Islamın gözəllikləri



Yüklə 3,26 Mb.
səhifə9/19
tarix01.05.2017
ölçüsü3,26 Mb.
#16392
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

"Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!" (4: 11).

  1. İslam hər kəsin mirasda olan payını tam, layiqli şəkildə ödəmişdir. Peyğəmbər  buyurub:

قال النبي e: «إن الله أعطى كل ذي حق حقه فلا وصية لوارث». جزء من حديث أبي أمامة الباهليt، أخرجه أبو داود في سننه والترمذي في سننه وابن ماجه في سننه، قال الترمذي: حديث حسن صحيح.

"Allah taala hər kəsin haqqını layiqincə vermişdir. Vəsiyyətçi (əlavə olaraq öz malından) varisə nə isə vəsiyyət edə bilməz"1. Hər kəs, kiçik və ya böyük, kişi və ya qadın, güclü və ya zəif, yaxın və ya uzaqlığından asılı olmayaraq, heç bir maneə olmadan varis olmaq səbəbinə malikdirsə, o, öz payına yetişəcəkdir.

Bununla İslam yunanların, yəhudilərin, cahillik dövründə yaşamış ərəblərin və romalıların qadınlara qarşı etdikləri haqsızlıqlardan onları xilas etmişdir. Həmçinin ərəblərin Cahillik dövründə azyaşlı oğlan uşaqla­rına etdikləri zülmdən də onları azad etmişdir. Çünki Cahillik ərəbləri azyaşlı uşaqları, silah daşıya bilməyənləri mirasdan məhrum edərdilər. Lakin İslam şəriəti hər kəsin mirasda olan haqqını tam bölüşdürür. Bu qanunda heç bir zülm və ya mənimsəmə yoxdur. Bu qanun adillik, hikmət, bərabərlik, rəhmət, ehtiyaclı uşaqları, kişiləri və qadınları nəzərə almaq prinsipləri üzərində dayanmışdır.



  1. İslam vəsiyyət edənə miras malını istədiyi kimi paylamasına icazə vermir. Həmçinin vəsiyyət edəni tərk edəcəyi miras malından tam məhrum etməmişdir. Ona öz mirasının üçdə bir hissəsini istədiyi yerə xərcləməyə icazə vermişdir.

عن سعد بن أبي وقاص t قال: مرضت بمكة فأشفيت منه على الموت، فأتاني النبي e يعودني، فقلت: يا رسول الله، إن لي مالا كثيرا، وليس يرثني إلا ابنتي، أفأتصدق بثلثي مالي ؟ قال:«لا». قال: قلت: فالشطر؟ قال: «لا». قلت: الثلث ؟ قال: «الثلث كبير، إنك إن تركت ولدك أغنياء خير من أن تتركهم عالة يتكففون الناس، وإنك لن تنفق نفقة إلا أجرت عليها حتى اللقمة ترفعها إلى في امرأتك...» الحديث .أخرجه البخاري في صحيحه ومسلم.

Səəd İbn Əbu Vaqqas deyir: Mən Məkkə şəhərində olarkən xəstələnmişdim. Bu xəstəliyimdən öləcəyimi düşünürdüm. Bir gün Peyğəmbər mənə baş çəkmək üçün gəldi. Mən ona dedim: Ey Allahın Elçisi, mənim çoxlu var-dövlətim var. Mənə varis olacaq yalnız bircə qızımdır. Mən öz malımın üçdən iki hissəsini sədəqə verə bilərəmmi? Peyğəmbər buyurdu: Xeyr! Dedim ki, bəs yarısını? Yenə də “xeyr” deyərək cavab verdi. Mən dedim: Bəs üçdə birini necə? Peyğəmbər buyurdu ki, üçdə bir də çoxdur. Övladını varlı qoyub getməyin, onları kasıb, dilənçi kimi qoyub getməndən daha xeyirlidir. Sən xərclədiyin hər malın savabını qazanırsan. Hətta həyat yoldaşına yedizdirdiyin bir tikənin də savabını qazanırsan..."1.

İslam varisləri kasıblıq və möhtac olmaqdan qorumaq məqsədilə mirasın üçdə ikisini onlar üçün qoruyub saxlamışdır. Vəsiyyətçi cavanlığında xeyirxah işlər görmədiyinin peşmançılığını çəkdikdə, tərk edəcəyi mirasın yalnız üçdən birini istədiyi yerlərə, xeyirxah işlərə xərcləyə bilər. Mirasın qalan hissəsi isə varislərin payına düşməlidir.


  1. İslamda vərəsəlik intizamı varisləri ehtiyaclarının miqdarına görə bölmüşdür. O, mirasın böyük hissəsini ehtiyacı çox olana verir. Ona görə də övladlar atalara nisbətdə daha çox miras götürürlər. Çünki övladların həyatı hələ qabaqdadır və onların, dünya həyatının əsaslarından sayılan, mal-dövlətə ehtiyacları olacaqdır. Atalar isə artıq öz ömürlərini keçmiş və həyatlarının sonuna yetişmişlər. Onların yalnız qocalıq vaxtlarını yaşamaları üçün xərcliyə ehtiyacları qalmışdır. Onlar aldıqları bu az miqdarla bərabər əvvəlki mallarını toplayıb öz həyatlarını davam etdirə bilərlər.

Elə bu baxımdan da çox vaxt kişilərin miras payları qadınların miras payından bir dəfə çox olur. Oğul öz atasının mirasından bacısına düşən payın iki qatını pay götürür. Çünki oğul bundan sonra ailə qurmalı, kəbində mehr ödəməli, özünün, yoldaşının və uşaqlarının maddi ehtiyaclarını ödəməlidir. Əgər bacıları onun himayəsindədirsə oğul onların himayəsinə və maddı xərclərinə məsuliyyət daşıyır.

Qızın payı oğulun payının yarısına bərabər olmasına baxmayaraq o, heç bir maddi xərc etmir. Həyatı boyu bütün maddi xərclərdən azaddır. Qızdan evlənmək üçün xərc tələb olunmur, evinin, uşaqlarının, ailəsinin hətta özünün maddi xərclərini ödəməsi belə ondan tələb edilmir. Bunlarla bərabər o ərə gedəcək və kəbin zamanı ona mehr də veriləcəkdir. Digər xərclər isə ərinin üzərinə düşəcəkdir.

İslamın qadın üçün təyin etdiyi miras payı doğru və insaflı bölgüdür. İslam, qadını miras hüququndan məhrum edənlərlə, mirası qadın və kişi arasında bərabər bölənlərə münasibətdə, orta mövqedədir.


  1. İslamda varislik nizamı, ailə üzvləri arasında mehribançılıq əlaqələrini gücləndirir, onları qarşılıqlı həsəddən, nifrətdən və dava-dalaşdan tam mühafizə edir. Çünki hər kəs bilir ki, qoyulmuş miras onların çevrəsindən kənara çıxan deyildir. Hər kəsin haqqı özünə yetişəcək, heç kəs başqasının haqqından bir zərrə qədər də artıq götürməyəcəkdir. Beləliklə, onlar həsəddən, paxıllıqdan, və nifrətdən uzaq olub mehriban ailə olaraq həyatlarını davam etdirəcəklər.

  2. Həqiqətən də İslam, ölənin tərk etdiyi mal-dövləti, onun təəssüfünü çəkən, əziz və yaxın adamlarına verməyi qərara almışdır. Bu haqda Allah taala buyurur:

{                     } (النساء: 7)

"Ata, ana və qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da (bunlara veriləcək) hissə müəyyən edilmişdir." (4: 7).

İslam, mirası ölənin ailəsinə, uşaqlarına və qohumlarına aid etmişdir. Bunun öz böyük hikmətləri vardır:



  1. Bu adam, sağlığında öz malından mənfəət əldə edir, həmin maldan ailəsi və qohumları üçün xərcləyirdi. Onlar da həmin adamın malından faydalanır, ehtiyaclarını ödəyirdilər. Həmin adam öləndən sonra onun qohumlarını bu mənfəətdən məhrum edərək, malı ölən adamla əlaqəsi olmayan başqa birisinə vermək ədalətli olmaqdan uzaqdır. Əksinə bu mal ölənin varislərinə verilməlidir. Hədislərin birində Peyğəmbər  belə buyurmuşdur:

قال النبي e: «ومن ترك مالا فلورثته». جزء من حديث أبي هريرة t، أخرجه مسلم.

"Kim özündən sonra mal qoyub gedərsə, həmin mal onun varislərinindir1”.

  1. İnsan, fitrətinə görə öz uşaqlarını və qohumlarını sevir. Həyatı boyu onların səadəti üçün çalışır. Ölmədən öncə ehtiyaclarını ödəmələri üçün onlara mal-dövlət qoyub getməyi arzu edir. Insan ölüm ayağında onun tərk etdiyi mal-dövlətin sevdiyi adamlara yetişəcəyini bildikdə bu dünyadan çox rahat və arxayın gedir. Qohumlarının xoş və firavan yaşayacaqlarını bildikdə onun qəlbi xoş olur.

  2. Bir kimsə topladığı mal-dövləti özü xərcləyəcəyini və öldükdən sonra həmin malın sevdiyi adamlara qalacağını bildikdə, öz malını artırmağa və onu qoruyub saxlamağa həris olur. Əks halda, topladığı bu mal-dövlətin o öldükdən sonra dövlətə qalacağını, qohum əqrabasının onun topladığı maldan faydalanmayacağını bildikdə həmin malı qoruyub saxlamaq və artırmaq onun üçün bir maraq doğurmaz. Nəticədə ümumi iqtisadiyyat, dövlət zəifləyir və kasıbçılıq hökm sürər.

Beləliklə aydın olur ki, İslamda qanuniləşdirilmiş vərəsəlik hökmü hər kəsin haqqını özünə çatdırmaq məqsədi güdür. İslam şəriəti, mal sahibi onu lazımsız yerə xərcləməsin deyə, malı tam mənada sahibinin ixtiyarına verməmişdir. Eləcə də onun bu malda olan hüququnu da tam olaraq əlindən almamışdır. Bəzi qeyri İslami qanunlara əsasən mal, tam olaraq dövlətin hesabına keçir, dövlət də həmin malı qohum və ya digərlərini bərabər tutaraq onu istədiyinə verir. Digər qanunlara əsasən malın sahibinə tam xərcləmək hüququ verilir. İstəsə qohumlarına yardım edər və ya onları bu köməkdən məhrum edər. İslam dini orta mövqeli din və doğru şəriətdir. Bu şəriət bütün insanların tələbatlarını ödəyir, hər kəsin haqqını özünə çatdırır. Həqiqətən, hikmətli və alim Allah bütün naqis və eyibli sifətlərdən pakdır.

Beşinci: Ata haqları:

İslam ailəyə tam qayğı göstərərək ailəni hər cəhətdən mühafizə etmişdir. İslamın ailəni qoruması həmin ailənin tərkibində olan ata, ana və uşaqları da mühafizə etməsi deməkdir. Ata və ana ailənin əsası olduğuna, bütün məşəqqətləri, uşaqların tərbiyəsini öz üzərlərinə götürdüklərinə görə İslam onların böyük və əzəmətli məqamlarını açıqlamışdır. Övladlar üzərində ata və ananın hüquqlarını təyin etmişdir. Övladlardan onlara yaxşılıq, mülayim davranış, himayə, sevgi, rəhmət, gözəl ədəb, əxlaq tələb etmişdir. Bütün bu hüquqları bir neçə üslub və vasitələrlə təsdiq etmişdir.

Allah taala, ata-anaya edilən yaxşılığı Ona edilən ibadət və Ona heç bir məxluqu ortaq qoşmamaq müddəası ilə birgə buyurmuşdur. Allah taala buyurur:

             (البقرة:83)



"Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, vali­deynlərinizə ehsan (yaxşılıq, kömək) edin..." (2: 83).

           (النساء:36)



"Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin!..." (4: 36).

                 (الأنعام:151)



"(Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin;..." (6: 151).

      (لقمان: 14)



"(Biz insana buyurduq:) “Mənə və ata-anana şükür et..." (31: 14).

Müsəlmana, öz valideynlərinə, hətta müşrik olduqları halda da, yaxşılıq etməyi əmr etmişdir. Yalnız bir halda, Allah taalaya asilik etməyi əmr etdikdə, onlara itaət etməməyə icazə vermişdir. Allah taala buyurur:

                         (العنكبوت:8)

"Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!" (29: 8).

                                             (لقمان: 14-15)



"Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (İslamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (31: 14-15).

Həmçinin qocaldıqda da onlara yaxşılıq etməyi övladlara əmr etmişdir. Bu haqda Allah taala buyurur:

                                         (الإسراء: 23-24)

"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de." (17: 23-24).

Peyğəmbər  də valideynlərin üzünə ağ olmağı qadağan etmişdir. Belə əməli, Allaha şərik qoşmaqdan sonra, ən böyük günahlardan hesab etmişdir. Əbu Bəkrə Peyğəmbərin  onlara belə buyurduğunu deyir:

قال رسول الله e: «ألا أنبئكم بأكبر الكبائر؟» قلنا: بلى يا رسول الله. قال: «الإشراك بالله، وعقوق الوالدين-وكان متكئا فجلس فقال - ألا وقول الزور، وشهادة الزور، ألا وقول الزور، وشهادة الزور»، فما زال يقولها، حتى قلت: لا يسكت. أخرجه البخاري في صحيحه ومسلم.



"Sizə ən böyük günahları çatdırımmı?" Biz dedik: Bəli, ey Allahın Elçisi. O buyurdu: "Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaq, - bu zaman Peyğəmbər dirsəklənmişdi. O, oturub buyurdu: yalan danışmaq, yalandan şahidlik etmək, yalan danışmaq, yalandan şahidlik etmək." Peyğəmbər bu sözləri təkrarlayırdı və mən öz-özlüyümdə dedim ki, o susan deyil1.

Muğirə ibn Şöbə Peyğəmbərdən  rəvayət edərək deyir:

قال: «إن الله حرم عليكم عقوق الأمهات، ومنعا وهات، ووأد البنات، وكره لكم: قيل وقال، وكثرة السؤال، وإضاعة المال». أخرجه البخاري في صحيحه ومسلم.

"Allah taala sizə valideynlərinizin üzünə ağ olmağı, kiminsə haqqını verməməyi, kimdənsə lazım olmayanı istəməyi və qız uşaqlarını diri-diri basdırmağı haram etmişdir. Həmçinin sizin üçün, dedi-qodu etməyi, çoxlu sual verməyi və malı tələf etməyi məkruh etmişdir (bəyənməmişdir)"1.

Peyğəmbər  buyurmuşdur ki, yaxşı yoldaşlıq üçün daha haqlı olan ilk növbədə ana, sonra isə atadır. Əbu Hureyrə deyir ki, bir kişi Peyğəmbərin  yanına gəlib dedi:

جاء رجل إلى رسول الله r فقال: يا رسول الله من أحق الناس بحسن صحابتي؟ قال: «أمك». قال: ثم من؟ قال: «ثم أمك». قال: ثم من ؟ قال: «ثم أمك». قال: ثم من؟ قال: «ثم أبوك».أخرجه البخاري في صحيحه ومسلم.

Ey Allahın Elçisi! Yaxşı yoldaşlıq etməm üçün, kim daha haqlıdır? Peyğəmbər buyurdu: "Anan" həmin adam dedi: Bəs sonra? Peyğəmbər buyurdu: "Anan" o, yenə də dedi: Bəs sonra? Peyğəmbər yenə də: "Anan" deyərək cavab verdi. Həmin adam dedi: Bəs sonra? Peyğəmbər buyurdu: "Sonra atan"1.

İslam şəriəti valideynlərə qulluq göstərməyi vacib (fərdul ayn) olmayan cihaddan üstün etmişdir. Abdullah Ibn Amr Ibn əl-As deyir: bir kişi Peyğəmbərin  yanına gəlib dedi:

أقبل رجل إلى نبي الله r فقال: أبايعك على الهجرة والجهاد، أبتغي الأجر من الله. قال: «فهل من والديك أحد حي؟» قال:نعم. بل كلاهما. قال:«فتبتغى الأجر من الله؟» قال:نعم. قال: «فارجع إلى والديك فأحسن صحبتهما» أخرجه مسلم.

"Mən səninlə birgə hicrət və cihad etmək üçün əlimi uzadıb razılıq verirəm. Bununla Allah taaladan savabımı diləyirəm. Peyğəmbər buyurdu: sənin valideynlərindən sağ olanı varmı? O dedi: Bəli, hər ikisi sağdır. Peyğəmbər buyurdu: Sən Allah taaladan savab istəyirsən? Həmin adam dedi: Bəli. Peyğəmbər buyurdu: valideynlərinin yanına qayıt və onlarla xoş rəftar edərək onlara xidmət et!"2.

Peyğəmbər  bir nəfərin digərinin atasını, başqası da onun atasını söyməyi qadağan etmişdir. Abdullah İbn Amr Peyğəmbərdən  rəvayət edərək deyir:

قال رسول الله e: «إن من أكبر الكبائر أن يلعن الرجل والديه». قيل: يا رسول الله، وكيف يلعن الرجل والديه؟ قال: «يسب الرجل أبا الرجل فيسب أباه ويسب أمه فيسب أمه». أخرجه البخاري في صحيحه ومسلم.

"Günahların ən böyüyü bir adamın öz valideynlərini lənətləməsidir". Orada əyləşənlər dedilər: “Ey Allahın Elçisi, bir nəfər öz valideynlərini necə lənətləyə bilər? Peyğəmbər buyurdu: "Biri digərinin atasını söyür. Söyülən adam da cavab olaraq onun atasını söyür. Biri digərinin anasını söyür. Söyülən adam da cavab olaraq onun anasını söyür"3.

Ona görə də demək olar ki, valideynlərə hörmət etməyin əmr olunması aşağıdakı əsaslara görə İslamın gözəlliklərindəndir.



  1. Valideynlərin övladları üzərində, Allah taalanın haqqından sonra, birbaşa haqları vardır. Övladlar onlara xidmət etməli, qulluğunda durmalıdırlar. Çünki bu, onların boyunlarına düşən borcdur. Ana övladını bət­nində daşımış, ona süd vermiş, nəvazişlə böyütmüşdür. Ata isə övladına qarşı mülayim, qayğıkeş olub onun üçün malını əsirgəməmişdir. Onun üçün bütün xeyirxahlıqları etmişdir. Ona görə də övladın valideynlərə xidmət etməsi, onların borclarının bir hissəsini ödəməsidir.

  2. Valideynlərə yaxşılıq etmək onların xoş əməllərinə edilən təşəkkürün təzahürüdür. Əgər Allah taalanın, sonra isə valideynlərin nəzarəti və köməyi olmasaydı onda həmin övlad çatdığı məqama yetişə bilməzdi. Valideynlər lazımlı vaxtlarda onun keşiyində dayanmış, ehtiyaclarını ödəmişlər. Valideynlər onun üçün heç nə əsirgəməmişlər. Ona görə də nemət verənin nemətinə, yaxşılıq edənin yaxşılığına görə təşəkkür etmək, gözəl əxlaq nümunəsidir. İslam hər kəsin haqlarını qorumağa, gözəl əxlaqa nail olmağa səsləyir. İslam dini valideynlərin çəkdikləri əziyyətlərin və çətinliklərin əvəzində, övlada onlara xidmət etməyi əmr etməklə, öz gözəlliyini nümayiş etdirir. Bu, valideynlərə verilən ən gözəl qiymətdir!

  3. İslamın gözəlliklərindən biri də, yaşa dolmuş qoca valideynlərə xidmət etməyi və onların keşiyində durmağı əmr etməsidir. Artıq valideynlərin vəziyyətləri dəyişmiş, onların nəvazişli xidmətlərə ehtiyacları vardır. Bu yaşda onlara övlad qayğısı gərəkdir. Ona görə də övladın onlara bu yaşda xidmət etməsi onun boynuna düşən borcdur. Bu borcdan yalnız, gözəllikləri inkar edən, nəfsi xəstə və təbiəti pis olan insan imtina edər.

  4. İslamın daha bir gözəlliyi, valideynlərə edilən yaxşılıq və itaət üçün sərhəd qoymamağıdır. Yalnız bir halda, Allah taalanın əmr etdiyinə zidd olan bir əməli yerinə yetirməyi əmr etdikdə, valideynlərə itaətsizlik etməyə icazə vermişdir. Bu Allah taalanın lütf və mərhəmət sahibi olduğunun açıq-aşkar dəlilidir. Çünki O, valideynlərin əziyyətlərini dəyərləndirmiş və çəkdikləri əzab-əziyyətin əvəzini onlara bəxş etmişdir. Yəni, övladlara valideynlərinə xidmət etmələrini, inilti və ya hərəkətlə də olsa onlara pislik etməməyi əmr etmişdir. Bu haqda Allah taala buyurur:

            (الإسراء:23)

"...Onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (17: 23).

  1. İslam şəriətinin daha bir gözəlliyi, valideynlərə olan yaxşılığı yalnız sağlıqlarında deyil, hətta öldükdən sonra da onlar üçün yaxşılıq yeri qoymasıdır. Bir kişi Peyğəmbərin  yanına gələrək dedi:

فقد جاء رجل إلى النبي r فقال: يا رسول الله هل يبقى عليّ من بر والدي شيء أبرهما به بعد موتهما؟ قال: «نعم: الدعاء لهما وإنفاذ عهدهما، وصلة الرحم التي لا توصل إلا بهما» رواه أبو داود في سننه.

Ey Allahın Elçisi! Mənim boynumda valideynlərim üçün, onlar vəfat etdikdən sonra edəcəyim yaxşılıq qalmışdırmı? Peyğəmbər buyurdu: "Bəli, onlar üçün dua etmək, dediklərini həyata keçirmək və onların saxladıqları qohumluq əlaqələrini davam etdirmək"1.

Digər hədisdə Peyğəmbər  buyurur:

وقال عليه الصلاة والسلام: «إن من أبر البر صلة الرجل أهل ود أبيه بعد أن يولي» رواه مسلم.

"Ən gözəl yaxşılıq, övladın atası öldükdən sonra, onun sevdiyi dost-tanışlarla əlaqə saxlamasıdır"2.

Çünki övladın bu səviyyəyə gəlməsində, əməlisaleh bəndələrdən olmasında valideynlərin hədsiz əməyi vardır. Ona görə də övladın etdiklərindən onlara da savab gedir. Çünki, insanın haqq yolda olmasına səbəb, Allah taaladan sonra, birbaşa valideynlərdir. Bu haqda Peyğəmbər  buyurmuşdur:

قال عليه الصلاة والسلام: «كل مولود يولد على الفطرة فأبواه يهودانه أو ينصرانه أو يمجسانه» رواه البخاري في صحيحه ومسلم.

"Hər insan (İslam) fitrəti üzərində doğulur. Sonradan valideynləri onu yəhudi, xaçpərəst və ya atəşpərəst edirlər"3.

Valideynlər müsəlman olub, övladlarını müsəlman kimi böyütdüklərinə görə uşaq öz fitrətində qalmışdır. Buna görə də valideynlərin uşağı belə böyütməkdə Allah taaladan sonra çox böyük dəyərləri vardır. Bu səbəbdən də övladların öz valideynləri üçün onlar öldükdən sonra dua etmək, dediklərini həyata keçirmək, onların qohumluq əlaqələrini qoruyub saxlamaq, sevdikləri dost-tanışlarla daima ünsiyyətdə olmaq bir borcdur. Buradan görünür ki, İslam şəriəti övladların öz valideynlərinə yaxşılıq etmələrini əmr etməklə, valideynlərə verdiyi qiyməti dəyərləndirmişdir.



  1. İslam şəriəti, övladların valideynlərə yaxşılıq etmələrini əmr etməklə, valideynlər tərəfdən övladlara olan qayğının, gözəl tərbiyənin, məqsədyönlü göstərişlərin daha da artmasına səbəb olmuşdur. Həyatda görünən həqiqətlər də bunu təsdiqləyir. Çünki, valideynlərinə xidmət edənlər, adətən ata-anadan gözəl tərbiyə almış insanlardır. Valideynlərin övladlarına öyrətdikləri bu gözəl xüsusiyyətlər və verdikləri tərbiyə onların qarşısına çıxır. Övlad həmin ədəb-ərkanla öz valideynlərinə qulluq edir. Hansı valideyn öz övladının ona xidmət etməsini arzulayırsa, onda kiçik yaşlarından öz övladlarına gözəl tərbiyə versin.

Bu qısa da olsa İslamın, valideynlərin hüquqlarını təyin etməklə bağlı görünən gözəllikləridir. İslam dini be­lə əməllər üçün axirətdə Allah taala tərəfindən böyük bir mükafat vəd edir. Peyğəmbər  buyurur:

قال عليه الصلاة والسلام: «سخط الله في سخط الوالد ورضا الله في رضا الوالد» رواه الترمذي في سننه وانظر: صحيح الجامع للألباني.



"Allahın qəzəbi valideynin qəzəbindədir. Allahın razılığı valideynin razılığındadır"1.

Digər bir hədisdə isə buyurmuşdur:

وقال: «رغم أنف امرئ أدرك أبويه أو أحدهما عند الكبر ولم يدخلاه الجنة» رواه مسلم.

"Valideynlərinin hər ikisini, yaxud birini qoca vaxtlarında sağ görüb, bununla cənnətə daxil olmayanın burnu yer ilə sürünər"2.

Bütün bunlara nail olmaq arzu və istəkləri övladları həmin əmələ sövq etdirir və onları şücaətləndirir.



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin