İstifadə olunan ixtisarların siyahısı


İdarəetmə qərarlarının təsnifatı



Yüklə 388,52 Kb.
səhifə3/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   2   3   4   5   6   7   8   9   ...   91
C fakepathMuhazireler
C fakepathmuh 6
1.2. İdarəetmə qərarlarının təsnifatı
Müəssisələrdə müxtəlif təşkilati səviyyələrdə çoxlu sayda müxtəlif qərarlar qəbul edilir. Qərarlar onlarin müxtəlif cəhətlərini əks etdirən bir çox əlamətlərlə xarakterizə olunurlar. Bu əlamətlərin toplusu idarəetmə qərarlarının təsnifatını verməyə kömək edir. Cədvəl 1.1.-də idarəetmə qərarlarının təsnifat sxemi verilir [1].

Həll edilən məsələlərin xarakteri qərarların tətbiq sahəsini və cəlb olunan ekspertlərə qoyulan tələbləri təyin edir. Bir neçə məqsədin olması kompleks, çoxməqsədli qərarların hasilinə imkan verir.

Bir şəxs tərəfindən qəbul edilən fərdi qərarlar onların formalaşdırılması üçün az vaxt tələb edirlər, daha yüksək yaradıcılıq səviyyəsi və yeniliklə xarakterizə olunurlar. Lakin fərdi qərarlar səhvlərin riskinin yüksək olması və alternativ variantlarının sayının az olması ilə səciyyələnirlər. Nəticədə qeyri-optimal qərarların qəbulu ehtimalı yüksək olur.

Qrup qərarlar peşəkar mütəxəssislərdən ibarət işçi qrup tərəfindən hazırlanır və fərdi qərarlarla müqayisədə bir sıra üstünlüklərə malikdirlər. Qrup qərarların keyfiyyəti yüksək olur, belə ki, onların formalaşdırılması zamanı çoxlu sayda mümkün variantlara baxılır. Nəticədə səhv qərarın qəbulu ehtimalı azalır. Kollektiv qərarın əsas çatışmazlığı onun operativliyinin aşağı olmasıdır, belə ki, qrupun formalaşdırılmasına, müzakirə üçün materialların hazirlanmasına,idarəetmə qərarlarının təsnifatı:

Cədvəl 1.1



Əlamətlər

Qərarların növü

Həll edilən məsələlərin xarakteri

Elmi-texniki, texnoloji, iqtisadi, təşkilati sosial, ideya-tərbiyəvi

Qərar qəbulunun səviyyəsi

Bütövlükdə müəssisə, müəssisənin bölmələri, ayrı-ayrı işçilər səviyyəsində

Məqsədlərin sayı

Birməqsədli, çoxməqsədli

Qərar qəbul edən subyekt

Fərdi, kollektiv (qrup şəklində)

Qüvvədə qalma vaxtı

Strateji, taktiki, operativ (cari)

Dövrülük

Bir dəfə, təkrarlanan

Formallaşdırma dərəcəsi

Proqramlaşdırılan, proqramlaşdırılmayan

Əsaslandırma üsulu

İntuitiv, mühakiməyə əsaslanan,rasional

Mürəkkəblik dərəcəsi

Sadə, mürəkkəb, unikal

Qərarın qəbul edildiyi şərait

Müəyyənlik şəraitində, risk şəraitində və qeyri-müəyyənlik şəraitində qəbul edilən qərarlar

Qərarın təsir istiqaməti

İdarəolunan obyektin içərisinə və sərhəddindən kənara istiqamətlənən

Qrupun üzvlərinin problemlə tanışlığına, variantların müzakirəsinə və razılaşdırılmasına xeyli vaxt tələb olunur.




Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə