İsmayil vəLİyev (ÖMƏROĞLU)



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix07.06.2017
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

1 mart. 

 

SSRİ Ali Sovetinin sessiyasında qapalı iclas keçirilmişdir. Qapalı iclasda Ermənistan və Azərbaycanda 



yaranmış vəziyyət müzakirə edilmişdir. Televiziya və radio ilə aydın məlumat verilməmişdir. 

C.Buşla M.Qorbaçov cari məsələlər barədə telefonla fikir mübadiləsi etmişlər. Quzey Kıprıs Türk 

Cümhuriyyətində türklər çoxsaylı nümayiş keçirərək Azərbaycanda törədilmiş  qırğınları pisləşmiş, onlarla 

həmrəy olduqlarını bildirmişlər. 

Amerika senatında yenidən Osmanlı imperiyası dövründə erməni qırğınını (genosidi) təsdiqləyən sənəd 

müzakirəyə çıxarılmamışdır. Bu dəfə onun müzakirəsinə tərəfdar olanların sayı 48-ə enmişdir. 

Türkiyə senatın məsələyə baxılmasını  rədd etməsindən məmnun qalmışdır və Türkiyədəki Amerika 

hərbi məntəqəsi və idarələri üçün tətbiq etdiyi müvəqqəti sanksiyanı aradan götürdüyünü bildirmişdir. 

Azərbaycana ordu yeridilməsi nəticəsində şəhid olanların qırxı tamam olur. Bu münasibətlə məscidlərdə 

yasin oxunmuşdur. 

"Amerikanın səsi" radiosu verilişində şəhidlərin qırxı münasibəti ilə yasin oxunuşunu səsləndirmişdir. 

Sabah Bakıda, Şəhidlər xiyabanında mərasim keçiriləcəkdir. Azərbaycanın əksər rayonlarında və  şəhərlərində 

xeyrat məclisləri təşkil olunmuşdur. 

 

XÜSUSİ TƏHQİQAT 

 

20 yanvar faciəsinin qırxını bütün xalqımız mütəşəkkilliklə keçirdi. Bu qəm xalqı daha da birləşdirdi. 



Yollar boyu qırmızı qərənfillər düzülmüşdü. Qəm, kədər içərisində olan xalq tankların, növbə çəkən əsgərlərin 

yanından qürurla keçirdi. 

Bu qanlı faciələr də tarixə çevrildi. Xalqımız bunu heç vaxt unutmayacaq. Azadlıq yolunda tökülən 

şəhid qanları unudulmaz. Şəhidlər yalnız uyduqları xiyabanda deyil, xalqın yaddaşında yaşayacaqlar. 

"Şit" ictimai təşkilatının müstəqil hərbi ekspertlərinin bir qrupu SSRİ Baş  Hərbi Prokurorluğuna 

müracpət etmişdir. Bu il iyulun 12-dən 22-dək qrupun üzvləri 1990-cı ilin yanvarında Bakıda baş vermiş 

hadisələri müfəssəl təhqiq etmiş, Azərbaycan SSR Ali Sovetinin sərəncamında olan materialları Bakının 

partiya-dövlət aparatının və daxili işlər idarəsinin operativ məlumatlarını, ballistik və trassoloji ekspertiza 

materiallarını,  şəhərin xəstəxana və meyitxanalarının işçilərinin tibbi rəylərini, ifadələrini öyrənmişlər; 

ekspertlər 18 videokasetə (54 saat) baxmış, Bakının vəzifəli  şəxslərinə, hərbi qulluqçularına və sakinlərinə 

suallar vermiş, hadisə yerlərini nəzərdən keçirmişlər. Komissiya 1990-cı ilin yanvarında Bakıda hərbi cinayət 

törədildiyini yəqin etmiş və hərbi cinayətlərin törədilməsində təqsiri olan SSRİ Müdafiə naziri D.T.Yazova və 

başqa  şəxslərə qarşı cinayət işi qaldırmağı  tələb etmişdir. Müstəqil ekspertlərin rəyi (20 səhifədən ibarətdir, 

daxil olma nömrəsi 13812-dir) prokurorluğa iyulun 20-də verilmişdir. Həmin rəyi ixtisarla veririk. 

 

MÜSTƏQIL TƏHQIQATIN NƏTICƏLƏRI

 

Fövqəladə vəziyyət tətbiq edilməzdən əvvəl şəhərdəki vəziyyət 

 

Yanvarın 13-dən 15-dək olan dövrdə Bakıda erməni əhaliyə qarşı kütləvi talanlar baş vermişdir. Heç bir 



təqsiri olmayan kişilər və qadınlar, ahıl adamlar öldürülürdü. Erməni ailələri Bakı qarnizonunun hissələrində, 

Qırmızı Bayraq Ordenli Xəzər hərbi Donanmasında, rayon daxili işlər  şöbələrində, məscidlərdə, milliyyətcə

 

azərbaycanlı və rus olan ayrı-ayrı vətəndaşların evlərində sığınacaq tapır və qorunurdular. Elə həmin günlərdə 



hərbi qulluqçuların və  dənizçilərin, habelə Azərbaycan Xalq Cəbhəsinin demokratik cinahının köməyi və 

mühafizəsi ilə erməni ailələrinin kütləvi surətdə köçürülməsinə başlanmışdı və bu iş ta fövqəladə vəziyyət elan 

olunanadək davam etdirildi. Sonrakı günlərdə ermənilərə qarşı talanların vüsəti zəifləmişdi. Yanvarın 18-19-da 

əslində heç bir talan yox idi. 



58 

 

Talanlar zamanı Azərbaycanın Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Komitəsinin  şəxsi 



heyətinin və həmin vaxt şəhərdə olmuş SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunları heç bir iş görmürdülər, 

hərçənd aşkar qətllər, zorakılıq, qarətlər və azğınlıqlar baş verirdi. 



 

Teleradio mərkəzinin enerji blokunun partladılması 

 

SSRİ Ali Soveti Millətlər Sovetinin milli siyasi və millətlərarası münasibətlər üzrə komissiyasının 



hazırladığı arayışda iddia edilir ki, teleradio mərkəzinin enerji bloku Xalq Cəbhəsinin xadimləri tərəfindən 

sıradan çıxarılmışdır. Bu informasiyanı mətbuat və televiziya dəfələrlə təkrar etmişdir. Amma faktlar başqa şey 

deyir. 

Teleradio mərkəzinin keşiyini Bakı Ümumqoşun Komandirləri Məktəbinin kursantları (160 nəfər) 



çəkirdi. Yanvarın 19-da saat 19-da yarımhərbi-yarımidman forması geymiş 4 nəfər silahlı adam teleradio 

mərkəzinə  gəldi. Mərkəzin mühafizə  dəstəsi gələnlərin sərəncamlarını sözsüz yerinə yetirirdi. Gələnlər enerji 

blokunun növbə  rəisi  İ.Hüseynovdan və növbə elektriki V.Romanovdan soruşub aydınlaşdırdılar ki, teleradio 

mərkəzinin enerji təchizatını necə pozmaq olar, ehtiyat dizel-elektrik generatorları varmı (belə generatorlar yox 

idi). Hüseynovu və Romanovu sorğu-suala tutduqdan sonra otaqdan çıxartdılar və mühafizə altına aldılar. Saat 

19-25 dəqiqədə enerji bloku partladıldı. Teleradio mərkəzinin keşiyini çəkənlər heç bir reaksiya vermədilər. 

Partlayış və yanğın haqqında məlumat Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinə saat 19.30 

dəqiqədə verildi. Lakin teleradio mərkəzinin keşiyini çəkən hərbçilər milis əməkdaşlarını oraya buraxmadılar. 

Yanvarın 20-də  səhər Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin  əməliyyat-istintaq qrupu (istintaq 

şöbəsi rəisinin müavini polkovnik R.Mansurov) istintaq yerini nəzərdən keçirib sənədlər tərtib etmişdi. Amma 

biz yoxlamanın nəticələri ilə tanış ola bilməmişik. Ekspertlərin çıxartdıqları nəticə budur: teleradio mərkəzinin 

enerji blokunu Sovet Ordusunun və ya SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin xüsusi qrupu partlatmışdır. 



 

Fövqəladə vəziyyət tətbiq edilməsi haqqında xəbərdarlıq 

 

Hərbi qüvvə  işlədilməyə hazırlıq görüldüyü barədə  əhalinin vaxtında xəbərdar edilməsinin böyük 



əhəmiyyəti vardır: belə olsaydı, adamlar ağıllarını başlarına yığar və evlərinə dağılışardılar, tələfat az olardı. 

Vətəndaşlıq hüquqları  və siyasi hüquqlar haqqında 1966-cı il tarixli beynəlxalq paktın 4-cü maddəsinin 1-ci 

bəndində deyilir ki, fövqəladə  vəziyyət tətbiq ediləcəyini rəsmən elan etmək lazımdır. Halbuki Bakıda 

fövqəladə  vəziyyət tətbiq edildiyini əhali ilk dəfə ancaq yanvarın 20-də  səhər saat 5.30 dəqiqədə  şəhərin 

komendantı Dubinyakın radio ilə çıxışından və vertolyotların səpməyə başladıqları vərəqələrdən öyrənmişdi — 

o vaxt şəhər artıq qoşunlar tərəfindən tutulmuş və qırğın olmuşdu. 



 

Psixoloji hazırlıq 

 

Bakı qarnizonunun, Qırmızı Bayraq Ordenli Xəzər Hərbi Donanmasının, Bakı Ümumqoşun 



Komandirləri Məktəbinin hissələrindən istifadə edilən istiqamətlərdə mülki əhali arasında tələfat az olmuşdur. 

Şəhərə ilk dəfə qədəm qoyan və güclü psixoloji hazırlıq keçən ehtiyat qüvvələr və hissələr barədə isə tamamilə 

başqa sözlər deyilməlidir.  Şəxsi heyətə  təlqin etmişdilər ki, ordunun Bakıya yeridilməsindən məqsəd yerli 

əhalinin vəhşicəsinə  qırdığı rusları qorumaqdır; evlər, damlar, mənzillər Xalq Cəbhəsinin avtomatçıları ilə 

doludur. Şəxsi heyət öz həyatı üçün qorxur, qızğın müqavimət gözləyirdi, amansızlıq etməyə psixoloji cəhətdən 

hazır idi. Bundan əlavə, ehtiyatdan çağırılanlar arasında cinayətkarlar da vardı. 



 

Qoşunların şəhərə yeridilməsi 

 

Yanvarın 20-ə keçən gecə şəhərin giriş yolları, Bakı qarnizonu hissələrinin məskən saldıqları yerlərini 



qapıları  ağır yük maşınları ilə, beton bloklarla blokadaya alınmışdı, piketçilər tərəfindən qorunurdu. Piketçi-

lərin silahlı olduğunu təsdiq edən sənədlər yoxdur; rəsmi şəxslər də belə sübutlar təqdim etməmişlər. 

Qoşunlar Bakıya yanvarın 20-də saat 00-da "Bakı  şəhərində fövqəladə  vəziyyət tətbiq edilməsi 

haqqında" SSRİ Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 19 yanvar tarixli fərmanına müvafiq surətdə daxil 

olmağa başlamışdılar. 

Tanklardan, zirehli transportyorlardan, piyadaların döyüş maşınlarından istifadə edilirdi (zirehli texni-

kanın üstündə nömrələr yox idi); Qırmızı Bayraq Ordenli Xəzər hərbi Donanmasının gəmilərindən desant çıxa-

rılmışdı. 



59 

 

Qoşunlar bütün istiqamətlərdə avtomat və pulemyotlardan necə  gəldi atəş açırdılar və bunun da 



nəticəsində mülki əhali arasında çoxlu tələfat olmuşdur; 121 nəfər həlak olmuş, 700-dən çox adam yaralanmış, 

12 nəfər itkin düşmüşdür. Aeroport rayonundan kələn qoşunlar xüsusilə amansız hərəkət edirdilər — onlar 

ehtiyatdan çağırılanlar hesabına komplektləşdirilmişdi. Səhər saat 6-da şəhər qoşunların tam nəzarət altında idi. 

Yanvarın 20-24-də  şəhərin müxtəlif yerlərində nizamsız atışmalar davam etmişdir, Salyan kazarmaları 

rayonunda xüsusilə intensiv atışma olmuşdur. 

Piketçilərin silahlı olduğunu sübut edən sənədlər olmasa da, blokadanın yarıldığı ilk dəqiqələrdə piketlər 

tərəfdən qoşunlara atəşlər açılmış, məhz bu, ordunu geniş miqyasda atəş açmağa təhrik etmişdir. Ordunun 

ümumi itkisi belədir: 21 nəfər həlak olmuş, 90 nəfər yaralanmışdır. Lakin əgər piketçilər silahlı olsaydılar, şəhər 

vuruşması şəraitində hücuma keçənlərin tələfatı bir neçə dəfə çox olardı. Saysız-hesabsız şahidlər təsdiq edirlər 

ki,  şəhərin müxtəlif yerlərində qoşunlara avtomatdan atəş açan nömrəsiz minik maşınlarının  şütüdüyünü 

görmüşlər. Bu maşınlar qoşuna atəş açan kimi dərhal uzaqlaşırdı. Maşınlarda kimlərin olduğu müəyyən 

edilməmişdir. 



 

Salyan kazarmaları yaxınlığında vuruşma 

 

Hissənin komandiri, polkovnik Antonovun verdiyi məlumatdan belə  çıxır ki, yanvarın 19-dan 20-nə 



keçən gecə Salyan kazarmalarından bayıra çıxan zirehli texnika və  hərbçilər  şiddətli pulemyot-avtomat atəşi, 

yaxınlıqdakı evlərin pəncərələrindən və damlarından yaraqlı snayperlərin atəşi ilə qarşılaşmışlar. Qoşunlar 

cavab atəşi açmışlar. Amma blokadanın yarılmasında iştirak etmiş  hərbi qulluqçuların və kazarmaların 

ətrafındakı evlərdə yaşayan adamların dediklərinə görə, kazarmanın darvazası qarşısındakı qalaqlar saat 00.30 

dəqiqədə artıq dağıdılmışdı. Hər iki istiqamətdə intensiv atışma saat 2-dək davam etmişdir. Gecə saat 2-də 

"Krasnı Vostok" məhəlləsindəki 1 nömrəli evin və başqa evlərin girəcəklərində  əsgərlər vardı. Onlar birinci 

mərtəbəyə toplaşmış sakinlərin gözü qarşısındaca giriş qapılarından çıxıb avtomatlardan küçə boyunca nişan 

almadan uzun-uzadı atəş açır, güllələri yelpik kimi səpələyirdilər. Gündüz saat 13-də məhəllənin yaşayış evləri 

(xüsusən 1 və 333 nömrəli evlər) Salyan kazarmaları tərəfdən intensiv atəşə tutulmağa başlanmışdı. Saat 16-da 

1 nömrəli evin dördüncü mərtəbəsinin mənzilləri qumbaralardan atəşə tutulmuş  və bu zaman iki mənzil 

tamamilə darmadağın edilmiş, yanğın qopmuşdu. Sakinlər əsgərlərə təklif etmişdilər ki, dama qalxıb kimin atəş 

açdığını öyrənsinlər. Onlar əsgərləri inandırmağa çalışırdılar ki, 1 nömrəli evdə  və yaxınlıqdakı evlərdə zabit 

ailələri (əsasən istefada olan zabitlərin ailələri) yaşayırlar, burada heç bir terrorçu yoxdur. Buna baxmayaraq, 

atəş davam etdirilmişdir yanvarın 21-də, 22-də, 23-də və 24-də intensiv atışmalar olmuşdur. 

Əldə olan məlumatı təhlil etməklə hərbi ekspertlər aşağıdakıları aydInlaşdırmışlar. "İkitərəfli" intensiv 

pulemyot-avtomat atəşinin və snayperlərin atəşinin ilk saatlarında  ərazidə çoxlu adam olduğu halda iki hərbi 

qulluqçu öldürülmüşdür. Onları ilk dəqiqələrdə — birini şimal qapısı, digərini cənub qapısı  ağzında 

öldürmüşlər. Əgər doğrudan da intensiv atəş getsəydi, ölənlərin və yaralananların sayı qat-qat çox olardı. 

1 və 333 nömrəli evlərin tamamilə darmadağın edilmiş  mənzilləri bir yana, onların divarlarında və 

salamat qalmış  pəncərələrin  şüşələrində onlarca güllə izi vardır. Hərbi ekspertlər tibb-sanitariya hissəsində 

qırılmış iki şüşə istisna edilməklə "üzbəüz tərəfdə", Salyan kazarmalarının evlərinin divarlarında bir dənə  də 

güllə izi aşkar etməmişlər, hərçənd qarşılıqlı atışmalar beş gün davam etmişdir. 

Güman etmək təbiidir ki, beş günlük döyüşlər ərzində yaraqlıların və snayperlərin bir neçəsi silahı ilə 

birlikdə yaxalanmalı, onların familiyaları, adları, əllərindəki silahın tipləri və başqa əlamətlər müəyyən edilməli 

idi. Amma vəzifəli şəxslər istintaq komissiyasına nə bir dəlil təqdim edə bilmişlər, nə də bir familiya. 

Ekspertlər bu nəticəyə  gəlmişlər ki, yanvarın 20-də ilk saatlarda məhəllənin yaşayış evləri tərəfdən 

adam vurmaq məqsədilə intensiv pulemyot-avtomat atəşi olmamış, yaraqlı snayperlər atəş açmamışlar. 

Yanvarın 21-24-də  qəsəbənin evləri tərəfdən gülləsiz patronlarla atəş açan xüsusi qrup olmuşdur. Bu yalançı 

atışma komandanlığa ondan ötrü lazım idi ki, ekstremistlərin guya uzun müddət müqavimət göstərib 

vuruşduqlarını sübut etsin, mülki əhali arasında böyük tələfata haqq qazandırsın. 



 

Nəticələr 

 

Bakıda fövqəladə vəziyyət tətbiq edilməsi gedişində aşağıdakılar baş vermişdir: 



* adamlar yaxın məsafədən açılan atəşlə, xüsusi qəddarlıqla yerindəcə öldürülmüşlər. Məsələn, 

içərisində sərnişinlər, o cümlədən uşaqlar olan 39 nömrəli "İkarus" avtobusu gülləyə tutulmuşdur; 

* tanklar və zirehli transportyorlar qəsdən minik maşınlarını basmış və onların içərisində olan adamlar 

öldürülmüşdür; 



60 

 

* xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuşdur. Məsələn, tanklar 67-50 AQP, 67-51 AQP, 39-



97 AQS nömrəli "təcili yardım" maşınlarını atəşə tutmuşdur. Həkim A.Marxyovka öldürülmüşdür: 

* Kalaşnikov avtomatlarından ağırlıq mərkəzi dəyişdirilmiş 5,45 çaplı güllələr atılmışdır. Bədənə daxil 

olanda hərəkət istiqamətini dəyişən belə güllə insanı sıradan çıxarmaqla yanaşı, onun iztirablarını qat-qat artırır; 

* ölülərin qiymətli  şeyləri oğurlanmış, mənzillər qarət edilmiş  və  vətəndaşlar soyulmuş, tutulub 

saxlananlar təhqir edilmiş, onların insanlıq ləyaqəti alçaldılmışdır. 

 

Yekun 

 

Bakıda SSRİ Silahlı Qüvvələrindən xarici təcavüzdən müdafiə üçün deyil, ölkənin öz xalqına qarşı 



istifadə olunmuşdur. Bu cəza  əməliyyatı müharibə aparılmasının beynəlxalq hüquqla qadağan edilmiş 

vasitələrindən istifadə olunmaqla təqsirsiz adamların qabaqcadan təşkil edilmiş qırğınıdır. Əməliyyata rəhbərlik 

etmiş  və ordunun şəxsi heyətinin hərbi cinayətlər törətməsinə imkan vermiş SSRİ Müdafiə naziri bununla da 

beynəlxalq hərbi tribunalın nizamnaməsinin 6-cı maddəsinə, habelə Azərbaycan SSR Cinayət Məcəlləsinin 

şəxsiyyətə qarşı cinayətlərə aid maddələrinə (üçüncü fəsil) düşən hərbi cinayət işləmişdir. Ordunun heyətinin 

hərbi cinayətlər törətmiş başqa şəxsləri barəsində də cinayət işləri qaldırılmalıdır. Bakı şəhərinin vətəndaşlarına, 

idarə  və  təşkilatlarına vurulmuş maddi zərərin  əvəzi SSRİ Müdafiə Nazirliyi tərəfindən ödənilməlidir. Elə 

həmin mənbələrdən öldürülənlərin ailələrinə konpensasiyalar və müavinətlər verilməli, yaralıların və şikəstlərin 

müalicə olunması və reabilitasiyası ilə əlaqədar xərclər ödənilməlidir. 

Müstəqil hərbi ekspertlər bu rəyi SSRİ-nin, RSFSR-in, bütün müttəfiq respublikaların xalq 

deputatlarının nəzərinə çatdırmağı vacib bilirlər. 

 

A. Yevstiqneyev. 

ehtiyatda olan 1 dərəcəli kapitan, texnika elmlər namizədi



Q.Melkov. 

ehtiyatda olan II dərəcəli kapitan. 

Hüquq elmləri doktoru; 

B.Murasov.  

ehtiyatda olan podpolkovnik. 

 

BU FACİƏ UNUDULMAZ 

 

Azərbaycan xalqı  hər il 20 yanvarı matəm günü kimi qeyd edir. Xalqın tarixində qara səhifə kimi 



yaşayan bu faciə ilə bağlı  hələ çox şey üzə  çıxarılmalıdır. Bu faciənin günahkarlarının çoxu hələ  də sakit 

yaşayırlar. 

20 yanvarda Azərbaycan xalqına qarşı  hərbi təcavüz edilib, xalq hərb-siyasi təzyiqə  məruz qalıb. 

Tapdalanan hüquqlarını qorumaq istəyən xalqın iradəsini  əzmək, onun qürurunu təhqir etmək üçün dəhşətli 

cinayət törədilib. Müstəqilliyə qovuşan Azərbaycan xalqı heç vaxt bu dəhşətli faciəni unutmayacaq. 

 

Texniki redaktoru S. ƏHMƏDOV 



"Azərbaycan Ensiklopediyası" NPB-nin kompüter mərkəzində yığılıb çapa hazırlanmışdır.  

Mərkəzin müdiri G. QOCAYEVA 

Kompüter tərtibatçısı M. ORUCOV 

Yığılmağa verilmiş 23.11.96. Çapa imzalanmış 10.01.97.  

Kağız formatı 84x108 1/32. Şərti çap vərəqi 7,14 hesab-nəşr vərəqi 7,2.  

Ofset çap üsulu. Sifariş 2 Tirajı 1000. Qiyməti müqavilə ilə Azərbaycan Respublikası  Mətbuat və 

İnformasiya Nazirliyi. 

"Azərbaycan Ensiklopediyası" Nəşriyyat - Poliqrafiya Birliyi. Bakı -370004. Böyük Qala küçəsi, 41 

"Goytürk". tel. 92-89-01 

 

Vəliyev İsmayıl Ömər oğlu 

QARA GÜNDƏLİK (Azərbaycan dilində) 

"Azərbaycan Ensiklopediyası" Nəşriyyat Poliqrafiya Birliyi Bakı - 1997 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə