحيحة

"Kim dünyada Allah taalanın sultanına yaxşılıq edərsə, Allah taala ona qiyamət günü yaxşılıq edər. Kim dünyada Allah taalanın sultanını təhqir edərsə, Allah taala də onu qiyamət günü təhqir edər"2.

Bu məsələ haqda deyilən dəlillərə baxdıqda görər ki, şəriət rəhbərlərə hörmət bəsləməyi və yaxşılıq etməyi əmr etmiş, onları söyməyi və təhqir etməyi isə qadağan etmişdir. Çünki bunun böyük əhəmiyyəti vardır. Çünki böyük və əhəmiyyətli işləri həyata keçirmək üçün camaatın nəfsində rəhbərə qarşı hörmət olmalıdır. Rəhbərlərə qarşı çıxdıqda və ya onları təhqir etdikdə bu xüsusiyyətlər gerçəkləşməz.

Bu məqamda alimlərin biri deyir: "Insanlar rəhbərlərə və alimlərə hörmət etdikcə xeyir içərisində olarlar. Onlar bu iki qisim insanlara hörmət etsələr Allah taala onların həm dünyalarını, həm də axirətlərini islah edər. Onlara qarşı hörmətsizlik etsələr dünya və axirətlərini korlayarlar".

Digər alim rəhbərlərin haqlarını qeyd edərkən deyir: "Dördüncü haqq: ona ən böyük haqqını vermək, Allahın buyurduğuna uyğun olaraq ona hörmət etmək, vacib olan tərzdə hörmət və yaxşılıq etmək. Ona görə də böyük İslam alimləri rəhbərlərə hörmət edir və onların çağırışlarına cavab verirdilər. Bununla bərabər İslam alimləri Allahdan qorxar, zahidlik edər və rəhbərlərin malına göz dikməzdilər. Özlərini zahid hesab edərək rəhbərlərə qarşı hörmətsizlik edənlərin hərəkətləri Sünnəyə ziddir".



  1. Müsəlman rəhbərləri söyməyin, onları aldatmağın və onlara nifrət etməyin haram olması.

Ənəs deyir: "Bizim böyüklərimiz sayılan Məhəmmədin səhabələri belə deyirdilər: Peyğəmbər  buyurmuşdur:

«لا تسبوا أمراءكم ولا تغشوهم ولا تبغضوهم، واتقوا الله واصبروا فإن الأمر قريب»



"Rəhbərlərinizi söyməyin, aldatmayın və onlara nifrət etməyin. Allahdan qorxun və səbir edin. Həqiqətən nicat yaxındadır".

Qeyri müfəssəl qadağa, harama dəlalət edir. Bu "Üsulu fiqh" elmində bir qaydadır. Alimlərdən biri deyir: "Biz hətta zülmkar rəhbərlərimizə və hakimlərimizə qarşı çıxmağın, onlara qarşı bəd dua etməyin tərəfdarı deyilik. Həmçinin onlara itaətsizlik göstərməyi də dəstəkləmirik. Onlara itaət etmək Allah taalaya itaətdir. Yalnız bir halda, Allaha asiliyi əmr etsələr o zaman onlara itaət etmirik. Onlar üçün islah edilmə və bağışlanma duaları edirik".

Digər alim bu məsələni təkid edərək deyir: "Bir kəsin rəhbərə qarşı bəd dua etdiyini görsən onun bidətçı olduğunu bil. Bir nəfərin isə rəhbərin islah edilməsi üçün dua etdiyini görsən bil ki o Peyğəmbərin  Sünnəsinə əməl edəndir, inşallah".

Bəzi alimlər deyirlər: "Əgər mənim dualarım qəbul edilsəydi ancaq rəhbər üçün dua edərdim".

Bizə zülm və haqsızlıq etmələrinə baxmayaraq onlara qarşı deyil, onların islah edilmələri üçün dua etmək əmr edilmişdir. Çünki onların zülm və haqsızlıqları özlərinə və müsəlmanlara yönəlir. Islah olunmaları da özləri və müsəlmanlar üçündür.

Alimlərin birindən rəhbər üçün dua etməkdən imtina edən kimsə haqda soruşulduqda belə demişdir: "Bu həmin adamın cahil və bəsirətsiz olduğundan irəli gəlir. Rəhbər üçün dua etmək Allah taalaya ən gözəl itaət və ibadət, Allah və bəndələri üçün edilən nəsihətdir. Peyğəmbərə  dovs qəbiləsinin asilik etmələri haqda xəbər verildikdə buyurmuşdur:

«اللهم اهد دوساً وأت بهم، اللهم اهد دوساً وأت بهم»

"Allahım dovsə hidayət ver və onları gətir, Allahım dovsə hidayət ver və onları gətir!"

Peyğəmbər  insanlar üçün xeyirli dua edərdi. Insanların xeyirli duaya ən layiqlisi, rəhbərdir. Çünki rəhbərin islah edilməsi ümmətin islahı deməkdir. Onun üçün dua etmək ən əhəmiyyətli dua və nəsihətdir".



Kim rəhbərləri söyməyin və onları alçaltmağın Allahın dinindən, yaxud (Nəhyun anil munkər) pis işlərdən çəkindirməkdən olduğunu zənn edirsə, həqiqətən o zəlalətə düşmüşdür. Belə halda o, Allaha, Onun şəriətinə haqsızlıq etmiş olar. Hətta belə halda o, Quran, Sünnə və ümmətin sələfinə qarşı müxaliflik etmiş olur.

Alimlərdən biri deyir: "Elm, din və fəzilət sahibləri heç kəsə Allahın qadağan etdiyi işlərdə: rəhbərlərə asilik etmək, onları aldatmaq və hər hansı vəchlə onlara qarşı çıxmaq – rüxsət vermir. Bu qədimdə və indi də Sünnə və din sahiblərinin ədəb-ərkanlarından bir nümunədir".

Rəhbərlərin namuslarına toxunmaq, onları söymək və eyiblərini açmaqla məşğul olmaq böyük xəta və iyrənc cinayətdir. Pak şəriət belə əməllərdən çəkindirmiş və edənləri də pisləmişdir.

Belə əməllər rəhbərlərə qarşı çıxmağın toxumlarıdır. Rəhbərlərə qarşı çıxmaq isə din və dünya fəsadının əsası deməkdir.




  1. Rəhbərlərə nəsihət etmək:

Rəhbər bəşər olduğu üçün o da digərləri kimi zəiflik, xəta, unutmaq, zülm və s. əməllər edə bilər. Elə bu səbəbdən ona nəsihət etmək və haqqı çatdırmaq onun haqqıdır. Bu haqq, rəhbərin camaat üzərində olan haqlarındandır. Ona görə də nəsihət İslam şəriətinin əsaslarından biridir. Hədislərin birində Peyğəmbər  buyurmuşdur:

أن النبي r قال: «الدين النصيحة…..» صحيح مسلم

"Din nəsihətdir..."1.

Rəhbərlərə nəsihət etmək dini vacibatlardandır. Lakin bunun məsuliyyəti elmə dərindən yiyələnmiş müdrik alimlərin üzərinə düşür. Həmçinin bu nəsihət ikisinin, rəhbərlə nəsihət edənin arasında olmalıdır. Belə etmək və onlara qarşı mehriban, mülayim, itaətli və dost olmaq onların haqqı qəbul etmələri üçün daha rahatdır.

Ona görə Peyğəmbərin  hədisində buyurulur:

«من أراد أن ينصح لذي سلطان فلا يبديه علانية، وليأخذ بيده فإن سمع منه فذاك وإلا كان أدّى الذي عليه». السنة لابن أبي عاصم ومسند الإمام أحمد وصححه الألباني في ظلال الجنة



"Kim rəhbərə nəsihət etmək istəyirsə nəsihətini aşkarda etməsin. Öz nəsihətini sakitcə ona çatdırsın. Əgər ondan qəbul etsə istəyinə çatar, əks halda isə boynuna düşəni yerinə yetirmiş olar"1.

Hədis sübut edir ki, rəhbərlərə edilən nəsihət, minbərlərdə, jurnallarda, qəzetlərdə, məclislərdə, məscidlərdə və aşkarlıqda deyil, gizlidə olur. Əks halda bu nəsihət sayılmır. Sən belə nəsihət edənlərlə qürurlanma. Belə nəsihət hətta yaxşı niyyətlə olsa da Sünnəyə müxalif sayılır.

Rəhbərlərə edilən nəsihət onların heybətini qoruyub saxlamalıdır ki, hər adam onlara qarşı cürət etməsin və ya bundan istifadə edib onları alçaltmasın.

Ziyad İbn Kuseyb əl-Ədəvi deyir: Bir dəfə Əbu Bəkrə ilə Ibn Amirin minbərinin yanında idim. O minbərin üstündə xütbə verirdi. Onun əynində nazik paltar var idi. Əbu Bilal (bu adam xəvariclərdən biri idi. Onun adı Mirdas İbn Ədyə idi) dedi: Bizim əmirimizə baxın, fasiq libası geyinmişdir. Bu zaman Əbu Bəkrə dedi: Səsini kəs. Mən Peyğəmbərin  belə buyurduğunu eşitmişəm:

«من أهان سلطان الله في الأرض أهانه الله». سبق تخريجه

"Kim (dünyada) Allah taalanın sultanını təhqir edərsə, Allah taala də onu (qiyamət günü) təhqir edər"2.

Alimlərdən bir demişdir: "Rəhbərlə gizlidə söhbət (nəsihət) etmək, açıqda söhbət (nəsihət) etməkdən yaxşıdır. Hətta yalnız ikisi olduqları halda gizlində ona nəsihət etməsi daha xoşdur".

Nəsihət zamanı kobud və acıqlı danışıqdan çəkinmək lazımdır. Əslində bu, Qurani Kərim üslubudur. Allah taala Musa və Harunu ən kafir bir insanla danışmağa göndərdikdə belə buyurmuşdur:

{         } (طـه:44)



"Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!" (Taha: 44).

Bir kişi xəlifələrin birinə demişdir: "mənə qulaq as gör sənə nə deyirəm!" xəlifə isə ona kobudcasına: "Mənim sənin sözünə ehtiyacım yoxdur. Sən Musa və Harundan xeyirli deyilsən. Mən isə Firon kimi kafir deyiləm. Allah taala buyurmuşdur: "Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!" (Taha: 44).

Alimlərdən biri deyir: "Rəhbərin xəta etdiyini görən adam ona aşkarda deyil, gizlidə nəsihət etməlidir. Hədisdə deyildiyi kimi onun əlindən tutub gizli bir yerdə ona nəsihət versin və Allahın sultanını alçaltmasın. Biz tarix kitabının əvvəlində qeyd etmişdik ki, rəhbərlərin nə dərəcədə zülm etmələrindən asılı olmayaraq onlara qarşı çıxmaq olmaz".

Alimlərdən digər biri deyir: "Sələfin minhəcinə (metoduna) görə rəhbərlərin eyiblərini aşkarda demək olmaz. Çünki belə etmək inqilaba, itaətsizliyə, onlara qarşı çıxmağa gətirib çıxarır. Bunların heç biri xeyir gətirən əməllər deyildir. Sələfin minhəcinə (metoduna) görə rəhbərlərə gizli şəkildə nəsihət etmək lazımdır. Onlara məktub da yazmaq olar. Yaxud rəhbərlərlə sıx əlaqəsi olan alimlərə öz şikayətini çatdırmaq olar ki, onlar da rəhbərə bu işdə nəsihət etsinlər".

Başqa bir alim deyir: "Allah xətrinə! Rəhbərlərə münasibət haqda sələfin minhəcini başa düşün. Rəhbərin xətalarına görə insanları ona qarşı çıxardıb qəlblərində kin oyatmayın. Bu fəsad törətməyin və insanlar arasına fitnə salmağın lap özüdür".

Alimlərin insanlara etdikləri nəsihət haqda danışmaları şərt deyil. Bu həm alim, həm də rəhbər üçün yaxşı deyildir. Iki səhih kitabda (Buxari və Müslimdə) Usamə İbn Zeydə deyirlər:

(ألا تدخل على عثمان لتكلمه فقال: أترون أني لا أكلمه إلاّ أُسمعكم، والله لقد كلمته فيما بيني وبينه). رواه البخاري في صحيحه ومسلم

Sən Osmana nəsihət etməyəcəksənmi? Usamə dedi: "Siz deyirsiniz ki, mən hər dəfə ona nəsihət edərkən sizə xəbər verməliyəm? Allaha and olsun mən ona öz aramızda nəsihət etmişəm"1.

Bir nəfər alimlərin birinə deyir: "Ey İmam! Allah taala alimlərdən haqqı söyləmələri və davam etdirmələri üçün əhd almışdır. Siz bu rəhbərlərə nəsihət edə bilmirsiniz? Alim ona dedi: Məgər hər dəfə onlara nəsihət etdikdən sonra gəlib bu haqda sizə deməliyəm".

Diqqət yetiriləsi bir mühüm məsələ də vardır. Bilmək lazımdır ki, günümüzdə olan rəhbərlərlə raşidi xəlifələri, Ömər İbn Əbdül Əziz, Harun ər-Rəşid və ya İslam tarixində hansısa xəlifə ilə bərabər tutmaq düzgün deyil. Hər bir zamanın özünə uyğun dövləti və şəxsiyyətləri olur. Kim əvvəlkilərlə indikilər arasında bir fərq qoymursa ona Əli İbn Əbu Talibin hadisəsini xatırlatmaq lazımdır. Bir kişi Əmirəlmöminin Əli Ibn Əbu Talibə deyir: Ey Əmirəlmöminin! Nə üçün Əbu Bəkr və Ömərin işləri yaxşı gedirdi. Osman ilə sənin işlərin isə yaxşı getmir? Əli ona dedi: "Çünki Əbu Bəkr və Ömərə itaət edənlər mən və Osman idik, mənə və Osmana itaət edənlər isə sən və sənin kimilərdir".

Dəyişiklik yalnız rəhbərlər tərəfindən deyil, camaat tərəfindən də olmalıdır. Ağıllı insan özünə baxsın və özü naqis olduğu halda başqalarından kamillik tələb etməsin. Misal var deyərlər: “öz gözündə çöpü görmür, başqasının gözündə tir axtarır”. Rəhbərlərə gizlidə edilən təmiz niyyətli nəsihətlər İslam ümməti üçün xeyirli nəticə verər. Nəsihət inqilab və ya üsyanda deyildir. Belə hərəkətlər İslam ümmətinə deyil, onların düşmənlərinə xidmət edir. Çünki belə vəziyyətlərdə sıravi insanlar zərər çəkir, əmin-amanlıq pozulur və fitnə-fəsad olur.



  1. Nəsihəti dinləməyən müsəlman rəhbərə qarşı üsyan etməmək.

Ümmətin rəhbərlərinə qarşı çıxmaq, onlara silah qaldırmaq və hakimiyyət davası aparmaq, qiblə əhlinə qarşı qılınc qaldırmağı halal görən xəvariclər və digər bidət və zəlalət əhlinin əməllərindəndir.

Rəhbərlərin, küfr dərəcəsinə çatmayan günahlar etmələri onlara qarşı çıxmaq üçün əsas deyildir. Ən gözəl yol rəhbərlərə itaət etmək, onlarla çiyin-çiyinə döyüşmək, etdikləri zülmə və haqsızlığa qarşı səbirli olmaqdır. Namaz qılıb, dinin əsaslarını yerinə yetirdikləri bir halda, günahlar işlətsələr və fasiqlik etsələr yenə də onlara itaət edilməlidir. Bu əhli Sünnə və camaatın əsas qaydalarından biridir. Onlar deyirlər: "Asi və ya müti rəhbərə asilik etmək olmaz. Yalnız bir halda, Allaha qarşı asi olmağı tələb etdikdə ona itaət edilmir".

Ibn Abbasdan gələn rəvayətdə Peyğəmbərin  belə buyurduğu deyilir:

«من رأى من أميره شيئاً يكرهه فليصبر عليه فإنه من فارق الجماعة شبراً فمات إلاَّ مات ميتة جاهلية». رواه البخاري في صحيحه ومسلم



"Kim öz rəhbərindən xoşagəlməz bir hərəkət görsə, ona qaşı səbr etsin. Həqiqətən kim camaatdan bir qarış aralanıb ölərsə, cahil kimi ölər"1.

وعن جنادة بن أبي أمية قال: دخلنا على عبادة بن الصامت t وهو مريض فقلنا حدثنا أصلحك الله بحديث ينفع الله به سمعته من رسول الله r فقال: دعانا رسول الله r فبايعنا فكان فيما أخذ علينا أن بايعنا على السمع والطاعة في منشطنا ومكرهنا وعسرنا ويسرنا، وأثرة علينا، وأن لا ننازع الأمر أهله قال: «إلا أن تروا كفراً بواحاً عندكم من الله فيه برهان». رواه البخاري في صحيحه ومسلم.



Cunadə Ibn Əbu Uməyyə deyir: Ubadə İbn əs-Samit xəstə olarkən onun yanına daxil olduq və dedik: Allah sənə şəfa versin! Bizə Peyğəmbərdən eşitdiyin bir hədis danış, bəlkə Allah taala onunla bizə fayda verər. O dedi: "Peyğəmbər bizi çağırdı və biz də ona beyət etdik. Bizə isə bunlar tapşırıldı: rahat və çətin anlarda, haqqımız tapdalandığı halda eşitmək və itaət etmək. Hakimiyyət uğrunda çalışmamaq. Yalnız bir halda, rəhbərdən əlinizdə Allah tərəfindən aydın dəlili olan açıq-aşkar küfr gördüyünüz zaman"2.

Alimlərdən biri deyir: "Hədisin mənasına görə (küfr olub olmaması) ehtimal ediləcək əməllərə görə rəhbərə qarşı üsyan etmək olmaz".

Bəzi alimlər deyirlər: "Hədisin mənası: Rəhbərlərlə hakimiyyət uğrunda mübarizə aparmayın, onlara qarşı etiraz etməyin. Yalnız bir halda, onlardan İslam dininin əsaslarına əsasən münkər bir iş görsəniz həmin münkər işi onlara inkar edin və hər zaman haqqı deyin. Onların fasiq və zalımlığından asılı olmayaraq onlara qarşı üsyan etmək və döyüşmək yekdilliklə haramdır. Bu mənada hədislər həddindən artıq çoxdur. Əhli Sünnə alimləri yekdilliklə deyirlər ki, rəhbəri fasiqliyinə görə dəyişmək olmaz".

Ovf Ibn Malik Peyğəmbərin  belə buyurduğunu deyir:

«ألا من ولي عليه وال فرآه يأتي شيئاً من معصية الله فليكره الذي يأتي من معصية الله ولا ينزع يداً من طاعة». رواه مسلم

"Kim onlara təyin edilmiş rəhbərin Allaha asilik etdiyini görərsə, onun etdiyi asiliyə ikrah etsin, amma ona itaətdən boyun qaçırmasın"3.

Qeyd etdiyimiz bu və digər hədislər rəhbərləri dinləməyi və onlara itaət etməyin vacibliyini bildirir və onlara qarşı çıxmağın haramlığını açıqlayır. Nəsihəti dinləmədikləri halda onlara itaətsizlik etmək olmaz. Əksinə, səbr etmək və bütün çətinliklərə dözmək böyük fitnə-fəsadın, din və dünyanı korlayan fəsadın, üsyanın qarşısını alır.

Alimlərdən digəri isə deyir: "Zalım rəhbərə qarşı döyüşmək və üsyan etmək halal olmaz".

Başqa alim deyir: "Zalım rəhbərə itaət etməyin vacibliyinin səbəbi: onlara qarşı üsyan etməyin zülmlərindən də çox fitnə-fəsada səbəb olmasıdır. Əslində onların zülmünə səbr etmək günahların bağışlanmasına və sav­ab­ların artmasına səbəbdir. Onların bizim üstümüzdə rəhbər olmaları bizim əməllərimizin fəsadlı olmasın­dan irəli gəlir. Çünki cəza əməlin növündəndir. Ona görə də biz Allah taaladan çoxlu bağışlanma diləməli, Ona tövbə etməli və əməllərimizi islah etməliyik". Allah taala buyurur:

{          } (الشورى:30)



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə