İsmayil vəLİyev (ÖMƏROĞLU)



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix07.06.2017
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

21 yanvar. 

 

Bu gün də Azərbaycan üçün qanlı-qadalı gəldi. Salyanda və Əli Bayramlıda atışmaların davam etdiyi 



barədə xəbərlər gəlir. Bakıda Salyan kazarmasında hələ də döyüş gedir. Orada azərbaycanlı zabitlər, əsgərlər, 

gürcü, osetin, çeçen, inquş və b. millətlərin nümayəndələri ilə birləşib orduya qarşı vuruşurlar. 

Saat 20-ni keçib, qaranlıqda oradan alovlu güllələr göyə atılır. 

Bu gün nəqliyyat, televiziya işləmir. Moskva radiosu ilə erməni ləhcəsi ilə, Azərbaycan dilində 

Qorbaçovun özünə bəraət qazandırmaq məqsədi ilə hazırlanmış çıxışının mətni verilir. Uydurmalarla, yalanlarla 

bəraət olmaz. 



24 

 

Bakı radiosu ilə general Dubinyak çıxış edib bildirdi ki, 83 nəfər həlak olub, 14-ü əsgərdir. Xarici 



radiolar daha çox informasiya verirlər. "Nemetskaya volna" 20-30-da mətbuat icmalı verirdi. Jurnal materialları 

barədə söhbətdə "Strana i mir" jurnalının son nömrəsindən materiallar verirdilər. 



Qeyd: Qorbaçovun bu tədbiri əkər bəyənilirsə, bəs ordusu olmayan Azərbaycanın ordusu olsaydı və ona 

tabe olmayan Stepanakertdə belə qan töksəydi Qorbaçov onu bəyənərdimi? 

Əgər ona tabe olmaq istəməyən (əslində belə deyil. İki aydır xalq Vəzirovun istefasını  tələb edirdi) 

Bakının qana boyamaq məqbuldursa, onda gərək bu məntiqlə ona tabe olmayan Stepanakerti də Azərbaycan 

ordusu (olsaydı) bu cür qana boyayaydı. 

General-leytenant Dubinyak Bakı  şəhərinin komendantı kimi çıxış edib ölənlərin sayının bir daha 83 

nəfər olduğunu və vəziyyət normal hala düşən kimi komendant saatının ləğv olunacağını bildirdi. 

Radio həmçinin bildirdi ki, Azərbaycanın "Qurtuluş", "Yeni Musavat", "Demokratik" partiyası  və b. 

partiyalar birgə bəyanat qəbul etmişlər. 

Yusif Səmədoğlunun məlumatında deyilirdi ki, gəmilər Bakı limanını blokadaya alıb. Onlar hərbi 

gəmilərin buraya daxil olmasına imkan vermirlər. Xəzər gəmiçiləri bildirmişlər ki, hərbi gəmilər limana daxil 

olsa onlar əllərindən gələn hər cür tədbiri görəcəklər. "Qurtuluş" partiyasının rəhbəri Məhəmməd Hatəmi 

bildirdi ki, şəhidlərin 40-ı çıxana kimi Azərbaycan tətil etməli, hamı saqqal buraxmalıdır. 

Naxçıvana zəng vururam. Döyüş zamanı həlak olanların və yaralıların sayı dəqiqləşdirilib. 8 nəfər ölüb, 

63 nəfər yaralanıb. Naxçıvan televiziyası və radiosu verilişlərini artırıb. 8 dildə — fars, türk, ərəb, rus, ingilis, 

fransız, ispan, alman dillərində veriliş efirə verilir. Müxtəlif təşkilatlara, cəmiyyətlərə müraciətlər və başqa 

verilişlər səsləndirilir. 

Sevindirici haldır ki, Naxçıvanda "Şərq qapısı" qəzeti A-3 formatla olsa da nəşr edilir. Redaktor

mühafizəkar  əməkdaşlar qaçıb gizlənsələr də vətənpərvər bir qrup qəzeti hər gün nəşr edirlər. Qəzetin tirajını 

iki-üç dəfə artırıblar,  ən ucqar kəndlərə, səngərlərə  də göndərirlər. Bu sözsüz ki, adamlarda ruh yüksəkliyi 

yaradır. 

SSRİ-dən ayrılmış ilk respublikanın ilk azad qəzeti. Adam eşitdiklərinə inana bilmir. 

Bakıda televiziyanın enerji bloku partladıldığından Naxçıvan və  Şuşa televiziyaları Azərbaycan 

həqiqətlərini sərbəst, senzurasız yaya bilirlər. 

Əli  Şamilovun evinə  zəng vururam. Xanımı bildirir ki, sağ-salamat  İran  İslam Respublikasına keçə 

biliblər. Babək rayon partiya komitəsində katib işləyən  Əzizə xanım ürək ağrısı ilə söylədi ki, nümayəndə 

heyətlərinə başçılıq etməli olan partiya və hökumət işçiləri Culfadan geri qayıdıblar. 

Saat 23-00. 

"Amerikanın səsi" radiosunun Azərbaycan dilində verilişində  İran hökumətinin Sovet hökumətindən 

azərbaycanlılara qarşı mübarizəni dayandırmağı tələb etdiyi bildirilmişdir. İran hökuməti azərbaycanlıların İran 

tərəfdən silahla təchiz olunması fikrinin ağlasığmaz olduğunu bildirdi. İrana öz qohumlarını görməyə və ziyarət 

yerlərinə  gələnlər sonradan geri qayıtmaq niyyətindədirlər. Həmin radionun məlumatına görə M.Qorbaçov 15 

dəqiqə televiziya ilə  çıxış edərək onun çağırışlarına hər iki respublikanın  əhəmiyyət vermədiyini bildirmişdir. 

Qorbaçovun dediyinə görə Bakıda erməni ailələrinə  qəsd edildiyini və hökuməti devirmək istədiklərinə görə 

ordunun gücündən istifadə etmək məcburiyyətində qalmışdır. 

Yunusov adlı birinin xəbərində deyilirdi ki, aeroport yolunda meyitlər yolun içi ilə doludur. Dünən 

"İzvestiya" qəzetində yalan məlumat verilmişdi ki, əhali avtomat, qumbara və pulemyotlarla orduya atəş 

açmışdır. Halbuki ordu hissələri nəinki barrikada quranlara, hətta balkonlardan baxanlara da atəş açmışdır. 

Moskvada azərbaycanlıların nümayişində "Moskva rəhbərliyi erməni lobbisinin əlindədir", "Ruslar, 

övladlarınızı azərbaycanlıları  qırmağa göndərməyin!" kimi şüarlar və plakatlarla SİTA-nın binası qarşısına 

getmiş, onun düzgün məlumatlar verməsini tələb etmişlər. Amerika qəzetlərində nümayiş  və ondan şəkillər 

vermişlər. 

Leyla Yunusova məlumatında məscidə 300-dən çox meyit gətirildiyini bildirmişdir. 

Vaşinqtonda bu vəziyyətlə  əlaqədar konfrans olub. Alim Şirin Hanser bildirmişdir ki, bu məsələ  İran 

azərbaycanlılarını da hərəkətə gətirə bilər. Türkiyədə də azərbaycanlıların hökumətə təzyiq göstərməsinə səbəb 

olar və onu müdafiə işi görməyə təhrik edə bilər. Belədə rus hökuməti azərbaycanlılara qarşı daha sərt divan tuta 

bilər. 


Nəbi Vəlizadənin Bəxtiyar Vahabzadə ilə müsahibəsindən: 

— Rus işğal ordusu daxil oldu Bakıya.  Şəhəri bərbad günə qoydular, 2000-dən çox ölən var. Dəqiq 

bilmirik. Yaralılar həddindən çoxdur. Biz ermənilərlə münaqişədə müdafiəçiyik, erməni millətçiləri isə 

iddiaçıdırlar. Rus ordusu onları yox, bizi qırır. Qarabağ torpağında ermənilərə yer vermişik. Ermənilər özləri 

Qarabağa gəlməklərinin 150 illiyini qeyd etdilər. 


25 

 

Qorbaçov əclaf isə bizi qırır. Stalindən 5 qat artıq adam qırır. Ötən il gürcüləri, ondan əvvəl qazaxları, 



indi də bizi qırdı. O, bizi ekstremist adlandırır. 7 milyonluq xalq da ekstremist ola bilərmi. Qorbaçovun əlləri 

mənim xalqımın qanına bulanıb. Tarix boyu rus ordusu işğalçı olub. Mən bu gün MK qabağındakı nümayişdə 

partbiletimi cırdım. 

Vəzirov Qorbaçovun köpəyi idi. Qorbaçov da ermənilərin adamıdır. Onun arvadına ermənilər brilyant 

bağışladı. O, iddiaçı erməniləri qırmaq  əvəzinə bizi qırdı. Mütəllibov da Azərbaycanın xeyrinə bir iş görə 

bilməyəcək. Xalq Həsənovu istəyir. Naxçıvandan sonra biz ayrılacağıq. Ermənilər bu matəm günündə 

Naxçıvanda Sədərək deyilən  əraziyə hücum edirlər. Radionun dediyinə görə, regiona 17 minlik ordu hissəsi 

göndərilmişdir. 

İran Sovet hökumətindən tələb etmişdir ki, məsələni dinc yolla həll etsin. İranın bu məsələ ilə bağlı 

hərəkəti 70 milyonluq sovet müsəlmanlarına ciddi təsir etmişdir. Türklər bütün sərhəd boyu nümayiş etmək 

istəmişlər. Hökumət buna icazə verməmişdir. 

Görəsən bunlar Naxçıvandan getmiş nümayəndə heyətinin fəaliyyətinin nəticəsidirmi? Onlar 

haradadırlar, nə işlər görürlər? Bu suallara cavab almaq üçün İrana zəng vurmaq istəyirəm. Amma haraya, kimə 

zəng vurum? 

Naxçıvan Xalq Cəbhəsində  də onların telefonlarını, koordinatlarını bilmirlər. Söhbətlərindən belə 

anladım ki, əlaqəni kuryer vasitəsi ilə saxlaya bilirlər. 

Xalq Cəbhəsinin çağırışı ilə Muxtar Respublikada 21, 22, 23 yanvar matəm günü elan olunub. Nəinki 

şəhər və rayon mərkəzlərində, hətta kəndlərdə etiraz mitinqləri keçirilir. Nəinki sıravi kommunistlər, hətta 

vəzifəlilər də minlərlə insanın qanının tökülməsində günahkar olan Sov.İKP-yə öz nifrətlərini partbiletlərini 

yandırmaq və təhvil verməklə bildirirlər. 

Nyu-Yorkdan Türkiyə prezidenti Turqut Ozal hadisələri izlədiyini bildirmişdir və hadisələrin dinc yolla 

həllinə çağırmışdır.  İran parlamentinin üzvü Mehdi Kəruni ölənlərin ailələrinə başsağlığı vermiş, sovet 

rəhbərlərini problemi dinc yolla həll etməyə çağırmışdır. 

 

22 yanvar. 

 

Azərbaycanda matəm günüdür. Bu gün saat 12-00-də Azadlıq meydanında  şəhid olanların cənazəsi 



qoyulmuşdur. Yüz minlərlə adam toplaşmışdı. Tərpənməyə, hərəkət etməyə imkan yox idi. Cənazələr oradan 

Dağüstü parka yola salırdı.  Əvvəlcə  İlham adlı bir oğlan və onun həyat yoldaşı  Fərizənin cənazəsi torpağa 

endirildi. Ərinin öldürüldüyünü eşidən 6 ayın gəlini Fərizə özünü öldürmüşdü. İkinci şəhid rus idi. Azərbaycanlı 

dostu çıxış edib dedi ki, dostum Anatoli ilə kinoteatrın qabağına çıxmışdıq. Qəfildən tanklar gəldi və bizi 

güllələdi. Mən yaralandım, xəstəxanada özümə  gələndə bildim ki, dostum ölüb. 40-dan çox adam Dağüstü 

parkda dəfn olundu. Yol boyu qocalar, qadın və  gəlinlər gülab paylayır, bəzi adamlar gəlib keçənlərə su 

verirdilər. Sustalan, özündən gedən adamlar çox idi. 

Dəniz limanında olan gəmilərin fiti tükürpəşdiricidir.  İki gündür gəmilər haray qoparır. Azərbaycan 

dənizçilərinin belə mütəşəkkilliyini təsəvvürümə  gətirmirdim. Bakı  qırğını haqqında imkanları olan qədər 

məlumat yayırlar. 

MK-nın qabağında  şüarlar yazılmış, Qorbaçovun karikaturaları  çəkilmişdi. Ağ boya ilə yazılmışdı: 

"Qorbaçov Moskovskiy myasnik", "Vəziryan, Vazqen, Aqan-bekyan, Balayan", "Krovavıy Qorbaçov — tı 

palaç", "Sovetskaya armiya — faşistskaya armiya!", "Doloy KPSS", "Qeneralnıy qolovorez — uberi svoix 

palaçey". 

Bir  şəkildə sovet bayrağının qotaz ipləri dar ağaclarının kəndiri kimi çəkilmiş, bayrağın üstündə 

yazılmışdır: "KPSS — oplat kolonializma!". Küçələrdə yazılmışdı: "Soldatı! Ne povtoryayte traqediyu 

Afqanistana". Divarlara vərəqələr vurulmuşdu. Kommunistlərdən biletlərini qaytarması xahiş olunur. 

"Azadlıq" radiosu. Saat 22-də bildirdi ki, ölənlərin sayı çoxdur. Respublika klinik xəstəxanasının iki 

həkimi Mirzə Xəzərdən xahiş etdi ki, radio ilə bildirsin, bizim vəziyyətimiz ağırdır. Tibbi avadanlıq və dərman 

çatışmır. 

Bi-bi-si.  Moskvada Azərbaycan nümayəndəliyinin qarşısındakı nümayişdən danışdı. Azərbaycanlılar 

sonra SİTA binasının qarşısına gedib düzgün informasiya vermələrini tələb etmişlər. 



"Amerikanın səsi", saat 23. 

Südabə  İbrahimova ilə telefon söhbəti verildi. Südabə dedi ki, Moskva bizə pis münasibət bəsləyir. 

Camaatın üstünə ordu töküb. Səsimiz heç yana çatmır. Bizim hüquqlarımızı müdafiə edin. Naxçıvan artıq 

müstəqil respublikadır. Azərbaycan buna pis baxmır. Lakin başqa bizi müdafiə edən yoxdur. Xaricdəki 

qardaşlarımız, gərək bizə kömək edəsiniz, hüquqlarımızı müdafiə edin! 


26 

 

Radio məlumat verdi ki, Azərbaycan Ali Soveti ordunun çıxarılmasını tələb edir. Əks-təqdirdə SSRİ-nin 



tərkibindən çıxacağını bildirmişdir. 

Professor Firuz Kazımzadə  hər iki xalqı sevdiyini, hörmət bəslədiyini bildirdi. Dedi ki, hər iki xalq 

qədim və zəngin mədəniyyət, poeziya yaratmışdır. İndiki vəziyyət isə çox ciddi nəticələrə gətirib çıxara bilər. 

Sovet  İttifaqının vəziyyəti çox ağırdır. Xalqlar arasında ziddiyyətlər daha da dərinləşir. Vəziyyət qaydaya 

salınmasa bu, İrandakı azərbaycanlıları da ayağa qaldıra bilər.  İran hökuməti çalışır ki, bu ziddiyyət 

kəskinləşməsin. 

Bu gün (22 yanvar 1990-cı il) fərdi təqaüdçü, Azərbaycan KP MK-nın keçmiş birinci katibi, Sov. İKP 

MK siyasi bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər  Əliyev Moskvadakı 

Azərbaycan SSR-in Daimi Nümayəndəliyinə gəlib. Böyük insan tələfatına səbəb olmuş faciə ilə əlaqədar olaraq 

Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib və  mətbuat konfransı keçirib. Sonra da Arxangelsk 

televiziyasına müsahibə verib. 

H.Ə.  Əliyevin Moskvada daimi nümayəndəlikdəki çıxışı, onun Azərbaycan xalqına verdiyi başsağlığı 

haqqında SSRİ-nin kütləvi informasiya vasitələri məlumat vermədilər. Bir neçə gün sonra isə  nəinki Bakıda, 

Azərbaycanın hər yerində bu çıxışın mətni gizli ədəbiyyat kimi yayılmağa başladı. Heç bir qadağa və yasaq 



bunun qarşısını ala bilmədi. H.Ə. Əliyev Daimi Nümayəndəlikdəki görüşdə demişidir: 

Hörmətli yoldaşlar, xanımlar və  cənablar! Mən özümü təqdim edə bilərəm: Heydər  Əliyev — fərdi 

təqaüdçü, Azərbaycan KP MK-nın keçmiş birinci katibi, Sov.İKP MK Siyasi bürosunun keçmiş üzvü, SSRİ 

Nazirlər Soveti sədrinin birinci müavini. 

İki ildən artıqdır ki, mən təqaüddəyəm.  İnfarkt keçirəndən sonra xəstələnib təqaüdə  çıxmışam və iki 

ildən artıqdır ki, işləmirəm. 

Azərbaycanı  tərk etdiyim vaxtdan, yəni 1982-ci ilin dekabr ayından bəri mən birinci dəfədir ki, 

Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinin qapısından içəri girmişəm. Məni bura gətirən 

Azərbaycanda baş vermiş faciədir. Mən dünən səhər bu xəbəri eşitmişəm və  təbii ki, hadisəyə biganə qala 

bilmədiyimdən də bura gəlmişəm. Hər  şeydən  əvvəl mən bura, Azərbaycan torpağının Moskvadakı kiçik bir 

parçası sayılan Daimi Nümayəndəliyə ona görə gəlmişəm ki, böyük insan tələfatlarına səbəb olmuş bu faciə ilə 

əlaqədar olaraq Azərbaycan xalqına dərin hüznlə başsağlığı verəm.  İlkinçisi isə  məsələyə öz münasibətimi 

bildirəm. Azərbaycanın daimi nümayəndəsi  İbrahimov Zöhrabdan xahiş edirəm ki, mənim sözlərimi, mənim 

kədərimi və başsağlığımı Azərbaycan xalqına yetirsin. Təəssüf ki, indi mənim bundan başqa özgə bir imkanım 

yoxdur. 

İndi isə Azərbaycanda baş vermiş hadisələr haqqında. Mən bu aksiyanı qeyri-qanuni, antidemokratik, 

humanizm və ölkədə elan edilmiş hüquqi dövlət quruculuğu prinsiplərinə tamamilə zidd bir hərəkət kimi 

qiymətləndirirəm. Azərbaycanda belə mürəkkəb bir vəziyyətin yaranmasının çoxlu səbəbləri vardır. Mən indi bu 

səbəblərin təfərrüatına varmaq istəmirəm. Çünki bu çox vaxt aparardı, vaxt isə  həm sizdə, həm də burada 

iştirak edən başqa yoldaşlarda məhduddur. 

Artıq iki ildir ki, Azərbaycanla Ermənistan arasında millətlərarası zəmində münaqişə davam edir. Bu 

münaqişə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə əlaqədar olaraq yaranmışdır. İki il tamamilə 

kifayət idi ki, Azərbaycan və Ermənistan rəhbərləri, eləcə də ölkənin ali siyasi partiya rəhbərliyi bu məsələni 

nizama salsınlar və millətlərarası müharibəyə son qoysunlar, bizim ümumi sosialist federativ ittifaqımızda 

milliyyətindən asılı olmayaraq, hər bir vətəndaşın azad yaşayışı uçun lazımi şərait yaratsınlar. Lakin mən belə 

hesab edirəm ki, bu iki il ərzində bu istiqamətdə kifayət qədər tədbir görülməmişdir. Belə Hesab edirəm ki, əgər 

DQMV-də  vəziyyətin mürəkkəbləşməyə başladığı ilk mərhələlərdə ölkənin ali siyasi partiya rəhbərliyi lazımi 

tədbirlər görsəydi, regionda gərginlik bu qədər artmazdı  və iki il ərzində  hər iki tərəfdən verilən qurbanlar 

olmazdı  və 1990-cı il yanvarın 19-20 gecəsi həyata keçirilmiş  hərbi aksiya nəticəsində bir belə  tələfat baş 

verməzdi. Əlbəttə, ilk növbədə Azərbaycan KP MK-nın indi artıq keçmiş birinci katibi Vəzirov günahkardır ki, 

bu yüksək vəzifədə, Azərbaycanda vəziyyətin sabitləşməsi uçun nəinki heç nə etməmiş, əksinə, səhv hərəkətləri, 

yaramaz iş üslubu, natəmiz siyasi oyunbazlıqlarla özünü xalqa qarşı qoymuş, xalqın etimadını doğrultmamış və 

bununla da xalqı kifayət qədər qəzəbləndirmişdir. 

Bakıda, eləcə  də respublikanın digər  şəhər və rayonlarında keçən mitinqlərdə  hələ neçə-neçə aylar 

bundan qabaq Azərbaycan Partiya rəhbərliyinin istefası  tələbi irəli sürülürdü. Hər  şeydən  əvvəl və başlıca 

olaraq bu məsələ  Vəzirov haqqında qoyulurdu. Başa düşmək olmur, niyə görə bu məsələ indiyə  qədər həll 

edilmirdi və yalnız dünən, ordu Bakıya yeridilib əhali qırılandan sonra faktiki olaraq Vəzirov Azərbaycandan 

qaçmışdır. Bu da böyük səhvdir və əgər bilmək istəyirsinizsə, səhvin ən böyüyü bir vaxt belə qeyri-ciddi, bu işə 

qətiyyən yaramayan bir adam olan Vəzirovun Azərbaycan KP MK-ya birinci katib təyin edilməsindən ibarət idi. 

Lakin məsələ yalnız bunda deyil. İndi mən yanvarın 19-20 gecəsi baş vermiş  və  hələ  də davam edən faciə 

üzərində dayanmaq istərdim. 

27 

 

Belə hesab edirəm ki, Azərbaycanda vəziyyətin siyasi yolla nizama salınması ehtiyatları var idi və 



bundan nə Azərbaycan rəhbərliyi, nə də ölkənin ali siyasi partiya rəhbərliyi tam istifadə etdilər. Öz vaxtında 

sərhədə hücumların da qarşısı alına bilərdi: axı hələ üç ay əvvəl xalq sərhəd zolağı ilə əlaqədar olaraq məsələ 

qaldırmışdı və ondan bəri bu haqda heç kim xalqla dialoqa girib lazımi tədbirlərin görülməsinə cəhd etmədi. 

Xalqı sakitləşdirmək uçun ehtiyatlar vardı, mən təkrar edirəm, heç olmasa uç ay əvvəl Azərbaycan partiya 

rəhbərliyinin möhkəmləndirilməsi məsələsi həll edilsəydi, guman ki, belə vəziyyət yaranmazdı və respublikaya 

ordu yeridilməsinə də ehtiyac qalmazdı. 

Bakıya sovet ordusunun və SSRİ DİN qoşunlarının böyük qüvvələri yeridildi. Bu nəyə səbəb oldu, hansı 

faciəvi nəticələrə gətirib çıxardı? — İndi bunu hamı yaxşı görür. 

Mən belə hesab edirəm ki, bu qərarı qəbul etmiş adamlar böyük səhvə yol veriblər. Onlar sadəcə olaraq 

respublikadakı real vəziyyətdən xəbərsizdirlər, Azərbaycan xalqının psixologiyasını bilmirlər, xalqın müxtəlif 

təbəqələrinin əhvalını bilmirlər və işin belə faciə ilə nəticələnəcəyini təsəvvür etməyiblər. Bunu isə əvvəlcədən 

nəzərə alıb hesablamaq lazım idi: nə vacibdir, nə lazımdır? Ordunu yeridib günahsız adamları qırmaq, yoxsa... 

o çimlədən, xəbərlər gəlir ki, orada hərbçilər də az həlak olmamışlar; ölkənin ali siyasi partiya rəhbərliyinin 

səhv göstərişi ilə Azərbaycanda adam öldürməyə göndərilmiş cavan rus uşağının günahı nədir? Nəyə görə o, 

həlak olmalıdır? 

Mən bir daha o fikri təsdiq edirəm ki, Azərbaycana ordu hissələrinin yeridilməsi səhv addımdır. Yeri 

gəlmişkən, Azərbaycanda nə  qədər ordu yerləşdiyini mən yaxşı bilirəm. Orada kifayət qədər daimi 

yerləşdirilmiş ordu var, əlavə qüvvələrə ehtiyac yox idi: orada bütövlükdə 4-cü ordu var, orada Xəzər hərbi 

donanması var, orada, mən bilən, desant diviziyaları var, orada hava hücumundan müdafiə qoşunları var, 

orada DİN qoşunları var və sair. Əlavə qüvvələri ora yeritməyə  nə ehtiyac vardı? Ordu lazım idisə, elə 

oradakılardan istifadə etmək olardı. Bu çur qərar qəbul etmiş Azərbaycan rəhbərliyi buna görə məsuliyyətə cəlb 

edilməlidir. Və hamısından əvvəl, dünən Azərbaycandan qaçmış Vəzirov öz xalqı qarşısında cavab verməlidir. 

Ölkənin ali rəhbərliyinə  səhv məlumat vermiş adamlar məsuliyyət daşımalıdır. Mən belə hesab edirəm ki, ali 

siyasi rəhbərlik kifayət qədər obyektiv məlumata malik olmayıb. Bu rəhbərlik sadəcə olaraq aldadılıb və belə 

qərara gəlib. Mən belə hesab edirəm ki, bu adamların hamısı cəzalandırılmalıdır. Demək istədiklərim təxminən 

bunlar idi. 

 

23 yanvar 



 

"Svoboda" saat 00. Britaniya mətbuatı Zaqafqaziya hadisələri barədə bildirir ki, guya M.Qorbaçovun 

başqa yolu yox idi. İki xalqın bir-birini qırdığı vaxt belə hərəkət etməli idi. Universitet müəllimi Bakıdan dedi 

ki, biz barbar deyilik. Lakin şənbə günü ermənilər onların Bakıdan qovulduqlarını bildirdi. Britaniya müxbirinin 

süjetində Bakının Livanı xatırlatdığı bildirilir. 

Fransız qəzetləri barədə Fatima adlı birisi məlumat verir. "Fiqaro" qəzetinin məlumatında deyilir: İki 

tərəfi də narazı salmamaq siyasəti yeridilir. Azərbaycanı narazı salmaq bütün Orta Asiyaya təsir edə bilər və 

müsəlman dünyasında SSRİ hörmətdən düşə bilər. Hadisələr getdikcə M.Qorbaçovu hörmətdən salır. Başqa bir 

qəzet yazır ki, belə getsə Qorbaçov yerində qala bilərmi? Onun ordusu məsələni sülh yolu ilə həll edə bilmədi. 

Ordu müstəmləkəçi siyasətə xidmət elədi. M.Qorbaçov mağazaları doldura bilməzdi. Xalqların məsələsini də 

həll edə bilmədi. "Azadlıq" radiosundan başqa bir çıxış da diqqəti cəlb edirdi. Vadim Belozorski bildirir: 

Saxarovun fikrini əsas gətirərək deyirlər ki, Qorbaçov Stalin milli bölgülərini ləğv etməli, bütün avtonom 

qurumlara respublika hüququ verməli idi. Onda DQMV respublika olardı və Azərbaycana tabe olmazdı. Yaxud 

Azərbaycana tam suverenlik verib SSRİ-dən ayırmaq olardı. 

Saat 00.40. Kanada radiosu xəbər verir: Zaqafqaziyada vətəndaş müharibəsinə baxmayaraq Qorbaçov 

yenidənqurma siyasətini davam etdirir. Yaxın vaxtlarda hadisələrin gedişi M.Qorbaçovun vəziyyətini müəyyən 

edəcəkdir. 

Pribaltika və Zaqafqaziya hadisələri Sovet imperializmini sarsıdır. Buna baxmayaraq, Qorbaçov 

hakimiyyəti əlində möhkəm saxlaya bilir... 

Dəfn mərasimindən sonra Azadlıq meydanında mitinq olmuşdur. Mitinqdə Salyan kazarmasında 

vuruşan adamların sayı barədə məlumat verilmişdir: 274 azərbaycanlı, 64 gürcü, 52 çeçen, 27 ləzgi, 30 özbək, 5 

rus. 1500 meyitin KQB sədri V.Hüseynovun razılığı ilə Nargin adasına yola salınması barədə məlumat verilib... 

S.Rüstəmxanlı yolda mənə rast gəlib dedi ki, gəmiləri yoxlamışıq, meyit yoxdur. 

Dünən bizim qonşu binanın qabağına tank və qara "Volqa" gəlmişdi. Adamlar tankın ətrafına toplaşıb 

əsgərlərlə söhbət edirdilər. Sonra binadan rus zabiti, həyat yoldaşı, uşaq və anası da çıxıb "Volqa" maşına 

əyləşdilər. Tankın müşahidəsi ilə çıxıb getdilər. Dedilər ki, dinc əhaliyə atəş açılandan sonra zabit ailələrində 

söhbət gedir ki, bundan sonra yerli əhali ilə zabit ailələri arasında münasibət pisləşə bilər. 


28 

 

Zabit ailələrinin bu cür narahat olması başqa rus ailələrinə də sirayət etmişdir. Ona görə də rus ailələri 



narahat olmağa başlamışlar. 

Bu gün Azərbaycan SSR Ali Sovetinin yarımçıq qalmış iclasının davam etdirilməsi barədə  məlumat 

aldım. 

Qoyulan məsələlər aşağıdakılardır; 



1. Azərbaycan xalqının xəbəri olmadan, konstitusiya qanununu pozaraq respublikaya ordu göndərilməsi 

və dinc əhalinin atəşə tutulması ilə  əlaqədar deputat komissiyasının yaradılması. Günahkarların aşkar edilib 

mühakimə olunması. 

2. Azərbaycan KP MK-nın keçmiş I katibi Ə.Vəzirovun hərəkətlərinin pislənməsi və onun haqqında 

cinayət işi qaldırmaq üçün komissiya yaradılması. 

3. Ordunun təcili çıxarılmasının tələb olunması. Ordu çıxarılmasa Azərbaycanın SSRİ  tərkibindən 

çıxması məsələsi qoyulacaqdır. 

İran radiosunun Azərbaycan dilində verilişində (saat 16.50) İngiltərə informasiya vasitələrinin birtərəfli 

məlumat verməsi tənqid edildi. Radio qeyd edir ki, onlar gərginlik başlayandan bəri Qorbaçovu müdafiə edərək 

Azərbaycan haqqında böhtan və iftira yayır. Nəzərə almırlar ki, silahı  əlindən alınan, ermənilərin təqib və 

hücumlarına məruz qalan azərbaycanlılar Sovet Ordusu qarşısında nə edə bilərdi? Müsəlman azərbaycanlılara 

qarşı bu cür divan tutulması tərəqqipərvər insanları məyus və narahat edir. 

Radio bildirdi ki, Naxçıvan televiziyası qara geyimli insanların əllərində göstərdikləri şəkillərlə matəm 

içərisində olan adamların imdad dilədiklərini nümayiş etdirirdi. 

SSRİ Xarici İşlər Nazirliyinin nümayəndəsi Gennadi Gerasimovun mətbuat konfransı olub. O, sovet və 

xarici jurnalistlər qarşısında bildirib ki, Naxçıvan MSSR-in Sovet İttifaqının tərkibindən çıxması və Naxçıvan 

Respublikası yaratması barədə Muxtar Respublika Ali Sovetinin qərarı qanunsuzdur. 

Mən elə bilirdim Moskva bu faktın üstündən sükutla keçməklə diqqətdən kənar qoyacaq. Amma tərsinə 

oldu. Özləri Naxçıvan Respublikasının yarandığını və BMT-yə müraciət etdiyini dünyaya car çəkdilər. 

Pakistan və İran indiyədək Azərbaycan müsəlmanlarına heç bir yardım göstərməmişdi. 

Moskvaya göndərilən raport haqqında da radio məlumat verdi. Azadlıq meydanında matəm 

mərasimində  tələb olunurdu ki, ordu təcili olaraq Azərbaycandan çıxarılmalıdır. Respublika parlamenti də 

ordunun çıxarılmasını tələb etmişdir. Əks-təqdirdə Sovet hökumətindən ayrılmaq şərti qoyulur. 

Qorbaçov çətin vəziyyətdə qalmışdır. Ona düzgün olmayan məlumat verilmişdir. O, da düzgün olmayan 

qərar qəbul etmişdir. Bu hadisənin ağır nəticələri olacaq. Ayətullah Xomeneyi Moskvanı xəbərdar etmişdir ki, 

belə səhv hərəkətini davam etdirməsin. 

Azərbaycan radiosu Daxili İşlər naziri A.Məmmədovun Bakıda yaşayan rus ailələrinə müraciətini verdi. 

Müraciətdə deyilirdi: "Hörmətli bakılılar,  şayiələrə inanmayın. Bakı sizin doğma  şəhərinizdir. Doğma  şəhəri 

tərk etməyin". 

Səhiyyə naziri T.Qasımovun müraciətindən: 

"Faciəli hadisələr baş vermişdir. Ölən və yaralananlar arasında tibb işçiləri və onların ailə üzvləri də 

vardır. Tibb müəssisələrində, aptek və sair idarələrdə  iş  çətinləşmişdir. Bunu nəzərə alaraq "tibb işçilərinə 

kömək etməyə", "sakitliyi bərpa etməyə çağırıram". 

Azərbaycan Daxili İşlər Nazirliyi cinayət-axtarış idarəsinin məlumatı: "...Həlak olanların ailələrinə 

başsağlığı verməklə yanaşı xahiş edirik ki, itkin düşənlər barədə məlumat üçün yerli milis orqanlarına və cinayət 

axtarışı şöbələrinə müraciət edəsiniz". 

"Komendantın dünənki əmrində deyilir ki, Xalq Cəbhəsi və onun yanındakı milli müdafiə şurası ləğv 

olunmuşdur. Əhali arasında belə şayiə yayılmışdır ki, xalq cəbhəsi ləğv edilmişdir. Bu həqiqət deyildir. 

Yanvar ayının 13-dən başlayaraq talan və qırğın törədənlər barədə cinayət işi qaldırılmışdır. Tutulanlar 

arasında Məmmədzadə adlı Azərbaycan Xalq Cəbhəsi müdafiə şurasının üzvü də vardır. Ondan silah, meqafon, 

vərəqə və partlayıcı maddələr tapılmışdır. 

DQMV-də 9 nəfər tutulmuşdur. 

Yəhudilərin baş sineqoqu Semyon Devidoviç Berdiqevskinin Azərbaycanda yaşayan xalqlara 

müraciətindən: "Mənim  əziz həmvətənlərim!... Sizi birliyə, sayıqlığa çağırırıq. Milli ayrılığa səsləyən 

provokasiyalar yayılır. Azərbaycan qardaşları  həmişə bizimlə mehriban olub. İndi də bir olmalıyıq və ayrılıq 

toxumları səpələyənlərə qarşı mübarizə aparmalıyıq. Biz bu xalqdan həmişə səmimiyyət görmüşük. Hər kəsin 

müqəddəs borcu Azərbaycanda olan bütün millətlərin birliyini, əmin-amanlığını qorumaqdır". 

Müharibə veteranı, keçmiş təyyarəçi, Sovet İttifaqı Qəhrəmanı Məzahir Abbasov: 

"Şayiələr yayılır ki, azərbaycanlılar rus xalqına və başqalarına qarşı mübarizə  təbliğ edirlər. Bu 

yalanlara uymayın. Bakıda vəziyyətin gerçəkliyini  əks etdirməyən belə  şayiə  və uydurmalara inanmaq lazım 



29 

 

deyil. Biz ruslarla birgə yaşamışıq. Xahiş edirəm, bu şayiələrə inanmayın. Biz birlikdə faşizmə qələbə çalmışıq. 



Gəlin, xalqımızın ümumi düşmənlərinə qarşı birgə mübarizə aparaq". 

Axşam saat 19-20. 

"Azadlıq" radiosu rus dilində veriliş verir. Azərbaycan Respublikasına həsr olunmuş rus dilində verilişi 

də Mirzə Xəzər aparır. 

Azərbaycan yazıçıları, yaradıcılıq ittifaqları, ziyalılar müraciət qəbul edib bildirmişlər ki, bizim 

mübarizəmiz Azərbaycan xalqının hüquqları uğrunda mübarizədir. 

Akademiyanın ümumi yığıncağı olmuşdur. Kommunistlərin çoxu biletlərini qaytarmışdır. Azərbaycan 

Yazıçılar İttifaqı SSRİ Yazıçılar İttifaqından ayrılmışdır... 

Danimarkadan bir nəfər azərbaycanlı çıxış edib SSRİ-nin Azərbaycanın daxili işlərinə qarışmamasını və 

silahlı müdaxiləsini pislədi... 

"Azadlıq"ın Azərbaycan dilində verilişləri sutkada 5 saat efirə çıxır. 

"Azadlıq" radiosunun rus dilində verilişində bildirildi ki, Vəzirov partiya sıralarından çıxarılmışdır. 

C.Buş bildirmişdir ki, M.Qorbaçov ölkə daxilində  iğtişaşlar və etnik mübarizələr çətinliyi qarşısında 

qalmışdır. 

Televiziya, mətbuat işləmir. Radio hərbi komendantın ixtiyarındadır. Yalnız onun elanlarını bildirir. 

Radioda 99 nəfərin həlak olduğu, 639 nəfərin yaralandığı barədə  məlumat verildi. 16 min adamın 

Bakıdan köçürüldüyü də bildirildi. 

(İnanılmaz rəqəmdir). 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə