İsmayil vəLİyev (ÖMƏROĞLU)



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix07.06.2017
ölçüsü0,82 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

2 fevral. 

 

Azərbaycan Qaçqınlar Cəmiyyətinin ağsaqqallar şurasının iclası. 

 Saat 15.00. Siyasi Maarif Evi. 

Rəyasət Heyətində İ.Mustafayev, F.Mustafayev, B.Bayramov, H.Abbaszadə, F.Kərimova, N.Qocayev, 

Hidayət və  mən (İ.Öməroğlu).  İclasda N.Qocayev Azərbaycan SSR Nazirlər Soveti sədri H.Həsənovun 

yanındakı qaçqınların vəziyyəti ilə  əlaqədar müşavirə barədə  məlumat verdi. Qeyd edildi ki, bəzi rayon 

rəhbərlərinin günahı üzündən şəhərə gəlmək istəməyən adamlar Bakıya gəldilər. Məsələn, İcevanın Saral kəndi 

Xanların Mirzik kəndi ilə danışıb kəndi-kəndə  dəyişdirdilər. Lakin yerli partiya komitəsi buna mane oldu, 

adamlar küçədə qaldı, məktəb və klublarda yerləşdirildi. Sonra isə axıb şəhərlərə getdilər. 

İndi biz qaçqınların yerləşdirilməsi, onlara şərait yaradılması barədə tədbirlər görülməsini tələb edirik. 

Prof. Mürsəl Həkimov dedi ki, mən heç də qaçqın deyiləm. Lakin çox istərdim  Şəhidlər 

qəbiristanlığında Ermənistanda öldürülənlərin də adı yazılsın, onların xatirəsinə abidə qoyulsun. 

Yığıncaq adından Cenevrədə keçiriləcək insan hüquqları konfransına müracpət hazırlandı. 

Z.Qurbanov dedi ki, mən indiyədək deputat kimi, qaçqın kimi bir rəsmi iclasa dəvət olunmamışam. Biz 

öz dərdimizi kimə deməliyik. Ayaqyalın, başıaçıq qaçıb gəlmişik. Oradan biz türk kimi - düşmən kimi 

qovulmuşuq. 

Abbas Səfərov dedi ki, mən vediliyəm. Biz qardaş deyib, qardaş torpağına gəlmişik. Hər ay xalqım 

boğazından kəsib bizə verib. Biz çörəyi tapdalaya bilmərik. Burda dəb necədir, o cür də olmalıyıq. 

Həsən Balayev dedi ki, erməni və Azərbaycan xalqının bu günə düşməsinin səbəbi ölkə  ağsaqqalının 

səhvidir. Moskva günahkarın ağzına vurmaq əvəzinə ikimizin də ağzına vurdu. 

Y.Məmmədov dedi ki, xeyirdə  də,  şərdə  də yerli xalqdan ayrı olmamalıyıq.  İ.Mustafayev çıxışında 

söylədi: "Biz faciə içindəyik. Ağrı hissini azaltmaq üçün güclü zərbə vururlar ki, o biri yaddan çıxsın. Elə 

vəlvələ törətdilər ki, Qarabağ  məsələsini unudaq, qaçqınların məsələsini unudaq. Bu, beynəlxalq erməni 

təşkilatlarında düzəldilmiş, düşünülmüş bir tədbirdir. 

Kim icazə verib elan etmədən şəhərə 4 tərəfdən hücum edilsin. Şəhəri işğal edəsən, həm də ad qoyasan: 

fövqəladə vəziyyət elan edirdik ki, xalqın qanı tökülməsin. Xalq etirazını bildirmək üçün MK ətrafına yığılıb, öz 

etirazlarını bildirirlər. Qarabağda 2 ildir müharibə gedir. 56 kəndin yolunu kəsiblər, getmək olmur. Yaşayış 

üçün zəruri olan hər  şeylərini — işıq, su, qaz və s. kəsiblər, mallarını  əllərindən alıblar... Deyirlər Bakıda 

hökumətə qarşı terrorçu qruplar var. Bəs hanı o terrorist, onun birini göstərmək olarmı? 

"Mayak" radiosuna verdiyi müsahibədə səhiyyə naziri T.Qasımov açıq deyir ki, əsgərlər xəstəxanalara 

atəş açmışlar. Müxbir isə zorla sübut etməyə çalışır ki, guya o binaların damlarında ekstremistlər varmış  və 


43 

 

onlar  əsgərlərə atəş açmışlar. Görürsünüzmü necə vasitələrdən istifadə edirlər. Zabit ailələrini də bizə nifrət 



oyatmaq üçün zorla hərbi təyyarələrə doldurub apardılar. 

37-ci ilin metodu ilə F.Ağayevi, dünən isə Xəlil Rzanı Mərkəzi televiziyaya çıxartdılar. Qorxuram ki, 

sabah dünənki faciəmizə şükür deyək. 

Ermənistanda silahların təhvil verilməsi barədə saxta məlumat verilir. Qarabağda isə  tərk-silaha 

Kərkicahandan başlayıblar. 

Mərkəzi mətbuat yenə də çirkin əməllərini ustalıqla davam etdirir. Dünənki "Krasnaya zvezda" qəzeti 

yazır ki, iki nəfər yaralı azərbaycanlı ölüb. Dalınca da yazır ki, yanvarın 20-də 22 nəfər erməni sürgün olunub. 

Yalana bax. 20-də heç kəs evindən-eşiyindən bayıra çıxa bilmirdi. 

Mənim özümü yolda saxlayıb yoxladılar. Dövlət sənədi göstərdim.  Əsgərlər mənə dedilər: "Tüpürüm 

sənin dövlətinin sənədinə". Rus və erməniləri qıranda haradaydı sənin o dövlətin... 

Biz ayrılığa qarşı, düşmənə qarşı birgə vuruşmalıyıq. Birgə olmalıyıq. 

Orada öldürülən, itkin düşən adamların sayı olmalı, kartotekası olmalıdır. 

Lənkəranda erməni yoxdur, rus yoxdur, bir adamın da burnu qanamayıb. Bəs nə üçün əhalini atəşə 

tuturlar? 

Şüvəlanda 23 nəfər yaralı adamı müalicəyə vermirlər. 

Hadisədən  əvvəl ermənilər dövlət kassalarından 350 milyon manat pul çıxarıb gediblər. Bizim əhali 

Ermənistanda hər şeyini itirdi. Komissiya qurub orada itirilənləri dəqiqləşdirib üzə çıxarmalıyıq. 

Bayram Bayramov dedi: Bizə  gələn bəla ümumxalq bəlasıdır. Qarabağ Ermənistana öz ərazisini 

azərbaycanlılardan təmizləmək üçün bəhanə idi. Məqsədlərdən biri də Xalq Cəbhəsini dağıtmaq idi. 

Qarabağda başlanan ssenari davam etdirilir. Aramıza nifaq salan çoxdur. Bizim özümüzdə istifadə 

olunan adamlar var. Mən inanıram ki, o 2 əsgəri də ordunun adamlarından özləri vurublar. Onlar hələ çox şey 

edə bilərlər. 

Qarabağ düz 2 ildir ermənilərin mühasirəsindədir. Sovet hökuməti 1 manat vermir. DQMV-də yaşayan 

60 min adamın vəziyyəti çox ağırdır. Dünəndən ( Stepanakertə Yerevandan təyyarə uçmasını dayandIrıblar. 

Toplantıda təklif edildi ki, Azərbaycan xalqının birliyinə çağıran müraciət hazırlansın, gəlmə-yerli 

söhbəti aradan qaldırılsın. 

F.Mustafayev: - Azərbaycan hökuməti qaçqınlarla əlaqədar böyük qərarlarını hazırlayıb. SSRİ Nazirlər 

Sovetinə  təsdiqə vermişik.  Əlavə  də  çıxarış hazırlamışıq. Tikinti üçün, əmlak xərclərini ödəmək üçün pul 

ayrılacaqdır. 

Toplantıda Universitetin müəllimi Cəlil Nağıyev haqlı olaraq dedi ki, Moskvada bizim daimi 

nümayəndəliyə hücum ediblər. Bizim hökumət isə etirazını bildirməyib. 

Flora xanım da çıxış etdi və dedi: "Mənim xalqım təhqir olunub... Mütəllibov çıxışında dedi ki, ölənlər 

arasında qadın, uşaq yoxdur. Niyə, nə üçün belə ağ yalan danışır? Mən belə rəhbərə necə inanım?" 

Hüseyn Abbaszadə  təklif etdi ki, Ermənistanda zərərçəkənlərin, ölənlərin siyahısı hazırlansın, 

televiziyada verilsin... Yazıçılar İttifaqı bizim müraciətimizi o biri respublikalara verdi. 

Xəlil Xəlilov dedi ki, Ali Sovetin son sessiyasında dünya parlamentlərinə müracpət qəbul olundu. 

Xalqımızı parçalamaq istəyiblər, Sovet hökuməti qurulanda Yerevandakı 9 məktəbdən 8-i azərbaycanlıların 

məktəbi olub. O vaxtdan biz bura gəlirik. Bakıda indi ikinci Fərqanə yaratmaq istəyirlər. Ayıq olmaq lazımdır. 

Şayiə yaradırlar ki, guya qaçqınlar əvvəl erməniləri, sonra rusları, axırda bakılıları qovacaqlar. Hər birimiz ayıq-

sayıq iş aparmalıyıq. Oradan gələn bütün adamlar bu xalqa minnətdardır. 



 

3 fevral. 

 

Bakıda sabitlikdir. Nəqliyyat işləyir. 



"Vremya" proqramında SİTA-nın məlumatı verildi: 

"Bu gün A.Mütəllibov Bakıda  əmək kollektivlərində olmuşdur. Laçın rayonunda silahlı adamlar 

tutulmuşdur. Onlardan Avtonyan, Əmircanyan mühakimə olunmuş  və  cəza almışlar. Naxçıvanda sakitlik 

yaranmışdır. Bakıda və böyük şəhərlərdə idarələrin 50 faizi işləmir. Yevlaxda 50 minlik nümayiş olub. 

Nümayişdə təsirli tədbir görmək, güc göstərmək tələb olunmuşdur. Stepanakertdə tətildir. Martuni, Hadrut və b. 

yerlərdə yalnız həyat üçün vacib obyektlər işləyir. 

Riqa. Fevralın 1-də AXC İdarə Heyətinin üzvləri Hikmət Hacızadə  və Sabit Bağırov Riqada olub. 

Estoniya və Latviya Xalq Cəbhələrinin, Litvanın "Sayudis" hərəkatını birləşdirən Baltik Şurasının vasitəçiliyi 

ilə fevralın 2-dən 3-nə keçən gecə 7 saatlıq Ermənistan Ümummilli hərəkatının İdarə Heyətinin üzvləri David 

Vartanyan, Aşot Manuçaryan və Aşot Belyanla görüşüblər. Sonra da mətbuat konfransı keçiriblər. 



44 

 

Görüş  iştirakçıları adamların tutulub girov saxlanması praktikasını yekdilliklə pisləmiş, zorakılıq 



hərəkətlərini dayandırmağın zəruri olması  və silahlı  şəxslər tərəfindən dinc adamların  ələ keçirilməsi ilə 

əlaqədar bütün hallar barəsində fevralın 15-dən gec olmayaraq bir-birinə  ətraflı  məlumat vermək barəsində 

razılığa gəlmişlər. Həmçinin hər iki tərəf razılığa gəlmişdir ki, girov saxlanan bütün adamların martın 1-dək 

azad olunması üçün özünün bütün nüfuz və təsirindən istifadə etsin. 

Bakı radiosu ilə hərbi komendantın məlumatı verildi. Məlumatda deyilirdi ki, Bakıda sabitlik yaranır. 

Kollektivlərdə  iş yavaş-yavaş  bərpa olunur. Xoşagəlməz hadisələr də baş verir. Bir naməlum "Jiquli"dən 

hərbçilərə atəş açılmışdır. Lakin heç kəsə ziyan dəyməmişdir. Bir nəfər sürücü sərxoş halda öz "Jiquli" maşınını 

əsgərlərin üstünə sürmüş, üç nəfər yaralanmış, onlardan birinin bir ayağı kəsilmişdir. 

Sabir Tarıverdiyev zəng vurub xəbər verdi ki, milis cinayətləri  əsaslandırmaq üçün qaçqınları haqq-

nahaq tutmağında davam edir. Ona görə də sabah qaçqınlar Cəmiyyətinin iclasını keçirmək məsləhətdir. 



 

"Azadlıq" radiosunun Azərbaycan dilində verilişi, axşam saat 22.00. 

Bir nəfər telefonla məlumat verib dedi ki, Qorbaçov saxtakarlıq edir. Fövqəladə vəziyyət barədə birinci 

fərmanında qeyd etmişdi ki, Bakıda komendant saatı yerli hökumətin razılığı ilə olacaq. Lakin ondan 4 gün 

sonra özü bu fərmanı pozub Bakıda fövqəladə  vəziyyət barədə ayın 19-da fərman verdi və gecə saat 12-dən 

Bakıya ordu yeridildi. Bu fərmandan Azərbaycan xalqı bir neçə gün sonra xəbər tutdu. 

Müəllimləri Təkmilləşdirmə  İnstitutunun  əməkdaşı Maqsud müəllim radio ilə öz müraciətini oxudu. 

Müraciətdə ordunun Bakıdan təcili çıxarılması və s. tələb olunurdu. 

Qeyd olunur ki, Xalq Cəbhəsinin bəzi üzvlərini həbs edir, müxtəlif təsir və  təzyiqlərlə onları öz 

yoldaşlarına qarşı qoyur, televiziya ilə onların bəzilərinin çıxışlarını təşkil edib Xalq Cəbhəsi xalqın gözündən 

salmağa çalışırlar. 

Bir nəfər qadın çıxış elədi. Qeyd etdi ki, xalqın səsi xalqa çatmır. Ona görə "Azadlıq" radiosu vasitəsi 

ilə sözümüzü deyirik. İki ildir mərkəzi hökumətin təsiri ilə Azərbaycan hökuməti, Vəzirov maymaqlıq göstərdi, 

xalqın taleyi ilə oynadılar. Ona görə də xalqın haqq işini xalq cəbhəsi davam etdirdi. Öz hakimiyyətini itirmiş 

Vəzirov kampaniyası xalqa böhtan atdı. 

Erməni evlərində talançılıq törədib onu xalq cəbhəsinin və xalqın həqiqi övladlarının üstünə  yıxdılar, 

xalqa qara yaxdılar. 

Rəssam Güllü Mustafayeva müraciət etdi: Sovet hökuməti rəhbərlərinə sual verirəm, nə üçün millətçi 

ermənilər bizim ərazimizə göz dikəndə, qədimdən qonşu olan xalqlarımız arasına ədavət toxumu səpəndə qəti 

tədbir görmürdü? Niyə mənim xalqım öz haqqını tələb edəndə onu qana boyadı? Azərbaycan xalqını öz doğma 

Qarabağına getməyə qoymayanlara qarşı bu iki ildə nə üçün tədbir görmürdülər? 

Bu gün Amerikada BMT binası qarşısında azərbaycanlıların Bakını Sovet ordusunun işğal etməsi ilə 

əlaqədar çoxsaylı mitinqi olmuşdur. Belçikada türk və azərbaycanlılar mitinq keçirərək Sovet ordusunun Bakıda 

törətdikləri qanlı cinayətlərə etirazlarını bildirmişlər. Onlar tələb etmişlər ki, nə üçün Avropa ölkələri insan 

hüquqlarına zidd olan bu hərəkəti pisləmirlər. 

Qəzetlər, radio, televiziya müraciətlərlə doludur. Gah partiya, müharibə, əmək, SSRİ Silahlı Qüvvələri 

Veteranları Şurası respublika zəhmətkeşlərinə müraciət edir, gah ali məktəb rektorlar şurası professor-müəllim 

heyətinə  və  tələbələrə müraciət edir, gah da orden-medallı, fəxri adlılar müraciət edirlər. Bu müraciətlərin 

hamısının arxasında bir fikir dayanır: Tətili dayandırmaq! Əsgərlər zorla evlərdən adamları çıxarıb işə, məktəbə 

göndərə bilmirlər. Yəqin mümkün olsa, onu da edərdilər. 

Yanvar hadisələrini tədqiq edən müstəqil deputat komissiyası yaradılıb. Komissiyanın üzvü, SSRİ xalq 

deputatı Adilə Namazova ilə bugünkü "Kommunist" qəzeti müsahibə  dərc edib. Müsahibədən aydın olur ki, 

Bakıda həbs edilənlərdən 77 nəfəri respublikadan kənara göndərilib. Həbs edilənlərin valideynlərinə, 

qohumlarına xəbər verilmədiyindən çoxları onları ölmüş bilib yas saxlayıblar. 

Bir sözlə, Moskvadan gəlmiş bir serjant Bakıda polkovnikdən nüfuzludur. Nə istəyirlər, onu da edirlər. 

Qayda-qanun deyilən şey yoxdur. 

 

4 fevral. 

 

Vaxt vardı DTK-nın nəzarətindən kənarda bir xarici jurnalist qala bilməzdi.  İcazəsiz xarici ölkə 



jurnalistləri bir addım belə ata bilməzdilər. Hər hansı bir bölgəyə getmək üçün nə qədər yazışma aparmalı, neçə 

ay izin gözləməli idilər.  İndi qəflətən qəliblər parçalandı. Xarici ölkə jurnalistləri də riskə gedərək icazəsiz 

SSRİ-nin qaynar nöqtələrinə səfərə çıxırlar. Yanvarın 31-də İmişli rayonunda Böyük Britaniya vətəndaşları — 

"Bi-Bi-Si" radiokorporasiyasının  əməkdaşları Braun Bencamin və Pek Rorini SSRİ  ərazisində yerdəyişmə 

qaydalarını  və  sərhəd zonasında olmaq rejimini pozmaq üstündə yaxalayıblar. Azərbaycan SSR Dövlət 


45 

 

Təhlükəsizliyi Komitəsi bəyanat verib. Bəyanatda göstərilir ki, son vaxtlar respublikamıza icazəsiz xarici ölkə 



jurnalistlərinin gəlişi artıb. Yanvarın 20-də Naxçıvan şəhərində fransalı jurnalistlər Janen Daniel Klod, Düdubl 

Dominik, Bantüra Stefan, Peynar Mişel tutulublar. Onlar Ermənistan SSR-in Ararat rayonu ərazisindən keçib 

gəliblər. Yanvarın 27-də yenə  də Naxçıvan MSSR ərazisində Fransa vətəndaşları, "Siqma" və "Qamma" 

agentliklərinin Moskvadakı fotomüxbirləri Alen Nogesi və Neşiç Vlastimirini saxlayıblar. 

DTK-nın bəyanatında deyilir: "Əcnəbilərdə Ermənistanın qeyri-formal birlikləri liderlərinin ünvanları 

və telefon nömrələri, Yerevan və Stepanakertdə fəaliyyət göstərən müxtəlif təşkilatların fəallarının Fransadakı 

erməni icmalarının rəhbərləri ilə sıx əlaqə saxladığını sübut edən sənədlər, sovet hərbi texnikasının miqdarı və 

tipləri haqqında məlumatın yazıldığı lentlər, erməni yaraqlılarının fəaliyyətini  əks etdirən fotoplyonkalar 

olmuşdur". 

Şəhərdə türk jurnalistlərinin də həbs olunduğu haqqında xəbərlər gəzir. Nədənsə, onların adları DTK-

nın bəyanatında çəkilmir. DTK görünür xalqın qəzəbinə gələcəyindən qorxduğundan bu məsələni hələlik örtülü 

saxlayır. DTK jurnalistləri tutur, yaxalayır, respublikadan uzaqlaşdırır və s. Əgər fakt birikdirsə bunu cinayət 

saymaq olar. Yox, kütləvidirsə, bu cinayətdən adətə çevrilir. Xarici jurnalistlərin gəlişinin qarşısını daha almaq 

mümkün olmayacaq. Bir zaman cinayət hesab edilən bu gəlişlər indi adətə çevrilir. 



 

8 fevral. 

 

Moskva radio və televiziyası, qəzet və jurnalları Qafqaz hadisələrini təhrif etməkdə sanki yarışa girib. 



Azərbaycan məsələsinə  kələndə xüsusi fəallıq göstərir. Hər gün çox incə  məharətlə Azərbaycanın  əleyhinə 

yazılar verir. Bu sətirləri yazanda gündüz nəzərdən keçirdiyim qəzetlər yadıma düşdü. Qəzetlərin pozulmuş iş 

ahəngi yavaş-yavaş yoluna düşür.  İttifaq qəzet-jurnallarını  mətbəə  işçiləri Azərbaycan  əleyhinə  məqalələr 

verdiklərinə görə Bakıda çap etmirlər. Moskvada, Leninqradda və başqa  şəhərlərdə  nəşr olunan qəzetlərin 

Bakıya təyyarə ilə göndərilməsini qaydaya salırlar. Həmin qəzetləri diqqətlə oxuyandan sonra özüm öz yazıma 

sual vermək istəyirəm: "Yalnız Moskvanınmı? Əlbəttə, yalnız Moskvanın deyil, SSRİ-nin kütləvi informasiya 

orqanları Azərbaycan əleyhinə ardı-arası kəsilmədən təbliğat aparır. Ürək ağrıdan odur ki, dili bir, dini bir qar-

daşlarımız olan qazaxların, qırğızların, özbəklərin, türkmənlərin, tatarların qəzet-jurnalları Rusiya vilayət-

lərində çap edilən qəzet-jurnallardan heç də geri qalmır. Deyə bilərlər ki, yazıqlar neyləsən, yeganə  məlumat 

mənbələri SİTA-dır. SİTA nə verir, onlar da həmin yazıları çap edir. 

Dəfələrlə müşavirələrdə, seminarlarda Qazaxıstandan, Qırğızıstandan, Türkmənistandan, Özbəkistandan 

gələn nümayəndələrlə görüşmüşəm. Söhbətlər, diskussiyalar etmişəm. Millətçilikdən uzaq olduqlarını,  əsl 

beynəlmiləlçi olduqlarını göstərmək üçün necə dəridən-qabıqdan çıxırlar. Tarixlərini, dillərini, mədəniyyətlərini 

təhrif edirlər. Belələrinin rəhbərliyi altında çap olunan qəzetlərdən təəssübkeşlikmi gözləmək olar? Onlar nəinki 

təəssübkeşlik edər, heç həqiqəti söyləməyə  də  cəsarətləri çatmaz. Qorxarlar ki, həqiqəti söyləsələr Moskva 

onları millətçilikdə ittiham edər. Moskva ittiham etməsə  də onun vəzifəsində gözü olan soydaşı ittiham edər. 

Yaxud da yuxarılara anonim məktub yazar. Bu məktub, ya da şifahi xəbər onun neçə illik zəhmətini heçə 

endirər. Vəzifədən birdəfəlik uzaqlaşdırılar. 

Nə isə... Əsas mətləbdən deyəsən çox uzaqlaşdım. hər gün olduğu kimi fevralın 2-də də "Vremya" yalan 

bir xəbər yaymışdı. Guya Azərbaycan SSR-in Cəbrayıl rayonunda üç nəfər ekstremist tutulmuş, onlardan 7 

avtoMat silah müsadirə edilmişdi. 

Yerli qəzetlər Cəbrayıl rayonunun hərbi komendantı podpolkovnik V.Y.Yelovskinin bəyanatını çap 

edib. Komendantın məlumatında deyilir: "Rayon əhalisinə bildirirəm ki, "Vremya" xəbərlər proqramında səhv 

məlumat getmişdir. Üç ekstremistin tutulması  və adamlardan 7 avtomat ələ keçirilməsi həqiqətə uyğun deyil. 

Əslində fevralın 1-də rayonda fövqəladə  vəziyyətlə  əlaqədar olaraq daxili işlər  şöbəsinin uçotunda olan 7 

avtomat hərbi komendantlığa təhvil verilmişdir". 

Bəli, milyonlara yalan deyirlər, sonra da bir qrup qarşısında yalanlarını təkzib edirlər. 

 

9 fevral. 

 

Yenidənqurmadan, aşkarlıqdan çox danışılır. Plenumlar əvvəlkilərdən o qədər də seçilmir. Bu da 



səbəbsiz deyil. Adamların dünyagörüşünü bir qərar, bir göstərişlə  dəyişmək olmur. Plenum üzvlərinin 

əksəriyyəti elə dünənki partnomenklaturanın təyin etdiyi adamlardı. Yenidənqurma, aşkarlıq milli-azadlıq 

hərəkatına güçlü təkan verib. Görünür bunu nə Sov.İKP Siyasi Bürosu, nə  də M.S.Qorbaçov görə bilib. Elə 

buna görə  də bu gün hay-küy salır, sanki zamanın axarını saxlamaq istəyirlər. Sov.İKP Mərkəzi Komitəsi 

plenumunun 1990-cı il 7 fevral tarixli qərarı dediklərimizə nümunə ola bilər. Qərarda yazılıb: 


46 

 

1. Sov.İKP MK plenumu Litva KP XX qurultayının qəbul etdiyi qərarları onun Sovet İttifaqı 



Kommunist Partiyası ilə təşkilati-siyasi əlaqəni kəsməsi kimi qiymətləndirir. 

Plenum belə  hərəkətləri pisləyir, çünki bunlar Sov.İKP-nin birliyini sarsıdır və sovet federasiyasının 

yeniləşdirilməsi proseslərinə, bütövlükdə cəmiyyətə böyük zərər vurur. 

2. Plenum Litva KP-nin (Sov.İKP platformasında) müvəqqəti MK-sını yaratmış, beynəlmiləlçilik 

prinsiplərinə  sədaqəti qorumuş, çoxmillətli ittifaqımızın bütün xalqlarını birləşdirən Sov.İKP-nin demokratik-

ləşdirilməsi və yeniləşdirilməsi  şəraitində inqilabi dəyişikliklərin həyata keçirilməsi uğrunda çıxış edən Litva 

kommunistlərinə tərəfdar çıxır. 

Plenum Sov.İKP MK-nın Siyasi Bürosuna tapşırır ki, LKP (Sov.İKP platformasında) müvəqqəti MK-

sının əməli fəaliyyətində ona hər cür lazımi yardım göstərsin və bunun üçün müvafiq maddi və maliyyə şəraiti 

yaratsın. 

3. Plenum müstəqil Litva KP-yə daxil olmuş litvalı yoldaşları bir daha Litva KP XX qurultayı 

qərarlarının Sov.İKP Proqramının və Nizamnaməsinin qüvvəsinə aid hissəsini Sov.İKP XXVIII qurultayınadək 

dayandırmağa və bunun əsasında Sov.İKP platformasında duran Litva KP ilə yanaşı Sov.İKP XXVIII 

qurultayına nümayəndələr seçməyə çağırır. 

Plenum Litva kommunistlərinə müraciət edərək onları Sov.İKP MK platformasının qurultayqabağı 

layihəsinin müzakirəsinə qoşulmağa, Litva xalqını bütün çoxmillətli dövlətimizin müqəddəratı üçün öz tarixi 

məsuliyyətini başa düşməyə çağırır. 

"Kommunist" 9 fevral 1990 № 27 (21093). 

 

Belə qərarlardan bir yox, lap on beşi verilsə belə heç nəyi dəyişmək mümkün olmayacaq. Litva yaxasını 



Rusiyanın əlindən qurtaracaq. Görək sonra növbə kimindir? Litva kommunistlərinin bu cəsarətli hərəkəti milli 

ucqarlarda bir oyanış yaradır. 



 

14 fevral. 

 

Bu gün SSRİ Ali Sovetinin sessiyası açıldı. Sessiyanın gündəliyini oxumaq üçün M.Qorbaçov 



Lukyanova söz verəndə bizim deputat V.Məmmədov tribunaya yanaşdı ki, gündəliyə əlavəsini etsin, ona imkan 

verilmədi. Sonra deputat T.İsmayılov təkidlə təklif etdi ki, Bakı qırğını zamanı ölənlərin xatirəsini yad etsinlər. 

Hamı ayağa durub öldürülənləri yad etdi. Sonra bəstəkar, deputat Arif Məlikov təklif etdi ki, məsələyə baxanda 

nəzərə alınsın ki, Yazov rəsmi  şəkildə elan edib ki, biz Bakıya Sovet hakimiyyətini bərpa etməyə  gəlmişik. 

Şuşadan deputat V.Cəfərov təklif etdi ki, Qarabağ  məsələsinə baxılmasın, çünki hər dəfə bu yeni hadisələrin 

törənməsinə, vəziyyətin gərginləşməsinə səbəb olur. 

Bu gün respublika televiziyası ilə Azərbaycan KP MK-dan müşavirənin xülasəsi verildi. Yəni ki, 

mətbuatda bu veriləcək. Müşavirədə A.Mütəllibov çıxış etdi. Müşavirədə xeyli adam, ziyalı söz alıb danışdı. 

M.İbrahimov, Z.Bünyadov, Volodarski fabrikinin rus nümayəndəsi, F.Köçərli, G.Əlibəyova, L.Məmmədov, 

N.Rzayev və b. da çıxış etdilər. Mübahisəli, maraqlı, ziddiyyətli çıxışlar oldu. 



 

15 fevral. 

 

Bakı  qırğınından 20-25 gün keçməmiş Düşənbə hadisələri başladı. Ölkədə bir qarışıqlıq yaranıb gəl 



görəsən. Sumqayıt, Ermənistan, Fərqanə, Tbilisi, Bakı, arxasınca da Düşənbə hadisələri gəlir. Hər yerdə qan 

tökülür. Bu oyunlardan, dünyanın gedişindən xəbərsiz insanlar məhv edilir. 

Dünən televiziya, radio, qəzetlər SİTA-nın xəbərini yaydı. Məlumatda deyilir: fevralın 13-də respublika 

KP MK-nın binası qarşısındakı mitinqdə nümayişçilər Tacikistan hökumətinin və partiyasının Mərkəzi 

Komitəsinin tezliklə istefa verməsini, bütün ermənilərin Tacikistandan qovulmasını  tələb etmişlər. Mitinqdə: 

"Ruslar hər  şey üçün cavab verməlidirlər!"  şüarları  səslənmişdir. Tacikistan KP MK-nın birinci katibi 

K.Məhkəmov toplaşanlar qarşısında çıxış edərək şuluqluqlara son qoymağa çağırmışdır". 

Orta Asiya və Qazaxıstan üzrə daxili qoşunlar idarəsi rəisinin müavini general-mayor A.Filistoviç 

hadisə ilə bağlı SİTA-nın müxbirinə deyib: "Biz problemi dinc yolla həll etməyə cəhd göstəririk. Təəssüf ki, bu 

heç də  həmişə mümkün olmur. Lakin silah yalnız son məqamda, hərbi qulluqçulara qarşı açıq-aşkar hücum 

olduqda tətbiq edilir". 

Yenə də yalan! İlahi nə qədər yalan danışmaq, xalqın başını yalanla aldatmaq olar. Nə vaxtsa bir məsəl 

eşitmişdim: "Hökumətdə zor olar, yalan olmaz". Amma bu hökumətimin mayası deyəsən yalanla tutulub. 

Bunsuz keçinə bilmir. Bakıda qırğın törədir, bir yalan söyləyir, Düşənbədə  qırğın törədir, bir yalan söyləyir. 



47 

 

İstəyirsən yalanını tutasan, yeni bir yalan quraşdırır. Bu yalanları heç olmasa məntiqə uyğunlaşdırmırlar. 



Məlumatı dinləyən, yazını oxuyan həmin dəqiqə deyilənə şübhə ilə yanaşır. 

SİTA-nın Düşənbə haqqında məlumatında nümayiş  iştirakçılarının  əsgərlər və milislər üzərinə içəri-

sində yandırıcı qarışıq və kükürd turşusu olan butulka atdıqlarını, əsgərləri elektrik məftillərindən düzəldilmiş 

ilgəklə boğduqlarını, polad qırmaqlı zəncirlə dartdıqlarını yazırlar. Sual vermək istəyirsən: "Bu adamlar mitinqə, 

nümayişə  gəlmişdilər, yoxsa şəhəri hücumdan qorumaq üçün müdafiə hazırlığı görmüşdülər?" "Mitinq 

iştirakçılarının istefa arzusu yerinə yetirilsəydi, yenə toqquşma olacaqdı?" "Adamlar döyüş, toqquşma olacağını 

nə bilirdilər ki, hazırlıqlı gəlmişdilər?" Bu və buna bənzər onlarla sual cavabsız qalır. 

SİTA-nın verdiyi xəbərdə Düşənbədən deyilir: "İnsan qəzəbinin doğrudan da həddi-hüdudu yoxdur. 

Ötən iki gündə talançılar 24 mağazanı, 19 məişət xidməti müəssisəsini, 25 köşkü və dükanı, 6 inzibati binanı, 

bir danışıq-telefon məntəqəsini və bir əmanət bankını soyub qalamış, trolleybusları, avtomobilləri məhv etmiş, 

22 təcili yardım maşınını sıradan çıxarmışlar. Xuliqanlar küçələrdə adamları döyürlər. 

SSRİ Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisələr başlanandan bəri 11 adam həlak olmuşdur. 

194 adam, o cümlədən, 48 nəfər milis əməkdaşı və daxili qoşunların üç hərbi qulluqçusu zədə almışdır". 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə