İsmayil vəLİyev (ÖMƏROĞLU)


***    Axşam saat 20 -30-dur



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix07.06.2017
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

*** 

 

Axşam saat 20 -30-dur. 

Moskva radiosu Azərbaycan dilində (erməni millətindən olan diktorun çıxışı ilə) verilişində 

Azərbaycanda və Ermənistanda vəziyyət barədə  məlumat verdi. Qeyd edildi ki, Bakıdan gəmilərlə meyit 

aparılması faktı yalandır. Naxçıvan tərəfdən Ermənistan  ərazisindən qatarların hərəkətinin bərpa olunduğu da 

qeyd edildi. Diktor dedi ki, 10 yanacaq vaqonu yola salınmışdır. Yerevanda və Əştərəkdə əhalidən silah yığılır. 

Çoxlu tapança, digər silah növü və iki top müsadirə olunmuşdur.  



Axşam saat 21.00. 

Azərbaycan radiosunda Qadınlar Şurasının sədri Zenfira Verdiyeva Azərbaycan və rus dillərində çıxış 

etdi: "...Biz ruslardan xahiş edirik ki, şayiələrə inanmasınlar, doğma Bakını tərk etməsİnlər..." 

Nəriman Kazımov, Qəzənfər Məmmədov bakılılar adından çıxış etdilər. 

"Biz beynəlmiləl Bakıda boya-başa çatmışıq. Bakıda baş verən faciə bizim hamımızın dərdidir. Biz 

Bakıda yaşayan bütün millətlərin nümayəndələri ilə birlikdə hərəkat proqramImızı müəyyənləşdirməliyik". 



"Azadlıq" radiosunun Azərbaycan redaksiyasının rus dilində xüsusi verilişindən: 

Ordu Bakıya daxil olmamışdan  əvvəl respublika rəhbərliyi, MK bürosunun üzvü, Bakı  Şəhər Partiya 

Komitəsinin I katibi Müslüm Məmmədov televiziya ilə  çıxış edərək demişdi ki, Bakıda komendant saatı 

olmayacaq. Lakin buna baxmayaraq qəfildən Bakıya ordu daxil edildi. Minik maşınları, yolları bağlamış 

müxtəlif yük maşınları tankların zərbəsindən darmadağın edildi. Küçələrdəki adamlar gülləyə tutuldular. Qadın 

və uşaqlar, qoca və cavanlar küçələrdə həlak oldular. Çoxları tankların təkərləri altında qaldılar. 

Xaricdə yaşayan azərbaycanlılar Moskva rəhbərliyinə müracpət edərək Bakıya birbaşa tibbi yardım 

etmək üçün şərait yaratmasını xahiş edirlər. 

Təranə Cahangirova: Bizim müraciətimizi dünyaya çatdırın ki, bu işğalçı ordu bizim başımıza nə oyun 

açır. 


Sabirabaddan bir müəllim zəng vurub dedi ki, bilmək olmur nə üçün Sovet hökuməti İran sərhədini açıq 

saxlayır. Görünür nə isə məqsəd güdür. Yoxsa onun əlində sərhəd bağlamaq çətin deyil. 

Sabirabadda da əhali böyük narazılıq edir, kütləvi halda kommunist biletini geri qaytarırlar. Biz 

mübarizəmizi davam etdiririk. Bakı əhalisinə ərzaq göndərməyə hazırlaşırıq. 

Azərbaycan Xalq Cəbhəsi demokratik hərəkatdır. Onu boğmaq istəyirlər. Bu heç bir demokratik 

prinsiplərə uyqun gəlmir. 

Məmmədov adlı bir nəfər də Sabirabaddan dedi ki SSRİ-də fövqəladə  vəziyyət qeyri-qanunidir. Xalq 

belə qanun tanımır. Konstitusiyada belə şey yoxdur. Hərbiləşdirilmiş fövqəladə vəziyyət heç yerdə görünməmiş 

hadisədir. Xalq bilmir ki, o nə deməkdir və bu vəziyyətdə necə hərəkət etmək olar. 

Bir nəfər ağsaqqal da çıxış edib bir əsgərlə söhbətini təsvir etdi. Dedi ki, əsgərə deyirəm niyə əhaliyə 

atəş açırsınız, dedi ki, "nam tak prikazano", yəni bizə belə əmr edilmişdir". 


30 

 

Bu necə ordudur ki, öz ölkəsinin vətəndaşına atəş açır. İndi aydın oldu ki, Sovet ordusu işğalçı ordudur, 



qan tökən ordudur. Faşist ordusu da belə eləməyib. Meyitləri məhv etməyib, yığıb aparmayıb. Camaatın 

ölüsünü də özünə vermirlər. 



Axşam saat 23.00. 

"Amerikanın səsi".  Azərbaycan dilində verilişdə qeyd edilir ki, C.Buş Qorbaçovun yaranmış 

vəziyyətdən necə çıxacağını təxmin edə bilmir. 

Naxçıvan və Ermənistan nümayəndələrinin söhbəti yarımçıq kəsilmişdir. Söhbət Dağlıq Qarabağ 

məsələsi üzərinə  gələndə  məsələ aydın olmadan saxlanılmışdır. Naxçıvanın SSRİ-dən ayrılmaq qərarını 

Moskvanın ləğv etməsinə baxmayaraq o, Mərkəzi hökumətə  tabe  olmur.  Araz  çayı üzərindən  İran  ərazisinə 

körpü çəkilir. Artıq 6 metr özül qoyulmuşdur. (Məgər Culfadakı dəmir yol və avtomobil körpüsündən istifadə 

edə bilmirlər? Kimdi iki daşın arasında bu qarışıqda belə körpü tikən. Görəsən bu yapan xəbəri yaymaqda nə 

məqsədləri var İ.Ö.). Verilişdə o da deyildi ki, guya bir neçə adam İran tərəfə keçməyə müvəffəq olmuşdur. 

Amerika Azərbaycanın sərbəstlik istəməsinə razılaşmadığını bildirmişdir. İnsan qanı axıdılmasına bütün 

hallarda bəraət qazandırmayan Amerika Azərbaycan hadisələrinə qarışmadığını bildirmişdir. 

İran və Türkiyədə Azərbaycanı müdafiə edən tədbirlər keçirilmişdir. 

Ağ evin yaxınlığında yerləşən Sovet səfirliyi önündə azərbaycanlıların nümayişi olmuşdur. 

Nümayiş üzvlərindən biri deyir: "Biz qardaşlarımızı, fərqi yox şimal və ya cənublu, müdafiə edirik. 

Qardaşlarımızın qanını tökürlər". 

Qadın: "Azərbaycana soxulan qoşunun azərbaycanlıları qırmasını məhkum edirik". 

Kişi: "Rus əsgərləri bizim qardaşlarımızı doğrayırlar. Ruslar orada onları çox istismar ediblər. Bu işi 

ermənilərlə rusların sövdəsi ilə qurublar. Arvadımla birgə neçə gündür göz yaşı tökürük. 

Qeyd olunur ki, yanvarın 20-də Los-Ancelosda, San-Fransiskoda konsulluq qarşısında etiraz 

nümayişləri keçirilmişdir. 

Özbək redaksiyasının verilişində "Birlik cəmiyyəti" adından Məhəmməd Saleh (yazıçı) ilə müsahibə 

verilir. Müsahibədə deyilir: "Azərbaycana ordu yeridiblər. Biz qardaşlarımıza kömək edə bilmirik. Verilən 

məlumatlar saxta olduğu üçün ona inana bilmirik. AXС nümayəndəsi Daşkəndə gəldi və ölənlərin çox olduğunu 

bildirdi. Biz onu tanıdığımıza görə inanırıq. Biz Moskvaya teleqram vurub bu hərəkəti pisləmişik. "Birlik 

cəmiyyəti" ordunun tezliklə  çıxarılmasını  tələb edir. (Bu sətirləri yazanda gurultu səsləri eşitdim. Pəncərədən 

baxdım ki, Lenin prospekti ilə yeni tank dəstəsi mərkəzə doğru irəliləyir). Türk Yardım Cəmiyyəti 20 milyon 

lirədən çox vəsait toplayıb. Bakıya göndərəcəklər. Bakı limanında Sovet təhlükəsizlik ordusu ilə blokada təşkil 

etmiş gəmilərlə döyüş olmuşdur. Bu barədə heç yerdə məlumat verməmişlər. 

Bakıda 43 adam nəzarət altına alınmışdır. Hərbi komendantlıq milli müdafiə  şurasının ləğv edilməsi 

barədə qərar vermişdir. Naxçıvan nümayəndələri ermənilərlə söhbəti yarımçıq saxladılar. Naxçıvanın fövqəladə 

vəziyyət komendantı, SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunları operativ qrupunun rəisi general-mayor 

Y.A.Dubin görüşdən sonra mətbuata verdiyi müsahibədə deyib: Vəziyyət gərgindir. Bunu gizlətmək olmaz. Bu 

həm Bakıdakı hadisələrə, həm də erməni quldurlarının Sədərəyə  təcavüzünə aiddir. Hər iki tərəf arasında 

aparılan danışıqlarda hərbçilər tərəfdən mən və generallar Fedosev və SSRİ xalq deputatı Surkov da iştirak 

edirdi. Müəyyən razılıq əldə edildi. Xalq Cəbhəsinin Naxçıvan təşkilatı vəziyyəti sabitləşdirməyin tərəfdarıdır. 

Meğridə tunellərin girişləri ermənilər tərəfindən betonla hörülmüş, relslər dağıdılmış, digər yol qurğu-

ları  sıradan çıxarılmışdır. Dəmir yolunu müxtəlif maneələrdən təmizləmək üçün qoşun hissələri oraya 

göndərilib". Y.A.Dubin SİTA-nın "Naxçıvanlıların radiolokasiyanı tutması" xəbərini təkzib edərək deyib: "Bu 

ağ yalandır. Ümumiyyətlə, Naxçıvanda heç bir yerə basqın edilməyib." 

Bakı şəhəri iflic vəziyyətindədir. Keçmiş partiya rəhbəri Ə.Vəzirov partiyadan xaric edilmişdir. 

Azərbaycan Sosial-Demokratik Partiyasının üzvü Arif Yunusovla müsahibə keçirilmişdir.  İrana 

Klizburq Fransada bu məqaləni əldə etmişdir: 

Əgər Xalq Cəbhəsinin üzvləri kömək əli uzatmasa və erməniləri gizlətməsəydilər qırğın daha çox ola 

bilərdi. Təşkil edilmiş  və  kənardan gətirilmiş  dəstələr qırğın törətdikdən sonra çıxıb getmişdilər. Xüsusi 

geyimdə olan bu canilər bəzi qaçqınları da özlərinə cəlb etmişlər. 

Xüsusi dəstələrin haradan gəlməsi və kimlərin bu işdə iştirak etməsi öyrənilir. Nümayişçilər Vəzirovun 

istefasını tələb edirdilər. 

Ordu gəlməzdən  əvvəl Xalq Cəbhəsinin nümayəndələrinin xüsusi verilişi olmalı idi. Lakin televiziya 

bloku partladıldı. 

Azərbaycan KP MK-nın rus II katibi ayın 19-da axşamın gec saatlarında AXC nümayəndələrinə 

bildirmişdi ki, bir azdan şəhərə ordu girəcək, adamlara deyin dağılışsın. 



 

 

31 

 

24 yanvar. 

 

Piyada evdən (8-ci mikrorayondan) mərkəzə  gəlirəm. Yollar, evlər, adamlar matəm içindədir. Elə bil 



zəlzələdən sonrakı  vəziyyətdir. Semaşko, Təcili yardım xəstəxanalarının önünə  gəldim. Adam əlindən 

tərpənmək olmur. Yaralılara baş çəkməyə, qan verməyə, yardım etməyə gələnlər çoxdur. Haradansa atılan güllə 

səsləri xəstəxananın yaxınlığından eşidilirdi. 

Azərnəşrə gəlib Əjdər Xanbabayevlə görüşdüm. Hadisədən sarsılsa da kabinetində işgüzar şərait var idi. 

"Bu hadisələri təcili kitaba çevirməliyik. Xeyli material toplamışam. Jurnalist dostlarına xəbər elə, kimdə nə var 

versinlər... Risk edək... Çalış çox adam bilməsin"... 

Əjdər müəllimdən ayrılıb İçərişəhərə gəldim. hər yerdə nəzarət, ordu hissəsi, əsgərlər... 

"Bakı" qəzetinin redaktor müavini Dağbəyi  İsmayılovla görüşdüm. O, həmin gecə  mətbəədə növbədə 

idi. Dedi ki, çıxanda maşınla Tbilisi prospektinə gedək. Qarşımızda çoxlu adam var idi. Bəziləri durduqları 

yerdə  qəfildən hoppanıb yerə düşürdülər.  Əvvəlcə bunun nə olduğunu duymadım. Bir də gördüm ki, yerə 

düşənlər ölürlər. Qəfildən çaxnaşma düşdü. Küçədə asfalt boyu qırmızı güllələr  şütüyürdü. Biz maşınla tini 

burulduq. Qalan maşınlar tankların altında qaldı. Adamlar dar küçələrə qaçışırdı. Tankların uğultusu  şəhəri 

başına götürmüşdü. 

 

25 yanvar. 

 

"Amerikanın səsi".  

Azərbaycan radiosu ilə  səhər saat 9-da Bakının hərbi komendantının məlumatı verildi. Məlumatda 

bildirildi ki, dünən gecə Azərbaycan KP MK-nın plenumu olmuşdur. Alternativ yolla Ayaz Mütəllibov I katib 

seçilmişdir. 



"Azadlıq" radiosu. Səhər saat 9-00. 

Azərbaycan radiosunun hazırladığı rusca verilişindən: Bakıdan telefonla Rita adında bir nəfər qadının 

məlumatı verildi. Məlumatda o, ordunun törətdiyi cinayətlərdən danışdı  və qeyd etdi ki, zabitlər ailələrini 

köçürməklə şayiə yayırlar. 

Əslində isə onların ailələrinə dəyib-toxunan yoxdur. 

Şeyxülislam Allahşükür Paşazadənin M.Qorbaçova müraciətinin mətni verildi. 

Bakı Universitetinin professoru, yazıçı Əzizə Cəfərzadə rus analara müraciət edib dedi ki, uşaqlarınızı 

bizi qırmağa göndərməyin. 

Cavanşir adlı bir nəfər hadisə barədə öz məqaləsini oxudu. Məqalədə hadisələrə obyektiv qiymət 

verilirdi. Yaranmış vəziyyət barədə geniş məlumat var idi. 

Azərbaycan qadınlarının müraciəti: 

"Qorbaçova, Yazova, KQB-nin sədrinə. 

DQMV-yə, Çaykəndə raket silahlar göndərilir, vertolyotlarla Azərbaycan əraziləri atəşə tutulur, yollar 

partladılırdı. Onların qarşısını almaq əvəzinə Bakıya ordu göndərildi. Bunu nə ilə izah etmək olar?..." 

Azərbaycan ziyalıları bildirmişlər ki, onların mübarizəsi rus xalqına qarşı deyil, onlar öz xalqının 

azadlığı  uğrunda mübarizə aparırlar. Uzun danışıqlardan, çək-çevirdən, minnətdən sonra mətbəə  işçiləri 

qəzetlərin bir qismini çap etməyə razılıq veriblər. Onlar bu şərtlə qəzetləri nəşr edirlər ki, xalqın arzu-istəyi, baş 

verən hadisələrin obyektiv təsviri verilsin. Bir sözlə, qanlı günlərin salnaməsi yazılsın. Beləliklə, 19 yanvardan 

mətbəə işçilərinin başladığı tətilə 24 yanvarda qismən son qoyulub. Amma mətbəə işçiləri ittifaq qəzetlərini çap 

etməyəcəklərini bildiriblər. 

"Bakı" qəzetinin bugünkü nömrəsində (25 yanvar 1990-cı il) Bakı şəhərində fövqəladə vəziyyət tətbiq 

olunması haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar 1990-cı il fərmanı çap olunub. Fərmanda 

deyilir: Bakı  şəhərində  vəziyyətin kəskin surətdə  gərginləşməsi, cinayətkar ekstremist qüvvələrin kütləvi 

iğtişaşlar təşkil edərək qanuni fəaliyyət göstərən dövlət orqanlarını hakimiyyətdən zorakılıqla uzaqlaşdırmaq 

cəhdləri ilə əlaqədar və vətəndaşların müdafiə və təhlükəsizliyi naminə SSRİ Ali Soveti Rəyasət Heyəti SSRİ 

Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndini əsas tutaraq qərara alır: 

1990-cı il yanvarın 20-dən Bakı  şəhərində fövqəladə  vəziyyət elan edərək SSRİ Ali Soveti Rəyasət 

Heyətinin 1990-cı il 15 yanvar tarixli fərmanının qüvvəsi onun ərazisinə şamil olunsun. 



 

SSRİ Ali Sovetinin sədri M.Qorbaçov  

Moskva, Kreml, 19 yanvar 1990-cı il. 

 


32 

 

Ardınca isə Sov.İKP MK-nın Baş katibi, SSRİ Ali Sovetinin sədri M.S.Qorbaçovun Mərkəzi televiziya 



ilə  çıxışı verilib. Bununla yanaşı, Azərbaycan SSR Ali Soveti növbədənkənar sessiyasının (21 yanvar) Bakı 

şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərarı da verilib. 



 

Saat 18.45 

Bakı radiosu xarici verilişində Azərbaycan dilində müharibə veteranı Məzahir Abbasovun çıxışını təkrar 

elədi. Bir nəfər rus qadının ruslara müraciətini səsləndirdi. Müraciətdə deyilirdi ki, ruslar həmişə 

azərbaycanlılarla birlikdə olmuşlar. İndi onları bu dar gündə qoyub getmək düzgün deyil. Şayiə və uydurmalara 

əsaslanıb evlərinizi tərk etməyin. 

Tehrandan Xəlil Nur zəng edib ki, Moskva radiosu belə bir xəbər yayıb ki, rus ailələri Bakıdan çıxıb 

gedirlər. Bu barədə məlumat verin. 

Radio bildirir ki, heç kəs rus ailələrini incitmir. Onlar hər ehtimala qarşı öz istəkləri ilə Bakını 

müvəqqəti tərk edirlər. Onlar ara sakitləşən kimi doğma şəhərə qayıdacaqlar. 

 

"Azadlıq" radiosu, saat 22.00. 

Azərbaycanda vəziyyət haqqında telefon zəngləri: 

Türkiyənin "Tərcüman" qəzetinin bütün bir nömrəsi Azərbaycan hadisələrinə  həsr olunmuşdur. Qəzet 

qara rəngdə çap olunmuşdur. 

SSRİ xalq deputatı Oljas Süleymenov Bakıya gəlmişdir. 

 

"Amerikanın səsi", saat 23.00. 

SSRİ Daxili İşlər naziri V.Bakatin Xalq Cəbhəsinin nümayəndələri ilə danışıqlar aparmaq niyyətində 

olduğunu bildirmişdir. 

Alınan məlumata görə, Bakı limanında blokada yaradan gəmilər dünən gecə top atəşinə tutulmuşdur. Bu 

barədə "İzvestiya" qəzetinin müxbiri Lilar Sturua da məlumat vermişdir. 

Azərbaycan Xalq Cəbhəsinin indi Moskvada olan nümayəndəsi Etibar Məmmədov minlərlə adamın 

partiya biletlərini yandırmasını və kommunist partiyasının artıq tarixə çevrildiyini bildirmişdir. 

Azərbaycan Xalq Cəbhəsinin səlahiyyətli nümayəndələrindən biri bildirmişdir ki, ordu Azərbaycandan 

təcili çıxarılmasa burada partizan müharibəsi başlayacaq və bu uzun müddət davam edəcəkdir. Əgər Qorbaçov 

yeni bir Əfqanıstan yaratmaq istəmirsə ordusunu təcili geri çağırmalıdır. 

Latviyada Azərbaycan hadisələri ilə  əlaqədar böyük nümayiş  təşkil olunmuş  və ordunun təcili olaraq 

oradan çıxarılması  tələb olunmuşdur.  Əfqanıstan müvəqqəti hökuməti Qorbaçovun Azərbaycanda törətdiyi 

cinayətləri pisləmişdir. 

Azərbaycanın mitinqə getməyən rayonu, şəhəri, qəsəbəsi demək olar ki, yoxdu. Hər yerdə Qorbaçovu, 

Vəzirovu, Yazovu, Kommunist Partiyasını söyürlər. Hər yerdə kommunist, komsomol biletləri yandırılır, ya da 

yığıb raykomlara verilir. Gəncədə, Todan və Çaykənddə  şəhid olan Rüzgar, Bəxtiyar, Abbasqulu, Neman, 

Yusif,  Ələkbər, Nazir, Əliqara və b. dəfni etiraz mitinqləri ilə müşayiət olunub. Lənkəranda AXC-nin yerli 

şöbəsinin "Elin səsi" qəzetinin dördüncü nömrəsi çap olunub. Rayon və şəhərlərdə nəşr olunan qəzetlər partiya, 

sovet nəzarətindən çıxıb. Kim nə nəşr edir, bilən yoxdur. 

 

26 yanvar. 

 

"Bakinski raboçi" qəzetinin dünənki nömrəsi bu gün köşklərdə satılır. Birinci səhifədə matəm 



mərasimindən fotoşəkilləri, 2-ci səhifədə küçələrdə güllələnənlərin  şəkilləri, göz yaşı tökən qadın və kişilərin 

şəkilləri verilmişdir. 

Bu gün Azərbaycan Elmlər Akademiyasının 3 nəfər alimi, kimyaçıların dəfn mərasimi oldu. Onlar 

Sumqayıt yolunda tankın altına salınmışlar. Benzinləri qurtardığına görə yolda dayanıblarmış, spirtli içki içmiş 

əsgərlər tankı onların üstünə sürmüşlər. Deyilənə görə, cinayətkarlar həbs olunmuşlar. 

 

"Amerikanın səsi". Saat 19-00. 

Azərbaycan Dram Teatrının aktyoru Ramiz Məlikov məlumat verdi ki, bizdə hamı partiya biletini təhvil 

vermişdir, bir nəfər rejissordan başqa. Sonra rus dilində bütün dünya ictimaiyyətinə vəziyyət barədə müraciət 

etdi. 


Klinik Cərrahlıq İnstitutundan İradə adlı bir qadın zəng vurub bildirdi ki, onların xəstəxanalarında 20 

ağır xəstə var. Başqa millətlərin nümayəndələri də olmuşdur. Bir nəfər rus qadını ağır yaralanıb. 



33 

 

İradə dedi ki, ordu əsgərləri yolda onu saxlayıb, heç bir səbəb olmadan üstünü yoxlamış, pulunu 



götürmüş, kiçik radioqəbuledicini sındırmışlar. Hətta ona yol pulu belə qoymamışlar. 

Radio bildirdi ki, "Qurtuluş" təşkilatının rəhbəri M.Hatəmi dünən gecə həbs edilmişdir. 

Türkiyənin Qars vilayətinin  İqdır  şəhərində  əhali azərbaycanlıları müdafiə edən nümayiş keçirmişdir. 

Naxçıvanla və Ermənistanla həmsərhəd olan bu vilayət qonşularını, qan qardaşlarını müdafiə edir. "Qatil 

Qorbaçov, ordunu Azərbaycandan çək!" "Sovet ordusu Azərbaycandan ərazi istəyən erməniləri müdafiə edir" 

kimi şüarlar səslənib. 

Türkiyənin Xarici İşlər Naziri Məsud Yılmaz demişdir ki, vəziyyət gərginləşmişdir. Sovetlər belə getsə 

Azərbaycanı itirə bilər. Toqquşmanı başlayan Ermənistanı  məhkum edirik, Azərbaycana ordu yeridənləri də 

məhkum edirik". 

Naxçıvana atəşin dayandırılmasına çağırılmışdır. Bakıda həyat iflic halındadır. 

"Tərcümən" və "Milliyyət" qəzetləri Azərbaycandakı hadisələri geniş işıqlandırır. 

"Azərbaycan hadisələrinin səbəbi din deyil" sərlövhəli məqalə maraqlıdır". 

Murad  Şəkili bildirir: Azərbaycan Xalq Cəbhəsi Pribaltikadan sonra yaranmışdır. Ermənilərin  ərazi 

iddiası bu demokratik hərəkatı gücləndirmişdir. 

Azərbaycan Xalq Cəbhəsini tanımaq istəməyən Azərbaycan KP və  Vəzirov qaçqın problemini və 

vəziyyəti qaydaya salmaqda acizlik göstərmişlər. 

Sumqayıt hadisələrindən sonra Mərkəzi mətbuatın Azərbaycana münasibəti dəyişmişdir. "20 əsr" jurnalı 

qarşılıqlı məqaləni dərc etməmişdir. 

"Demokratik seçki yolu ilə hakimiyyəti dəyişmək tələb olunurdu. Bu vəziyyətdə Bakıya ordu yeritmək 

üçün ermənilərə qarşı qorxu təşkil etmişlər. Bu vəziyyətdən çıxış yolu tapmaq üçün AXC bir çox ermənini 

məscidlərdə gizlətmişdir." 

Bu Həsən Hüseynovun Berlində çıxan qəzetdəki məqaləsindən icmal idi. 

Xaricdə yaşayan (qaçan) Paruyr Ayrikyan Qorbaçovu tənqid edərək demişdir ki, o, milli qırğın törədib 

hakimiyyətini qorumaq istəyir. 

Azərbaycan radiosu xəbər verdi (saat 20.00). 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə  Həsən Həsənov Azərbaycan SSR Nazirlər 

Sovetinin sədri təyin edildi. 

Komendant məlumat verdi ki, ölənlərin sayı 124 nəfər olmuşdur. Onlardan 20-si hərbçi və daxili işlər 

orqanlarının əməkdaşlarıdır. 

Azərbaycan SSR Nazirlər Sovetinin Moskvadakı Daimi Nümayəndəliyinə basqın edilmiş, atəş açılmış, 

həbslər aparılmışdır. Bütün bunlar yanvarın 26-na təyin edilmiş mətbuat konfransını pozmaq üçün edilmişdi. 

Yanvarın 25-də nümayəndəliyin binasında mətbuat konfransı keçirilib. Hər şeyi açıqlamayıblar. Çünki, 

ətrafda dolaşan, onları güdən adamların olduğunu hiss edirlərmiş. Həmin konfransda elan edilib ki, səhərki 

konfransa SSRİ xalq deputatlarının bir qrupu dəvət edilib. 

Elə həngamə də ondan sonra başlayıb Saat 23-00 radələrində nümayəndəlikdən çıxıb öz "Jiquli"ləri ilə 

Mərkəzi teleqrafa getmək istəyən azərbaycanlıları yolda saxlayıb yoxlayıblar. Onlar arxalarınca gələn qara 

"Volqa" tərəfindən izləndiklərini və yol milisinə qara "Volqa"dan ratsiya ilə göstəriş verildiyini görüb geri 

dönüblər. 

Nümayəndəliyin binasına çatanda qəfildən dəbilqəli, ratsiyalı,  əli avtomatlı, dəyənəkli,  əyinlərində 

zirehli gödəkcə olan hərbçilər "Jiquli"dəki azərbaycanlılara hücum edib. Maşındakılardan biri qaçıb 

nümayəndəliyə girə bilib. 

Milislər qaçan şəxsin bacısı oğlunu girov götürüb: "Dayın gələndə səni buraxarıq" deyiblər. 

Nümayəndəlikdə olan Azərbaycan SSR Ali Sovetinin deputatları, istefada olan hərbçilər yerli milisləri 

və jurnalistləri çağırıblar. Milislər basqınçıları müəyyənləşdirməkdənsə nümayəndəlikdə olan şəxslərin 

sənədlərini yoxlayıb gediblər. Gecə saat 2-30-da isə nümayəndəliyin qapı  və  pəncərəsini qırıb içəri daxil 

olublar. Avtomatın çaxmağını  çəkib qadınlara tuşlayaraq "Yerinizdən tərpənməyin!" deyə  əmr ediblər. 

Avtomatın qundağı ilə adamları vurub, itələyib, üst-başlarını yoxlayıb, hətta hamilə qadınlara, istefada olan 

mayor Oleq Paseçnikə  də güzəştə getməyiblər. AXC lideri Etibar Məmmədovu həbs ediblər. Binada axtarış 

apardıqdan sonra oradakı adamları da Həyətə endirib avtobusa mindirib-düşürüblər. 

P.S.  İki gün sonra "Komsomolskaya pravda" qəzeti bu hadisə barədə "Gecə  əməliyyatı" adlı 

kiçik bir xəbər dərc etdi. Ondan iki gün (30 yanvar) sonra isə "İzvestiya" qəzeti "Bir daha Moskvanın 

mərkəzində baş vermiş hadisə haqqında" yazısı ilə "Komsomolka"nın "yalanını" çıxardı. 

 

 

 


34 

 

27



 

yanvar. 

 

Bu gün Bakıda nisbi sakitlikdir. Dünən gecə yarıdan sonra atəş  səsləri eşidilsə  də  rəsmən heç bir 



hadisənin baş vermədiyi xəbəri verildi. 

"Kommunist" (azərbaycanca) qəzetinin bu günkü nömrəsində dördüncü səhifədə "Həbs edilmişdir" adlı 

imzasız bir yazı (yəqin ki rəsmi mənbələrindir) çap edilib. Orada deyilir: 

"SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi və Daxili İşlər Nazirliyi orqanlarının həyata keçirdiyi axtarış 

tədbirləri nəticəsində AXC-nin "Milli Müdafiə Komitəsi" deyilən cinahının liderlərindən biri Etibar Məmmədov 

bu il yanvarın 26-da Moskva şəhərində həbs edilmişdir. 

Özünü "Milli qurtuluş" təşkilatının rəhbərlərindən biri elan etmiş  Məhəmməd Hatəmi Bakıda həbs 

edilmişdir. 

Yanvarın 25-də Bakıda AXC "Milli Müdafiə" komitəsinin rəhbərlərindən biri Fəhmin Hacıyev və onu 

müşayiət edən üç gözətçi də yaxalanmışdır. 

İstintaq davam edir". 

Azərbaycan KP MK-da mərkəzi, respublika, şəhər qəzetlərinin, informasiya agentliklərinin, Mərkəzi 

televiziyanın jurnalistləri üçün mətbuat konfransı oldu. Azərbaycan KP MK katibi R.Zeynalov, Bakı  şəhəri 

komendantının siyasi hissə üzrə müavini general-mayor A.İ.Kirilyuk, Sov.İKP MK-nın milli münasibətlər 

şöbəsi müdirinin birinci müavini V.A.Mixaylov, Azərbaycan SSR Daxili İşlər nazirinin müavini A.B.Rəfiyev 

jurnalistlər qarşısında çıxış ediblər. Yeganə  məqsəd təbliğatın gücü ilə  əhalini işə  çıxartmaq, tətilə son qoy-

maqdır. 

Bu gün radio Cəlilabadda 20 nəfərin həbs edildiyi xəbərini verdi. Əslində hadisə 2 gün əvvəl olub. 

Danışıqlar adı altında 20 nəfəri sərhəd qoşunları dəstəsinin binasına dəvət ediblər. Oradan da həbs edərək izsiz-

soraqsız aparıblar. Bakıdan çox-çox uzaq rayonlarda da həbslər, terror davam edir. Deyirlər Lənkəranda 

toqquşma olmasın deyə, xalq cəbhəsinin fəalları  şəhəri tərk ediblər. Desantçılar qrupu rayonun ərazisində 

əməliyyat keçiriblər. Bir çoxunu yerindəcə güllələyiblər. Ölənlərin meyitlərini də orada qoymayıblar. Ölənləri 

də, yaralıları da, sat tutduqlarını da vertolyotlara doldurub harasa aparıblar. 

Neftçaladan, Zəngilandan da buna bənzər xəbərlər gəlir. Danışırlar ki, mülki adamların yanında olan 

hərbi hissənin komandirini (milliyyətcə azərbaycanlı deyil) ölümcül döyüblər. 

Bütün bu söhbətlərdən belə  qənaətə  gəlmək olur ki, yerli hakimiyyət orqanları onlara söz qaytaran, 

dikbaşlıq edənlərdən Sovet ordusunun əli ilə qisas alır. Yoxsa gələnlər kimi tanıyır, nə bilir kimi həbs etmək 

lazımdı. Niyə rayonların birində həbslər, terror baş verir, o birisində yox! 



"Azadlıq" radiosu. Saat 19.00 

SSRİ Müdafiə naziri general Dmitri Yazov ordunun Azərbaycana soxulmasının səbəbini izah edərkən 

demişdir ki, Azərbaycanda hakimiyyəti  ələ keçirmək istəyən 40 min döyüşçüsü olan Azərbaycan Xalq 

Cəbhəsinin qarşısını almaq üçün ordu yeridilmişdir. 

Deməli, ordu ermənilərə qarşı zorakılığın qarşısını almaq məqsədi ilə göndərilməmişdir.  İkincisi, 

əhalinin də təsdiq etdiyinə görə ordu şəhərə daxil olanda artıq ermənilərin əksəriyyəti Bakının tərk etmişdilər. 

"Nyu-York Tayms" qəzetinin məlumatına görə, SSRİ parlamentinin bir qrup deputatı  təcili sessiya 

çağırılmasında təşəbbüs göstərir ki, daxili təhlükəsizliyi nizama salmaq üçün qanun hazırlansın. 

"Assoşieyted-pres" agentliyi məlumat verir ki, SSRİ xalq deputatlarının bir qrupu sessiya və qurultay 

çağırmağı  tələb edir. Deputat Yuri Afanasyev Azərbaycanla Ermənistanın sərhəd məsələlərinə yenidən 

baxmağı, münaqişəni yatırmağı təklif edir. 

Murad  Şəkili mətbuat xülasəsində bildirdi ki, SSRİ Daxili İşlər naziri Bakatin Azərbaycan Xalq 

Cəbhəsinin sağlam qüvvələr olduğunu və onlarla danışıqlar aparmağı lazım bilir. 

Qərbi Almaniya mətbuatının yazdığına görə AXC-nin xeyli nümayəndəsi həbs edilib. Dünən 

Azərbaycanın daimi nümayəndəliyinə milis hücum etmiş, xeyli dağıntıya yol vermiş  və AXC-nin rəhbər 

nümayəndələrindən biri Etibar Məmmədovu həbs etmişdir. 



Azərbaycan radiosu. Saat 20.05. 

Azərbaycan radiosunun birinci proqramı ilə Azərbaycan KP MK-nın birinci katibi Ayaz Mütəlllbovun 

çıxışı verildi. Şəhid olanların ailələrinə başsağlığı verməklə yanaşı  vəziyyət barədə  məlumat verdi, eyni 

zamanda qısaca olaraq öz proqramını şərh elədi. 

Dedi: "Burada bir məsələni də xüsusi qeyd etmək lazımdır. Bizim bir çox bəlalarımız rəhbərlikdə kök 

salmış təkbaşına qərarlar qəbul etmək vərdişindən irəli gəlir. Mən qəti surətdə və tam məsuliyyətlə bildirmək 

istəyirəm ki, yeni xətt, respublikanın dirçəldilməsi xətti hər  şeydən  əvvəl kollegial rəhbərlik, qərarların 

demokratik yolla qəbul edilməsi deməkdir. Bundan sonra bütün məsələlər, Dağlıq Qarabağın gələcəyi də, milli 



35 

 

inkişafın perspektivləri də, bütün digər vacib problemlər də geniş müzakirə  əsasında, xalqın rəyi nəzərə 



alınmaqla işlənib hazırlanacaqdır". 

Bu sözləri Pakistandan gələn  Ə.X.Vəzirov o vaxt söyləsə  bəlkə  də ona inanan tapılardı. Nazirlər 

Sovetinin sədri işləmiş, ömrünün çox hissəsini rəhbər vəzifələrdə olmuş bir şəxsin boğazdan yuxarı söylədiyi bu 

sözlərinə indi kim inanacaq. Dünən də MK büro üzvü idi. Təkbaşına qərar qəbul edilməsinə yol verməyə 

bilərdimi? Xalqa müracpət başdan-başa cinayəti ört-basdır etmək, malalamaq əhval-ruhiyyəsində idi. 

Əvvəlcədən yazılmış  mətni oxuduğundan səsində, intonasiyasında dinləyici ilə bir ünsiyyət yaratmaq 

elementləri də yox idi. Elə bil insanlara müraciət etmir. Mücərrəd bir boşluğa söyləyirdi. 

Bu günün ən yaddaqalan, diqqəti çəkən hadisələrindən biri də Azərbaycan SSR Ali Soveti Rəyasət 

Heyətinin "Naxçıvan MSSR-də ictimai-siyasi vəziyyət haqqında" Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il 19 

yanvar tarixli qərarının Azərbaycan SSR Konstitusiyasına uyğun olmaması barəsindəki qərarı idi. 

Naxçıvanda vəziyyəti təhlil etmədən, qərarın verilmə  şəraiti və  səbəbinə heç bir münasibət 

bildirilmədən göydəndüşmə yazılmışdı: 

"Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Naxçıvan MSSR-in vahid Azərbaycan Sovet Sosialist 

Respublikasının ayrılmaz hissəsi olduğunu qeyd edərək, Naxçıvan MSSR Ali Soveti sessiyasının SSSİ 

tərkibindən və müvafiq surətdə Azərbaycan SSR tərkibindən çıxmaq haqqında qərar qəbul etməklə öz 

səlahiyyətindən kənara çıxdığını (Azərbaycan SSR Konstitusiyasına və Naxçıvan MSSR Konstitusiyasına görə 

Muxtar Respublika Azərbaycan SSR tərkibindən çıxmaq hüququna malik deyildir) nəzərə alaraq, Azərbaycan 

SSR Konstitusiyasının 70,79-cu maddələrini və 114-cü maddənin 4-cü bəndini əsas tutaraq qərara alır: 

1. "Naxçıvan MSSR-də ictimai-siyasi vəziyyət haqqında" Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il 19 

yanvar tarixli qərarı hüquqi qüvvəsi olmayan qərar hesab edilsin. 

2. Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyətinə tapşırılsın ki, "Naxçıvan MSSR-də ictimai-siyasi 

vəziyyət haqqında" Naxçıvan MSSR Ali Soveti qərarının Azərbaycan SSR Konstitusiyasına və Naxçıvan MSSR 

Konstitusiyasına zidd qərar kimi ləğv olunması üçün lazımi tədbirlər görsün. 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə