İsmayil vəLİyev (ÖMƏROĞLU)



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix07.06.2017
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

14 yanvar. 

 

Lənkəranda sakitlikdir. "Kommunist" qəzetinin müxbirlərinin  şəhərdəki hərbçilərin xanımlarından 



aldıqları müsahibəyə zabit arvadlarının "Burası yaxşıdır ki, həyatın ahəngi pozulmayıb. Uşaqları bağçaya qoyub 

borş bişirmək üçün kələm almağa gəlmişik..." cavabını alıblar. 

Müxbirlər "Lənkəran, 13 yanvar" adlandırdıqları yazılarını  aşağıdakı nikbin sonluqla bitiriblər: "Gün 

ərzində aldığımız məlumata görə rayonda vəziyyət dəyişmir, asayişin pozulmasına dair heç bir hadisə baş 

vermir. Axşamtərəfi müvəqqəti müdafiə komitəsinin könüllüləri vacib obyektlərin keşiyinə yollanırlar..." 

Amma, nədənsə, yazının sərlövhəsi ötən il Gürcüstanda baş verən faciədən bəhs edən bir yazının 

sərlövhəsini -"Tbilisi, 9 aprel" xatırlatdı. Allah axırını xeyir eləsin. 

SİTA-nın yaydığı bir məlumatda deyilir: "1990-cı il yanvarın  əvvəllərində  İran  İslam Respublikası 

Xarici  İşlər Nazirinin müavini M.Vaizi və nazirliyin pasportlar və vizalar departamentinin müdiri Tale 

Mənuçöhr Məssulə başda olmaqla İran nümayəndə heyəti SSRİ-də olarkən vətəndaşların Sovet-İran sərhədini 

keçmələrini, həmçinin hər iki ölkənin vətəndaşlarının öz qohumlarına qonaq getmələrini sadələşdirmək, eləcə də 

digər məsələlər barəsində Moskvada və Bakıda Sovet-İran danışıqları aparılmışdır. 

Danışıqların gedişində İran nümayəndələri sərhədçilərin əlaqələrini və vətəndaşların öz şəxsi işləri üçün 

səfərlərini sadələşdirmək haqqında Sovet təkliflərini diqqətlə  nəzərdən keçirməyə razılaşmışlar. Azərbaycan 

SSR Xarici İşlər Nazirliyi ilə birlikdə hazırlanmış sənədlərin layihələri İranın nümayəndələrinə verilmişdir. 

İran tərəfi danışıqları başa çatdırmaq və müvafiq sazişlər imzalamaq məqsədilə bu il yanvarın 

axırlarında sovet nümayəndə heyətini Tehranda qəbul etməyə hazır olduğunu bildirmişdir. 

50 ilin, 20 ilin, lap elə beşilliklərin planlarını  əvvəlcədən hazırlamağa adət etmiş SSRİ görəsən 

Azərbaycan-İran, Azərbaycan-Türkiyə münasibətlərindəki bu irəliləyişə bircə il əvvəl icazə versə, nə olardı?! 

... Rəsmi mənbələrdən fərli bir şey öyrənmək mümkün deyil. Bakı  şəhərinə  və  ətraf qəsəbələrə SSRİ 

Daxili  İşlər Nazirliyinin bölmələrinin gətirilib yerləşdirildiyindən söhbət gedir. Amma onları küçə  və 

meydançalarda, ictimai yerlərdə gördüm deyən yoxdur. Başqa vaxt az qala hər addımda adamın gözünə girən 

hərbçilər, milis işçiləri də elə bil qeybə çəkiliblər. 

Bakıda talanlardan, ermənilərin öldürülməsindən.  şikəst edilməsindən bəhs edən xəbərləri xarici 

radiolardan eşitmək mümkündür. 

Qaçqınların yerləşdirilməsi, ərzaqla təmin edilməsinə başımız o qədər qarışır ki, şəhərdə baş verənlər-

dən də  xəbər tuta bilmirik. Başqa vaxt kömək almaq ümidilə  cəmiyyətə  gələn qaçqınlar da azalıb. Elə bil 

şəhərdəki hay-küydən ehtiyat edərək daldalara çəkiliblər. Gözdən-könüldən iraq olmağa çalışırlar. 

Meğridə yenə  də Naxçıvana gedən qatara erməni quldurları basqın edib. Qəribə burasıdır ki, basqın 

Qərçivan yaxınlığındakı milis postundan olub. Qatardakı maşınlar yerə endirilib. Yəni bu. artıq təxribat yox, 

açıqdan-açığa yol kəsib quldurluq etməkdir. Atılan güllələr teplovozu dəlib keçib. Şükür ki, maşinistlərə bir şey 

olmayıb. Qatarı müşayiət edən daxili qoşunların baş leytenantı  İqor Tişkonun silahını  əlindən alıb özünü də 

aparıblar. Meğri rayonunda erməni milisləri ilə quldurlar birləşib keçidləri və körpüləri tutduqlarından qatarların 

hərəkəti dayanıb. Bununla onlar həm Naxçıvanı, həm də Ermənistanı  nəqliyyat blokadasına almış olurlar. 

Moskva həmişə olduğu kimi yenə  də  susur.  Bu  hadisələrin biri Azərbaycanda baş versəydi gör nə qiyamət 

qoparardı. 

Gəncədən Hamlet Qasımov xəbər verdi ki, Şaumyan və Xanlar rayonlarının dağ  kəndlərinə erməni 

quldurlarının basqını nəticəsində həlak olmuş dörd nəfər vətənpərvəri Gəncədə dəfn ediblər. Erməni quldurları 

Şaumyan rayonundakı  Mənəş, Todan kəndləri, Xanlar rayonundakı Çaykənd, Azad, Kamo kəndləri yaxın-

lığındakı meşələrdə gizlənirlər, yoldan keçən maşınları atəşə tuturlar. Dörd nəfərin öldürülməsində deyəsən 

hərbçilər də iştirak edib. 

 


15 

 

15 yanvar. 

 

Dağlıq Qarabağda vəziyyət daha da gərginləşib. Erməni quldurları və milislər azərbaycanlılar yaşayan 



kəndlərə silahlı basqınları artırıblar. Gecə  Kərkicahan kəndinə basqın ediblər.  İki ev yandırılmış, bir nəfər 

yaralanmışdır. Xocavənd kəndindən də Ağdam rayon mərkəzi xəstəxanasına iki yaralı gətirilib. Ağdamla Şuşa 

arasında vertolyot əlaqəsi də dayandırılıb. 

Bakıda da vəziyyət gərgin olaraq qalır. Daxili İşlər naziri A.Məmmədovun məlumatına görə 34 nəfər 

öldürülmüş, 34 nəfər yaralanmış, 176 talan törədilmişdir. 

Azərinformun verdiyi məlumatda isə deyilir ki, Azərbaycan Xalq Cəbhəsinin fəalları erməniləri 

mühafizə edir, yardım göstərir, Bakını sağ-salamat tərk etmələrinə köməklik edirlər. Bunu aeroportda, dəniz 

limanında getməkdə olan ermənilər də etiraf edirlər. Bakı  Şəhər Daxili İşlər  İdarəsinin verdiyi bəyanatda da 

Azərbaycan Xalq Cəbhəsinin var qüvvə ilə  şəhərdə qayda-qanun və  əmin-amanlığı  bərpa etməyə çalışdığı 

göstərilir. Bəs belə isə onda Bakıdakı bu iğtişaşları kim törədir, talanları kim təşkil edir? Bu sual cavabsız qalır. 

Azərbaycan Xalq Cəbhəsi liderlərinin respublika televiziyası ilə son çıxışlarında partiya, sovet, hüquq-

mühafizə orqanları ilə birlikdə respublikada böhranlı  vəziyyətin normal hala salınması üçün birgə  tədbirlər 

görəcəkləri vurğulanırdı. İkinci tərəf, nədənsə, geri çəkildi. Gözləmə mövqeyi tutdu. 

Bu iğtişaş, qırğın, dağıntı azmış kimi başqa bir faciə  də baş verdi. Səhər tezdən - səhər yeməyi 

ərəfəsində yer sürüşməsi nəticəsində  Qırmızıbayraqlı  Xəzər Donanması baş bazasının bir sıra binaları 

uçmuşdur. Nəticədə 22 nəfər Xəzər dənizçisi torpaq altında qalmışdır. Bütün qüvvələr xilasetmə  işlərinə 

yönəldilib. 

Son günlərdə Bakıda doğulub, Bakıda boya-başa çatmış, Bakını özünə vətən bilən yüzlərlə erməni əsir-

yesir halında  şəhəri tərk etmək məcburiyyətində qalıb. Hara gedirlər, nə edəcəklər, necə yaşayacaqlar? Yenə 

Böyük Şeytanın fitvasına uyub qan-qan deyən ermənilərin ağrı-acısını sadə adamlar, bu fitnələrdən uzaq olan, 

ona aldanmayanlar çəkirlər. 

Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, SSRİ Ali Soveti İttifaq Sovetinin Sədri Y.M.Primakov, 

Sov.İKP MK katibi A.N.Girenko, SSRİ Nazirlər Soveti Sədrinin müavini V.X.Doqujiyev Bakıya gəldi. Beş-on 

gün  əvvəl Girenko, Nişanov və başqaları Bakıda, Naxçıvanda, Stepanakertdə idilər. Bir qara qəpiklik iş 

görsəydilər, bir balaca tərpəniş, irəliləyiş olsaydı, yəqin bu faciələr də baş verməzdi. 

Deyilənlər doğru çıxdı.  İş-işdən keçəndən sonra neçə vaxtdır Bakıda "gizlədilmiş" SSRİ Daxili İşlər 

Nazirliyinin qoşun bölmələri  şəhərdə görünməyə, patrul xidməti təşkil etməyə, postlar qoymağa başladılar. 

1988-ci ildə də belə oldu. Ermənistandan müsəlmanlar son nəfərinədək qovulandan sonra respublikada qayda-

qanun yaradılmağa başladı. 

Bakı  şəhər partiya komitəsinin müraciətləri xalqı birliyə, yekdilliyə, sağlam fikrə, düşünülməmiş 

hərəkətlərə yol verməməyə, ağıla, dərrakəyə, sakitliyə,  əmin-amanlığı qorumağa, Bakının təmiz adını uca 

tutmağa çağırır. Necə  də reallıqdan uzaq, boğazdan yuxarı çağırışlardır.  İki ildir xalqın başının altına yastıq 

qoyanların, həmişə ağıla, təmkinə, səbirli olmağa səsləyənlərin bu çağırışına kim inanar?! Özləri də bilirlər ki, 

çağırışlarına inanıb arxalarınca gedən olmayacaq. Sadəcə vəzifə borclarını yerinə yetirirlər. 

Bu günlərdə Azərbaycan KP MK bürosunda, Bakı  Şəhər Partiya Komitəsinin fövqəladə plenumunda 

Bakıda vəziyyət və şəraitin normal hala salmaq üçün təxirəsalınmaz tədbirlər haqqında məsələyə baxılıb. Əməli 

iş, fəaliyyət yox, yalnız söz var. Özü də ütülənmiş, cilalanmış sözlər! Y.M.Primakovun, A.N.Girenkonun 

çıxışları da qəti bir iş görüləcəyini vəd etmir. İki ildir davam edən "tarazlaşdırma" siyasəti, qeyri-müəyyən 

vəziyyət, Azərbaycanı təmkinli olmağa çağırışlar!!! 

Y.M.Primakov, A.N.Girenko Azərbaycan Xalq Cəbhəsinin, yaradıcı ziyalıların, kütləvi informasiya 

vasitələrinin və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşmüşlər. Bu görüşlər, nədənsə, adamın 

yadına Mirzə Cəlilin "Leontyev" felyetonunu salır. 

Bakıda vəziyyət sakitləşməyə doğru gedirdi. Dağıntılar, hay-küylər, tökülən qanlar elə bil adamları 

düşünməyə, təhlil etməyə vadar etmişdi. Çoxluq böyük bir narahatlıqla bu "qarışıqlığı kim törətdi?" sualı 

ətrafında baş sındırır. Şayiələrin sayı isə həndəsi silsilə ilə artır. 

Belə bir vaxtda Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı elə bil öləziyən ocağa yağ tökdü. 

Alov yəqin yenə də şiddətlənəcək, ətrafa da yayılacaq. M.S.Qorbaçovun sədrliyi ilə keçirilən Ali Soveti Rəyasət 

Heyətinin iclasında "Dağlıq Qarabağ Muxtar Vilayətində  və  bəzi başqa rayonlarda fövqəladə  vəziyyət elan 

edilməsi haqqında məsələ müzakirə edilmiş, "Dağlıq Qarabağ Muxtar Vilayətində  və  bəzi başqa rayonlarda 

fövqəladə vəziyyət haqqında" fərman qəbul edilmişdir. 



 

 

 

16 

 

16 yanvar. 

 

Azərbaycan yenə  pətəyinə çöp uzadılmış arı yuvasını xatırladır. SSRİ Ali Soveti Rəyasət Heyətinin 



"Dağlıq Qarabağ Muxtar Vilayətində  və  bəzi başqa rayonlarda fövqəladə  vəziyyət elan edilməsi haqqında" 

fərmanı geniş müzakirə mövzusuna çevrilib. Həmişə  Mərkəzi Komitənin, Ali Soveti Rəyasət Heyətinin 

qərarlarını  ləbbeyk deməklə qarşılayan, onu Quran ayəsi kimi "müqəddəs" (əlbəttə sözdə) bilib vəzifələrini 

yalnız təbliğ etməklə bitmiş hesab edən Azərbaycanın partiya, sovet işçiləri, ziyalıları indi tamam başqa əhvali-

ruhiyyə ilə müzakirə edirlər. Necə deyərlər, adamlarda bir az cəsarət hissi baş qaldırdığından hərə öz 

mülahizəsini söyləyir. Bu da təbiidir ki, fikir ayrılığına gətirib çıxarır. 

Ən maraqlısı budur ki, fərman hələ respublika qəzetlərində çap olunmayıb. Amma fəhlələr də, kəndlilər 

də, savadlı da, savadsız da müzakirəyə qoşulub. Xarici radiostansiyaların fəaliyyəti öz bəhrəsini verir. Adamlar 

yerli kütləvi informasiya vasitələrinin məlumatlarına biganə yanaşır, xaricinkilərini isə  həvəslə  qəbul edirlər. 

SSRİ kütləvi informasiya vasitələri bəsit, birtərəfli məlumatları ilə zaman-zaman abunəçilərini itirib. 

Fərman yalnız Azərbaycan tərəfdə deyil, Ermənistanda, Dağlıq Qarabağda da əks-reaksiya doğurub. 

Erməniləri daha da aqressiv edib. Salahlı basqınlar mütəşəkkil hücumlara çevrilməkdədir. Sədərək 

yaxınlığındakı  Kərki kəndini  əhali tərk etmək, mal-heyvanlarını, toyuq-cücələrini, bir sözlə, neçə illər dişlə-

dırnaqla qurduqları ev-eşiklərini itirib didərgin düşmək məcburiyyətində qalıblar.  Əli  Şamilovun telefonla 

verdiyi bilgiyə görə qaçqın ailələri Naxçıvanın müxtəlif kəndlərində qohumlarının yanında yerləşiblər. Kəndi iki 

milis və bir də ov silahları ilə silahlanmış AXC fəalları qoruyur. Onların da üst-üstə sayı 17 nəfəri keçmir. 

Yerevandan Dağlıq Qarabağa gedən  şose yol Kərki kəndinin yanından keçir. Ermənilər yollarının 

üstündə belə bir maneənin olmasına razı ola bilmirlər. Sovet Ordusu hissələri də bu silahlı toqquşmalara 

müşahidəçi kimi qalsa nə var? Əksinə, hücum edənə yardımçı olur. 

Azərbaycan KP MK binasında Sov.İKP MK-nın milli münasibətlər  şöbəsi müdirinin birinci müavini, 

tarix elmləri doktoru V.A.Mixaylov Qaçqınlar Cəmiyyətinin nümayəndələri və ziyalılarla görüşdü. Görüşdə 

Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri prof. P.Qocayev, beynəlxalq icmalçı, prof. H.Əliyev, 

"Sov.Ermənistanı" qəzetinin keçmiş redaktoru Z.Qurbanov, tibb elmləri doktoru, prof. N.Rzayev, bu sətirlərin 

müəllifi və b. iştirak edirdilər. Görüşdəki söhbəti adətim üzrə yazıya aldım. Burada həmin qeydlər ixtisarla 

verilir. 

V.M.  - Sov.İKP katibinin tapşırığına  əsasən mən bir neçə gündür əhalinin müxtəlif qrupları ilə 

görüşürəm. Sizi də görüşə bu məqsədlə dəvət etmişik. 



N.Q. - Bu cür görüşlərə və söhbətlərə, rəsmi tədbirlərə çox böyük ehtiyac var. Ona görə ki, qaçqınların 

vəziyyəti olduqca ağırdır, mən deyərdim ki, acınacaqlıdır. Azərbaycan, demək olar qaçqınlar respublikasına 

çevrilmişdir. Erməni ekstremistlərinin düşmənçilik siyasəti nəticəsində Ermənistan SSR-dən, Özbəkistandan, 

Qazaxıstandan və ölkənin digər yerlərindən 300 minə  qədər qaçqın Azərbaycana pənah gətirib. Bu qaçqınlar 

təkcə azərbaycanlılardan ibarət deyil. Buraya kürdlər, məhsəti türkləri, ləzgilər, ruslar, ukraynalılar və b. 

xalqların nümayəndələri də daxildir. Bəzi dairələrdə deyildiyi kimi, bizdə millətçilik dərin kök salmış olsa idi, 

hamı buraya pənah gətirməzdi. Məsələ ondadır ki, respublika əhalisinin öz həyat şəraiti, vəziyyəti ağır olduğu 

halda bu qədər qaçqını yaşayış yeri, geyim, ərzaq və s. ilə  təmin etmək çox çətindir. Qaçqınların qovulması, 

öldürülməsi, əmlaklarının əldən çıxması, açığını desək, mərkəzi hökuməti və mətbuatı narahat etmir. Bu böyük 

problemə laqeydlik göstərilir və bu laqeydlik indi də davam etməkdədir. Silah və zor gücünə Ermənistanın 

bütün rayonlarından eyni vaxtda, bir neçə gün ərzində kütləvi qovulmaya, bu bədnam, mütəşəkkil tədbirə siyasi 

qiymət verilmədi. Soyuq qış günlərində qarlı zirvələri aşıb gələnlərə, don vurub öldürmüş  uşaqlarını  və 

qohumlarını  dəfn etməyə imkan tapmayan qaçqınlara biganəlik göstərildi. Onlar yalnız xalq yardımı ilə 

məktəblərdə, ictimai binalarda, şəxsi evlərdə yaşamalı oldular. Onlara lazımi yardım göstərilmədi. Beynəlxalq 

və İttifaq xeyriyyə və şəfqət təşkilatları bu işə cəlb edilmədi. Əvvəlki kimi fəlakəti ört-basdır etdilər. Yardım 

barədə söhbət salanda dedilər ki, qaçqınların gəldiyi respublika onların qayğısını  çəkməli, vəsait ayırmalıdır. 

Lakin bu günədək heç bir vəsait ayırmayıblar. Axı adamlar hər gün ümidlə  dərdlərinə  əlac, çarə gözləyirlər. 

Qaçhaqaç dövründə 100-dən çox adam öldürülüb, yaxud ölüb. Lakin indiyədək heç bir cani, heç bir cinayətkar 

cəza almayıb. 

V.M. - Doğrudur, ölüm halları çox olub. Lakin cinayətkarları müəyyənləşdirmək çətindir. 

N.Q. - Ciddi məşğul olmurlar. Mərkəzi mətbuat isə birtərəfli mövqe tutur. Təkcə "Literaturnaya qazeta" 

dalbadal faktları  təhrif edən dörd məqalə verib, hamısında da anti-Azərbaycan ruhu hakimdir. Qaçqınların 

başına gətirilən bəlalar, onların faciələri barədə də mətbuat susur. Qaçqınlara status verilməyib. 

V.M. - Mən də onların statusu məsələsi ilə razıyam (qeydlər götürdü). 

N.Q. - həm də Ermənistan  ərazisindən azərbaycanlıların qovulmasına kompleks halda yanaşmaq 

lazımdır. Əsrin əvvəllərində, 20-30-cu illərdə, 1948-1952-ci illərdə və 1988-ci ildə bizim xalqı kütləvi şəkildə 



17 

 

qovublar, yaxud da onlar öz yurdunu tərk etməyə məcbur qalıblar. Azərbaycan əhalisinin illər boyu artma və 



azalmasını təhlil etmək kifayətdir. həm də oradan təkcə azərbaycanlıları deyil, kürdləri, rusları, ukraynalıları da 

sıxışdırıb çıxarırlar. 



V.M. - Bəli, ona görə də artıq Ermənistan monoetnik respublikaya çevrilmişdir. 

N.Q. - Mərkəzi mətbuat bu məsələlərdən yan keçir. Sumqayıt məsələsinin səbəblərini də düzgün şərh 

etmirlər. Erməni millətçilərinin hərəkətlərinə göz Yumulur. Naxçıvana gedən dəmiryolu Ermənistan ərazisində 

Meğridə gülləbaran edilir. 

V.M. - Mən Naxçıvanda olanda çox şeyi öz gözümlə görmüşəm. Qaçqınların ağır vəziyyətini də. 

N.Q. - İndi də Bakıda baş verən hadisələr düzgün şərh edilmir. Bizə məlum olmayan cinayətkar qruplar 

Bakıda evləri talan edir, hər şeyi isə qaçqınların üstünə yıxırlar. Məsələni ayırd etmədən nəticə çıxarmaq olmaz. 

Düzdür, qaçqınların düşdüyü indiki vəziyyət çox pis nəticələr verə bilər. Lakin onları bu cür günahlandırmaq 

olmaz. Siz yaxşı bilirsiz ki, belə çaxnaşmalar olan zaman oğru və cinayətkar qruplar daha mütəşəkkil hərəkət 

edirlər. 

V.M. - Əlbəttə, mən də inanmıram ki, burada qaçqınlar günahkardır. Hər  şey təhlil edilməli, səbəblər 

aşkara çıxarılmalıdır. 



N.Q. - Burada mərkəzin də günahı az deyil. Çox şey qulaq-ardına vurulur. 

V.M. - Mən sizinlə razılaşıram. Burada mərkəzin də günahı var. 

Z.Q. - Ermənistandan qovulmuş deputatlar burada öz seçiciləri ilə iş apara bilmirlər. Biz 13 deputatıq. 

Mən hələ də vəzifəmdən rəsmən azad edilməmişəm. Biz deputat kimi fəaliyyət göstərmək istəyirik... 



V.M. - Bəli, bu ciddi məsələdir (yazıb, qeyd edir). H.Ə. - Mən işimlə əlaqədar xarici ölkələrdə oluram. 

Bu yaxınlarda ABŞ-dan qayıtmışam. Bizim respublikada baş verən faciələr  əslində bütün sovet xalqlarının 

faciəsidir. Burada xüsusi qüvvələr fəaliyyət göstərir. Erməni xalqının özünü bu oyuna təhrik edirlər. Eçmiədzin 

kilsəsi də bu işdə eyni fəaliyyət göstərir. Açıq ideoloji təxribat aparılır. Bu oyuna on illərlə hazırlıq görülüb. 

1970-ci ildə Z.Balayan bunu öz kitabında açıq yazmışdır. Uzun illərdi ki, ermənilərlə türklərin arasını vuran 

təbliğat davam edir. Roma papası M.Qorbaçovdan xahiş edir ki, erməniləri müdafiə etsin. ABŞ-da erməni 

milyonçuları bu işə böyük məbləğdə pul sərf edir və iş görürlər. "İzvestiya" və başqa mətbuat orqanları açıq-

aşkar millətçi erməni mövqeyindən çıxış edir. Qaçqın ermənilərin çoxu ErmƏnistanda qeydə alınır, ev, vəsait 

alıb Bakıdakı evlərini satmağa gəlirlər. Bu da adamları narazı salır. Onlar şəhərdəki hökumət evlərini 

azərbaycanlıların şəxsi mülklərinə dəyişirlər. Vəziyyət getdikcə mürəkkəbləşir. 



V.M. - Vəziyyət gərginləşir. Həm də nə Balayan, nə Kaputikyan, nə də başqaları əziyyət çəkmirlər. Xalq 

əziyyət çəkir. Ona görə məsələnin həlli yolu tapılmalıdır. Lakin necə? 



N.Q. - ...  Əhaliyə indiyədək düzgün informasiya verilmir. Volski komitəsi vəziyyəti sabitləşdirmək 

əvəzinə daha da mürəkkəbləşdirdi.  İndi də çox şeyə göz yumulur. Ermənistana və Dağlıq Qarabağa raket 

silahlar daşınır. Lakin heç kəs soruşmur və demir ki, bunlar haradan gətirilir və kim gətirir? Ermənistanda, hətta 

dustaqları azad edib onlara müvafiq döyüş tapşırığı verilir. 



V.M. - Mətbuatdan ermənilər də narazılıq edirlər. Neyləmək olar? Jurnalist vicdanından çox şey asılıdır. 

N.Ö. - Sovet mətbuatı özbaşına mətbuat deyil. Partiya mətbuatında kim nə istəsə yaza bilməz. Açıq-

aşkar birtərəfli ictimai rəy formalaşdırılıb. Azərbaycanlıların "düşmən obrazı"nın yaradılması  işinə  mərkəzi 

mətbuat az canfəşanlıq göstərmir. Bir də əgər hər şey jurnalistlərin vicdanından asılıdırsa niyə obyektiv yazan 

jurnalistlərin reportajları  dərc olunmur. Bizim mətbuata hər cür nəzarət olunur. Yerevan mətbuatı isə istədiyi 

kimi hərəkət edir, böhtan və yalan yazır. SİTA-nın məlumatlarına bəs nə ad verək? O ki jurnalist vicdanı ilə 

bağlı deyil. SİTA dövlətin mənafeyini ifadə edən təşkilatdır. Bir də kimin nədən narazı qaldığını açıq bildirmək

elan etmək lazımdır. Qoy bizim də, ermənilərin də iradlarını mətbuat açıq yazsın. Onda hər şey aydın görünər. 

Dəfələrlə SİTA və mərkəzi televiziya səhv etdiyini bildirib. Lakin səhvinə düzəliş verməyib. Bu xalqın əsəbləri 

ilə oynamaq deməkdir. Mətbuatın praktikasında bu bağışlanılmaz hal hesab olunur. Siz dediniz ki, hər iki tərəfi 

razı salmaq çətindir. Məncə bu düzgün deyil. Məncə  hər respublikanın öz məlumat agentliyi var. Mərkəzi 

mətbuat qoy bu agentliklərin məlumatlarını olduğu kimi versin. Səhvləri olsa onların şərh etmək hüququ var, ya 

özləri, ya da mütəxəssislər faktı şərh etsinlər. Onda hamının mövqeyi aydın olar... 

Sizin "cinayətkarları cəzalandırmaq çətindir" fikrinizlə razılaşmaq çətindir. Gəlin, görək cinayətkarları 

cəzalandırmaq istəyən varmı? Əgər istəyən varsa, bəs qaçqınların ərizələri, şikayətləri niyə il yarımdır baxılmaz 

qalır? Axı, onlar dəqiq göstərirlər ki, onlara silahlı basqın edənlər kimlərdir? Hansı partiya, sovet və milis işçisi 

onlara hücum edib. İndiјədək onların biri də olsun məһkəmə məsuliyyətinə cəlb edilməyib. Dəfələrlə Sov.İKP 

MK işçilərinə, mərkəzi nazirlik və mətbuat rəһbərlərinə iradlarımızı demişik, һamısı da bizimlə razılaşdıqlarını 

bildirib. Lakin bunun bir təsirini, səmərəsini görməmişik. Dəfələrlə yoxlama komissiyaları  gəlib, öz doğma 

yerlərinə qayıtmaq istəyənlərə kömək etməyiblər. 

V.M. - Geri qayıtmaq istəyən yoxdur. 


18 

 

İ. Ö. - Düz bir ildən çox Noyemberјan rayonunun əһalisi evlərini dəyişdirmədi. Geri qayıtmaq istədilər. 

Mərkəzdən yüksək səviyyəli 5-6 komissiya gəldi. Vəd verildi ki, onların qayıtmasına  şərait yaradılacaq. 

Komissiyaların arayışlarına da mərkəzdə məһəl qoyulmadı. Hətta açıqca bildirdilər ki, bizim əlimizdən һeç nə 

gəlmir, һər şey Qorbaçovdan asılıdır. Mərkəzdə erməni lobbisi işə mane olur. 

N.Q.  - Baş katibin xarici səfərlərində  və  ətrafında onlar çoxluq təşkil edirlər. Başqa zümrədən adam 

yoxdur bəyəm? 



V.M. - Bu mənim məsələm deyil, kadrları, məsləһət verənləri o özü seçir. 

İ.Ö. - "Moskovskiye novosti" qəzetinin qərəzli mövqeyi barədə Sov.İKP MK işçiləri tədbir 

görəcəklərini vəd etdilər. Lakin onları  eşidən olmadı. Qəzet indi də birtərəfli, qərəzli yazılar verir. Məncə 

Sov.İKP MK və  mətbuata rəһbərlik edən təşkilatlar ya nüfuzdan düşüblər, ya da işi bacarmırlar. Bir sözlə, 

yerlərdə və mərkəzdə müəyyən məqsədlər ilə təmənnalı adamlar artıb. İşi bacarmayan, vəziyyəti dərk etməyən

onu qiymətləndirməyən vəzifəlilər çoxalıb. Onların maymaqlığından isə müəyyən mafiyalar və millətçilər 

məһarətlə istifadə edirlər. 



V.M. - Mən bütövlükdə söһbətinizdən razı qaldım. Çox məsələləri qeyd elədim. Bu barədə rəһbərliyə 

məlumat verəcəyəm. 



İ.Ө.  - Bu sizin vəzifə borcunuzdur. Mən isə öz müşaһidələrimə, indiyədək aparılan söһbətdə 

görünməyən tədbirlərə əsaslanıb deyirəm ki, əvvəlki söһbətlər, danışıqlar kimi bunun da yəqin һeç bir faydası 

olmayacaq. Yalnız bizim xatirəmizdə qalacaq, bir də dəftərçələrimizdə... 

 

İyun, 1990-cı il

 

Məlum  һadisələrdən xeyli sonra müxtəlif vəzifəli adamları yenidən gördük və onların məsələlərə 



münasibətinin bir daһa  şaһidi olduq. V.A. Mixaylov Azərbaycan KP-nin otuz ikinci qurultayına gəldi. 

Qurultayda çıxış elədi, məsələlərə öz münasibətini bildirdi. Onun çıxışından aldığım təəssüratı ümumiləşdirib 

oxucuların nəzərinə çatdırıram. 

V.A.Mixaylov çıxışının  əvvəlində öz adından, mərkəzi orqanları  təmsil edən yoldaşları adından 

Azərbaycan xalqına onun keçirdiyi ağrılara və iztirablara görə dərin һüznlə başsağlığı verdi. Onu da qeyd elədi 

ki, bu dərd-sər və iztirablar Azərbaycan xalqının başına özgələrin günaһı üzündən gəlmişdir,  һəyata yenicə 

qədəm basan yüzlərlə nakam gəncin ömrünə son qoymuş, minlərlə adamı  sərgərdan etmişdir. Bu sözləri 

eşidəndə Qanlı yanvar һadisələrindən bir neçə gün əvvəl onun televiziya ilə çıxışı mənim yadıma düşdü. 

O, qətiyyətlə deyirdi ki, Bakıya ordu yeridilməyəcək. Sonra isə şəһərə qəfil ordu yeridildi. Bu gün isə o, 

xalqa başsağlığı verir və inamla deyir ki, bu gün Sovet Azərbaycanı ona üz vermiş faciənin nəticələrini aradan 

qaldıraraq yeniləşməyə doğru gedir. Adamlar öz çoxmillətli evində dinclik istəyirlər. Biz gördük ki, iş öz 

aһənginə düşür,  şəһər və  kəndlərdə  һəyat qaynayır, xalq ənənələri dirçəlirdi. Bu sözlərə iradımız yoxdur, 

һəqiqətdir. Lakin sualımız var. Bəs Ermənistanda adamların "çoxmillətli evi" yox idimi? Orada dinc yaşamaq 

istəmirdilərmi? O, һəvəslə qeyd elədi ki, qurultayda istər respublika rəһbərliyinin, istərsə  də, mərkəzin 

buraxdığı səһvlər dəqiq təһlil edilmişdir. Azərbaycan xalqı Sov.MKP MK-dan, ölkənin ali dövlət orqanlarından 

da məһz bu cür cavab gözləyir. 

V.A.Mixaylovun çıxışı əgər şəxsi çıxış xarakteri daşısaydı irad tutmazdıq. Axı o özü Sov.İKP MK-nı 

təmsil edir. O, cavab verəcək adam deyilsə, xalqa MK-dan kim cavab verməlidir? Onun çıxışı bir cəhətdən də 

məni qane etmədi. Dağlıq Qarabağdan danışanda qeyd elədi ki, bu, nadir hal olsa da yeganə deyildir, əksinə, 

ölkəmiz üçün səciyyəvidir. O, Gürcüstanda, Özbəkistanda, Tatarıstanda, Qırğızıstanda, Ukraynada (Poltavada) 

və ölkənin dikər regionlarında millətlərarası münasibətlər zəminində baş vermiş toqquşmaları misal gətirdi. 

Sonra isə bildirdi ki, ölkədə yetişməkdə olan münaqişənin nə dərəcədə təhlükəli olduğunu görməmişlər. İlk dəfə 

Dağlıq Qarabağda qalxıb Baltik sahillərinədək gedib çıxan separatçılığın mərkəzdənqaçma dalğasının nə 

dərəcədə faciəli olduğunu lazımınca qiymətləndirməmişlər. V.A.Mixaylov çıxışında dedi: "Doğrudur, bütün 

bunlara baxmayaraq ölkə  rəhbərliyi Azərbaycanın  ərazi bütövlüyünü heç vaxt şübhə altına almamışdır". O, 

Ermənistanla vəziyyətin yenidən kəskinləşməsindən söz açaraq qeyd etmişdir ki, "yığma" qoşun döyüşçüləri" 

adlandırılan erməni terrorçuları qətiyyətlə tərk-silah edilməli və məsuliyyətə cəlb olunmalıdırlar. 

Mərkəzin nümayəndələri də təəssüf ki, "edilməlidir", "olunmalıdır" deyir, lakin tədbir görülmür. Yəni 

söz var, iş yoxdur. O, yenə  də  mətbuatın yanlış mövqeyindən söz salıb, qətiyyətlə bildirdi: "Biz, qurultayda 

Moskvanı  təmsil edən  şəxslər Azərbaycan xalqı haqqında mərkəzi kütləvi informasiya vasitələrinin yaratdığı 

yanlış  təsəvvürü tamamilə alt-üst etməliyik. Həm də Azərbaycanın bütün ictimai qrupları  və  təbəqələri 

fəallaşmalıdır ki, onların səsini Moskvada eşitsinlər". 



19 

 

V.A.Mixaylov və onun kimi Sov.İKP MK nümayəndələri, hətta mərkəzin başqa səlahiyyətli elçiləri də 



bol-bol vədlər verirlər. Lakin heç bir iş görmürlər. Bu vədi şəxsən mən V.A.Mixaylovun dilindən son bir ildə 

dəfələrlə eşitmişəm. Nəticəsi isə yoxdur. Yəni dəyirman öz işini görür, çaxçaxı baş ağrıdır. 

Çıxışının sonunda Mixaylov da köhnəlmiş partiya üslubuna sədaqətli olduğunu göstərib dedi: 

"Azərbaycan Kommunist Partiyası bu çətin dövrdə sosialist məramına sadiq olduğunu sübut etmişdir. Oktyabr 

ideallarına sadiq qalır". Soruşmaq lazım idi ki, ay "yoldaş", bu aydındır, söhbət qeyri-sadiqlərdən getməlidir. 

Cavab verməlisən ki, mərkəz və onun bəzi dairələri nə üçün bu "ideallara" sadiq deyil, niyə onlar xalqa xəyanət 

edir? Bu yol xalqı və ölkəni hara aparacaq? Nə üçün siz və mərkəzin sizin kimi nümayəndələri müttəfiqinizin 

qayığını okeanın ortasına buraxıb, gəminizi sürüb gedirsiniz və onlara sadiq olduğunuzu elan edirsiniz. Axı 

coşğun dalğalar bu şüarları eşitmir. 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə