Iso 45001: 2018 Peşə sağlamlığı və



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix20.11.2019
ölçüsü0,93 Mb.
#29632
1   2   3   4   5   6
ISO 45001 AZ (1)

Təşkilat rəhbərlik tərəfindən aprılan təhlillərin nəticələrinin dəlili kimi sənədləşdirilmiş məlumatları 

qeyd edib saxlamalıdır. 

10. İnkişaf  

10.1 Ümumi müddəalar 



www.tcsgl.com                                                                                                                                     

23 of 40


   

 

Təşkilat inkişaf üçün imkanları müəyyən etməli (Maddə 9-a baxın) və özünün PS&T idarəetmə 



sistemində nəzərdə tutulmuş nəticələrə nail olmaq üçün lazım olan fəaliyyətləri həyata 

keçirməlidir.  

10.2 Hadisə, uyğunsuzluq və düzəldici tədbir 

Təşkilat hadisə və uyğunsuzluqları müəyyən edib idarə etmək üçün proses(lər), o cümlədən onlar 

barədə hesabat-vermə yaratmalı, icra etməli və onları işlək halda saxlamalıdır.  

Hadisə və ya uyğunsuzluq baş verdikdə təşkilat:  

a)  hadisə və ya uyğunsuzluğa vaxtında reaksiya verməli və, tətbiq oluna bilmə həddində: 

1)  onlara nəzarət etmək və düzəltmək üçün tədbir görməli; 

2)  nəticələri aradan qaldırmalıdır; 

 

b)  işçilərin iştirakı ilə (5.4-ə bax) və digər maraqlı tərəfləri cəlb etməklə  hadisə və ya 



uyğunsuzluğun təkrar olunmaması və ya hardasa başqa yerdə baş verməməsi məqsədilə 

onların əsas səbəb(lər)ini (root cause(s)) aradan qaldırmaq üçün düzəldici tədbirə ehtiyacı 

aşağıdakı fəaliyyətlərə əsasən dəyərləndirməlidir:  

1)  hadisənin araşdırlması və uyğunsuzluğun təhlili; 

2)  hadisə və ya uyğunsuzluğun baş vermə səbəb(lər)inin müəyyən edilməsi; 

3)  oxşar hadisələrin əvvəl baş verib-verməməsini, uyğunsuzluqların mövcud olub-

olmamasını və ya onların potensial olaraq başqa bir yerdə baş verə bilib-bilməyəcəyinin 

müəyyənləşdirilməsi;  

c)  PS&T üzrə risklərin və digər risklərin qiymətləndirilməsinin nəticələrinin müvafiq şəkildə təhlil 

edilməsi (6.1-ə baxın); 

d)  nəzarət vasitələrinin iyerarxiyasına və dəyişikliyin idarə edilməsinə (8.1.3-ə baxın) uyğun 

olaraq, lazım olan bütün tədbirlərin, o cümlədən düzəldici tədbirin, müəyyənləşdirilib icra 

edilməsi; 

e)  tədbiri icra etməzdən əvvəl, yeni və ya dəyişmiş təhlükələrə aid olan PS&T üzrə risklərin 

qiymətləndirilməsi; 

f)  icra edilmiş tədbirlərin, o cümlədən düzəldici tədbirin səmərəliliyinin təhlil edilməsi; 

g)  lazım gələrsə, PS&T idarəetmə sisteminə dəyişikliklərin edilməsi; 

Düzəldici tədbirlər hadisə və ya aşkar edilmiş uyğunsuzluqların təsirlərinə və ya potensial 

təsirlərinə mütənasib olmalıdır. 

Təşkilat aşağıdakıların dəlili kimi sənədləşdirilmiş məlumatları qeyd edib saxlamalıdır: 

-  hadisə və ya uyğunsuzluqların və onlarla bağlı icra edilmiş bütün tədbirlərin xarakteri; 

-  hər bir tədbirin və düzəldici tədbirin nəticələri, o cümlədən onların səmərəliliyi.  

Təşkilat bu sənədləşdirilmiş məlumatları işçilərə, və əgər varsa, işçilərin nümayəndələrinə, digər 

müvafiq maraqlı tərəflərə çatdırmalıdır.  

Qeyd.

 Hadisələr barədə məlumatın dərhal verilməsi və onun araşdırılmasınin yubadılmadan 



aparılması tez bir zamanda təhlükələri aradan qaldırmağa və bunlarla bağlı olan PS&T üzrə riskləri 

minimuma endirməyə imkan verə bilər.   

10.3 Davamlı inkişaf  

Təşkilat aşağıda qeyd olunmuş fəaliyyətlər vasitəsilə PS&T idarəetmə sisteminin yararlılığını, 

adekvatlığını və səmərəliliyini daim artırmalıdır: 

a)  PS&T üzrə fəaliyyət göstəricilərinin yaxşılaşdırlması; 



www.tcsgl.com                                                                                                                                     

24 of 40


   

 

b)  PS&T idarəetmə sistemini dəstəkləyən mədəniyyətin təbliğ edilməsi; 



c)  PS&T idarəetmə sisteminin davamlı inkişafı üzrə tədbirlərin icra olunmasında işçilərin 

iştirakının təşviq edilməsi; 

d)  davamlı inkişafın müvafiq nəticələri barədə məlumatların işçilərə, və əgər varsa, işçilərin 

nümayəndələrinə çatdırılması; 

e)  davamlı inkişafın dəlili kimi sənədləşdirilmiş məlumatların qeyd edilib saxlanılması.  

 

ƏLAVƏ A (məlumat verici) 



Bu sənədin istifadəsinə dair istiqamətverici təlimat 

A.1 Ümumi müddəalar 

 

Bu əlavədə verilən izahedici məlumatlar bu sənəddə olan tələblərin yanlış anlaşılmasının qarşını 



almaq üçün nəzərdə tutulub. Bu məlumatlar sözügedən tələblərlə əlaqədar olsa da və onlara 

uyğun olsa da, onlara əlavələrin olunması, onların qısaldılması və ya hər hansı cür onların 

dəyişdirilməsi nəzərdə tutulmur.  

Bu sənəddəki tələblərə sistemli yanaşma nöqteyi nəzərindən baxmaq lazımdır və onlara bir-

birindən ayrı baxmaq olmaz, yəni bir maddədəki tələblərlə digər maddələrdəki tələblər arasında 

qarşılıqlı əlaqə ola bilər.  

A.2 Normativ istinadlar  

Bu sənəddə heç bir normativ istinad yoxdur. İstifadəçilər PS&T üzrə təlimatlar və idarəetmə 

sisteminə dair digər İSO standartları barədə əlavə məlumat almaq üçün Ədəbiyyat bölməsində 

sadalanmış sənədlərə istinad edə bilərlər.  

A.3 Termin və təriflər

 

3-cü bölmədə verilmiş termin və təriflərə əlavə olaraq və yanlış anlaşılma olmaması üçün bəzi 



anlayışların izahı aşağıda verilir.  

a)  “Davamlı” müəyyən vaxt ərzində davam edən, amma kəsinti intervalları olan müddət 

deməkdir (kəsintisiz müddət mənasını verən “fasiləsiz” terminindən fərqli olaraq). Ona 

görə “davamlı” sözü inkişaf kontekstində istifadə üçün münasibdir.  

b)  “Nəzərdən keçirmək” sözünün mənası belədir ki, haqqında düşünmək vacibdir amma 

istisna etmək olar, lakin “nəzərə almaq” sözünün mənası - haqqında düşünmək vacibdir və 

istisna etmək olmaz. 

c)  “müvafiq” və “tətbiq edilə bilən” sözləri bir-birini əvəz edə bilməz. ”Müvafiq” (nəyəsə) 

uyğun gələn, yararlı deməkdir və müəyyən dərəcədə sərbəstlik mənasını verir, lakin “tətbiq 

edilə bilən” tətbiq edilməyə yararlı və ya tətbiq etmə imkanının olması deməkdir və o 

mənaya gəlir ki, əgər bunu etmək olarsa bu edilməlidir.  

d)  Bu sənəddə “maraqlı tərəf” termini istifadə olunub; “pay sahibi” termini eyni mənanı 

verdiyi üçün onun sinonimi hesab edilir. 

e)  “Təmin etmək” sözü o deməkdir ki, məsuliyyət başqasına ötürülə bilər amma fəaliyyətin 

icra olunmasına əmin olmaq üzrə cavabdehlik ötürülə bilməz.  

f)  “Sənədləşdirilmiş məlumat” həm sənədləri həm də qeydləri əhatə etmək üçün istifadə 

olunur. Bu sənəddə “...dəlili kimi sənədləşdirilmiş məlumatların qeyd edilib saxlanılması” 

ifadəsi qeydlər mənasında işlədilir, “sənədləşdirilmiş məlumat kimi saxlanılmalıdır” isə 

sənədlər, o cümlədən prosedurlar mənasında işlədir.  “...dəlili kimi sənədləşdirilmiş 


www.tcsgl.com                                                                                                                                     

25 of 40


   

 

məlumatların qeyd edilib saxlanılması” ifadəsi saxlanılan məlumatın dəlillərə olan hüquqi 



tələblərə uyğun gəlməsini tələb etmək üçün nəzərədə tutulmayıb. Əksinə, saxlanılması 

lazım olan qeydlərin növünü müəyyən etmək üçün nəzərdə tutulub.  

g)  “Təşkilatın nəzarəti altında” olan işlər o işlərdir ki, müvafiq vasitə və metodlar əsasında 

təşkilatın onlar üzərində nəzarəti var və ya hüquqi tələblər və digər tələblərə uyğun olaraq, 

PS&T üzrə fəaliyyət göstəriciləri ilə bağlı icra edilən işə birgə rəhbərlik edir.  

Təşkilatlar xüsusi terminlər və onların mənalarının istifadə olunmasını məcburi edən  PS&T 

idarəetmə sisteminə aid tələblərin subyekti ola bilərlər. Əgər digər belə tələblər istifadə olunursa, 

bu sənədə uyğunluğun təmin olunması yenə də tələb olunur.  

A.4 Təşkilatın konteksti (təşkilatın fəaliyyət göstərdiyi şərait)  

A4.1 Təşkilatın və onun kontekstinin başa düşülməsi 

Təşkilatın və onun kontekstinin başa düşülməsi onun PS&T idarəetmə sisteminin yaradılması, icra 

edilməsi, işlək halda saxlanılması və davamlı inkişaf etdirilməsi üçün isitfadə olunur.   

 Xarici və daxili faktorlar (məsələlər) müsbət və ya mənfi ola bilər və PS&T idarəetmə sisteminə 

təsir edə bilən şərtlər, xüsusiyyətlər və ya dəyişən şəraiti ehtiva edə bilər, məsələn: 

a)  belə xarici faktorlar: 

1)  miqyasından – beynəlxalq, mili, regional və ya yerli – asılı olmayaraq, mədəni, sosial, 

siyasi, hüquqi, maliyyə, texnoloji, iqtisadi, təbii və bazar rəqabəti; 

2)  yeni rəqiblərin, podratçıların, subpodratçıların, təchizatçıların, tərəfdaşların və 

provayderlərin, yeni texnologiyaların, yeni qanunların və yeni peşələrin yaranması; 

3)  məhsul barədə və onun sağlamlığa və təhlükəsizliyə təsiri barədə yeni biliklər; 

4)  ümumilikdə sənayedə və ya onun müvafiq bir sektorunda təşkilata təsiri olan əsas 

hərəkətverici faktorlar və meyllər; 

5)  təşkilatın xarici maraqlı tərəflərlə münasibətləri, həmçinin onların təşkilat tərəfindən 

qəbul olunması və onlara verilən dəyər; 

6)  yuxarıda sadalananların hər hansı birində dəyişikliklər; 

b)  belə daxili faktorlar: 

1)  təşkilatın idarə olunması, onun strukturu, rollar və cavabdehliklər; 

2)  siyasətlər, məqsədlər və onlara nail olmaq üçün tətbiq edilən strategiyalar; 

3)  resurslar, biliklər və səriştəlilik nöqteyi nəzərindən anlaşılan bacarıqlar (məsələn, 

kapital/sərmayə, vaxt, insan qaynaqları, proseslər, sistemlər və texnologiyalar); 

4)  informasiya sistemləri, məlumat axınları, həmçinin qərar qəbul etmə prosesləri (həm 

rəsmi həm də qeyri-rəsmi); 

5)  yeni məhsulların, materialların, xidmətlərin, alətlərin, proqram təminatının, obyektlərin 

və avadanlıqların əldə olunması; 

6)  işçilərlə münasibətlər, həmçinin onların təşkilat tərəfindən qəbul olunması və onlara 

verilən dəyər; 

7)  təşkilatdakı mədəniyyət; 

8)  təşkilat tərəfindən qəbul olunmuş standartlar, istiqamətverici təlimatlar və modellər; 

9)  müqavilə üzrə qarşılıqlı münasibətlərin forma və həcmi, o cümlədən məsələn, kənara 

verilən fəaliyyət; 

10) iş vaxtının təşkil olunması; 


www.tcsgl.com                                                                                                                                     

26 of 40


   

 

11) iş şəraiti; 



12) yuxarıda sadalananların hər hansı birində dəyişikliklər. 

A4.2 İşçilərin və digər maraqlı tərəflərin ehtiyac və gözləntilərini anlamaq 

İşçilərdən əlavə maraqlı tərəflər aşağıdakılardan ibarət ola bilər: 

a)  hüquqi və tənzimləyici orqanlardan (yerli, regional, dairə/qəsəbə, milli və ya beynəlxalq); 

b)  baş təşkilatlardan;  

c)  təchizatçılar, podratçılar və subpodratçılardan; 

d)  işçilərin nümayəndələrindən; 

e)  işçilərin təşkilatları (həmkarlar) və işə götürənlərin təşkilatlarından; 

f)  təşkilatın sahibləri, pay sahibləri, müştəriləri, qonaqları, yerli icma və qonşulardan, 

həmçinin geniş ictimaiyyətdən; 

g)  istehlakçılar, tibbi və digər ictimai xidmətlər göstərən müəssisələr, kütləvi informasiya 

vasitələri, akademik dairələr, biznes-assosiasiyalar və qeyri-hökumət təşkilatlarından 

(QHT); 

h)  peşə sağlamlığı və təhlükəsizliyi üzrə təşkilatlardan, həmçinin əməyin təhlükəsizliyi və 



səhiyyə sahəsində çalışan peşəkar işçilərdən.  

Bəzi ehtiyac və gözləntilər icbaridir; məsələn, qanun və normativ aktlara daxil edildiklərinə 

görə. Təşkilat həmçinin digər ehtiyac və gözləntilərlə razılaşması və yə onları qəbul etməsi  

barədə könüllü surətdə qərar qəbul edə bilər (məsələn, hər hansı təşəbbüsə könüllü 

qoşulmaq). Təşkilat onları qəbul edibsə, PS&T idarəetmə sistemini planlaşdırarkən və 

yaradarkən bu ehtiyac və gözləntilər nəzərdən keçirilir.  

A4.3 PS&T idarəetmə sisteminin əhatə sahəsinin müəyyənləşdirilməsi 

PS&T idarəetmə sisteminin sərhədlərinin və tətbiqinin mümkünlüyünün müəyyən edilməsində 

təşkilat ixtiyar sahibidir. Sərhədlər və tətbiqinin mümkünlüyü bütün təşkilatı və ya onun konkret 

bir hissəsini (hissələrini) əhatə edə bilər, o şərtlə ki, təşkilatın həmin hissənin yuxarı rəhbərliyinin 

PS&T idarəetmə sisteminin yaradılması üzrə öz vəzifələri, cavabdehliyi və səlahiyyətləri olsun. 

Təşkilatın PS&T idarəetmə sisteminin etibarlılığı həmin sistemin sərhədlərinin seçilməsindən asılı 

olacaq. Əhatə sahəsindən təşkilatın PS&T üzrə fəaliyyət göstəricilərinə təsir edən və ya edə bilən 

fəaliyyətlər, məhsullar və xidmətlər çıxarılmamalıdır, nə də hüquqi tələbləri və digər tələbləri 

yerinə yetirməkdən boyun qaçırmaq üçün istifadə olunmamalıdır. Əhatə sahəsi təşkilatın PS&T 

idarəetmə sisteminin çərçivəsində əməliyyatlarının faktiki və mötəbər bəyannaməsi olduğundan 

maraqlı tərəfləri azdırmamalıdır. 

A4.4 PS&T idarəetmə sistemi       

Təşkilat bu sənədin tələblərini necə yerinə yetirəcəyinə qərar vermək, o cümlədən aşağıdakıların 

müfəssəllik və həcm dərəcəsini müəyyən etmək üzrə səlahiyyəti, cavabdehliyi və muxtariyyəti 

özündə saxlayır:    

a)  onların nəzarət altında olmasına, planlaşdırıldığı kimi həyata keçirilməsinə və PS&T 

idarəetmə sistemində nəzərdə tutulmuş nəticələrə nail olmasına əmin olmaq üçün bir və 

ya daha çox proseslər yaratmaq; 

b)  PS&T idarəetmə sisteminin tələblərini özünün müxtəlif növ biznes-proseslərinə (məsələn, 

layihələndirməyə, satınalmalara, insan qaynaqlarının idarə olunmasına, satışlara və bazarın 

öyrənilməsinə) inteqrasiya etmək. 


www.tcsgl.com                                                                                                                                     

27 of 40


   

 

Əgər bu sənəd təşkilatın konkret hissəsi (hissələri) üçün tətbiq olunursa, bu sənədin tələblərinə 



əməl etmək üçün təşkilatın digər hissələrində hazırlanmış siyasət və proseslər istifadə oluna bilər, 

bir şərtlə ki, onların tətbiq obyekti olacaq həmin konkret hissəyə onlar tətbiq oluna bilsin və onlar 

bu sənədin tələblərinə uyğun olsun. Misallar PS&T üzrə korporativ siyasətlər, təhsil, təlim və 

səriştəlilik üzrə proqramlar, satınalamalara nəzarət vasitələri və metodlardan ibarətdir.  

A.5 Liderlik və işçilərin iştirakı 

A.5.1 Liderlik və öhdəlik 

Təşkilatın yuxarı rəhbərliyi tərəfindən liderlik və öhdəlik,  o cümlədən anlama, cavab vermə, aktiv 

dəstək və əks-əlaqə PS&T idarəetmə sisteminin uğurlu olması və nəzərdə tutulmuş nəticələrə nail 

olunması üçün çox vacibdir; buna görə yuxarı rəhbərliyin şəxsən iştirak etməli olduğu və ya 

rəhbərlik etməli olduğu konkret vəzifələri var. 

Təşkilatın PS&T idarəetmə sistemini dəstəkləyən mədəniyyəti əsasən yuxarı rəhbərlik tərəfindən 

müəyyən edilir və PS&T idarəetmə sisteminə bağlılığı, onun üslub və məharətini müəyyən edən 

fərdi və qrup dəyərlərinin, münasibətlərin,  idarəetmə təcrübələrinin, anlamaların, səriştəliliyin və 

fəaliyyət xarakterinin məhsuludur. Bu, işçilərin aktiv iştirakı ilə, qarşılıqlı etibara əsaslanan 

əməkdaşlıq və ünsiyyətlə, PS&T üzrə imkanların aşkar olunmasına aktiv surətdə cəlb olunmaqla 

PS&T idarəetmə sisteminin əhəmiyyətinin anlaşılmasını yaymaqla, önlәyici və qoruyucu tədbirlərin 

səmərəliliyinə inam göstərməklə xarakterizə olunur (ancaq bunlarla məhdudlaşmır). Yuxarı 

rəhbərliyin öz liderliyini nümayiş etdirməsinin mühüm üsulu işçilərin hadisələr, təhlükələr, risklər 

və imkanlar barədə məlumat vermələrini dəstəkləmək və onları həvəsləndirmək, həmçinin belə 

hərəkət etdiklərinə görə cəzalardan (məsələn, işdən çıxarma və ya töhmət verilməsi hədəsindən) 

onları qorumaqdır. 

A.5.2 PS&T üzrə siyasət 

PS&T üzrə siyasət  öhdəliklər kimi bəyan edilmiş bir sıra prinsiplərdən ibarətdir. Həmin ödəliklərdə 

yuxarı rəhbərlik PS&T üzrə fəaliyyət göstəricilərini dəstəkləmək və onları davamlı inkişaf etdirmək 

istiqamətində təşkilatın uzun-müddətli niyyətlərini açıqlayır. PS&T üzrə siyasət həmin ümumi 

niyyətləri əks etdirir, həmçinin təşkilatın öz məqsədlərini təyin etməsi və PS&T idarəetmə 

sistemində nəzərdə tutulmuş nəticələrə çatmağa istiqamətlənmiş fəaliyyətlərin həyata keçirilməsi 

üçün əsas yaradır. 

Bu öhdəliklər sonra möhkəm, etibarlı və güvənilən PS&T idarəetmə sistemi (bu sənəddəki konkret 

tələblərin nəzərə alınması daxil olmaqla) təmin etmək üçün təşkilatın yaratdığı proseslərdə əks 

olunur. 

“Minimuma endirmək” termini təşkilatın PS&T idarəetmə sistemi ilə bağlı səylərini göstərmək 

üçün PS&T üzrə risklər barədə işlədilir. “Azaltmaq” termini buna nail olma prosesini təsvir etmək 

üçün işlədilir. 

Təşkilat özünün PS&T üzrə siyasətini hazırlayarkən onun digər siyasətlərə uyğunluğunu və 

uzlaşmasını nəzərdən keçirməlidir. 

A.5.3 Təşkilat daxilində rollar, vəzifələr və səlahiyyətlər 

PS&T idarəetmə sisteminə cəlb olunanlar PS&T idarəetmə sistemində nəzərdə tutulmuş nəticələrə 

çatmaq üçün öz rolları, vəzifələri və səlahiyyətləri barədə aydın anlayışa malik olmalıdırlar.  


www.tcsgl.com                                                                                                                                     

28 of 40


   

 

Yuxarı rəhbərlik PS&T idarəetmə sisteminə ümumu məsuliyyət daşısa da və bütün səlahiyyətlərə 



malik olsa da, hər kəs öz iş yerində təkcə öz sağlamlığını və təhlükəsizliyini təmin etməyi deyil həm 

də başqalarının sağlamlığını və təhlükəsizliyini təmin etməyi nəzərə almalıdır.  

Yuxarı rəhbərliyin cavabdehliyi təşkilatın idarəetmə orqanı, dövlət orqanları qarşısında və, daha 

geniş mənada, təşkilatın maraqlı tərəfləri qarşısında qərar və fəaliyyətlərə görə cavab verə bilmək 

mənasına gəlir. Bu, əsas (son) məsuliyyəti daşımaq mənasına gəlir və nə isə yerinə yetirilmədikdə, 

düzgün yerinə yetirilmədikdə, işləmədikdə və ya məqsədlərinə nail olunmadıqda cavabdehlik 

daşıyan şəxsə aiddir. 

İşçilərə təhlükəli vəziyyətlər barədə məlumat vermək imkanı yaradılmalıdır ki, tədbir görmək 

mümkün olsun. Onları narahat edən məsələlər barədə cavabdeh şəxslərə lazımi formada məlumat 

vermək imkanları olmalıdır və bu zaman onlar işdən qovulma, töhmət alma və ya hər hansı digər 

cəza tədbirlərinə məruz qalma hədələri ilə üzləşməməlidirlər.  

5.3-də müəyyən edilmiş spesifik rollar və vəzifələr bir adamın üzərinə qoyula, bir neçə adam 

arasında bölüşdürülə və ya yuxarı rəhbərliyin üzvünün üzərinə qoyula bilər.  

 

 



A.5.4 İşçilərlə məsləhətləşmə və onların iştirakı  

İşçilərlə və, mövcud olan hallarda, onların nümayəndələri ilə məsləhətləşmə və onların iştirakı 

PS&T idarəetmə sisteminin uğurlu olmasının əsas amili ola bilər və təşkilatın yaratdığı proseslərdə 

bunu dəstəkləmək lazımdır.  

Məsləhətləşmə dialoq və fikir mübadiləsi aparmaqla ikitərəfli kommunikasiya deməkdir. 

Məsləhətləşmə qərar verməzdən əvvəl təşkilat tərəfindən nəzərdən keçirilməli olan fikirlərin 

işçilərdən alınması (əks-əlaqə) üçün  işçilərə və, mövcud olan hallarda, onların nümayəndələrinə 

lazım olan məlumatların vaxtında verilməsini ehtiva edir. 

İştirak işçilərə PS&T üzrə fəaliyyət göstəricilərinin ölçülməsinə dair qərarvermə proseslərinə və 

təklif edilən dəyişikliklərə öz töhfələrini verməyə imkan verir.  

PS&T idarəetmə sistemi üzrə əks-əlaqə işçilərin iştirakından asılıdır. Təşkilat önlәyici tədbirlər görə 

bilmək və düzəldici tədbirlər həyata keçirə bilmək məqsədilə bütün səviyyələrdə işçilərin təhlükəli 

vəziyyətlər barədə məlumat verməyə həvəsləndirilməsini təmin etməlidir.  

Təkliflərin alınması o zaman daha səmərəli olar ki, işçilər bunu edərkən işdən çıxarılma, töhmət və 

ya digər belə cəza tədbirləri təhlükəsi hiss etməsinlər.  

A.6. Planlaşdırma 

A.6.1 Risklər və imkanlara reaksiya vermək üzrə tədbirlər 

A.6.1.1 Ümumi müddəalar

 

Planlaşdırma – birdəfəlik hadisə deyil, dəyişən şəraitləri qabaqcadan duymaqla, həm işçilər həm 



də PS&T idarəetmə sistemi üçün risk və imkanları davamlı olaraq müəyyənləşdirməklə fasiləsiz 

davam edən bir prosesdir. 

Arzuolunmaz təsirlər işlə bağlı xəsarətlər və sağlamlığın itirilməsi, hüquqi və digər tələblərə 

uyğunsuzluqlar və ya nüfuza xələl gəlməsindən ibarət ola bilər. 

Planlaşdırmada fəaliyyətlərlə idarəetmə sisteminə tələblər arasındakı qarşılıqlı əlaqə və qarşılıqlı 

təsir bütövlükdə nəzərdən keçirilir. 



www.tcsgl.com                                                                                                                                     

29 of 40


   

 

PS&T üzrə imkanlarda təhlükələrin müəyyən edilməsi, onlar barədə məlumatın yayılması, məlum 



təhlükələrin təhlili və onların yumşaldılması (azaldılması) məsələlərinə diqqət yetirilir. Digər 

imkanlar sistemin inkişaf strategiyalarına aiddir.  

PS&T üzrə fəaliyyət göstəricilərinin inkişaf etdirilməsi üçün imkanlara misallar: 

a)  yoxlama və auditlərin keçirilməsi; 

b)  işdə təhlükələrin təhlili (işlərin təhlükəsizliyinin təhlili) və iş tapşırıqlarının qiymətləndirilməsi; 

c)  işin monotonluğunun (yeknəsəkliyinin) azaldılması və ya əvvəllər təhlükə potensialı yüksək 

olan iş kimi müəyyən edilmiş işlərin həcminin azaldılması hesabına PS&T üzrə fəaliyyət 

göstəricilərinin inkişaf etdirilməsi; 

d)  işə icazə, həmçinin digər sanksiya və nəzarət metodlarının tətbiq edilməsi; 

e)  hadisə və ya uyğunsuzluqların araşdırılması və düzəldici tədbirlərin həyata keçirilməsi; 

f)  erqonomik və xəsarətlərin qarşısını alan digər amillərin qiymətləndirilməsi.  

PS&T üzrə fəaliyyət göstəricilərinin inkişaf etdirilməsi üçün digər imkanlara misallar: 

-  peşə sağlamlığı və təhlükəsizliyi üzrə tələblərin obyektlərin, avadanlıqların və ya 

proseslərin istismar dövrünün ən erkən mərhələsində tətbiq edilməsi; (burada 

orijinalda təkrar getdiyi üçün təkrar tərcümə olunmayıb); 

-  peşə sağlamlığı və təhlükəsizliyi üzrə tələblərin obyektlərin yerinin dəyişdirilməsi, 

proseslərin yenidən layihələndirilməsi və ya maşın və avadanlıqların dəyişdirilməsi üçün 

aparılan planlaşdırmanın ən erkən mərhələsində tətbiq edilməsi; 

-  PS&T üzrə fəaliyyət göstəricilərinin inkişaf etdirilməsi üçün yeni texnologiyların istifadə 

edilməsi; 

-  PS&T üzrə mədəniyyətin yüksəldilməsi, məsələn, PS&T üzrə səriştəliliyin qoyulmuş 

tələblərə nisbətən daha da artırılması və ya işçilərin hadisələr barədə vaxtında məlumat 

verməyə həvəsləndirilməsi; 

-  PS&T idarəetmə sisteminin yuxarı rəhbərlik tərəfindən dəstəklənməsinin göstərilməsini 

artırmaq; 

-  hadisələrin araşdırılması proses(lər)inin yaxşılaşdırlması; 

-  işçilərlə məsləhətləşmə və onların iştirakı proses(lər)inin yaxşılaşdırlması; 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə