Islamın gözəllikləri


Mal-dövləti ədalətlə xərcləmək



Yüklə 3,26 Mb.
səhifə19/19
tarix01.05.2017
ölçüsü3,26 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19

Mal-dövləti ədalətlə xərcləmək:

Bu dinin gözəlliklərindən biri də müsəlmana öz malını ədalətlə xərcləməsini əmr etməsidir. O, yemək, içmək, geyim və yaşayışı üçün böyük məbləğdə pul xərcləyərək həddini aşmamalıdır. Bunun qaydası isə ehtiyacından artıq xərcləməməkdir. O, ehtiyacı olan miqdarda xərcləməli və ondan artığını isə etməməlidir. Çünki artıq xərc malı faydasız yerə israf etməkdir. Allah taala buyurur:

{                } (لأعراف:31)

"Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!" (əl-Əraf: 31).

Peyğəmbər  buyurmuşdur:

«كُلُوا وَتَصَدَّقُوا وَالْبَسُوا فِي غَيْرِ إِسْرَافٍ وَلاَ مَخِيلَةٍ». أخرجه النسائي في سننه وابن ماجه في سننه، وهو حديث حسن.

"İsraf etmədən və xülyalara dalmadan (təkəbbürlük etmədən) yeyin, geyinin və sədəqə verin"1.

İslam dini israfçılığı və yersiz pul xərcləməyi qadağan etmişdir, həmçinin onun əksi olan paxıllıq və xəsislikdən də çəkindirmişdir. Allah taala buyurur:

{                                  } (آل عمران:180)

"Allah tərəfindən bəxş olunmuş var-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli he­sab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!" (Ali İmran: 180).

İslam var-dövləti xərcləmək üçün: israfla xəsislik və paxıllıq arasında orta və ədalətli qayda qoymuşdur. İnsan ona, ailəsinə və qohumlarına vacib olan qədər xərcləməlidir. Bundan imtina etmək paxıllıqdır. Bundan artıq xərcləmək isə israf və yersiz xərcdir. Allah taala var-dövlətin xərclənməsi üçün İslam qaydasını açıq­layaraq buyurur:

{           } (الفرقان:67)

"Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar." (əl-Furqan: 67).

Bu qaydanın səmərəsi, İslam toplumunu iflasa uğramaqdan, onun iqtisadiyyatının zəifləməsindən qorumasıdır. Çünki israfçılıq kasıbçılığı xəbər verir.

Bu qaydanın faydalarından biri də cəmiyyətin hər üzvünün öz işi ilə məşğul olmasıdır. Paxıllığa alışan in­san, vacib xərclərdən özünə, ailəsinə, qohumlarına və kasıblara əl tutmaqdan imtina edər. Ümumiyyətlə İslam şəriətinin buyurduğu gözəl əxlaq nümunələri haqda danışdıqca bitməz. İslam şəriəti bütün gözəl əxlaq normalarını təşviq etmiş, hər bir pis əxlaqdan çəkindirmişdir. Biz bütün bunları araşdırsaq çox uzun çəkər. Ona görə mən şəriətimizin buyurduğu bəzi əxlaqi nümunələrə qısaca işarə edəcəyəm. Bu ədəb-əxlaqlar, müsəlmanlar arasında birliyin yaranmasına, mülayimlik və mehribançılığa səbəb olur, cəmiyyəti yüksəldir və hər kəsin haqqını özünə nəsib edir.

Peyğəmbərin  hədislərində müsəlmanın qardaşı üzərində olan haqlarından danışılır və orada belə buyurulur:

«حَقُّ الْمُسْلِمِ عَلَى الْمُسْلِمِ سِتٌّ، قِيلَ: مَا هُنَّ يَا رَسُولَ اللَّهِ ؟ قَالَ: إِذَا لَقِيتَهُ فَسَلِّمْ عَلَيْهِ، وَإِذَا دَعَاكَ فَأَجِبْهُ، وَإِذَا اسْتَنْصَحَكَ فَانْصَحْ لَهُ، وَإِذَا عَطَسَ فَحَمِدَ اللَّهَ فَشَمِّتْهُ، وَإِذَا مَرِضَ فَعُدْهُ، وَإِذَا مَاتَ فَاتَّبِعْهُ». أخرجه مسلم.

"Bir müsəlmanın digəri üzərində altı haqqı vardır". Səhabələr: onlar hansılardır? – deyə soruşdular. O buyurdu: "Səninlə qarşılaşdıqda ona salam ver, səni qonaq çağırdıqda onun dəvətini qəbul et, səndən öyüd-nəsihət istədikdə ona öyüd-nəsihət ver, asqırıb Əlhəmdulilləh dedikdə ona Yərhəmukəllah de, xəstələndikdə onu ziyarət et və öldükdə onun cənazəsini müşayiət et"1.

Böyük səhabələrdən biri, Bəra İbn Azib belə deyir:

«أَمَرَنَا رَسُولُ اللَّهِ r بِسَبْعٍ وَنَهَانَا عَنْ سَبْعٍ: أَمَرَنَا بِعِيَادَةِ الْمَرِيضِ وَاتِّبَاعِ الْجِنَازَةِ وَتَشْمِيتِ الْعَاطِسِ وَإِجَابَةِ الدَّاعِي وَإِفْشَاءِ السَّلاَمِ وَنَصْرِ الْمَظْلُومِ وَإِبْرَارِ الْمُقْسِمِ، وَنَهَانَا عَنْ خَوَاتِيمِ الذَّهَبِ وَعَنْ الشُّرْبِ فِي الْفِضَّةِ أَوْ قَالَ آنِيَةِ الْفِضَّةِ وَعَنْ الْمَيَاثِرِ وَالْقَسِّيِّ وَعَنْ لُبْسِ الْحَرِيرِ وَالدِّيبَاجِ وَاْلإِسْتَبْرَقِ». أخرجه البخاري في صحيحه ومسلم.

Peyğəmbər bizə yeddi işi əmr etmiş və yeddi işi qadağan etmişdir. Bizə, xəstəyə baş çəkməyi, cənazənin ardınca getməyi, asqırana yərhəmukəllah deməyi, dəvətə cavab verməyi, salamı yaymağı, məzluma kömək etməyi və and içənin andına inanmağı əmr etmişdir. Bizə, (kişilərə) qızıl üzük taxmağı, gümüş qablarda su içməyi, ipək yastığı, kətanla ipəyin qarışığından hazırlanan geyimi, ipək, adi və qalın fars ipəyini (dibac və istəbrəq) geyinməyi də qadağan etmişdir"2.

Digər hədisdə isə Peyğəmbər  buyurmuşdur:

«لاَ تَحَاسَدُوا، وَلاَ تَنَاجَشُوا، وَلاَ تَبَاغَضُوا، وَلاَ تَدَابَرُوا، وَلاَ يَبِعْ بَعْضُكُمْ عَلَى بَيْعِ بَعْضٍ، وَكُونُوا عِبَادَ اللَّهِ إِخْوَانًا، الْمُسْلِمُ أَخُو الْمُسْلِمِ، لاَ يَظْلِمُهُ، وَلاَ يَخْذُلُهُ، وَلاَ يَحْقِرُهُ، التَّقْوَى هَاهُنَا -وَيُشِيرُ إِلَى صَدْرِهِ ثَلاَثَ مَرَّاتٍ، بِحَسْبِ امْرِئٍ مِنْ الشَّرِّ أَنْ يَحْقِرَ أَخَاهُ الْمُسْلِمَ، كُلُّ الْمُسْلِمِ عَلَى الْمُسْلِمِ حَرَامٌ دَمُهُ وَمَالُهُ وَعِرْضُهُ». أخرجه البخاري في صحيحه ومسلم.

"Bir-birinizə qarşı həsəd aparmayın, malı satmaq üçün bir-birinizi aldatmayın, bir-birinizə nifrət etməyin, bir-birinizdən üz çevirməyin, biriniz digərinin satışına qarışmasın və Allahın qardaş bəndələri olun. Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu alçaltmaz və təhqir etməz". Sonra üç dəfə: "Təqva buradadır" deyərək: - əli ilə sinəsinə işarə edir. "Müsəlman qardaşını təhqir edən kimsə artıq şər iş görmüşdür. Hər bir müsəlmanın qanı, malı və namusu digər müsəlmana haramdır"3.

Həmçinin yol kənarında oturanlar haqda da hədis buyurulmuşdur. Peyğəmbər  əshabəsinə yol kənarında oturmağı qadağan etmiş və yalnız yolun haqqını verdikdə buna icazə verərək buyurmuşdur:

«إِيَّاكُمْ وَالْجُلُوسَ فِي الطُّرُقَاتِ،» قَالُوا: يَا رَسُولَ اللَّهِ مَا لَنَا بُدٌّ مِنْ مَجَالِسِنَا نَتَحَدَّثُ فِيهَا، قَالَ رَسُولُ اللَّهِ r: «فَإِذَا أَبَيْتُمْ إِلاَّ الْمَجْلِسَ فَأَعْطُوا الطَّرِيقَ حَقَّهُ» قَالُوا: وَمَا حَقُّهُ؟ قَالَ: «غَضُّ الْبَصَرِ وَكَفُّ الأَذَى وَرَدُّ السَّلاَمِ وَالأَمْرُ بِالْمَعْرُوفِ وَالنَّهْيُ عَنْ الْمُنْكَرِ». أخرجه البخاري في صحيحه ومسلم.

"Yolların kənarında oturmayın!" səhabələr dedilər: Ey Allahın Elçisi! Bizə söhbət etmək üçün mütləq bir yer lazımdır. Peyğəmbər buyurdu: "Əgər siz oturmaqda israr edirsinizsə onda yolun haqqını verin" onlar: haqqı nədir? - deyə soruşdular. O buyurdu: "(naməhrəm qadınlara baxmamaqla) gözü qorumaq, insanlara əziyyət verməmək, salamı qaytarmaq, yaxşı (məruf) işləri əmr etmək və pis (münkər) işlərdən çəkindirmək"1.

Peyğəmbər  buyurur:

«اضْمَنُوا لِي سِتًّا مِنْ أَنْفُسِكُمْ أَضْمَنْ لَكُمْ الْجَنَّةَ: اصْدُقُوا إِذَا حَدَّثْتُمْ، وَأَوْفُوا إِذَا وَعَدْتُمْ، وَأَدُّوا إِذَا اؤْتُمِنْتُمْ، وَاحْفَظُوا فُرُوجَكُمْ، وَغُضُّوا أَبْصَارَكُمْ، وَكُفُّوا أَيْدِيَكُمْ». أخرجه أحمد في مسنده وقال محققوه: حسن لغيره.

"Mənə nəfsinizdə olan altı işə zəmanət verin, mən də sizə cənnəti vəd edim. Danışanda doğru danışın, vəd verdikdə vədinizdə vəfalı olun, əmanəti sahibinə qaytarın, övrət yerlərinizi qoruyun, gözlərinizi (harama baxmamaq üçün) yumun və əllərinizi (başqalarına pislik etməkdən) çəkin"2.

Belə ədəb-ərkandan məqsəd müsəlmanın yaxşılığa vərdiş edməsidir. Ona hər gün yaxşılıq etmək tövsiyə edilir. Bu haqda Peyğəmbər  buyurur:

«كُلُّ سُلاَمَى مِنْ النَّاسِ عَلَيْهِ صَدَقَةٌ كُلَّ يَوْمٍ تَطْلُعُ فِيهِ الشَّمْسُ، قَالَ: تَعْدِلُ بَيْنَ الاِثْنَيْنِ صَدَقَةٌ، وَتُعِينُ الرَّجُلَ فِي دَابَّتِهِ فَتَحْمِلُهُ عَلَيْهَا أَوْ تَرْفَعُ لَهُ عَلَيْهَا مَتَاعَهُ صَدَقَةٌ، قَالَ: وَالْكَلِمَةُ الطَّيِّبَةُ صَدَقَةٌ، وَكُلُّ خُطْوَةٍ تَمْشِيهَا إِلَى الصَّلاةِ صَدَقَةٌ، وَتُمِيطُ الأَذَى عَنْ الطَّرِيقِ صَدَقَةٌ». أخرجه البخاري في صحيحه ومسلم.

"Bütün insanlar günəş doğduqdan sonra sədəqə verməlidirlər. (məs.) İki nəfərə ədalətli hökm kəsmək sədəqədir, kiməsə miniyində kömək etmək və onu miniyinin tərkinə mindirib aparmaq, yaxud yükünü miniyin üzərinə qaldırmaq sədəqədir. Yaxşı söz sədəqədir. Namaza gedərkən atdığın hər bir addım sədəqədir. Yolda camaata əziyyət verən maneələri təmizləmək sədəqədir"3.

Bunlar, müsəlmandan hər gün tələb olunan yaxşılığın müxtəlif növləridir. Müsəlman hər gün bunların hansınısa etməlidir. Bir dəfə səhabələrdən biri Peyğəmbərdən  hədisdə buyurduğu yaxşılıqların heç birini edə bilmədiyi haqda soruşduqda belə buyurmuşdu:

«يُمْسِكُ عَنْ الشَّرِّ فَإِنَّهَا صَدَقَةٌ». أخرجه البخاري في صحيحه ومسلم.

"Şər işdən əl çəkməsi də sədəqədir"4.

Allah taala müsəlmanı yaxşılıq etməyə təşviq etmək üçün, öz müsəlman qardaşına kömək edənə, O isə ona kömək edəcəyini vəd etmişdir. Peyğəmbər  buyurur:

«مَنْ نَفَّسَ عَنْ مُؤْمِنٍ كُرْبَةً مِنْ كُرَبِ الدُّنْيَا نَفَّسَ اللَّهُ عَنْهُ كُرْبَةً مِنْ كُرَبِ يَوْمِ الْقِيَامَةِ وَمَنْ يَسَّرَ عَلَى مُعْسِرٍ يَسَّرَ اللَّهُ عَلَيْهِ فِي الدُّنْيَا وَاْلآخِرَةِ وَمَنْ سَتَرَ مُسْلِمًا سَتَرَهُ اللَّهُ فِي الدُّنْيَا وَالآخِرَةِ وَاللَّهُ فِي عَوْنِ الْعَبْدِ مَا كَانَ الْعَبْدُ فِي عَوْنِ أَخِيهِ». أخرجه مسلم.

"Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah taala qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah taala də onun işini dünyada və axirətdə asanlaşdırar. Kim müsəlmanın eybini örtərsə, Allah taala həm dünyada, həm də axirətdə onun eybini örtər. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar"1.

Son söz:

Neməti ilə saleh əməllər tamam olan Allaha həmd olsun. Onun minnəti ilə müsəlman ən yüksək məqamlara, lütfü ilə həm dünyada, həm də axirətdə qələbəyə nail olur. Sonra, Onun Elçisi Məhəmmədə, ailəsinə və əshabına Allah taalanın salat və salamı olsun.

Geniş İslam şəriəti və onun gözəllikləri haqda danışdıqdan sonra onu bildirmək istərdik ki, Allah taalanın bu şəriəti göndərməkdə məqsədi, müsəlmanın axirətdə Onun rizasını qazanması, dünya həyatını xoşbəxt yaşamasıdır. Bəşəriyyətə bundan xeyirli din, mükəmməl nizam, mərhəmətli və aliməqam şəriət verilməmişdir. İslam öz gözəlliyi, aliliyi və valehediciliyi ilə hər kəsi böyüyü və kiçiyi, qadını və kişini, rəhbəri və sıravi insanı, ağanı və köləni əhatə etmişdir.

Əslində İslam dini insanın beş zəruriyyətini: din, nəfs, var-dövlət, namusu və ağılı qorumaq üçün gəlmişdir.

Rəblərinə ibadət etmələri üçün onlara şəriət vermiş və dinə riayət etməyi buyurmuşdur. Sonra dində bir çox əmr və qadağalar qoymuş, dinə tam yiyələnmək üçün müəyyən təlim-tərbiyə üsulları buyurmuşdur. Bu təlim-tərbiyəyə yiyələnən hər bir kəs öz dinini mühafizə etdiyinin, şeytanın zəlil olduğunun və qəlbinin Allaha ibadət ilə dolduğunun şahidi ola bilər.

Həmçinin şəriət nəfsləri tələf olmaqdan qorumağı da diqqətdə saxlamışdır. Bədən sağlamlığı xoşbəxt həyatın zaminlərindəndir. Ona görə şəriət yaxşı nemətləri yeməyi əmr etmiş, pis qidaları isə haram etmişdir. Başqasının nəfsinə hər hansı yolla qəsd etməyi isə haram etmişdir. Bütün bunları tənzimləmək və insan nəfsini qorumaq üçün qayda-qanunlar qoymuş və cəzalar təyin etmişdir.

Şəriətin nəzərə aldığı daha bir zəruriyyət müsəlmanın var-dövlətini qorumaqdır. Çünki var-dövlət həyatın əsas tərkib hissələrindən biridir. İslam, yaxşı qazancı halal etmiş və pis qazancları isə haram etmişdir. Həmçinin başqasının malına: oğurluqla, aldatmaqla, qəsb etməklə, qumarla və s. bu kimi yollarla təcavüz etməyi haram etmişdir.

İslam şəriəti namusu qorumağı öz məqsədlərindən etmişdir. O, müsəlmanın namusunu mühafizə etmiş və ona düşmənçilik etməyi haram qılmışdır. Ona görə heç bir müsəlmanın namusuna söz və ya əməllə təcavüz etmək olmaz və buna görə İslam şəriəti tənə, qeybət və nəmmamlıq edənləri pisləmişdir. Belə əməl sahiblərinə isə Allah taala bu dünyada şiddətli əzab vəd etmişdir. Bu dünyada cəzasına çatmayanlar qiyamət günü mütləq cəzalarını çəkəcəklər. Axirətin əzabı daha şiddətli, daha dəhşətlidir.

İslamın qoruduğu daha bir zərurət ağıldır. Ağıl insanı heyvandan fərqləndirən cəhətdir. Ağılın böyük əhəmiyyətini nəzərə alaraq onu tələf olmaqdan, itirməkdən qorumaq üçün qanunlar qoymuşdur. İçki içməyi, sərxoşedici və uyuşdurucu sulu və ya iyli maddələrin qəbulunu haram etmişdir. Bu əməllərlə məşğul olanlara qarşı kəskin və şiddətli cəzalar təyin etmişdir.

Bu beş zəruriyyət insanın dünya və axirət həyatını əks etdirdiyi üçün İslam şəriəti onu qorumuş və ona böyük əhəmiyyət vermişdir. Allah taala bu dini: dünyanın ən xoşbəxt məqamına, axirətdə isə Rəhman və Rəhimin razılığına yetişmək üçün, - asan bir vasitə etmişdir.

Adını çəkdiyimiz İslam gözəllikləri xatırlayanlar üçün xəbərdarlıq, qafillər üçün agah olmaq, əməl edənlər üçün təşviqat və inadkarlar üçün dəlildir.

Doğru yola yönəldən yalnız Allahdır.



Peyğəmbərimiz Məhəmmədə,

onun ailəsinə və səhabələrinə

salavat və salam olsun!

Mündəricat




1 Beyhəqi: 10/ 191. İbn Əbdül Bərr: 16/ 254. Albani "Silsilətus Səhihə" kitabında (№ 45) hədisin səhih olduğunu demişdir.

2 Müslim: 3/ 1472/ № 1844.

1 Bax: əl-İstiyab kitabı: 1/ 146. Əl-İsabə: 1/ 211.

1 Buxari: 1/ 435-436/ № 355.

2 Müslim: 1/ 370-371/ № 521.

1 İbn Macə: 1/ 16/ № 43. Əhməd: 4/ 126. Albani "Zilalul Cənnə" kitabı, № 48-də hədisin səhih olduğunu demişdir.

1 Buxari: 9/ 104/ № 5063. Müslim: 2/ 1020/ № 1401.

1 Buxari: 1/ 93/ №39.

2 Buxari: 10/ 524/ №5124.

3 İbn Macə: 1/ 659/№2043. Albani Əl-İrva kitabında bu hədisin səhih olduğunu qeyd etmişdir (№82).

4 Əhməd: Müsnəd kitabı/ 2/№108. Albani Əl-İrva kitabında bu hədisin səhih olduğunu qeyd etmişdir (№564).

1 Bu Cəbrailin uzun hədisində qeyd edilmişdir. Müslim 1/36-38/ №8.

2 İslamın beş prinsipi aşağıdakılardır: Lə iləhə illəllah Muhəmmədən rəsuləllah kəlməsini demək, namaz qılmaq, zəkat vermək, oruc tutmaq, imkan olduqda həcc etmək.

1 Təvil: sözü yozmaqla mənasını dəyişmək.

1 Müslim: 1/93/ № 91.

1 Müslim: № 2593.

1 Buxari: 1/ 75/ № 25. Müslim: 1/53/ № 22.

1 Buxari: 6/58/ № 6856. Müslim: 1/58/ № 30.

1 Əbu Davud: 5/96/ № 4727. Hədis səhihdir.

2 Buxari: 6/ 313/ № 3232, 3234.

1 Buxari: 11/ 377-378/ № 5627. Müslim: № 2859.

1 Müslim: 4/ № 2653

1 Tirmizi: 4 / 576/ № 2516. Əhməd: 1/ 293. Hədis səhihdir.

1 Təbərinin təfsir kitabı: 12/ 115-116.

2 Müslim: 2/ 2295/ № 2999.

1 Müslim: 4/ 2052/ № 2664.

1 Buxari: 1/ 49/ № 8. Müslim: 1/ 45/ № 16.

1 Nəsai: 1/ 250/ № 462. Tirmizi: 5/ 15/ № 2621. İbn Macə: 1/ 342/ № 1079. Tirmizi bu hədisin səhih, həsən və qərib olduğunu demişdir.

2 Əbu Davud: 2/ 78/ № 1319. Hədisin isnadı həsəndir (yəni, qəbul ediləndir). Albaninin "Səhihul Cami" kitabı № 4703.

2 Əbu Davud: 5/ 262/ № 4986. Isnadı həsəndir (yəni, qəbul ediləndir). Albaninin "Səhihul Cami" kitabı № 7892.

3 Nəsai: 7/ 72/ № 3949. Ibn Həcər "ət-Təlxisul Həbir" kitabı (3/ 116)-da, hədisin isnadının həsən olduğunu demişdir.

4 Buxari: 8/ 584/ № 4836. Müslim: 4/ 2171/ № 2819.

1 Müslim: 1/ 203/ № 223.

2 Müslim: 1/ 209/ № 233.

1 Buxari: 2/ 11/ № 528. Müslim: 1/ 462-463/ № 667.

1 Buxari: 10/ 438/ № 6011. Müslim: 4/ 1999/ № 2586.

2 Buxari: 10/ 449-450/ № 6026. Müslim: 4/ 1999/ № 2585.

1 Buxari: 1/ 49/ № 8. Müslim: 1/ 45/ № 16.

1 Buxari: 6/ 106/ № 5065. Müslim: 2/ 1018/ № 1400.

1 Müslim: 2/ 975/ № 1337.

2 Buxari: 1/ 49/ № 8. Müslim: 1/ 45/ № 16.

3 Duanın tərcuməsi: "Allahım sənin çağırışına səs verirəm. Sənin çağırışına səs verirəm və sənin şərikin yoxdur. Həqiqətən həmd, nemət və mülk Sənə məxsusdur. Sənin şərikin yoxdur".

1 Əbu Davud: 2/ 447/ № 1888. Tirmizi: 3/ 246/ № 902. Tirmizi hədisin həsənun səhih olduğunu demişdir.

1 Buxari: 3/ 382/ № 1521. Müslim: 2/ 983/ № 1350.

1 İbn Macə: 1/ 592/ № 1846. Albani "Səhihul Cami" kitabında hədisin səhihliyini qeyd etmişdir № 6807.

2 Buxari: 9/ 106/ № 5065. Müslim: 2/ 1018/ № 1400.

1 Buxari: 9/ 299/ № 5200. Müslim: 3/ 1459/ № 1829.

2 Buxari: 9/ 132/ № 5090. Müslim: 2/ 1086/ № 1466.

1 Müslim: 3/ 1255/ № 1631.

1 Müslim: 2/ 1091/ № 1472.

1Müslim: 2/ 1099/ № 1469.

1 Əbu Davud, Tirmizi və Hakim rəvayət ediblər. Tirmizi hədisin həsən, Hakim səhih və iki alimin (Buxari və Müslimin) şərtinə uyğun olduğunu deyib, Zəhəbi də Hakimin sözünü təsdiqləyib. Albani isə hədisin Müslimin şərtlərinə əsasən səhih olduğunu deyib. Bax: İrvaul Ğəlil kitabı: 7/ 100/ № 2035.

1 Mehr: Kişi ilə qadın arasında kəbin kəsilərkən kişinin qadına verdiyi xərclikdir.

1 Buxari: 11/ 12/ № 6732. Müslim: 3/ 1234/ № 1615.

1Bu hədis Əbu Ümamənin hədisindən bir hissədir. Əbu Davud: 3/ 290-291/ № 2870. Tirmizi: 4/ 376-377/ № 2120. İbn Macə: 2/ 905/ № 2713. Tirmizi hədisin həsənun səhih olduğunu bildirmişdir.

1 Buxari: 12/ 14/ № 6733. Müslim: 3/ 1250/ № 1628.

1 Hədis Əbu Hureyrənin rəvayət etdiyi uzun hədisdən bir hissədir. Müslim: 3/ 1237/ № 1619.

1 Buxari: 10/ 405/ № 5976. Müslim: 1/ 91/ № 87.

1 Buxari: 10/ 405/ № 5975. Müslim: 3/ 1341/ № 593.

1 Buxari: 10/ 401/ № 5971. Müslim: 4/ 1974/ № 2548.

2 Müslim: 4/ 1975/ № 2549.

3 Buxari: 10/ 403/ № 5973. Müslim: 1/ 92/ № 90.

1 Əbu Davud: 5/ 352/ № 5142.

2 Müslim: 4/ 1979/ № 2552.

3 Buxari: 3/ 219/ № 1358. Müslim: 4/ 2047/ № 2658.

1 Tirmizi: 4/ 274/ № 1899. Albaninin Sahihul Cami kitabı: № 3507.

2 Müslim: 4/ 1978/ № 2551.

3 Əbu Hureyrənin hədisindən bir parçadır. Buxari: 9/ 132/ № 5090. Müslim: 2/ 1086/ № 1466.

1 Əbu Hatim əl-Muzəninin hədisindən bir parçadır. Tirmizi: 3/ 395/ № 1085. Tirmizi bu hədisə həsən demişdir. Hədisin bir çox yolları və şahidləri vardır.

2 Buxari: 13/ 379/ № 7396. Müslim: 2/ 1058/ № 1434.

1 Əbu Davud: 5/ 333/ № 5105. Tirmizi: 4/ 82/ № 1514. Tirmizi demişdir ki, bu hədis səhihdir və bu hədisə riayət edilir. Lakin bu məsələ alimlərin arasında ixtilaflı məsələdir.

2 Buxari: 9/ 590/ № 5472.

3 Əbu Davud: 3/ 260/ № 2838. Tirmizi: 4/ 85/ № 1522. Nəsai: 7/ 186-187/ № 4231. Ibn Macə: 2/ 1056-1057/ № 3165. Tirmizi, bu hədis həsən hədisdir və buna da riayət edilir, demişdir.

4 Əhməd: 6/ 158, 251. Tirmizi: 4/ 81/ № 1513. Tirmizi, hədisin həsənun səhih olduğunu demişdir.

1 Müslim: 3/ 1682/ № 2132.

1 Buxari: 10/ 349/ № 5891. Müslim: 1/ 221/ № 257.

2 Buxari: 9/ 125/ № 5082. Müslim: 4/ 1958-1959/ № 2527.

1 Müslim: 2/ 691-692/ № 994.

2 Müslim: 2/ 692/ № 995.

3 Buxari: 5/ 363/ № 2742. Müslim: 3/ 1250/ № 1628.

1 Buxari: 5/ 211/ № 2587. Müslim: 3/ 1242/ № 1623.

2 Buxari: 5/ 210.

1 Əbu Davud: 1/ 334/ № 495. Hədis həsəndir.

1 Əbu Davud: 2/ 187/ № 1536. Tirmizi: 5/ 468/ № 3448. Ibn Macə: 2/ 1270/ № 3862. Tirmizi, Albani və digər alimlər hədisin həsən olduğunu demişlər.

1 Müslim: 4/ 2027/ № 2630.

1 Müslim: 4/ 2027/ № 2631.

1 Buxari: 9/ 191/ № 5136. Müslim: 2/ 1036/ № 1419.

2Buxari: 12/ 318/ № 6945.

3 Əbu Davud: 2/ 576/ № 2096. Ibn Macə: 1/ 603/ № 1875. Albani hədisin səhih olduğunu qeyd edib.

1 Buxari: 6/ 273/ № 3171.

1 Buxari: 6/ 148/ № 3015. Müslim: 3/ 1364/ № 1744.

2 Buxari: 9/ 252-253/ № 5185, 5186. Müslim: 2/ 1091/ № 1468.

1 Buxari: 5/ 119/ № 2475. Müslim: 1/ 76-77/ № 57.

1 Əbu Davud: 2/ 695, 696/ № 2263. Nəsai: 6/ 490, 491/ № 3481.

1 Buxari: 9/ 330, 331/ № 5233. Müslim: 2/ 978/ № 1342.

2 Tirmizi: 3/ 474/ № 1171.

1 Müslim: 3/ 1219/ № 1598.

2 Buxari: 5/ 293/ № 2766. Müslim: 1/ 92/ № 89.

1 Əbu Davud: 4/ 87/ № 3681. Tirmizi: 4/ 258/ № 1865. Ibn Macə: 2/1125/ № 3393. Hədis səhihdir.

2 Buxari: 5/ 119/ № 2475. Müslim: 1/ 76-77/ № 57.

3 Müslim: 3/ 1587/ № 2002.

1 Buxari: 6/ 513/ № 3475. Müslim: 3/ 1315/ № 1688.

1 Buxari: 5/ 323-324/ № 2724. Müslim: 3/ 1324-1325/ № 1697.

1 Buxari: 5/ 293/ № 2766. Müslim: 1/ 92/ № 89.

1 Buxari: 12/ 96/ № 6789. Müslim: 3/ 1312/ № 1684.

1 Müslim: 3/ 1330/ № 1706.

2 Müslim: 3/ 1332/ № 1707.

1 Buxari: 12/ 201/ № 6878. Müslim: 3/ 1302/ № 1676.

1 Əhməd: 2/ 177. Əbu Davud: 3/ 81/ № 2608, 2609.

1 Buxari: 12/ 112/ № 6806. Müslim: 2/ 715/ № 1031.

1 Əhməd: 5/ 25.

2 Müslim: 3/ 1453/ № 1827.

3 Buxari: 8/ 354. Müslim: 4/ 583/ № 1997.

1 Müslim: 3/ 1458/ № 1828.

2 Buxari: 13/ 126.

1 Əxlaqsızlıq, günahkarlıq, qiyam, üsyan. F.S.

2 Buxari: 13/ 121/ № 7144.

3 Buxari: 13/ 111/ № 7137. Müslim: 3/ 1466/ № 1835.

1 Müslim: 3/ 1476/ № 1847.

1 İbn Əbu Asimin "Sünnə" kitabı: 2/ 499. Albani "Zilalul Cənnə" kitabı səh: 499-da hədisin səhih olduğunu qeyd etmişdir.

2 Tirmizi: 4/ 535/ № 2224. Əhməd: 5/ 42. Albani "Silsilətus Səhihə" kitabı 5/ 376-da hədisin həsən olduğunu demişdir.

1 Müslim: 1/ 74/ № 55.

1 İbn Əbi Asimin "Sünnə" kitabı: 2/ 507. Əhməd: 3/ 403. Albani "Zilalul Cənnə" kitabı səh: 507-də hədisin səhih olduğunu qeyd etmişdir.

2 Tirmizi: 4/ 535/ № 2224. Əhməd: 5/ 42. Albani "Silsilətus Səhihə" kitabı 5/ 376-da hədisin həsən olduğunu demişdir.

1 Buxari: 6/ 331/ № 3267. Müslim: 4/ 2290/ № 2989.

1 Buxari: 5/ 13/ № 7054. Müslim: 3/ 1477/ № 1849.

2 Buxari: 13/ 192/ № 7199. Müslim: 3/ 1470/ № 1709.

3 Müslim: 3/ 1482/ № 1855.

1 Əbu Davud: 5/ 60/ № 4682. Tirmizi: 3/ 466/ № 1162. Tirmizi, bu hədisin həsənun səhih olduğunu demişdir.

2 Müslim: 1/ 513/ № 746.

2 Əbu Davud: 5/ 60/ № 4682. Tirmizi: 3/ 466/ № 1162. Tirmizi, bu hədisin həsənun səhih olduğunu demişdir.

1 Buxari: 10/ 507/ № 6094. Müslim: 4/ 2012/ № 2607.

1 Buxari: 10/ 438/ № 6011. Müslim: 4/ 1999-2000/ № 1586.

1 Buxari: 13/ 358/ № 7376. Müslim: 4/ 1809/ № 2319.

2 Buxari: 1/ 278/ № 17. Müslim: 4/ 1761/ № 2244.

1 Buxari: 11/ 303/ № 6470. Müslim: 2/ 729/ № 1053.

2 Tirmizi: 4/ 572/ № 2507. İbn Macə: 2/ 1338/ № 4032. Hədisin isnadı səhihdir.

1 Buxari: 10/ 489/ № 6072.

2 Tirmizi: 4/ 179/ № 1702. Əbu Davud: 3/ 73/ № 2594. Nəsai: 6/ 352-353/ № 3179. Isnadı səhihdir.

1 Müslim: 4/ 2199/ № 2865.

2 Müslim: 1/ 93/ № 91.

3 Müslim: 4/ 2001/ № 2588.

1 Müslim: 1/ 74/ № 54.

2 Buxari: 1/ 55/ № 12. Müslim: 1/ 65/ № 39.

3 Buxari: 21/ 11/ № 6237. Müslim: 4/ 1984/ № 2560.

1 Buxari: 10/ 445/ № 6091. Müslim: 1/ 69/ № 48.

2 Buxari: 10/ 441/ № 6015. Müslim: 4/ 2025/ № 2625.

1 Buxarinin "Ədəbul Mufrəd" kitabı: № 112. Təbərani "Əl Kəbir" kitabı: 3/ 175. Albani "əs-Silsilətus Səhihə" kitabı № 149 -da hədisin səhih olduğunu demişdir.

2 Müslim: 4/ 2025/ № 2625.

3 Buxari: 5/ 110/ № 2463. Müslim: 3/ 1230/ № 1609.

1 Əhməd: 4/ 132. İbn Macə: 2/ 1207-1208/ № 3661. Hədis həsəndir.

2 Buxari: 10/ 415/ № 5986. Müslim: 4/ 1982/ № 2557.

1 Müslim: 4/ 1982/ № 2558.

1 Tirmizi: 4/ 573/ № 2511. Əbu Davud: 5/ 208/ № 4902. İbn Macə: 2/ 1408/ № 4211. Hədis səhihdir.

2 Müslim: 4/ 1979/ № 2552.

1 Müslim: 1/ 48/ № 17.

2 Buxari: 10 /519/ № 6116.

1 Bu, Süleyman İbn Sərdin hədisində qeyd edilmişdir. Buxari: 10/ 465/ № 6048. Müslim: 4/ 2015/ № 2610.

2 Bu, Əbu Davudun Utbə əl-Qurazidən rəvayət etdiyi hədisdə deyilmişdir. Həmin hədis həsən hədisdir.

3 Bu, Əbu Davudun (5/ 141 / № 4782) Əbu Zərrdən rəvayət etdiyi hədisdə qeyd edilmişdir. Hədis həsəndir.

4 Buxari: 6/ 566/ № 3560. Müslim: 4/ 1813/ № 2327.

1 Əbu Davud: 5/ 157-158/ № 4811. Tirmizi: 4/ 298-299/ № 1954. Hədis səhihdir.

2 Əbu Davud: 2/ 310/ № 1672. Nəsai: 5/ 87/ № 2567. Hədis səhihdir.

1 Müslim: 4/ 2295/ № 2999.

2 Buxari: 10/ 521/ № 6117. Müslim: 1/ 64/ № 37.

3 Buxari: 1/ 74/ № 24. Müslim: 1/ 63/ № 36.

4 Buxari: 6/ 515/ № 3483.

1 Buxari: 4/ 119/ № 1905. Müslim: 2/ 1018-1019/ № 1400.

1 Buxari: 5/ 97/ № 2442. Müslim: 4/ 1996/ № 2580.

2 Əbu Davud: 5/ 194/ № 4880. Əhməd: 4/ 421. Hədis həsəndir (yəni, qəbul ediləndir).

1 Buxari: 10/ 486/ № 6069. Müslim: 4/ 2291/ № 2990.

1 Müslim: 4/ 1705/ № 2162.

1 Buxari: 10/ 445/ № 6018. Müslim: 1/ 68/ № 47.

2 Müslim: 4/ 2001/ № 2589.

1 Buxari: 10/ 472/ № 6056. Müslim: 1/ 101/ № 105.

1 Buxari: 5/ 261/ № 2654. Müslim: 1/ 91/ № 87.

1 Buxari: 1/ 89/ № 34. Müslim: 1/ 78/ № 58.

1 Müslim: 4/ 2287/ № 2983.

1 Nəsai: 5/ 83/ № 2558. Ibn Macə: 2/ 1192/ № 3605. Hədis həsəndir (yəni, qəbul ediləndir).

1 Müslim: 4/ 1705/ № 2162.

2 Buxari: 10/ 96/ № 5635. Müslim: 3/ 1635/ № 2066.

3 Buxari: 10/ 484/ № 6066. Müslim: 4/ 1986/ № 2564.

1 Buxari: 5/ 112/ № 2465. Müslim: 3/ 1675/ № 2121.

2 Əhməd: 5/ 323. Kitabın tədqiqatçıları hədisin həsən olduğunu deyiblər.

3 Buxari: 6/ 85/ № 2891. Müslim: 2/ 699/ № 1009.

4 Buxari: 3/ 307-308/ № 1445. Müslim: 2/ 699/ № 1008.

1 Müslim: 4/ 2074/ № 2699.



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə