İsmayil vəLİyev (ÖMƏROĞLU)



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix07.06.2017
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

22 fevral. 

 

Bu gün on birinci çağırış Azərbaycan SSR Ali Soveti deputatlarının və Azərbaycan SSR yerli xalq 



deputatları Sovetləri deputatlarının səlahiyyət müddətini uzatmaq haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət 

Heyəti fərman verib. Fərman cəmi iki bənddən ibarətdir: 

1. 1985-ci il fevralın 24-də seçilmiş on birinci çağırış Azərbaycan SSR Ali Soveti deputatlarının və 

1987-ci il iyunun 21-də seçilmiş Azərbaycan SSR yerli xalq deputatları Sovetləri deputatlarının səlahiyyət 

müddəti yeni çağırış Azərbaycan SSR Yerli Xalq Deputatları Sovetləri deputatlarının növbəti seçkilərinədək 

uzadılsın. 

2. Müəyyən edilsin ki, Azərbaycan SSR Ali Sovetinə  və Azərbaycan SSR yerli xalq deputatları 

Sovetlərinə hesabat verməli olan dövlət orqanları və vəzifəli şəxslər özlərinin səlahiyyətini Azərbaycan SSR Ali 

Soveti və Azərbaycan SSR yerli xalq deputatları Sovetləri tərəfindən müvafiq orqanlar və  vəzifəli  şəxslər 

formalaşdırılanadək və ya təyin edilənədək saxlayırlar". 

Bu qədər qana-qırğına səbəb olan seçkinin müddəti də bax beləcə geri çəkildi. Moskva da, bizim 

rəhbərlik də yaxşı bilir ki, seçki keçirilsə deputatın yerlərinin doxsanını onların qeyri-formallar adlandırdıqları 

şəxslər tutacaqlar. Ondan sonra də həmin deputatlara istədikləri qərarları qəbul etdirə bilməyəcəklər. 

Yəqin ki, vaxtı uzatmaqla yeni tədbirlər planı hazırlayırlar. Bəs görəsən bu tədbirlərə  nələr daxil 

ediləcək?! 

SSRİ xalq deputatı B.Yeltsin Leninqrad televiziyası ilə çıxış edərək ölkənin milli regionlarında yaşayan 

rus  əhalisinin Rusiyaya qaytarılmasına dair proqram işləyib hazırlamağa çağırmışdır. Deməli, "Ruslar, tarixi 

vətənə qayıdın!" şüarı günün şüarına çevrilir. Amma bu bizimkiləri bərk narahat edir. Azərbaycanda bu şüarın 

əleyhinə kütləvi kampaniya başlayıb. Bunlar deyəsən burunlarından uzağı görmürlər. Ermənistandan müsəlman-

ların qovulması, Fərqanə, Sumqayıt, Bakı hadisələri elə bil bunların gözü qarşısında baş verməyib. Yaxşı, üç-

beş ay sonra Bakıda, Gəncədə və ya hər hansı bir şəhərdə mərkəzin əlilə bir rus talanları planlaşdırılsa, görəsən 

bu adamlar onun qarşısını ala biləcəklərmi? 



 

23 fevral. 

 

Bu gün Sovet İttifaqı Kommunist Partiyası  Mərkəzi Komitəsinin "Ölkə  zəhmətkeşlərinə" müraciəti 



qəzetlərdə dərc olunmuşdur. Respublika televiziyası ilə "Günün ekranı" xəbərlər proqramında bu müraciət iki 

dildə (Azərbaycan və rus dillərində) oxundu. 



53 

 

Respublika qəzetləri xəbər verir ki, fevralın 22-də Moskvada Azərbaycan SSR Nazirlər Sovetinin SSRİ 



Nazirlər Sovetindən daimi nümayəndəliyində Sovet və xarici jurnalistlər üçün yanvarı 19-20-də Bakıda baş 

vermiş hadisələrə və SSRİ Ali Sovetinin sessiyasında bu hadisələrə dair məsələnin müzakirəsinə həsr edilmiş 

mətbuat konfransı olmuşdur. Mətbuat konfransında SSRİ Ali Sovetinin üzvü Anar Rzayev, daimi nümayəndə-

liyin müavini Z.Rüstəmzadə,AXC idarə heyətinin üzvü T.Qasımov, habelə Bakının  əmək kollektivlərinin 

Moskvada olan nümayəndələri iştirak etmişlər. 

Azərinformun müxbiri S.Mirzəyev SSRİ Ali Sovetinin qanunvericilik, qanunçuluq və hüquq qaydası 

məsələləri üzrə Komitəsinin üzvü, SSRİ xalq deputatı S.N.Belozertsevdən Bakıda yanvar hadisələri barədə 

fikrini soruşmuşdur. O, demişdir: "Ordudan istifadə olunmasını cinayət sayıram". Hiss olunur ki, ayrı-ayrı 

respublikalarda milli düşmənçilik süni surətdə qızışdırılır. Bir çox ölkələrin tarixi təcrübəsi sübut edir ki, milli 

düşmənçilik hakim dairələr üçün sərfəlidir... ali orqanlarımız, SSRİ Ali Soveti hadisələrə nədənsə siyasi qiymət 

vermirlər. "Baş verən hadisələrin səbəblərini aydınlaşdırmaq əvəzinə, əslində yalnız onların nəticəsi nəzərdən 

keçirilir. Müəyyən dairələr var ki, onlar yenidənqurmanın sürətindən cəmiyyətin narazı qalmasından istifadə 

edirlər. "Real hakim mafiya özünün iqtisadi əsasının qorunması  uğrunda mümkün olan bütün vasitələrlə 

mübarizə aparır". 

Ölkədə mafiyalar, "gizli iqtisadiyyatçılar" barədə M.Qorbaçov da çıxışlarında dönə-dönə danışır. Lakin 

Bakıya qoşun yeridildiyi, qəti tədbir görüldüyü halda həmin mafiya və "gizli iqtisadçılar" haqqında ölçü 

götürülmür. Bu bir daha onu göstərir ki, mafiya və gizli (örtülü) iqtisadiyyatçılar bilavasitə rəhbərliklə, rəhbər 

orqanla bağlıdırlar və ona görə də açıq mübarizə mümkün deyildir. 

Stepanakertdən Azərinformun müxbiri xəbər verir ki, qatarların hərəkəti bərpa olunmuş, oraya 600-dən 

çox vaqon verilmişdir. Lakin yük alanlar vaxtında yüklərin daşınmasını  təşkil etmədiklərindən stansiyada və 

yollarda yığılıb qalmış vaqonlar normal iş yaratmağa mane olur. 

Respublika qəzetlərində "Evlər boş qalmayacaq. Ruslar haradan getməli və hara qayıtmalıdırlar" adlı 

material dərc etmişlər. 

İ.Permakovun yazdığı bu material "Raboçaya tribuna" qəzetinin 22 fevral nömrəsində dərc edilmişdir. 

Qəzetlərdə Azərinformun müxbirləri A.Şərifov və S.Peresin "Yox, razı deyilik" hökumət qərarı ilə 

aydın məsələdir ki, konstitusiya, plüralizm, demokratiya, bir də əlbəttə yenidənqurma çərçivəsində" adlı məqalə 

verilib. Məqalədə SSRİ Nazirlər Sovetinin Azərbaycandan gedən qaçqınlara yardım edilməsi və  xərclərin 

Azərbaycan hökuməti tərəfindən ödənilməsinə etiraz bildirilir. Müəlliflər haqlı olaraq qeyd edirlər ki, nə üçün 

1990-cı il yanvarın 1-dən öz daimi yaşayış yerlərini məcbur tərk edənlər haqqında söhbət gedir. Axı hələ 1988-

ci il fevral-mart aylarından Ermənistandan və DQMV-dən ilk azərbaycanlılar qovulmuşdu. Onlar müharibədən 

sonra ilk sovet qaçqınları idilər. Sonra qaçqınların axını getdikcə gücləndi. Həmin ilin dekabr ayında 

Ermənistandan on minlərlə azərbaycanlı qaçqın bu tərəfə üz tutdu. Yarı-çılpaq idilər, dədə-baba torpaqlarını, 

evlərini, on illər uzunu minbir əziyyətlə yığdıqları əmlakı qoyub gəlirdilər. 

Qocalar, qadınlar və  uşaqlar soyuq havada dağları dolaşır, erməni ekstremistlərinin törətdikləri 

qırğından qurtulmaq istəyirdilər. Azərbaycanlıların evlərini yandırır, əmlakını talan edirdilər, cibində qara qəpik 

olmayan binəsib adamlar Sovet Ermənistanından qaçırdılar. 

Qışın oğlan çağında 160 mindən çox işsiz qaçqın peyda oldu. Qəm yükünün ağırlığı altında əyilsələr də 

haqq-ədalət dalınca Moskvaya getmədilər (əslində gedənlər var idi. Laqeydlik, qanunsuzluq görüb geri qayıdır, 

taleləri ilə barışır, ermənilər kimi daşnak mərkəzindən yardım alıb Moskvada təbliğat aparmırdılar — İ.Ö.). 

Onların bütün qayğısını Azərbaycan öz üzərinə götürdü". 

Məqalədə qeyd olunur ki, o zaman nəinki hökumət qaçqın statusunu təsdiq edir, hətta "qaçqın" sözünü 

yazmağa qoymurdular. Onlara "daimi yaşayış yerlərini müvəqqəti tərk edənlər" adı qoyulurdu. İndi 

Azərbaycandan gedən ruslar haqqında məlumatı  mərkəzi informasiya vasitələri birtərəfli işıqlandırır, daha da 

şişirdirlər. 

Müəlliflər haqlı sual verirlər ki, məgər Ermənistandan və Özbəkistandan Azərbaycana gələn qaçqınların 

problemləri ilə  əlaqədar xərcləri ödəyən varmı? Nə üçün hökumət birtərəfli iş tutur! Ayrı-seçkilik nəyə 

lazımdır? 

"Kommunist" qəzetinin bugünkü nömrəsində tarix elmləri doktoru Kamran Rəhimovun "Yaşamaq 

strategiyası, yoxsa?" adlı  məqaləsi dərc edilib. Məqalədə göstərilir ki, SSRİ Müdafiə Nazirliyinin baş 

qərargahında SSRİ xalq deputatları Z.Balayan və Qriqoryan görüş keçirmişlər. Həmin çıxışlar Ermənistanın 

"Avanqard" qəzetində "Yaşamaq strategiyası" adı altında dərc olunmuşdur. Bu yaxınlarda Z.Balayan SSRİ Ali 

Sovetinin sədri M.Qorbaçova müraciət etmişdir. Millətlərarası münasibətləri, nifaqı daha da dərinləşdirmək 

niyyəti bu çıxışların  əsas məğzini təşkil edir. Z.Balayan Azərbaycana qarşı düşmənçilik niyyətini 

genişləndirərək Naxçıvanın Müdafiə Nazirliyinə tabe edilməsi, Azərbaycanın parçalanması planını irəli sürür. 

Müsəlman və türk təhlükəsi ideyasını ortaya ataraq "Turan" dövləti yaratmaq təhlükəsindən söhbət açır. Hətta 


54 

 

Naxçıvana  şose yolu çəkilməsinin qarşısını almaq istəyir. Guya bu, Bakını Türkiyə ilə birləşdirəcək NATO 



yoludur. 

İndiyədək bu mövqedən çıxışlar edən, milli ədavət toxumu səpən Z.Balayan kimi adamlara qarşı ölçü 

götürülmür. Hətta onun deputat seçilməsinə belə şərait yaradılır. SSRİ Müdafiə Nazirliyinin Baş qərargahında 

onunla görüş təşkil edilir. 

Respublika partiya təşkilatına rəhbərlik edə bitməyən Vəzirovun istefa verməsini tələb edən şair Xəlil 

Rza isə milli ədavəti qızışdırmaq üstündə  Mərkəzi hökumət tərəfindən həbs edilib Moskvaya aparılır. Zori 

Balayanın xəyanətləri barədə söhbət açanda mərkəzi mətbuat nümayəndələri və Sov.İKP MK aparatının işçiləri 

deyirlər ki, erməni xalqına qarşı ədavəti qızışdırmaq olmaz. Məgər Z.Balayan erməni xalqı deməkdir? Vaxtilə 

kitab və məqalələri ilə Azərbaycana ərazi iddiaları irəli sürən Balayan barədə nəinki mərkəzi mətbuatda, hətta 

bizim qəzetlərdə belə məqalə yazmağa imkan vermirdilər. Bu erməni mafiyasının Sovet mərkəzlərinə nüfuzlu 

təsiri ilə bağlıdır. Azərbaycan SSR-ə qarşı  təsiri ilə bağlıdır. Azərbaycan SSR-ə qarşı dövlət və partiya 

səviyyəsində konstitusiyaya zidd qərarlar verən Ermənistanın rəhbər orqanlarına qarşı mərkəzi hökumət heç bir 

irad tutmur, tədbir görmür. 

"Amerikanın səsi" radiosu xəbər verdi ki, ABŞ senatı "Erməni qətnaməsi"nə dair məsələyə 

baxmamışdır. Osmançı Türkiyəsi dövründə erməni genosidini təsdiq etmək və aprelin 24-də qırğın gününü qeyd 

etmək təşəbbüsü ilə bağlı olan bu sənədə 49 senator razılıq vermişdir. 90 senatordan ən azı 60 nəfəri razılıq 

versə, sənəd müzakirə üçün qəbul oluna bilər. Radio qeyd edir ki, sənədi senator Doul təqdim etmişdir. Özünün 

də etiraf etdiyinə görə, burada şəxsi maraq hissi də vardır. Doul ermənilərlə əlaqədardır. Vaxtilə onu bir erməni 

həkimi müalicə etmiş və onunla ermənilər arasında sıx əlaqə yaranmışdır. 

Radio digər senatorların razılıq verəcəyi halda gələn həftə də həmin sənədə baxıla biləcəyi ehtimalını 

qeyd edir. O da qeyd olunur ki, ermənilər 1915-1923-cü illər ərzində Türkiyədə 1,5 milyon erməninin qırıldığını 

rəsmiləşdirmək istəyir və bunu əslində müasir Türkiyəyə ziyanı  dəyməyən bir əməl kimi qeyd etmək istəyir. 

Türküyə ilə Amerika hökumətinin belə bir sənədi təsdiqləməsini onların münasibətlərinə  təsir edə biləcəyini 

qeyd etmişdir. Türkiyə hökuməti onu da bildirmişdir ki, ermənilərin ölüm faktı o cür mənalaşdırıla bilməz. O 

vaxt müharibə gedirdi, adamlar müharibədən, aclıqdan ölür, qaçaq düşərək çöllərdə həlak olurdular. O zaman 

təkcə ermənilər deyil, başqaları da kütləvi şəkildə həlak olmuşlar. 

Senator Doul isə erməni genosidi barədə kifayət qədər sənəd olduğunu, hətta Kambocadakı hadisələri 

təsdiqləyən sənədlərdən çox məlumat olduğunu söyləmişdir. 

Amerikadakı erməni milyonçuları belə bir faktın təsdiq olunmasına çoxdan can atırlar. Onlar uydurma 

faktlar əsasında kitablar tərtib edir, süni surətdə ölənlərin sayını artırırlar. 20-ci illərdə 0,5 milyon, 40-cı illərdə 

bir milyon, 60-80-ci illərdə isə gah 1,5, gah da 2 milyon qeyd etməyə çalışmışlar. Son 10-15 il ərzində hər il 

aprel ayının 24-də "Pravda", "İzvestiya" və s. mərkəzi və respublika qəzetlərində materiallar dərc etdirməyə nail 

olmuş, yavaş-yavaş bu "genosid" faktını təbliğ etməyə cəhd göstərmişlər. 

Xarici radiolar məlumat verir ki, fevralın 22-də silahlı dəstə Barnaulda silah anbarına hücum etmişlər. 

İçərisində ov tüfəngi və digər silahlı yerli 6 nəfər olan dəstə bu silahı  əldə edib cənub rayonlarından birinə 

göndərmək məqsədi güdmüşlər. 

Neçə illərdir 23 fevralı  təntənə ilə qeyd etməyə alışmışdıq. Az qala bu günü kişilər bayramına 

çevirmişdik. Bir ayın içində necə gözdən düşdü. Heç kim bayram deyə dilinə gətirməyi özünə sığışdırmır. 

Təbliğat vasitələri var gücü ilə Azərbaycandakı  tətili malalamağa çalışdığı bir vaxtda Sumqayıtdakı 

Kimya-sənaye İstehsal Birliyinin və Superfosfat zavodu mütəxəssislərinin müraciətini dərc edib. Müraciətin ilk 

cümləsi belədir: "Şəhərimizdəki müəssisələrin əksəriyyətində bir aya yaxındır tətil davam edir". 

Azərbaycan SSR Nazirlər Soveti xeyli fəallaşıb, tez-tez görüşlər, müşavirələr keçirir, qərarlar qəbul 

edir. Bugünkü qəzetlərdə  də Azərbaycan SSR-in dağlıq, yolu çətin keçilən və  sərhədyanı  şəhər və rayonları 

arasında vertolyot əlaqəsinin inkişaf etdirilməsi haqqında qərarı çap edilib. Deyəsən, Nazirlər Soveti Mərkəzi 

Komitənin göstərişi olmadan işləmək istəyir. Bəlkə də Mərkəzi Komitə ilə rəqabətdə? 

Böyük Vətən müharibəsi veteranlarının və beynəlmiləlçi döyüşçülərin Azərbaycan SSR gənclərinə və 

respublikada olan sovet döyüşçülərinə müraciəti qəzetlərdə çap olunub. Yenə də məsuliyyət hissinə, mərdliyə, 

dəyanət göstərməyə, respublikada və onun paytaxtı Bakıda vəziyyəti normal hala salmaq üçün zəmin yaratmağa 

çağırırlar. 

Görəsən normal hal deyəndə  nə  nəzərdə tutulur? Yüz dəfə söz oynatsalar da elə ikinci abzasdan əsl 

məqsəd açıqlanır: "Son vaxtlar respublikanın məruz qaldığı iqtisadi ziyanın yerinin doldurulması  məqsədilə 

qarşılıqlı anlaşmanı, yüksək əmək məhsuldarlığını təmin etmək həmişəkindən daha çox vacibdir. 



 

25 fevral. 

 


55 

 

Azərbaycan Bəstəkarlar İttifaqının VII qurultayı başa çatdı. Qurultayda yanvar faciəsini törədənlərə sərt 



münasibət bildirildi. Çox təəssüf ki, mətbuat bunu lazımınca işıqlandırmadı. Mətbuat! görünür, yaralı yerimiz 

olduğuna görə tez-tez bu mövzuya qayıtmalı oluruq. 

Qəzetlərimizdə "Silah tutulmuşdur" başlığı altında fotolar çap edilmişdir.  Şəkilləri müşayiət edən 

mətnin məzmunu belədir: "Dövlət Təhlükəsizliyi, Daxili İşlər Nazirliyi və hərbi prokurorluq orqanları Lənkəran 

şəhərində Azərbaycan Xalq Cəbhəsi Lənkəran  şöbəsinin silahlı üzvlərini tutmaq üzrə döyüş  əməliyyatı 

keçirərkən çoxlu odlu döyüş silahları (avtomatlar, tapançalar), əldəqayırma qumbaralar, ov tüfəngləri və 

kiçikçaplı tüfənglər, 100 mindən çox kiçikçaplı patron, yandırıcı maddə doldurulmuş butulkalar ələ keçirmişlər. 

Həmin fakt üzrə cinayət işi qaldırılmış və istintaq aparılır". 

Şəkildə isə tirlərdə işlədilən, yəni mətndə deyilən 26 kiçikçaplı tüfəng, iki tapança, bir avtomat silah var. 

Böyük hay-küylə təqdim edilən "çoxlu odlu döyüş silahı" bax bunlardır! 

Belə yerdə adamın yadına kefli İsgəndərin son monoloqu düşür! 

 

26 fevral. 

 

Fövqəladə  vəziyyət  şəraitində mitinqlər, küçə yürüşləri, toplantılar üzərinə  sərt yasaq qoyulduğu bir 



vaxtda televiziya ilə "Azərbaycan Ziyalılarının Demokratik İttifaqı" yaradıldığı xəbər verilir və yığıncaqdan re-

portaj göstərilir. Bu yaxınlarda yaradılmış "Kristal" xüsusi konstruktor-texniki metal qaynağı bürosunun direk-

toru, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü Nizami Süleymanov da ittifaqın sədri seçilmişdir. Belə bir 

vaxtda qəflətən yaradılmış  təşkilatın geniş reklamı heç də birmənalı qarşılanmamışdı. Bu azmış kimi yu-

murtadan yenicə "cik" etmiş  təşkilat qəzet səhİfələrində respublika əməkçilərinə müracpət edir. Müraciətdən 

bəzi məqamlar bu ittifaqın hansı məqsədlə yaradıldığını aşkarlayır. 

"Azərbaycanın xalq təsərrüfatının çox böyük itkilər verdiyini aydın  şəkildə göstərmişdir. Bu 

respublikanın təsərrüfat hesabına və özünümaliyyələndirməyə keçməsi yolunda ciddi əngəldir". 

"Adamları tezliklə işə qaytarmaq, onları siyasi məsələləri tətil yolu ilə həll etməyin məhvedici olduğuna 

inandırmaq, haqq işi uğrunda mübarizə aparmaq lazımdır". (Necə də məntiqsizlik. Məgər haqq işi uğrunda tətil 

vasitəsilə mübarizə aparmaq olmaz? Görəsən bu adamların dünya inqilabları  və milli-azadlıq hərəkatlarının 

tarixindən xəbərləri varmı?! Məgər Hindistan Böyük Britaniyanın cəngindən tətil vasitəsilə qurtulmadımı?-



(N.Ö.). 

"Azərbaycan xalqının antirus əhval-ruhiyyədə olduğunu göstərmək cəhdləri çox məsuliyyətsiz 

cəhdlərdir." 

"Ümumiyyətlə, Azərbaycan ziyalıları nümayəndələrinin fikri birdir: tətil dayandırmalı, respublika 

əməkçilərinə vəziyyəti araşdırmaqda kömək göstərməli, düzgün siyasi mübarizə yolları seçməli". 

"Başqa yol yoxdur və ola da bilməz. Respublika iqtisadiyyatının sarsılmasına yol verməməliyik. Axı 

nəticədə iqtisadiyyatın ayrı-ayrı sahələri və müəyyən müəssisələr dağıla bilər, ölkənin başqa regionlarına 

köçürülər. Belə  təhlükə isə realdır: müqavilə öhdəliklərinin pozulması istər-istəməz mövcud iqtisadi 

münasibətlərin dağılmasına doğru aparır. Buna qətiyyən yol vermək olmaz: əks-təqdirdə bizi fəlakət gözləyir. 

Respublika ziyalıları nümayəndələrinin vəzifəsi əmək kollektivləri ilə əlaqəyə girib kütlələr arasında izahat işi 

aparmaqdan ibarətdir." 

Ölkədə iqtisadi münasibətlərin dağılması, milli ucqarlardakı mühüm obyektlərin tikintisinin dayandırıl-

ması və s. çoxdan başlayıb. Bunlar isə.. Yada karın məsəli düşür. Kar deyir: — ... bu nə taqqır-tuqqurdu? 

Moskvada SSRİ Ali Sovetinin üçüncü sessiyasında çox mübahisəli məsələlər ortaya atılır. Keçən il 

Baltik respublikalarında prezidentlik məsələsi ortaya atılanda Moskva, xüsusən M.S.Qorbaçov qəti etiraz edirdi. 

İndi isə özü prezident vəzifəsinin vacibliyini irəli sürür. Özü də bunu o dərəcədə vacib sayır ki, "xalq 

deputatlarının üçüncü qurultayını gözləmədən, elə fevral ayındaca qurultay çağırmaq istəyir. 

Ən qızğın mübahisələr suveren respublikaların SSRİ  tərkibindən çıxmaq haqqında qanunun 

hazırlanması  ətrafında gedir. Deputatlardan Valerion Advadze qanun layihəsini belə qiymətləndirib: "Əslində 

komissiya tərkibdən çıxmaq yox, çıxmamaq barədə qanun hazırlayır." 

Yanvarın 30-da Gədəbəy rayonundakı  İsalı  kəndinin sakinləri M.Vəliyev,  İ.Hüseynov, A.Zeynalov, 

A.Cəlilov və F.Niftəliyev kənd rabitə qovşağının rəisi A.Qurbanovun "Jiquli"sində Saratovkadan kəndlərinə 

gedərkən "yoxa çıxmışlar". Azərbaycan SSR Daxili İşlər Nazirliyi bu günlərdə  həmin  şəxslərin meyitlərinin 

Krasnoselsk rayonunun Artvaşen (yəni Gədəbəy rayonu ərazisindəki Başkənd - İ.Ö.)  və Artaşat rayonu 

ərazisində tapıldığını xəbər verir. 

 

24 fevral. 

 


56 

 

Mərkəzi televiziya da Barnaulda silah anbarına hücum məlumat verdi. Lakin silahın göndəriləcəyi 



cənub rayonunun adını bildirmədi. Son dövrlərin nəticəsi göstərir ki, başqa regionların adı həvəslə çəkilir, belə 

hallarda yalnız Ermənistanın adı qeyd edilmir. 

SSRİ Ali Sovetinin üzvü, şair Oljas Süleymenov Bakıdan qayıdandan sonra xəstələnib. "Raboçaya 

trpbuna" qəzetinin müxbiri onunla xəstəxanada görüşüb. Müxbirin yazdığına görə, Oljas möhkəmcə qrip olub. 

Jurnalist Y.Kirinitsiyanov Oljas Süleymenovdan aldığı müsahibəni "İnsanlıq harayı" adlandırıb və müsahibənin 

əvvəlində  şairin Azərbaycan SSR-in Qaradağlı  kəndinin sakini Zakir Abbasovdan aldığı teleqramın mətnini 

verib. Teleqramda deyilir: "Xalqımız üçün faciəli günlərdə bizimlə bir yerdə olduğunuza görə  səmimi 

minnətdarlığımı bildirirəm. Siz bizi başa düşmüş, ümumi dərdimizə  şərik çıxmış, diqqət və qayğımızla 

hamımıza mənəvi dayaq olmuşsunuz". 

Oljasın dediyindən aydın olur ki, yanvarın 20-də Moskvada Ali Sovetin qanunçuluq və hüquq qaydası 

məsələləri üzrə komissiyasının iclasında iştirak etməli imiş. Yanvarın 20-də  qəzetlərdən Bakıda fövqəladə 

vəziyyət tətbiq edildiyini eşidib oraya yollanıb. Şair ilk təəssüratını belə qiymətləndirir: "Şəhərə ordu girmişdir, 

deyəndə hər şey aydınlaşır. Ordunu pisləmək olarmı? O, əmri yerinə yetirirdi. Amma aydın görünür ki, "Bakı 

əməliyyatı"nı hazırlayarkən düşmən ilə opponent arasında böyük fərq olduğunu icraçılara izah etməyənləri 

pisləmək lazımdır". 

Bu da 1986-cı ilin dekabrında Almaatı faciəsini yaşamış Oljas Süleymenovun mülahizəsi. Görünür, hələ 

çox zaman lazımdır ki, insanlar düşündükləri kimi danışmağa alışsınlar. 

Respublikada nəinki partiya biletlərini atanlara təzyiq, dilətutma güclənir. Hətta deyərdim ki, Sov.İKP-

yə kütləvi qəbul kampaniyaları aparılır. Az qala elə  təqdim edirlər ki, beş-üç nəfər partbiletini atıb, indi də 

peşmançılıq çəkib geri götürür. Bu kampaniyadan bəzi partiya məmurları gəlir mənbəyi kimi istifadə də edir. 

Partbiletini geri almaq istəyənlərdən rüşvət almamış geri qaytarmırlar. Bəlkə bunun özü də bir cəza formasıdır. 

Oljasın müsahibəsində isə deyilir: "Stolun üstündə küçədən yığılmış qalaq-qalaq partiya bileti dururdu - on dörd 

min bilet. Yeni birinci katib L.Mütəllibova ağır miras qalmışdır". 

Ağır miras qalmışdır yox! Bu mirası Mütəllibov və onunla eyni vaxtda rəhbər vəzifədə  işləyən 

xalqından və millətindən uzaq düşmüş, Moskvaya sədaqətlə xidmət edənlər, bərkə düşəndə  də "mən də bu 

xalqın oğluyam" deyənlər yaratmışlar. 



 

27 fevral. 

 

Dünən SSRİ Ali Sovetinin üçüncü sessiyası Kremldə  işini davam etdirmişdir. Fövqəladə  vəziyyətin 



hüququ rejimi haqqında qanunun SSRİ Nazirlər Soveti tərəfindən təqdim olunmuş layihəsi müzakirəyə 

verilmişdir. Çernobıl və Spitak, Fərqanə  və Dağlıq Qarabağ, Bakı  və Düşənbə hadisələri fövqəladə  vəziyyət 

tətbiq olunmasını  tələb etmişdir. Qanunun olmaması hakimiyyət və idarə orqanlarını ya qətiyyətsizliyə  və 

fəaliyyətsizliyə, ya da əsassız tədbirlərə əl atmağa vadar edir. 

İttifaq Soveti qərara almışdır: layihə birinci oxunuşda bəyənilsin və elə bu sessiyada qəbul oluna bilməsi 

üçün Millətlər Sovetinin müzakirəsinə verilsin. 

Bugünkü sessiyanın ümumi iclasında M.S.Qorbaçov istədiyinə nail oldu. Qorbaçov müzakirələrə yekun 

vurarkən dedi: "Disskusiyanın bir çox iştirakçıları prezident hakimiyyətinin təsis edilmə təklifini bəyəndilər." 

SSRİ xalq deputatlarının növbədənkənar qurultayını martın 12-13-də çağırmaq qərarı alındı. 

 

28 fevral. 

 

Şəhidlərin qırxı yaxınlaşır. hər yerdə bir gərginlik var. Xüsusən rəhbərlik bərk qurcuxmaya düşüb. 

Qorxurlar ki, Şəhidlər xiyabanını ziyarətə  gələnlər oradan birbaşa Mərkəzi Komitənin binası qarşısına və ya 

Lenin meydanına toplanıb günahkarların cəzalandırılmasını, o da baş tutmasa rəhbərliyin istefasını tələb edə. 

Odur ki, Bakı  şəhərinin komendantı general-leytenant B.K.Smıslovun məlumatı kütləvi informasiya 

vasitələri ilə yayılıb və çap olunub küçələrə vurulub. Orada deyilir: "Martın 2-də matəm tədbirləri keçirilməsi 

ilə  əlaqə-dar olaraq, vəziyyətin hər hansı  şəkildə mürəkkəbləşməsinin qarşısını almaq üçün Bakı  şəhəri 

sakinlərinin xahişi ilə  mən fevralın 28-dən başqa  şəhərlərin nəqliyyat vasitələrinin Bakıya gəlməsini ciddi 

surətdə məhdudlaşdırmağı qərara almışam. Yollarda və dəmir yol nəqliyyatında güclü qoşun dəstələri qoyulacaq 

və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bir sıra digər əməli tədbirlər görüləcəkdir. 

Rayon hakimiyyət orqanlarının, müəssisə və idarələrin rəhbərlərindən xahiş edirəm ki, həmin müddətdə 

nəqliyyat vasitələrinin  şəhərə göndərilməsini dayandırsınlar.  Ətraf qəsəbələrin və respublika rayonlarının 

sakinlərinin şəhərə qrup halında, ekskursiyaya və digər məqsədlərlə səfərlər təşkil edilməsin. 


57 

 

Matəm tədbirləri keçirilən yerlərdə bütün vətəndaşları ictimai asayişi gözləməyə, vəziyyətin 



gərginləşməsinə yönəldilmiş hər hansı hüquqa zidd hərəkətlərə yol verməməyə çağırıram. 

Xatırladıram ki, fövqəladə vəziyyətin qüvvədə qaldığı dövrdə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1990-

cı il 15 yanvar tarixli fərmanına uyğun olaraq şəhərdə yığıncaqlar, mitinqlər, küçə yürüşləri, habelə nümayişlər 

keçirilməsinə icazə verilmir. Hörmətli Bakı şəhəri vətəndaşları, sizdən xahiş edirəm, qanuni tələblərini yerinə 

yetirəsiniz." 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə