Iso 45001: 2018 Peşə sağlamlığı və



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix20.11.2019
ölçüsü0,93 Mb.
#29632
  1   2   3   4   5   6
ISO 45001 AZ (1)


www.tcsgl.com                                                                                                                                     

1 of 40


   

 

 



ISO 45001:2018 Peşə sağlamlığı və 

təhlükəsizliyini idarəetmə sistemi 

Tələblər və onların tətbiqinə dair təlimat 

 

 



 

                             

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


www.tcsgl.com                                                                                                                                     

2 of 40


   

 

BRİTANİYA STANDARTI 



1

.

 



Əhatə sahəsi

 

Bu sənəddə tәşkilatlara peşə ilə bağlı xəsarətlərin və sağlamlağın itirilməsinin qarşısını almaqla, 



həmçinin PS&T ilә bağlı fəaliyyətlərini inkişaf etdirməklə təhlükəsiz və sağlam iş şəraiti təmin 

etməyə imkan vermək məqsədilə peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemi üzrə 

tələblər müəyyən edilir və həmin sistemin tətbiqinə dair təlimatlar verilir. 

Bu sənəd peşə sağlamlığı və təhlükəsizliyini inkişaf etdirmək, təhlükələri aradan qaldırmaq, PS&T 

üzrə riskləri (o cümlədən sistemdəki çatışmazlıqları) azaltmaq, PS&T üzrə imkanlardan 

yararlanmaq və öz fəaliyyəti ilə bağlı PS&T idarəetmə sistemindəki uyğunsuzluqlara reaksiya 

vermək üçün PS&T idarəetmə sistemini yaratmaq, tətbiq etmək və işlək halda saxlamaq istəyən 

hər hansı təşkilatda istifadə oluna bilər. 

Bu sənəd təşkilata özünün PS&T idarəetmə sistemində nəzərdə tutulmuş nəticələrə nail olmağa 

kömək edir. PS&T sahəsində təşkilatın siyasətinə uyğun olaraq, PS&T idarəetmə sisteminin 

nəzərdə tutulmuş nəticələri aşağıdakılardır: 

1. PS&T sahəsində fəaliyyətin davamlı olaraq inkişaf etdirilməsi; 

2. Hüquqi tələblərin və digər tələblərin yerinə yetirilməsi; 

3. PS&T üzrə məqsədlərə nail olunması. 

Bu sənəd ölçüsü, növü və fəaliyyət sahəsindən asılı olmayaraq hər hansı təşkilatda tətbiq edilə 

bilər. Onu təşkilatın fəaliyyət göstərdiyi  kontekst (şərait), öz işçilərinin və digər maraqlı tərəflərin 

ehtiyac və gözləntiləri kimi amilləri nəzərə almaqla təşkilatın nəzarəti altında olan PS&T üzrə 

risklərə tətbiq etmək olar.  

Bu sənəddə PS&T sahəsində fəaliyyətin göstəriciləri üçün konkret meyarlar qoyulmur və PS&T 

idarəetmə sisteminin strukturu barədə heç bir göstəriş yoxdur. 

Bu sənəd təşkilata PS&T idarəetmə sistemi vasitəsi ilə işçilərin sağlam həyat tərzinin və rifahının 

təmin olunması kimi sağlamlıq və təhlükəsizliyin digər aspektlərini nəzərə alıb bura daxil etməyə 

imkan verir. 

Bu sənəddə, işçilər və digər müvafiq maraqlı tərəflər üçün risklərin olduğu hallar istisna olmaqla, 

məhsulun təhlükəsizliyi, maddi ziyan və ətraf mühitə təsirlər kimi məsələlərə toxunulmur. 

Bu sənəd peşə sağlamlığı və təhlükəsizliyinin idarə olunmasını sistemli şəkildə inkişaf etdirmək  

(təkmilləşdirmək) məqsədilə tam və ya qismən istifadə edilə bilər. Lakin bu sənədin bütün tələbləri 

təşkilatın PS&T idarəetmə sisteminə daxil edilərək istisnasız olaraq yerinə yetirilmirsə bu sənədə 

uyğunluq iddiaları qəbul olunmur. 

2. Normativ istinadlar  

Bu sənəddə heç bir normativ istinad yoxdur.  

3. Termin və təriflər

 

Bu sənədin məqsədləri üçün aşağıdakı termin və təriflər tətbiq olunur. 



Standartlaşdırma zamanı istifadə olunması üçün İSO və İEC aşağıdakı ünvanlarda terminoloji 

məlumat bazaları saxlayır:   

—   

ISO Online browsing platform:



 

https://www.iso.org/obp  

—   IEC Electropedia:  http://www.electropedia.org/

  

 



 

www.tcsgl.com                                                                                                                                     

3 of 40


   

 

3.1 Təşkilat (organization) 



məqsədlərinə (3.16) nail olmaq üçün məsuliyyət, səlahiyyət və əlaqələri ilə öz funksiyalarına malik 

olan şəxs və ya bir qrup insan. 

Qeyd :

 Təşkilat anlayışı özündə aşağıdakıları ehtiva edir, ancaq bunlarla məhdudlaşmır: hüquqi 



şəxs olub-olmamasından, dövlət və ya özəl olmasından asılı olmayaraq, fərdi sahibkar, şirkət, 

korporasiya, firma, müəssisə, hökumət orqanı, cəmiyyət, xeyriyyə qurumu və ya təsisat və ya 

onların bir hissəsi və ya onların birliyi.  

Qeyd :


  Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də 

verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir.  

3.2 Maraqlı tərəf (interested party) [üstünlük verilən termin] 

Pay sahibi (maraqlı tərəf)  (stakeholder) [qəbul olunan termin] 

Müəyyən qərar və ya fəaliyyətin təsirinə məruz qalan və ya özünün belə təsirə məruz qalmasını 

ehtimal edərək həmin qərar və ya fəaliyyətə təsir göstərə bilən şəxs və ya təşkilat (3.1)  

Qeyd 

:  Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də 



verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir.  

3.3 İşçi (worker) Təşkilatın (3.1) nəzarəti altında olan işi və ya işlə bağlı fəaliyyətləri 

icra edən şəxs  

Qeyd :


  Şəxslər pulla və ya pulsuz, müxtəlif şərtlər altında, məsələn daimi və ya müvəqqəti, il 

ərzində və mövsümi, hərdən bir və ya yarımştat olaraq iş və ya işlə bağlı fəaliyyətləri icra edirlər. 

Qeyd .

 İşçilər yuxarı rəhbərlik (3.12), rəhbər və qeyri-rəhbər şəxslərdən ibarətdir.  



Qeyd .

  Təşkilatın nəzarəti altında icra edilən iş və ya işlə bağlı fəaliyyətlər təşkilatın öz işçiləri, 

kənar təchizatçıların işçiləri, podratçılar, fərdi işçilər, agentlik işçiləri və ya digər şəxslər tərəfindən 

icra edilə bilər, bir şərtlə ki, təşkilat onların işinə və ya işlə bağlı fəaliyyətlərinə təşkilatın 

kontekstinə uyğun nəzarət etmiş olsun.   

3.4 İştirak (participation) 

Qərar-vermə prosesinə cəlb olunmaq 

Qeyd :


  İştirak termini, mövcud olan yerdə, sağlamlıq və əməyin təhlükəsizliyi üzrə komitələr və 

işçilərin nümayəndələrinin cəlb olunmasını da ehtiva edir. 

 

 

3.5 Məsləhətləşmə (consultation) 



Qərar verməzdən qabaq fikirlərin öyrənilməsi  

Qeyd :


 Məsləhətləşmə termini, mövcud olan yerdə, sağlamlıq və əməyin təhlükəsizliyi üzrə 

komitələr və işçilərin nümayəndələrinin cəlb olunmasını ehtiva edir.  

3.6 İş yeri (workplace)

 

şəxsin işi icra etmək üçün olmalı olduğu və getməli olduğu təşkilatın ( 3.1) nəzarəti altında olan yer  



Qeyd :

 İş yeri üzrə PS&T idarəetmə sistemi (3.11) çərçivəsində təşkilatın məsuliyyəti həmin iş yeri 

üzərində nəzarətin dərəcəsindən asılıdır.   

3.7 Podratçı (contractor)

 

Razılaşdırlmış spesifikasiyalar, müddət və şərtlərə uyğun təşkilata xidmət göstərən kənar təşkilat 



(3.1) 

Qeyd :


 Xidmətlərə, digər xidmətlərlə yanaşı, tikinti işləri də daxil ola bilər.  

 


www.tcsgl.com                                                                                                                                     

4 of 40


   

 

3.8 Tələb (requirement)  



Qeyd edilmiş (müəyyən edilmiş), ümumiyyətlə nəzərdə tutulan və ya məcburi olan ehtiyac və ya 

gözlənti 

Qeyd :

  “ümumiyyətlə nəzərdə tutulan” o deməkdir ki, haqqında danışılan ehtiyac və ya 



gözləntinin nəzərdə tutulması təşkilat (3.1) və ya maraqlı tərəflər (3.2) üçün adi və ya qəbul 

olunmuş haldır. 

Qeyd :

 Konkret tələb o tələbdir ki, qeyd olunub, məsələn, sənədləşdirilmiş məlumatlarda (3.24).  



Qeyd :

  Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də 

verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir. 

3.9 Hüquqi tələblər və digər tələblər (legal requirements and other requirements)  

Təşkilatın (3.1) yerinə yetirməli olduğu hüquqi tələblər və təşkilatın yerinə yetirməli olduğu və ya 

yerinə yetirmək üçün seçdiyi digər tələblər (3.8). 

Qeyd :

  Bu sənədin məqsədləri üçün, hüquqi tələblər və digər tələblər PS&T idarəetmə sisteminə 



(3.11) aid olan tələblərdir.  

Qeyd :


 “Hüquqi tələblər və digər tələblər” kollektiv sazişlərin müddəalarını ehtiva edir.  

Qeyd :


  Hüquqi tələblərə və digər tələblərə qanunlar, qaydalar, kollektiv sazişlər və yaranmış 

təcrübələrə  uyğun işçilərin (3.3) nümayəndələri olan şəxsləri müəyyən edən tələblər də daxildir

.  

3.10 İdarəetmə sistemi (management system)



 

 

Siyasətlər (3.14) və məqsədlər (3.16) qoymaq və həmin məqsədlərə nail olmaq üçün proseslər 



(3.25) yaratmaq üçün təşkilatın (3.1) bir-biri ilə əlaqəli olan və ya bir-birinə təsir göstərən 

elementlər toplusu 

Qeyd :

  İdarəetmə sistemi fəaliyyətin bir aspektini və ya bir neçəsini əhatə edə bilər.  



Qeyd :

 Sistemin elementlərinə təşkilatın strukturu, vəzifələr və məsuliyyətlər, planlaşdırma, 

istehsal fəaliyyəti, fəaliyyətin göstəricilərinin qiymətləndirilməsi və inkişaf (yaxşılaşdırma) daxildir. 

Qeyd :


 İdarəetmə sisteminin əhatə sahəsinə bütün təşkilat, təşkilatın daxılndə konkret müəyyən 

edilmiş funksiyalar, təşkilatın konkret müəyyən edilmiş bölmələri və ya təşkilatlar qrupunda bir 

yaxud bir neçə funksiyalar daxil ola bilər. 

Qeyd :


 Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də 

verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir. 

Qeyd :

 idarəetmə sisteminin bəzi geniş yayılmış elementlərini aydınlaşdırmaq (göstərmək) 



məqsədilə dəyişdirilib

3.11 Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemi, PS&T idarəetmə sistemi  



(occupational health and safety management system, OH&S management system) 

PS&T üzrə siyasətə (3.15) nail olmaq üçün istifadə edilən idarəetmə sistemi (3.10) və ya idarəetmə 

sisteminin bir hissəsi  

Qeyd :


 PS&T idarəetmə sisteminin nəzərdə tutulmuş nəticələri işçilərin (3.3) xəsarət almasının və 

sağlamlığının itirilməsinin (3.18) qarşısının alınmasından, sağlamlıq üçün əlverişli və təhlükəsiz iş 

yerləri (3.6) təmin etməkdən ibarətdir.  

Qeyd :


 “Peşə sağlamlığı və təhlükəsizliyi” (PS&T) və “əməyin təhlükəsizliyi və sağlamlıq” (ƏT&S) 

terminlərinin mənaları eynidir.   

 

 


www.tcsgl.com                                                                                                                                     

5 of 40


   

 

3.12 Yuxarı rəhbərlik (top management)



 

təşkilatı (3.1) ən yüksək səviyyədə idarə edən şəxs və ya bir qrup insan. 

Qeyd :

 Yuxarı rəhbərlik PS&T idarəetmə sistemi (3.11) üzrə əsas cavabdehliyi özündə saxlamaq 



şərti ilə təşkilat daxilində səlahiyyətləri ötürmək və resursları təmin etmək ixtiyarına malikdir.  

Qeyd :


  Əgər idarəetmə sisteminin (3.10) əhatə sahəsinə təşkilatın yalnız bir hissəsi daxildirsə, 

onda yuxarı rəhbərlik təşkilatın həmin hissəsini idarə edən şəxslərdir. 

Qeyd :

 Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də 



verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir. 

Qeyd 1 PS&T idarəetmə sistemi ilə əlaqədar yuxarı rəhbərliyin məsuliyyətini aydınlaşdırmaq 

məqsədilə dəyişdirilib. 

3.13 Səmərəlilik (effectiveness)

 

Planlaşdırlmış fəaliyyətlərin həyata keçirilmə və planlaşdırlmış (nəzərdə tutulmuş) nəticələrə nail 



olma həddi    

Qeyd :


 Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də 

verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir.  

3.14 Siyasət (policy)

 

Təşkilatın (3.1) öz yuxarı rəhbərliyi (3.12) tərəfindən rəsmi olaraq ifadə edilən niyyətləri və inkişaf 



istiqamətləri 

Qeyd :


 Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də 

verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir.  

3.15 Peşə sağlamlığı və təhlükəsizliyi üzrə siyasət, PS&T üzrə siyasət (occupational 

health and safety policy, OH&S policy)

 

işçilərin (3.3) iş vaxtı xəsarət almasının və sağlamlığının itirilməsinin (3.18) qarşısını almaq, 



sağlamlıq üçün əlverişli və təhlükəsiz iş yerləri (3.6) təmin etmək üçün yürüdülən siyasət (3.14)  

3.16 Məqsəd (objective)

  

nail olunmalı nəticə  



Qeyd :

 Məqsəd strateji, taktiki və ya operativ ola bilər.  

Qeyd :

 Məqsədlər müxtəlif iş sahələrinə aid ola bilər (məsələn, maliyyə, sağlamlıq və əməyin 



təhlükəsizliyi, ətraf mühit üzrə məqsədlər) və müxtəlif səviyyələrdə qoyula bilər (məsələn, strateji, 

təşkilat boyu, layihə, məhsul və proses (3.25). 

Qeyd :

 Məqsədlər fərqli üsullarla ifadə oluna bilər, məsələn, nəzərdə tutulmuş nəticə, amal, 



istehsalat meyarı, PS&T üzrə məqsəd (3.17) və ya analoji məna daşıyan başqa sözlər istifadə 

etməklə (məsələn, niyyət, məram və ya hədəf) 

Qeyd :

 Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də 



verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir. 

Orijinal Qeyd 4 ləğv edilib, çünki  “PS&T üzrə məqsəd” termini ayrıca olaraq 3.17-də müəyyən 

edilib. 

3.17 Peşə sağlamlığı və təhlükəsizliyi üzrə məqsəd, PS&T üzrə məqsəd 

(occupational health and safety objective, OH&S objective) 

PS&T üzrə siyasətlə (3.15) uyğunlaşan konkret nəticələrə nail olmaq üçün təşkilat (3.1) tərəfindən 

qoyulan məqsəd (3.16).  


www.tcsgl.com                                                                                                                                     

6 of 40


   

 

 



3.18 Xəsarət və sağlamlığın itirilməsi (injury and ill health)

  

Şəxsin fiziki, psixi və ya əqli vəziyyətinə mənfi təsir  



Qeyd :

 Bu mənfi təsirlərə peşə xəstəlikləri, zədələnmələr və ölüm daxildir.  

Qeyd :

 “Xəsarət və sağlamlığın itirilməsi” termini ya ayrıca ya da birlikdə xəsarət alma və ya 



sağlamlığın itirilməsi deməkdir.

  

3.19 Təhlükə (hazard)



  

Xəsarət və sağlamlığın itirilməsinə səbəb ola bilən mənbə (3.18)  

Qeyd :

 Təhlükələrə zədə və ya təhlükəli vəziyyətlər yaratmaq potensialına malik mәnbәlər, və ya 



xəsarətə və ya sağlamlığın itirilməsinə gətirib çıxaran təsirə səbəb ola bilən şəraitlər daxil ola bilər. 

 

3.20 Risk



  

Qeyri-müəyyənliyin təsiri        

Qeyd :

  Təsir gözlənilən nəticədən – müsbət və ya mənfi – yayınma zamanı baş verir. 



Qeyd :

 Qeyri-müəyyənlik – hadisəyə, onun nəticələrinə və ya baş vermə ehtimalına dair 

məlumatın, hətta qismən, çatışmaması, hadisənin anlaşılmaması və ya bu barədə biliyin olmaması 

halıdır. 

Qeyd :

 Risk çox zaman potensial mümkün “hadisələrə”(ISO Guide 73:2009, 3.5.1.3 sənədində 



müəyyən edildiyi kimi)  və onların “nəticələrinə” ”(ISO Guide 73:2009, 3.6.1.3 sənədində müəyyən 

edildiyi kimi) və ya bunların hər ikisinə istinadən xarakterizə olunur.  

Qeyd :

 Risk çox zaman hadisənin nəticələri ilə (o cümlədən şərtlərdəki dəyişikliklərlə) onlara 



müvafiq baş vermə ehtimalının (ISO Guide 73:2009, 3.6.1.1 sənədində müəyyən edildiyi kimi) 

hasili (kombinasiyası) baxımından ifadə olunur. 

Qeyd :

 Bu sənəddə “risklər və imkanlar” termini işlədildikdə bu PS&T üzrə risklər (3.21), PS&T üzrə 



imkanlar (3.22) və idarəetmə sistemi üzrə digər risklər və digər imkanlar mənası daşıyır. 

Qeyd :


 Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də 

verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir. 

“Risklər və imkanlar” termininin bu sənəddə isitfadə edilməsi üçün onu aydınlaşdırmaq məqsədilə 

Qeyd 5 əlavə olunub. 

3.21 Peşə sağlamlığı və təhlükəsizliyi üzrə risk (occupational health and safety risk, 

OH&S risk)

 

İşlə bağlı təhlükəli hadisə(lər)in və ya təsir(lər)in baş vermə ehtimalı ilə həmin hadisə(lər) və ya 



təsir(lər) səbəbindən baş verə bilən xəsarət və sağlamlığın itirilməsi (3.18) hallarının ağırlıq 

dərəcəsinin kombinasiyası

       

3.22 Peşə sağlamlığı və təhlükəsizliyi üzrə imkan (occupational health and safety 



opportunity, OH&S opportunity)

 

PS&T üzrə fəaliyyət göstəricilərinin (3.28) inkişaf etdirilməsinə gətirib çıxara bilən şərait və ya 



şəraitlər toplusu  

3.23 Səriştə 

Nəzərdə tutulmuş nəticələrə nail olmaq üçün bilik və bacarıqları tətbiq etmək qabiliyyəti  

Qeyd :


  Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də 

verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir.

  


www.tcsgl.com                                                                                                                                     

7 of 40


   

 

 



 

3.24 Sənədləşdirilmiş məlumatlar

 

Təşkilat (3.1) tərəfindən nəzarət olunmalı və işlək halda saxlanılmalı olan məlumatlar və bu 



məlumatların saxlanıldığı daşıyıcı  

Qeyd :


 Sənədləşdirilmiş məlumatlar hər hansı formatda ola, daşıyıcıda saxlanıla və müxtəlif 

məndələrdən əldə oluna bilər. 

Qeyd.

 Sənədləşdirilmiş məlumatlar aşağıdakılara aid ola bilər:  



a)  idarəetmə sisteminə (3.10), o cümlədən ona dair proseslərə (3.25); 

b)  təşkilatın fəaliyyət göstərməsi üçün yaradılmış məlumata (sənədlərə); 

c)  nail olunmuş nəticələrin dəlilinə (qeydlərə).  

Qeyd.


 Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də 

verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir. 

3.25 Proses  

“Girişi” “çıxışa” çevirən, qarşılıqlı əlaqəli olan və qarşılıqlı təsirə malik bir sıra fəaliyyət növləri 

Qeyd :

 Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də 



verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir. 

3.26 Prosedur 

 

Hər hansı bir fəaliyyəti və ya prosesi (3.25) həyata keçirmək üçün dəqiq müəyyən edilmiş üsul 



Qeyd :

 Prosedurlar sənədləşdirilə bilər və ya sənədləşdirilməyə bilər. 

[MƏNBƏ: ISO 9000:2015, 3.4.5, dəyişdirilmiş – Qeyd 1 dəyişdirilib.] 

3.27 Fəaliyyət göstərcisi (performance)

  

Ölçülə bilən nəticə  



Qeyd :

 Fəaliyyət göstərcisi ya kəmiyyət ya da keyfiyyət xarakterli tapıntılara (findings) aid ola bliər. 

Nəticələr kəmiyyət və keyfiyyət üsulları ilə müəyyən edilə və dəyərləndirilə bilər.  

Qeyd :


 Fəaliyyət göstərcisi fəaliyyətlərin, proseslərin (3.25), məhsulların (o cümlədən xidmətlər), 

sistemlər və ya təşkilatların (3.1) idarə olunmasına aid ola bilər.  

Qeyd :

 Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də 



verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir. 

Qeyd 1 nəticələri müəyyən etmək və dəyərələndirmək üçün istifadə oluna bilən metodların 

növlərini aydınlaşdırmaq məqsədilə dəyişdirilmişdir. 

 

3.28 Peşə sağlamlığı və təhlükəsizliyi üzrə fəaliyyət göstəricisi, PS&T üzrə fəaliyyət 



göstəricisi (occupational health and safety performance, OH&S performance) 

işçilərin (3.3) xəsarət almasının və sağlamlığının itirilməsinin (3.18) qarşısının alınmasının və  

sağlamlıq üçün əlverişli və təhlükəsiz iş yerləri (3.6) təmin etməyin səmərəliliyinə (3.13) aid 

fəaliyyətin göstəricisi (3.27) 

3.29 Kənara vermək (outsource) 

Təşkilatın funksiylarının və ya proseslərinin bir hissəsinin kənar təşkilat tərəfindən icra olunmasını 

təşkil etmək 

Qeyd :


 Kənar təşkilat idarəetmə sisteminin (3.10) əhatə səhəsinə daxil deyil, lakin kənara verilən 

funksiya və ya proses əhatə sahəsinə daxildir. 



www.tcsgl.com                                                                                                                                     

8 of 40


   

 

Qeyd :



 Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də 

verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir.

       

 

3.30 Monitorinq (monitoring)



 

Sistemin, prosesin (3.25) və ya fəaliyyətin statusunu (vəziyyətini) müəyyənləşdirmək 

Qeyd :

 Statusun müəyyənləşdirilməsi üçün yoxlama, nəzarət və ya kritik müşahidə (təhlil) aparmaq 



lazım ola bilər.  

Qeyd :


 Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də 

verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir.

 

3.31 Ölçmə (measurement) 



Dəyərin müəyyənləşdirilməsi prosesi (3.25) 

Qeyd :


 Bu termin Annex SL of the Consolidate ISO Supplement to the ISO/IEC Directives, Part 1-də 

verilmiş İSO idarəetmə sisteminin standartları üzrə ümumi terminlərdən və əsas təriflərdən biridir. 

3.32 Audit  

Audit meyarlarına uyğunluq dərəcəsini müəyyən etmək məqsədilə audit dəlillərinin əldə olunması 

və onların obyektiv dəyərlənirilməsi üzrə sistematik, müstəqil və sənədləşdirilmiş proses (3.25)    


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə