IV qrup kationların xüsusi reaksiyaları. və III qrup sulfidlərdən fərqi Dördüncü qrupa gümüş , birvalentli civə , qurğuşun , ikivalentli mis , kadmium , ikivalentli civə və bismut ionları daxildir . Bu qrupa daxil olan kationların hamısı I , II və III qrup kationlarından fərqli olaraq turş mühitdə hidrogen sulfid ilə çətin həll olunan sulfidlərdən ibarət çöküntü əmələ gətirir . IV qrup kationlarının əmələ gətirdikləri sulfidlər çoxsulfidli ammoniumda həll olmur . 1 IV qrup kationlarının qrup reaktivi , turş mühitdə hidrogen - sulfiddir .
Təcrübə 1. Xlorid turşusunun təsiri . Sınaq şüşəsinə 1-2 ml gümüş - nitrat məhlulu tökün . Üzərinə həmin qədər ( 1 : 1 ) durulaşdırılmış xlorid turşusu əlavə edin və sınaq şüşəsinin divarlarını şüşə çubuqla sürtün . Ag rəngli AgCl süd çürüntüsünə bənzər çöküntüsü alınır . Reaksiyanın tənliyini yazın . Əmələ gələn çöküntü suda və nitrat turşusunda həll olmur . Lakin qatı xlorid ( HCl ) turşusunda asan həll olaraq H₂ [ AgCl3 ] və ya H3 [ AgCl4 ] tərkibli kompleks birləşmə əmələ gətirir . Reaksiyanın tənliyini yazın . Alınan gümüş - xlorid ( AgCl ) çöküntüsü ammonium əsasında ( NH4OH ) yaxşı həll olaraq diamin - argenta xlorid [ Ag ( NH3 ) 2 ] Cl kompleks məhlulu alınır . Reaksiyanın tənliyini yazın . AgNO3+ HCl( çöküntü( sarı) AgCl+ HNO3 AgCl+ HNO3/ H2O( getmir AgCl+ HCl( H2[AgCl3]/ H3[AgCl4] AgCl+ NH4OH([Ag(NH3)2]Cl+ 2H2O Təcrübə 2. Hidrogen - sulfidin təsiri . Həm turş , həm də əsasi mühitdə hidrogen - sulfid ( H₂S ) məhlulu gümüş ionu ilə qəhvəyi - qara rəngli çöküntü əmələ gətirir . Sınaq şüşəsinə 2-3 ml gümüş - nitrat duzu məhlulu üzrinə o qədərdə hidrogen - sulfid məhlulu tökün . Alınan çöküntünü 2n nitrat turşusunda həll edin . Reaksiyaların tənliyini ardıcıl yazın . Əmələ gələn çöküntü 2n nitrat turşu sunda həll olur . Reaksiya tənliyini yazın . AgNO3 + 2H2S( çöküntü (qəhvəyi qara) Ag2S+ HNO3 Ag2S+10HNO3( 4H2O+ 8NO2+ H2SO4+ 2AgNO3 2AgNO+HNO3 (2Ag(NO3)2+ H2 Təcrübə 3. Qələvilərin təsiri . Predmet şüşəsinin üzərinə 2-3 damcı gümüş duzu məhlulu töküb üzərinə o qədər də qələvi məhlulu əlavə edin . Bu zaman Ag2O ( gümüş - oksiddən ) ibarət qara çöküntü alınır . Alınan bu çöküntü ammonium əsasında həll olaraq [ Ag ( NH3 ) 2 ] OH- ( ammonyakat ) kompleksi əməl gətirir . Reaksiyanın tənliyini ardıcıl yazın. 2AgCl+ 2NaOH( çöküntü (qara) Ag2O+ 2NaCl+ H2O Ag2O+ 4NH4OH( 2[Ag(NH3)2]OH + 3H2O Təcrübə 4. Kalium - yodidin təsiri . Sınaq şüşəsinə 2-3 ml gümüş - nitrat məhlulu töküb üzərinə 2 ml kalium - yodid ( KJ ) məhlulu əlavə edin.Solğun sarı rəngli çöküntü alınır . Reaksiyanın tənliyini yazın. AgNO3+ KJ( çöküntü (solğun sarı) AgJ+ KNO3 Civa ( Hg ) ionunun reaksiyaları . Civə duzları zəhərlidir . Təcrübə 1. Xlorid turşusunun təsiri . Sınaq şüşəsinə 3-4 damcı civə 1 - nitrat və 3-4 damcı 2n xlorid turşusu töküb bərk çalxalayın . Alınan ağ rəngli 50 çöküntünün üzərinə bir neçə damcı 2n ammonium - hidroksid məhlulu tökün . Çöküntü qaralacaqdır . Bu reaksiya bir valentli civə ionunun təyin edilməsi üçün ən mühüm reaksiyadır . Reaksiya nəticəsində dihidrarqa - amino - xlorid ( NH₂Hg . ) Cl çöküntüsü alınır . Həmin çöküntü isə dərhal parçalanaraq sərbəst civə ayrıldığı üçün çöküntü qaralır . Hər iki reaksiyanın tənliyini yazın . Alınan çöküntü dərhal parçalanır və nəticədə hidrarga - amino - xlorid ( [ NH₂Hg ] Cl ) ilə sərbəst civə alınır . Ona görə çöküntü qaralır . HgNO3+ HCl( çöküntü( ağ) 2HgCl+ HNO3 HgCl + NH4OH( çöküntü (qara) Hg(NH2)Cl + NH4Cl+ H2O Təcrübə 2. Hidrogen - sulfidin təsiri . Bir valentli civə duzlarına hidrogen - sulfid ilə təsir etdikdə civə 2 - sulfid ilə metal civə qarışığından ibarət qara rəngli çöküntü alınır . Bu reaksiyada bir valentli civə həm ikivalentli civəyə qədər oksidləşir , həm də metal civəyə qədər reduksiya olur . Sınaq şüşəsinə neytral mühitdə civə 1 - nitrat duzu məhlulu töküb üzərindən H₂S keçirməli . Reaksiyanın tənliyini yazın . HgCl+ H2S( çöküntü (qara) Hg2S+ HCl Hg+ 4HNO3( Hg(NO3)2+ 2NO2+ 2H2O H2S+ Hg(NO3)2( HgS+ 2HNO3 Təcrübə 3. Qələvilərin təsiri . Predmet şüşəsinə 2 damcı civə 1 - nitrat duzu məhlulu töküb üzərinə bir o qədərdə qələvi məhlulu əlavə edin . Bu zaman qara rəngli civə 1 - oksiddən ( Hg2O ) ibarət çöküntü alınır . Əmələ gələn çöküntü nitrat və asetat turşularında həll olur və münasib duzlar əmələ gəlir . Reaksiyanın tənliyini yazın . HgNO3+ NaOH(çöküntü (qara) Hg2O+ H2O+NaNO3 Hg2O+ HNO3(Hg2(NO3)2+ H2O
Təcrübə 4. Kalium - yodidin təsiri . Bir valentli civə duzu məhlulundan 2 ml sınaq şüşəsinə tökün . Üzərinə In kalium - yodid ( KJ ) məhlulu əlavə edin . Dərhal sarımtıl - göy rəngli çöküntü əmələ gəlir . Əmələ gələn çöküntü ( Hg2J2 ) reaktivin artığı ilə parçalanaraq kalium tetrayodo- hidroarqoat kompleksi və sərbəst ( K₂ [ HgJ4 ] ) civə alınır . Reaksiyanın tənliyini yazın . Əmələ gələn çöküntü reaktivin artığında həll olur , nəticədə kalium - tetrayodo . hidrostat kompleksi [ K2 ( HgJ4 ) ] və civə alınır . HgCl+ KJ(çöküntü (sarımtıl-göy) Hg2J2+ KCl Hg2J2+ KJ( [K2(HgJ4)]+ Hg Qurğuşun ( Pb " ) ionunun reaksiyaları . Təcrübə 1. Xlorid turşusunun va hall olan xloridlərin təsiri Duru xlorid turşusu iki valentli qurğuşun duzları ilə ağ , pambıqvari çöküntü əmələ gətirir . Bu çöküntü isti suda həll olur . Məhlul soyuduqda qurğuşun xloridin ( PbCl2 ) parlaq kristalları iynəvari şəkildə məhluldan ayrılır . Reaksi yanın yaxşı getməsi üçün 0,1n xlorid turşusundan istifadə etməli . Reaksiyanın tənliyini yazın . HCl+ PbCl2( PbCl4 çöküntü(ağ pambıqvari) + H2 PbCl4+ H2O( PbO2 + 4HCl Təcrübə 2. Hidrogen - sulfidin təsiri . üzərinə o qədərdə hidrogen - sulfid əlavə edib qara rəngli Sınaq şüşəsinə 2-3 ml qurğuşun duzu məhlulu töküb çöküntünün alınmasına diqqət yetirin . Əmələ gəlmiş qurğuşun - sulfid duru xlorid və sulfat turşusunda həll olmur . Lakin o duru nitrat turşusunda qaynadıldıqda asanlıqla həll olur . Bu zaman sərbəst kükürd ( S ) alınır . Reaksiyanın tənliyini yazın . Qurğuşun - xloridə sulfid ( H₂S ) turşusu ilə təsir etdikdə , qurğuşun sulfo - xlorid ( Pb₂SC1₂ ) -dən ibarət narıncı - qırmızı rəngli çöküntü əmələ gəlir . Reaksiyanın tənliyini yazın . Alınan qurğuşun - sulfid duru nitrat turşusunda həll olur . PbCl2+ H2S( PbS+ HCl PbS + H2SO4/HCl( getmir PbS+ HNO3(S+ Pb(NO3)2+ NO+ H2O PbCl2+ H2S( Pb2SCl2 çöküntü (narıncı qırmızı) Təcrübə 3 . Sınaq şüşəsinə 3-4 damcı qurğuşun nitrat və o qədərdə kalium - yodid məhlulu tökün . Alınan sarı rəngli qurğuşun yodid çöküntüsünü su hamamında qızdırın . Əgər çöküntü yaxşı həll olmasa ona bir qədər su töküb yenidən qızdırın . Alınan məhlulu tədricən soyudun . Bu zaman əmələ gələn qızıla oxşar sarı rəngli qurğuşun - yodid kristallarını müşahidə edin . Reaksiyanın tənliyini yazın . PbNO3 + KJ( çöküntü (sarı) PbJ + KNO3