Iso 45001: 2018 Peşə sağlamlığı və



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix20.11.2019
ölçüsü0,93 Mb.
#29632
1   2   3   4   5   6
ISO 45001 AZ (1)

-  bençmarkinq (qarşılaşdırma), o cümlədən həm təşkilatın özünün keçmiş fəaliyyət 

göstəricilərinin həm də digər təşkilatların anoloji göstəricilərinin nəzərdən keçirilməsi; 

-  peşə sağlamlığı və təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunduğu forumlarda 

iştirak.  

A.6.1.2 Təhlükələrin müəyyən edilməsi, risklərin və imkanların qiymətləndirilməsi  

A.6.1.2.1 Təhlükələrin müəyyən edilməsi 

Təhlükələrin davamlı və aktiv şəkildə müəyyən edilməsi hər hansı yeni iş yerinin, obyektin, məhsul 

və ya təşkilatın konseptual layihələndirmə mərhələsində başlayır. Onu layihə detallı işləndikdən 

sonra və icraetmə mərəhələsi yetişəndə davam etdirmək lazımdır, bundan sonra isə cari, dəyişən 

və gələcək fəaliyyətlərin nəzərə alınması üçün bütün istismar dövrü ərzində davam etdirmək 

lazımdır. 

Bu sənəddə məhsulun təhlükəsizliyi (yəni, məhsulun son istifadəçiləri üçün təhlükəsizliyi) ilə bağlı 

məsələlərə baxılmasa da, məhsulun istehsalı, tikintisi, yığılması və ya sınaqdan keçirilməsi zamanı 

işçilər üçün mövcud olan təhlükələr nəzərdən keçirilməlidir. 


www.tcsgl.com                                                                                                                                     

30 of 40


   

 

Təhlükələrin müəyyən edilməsi təşkilata təhlükələri qiymətləndirmək, üstünlük dərəcəsinə görə 



ayırd edib aradan qaldırmaq və ya PS&T üzrə riskləri azaltmaq məqsədilə iş yerində mövcud olan 

və işçilərə təsir edən təhlükələri tanımağa və anlamağa kömək edir.   

Təhlükələr fiziki, kimyəvi, bioloji, psixoloji, mexaniki, elektrik və ya hərəkət və enerjiyə əsaslanan 

ola bilər.  

6.1.2.1-də verilmiş siyahı müfəssəl deyil.  

Qeyd.


 Aşağıda verilmiş faktorların a) –dan f) – ə nömrələnməsi 6.1.2.1-də verilmiş təhlükələrin 

nömrələnməsi ilə tam uyğunluq təşkil etmir.  

Təşkilatın təhlükələri müəyyənləşdirmə proses(lər)ində aşağıdakılar nəzərdən keçirilməlidir:  

a)  rutin and qeyri-rutin işlәr və vəziyyətlər: 

1)  rutin işlər və vəziyyətlər gündəlik əməliyyatlar və adətən görülən işlər zamanı 

təhlükələr yaradır; 

2)  qeyri-rutin işlər və vəziyyətlər hərdən bir və ya planlaşdırlmamış baş verir; 

3)  qısa-müddətli və uzun-müddətli işlər müxtəlif təhlükələr yarada bilər; 

b)  insan faktorları: 

1)  insan bacarıqlarına, məhdudiyyətlərinə və digər xüsusiyyətlərə aid olan; 

2)  məlumatlar, insanlar tərəfindən təhlükəsiz və rahat istifadə edilməsi üçün alətlərə, 

maşınlara, sistemlərə, fəaliyyətlərə və ətraf mühitə tətbiq edilməlidir; 

3)  üç aspekt nəzərə alınmalıdır: iş, işçi və təşkilat və bunların bir-birinə və peşə sağlamlığı 

və təhlükəsizliyinə necə təsir etməsi; 

c)  yeni və dəyişmiş təhlükələr: 

1)  iş prosesləri fiziki olaraq köhnəldikdə, dəyişdirildikdə, təkmilləşdikdə və ya yeni 

biliklərin meydana çıxması və ya vəziyyətin dəyişməsi nəticəsində yarana bilər; 

2)  işin faktiki necə icra olunmasını anladıqda (məsələn, təhlükələri işçilərlə müşahidə 

etmək və müzakirə etmək) PS&T üzrə risklərin artığını yoxsa azaldığını müəyyən etmək 

olar;   


d)  potensial qəza vəziyyətləri: 

1)  dərhal reaksiya tələb edən planlaşdırılmamış və ya qəfil meydana çıxan vəziyyətlər 

(məsələn, iş yerində maşının yanması və ya iş yerinin yaxınlığında və ya işçilərin işlə 

bağlı fəaliyyətlər icra etdikləri başqa yerdə təbii fəlakət); 

2)  işçilərin işlə bağlı fəaliyyətlər icra etdikləri yerlərdə kütləvi iğtişaşlar səbəbindən 

işçilərin dərhal təxliyyəsinin tələb olunduğu kimi vəziyyətləri ehtiva edir; 

e)  insanlar: 

1)  təşkilatın fəaliyyətlərinin təsir edə biləcəyi və iş yerinə yaxın olanlar (məsələn, yoldan 

keçənlər, podratçılar və yaxın qonşular); 

2)  təşkilatın birbaşa nəzarəti altında olmayan yerlərdə olan işçilər, məsələn, səyyar işçilər 

və ya işlə bağlı fəaliyyətləri icra etmək üçün müxtəlif yerlərə getməli olan işçilər 

(məsələn, poçtalyon, avtobus sürücüsü, müştərinin yerinə gedib orda iş görən xidmət 

işçiləri); 

3)  evdə işləyən işçilər və ya tək işləyənlər; 

f)  təhlükələr barədə bilik və məlumatlarda dəyişikliklər: 


www.tcsgl.com                                                                                                                                     

31 of 40


   

 

1)  təhlükələr barədə bilik, məlumat və yeni anlayışların mənbəyi dərc olunmuş ədəbiyyat, 



tədqiqat və işlərin nəticələri, işçilərlə əks əlaqədən alınan məlumatlar (rəylər), həmçinin 

təşkilatın öz əməliyyat təcrübəsinin təhlilinin nəticələrindən ibarət ola bilər; 

2)  bu mənbələr təhlükələr və PS&T üzrə risklər barədə yeni məlumatlar verə bilər.  

A.6.1.2.2 PS&T üzrə risklərin və PS&T idarəetmə sisteminə dair digər risklərin 

qiymətləndirilməsi  

Təşkilat müxtəlif təhlükələr və fəaliyyət növlərinə reaksiya vermə strategiyasının bir hissəsi kimi 

PS&T üzrə risklərin qiymətləndirilməsi üçün müxtəlif metodlar istifadə edə bilər. Qiymətləndirmə 

metodu və mürəkkəbliyi təşkilatın ölçülərindən deyil, təşkilatın həyata keçirdiyi fəaliyyətlə bağlı 

olan təhlükələrdən asılıdır.  

PS&T idarəetmə sisteminə dair digər risklər də müvafiq metodlar vasitəsilə qiymətləndirilməlidir.  

PS&T idarəetmə sisteminə dair risklərin qiymətləndirilməsi üzrə proseslərdə gündəlik əməliyyatlar 

və qərarlar (məsələn, işlərin gedişində pik həddə yüklənmə, restrukturizasiya), həmçinin xarici 

faktorlar (məsələn, iqtisadi dəyişiklik) nəzərdən keçirilməlidir. Metodologiyalar gündəlik 

fəaliyyətlərin (məsələn, iş yükündə dəyişikliklər) təsirinə məruz qalan işçilərlə daima 

məsləhələşmələrin aparılmasından, yeni hüquqi tələblərin və digər tələblərin (məsələn, normativ 

hüquqi aktlarda dəyişikliklər, PS&T ilə bağlı kollektiv müqavilələrə yenidən baxılması) monitorinqi 

və onlar barədə məlumatları yaymaqdan, həmçinin resursların mövcud və dəyişən ehtiyaclara 

uyğun olmasını (məsələn, yeni təkmilləşdirilmiş avadanlıq və ya materialların satın alınması və ya 

onlara dair treninqlərin keçirilməsini) təmin etməkdən ibarət ola bilər. 

A.6.1.2.3 PS&T üzrə imkanların və PS&T idarəetmə sisteminə dair digər imkanların 

qiymətləndirilməsi  

Qiymətləndirmə prosesində müəyyən edilmiş PS&T üzrə imkanları və digər imkanları, onların 

faydalarını və PS&T üzrə fəaliyyət göstəricilərinin inkişaf etdirilməsi üçün potensialı nəzərdən 

keçirmək lazımdır.  

A.6.1.3 Hüquqi tələblərin və digər tələblərin müəyyən edilməsi  

a)Hüquqi tələblər aşağıdakılardan ibarət ola bilər: 

  1) qanunvericilik (milli, regional və ya beynəlxalq), o cümlədən qanunlar, norma və qaydalar; 

  2) fərman və sərəncamlar; 

  3)tənzimləyici orqanlar tərəfindən verilmiş əmrlər; 

  4) icazələr, lisenziyalar və ya səlahiyyət verilməsinin digər formaları; 

  5) məhkəmə və ya inzibatı kommisiyaların qərarları; 

  6) sazişlər, konvensiyalar, protokollar; 

  7) danışıqlar zamanı tərtib edilmiş kollektiv razılaşmalar.  

b) digər tələblər aşağıdakılardan ibarət ola bilər: 

   1) təşkilatın tələbləri; 

   2) müqavilə şərtləri; 

   3) əmək müqavilələri; 

   4) maraqlı tərəflərələ razılaşmalar; 

   5) səhiyyə orqanları ilə razılaşmalar; 

   6) könüllü standartlar, konsensusa əsaslanan standartlar və istiqamətverici təlimatlar; 



www.tcsgl.com                                                                                                                                     

32 of 40


   

 

   7) könüllü qəbul edilmiş prinsiplər, davranış kodeksləri, texniki spesifikasiyalar, xartiyalar 



(nizamnamələr); 

8) təşkilatın və ya onun baş (ana) şirkətinin ictimai öhdəliyi. 

A.6.1.4 Fəaliyyətlərin planlaşdırılması  

Planlaşdırılmış fəaliyyətlər ilk növbədə PS&T idarəetmə sistemi vasitəsilə idarə edilməli və ətraf 

mühitin, keyfiyyətin, biznesin davamlılığını, risklərin, maliyyə və insan resurslarının idarə edilməsi 

kimi digər biznes proseslərlə inteqrasiya olunmalıdır. Ümid edilir ki, bu faəliyyətlərin həyata 

keçirilməsi PS&T idarəetmə sistemində nəzərdə tutulmuş nəticələrə nail olmağa imkan verəcək. 

PS&T üzrə risklərin və digər risklərin qiymətləndirilməsi zamanı nəzarət vasitələri və metodlarına 

ehtiyac müəyyən edilərsə, planlaşdırma fəaliyyətlərində onların əməliyyatlarda necə tətbiq 

olunacağı müəyyənləşdirilir (maddə 8-ə baxın); məsələn, həmin nəzarət vasitələri və metodları iş 

təlimatlarına və ya səriştəliliyin artırılması üzrə tədbirlərə daxil ediləcəkmi. Digər nəzarət vasitələri 

və metodları ölçmə və ya monitorinq formasında ola bilər (maddə 9-a baxın).  

A.6.2 PS&T üzrə məqsədlər və onlara nail olmaq üçün planlaşdırma  

A.6.2.1 PS&T üzrə məqsədlər 

Məqsədlər PS&T üzrə fəaliyyət göstəricilərini dəstəkləmək və inkişaf etdirmək üçün qoyulur. 

Məqsədlər risk və imkanlarla, həmçinin təşkilatın PS&T idarəetmə sistemində nəzərdə tutulmuş 

nəticələrə nail olmaq üçün vacib hesab etdiyi fəaliyyət meyarları ilə əlaqələndirilməlidir.  

PS&T üzrə məqsədlər digər biznes-məqsədlərlə birləşdirilə (inteqrasiya oluna) bilər və onları 

müvafiq funksional strukturlar və səviyyələr üçün qoymaq lazımdır. Məqsədlər strateji, taktiki və 

ya əməliyyat səviyəlli ola bilər: 

a)  strateji məqsədlər PS&T idarəetmə sisteminin ümumi iş göstəricilərini inkişaf etdirmək 

üçün qoyula bilər (məsələn, səs-küyün təsirini aradan qaldırmaq); 

b)  taktiki məqsədlər qurğu (obyekt), layihə və ya proses səviyyəsində qoyula bilər (məsələn, 

hansısa bir mənbədə səs-küyü azaltmaq); 

c)  əməliyyat məqsədləri ayrıca fəaliyyət səviyyəsində qoyula bilər (məsələn, səs-küyü 

azaltmaq üçün ayrı-ayrı maşınları qoruyucu örtüyə salmaq).    

PS&T üzrə məqsədlərin ölçülməsi keyfiyyət və ya kəmiyyət xarakterli ola bilər. Keyfiyyət xarakterli 

ölçmələr tədqiqatlardan, müsahibələrdən və müşahidələrdən əldə olunanlar kimi təxmini ola bilər. 

Təşkilatdan onun müəyyən etdiyi hər risk və imkan üçün PS&T məqsədlərinin qoyulması tələb 

olunmur.   

A.6.2.2 PS&T üzrə məqsədlərə nail olunmasının planlaşdırılması 

Təşkilat məqsədlərə tək-tək və ya birlikdə nail olmağı planlaşdıra bilər. Lazım gələrsə, planlar çoxlu 

məqsədlər üçün tərtib edilə bilər.  

Təşkilat məqsədlərinə çatmaq üçün tələb olunan resursları (məsələn, maliyyə, insan, avadanlıq, 

infrastruktur) təhlil etməlidir.  

Praktiki cəhətdən mümkün olan yerlərdə, hər məqsədi bir göstərici ilə əlaqələndirmək lazımdır; bu 

göstərici strateji, taktiki və ya əməliyyat xarakterli ola bilər.  

A.7 Dəstək 

A.7.1 Resurslar  

Resurslara misal olaraq insan, təbii, infrastruktur, texnoloji və maliyyə resurslarını göstərmək olar.  



www.tcsgl.com                                                                                                                                     

33 of 40


   

 

İnfrastruktura misal olaraq təşkilatda olan bina, qurğular, avadanlıq, mühəndis sistemləri, 



informasiya texnologiyaları və kommunikasiya sistemləri, həmçinin qəzalara qarşı sistemləri 

göstərmək olar.  

A.7.2 Səriştəlilik 

İşçilərin səriştəliliyi təhlükələri müvafiq şəkildə müəyyən etmək və öz işləri və iş yerləri ilə bağlı 

PS&T üzrə risklərə reaksiya vermək üçün lazım olan bilik və bacarıqları ehtiva etməlidir. 

Hər bir vəzifə üzrə səriştəliliyə tələbləri müəyyən edərkən təşkilat aşağıdakı kimi faktorları nəzərə 

almalıdır: 

a)  vəzifəni (rolu) icra etmək üçün lazım olan təhsil, təlim, kvalifikasiya və təcrübə və 

səriştəliliyi saxlamaq üçün lazım olan təkrar təlim; 

b)  iş mühiti; 

c)  risklərin qiymətləndirilməsi proses(lər)inin nəticəsi olan qabaqlayıcı və nəzarət tədbirləri; 

d)  PS&T idarəetmə sisteminə tətbiq oluna bilən tələblər; 

e)  hüquqi tələblər və digər tələblər 

f)  PS&T üzrə siyasət; 

g)  uyğunluq və uyğunsuzluğun potensial nəticələri, o cümlədən onların işçilərin 

sağlamlıqlarına və təhlükəsizlyinə təsiri; 

h)  PS&T idarəetmə sistemində işçilərin bilik və bacarıqlarına görə iştirak dərəcəsi; 

i)  müvafiq rollarla bağlı vəzifələr və məsuliyyətlər;  

j)  fərdi bacarıqlar, o cümlədən təcrübə, dil bilikləri, savad və fərqləndirici xüsusiyyətlər; 

k)  kontekstdə və ya işdə dəyişikliklərə görə səriştəliliyin müvafiq tərzdə artırılması. 

Rollar (vəzifələr) üçün lazım olan səriştəliliyi müəyyən edərkən işçilər təşkilata kömək edə bilər.  

İşçilər həyat və sağlamlıqlarına qaçılmaz və ciddi təhlükə yaradan vəziyyətlərdən özlərini 

uzaqlaşdırmaq üçün lazım olan səriştəliyə malik olmalıdır. 

Bu məqsədlə, işçilərə öz işləri ilə bağlı təhlükə və risklər barədə lazımi təlimlər keçilməlidir.  

Uyğun olan formada, işçilər peşə sağlamlığı və təhlükəsizliyi üzrə təmsilçilik funksiyalarını səmərəli 

yerinə yetirməyə imkan verən təlim keçməlidir.  

Bir çox ölkələrdə işçilərə təlimlərin pulsuz keçilməsi hüquqi tələbdir.  

A.7.3 Məlumatlılıq  

İşçilərdən (xüsusən müvəqqətin işçilərdən) əlavə olaraq, podratçılar, qonaqlar və digər tərəflər 

məruz qaldıqları PS&T üzrə risklər barədə məlumatlı olmalıdırlar.  

A.7.4 Kommunikasiya  

Təşkilatda yaradılmış kommunikasiya proses(lər)i məlumatların toplanmasını, yenilənməsini və 

yayılmasını təmin etməlidir. Bu proses işə aid məlumatın bütün müvafiq işçilərə və maraqlı 

tərəflərə verilməsini, onlar tərəfindən qəbul olunmasını və başa düşülməsini təmin etməlidir.  

A.7.5 Sənədləşdirilmiş məlumat 

Eyni zamanda səmərəliliyi, effektliyi və sadəliyi təmin etmək üçün sənədləşdirilmiş məlumatın 

mürəkkəblilik dərəcəsini mümkün qədər aşağı saxlamaq vacibdir.  

Bunu hüquqi və digər tələblərə reaksiya verməyi planlaşdırmaya aid olan və həmin fəaliyyətlərin 

səmərəliliyinin qiymətləndirilməsi barədə sənədləşdirilmiş məlumatlara da aid etmək lazımdır.  

7.5.3-də təsvir olunmuş fəaliyyətlər xüsusilə köhnəlmiş sənədləşdirilmiş məlumatların istəmədən 

(gözlənilməz) istifadəsinin qarşısını almağa hədəflənib.  


www.tcsgl.com                                                                                                                                     

34 of 40


   

 

Məxfi məlumatlara misal olaraq şəxsi və tibbi məlumatları göstərmək olar.  



A.8 Əməliyyat  

A.8.1 Əməliyyatların planlaşdırlması və nəzarət 

A.8.1.1 Ümumi müddəalar           

 

İstehsal zonaları və fəaliyyət növləri üzrə təhlükələrin aradan qaldırlması vasitəsilə, əgər bu 



praktiki cəhətdən mümkün deyilsə, PS&T risklərinin məntiqlə mümkün olan ən aşağı səviyyəyə 

salınması vasitəsilə lazım olan həddə əməliyyatların planlaşdırılması və proseslərə nəzarət 

yaradılmalı və tətbiq edilməlidir.  

Əməliyyat zamanı proseslərə nəzarətə misallar: 

a)  iş prosedurlarının və sistemlərinin istifadə olunması; 

b)  işçilərin səriştəliliyinin təmin olunması; 

c)  qabaqlayıcı və ya önləyici texniki xidmət və yoxlama proqramlarının yaradılması; 

d)  mal və xidmətlərin satın alınması üçün spesifikasiyalar; 

e)  hüquqi tələblərin və digər tələblərin və ya avadanlıq üzrə istehsalçının təlimatlarının tətbiq 

edilməsi;  

f)  texniki və inzibati nəzarət vasitələri; 

g)  işin işçilərə uyğunlaşdırlması, məsələn bu yollarla: 

1)  işin necə təşkil olunduğunu müəyyən etmək və ya yenidən müəyyən etmək; 

2)  icraya yeni işçiləri cəlb etmək; 

3)  işin icra olunduğu prosesləri və şəraiti müəyyən etmək və ya yenidən müəyyən etmək; 

4)  yeni iş yerinin, avadanlığın və s. layihələndirilməsi və ya mövcud olanların modifikasiya 

olunması zamanı erqonomik yanaşmalar tətbiq etmək.  

A.8.1.2 Təhlükələrin aradan qaldırılması və PS&T üzrə risklərin azaldılması  

Nəzarət vasitələrinin iyerarxiyası peşə sağlamlığı və təhlükəsizliyi sisteminin yaxşılaşdırlmasına 

sistematik yanaşmanın yaradılmasını, təhlükələrin aradan qaldırılmasını və PS&T üzrə risklərin 

azaldılması və ya onların idarə edilməsini nəzərdə tutur. Hər bir nəzarət vasitəsi ondan əvvəlkinə 

nisbətən daha az səmərəli hesab edilir. PS&T üzrə risklərin praktiki baxımdan mümkün olan ən 

aşağı səviyyəyə azaldılmasına nail olmaq üçün adətən bir neçə nəzarət vasitələri birgə istifadə 

edilir.  

Aşağıdakı misallar hər səviyyədə həyata keçirilə bilən tədbirləri təsvir edir: 

a)  Aradan qaldırma: təhlükəni kənarlaşdırmaq; təhlükəli kimyəvi maddələrin istifadəsini 

dayandırmaq; yeni iş yerləri planlaşdırarkən erqonomik yanaşmaları tətbiq etmək; 

monoton işi və ya mənfi stres yaradan işi aradan qaldırmaq; çəngəlli yükləyiciləri zonadan 

çıxarmaq. 

b)  Əvəzləmə: təhlükəli bir şeyi daha az təhlükəli bir şeylə əvəz etmək; istehlakçıların 

şikayətlərinə cavab verərkən onlayn rejimə keçmək; PS&T üzrə risklərlə mənbəyində 

mübarizə aparmaq; texniki proqresi nəzərə alaraq yenidənqurma aparmaq (məsələn, 

xüsusi həlledici-əsaslı boyanı su-əsaslı boya ilə əvəz etmək; sürüşkən döşəmə materialını 

dəyişmək; avadanlıq üçün tələb olunan gərginliyi azaltmaq). 

c)  Texniki nəzarət vasitələri, işin yenidən təşkili yaxud hər ikisi: insanları təhlükələrdən təcrid 

etmək; kollektiv qoruma tədbirləri görmək (məsələn, təcridetmə, maşınlarda qoruyucu 

qurğular istifadə etmək; havalandırma sistemləri); mexaniki yükləmə-boşaltma; səs-küyün 


www.tcsgl.com                                                                                                                                     

35 of 40


   

 

səviyyəsini azaltmaq; yüksəklikdən yıxılmaya qarşı qoruyucu məhəccərlər /barmaqlıq 



istifadə etmək; insanların tək işləməsini, əlverişsiz iş saatları və artıq yüklənmənin qarşısını 

almaq və ya təqibdən qorumaq üçün işi yenidən təşkil etmək. 

d)  İnzibati nəzarət vasitələri, o cümlədən təlim: təhlükəsizliyi təmin edən avadanlığın vaxtaşırı 

yoxlanması; təqib və zorakılığa qarşı təlim keçmək; PS&T məsələlərinin subpodratçılarla 

razılaşdırlmasını idarə etmək; giriş təlimatı keçirmək; çəngəlli yükqaldıranı idarə etmək 

üçün sürücülük vəsiqələrinin alınması üzrə inzibati işlər; cəza verilməsindən qorxmadan 

hadisələr, uyğunsuzluqlar və təqiblər barədə necə məlumat vermək lazım olduğu barədə 

təlimatlar vermək; işçilərin iş qrafiklərini (məsələn, növbələri) dəyişmək; risklərə məruz 

qalan işçilərin (məsələn, qulağa təsir, əllərin titrəməsi, tənəffüsün pozulması, dərinin 

korlanması və ya ona təsir ilə bağlı) sağalamlığının qorunması və tibbi müayinəsi üzrə 

proqramları idarə etmək; işçilərə müvafiq təlimatlar vermək (məsələn, girişə nəzarət 

prosesləri).  

e)  Fərdi mühafizə vasitələri (FMV): adekvat FMV, o cümlədən qoruyucu paltar, FMV-dən 

istifadə və onlara texniki qulluq üzrə təlimatlar təmin etmək (məsələn, qoruyucu ayaqqabı, 

qoruyucu eynək, qulaq qoruyucusu, əlcək).  

A.8.1.3 Dəyişikliyin idarə edilməsi  

Dəyişikliyin idarə edilməsi prosesində məqsəd dəyişikliklər (məsələn, texnologiyada, avadanlıqda, 

qurğularda, işin icrası ilə bağlı təcrübə və prosedurlarda, layihə spesifikasiyalarında, xammalda, işçi 

heyətində, standartlarda və ya norma və qaydalarda dəyişiklik) baş verəndə iş mühitində yeni 

təhlükələrin və PS&T üzrə risklərin yaranmasını minumuma endirməklə işdə peşə sağlamlığı və 

təhlükəsizliyini artırmaqdır. Gözlənilən dəyişikliyin xarakterindən asılı olaraq, təşkilat dəyişikliyin 

PS&T üzrə risklərini və PS&T üzrə imkanlarını qiymətləndirmək üçün müvafiq metodologiya(lar) 

(məsələn, layihənin təhlili) istifadə edə bilər. Dəyişikliyi idarə etməyə ehtiyac planlaşdırma 

prosesinin nəticəsi ola bilər (6.1.4-ə baxın).  

A.8.1.4 Satınalmalar  

A.8.1.4.1 Ümumi müddəalar  

Satınalmalar prosesi məsələn, məhsullar, təhlükəli material və ya maddələr, xammal, avadanlıq və 

ya xidmətlərin iş yerinə gətirilməsindən əvvəl onlara aid təhlükələri müəyyən etmək, 

qiymətləndirmək və aradan qaldırmaq, həmçinin PS&T üzrə riskləri azaltmaq üçün istifadə 

olunmalıdır. 

Təşkilatın satınalma prosesində tələblər məsələn, təşkilat tərəfindən satın alınan mal-material, 

avadanlıq, xammal, digər mallar və əlaqədar xidmətlərin təşkilatın PS&T idarəetmə sisteminə 

uyğun olması nəzərə alınmalıdır. Bu prosesdə həmçinin məsləhətləmə (5.4-ə baxın) və 

kommunikasiya (7.4-ə baxın) üçün bütün ehtiyaclar nəzərə alınmalıdır.  

Təşkilat aşağıdakıları təmin etməklə avadanlıq, qurğular və materialların işçilər tərəfindən istifadə 

edilməsinin təhlükəsiz olmasını yoxlamalıdır:  

a)  avadanlıq spesifikasiyaya uyğun təchiz edilib və onun nəzərdə tutulduğu kimi işləməsinə 

əmin olmaq üçün sınaqdan keçirilib;  

b)  qurğular layihələndirildiyi kimi işləməsinə əmin olmaq üçün istismara buraxılıb; 

c)  materiallar spesifikasiyalarına uyğun çatdırılıb; 



www.tcsgl.com                                                                                                                                     

36 of 40


   

 

d)  istifadəyə dair bütün tələblər, ehtiyat tədbirləri və digər qoruyucu tədbirlər barədə 



müvafiq işçilərə məlumat verilib və əlçatandır. 

A.8.1.4.2 Podratçılar  

Koordinasiyaya (razılaşdırmaya) ehtiyac bəzi podratçıların (yəni, xarici təchizatçıların) xüsusi bilik, 

bacarıq, metod və vasitələri olduğunun qəbul edilməsinə əsaslanır.  

Podratçıların fəaliyyət və əmliyyatlarına misal olaraq texniki xidmət, inşaat, əməliyyatlar, 

təhlükəsizlik, təmizləmə və bir neçə digər funksiyaları göstərmək olar. Podratçılar həmçinin 

məsləhətçilər və ya inzibati, mühasibatlıq və digər işlərdə mütəxəssislərdən ibarət ola bilər. İşlərin 

podratçılara verilməsi təşkilatın peşə sağlamlığı və təhlükəsizliyi üzrə məsuliyyətini ləğv etmir.  

Təşkilat cəlb olunmuş tərəflərin məsuliyyətlərini aydın şəkildə müəyyən edən müqavilələrin tətbiq 

edilməsi vasitəsilə öz podratçılarının fəaliyyətlərinin koordinasiyasına nail ola bilər. Təşkilat iş 

yerində podratçıların PS&T üzrə fəaliyyət göstəricilərini təmin etmək üçün müxtəlif alətlərdən 

istifadə edə bilər (məsələn, müqavilə bağlamaq mexanizmləri və ya sağlamlıq və əməyin 

təhlükəsizliyi üzrə keçmişdəki fəaliyyət göstəricilərini, əməyin təhlükəsizliyinə dair təlimi və ya 

PS&T üzrə imkanları nəzərə alan ilkin kvalifikasiya meyarları, həmçinin müqaviləyə daxil edilmiş 

birbaşa tələblər).  

Podratçılarla koordinasiyanı həyata keçirərəkən təşkilat təhlükələr barədə məlumatın təşkilatla 

onun podratçıları arasında necə aparılacağını, işçilərin təhlükəli ərazilərə buraxılmasına necə 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə