Iso 45001: 2018 Peşə sağlamlığı və



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix20.11.2019
ölçüsü0,93 Mb.
#29632
1   2   3   4   5   6
ISO 45001 AZ (1)

(8.1.2-yə baxın) və PS&T idarəetmə sisteminin nəticələrini nəzərə almalıdır.  

Öz fəaliyyətlərini planlaşdırarkən təşkilat qabaqcıl təcrübəni, özünün texnoloji imkanlarını, 

həmçinin maliyyə, istehsal tələblərini və biznesin tələblərini nəzərdən keçirməlidir.  

6.2 PS&T üzrə məqsədlər və onlara nail olmaq üçün planlaşdırma  

6.2.1 PS&T üzrə məqsədlər 

Təşkilat PS&T idarəetmə sisteminin fəaliyyətini təmin etmək və PS&T üzrə fəlaiyyət göstəricilərini 

davamlı inkişaf etdirmək üçün müvafiq funksional strukturlarda və səviyyələrdə PS&T üzrə 

məqsədlər qoymalıdır (10.3-ə baxın).  

PS&T üzrə məqsədlər: 

PS&T üzrə siyasətə uyğun olmalı; 

Ölçülə-bilən olmalı (praktiki cəhətdən mümkündürsə) və ya fəaliyyət göstəriciləri dəyərləndirilə 

bilən olmalı; 

Aşağıdakıları nəzərə almalıdır: 

Tətbiq olunan tələblər; 

Risk və imkanların qiymətləndirlməsinin nəticələri (6.1.2.2 və 6.1.2.3-ə baxın); 

İşçilərlə və, əgər varsa, işçilərin nümayəndələri ilə məsləhətləşmənin nəticlələri; 

Monitorinq olunmalı;  

Təşkilatın əməkdaşlarının diqqətinə çatdırılmalı; 

Müvafiq tərzdə yenilənməlidir.  

6.2.2 PS&T üzrə məqsədlərə nail olunmasının planlaşdırılması  

Təşkilat PS&T üzrə məqsədlərinə çatmaq yollarını planlaşdırarkən aşağıdakıları müəyyən etməlidir:  

1.1 nə edilməlidir; 

1.2 hansı resurslar tələb olunacaq; 

1.3 kim cavabdeh olacaq; 

1.4 bu nə vaxt başa çatacaq; 

1.5 nəticələr, o cümlədən monitorinq üçün göstəricilər, necə qiymətləndiriləcək;  

1.6 PS&T üzrə məqsədlərə nail olunması üzrə fəaliyyətlər təşkilatın biznes proseslərinə 

necə inteqrasiya olunacaq.  

1.7 Təşkilat PS&T üzrə məqsədlər və onlara nail olunması barədə sənədləşdirilmiş 

məlumatlar hazırlayıb işlək halda saxlamalıdır. 



www.tcsgl.com                                                                                                                                     

16 of 40


   

 

7.Dəstək



 

 

7.1 Resurslar  



Təşkilat PS&T idarəetmə sisteminin yaradılması, icrası, işlək halda saxlanılması və davamlı inkişaf 

etdirilməsi üçün lazım olan resursları müəyyənləşdirməli və təmin etməlidir.  

7.2 Səriştəlilik  

Təşkilat:  

PS&T üzrə fəaliyyət göstəricilərinə təsir edən və ya təsir edə bilən işçilərin lazımi səriştəliliyini 

müəyyən etməli;  

müvafiq təhsil, təlim və ya təcrübə əsasında işçilərin səriştəli (o cümlədən təhlükələri müəyyən 

etmək qabiliyyəti) olmasını təmin etməli;  

tətbiq oluna bilən hallarda, lazımi səriştəlilyin əldə olunması və saxlanılması üzrə fəaliyyət 

göstərməli və həyata keçirilən fəaliyyətlərin səmərəliliyini dəyərləndirməlidir;  

səriştəliliyin sübutu olaraq müvafiq sənədləşdirilmiş məlumatları qeyd edib saxlamalıdır. 

Qeyd.


 Tətbiq oluna bilən fəaliyyətlər, məsələn, hal-hazırda işləyən adamlara təlim keçilməsindən, 

onların yetişdirilməsindən, təyinatlarının dəyişdirilməsindən və ya səriştəli adamların işə 

götürülməsindən və ya müqavilə ilə işə cəlb edilməsindən ibarət ola bilər. 

7.3 Məlumatlılıq (agahlıq)  

İşçilər aşağıdakılar barədə məlumatlı olmalıdırlar:  

a) PS&T üzrə siyasət və PS&T üzrə məqsədlər; 

b) PS&T idarəetmə sisteminin səmərəli olmasına onların töhfəsi, o cümlədən PS&T üzrə fəaliyyət 

göstəricilərinin inkişaf etdirilməsinin faydaları;  

c) PS&T idarəetmə sisteminin tələblərinə uyğun işləməməyin təsirləri və potensial mənfi nəticələri; 

d) hadisələr və onlara aid araşdırmaların nəticələri; 

e) təhlükələr, PS&T üzrə risklər və onlara aid müəyyən edilmiş fəaliyyətlər; 

işləyərkən onların fikrincə həyat və sağlamlıqlarına qaçılmaz və ciddi təhlükə yaradan 

vəziyyətlərdən uzaqlaşmaq imkanı, həmçinin belə hərəkət etdiklərinə görə xoşagəlməz 

nəticələrdən onların qorunması tədbirləri.       

7.4 Kommunikasiya 

7.4.1 Ümumi müddəalar  

Təşkilat PS&T idarəetmə sisteminə aid daxili və xarici kommunikasiyalar üçün lazım olan 

proses(lər)i yaratmalı, icra etməli və işlək halda saxlamalıdır, o cümlədən:  

a) kommunikasiyanın hansı məsələlər üzrə aparılacağını; 

b) kommunikasiyanın nə vaxt aparılacağını;  

c) kommunikasiyanın kimlə aparılacağını: 

d) təşkilat daxili müxtəlif səviyyələr və müxtəlif funksional strukturlar arasında; 

e) podratçılar və iş yerinə səfər edənlər arasında; 

f)  digər maraqlı tərəflər arasında; 

g) kommunikasiyanın necə aparılacağını müəyyən etməlidir.  

Təşkilat öz kommunikasiya ehtiyaclarını nəzərdən keçirərkən müxtəlifliyi (məsələn, cinsi, dil, 

mədəniyyət, savadlılıq səviyyəsi, əlillilik amillərini) nəzərə almalıdır.  

Təşkilat öz kommunikasiya proses(lər)ini yaradarkən xarici maraqlı tərəflərin fikirlərinin nəzərdən 

keçirilməsini təmin etməlidir.  


www.tcsgl.com                                                                                                                                     

17 of 40


   

 

Öz kommunikasiya proses(lər)ini yaradarkən təşkilat: 



a) ona aid olan hüquqi tələbləri və digər tələbləri nəzərə almalı; 

b) PS&T məsələləri üzrə ötürülən məlumatların PS&T idarəetmə sistemi çərçivəsində toplanmış 

məlumatlara uyğun olmasını və etibarlı olmasını təmin etməlidir.  

Təşkilat özünün PS&T idarəetmə sistemi barədə müvafiq kommunikasiyalara (məlumatlara) 

reaksiya verməlidir.  

Təşkilat öz kommunikasiyalarının dəlili kimi sənədləşdirilmiş məlumatları müvafiq şəkildə qeyd 

edib saxlamalıdır.    

7.4.2 Daxili kommunikasiya  

Təşkilat: 

a) müvafiq şəkildə, PS&T idarəetmə sisteminə dair məlumatları, o cümlədən PS&T idarəetmə 

sistemindəki dəyişikliklər barədə məlumatları təşkilatın müxtəlif səviyyələri və müxtəlif funksional 

strukturlarına çatdırmalıdır; 

b) özünün kommunikasiya proses(lər)inin işçilərin davamlı inkişafa öz töhfələrini vermələrinə 

imkan yaratmasını təmin etməlidir.    

7.4.3 Xarici kommunikasiyalar  

PS&T idarəetmə sisteminə aid məlumatı təşkilat kənara kommunikasiya 

proses(lər)ində müəyyən edildiyi kimi və ona aid hüquqi və digər tələbləri nəzərə 

alaraq yaymalıdır. 

7.5 Sənədləşdirilmiş məlumat 

7.5.1 Ümumi müddəalar 

Təşkilatın PS&T idarəetmə sisteminə aşağıdakılar daxil olmalıdır:  

a) bu sənədlə tələb olunan sənədləşdirilmiş məlumat; 

b) PS&T idarəetmə sisteminin səmərəliliyini təmin etmək üçün təşkilat tərəfindən lazım hesab 

edilən sənədləşdirilmiş məlumat.  

Qeyd.

 Bir təşkilatın PS&T idarəetmə sistemi üçün sənədləşdirilmiş məlumatın həcmi o birindən 



(təşkilatdan) fərqlənə bilər, bu:  

a) təşkilatın həcmindən və onun fəaliyyətinin, proseslərinin, məhsullarının və xidmətlərinin 

növündən;  

b) hüquqi tələblərin və digər tələblərin yerinə yetirilməsini nümayiş etdirmək ehtiyacından;  

c) proseslərin mürəkkəbliyi və onların qarşılıqlı təsirindən; 

d) işçilərin səriştəliliyindən asılıdır. 

7.5.2 Sənədləşdirilmiş məlumatın yaradılması və yenilənməsi  

Sənədləşdirilmiş məlumat yaradarkən və onu yeniləyərkən təşkilat müvafiq tərzdə aşağıdakıları 

təmin etməlidir:  

a) identifikasiya və təsvir (məsələn, başlıq (ad), tarix, müəllif və ya istinad nömrəsi); 

b) format (məsələn, dil, proqram təminatının versiyası, qrafik təsvir vasitələri) və müvafiq daşıyıcı 

(məsələn, kağız, elektron daşıyıcı); 

c) məlumatın yararlılıq və adekvatlıq nöqteyi nəzərindən təhlili və təsdiqlənməsi.  

7.5.3 Sənədləşdirilmiş məlumata nəzarət 

PS&T idarəetmə sisteminin və bu sənədin tələb etdiyi sənədləşdirilmiş məlumata nəzarət 

olunmalıdır ki: 



www.tcsgl.com                                                                                                                                     

18 of 40


   

 

a) o lazım olan yerdə və vaxtda istifadəyə hazır və yararlı olsun; 



b) adekvat tərzdə qorunsun (məsələn, məxfiliyin itirilməsindən, yanlış istifadədən və ya 

bütövlüyün itməsindən).  

Sənədləşdirilmiş məlumata nəzarət üçün təşkilat, tətbiq oluna bilən həddə, aşağıdakı fəaliyyətləri 

nəzərdən keçirməlidr: 

a) məlumatın yayılması, əlçatanlığı, əldə olunması və istifadə edilməsi;  

b) yığılması və saxlanılması (qorunması), o cümlədən oxunaqlığının qorunması; 

c) dəyişikliklərə nəzarət (məsələn, versiyasına/buraxılışına nəzarət); 

d) məlumatın saxlama müddəti və məhv edilməsi qaydası.  

PS&T idarəetmə sisteminin planlaşdırlması və fəaliyyəti üçün təşkilat tərəfindən lazımi hesab 

edilən, xarici mənbədən olan sənədləşdirilmiş məlumat müvafiq tərzdə identifikasiya olunmalı və 

nəzarətdə saxlanılmalıdır.  

Qeyd .


 Əlçatanlıq sənədləşdirilmiş məlumata yalnız baxmağa izacə və ya sənədləşdirilmiş 

məlumata baxmağa izacə ilə birgə onu dəyişdirməyə səlahiyyət mənasına gələ bilər. 

Qeyd .

 Müvafiq sənədləşdirilmiş məlumata əlçatanlıq işçilər tərəfindən, və əgər varsa, işçilərin 



nümayəndələri tərəfindən əlçatanlığı ehtiva edir.  

8. Әmәliyyat (Fəaliyyət) 

8.1 Əməliyyatların planlaşdırlması və nəzarət 

8.1.1 Ümumi müddəalar  

Təşkilat PS&T idarəetmə sisteminin tələblərinin yerinə yetirilməsi və Maddə 6-da müəyyən edilmiş 

fəaliyyətləri icra etmək üçün lazım olan prosesləri planlaşdırmalı, icra etməli, və aşağıdakılar 

vasitəsilə onlara nəzarət etməli və işlək halda saxlamalıdır: 

a)  proseslər üçün meyarlar qoymaqla; 

b)  həmin meyarlar əsasında proseslərə nəzarəti həyata keçirməklə; 

c)  proseslərin planlaşdırıldığı kimi icra olunduğuna əminlik əldə etmək üçün lazım olan həddə 

sənədləşdirilmiş məlumatı hazırlayıb işlək halda saxlamaqla; 

d)  işləri işçilərə uyğunlaşdırmaqla.  

İş yerlərində eyni vaxtda müxtəlif təşkilatların işçiləri olduğu hallarda, təşkilat PS&T idarəetmə 

sisteminin müvafiq hissələrini digər təşkilatlarla razılaşdırmalıdır.  

8.1.2 Təhlükələrin aradan qaldırılması və PS&T üzrə risklərin azaldılması   

Təşkilat aşağıdakı nəzarət vasitələrinin iyerarxiyası vasitəsilə təhlükələrin aradan qaldırılması və 

PS&T üzrə risklərin azaldılması üçün proses(lər) yaratmalı, icra etməli və onları işlək halda 

saxlamalıdır: 

a)  təhlükənin aradan qaldırlması; 

b)  proseslərin, əməliyyatların, materialların və ya avdanlıqların daha az təhlükəli olanları ilə 

dəyişdirilməsi; 

c)  texniki nəzarət metodlarının istifadə edilməsi və işlərin yenidən təşkili; 

d)  inzibati nəzarət metodlarının istifadə edilməsi, o cümlədən təlim (treninq); 

e)  adekvat fərdi mühafizə vasitələrinin istifadə edilməsi. 

Qeyd.

 Bir çox ölkələrdə hüquqi tələblərdə və digət tələblərdə belə bir müddəa var ki, fərdi 



mühafizə vasitələri (FMV) işçilərə pulsuz verilsin.  

8.1.3 Dəyişikliyin idarə edilməsi  



www.tcsgl.com                                                                                                                                     

19 of 40


   

 

Təşkilat PS&T üzrə fəaliyyət göstəricilərinə təsir edən planlaşdırılmış müvəqqəti və daimi 



dəyişikliklərin, o cümlədən aşağıdakıların, idarə olunması üçün proses(lər) yaratmalıdır: 

a)  yeni məhsullar, xidmətlər və proseslər, və ya mövcud məhsullara, xidmətlərə və proseslərə 

dəyişikliklər, o cümlədən: 

-  iş yerlərinin yerləşməsi və onların ətrafı; 

-  işin təşkili; 

-  iş şəraiti; 

-  avadanlıq; 

-  işçi qüvvəsi; 

b)  hüquqi tələblərə və digər tələblərə dəyişikliklər; 

c)  təhlükələr və PS&T üzrə risklər barədə bilik və məlumatlarda dəyişikliklər; 

d)  bilik və texnologiyalarda inkişaf. 

Təşkilat, lazım gələrsə, hər hansı xoşagəlməz təsirlərin azaldılması istiqamətində tədbirlər görərək, 

planlaşdırılmamış dəyişikliklərin nəticələrini təhlil etməlidir.  

Qeyd.


 Dəyişikliklər risklərin və imkanların yaranması ilə nəticələnə bilər.  

8.1.4 Satınalmalar 

8.1.4.1 Ümumi müddəalar  

Təşkilat məhsul və xidmətlərin satın alınmasının özünün PS&T idarəetmə sisteminə uyğunluğunu 

təmin etmək məqsədilə onlara nəzarət etmək üçün proses(lər) yaratmalı, icra etməli və onları işlək 

halda saxlamalıdır.  

8.1.4.2 Podratçılar

  

Təşkilat aşağıdakı amillərdən qaynaqlanan təhlükələrin müəyyən edilməsi, həmçinin PS&T üzrə 



risklərin qiymətləndirilməsi və onlara nəzarət edilməsi məqsədilə öz satınalma proses(lər)ini 

podratçıları ilə razılaşdırmalıdır: 

a)  podratçıların təşkilata təsir edən fəaliyyətləri və əməliyyatlarından;  

b)  təşkilatın podratçının işçilərinə təsir edən fəaliyyətləri və əməliyyatlarından; 

c)  podratçıların iş yerində digər maraqlı tərəflərə təsir edən fəaliyyətləri və əməliyyatlarından. 

Təşkilat özünün PS&T idarəetmə sisteminin tələblərinin podratçılar və onların işçiləri tərəfdən 

yerinə yetirilməsini təmin etməlidir. Təşkilatda satınalma proses(lər)i podratçıların seçilməsi üçün 

peşə sağlamlığı və təhlükəsizliyinə aid meyarları müəyyən edib tətbiq etməlidir.  

Qeyd.

 Podratçıların seçilməsi zamanı peşə sağlamlığı və təhlükəsizliyinə aid meyarların müqavilə 



sənədlərinə daxil edilməsi faydalı ola bilər.  

8.1.4.3 Kənara-vermə (autsorsinq)  

Təşkilat kənara verilən funksiya və proseslərin nəzarət altında olmasını təmin etməlidir. Təşkilat 

kənara-vermənin təşkil olunmasının hüquqi tələblərə və digər tələblərə uyğun olmasını və PS&T 

idarəetmə sisteminin nəzərdə tutulmuş nəticələrinə nail olunması işi ilə uyğun olmasını təmin 

etməlidir. Sözügedən funksiya və proseslərə tətbiq edilməli olan nəzarət növü və həddi PS&T 

idarəetmə sistemi çərçivəsində müəyyən edilməlidir.  

Qeyd.


 Kənar təchizatçıların fəaliyyətlərinin təşkilat tərəfindən razılaşdırılması (kordinasiyası) ona 

kənara-vermənin PS&T üzrə fəaliyyət göstəricilərinə göstərdiyi təsirlərə reaksiya vermək işində 

kömək edər. 

8.2 Fövqəladə hallara (qəzalara) hazır olmaq və onlara reaksiya (cavab) vermək 



www.tcsgl.com                                                                                                                                     

20 of 40


   

 

Təşkilat 6.1.2.1-də müəyyən edildiyi kimi, potensial qəza vəziyyətlərinə hazır olmaq və cavab 



vermək üçün, o cümlədən aşağıdakı tədbirlər üçün, lazım olan proses(lər)i yaratmalı, icra etməli və 

onları işlək halda saxlamalıdır: 

a)  fövqəladə vəziyyətlərə planlaşdırlmış cavab mexanizminin yaradılması, o cümlədən ilk 

yardımın göstərilməsi;  

b)  belə planlaşdırlmış cavab üçün işçilərə təlim keçilməsi;  

c)  planlaşdırlmış cavab (reaksiya) qabiliyyətini müntəzəm sınaqdan keçirmək və məşq 

etdirmək;  

d)  planlaşdırlmış cavab tədbirlərinin qiymətləndirilməsi və lazım gələrsə düzəldilməsi, o 

cümlədən bu fəaliyyətlərin sınaqdan sonra, xüsusən də fövqəladə halın baş verməsindən 

sonra həyata keçirilməsi;  

e)  bütün işçilərə öz vəzifələri və məsuliyyətləri barədə müvafiq məlumatların çatdırılması; 

f)  podratçılara, qonaqlara, qəza-xilasetmə xidməti göstərənlərə, dövlət orqanlarına, uyğun 

hallrda isə, yerli icmaya müvafiq məlumatların çatdırılması;  

g)  bütün müvafiq maraqlı tərəflərin ehtiyac və bacarııqlarının nəzərə alınması və uyğun 

hallarda, planlaşdırlmış cavab tədbirlərinin hazırlanmasına onların cəlb olunması.  

Təşkilat proses(lər) və potensial qəza hallarına cavab vermək planları barədə sənədləşdirilmiş 

məlumatı qeyd edib saxlamalıdır.  

9. Fəaliyyət göstəricilərinin dəyərləndirilməsi  

9.1 Monitorinq, ölçmə, təhlil və fəaliyyət göstəricilərinin dəyərləndirilməsi  

9.1.1 Ümumi müddəalar  

Təşkilat monitorinq, ölçmə, təhlil və fəaliyyət göstəricilərinin dəyərləndirilməsi üçün proses(lər) 

yaratmalı, icra etməli və onları işlək halda saxlamalıdır.  

Təşkilat aşağıdakıları müəyyən etməlidir:  

a)  nəyin monitorinq olunması və ölçülməsi lazım olduğunu, o cümlədən:  

1)  hüquqi və digər tələblərin yerinə yetirilmə həddini; 

2)  müəyyən edilmiş təhlükələr, risklər və imkanlara aid özünün fəaliyyət və 

əməliyyatlarını; 

3)  PS&T üzrə təşkilatın məqsədlərinə çatmaq istiqamətində irəliləyişi; 

4)  əməliyyatlar üzrə və digər nəzarət tədbirlərinin səmərəliliyini; 

b)  etibarlı nəticələri təmin etmək üçün, tətbiq edilə bilmə həddində, monitorinq, ölçmə, təhlil 

və fəaliyyət göstəricilərinin dəyərləndirilməsi metodları; 

c)  təşkilatın özünün PS&T üzrə fəaliyyət göstəricilərini dəyərləndirəcəyi meyarları; 

d)  monitorinq və ölçmənin nə vaxt icra olunacağını; 

e)  monitorinq və ölçmənin nəticələrinin nə vaxt təhlil olunmalı, dəyərləndirilməli və yayılmalı 

olduğunu.  

Təşkilat  özünün PS&T üzrə fəaliyyət göstəricilərini dəyərləndirib PS&T idarəetmə sisteminin 

səmərəliliyini müəyyən etməlidir. 

Təşkilat, tətbiq edilə bilmə həddində, monitorinq və ölçmə avadanlıqlarının kalibrlənməsini və ya 

yoxlanılmasını (verifikasiya olunmasını) və müvafiq tərzdə istifadə olunmasını və işlək halda 

saxlanılmasını təmin etməlidir 



www.tcsgl.com                                                                                                                                     

21 of 40


   

 

Qeyd.



 Monitorinq və ölçmə avadanlıqlarının kalibrlənməsi və ya yoxlanılmasına dair  hüquqi və 

digər tələblər (məsələn, milli və ya beynəlxalq standartlar) ola bilər. 

Təşkilat:

 

-  monitorinq, ölçmə, təhlil və fəaliyyət göstəricilərinin dəyərləndirilməsinin nəticələrinin 



dəlili kimi; 

-  ölçmə avadanlığına texniki xidmət, onun kalibrlənməsi və ya yoxlanılmasına dair  

müvafiq sənədləşdirilmiş məlumatları qeyd edib saxlamalıdır.   

9.1.2 Uyğunluq dərəcəsinin dəyərləndirilməsi 

 

Təşkilat hüquqi tələblərə və digər tələblərə (6.1.3-ə baxın) uyğunluq dərəcəsinin dəyərləndirilməsi 



üçün proses(lər) yaratmalı, icra etməli və onları işlək halda saxlamalıdır. 

Təşkilat:

  

a)  uyğunluq dərəcəsinin dəyərləndirilməsi üçün tezliyi (vaxtları) və metodları müəyyən 



etməlidir;  

b)  uyğunluq dərəcəsini dəyərləndirməli və lazım gələrsə tədbir görməlidir (10.2-yə baxın); 

c)  hüquqi tələblər və digər tələblərlə uyğunluq statusu haqqında bilik yığmalı və anlayış təmin 

etməlidir; 

d)  uyğunluq dərəcəsinin dəyərləndirilməsinin nəticəsi(ləri) barədə sənədləşdirilmiş 

məlumatları qeyd edib saxlamalıdır.  

9.2 Daxili audit  

9.2.1 Ümumi müddəalar  

Təşkilat PS&T idarəetmə sisteminin aşağıdakılara uyğun olmasına: 

1)  PS&T idarəetmə sistemi üzrə təşkilatın özünün tələblərinə, o cümlədən PS&T üzrə 

siyasətə və PS&T üzrə məqsədlərə;  

2)  bu sənədin tələblərinə; 

a)  səmərəli şəkildə icra olunması və işlək halda saxlanılmasına əmin olmaq üçün  

planlaşdırılmış intervallarda daxili auditlər keçirməlidir. 

9.2.2 Daxili audit proqramı  

Təşkilat:  

a)  tezlik, metodlar, məsuliyyətlər, məsləhətləşmə, tələblərin və hesabat vermənin 

planlaşdırılması da daxil olmaqla audit proqram(lar)ı yaratmalı, icra etməli və onları işlək 

halda saxlamalıdır; həmin proqramlarda yoxlanma üçün seçilmiş proseslərin mühümlüyü 

və əvvəlki auditlərin nəticələri nəzərdən keçirilməlidr; 

b)  audit meyarlarını və hər auditin əhatə sahəsini müəyyən etməlidir; 

c)  auditorları elə seçməli və auditləri elə keçirməlidir ki, audit prosesinin obyektivliyi və 

tərəfsizliyi təmin olunsun; 

d)  auditin nəticələri barədə müvafiq menecerlərə hesabat verilməsini, auditin nəticələri 

barədə işçilərə, və əgər varsa işçilərin nümayəndələrinə, həmçinin digər müvafiq maraqlı 

tərəflərə hesabat verilməsini təmin etməlidir; 

e)  uyğunsuzluqlara reaksiya vermək üçün müvafiq tədbirlər görməli və özünün PS&T üzrə 

fəaliyyətinin göstəricilərini daim inkişaf etdirməlidir (bölmə 10-a baxın);  

f)  audit proqramının icrasının və audit nəticələrinin dəlili kimi sənədləşdirilmiş məlumatları 

qeyd edib saxlamalıdır.  



www.tcsgl.com                                                                                                                                     

22 of 40


   

 

Qeyd.



 Auditlərin keçirilməsi və auditorların səriştəliliyi barədə əlavə məlumat almaq üçün İSO 

19011 standartına baxın.  

9.3 Rəhbərlik tərəfindən təhlil 

Yuxarı rəhbərlik təşkilatın PS&T idarəetmə sisteminin yararlı, adekvat və səmərəli bir sistem olaraq 

qalmasına əmin olmaq məqsədilə planlaşdırlmış intervallarda onu təhlil etməlidir.  

Rəhbərlik tərəfindən aprılan təhlilə aşağıdakıların nəzərdən keçirilməsi daxil olmalıdır: 

a)  rəhbərliyin əvvəllər apardığı təhlildə qərara alınmış tədbirlərin statusu (yerinə yetirilmə 

vəziyyəti); 

b)  PS&T idarəetmə sistemi ilə bağlı daxili və xarici amillərdə dəyişikliklər, o cümlədən: 

1)  maraqlı tərəflərin ehtiyac və gözləntilərində; 

2)  hüquqi tələblərdə və digər tələblərdə; 

3)  risklər və imkanlarda. 

c)  PS&T üzrə siyasətin yerinə yetirilmə və PS&T üzrə məqsədlərə nail olma dərəcəsi; 

       d) PS&T üzrə fəaliyyət göstəriciləri barədə məlumatlar, o cümlədən aşadakılara dair 

tendensiyalar: 

1)  hadisələr, uyğunsuzluqlar, düzəldici tədbirlər və davamlı inkişaf; 

2)  monitorinq və ölçmələrin nəticələri; 

3)  hüquqi tələblər və digər tələblərə uyğunluq dərəcəsinin dəyərləndirilməsinin nəticələri; 

4)  audit nəticələri; 

5)  işçilərlə məsləhətləşmə və onların iştirakı; 

6)  risklər və imkanlar; 

e) səmərəli PS&T idarəetmə sisteminin işlək olmasını təmin etmək üçün resursların adekvatlığı; 

f) maraqlı tərəflərlə müvafiq kommunikasiy(lar); 

g) davamlı inkişaf üçün imkanlar.  

Rəhbərlik tərəfindən aprılan təhlilin nəticələrinə aşağıdakılara dair qərarlar daxil olmalıdır:  

-  nəzərdə tutulmuş məqsədlərə nail olmaq işində PS&T idarəetmə sisteminin yararlı, 

adekvat və səmərəli bir sistem olaraq qalması; 

-  davamlı inkişaf imkanları; 

-  PS&T idarəetmə sisteminə dəyişikliklər edilməsinə ehtiyac; 

-  lazım olan resurslar; 

-  lazım gələrsə, tədbirlər; 

-  PS&T idarəetmə sisteminin digər biznes-proseslərlə inteqrasiyasını artırmaq üçün 

imkanlar; 

-  təşkilatın strateji inkişaf istiqaməti üçün bütün təsirlər.  

Rəhbərlik tərəfindən aprılan təhlillərin nəticələri barədə məlumatları yuxarı rəhbərlik işçilərə, və 

əgər varsa, işçilərin nümayəndələrinə çatdırmalıdır (7.4-ə baxın). 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə