İxtisas : İqtisadi resursların idarə edilməsi kurs I Ş İ Mövzu: “Anbar təsərrüfatının təşkili və təkminləşdirilməsi istiqamətləri”



Yüklə 352 Kb.
tarix07.01.2017
ölçüsü352 Kb.
#4743
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Fakultə : Kommersiya

Kafedra: Marketinq

İxtisas : İqtisadi resursların idarə edilməsi

K U R S İ Ş İ

Mövzu: “Anbar təsərrüfatının təşkili və təkminləşdirilməsi istiqamətləri”
Qrup: 300

Tələbə: Cəlil Qənbərov

Rəhbər: dos. T.İ.İmanov

BAKI – 2011 ©

Plan:


  • Giriş

  • Anbar təsərrüfatı infrastruktur elementi kimi

  • Müassir şəraitdə anbar təsərrüfatının təşkili itiqamətləri

  • Anbar təsərrüfattının təkminləşdirilməsi istiqamətləri

  • Nəticə və təkliflər

  • Ədəbiyyat siyahısı

Giriş


İqtisadiyyatın inkişafında mühüm rol oynayan sahələrdən biri də ölkə ərazisində yaradılan anbar təsərrüfatı infrastrukturudur. Anabarların özləri logistik sistemin həlqələrindən biri olan anbar logistikasının əsas tədqiqat obyektidir. İlk anbarlardan əsasən müxtəlif məhsulların saxlanması məqsədilə istifadə edirdilər. Anbarlarda bir çox əməliyyatların yerinə yetirilməsi mümkünlüyü bu sahənin inkişafına gətirib çıxardı. Müassir dövrdə də anbarlardan müxtəlif təyinatlı məhsulların saxlanılması məqsədilə istifadə edilməsinə baxmayaraq anbarlardan istifadə edilmə spektri xeyli genişlənmişdir. Müassir anbarların formalaşmasına müxtəlif amillər təsir göstərmişdir. Bunlardan ən mühümü isə anbar təsərrüfatının idarə edilməsində “Dəqiq vaxtında” logistik konsepsiyasının tədbiqidir. “Dəqiq vaxtında” logistik konsepsiyasının tədbiqi ilə anbarlardan istifadə edilməsi strukturunda əsaslı dəyişiklərə əmələ gəlmişdir. Əvvəllər Anbarlardan yalnız müxtəlif təyinatlı məhsulların saxlanması məqsədilə istifadə edirdilərsə, müassir dövrdə anbarlardan məhsulların saxlanması ilə yanaşı, məhsulların istehsal istehlakına hazırlanması, məhsullara əmtəlik görkəminin verilməsi və s məqsədlərlə də istifadə edirlər. Müəyyən məahsullar üzrə siğorta və mövsümü ehstiyatların yaradılması vacibliyi, bazarda məhsullara olan tələb və təklifin elatikliyi, məhulların müxtəlif səbəblərə görə saxlanmağa olan ehtiycı və bir çox başqa amillrə firma və təşkilatları anbar təsərrüfatından istifadə etməyə məcbur edir. Ümumiyyətlə götürsək aнбарларын ясас тяйинаты – материал ещтийатларынын топланмасы, сахланмасы вя истещлакчы сифаришляринин фасилясиз вя ащянэдар йериня йетирилмясинин тямин едилмясиндян ибарятдир.

Müassir şəraitdə heç bir istehsal müəssisəsini (və ya firmasını) anbar təsərrüfatı olmadan fəaliyət göstərməsinin təsəvvür etmək mümkün deyil. Bu müəssisələrdən bəzilər özlərinin xüsusi yaradılmış anbar təsərrüfatından istifadə edərək fəaliyyət göstərirlər, bəziləri isə ümumi anbarlardan istifadə edərək öz fəaliyyət proseslərinin davam etdirirlər. Ümumiyyətlə götürsək müəssisələrin fasiləsiz formada istehsal prosesini davam etdirməsi bir çox amillərdən asılıdır. Bu amillər içərisində ən başlıcası və ən mühümü müvafiq növdə və müvafiq keyfiyyətdə material ehtiyyatlarının yaradılmasından ibarətdir. Material ehtiyatlarının həm artıq həm də az olması istənilən halda fəaliyyət göstərən təsərrüfat subyektinə mənfi təsir göstərəcək.

Material ehtiyatlarının artıq olmasının mənfi təsiri ondan ibarətdir ki, artıq olan ehtiyatlar müəyyən müddətdə istifadədən kənarda qalırlar və bir növ qırağda dondurulmuş şəkildə dururlar. Bu hal isə bir çox halda onların daha sonar lazımsız olması ilə nəticələnib qiymətlərini düşməsinə gətirib çıxarır. Son nəticədə isə təsərrüfat subyektinin fəaliyyətinə mənfi təsi göstərirlər.

Material ehtiyatlarının əskik olmasının mənfi təsi isə ondan ibarətdir ki, təsərrüfat subyektinin material ehtiyatları az olan hallardan onların bazardakı fəaliyyətləri zamanı müxtəlif çətinliklər qarşıya çıxır.

Əsas etibarilə material ehtiyyatlarının yaradılmasının əsas məqsədi lazım olan vaxtda, lazım olan miqdarda və çeşiddə xammal və material ehtiyyatlarının (istehsalçı müəssələri üçün) və əmtəəlik ehtiyyatlarının (ticarət vasitəçiləri üçün) mövcud olmasıdır.

Xammal və material ehtiyyatlarının və əmtəəlik ehtiyyatların saxlanması və ya onların emal prosesində bir sonrakı mərhələ üçün hazırlanması üçün anbarların olması zəruridir. Hər halda harda anbar varsa orda ehtiyat var, harda ehtiyat varsa orada da anbar olmalıdır. Anbarlarda ehtiyyatların saxalanmasından başqa materialların kəmiyyət və keyfiyyət üzrə qəbul edilməsi, qablardan çıxarılması, çəkilməsi, biçilməsi, ölçülməsi, sortlaşdırılması, istehsal istehlakına hazırlanması, yenidən qablaşdırılması, materialların buraxılışı, göndərilməsi kimi əməliyyatlar yerinə yetirilir.

Ümumiyyətlə anbar təsərrüfatı istənilən firma və təşkilatın fəaliyyət prosesində əsas infrastruktur elementi kimi çıxış edir. Belə firma və təşkilatları anbar təsərrüfatının yaradılmasına məcbur edən amillər aşağıdakılardır:


  1. Hazır məhsullar üzrə siğorta və mövsümi anbar ehtiyyatlarının yaradılması hesabına tələb və təklifin nisbətinin bərabərləşdirilməsi və əlaqələndirilməsi

  2. Bazarın dəyişən tələbinə çevik reaksiya vermək məqsədilə istehlakçı tələbinin vaxtında nəzərə alınması və onun dolğun ödənilməsi

  3. Istehsal prosesinin fasiləsizliyini təmin etmək və s

Başlıca olaraq isə anbarların əsas təyinatı – material ehtiyyatlarının toplanması, saxlanması və sifarişlərinin fasiləsiz yerinə yetirilməsinin təmin edilməsindən ibarətdir.

Anbarların strukturu onların yerinə yetirdikləri təyinatdan asılı olaraq müxtəlifdir. Amma Azərbaycanda fəaliyyət göstərən anbarların strukturu əsasən 3 elementdən ibarətdir. Həmçinin Azərbaycanda və habelə ölkədən kənarda fəaliyyət göstərən Nəqliyyat və maddi-texniki təchizat xidmətləri ilə məşğul olan "TSL Group" şirkətində də anbarların strukturu əsasən aşağıdakı istiqamətlərdə təşkil edilmişdir:

- Yüklərin müvəqqəti və uzun müddət üçün anbarda saxlanması;

- Anbarların tələb olunan növ, dəyər kateqoriyası və xidmət dərəcəsinə uyğun seçilməsi;

- Yüklərin xüsusi şəraitdə saxlanması

Yuxarıda göstərilən fikirlər ümumi təyinatlı anbarlara aiddir. Bu anbarlar müxtəlif anbar firma və ya təşkilatlar tərəfindən məhsulların saxlanmasına ehtiyac duyan müxtəlif müəssisə və firmalara xidmət göstərmək üçün yaradılırlar. Bu anbarlardan fərqli olaraq müəssisə və ya firma daxilində yaradılan anbarlarda anbarların strukturu fərqli olur. Müəssisə və ya firmalarda anbar təsərrüfatının yaradılması onalara aşagıdakıları yerinə yetirməyə imkan verir:



  1. Müştərilərin sifarişlərinin yerinə yetirilməsi üçün zəruri məhsul çeşidinin yaradılması. Əgər anbar tədavül sferasında fəaliyyət göstərən logistik vasitəçilərə aiddirsə, bu logistik vasitəçilər iri partiyalarla müxtəlif çeşidli material resurslarını və hazır məhsulları özanbarlarına daxil edirlər. Bu tip anbarlarda qəbul edilən məhsullar üzərində müvafiq əməliyyatlar aparlmaqla sənaye çeşidindən ticarət çeşidi yaradılır.

  2. Məhsulların tələb olunan vaxta kimi saxlanması. Məhsullar anbarlarda müxtəlif məqsədlə saxlanılır. Bu məqsədlər a.ağıdakılar daxildir:

  • Məhsulların mövsimi istehlakı ilə əlaqədar olaraq

  • Məhsulgöndərənlərdən asılılığı azaltmaq üçün

  • Məhsulları bazar konyukturasından asılı olaraq bazarda daha sərfəli qiymətlərlə satmaq üçün və s.

  1. Məhsulların keyfiyyətinə nəzarətin həyata keçirilməsi. Məhsulların anbara qəbulu zamanı onların keyfiyyətinin standartlara uyğun olub-olmaması yoxlanılır.

  2. Müəssisələrdə və ya firmalarda anbar təsərrüfatının mövcud olması müəssisələrdə müxtəlif təyinatlı xidmətlərin göstərilməsini mümkün edir. Anbarlarda müxtəlif xarakterli xidmələr göstərilir. Bu xidmət növləri əsasən anbarlarda yerinə yetirilən nəqliyyat xidmətləri ilə, yüklərin müxtəlif nəqliyyat vasitələrinə yüklənməsi və boşaldılması ilə, anbar daxili logistik idarəçiliklə və s ilə əlaqədardır. Əsas xidmət növlərinə isə aşağıdakılar daxildir:



  1. Məhsulların istehsal istehlakına hazırlanması

  2. Məhsulların satışa hazırlanması

  3. Materialların idarə edilməsi

  4. Nəqliyyat xidmətləri

  5. Məhsullara əmtəəlik görkəminin verilməsi

  6. Məhsulların ilkin və təkrar emalı

  7. məhsulların qablaşdırılması və s.

Bir çox mütəxəssislər anbar təsərrüfatının strukturunu müxtəlif cür təyin edirlər. Mahiyyət etibarilə bu təyinatların hamısında anbar təsərrüfatının strukturu aralıq mərhələrdə həyata keçirilən əməliyyatlar istisna olmaqla eynilik təşkil edir.

Anbar təsərrüfatının strukturunu aşağıdakı sxemdə daha aydın görmək olar:



Anbar təsərrüfatının təşkil üç mərhələdə nəzərdən keçirilir



  1. Anbar təssərrüfatında xam materiallrın idarə edilməsi

  2. Anbar təsərrüfatında bitməmiş məhsulların idarə edilməsi

  3. Anbar təssərrüfatında hazır məhsulların idarə edilməsi

Klassik anbar təsərrüfatının təşkili aşağıdakı mərhələlər üzrə həyata keçirilir: (Warehouse Management. Авторы: James A. Tompkins,Jerry D. Smith)

  1. Xam materialların qəbulu

  2. Qəbul olunmuş xam materialların anbarda yerləşdirilməsi

  3. Xam materialların ölçülməsi, biçilməsi və s əməliyyatlaar

  4. Xam materialların buraxılması

  5. Xam materialların emalı prosesi ( bitməmiş məhsullrın əmələ gəlməsi)

  6. Bitməmiş məhsullrın anbarda yerləşdirilməsi və saxlanması

  7. Bitməmiş məhsulların ölçülməsi, biçilməsi və s əməliyyatlar

  8. Bitməmiş məhsullrın emal prosesi (hazır məhsulun yaradılması)

  9. Hazır məhsulların əldə edilməsi

  10. Hazır məhsulların anbarda yerləşdirilməsi

  11. Hazır məhsulların seçilməsi

  12. Hazır məhsulların göndərilməsi

İlk dört mərhələ anbar təsərrüfatında xam materialların idarə edilməsi prosesinə aiddir.

Növbəti dört mərhələ anbar təsərrüfatında bitməmiş məhsulların idarə edilməsi prosesini əhatə edir. Sonuncu dört mərhələ isə anbar təssərrüfatında hazır məhsulların idarə edilməsi proseini təyin edir. Bir sıra müəssələrdə məhsulların müxtəlif hissələri podratçılar tərəfindən təşkil edilir və yığılır. Belə olan hallarda, nəzərdən keçirilən müəssələrdə anbar təsərrüfatının təşkili prosesi hazır məhsulların anbarlara daxil edilməsi hissəsindən başlanılır.

Ümumiyyətlə anbarlar konkret quruluşa malik və material axınlarının dəyişməsi ilə bağlı bir sıra funksiyaları və əməliyyatları yerinə yetirən mürəkkəb texniki qurğuların məcmusudur.

Müassir şəraitdə anbarların optimal təşkili həyat keçrmək üçün anbarlarda aşağıdakı proseslərin həyata keçirilməsinin optimal təşkil edilməsi zəruridir:



  1. Qəbul. Anbarın əsas vəzifələrindən biri məhsullrın anbara qəbulu zamanı onların keyfiyyətinə nəzarət etməkdir. Gələcəkdə müvafiq problemlərin ortaya çıxmaması üçün məhsilların anbara qəbulu zamanı məhsulların keyfiyyətsiz olmamasına çox diqqət yetirilməlidir. Anbarlara məhsulları qəbulu zamanı onların keyfiyyət göstəricilərinin texniki şərtlərə və standart göstəricilərə uyğun olması yoxlanılmalıdır.

  2. Yerləşdirmə. Anbarın digər bir əsas vəzifəsi məhsulların düzgün yerləşdirilməsidir. Məhsulları anbarda duzgun və səmərəli şəkildə yerləşdirmək həm məhsulların xarakterində bir problemin əmələ gəlməməsində həm məhsulların daha az yer tutması üçün onların yığcam yerləşdirilməsində həmçinin də anbarda rahat hərəkətinin təminidə çox böyük rol oynayır.

  3. Saxlanma. Saxlanma anbarın yerinə yeirdiyi ən əsas vəzifələrdən biridir. Xüsusilə bu vəzifənin köməyi ilə istehsalın fasilsəizliyinin təmin edilməsi həyata keçirilir. Bu məhulların anbarda saxlanması vasitəsilə müəyyən növ mövsümi məhsulların istənilən zaman tələb olunduqda mövcudluğunu təmin edir.

  4. Ximətlərin göstərilməsi. Anbarlarda xidmətlərin göstərilməsi dedikdə məhsulların istehsal istehlakına hazırlanması nəzərdə tutulur. Anbarın bu vəzifəsinə aşağıdakılar daxildir:

  1. Məhsulların satışa hazırlanması

  2. Avadanlıqlar və cihazların işə yararlı olmasının yoxlanılması

  3. Məhsullara əmtəəlik görkəminin verilməsi

  4. Onların ilkin və təkrar emalı

  1. Məhsulların anbardan buraxılmasılo

Müassir şəraitdə müəssisə və ya firmalarda anbar təssərrüfatının təşkilinin ən əsas elementi xərclərin minimallaşdırılması kriteriyasə durur.

Xarici ədəbiyyatlarda (Integral Warehouse Management: The Next Generation in Transparency ... Авторы: Jeroen P. Van Den Berg) satış qiymətində logistik xərclər aşağıdakı kimi göstərilir:



Anbar təsərrüfatının təşkilində yerinə yetirilən bütün logistik əməliyyatları şərti olaraq üç hissəyə bölmək olar:



  1. Xammal, material, dəstləşdirici məmulatlar və hazır məhsulların tədarükatı ilə əlaqədar olan işlərin icra olunmasını nəzərdə tutan əməliyyatlar

  2. Yüklərin emalı və onların sənədləşdirilməsi ilə bilavasitə əlaqədar əməliyyatlar

  3. Məhsulların fiziki bölüşdürülməsi və satış işlərinin əlaqələndirilməsinə istiqamətlənmiş əməliyyatlar

Anbarlar təsərrüfatının təşkilində aşağıdakı əməliyyatlar yerinə yetirilir:

  1. Anbarlarda ehtiyatların yaradılması. Burada qarşıda duran əsas vəzifə isə ondan ibarətdir ki, anbarlarda məhsulların emal edilməsi imkanlarına müvafiq material ehtiyatları yaradılsın. Digər tərəfdən isə bazarda az tapılan və ya tez qurtaran məhsulların istehsalı üçün anbar ehtiyyatlarının yaradılması bu əməliyyatın başlıca xüsusiyyətlərindən biridir.

  2. Məhsulların anbara daxili və məhsulların anbardan buraxılması işinə nəzarətprosesinin həyata keçirilməsi. Burada sifarişlərin vaxtı-vaxtında qəbulu və bu sifarişlərin tam və dolğun ödənilməsi xüsusi rol oynayır. Anbarlara qəbul edilən və ehtiyyat formasında saxlanılan xammal və materialların uçotunun təşkili həmçinin sifarişlərin uçotunun aparılması məhsugöndərmələrə nəzarətin həyata keçirilməsində mühüm rol oynayır. Nəzarət prosesinin düzgün aparılması üçün hər bir müəssisə və ya təşkilatda qeydiyyat kitabı açılır da qəbul edilmiş sifarişlərin konkret ünvanı və tarixi göstərilməklə bu kitablarda yazılır.

  3. Yüklərin boşaldılması və qəbul edilməsi prosesinin həyata keçirilməsi. Anbarlarda xammal, material, yarımfabrikat və məhsulların müəssisə və ya firmalar tərəfindən düzgün qəbul edilməsi böyük əhəmiyyətə malikdir. Yüklərin boşaldılması və qəbul edilməsi mərhələsində aşağıdakı əməliyyatlar həyata keçirilir:

  1. Nəqliyyat vasitələrindən yüklərin boşaldılması

  2. Boşaldılan yüklərin sənədlərlə uyğunluq təşkil edib-etməməsinin yoxlanması

  3. Qəbul edilmiş xammal, material və ya məhsulların kəmiyyət və keyfiyyət etibarilə uyğunluğunun təmin edilməsi

  4. Qəbul edilmiş xammal, material və ya məhsulların sənədləşdirilməsi

Yüklərin nəqliyyat vasitələrindən boşaldılması və qəbul edilməsi mərhələsində ən əsas amillərdən biri boşaltma və qəbuletmə sahələrinin istehsal yerlərinə yaxın olmasıdır. Boşaltma və qəbul etmə sahələrinin istehsal yerlərinə yaxın olması müəssisə və ya firmalara vaxta və maliyyə vəsaitlərinə qənaət etməyə imkan verir.

Qəbu prosesi anbara məhsulların qəbul edilməsi prosesinin xarakterinə görə iki yerə ayrılır:



  1. Məhsulların məhsulgöndərənlər tərəfindən qəbul edilməsi

  2. Son istehlakçı müəssisələr tərəfindən məhsulların qəbul edilməsi prosesi

Məhsulgöndərənlərə məhsullar bilaavasitə istehlakçılardan daxil olur. Son istehlakçı müəssisələrə isə məhsullar həm istehsalçılardan həm də məhsulgöndərənlərdən daxil olur. Amma məhsulgöndərənlərə və ya son istehlakçılara məhsulların qəbul edilməsindən asılı olmayaraq məhsulların qəbul edilməsi proseduru demək olar ki tamamilə eynidir.

  1. Yüklərin anbar daxilində yəni anbarın müxtəlif sahələri arasında daşınması. Yüklər anbar daxilində aşağıdakı istiqamətlər üzrə nəql edilir:

  1. Boşaltma yerindən anbara tərəf

  2. Anbar uyğun dəstləşdirmə sahəsinə

  3. Dəstləşdirmə sahəsindən saxlanma sahəsinə

  4. Zəruru hallarda bir saxlanma sahəsində digər saxlanma sahəsinə

  5. Saxlanma sahəsindən yüklənmə sahəsinə və s

Qeyd olunan bu əməliyyatların hamısı anbarda istifadə edilən müxtəlif avadanlıqlar tərəfindən yerinə yetirilir. Bu avadanlılar aşağıdakıları misal göstəmək olar: konveyrlər, elevatorlar, kranlar, yükqaldıran avadanlıqlar, yükqaldırıcı və daşıyıcı başqa maşın və mexanizmlər.

  1. Anbar təsərrüfatının təşkilində yerinə yetirilən növbəti əməliyyat məhsulların anbarlaşdırılması və saxlanmasıdır. Burada isə ən mühüm məsələ anbar sahəsindən çox səmərəli istifadə etmək, məhsulların həm kəmiyyət və həm də keyfiyyət etibarilə qorunub saxlanmasını təmin etməkdən ibarətdir.

Anbarlaşdırma prosesi aşağıdakı prosedurlar həyata keçirilir:

  1. Xammal, material və ya məhsulları anbara daşımaq

  2. Daşınılan məhsulları saxlamaq üçün anbarda yerləşdirmək və düzgün yığmaq

  3. Nəhsulların saxlanması üçün anbarda uyğun şəraiti təşkil etmək

  4. Anbarda saxlanılan məhsullara nəzarət prosesini həyata keçirmək

  5. Və digər prosedurlar

Məhsulların anbarda səmərəli yerləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhsulları anbarlarda səmərəli yerləşdirdikdə və düzgün yığdıqda anbar sahəsindən maksimum istifadə etmək mümkün olur, məhsulların anbara qəbul edilməsi həmçinin məhsulların anbardan buraxılışı prosesləri sadələşir, ən əsası isə məhsullara nəzarət aparılması asanlaşır.

Anbar təsərrüfatının təşkilində yerinə yetirilən proseslərdən biri də anbarlarda istifadə ediləcək daha əlverişli və müssir avadanlıqların seçilməsidir. Anbarlarda müxtəlif avadanlıqlarından istifadə edilir. Müassi anbar təsərrüfatının təşkilində yeni növ anbar avadanlqlrından istifadə edilir. Ümumilikdə götürsək anbar avadanlıqlarının əsas vəzifələri məhsulların daşınmasına, saxlanmasına kömək etmək, anbar işçilərinin əmək məhsuldarlığının yüksəldilməsi bir sözlə anbarda yerinə yetirilən logistik əməliyyatların reallaşdırılasına kömək etmək və çəkilən xərclərin azaldılmasına nail olmaqdır. Hal hazırda ölkəmizdə olan anbarlar çox köhnədir və belə köhnə anbarlarda olan avadanlıqlarda bir çox hallarda köhnə olurlar. Müassir şəraitdə təbii ki anbar təsərrüfatının optimal təşkili yeni və keyfiyyətli anbar avadanlıqlarının olmasının zəruri edir. Anbar avadanlıqlar anbarların təyinatına uyğun olaraq seçilməlidir. Anbarda yerinə yetirilən əməliyyatların xara etrindən asılı olaraq anbarlar müxtəlif anbar avadanlıqları ilə təhciz olunmalıdır. Avadanlıqlar aşağıdakı işlərin yerinə yetirilməsinə köməklik göstərir:



  1. Məhsulları müxtəlif yerlərə qaldırmaq və ya məhsulları müxtəlif yerlərdən endirmək işlərinin asanlaşdırır

  2. Məhsulları anbarlarda saxlanmasını təmin edir

  3. Məhsulların çəkilməsini, ölçülməsini, biçilməsini və s işlərini yerinə yetirirlər

  4. Yanğın və digər fövqəladə hallarda istifadə edilir

  5. Məhsullara nəzarət işində, hesablam işlərində gərəkli olurlar və s.

Anbar təsərrüfatının təşkilində I tip avadanlıqlar aşağıdakıları yerinə yetirir:

  1. Işçilərin əmək məhsuldarlığını artırı

  2. Işprosesinin asanlaşdırılmasını təmin edir

  3. Vaxta qənaət edilməsinin reallaşdırır

  4. Logistik xərclərin azaldılmasını təmin edir

  5. Məhsulların keyfiyyətinə zərər gəlmədən yükləmə və boşaltam işlərinin həyata keçirilməsini mümükün edir

Ümumiyyələ nəqliyyat avadanlıqlarını müxtəlif təyinatına görə qruplaşdırırlar:

  1. Məhsulların üfiqi hərəkəti üçün lazım olan avadanlılar. Bu avadanlıqlara müxtəlif nəqliyyat vasitələrini, transporterləri misal göstərmək olar

  2. Məhsulların çaquli hərəkəti üçün lazzım olan avadanlıqlar. Bu avadanlıqlara liftlər, elevatorlar daxildir

  3. Məhsulların hər iki istiqamətdə hərəkətinin təmin edən avadanlıqlar. Belə avadanlıqlara kranlar, müxtəlif tipli yükləyicilər və qaldırıcı və endirici qurğular daxildir.

Anbar təsərrüfatının təşkilində istifadə edilən II tip avadanlıqlar aşağıdakıları yerinə yetirir:

  1. Materialların yerləşdirilməsini asanlaşdırır

  2. Materialların keyfiyyətcə qorunmasının təmin edir

  3. Materialların həcminin dəyişməsindən aslı olaraq materialların saxlanılması yerinin kiçildilməsi və ya genişləndirilməsi işlərinin asanlaşdırılar və s.

Materialların saxlanmasına köməklik göstərən avadanlıqlara əsasən sandıqlar, çənlər, asqılar, qəfəslər və s tipli avadanlıqlar daxıldir.

Anbar təsərrüfatının təşkilində istifadə edilən III tip avadanlıqlar məhsulların düzgün qəbul edilməsi və məhsulların düzgün buraxılması işində mühüm əhəmiyyət kəsb edirlər.

Bu tip avadanlıqlara müxtəlif növlü qapanlar, müxtəlif növ nəqliyyat vasitələrinin çəkilməsi üçün tərəzilər daxildir. Aftomabil və vaqon tərəziləri fərqləndirilir. Hər iki tip tərəzilər yükləmə boşaltma yerlərinə yaxın yerlərdə yerləşdirilir. Vaqon tərəzilərinin yük qaldırma qabiliyyəti 100 tona qədər, atomabil tərəzilərin yükqaldırma qabiliyyəti isə 10-25 ton təşkil edir.

Anbar təsərrüfatının təşkilində istifadə edilən IV tip avadanlıqlar müxtəlif qurulu.lu yanğınsöndürənlər daxildir. Bu yanğınsöndürən vasitələr həm sadə həm də mürəkkəb olurlar. Yanğın söndürən vasitələrə nasoslar, su çənləri, köpüklü və qazlı yanğınsöndürən avadanlıqlar, su kəmərləri və s. daxildir.

Anbar təsərrüfatının təşkilində istifadə edilən V tip avadanlıqlar əsasən inkişaf etmiş ölkələrdə geniş səviyyədə istifadə edilir. Xüsusilə son dövrlərdə texnika və texnalogiya sahəsində tərəqqi və kompyuterlərin inkişafı anbar təsərrüfatının təşkilində çox əhəmiyyətli dəyişiklərin meydana gəlməsinə səbəb olub. Müxtəlif tipli kompyuter proqramlarının inkişafı gündəlik anbar əmtəə dövriyyəsinin müəyyənləşdirilməsində, anbar ehtiyatların həcminə nəzarətdə və təbii ki, müxtəlif anbar əməliyyatlarında başverən proseslər haqqında məlumatların qey edilməsində və saxlanmasında çox mühüm rol oynayır. Kompyuterlərin anbar təsərrüfatında tədbiqi anbarda olan bütün məlumatlar haqqında istənilən vaxt məlumat əldə etməyə köməklik göstərir. Istər məhsulgöndərənlər istərsə də məhsul istehsalçıları kompyuterlərin köməyi ilə material ehtiyatlarını optimal idarə etmək imkanı qazanırlar.

Anbarlarda quraşdırılmış kompyuterlərdə ambardakı məlumatlar haqda öyrənmək üçün qisa istifadə edilmə düymələrindən istifadə edilir. Kompyuterlərdə anbar məlumatları şəkil quruluşundadır. F9 düyməsi vasitəsilə tez bir zamanda aşağıdakılar haqqında öyrənmək olar:



  1. Anbarın göstərdiyi xidmət miqdarı

  2. Anbarın qəbul etdiyi sifariş miqdarı

  3. Anbardan buraxılan materillar və ya məhsullar haqqında məlumatlar

  4. Son hərəkət tarixi

Müassir şəraitdə anbar təssərrüfatı aşağıdakı formalarda təşkil edilir.

  1. Anbar təsərrüfatının xüsusi yaradılmış anbarlar hesabına təşkil edilməsi. Bu halda firma və təşkilatlar öz tabeçiliyində olan anbarlardan istifadə edərək özlərini anbar təsərrüfatını həyata keçirirlər. Burada istifadə edilən anbarları fərdi anbarlar da adlandırırlar. Belə tip anbarlara sahib olan firma və təşkilatlar adətən çoxillik təcrübəyə və həmçinin böyük məbləğdə kapitala malik olurlar. Bu tip anbarlar həmçinin başqa firma və ya müəsssisələrə də icarəyə verilir. Belə tip anbarların mövcud olması firma və müəssisələr təsərrüfat prosesində böyük üstünlük verir. Xüsusi anbarlara sahib olan firma və təşkilatlar fəliyyət göstərdiyi müddətdə digər firma və təşkilatlara nisbətən daha sərbəst olurlar. Ehtiyatların geniş bir hissəsi xüsusi təşkili edilmiş anbarlarda saxlanılır. Bu formada anbar təsərüfatının təşkil edilmsi torpaq sahəsi, bina və avadanlıqların əldə edilməsi üçün çox böyük investisiyalar tələb edir.

  2. Anbar təsərrüfatının ümumi istifadədə olan anbarlardan istifadə edilməsi hesabına təşkil edilməsi. Belə anbarlar ölkəmizdə adətən dövlət hesabına yaradılır və dövlət mülkiyyəti statusunu daşıyır.

Müassir dövrdə inkişaf etmiş ölkələrdə anbar təsərrüfatının təşkili zamanı avtomatlaşdırılmış anbarların yaradılması prosesinə üstünlük verilir. Belə anbarlar tamamilə avtomatlaşdırılmış şəkildə təşkil edilir və burada yalnız operatorlar işləyir və verilən tapşırıqları yerinə yetirirlər. Burada məhsullar altlıqlara (bu altlıqlar taxtadan və ya metaldan hazırlanır və anbar daxilində məhsulların hərəkəti üçün istifadə edilir) yerləşdirilir. Məhsullar avtomatlaşdırılmış konveyorlar, kranlar vasitəsilə logistik program təminatı ilə işləyən komputerlərin köməkliyi ilə lazım olan yerə hərəkə etdirilir və uzaqdan idarə edilir. Bu sistemlər adətən soyuducu anbarlarda quraşdırılır. Belə anbarlarda içəri daxil olmada istənilən əməliyyat operatorlar vasitəsilə uzaqdan yerinə yetirilir. Adətən belə anbarların hündürlüyü 10 – 20 metr arasında dəyişir və içəridə məhsulları hündürlükdən asılı olmayaraq avtomatlaşdırılmış qurğular vasitəsilə uzaqdan idyerləşdirir, hərəkət etdirir, yerini dəyişir və s əməliyyatları həyata keçirirlər.

Bu tip müassir anbarlarlara malik firma və təşkilatlar anbar təsərrüfatının təşkilində çox böyük üstünlük əldə etmiş olurlar. Belə anbarlarda malların anbarlara qəbul edilməsi və məhsulların anbardan buraxılması FİFO (first-in, first-out) və LİFO (last-in, first-out) metodları vasitəsilə həyata keçirilir.

Ənənəvi anbar təsərrüfatının təşkili prosesi 20-ci əsrin son onilliyində dəqiq vaxtında logistik konsepsiyasının tədbiqinin tədrici inişafı ilə tənəzzül etdi. Dəqiq vaxtında konsepsiyasının tədbiqi məhsulları anbarlardan istifadə etmədən birbaşa olaraq tədarükatçılardan istehsalçılara hərəkətini mümkün etdi.

Azərbaycanda anbar təsərrüfatının təşkili təbii ki, anbarların göstərdiyi fəaliyyət sahəsindən asılı olaraq dəyişir. Son dövrlər anbar sahəsinin təşkili sahəsində dövlət tərəfindən bir sıra islahatlar keçirilmişdir. Bu islahatlardan bəziləri aşağıdakılar ilə bağlıdır:



  1. Gömrük anbarı elə qurulmalıdır ki, malların gömrük nəzarətindən kənar oraya daxil olması və oradan götürülməsi qeyri-mümkün olsun və anbarda saxlanılan malların mühafizəsi təmin edilsin.

  2. Anbarın ərazisi hasarla (çəpərlə) əhatə olunmalıdır. Binanın və yaxud hər hansı bir tikilinin bir hissəsi gömrük anbarı olduqda, anbara gələn yollar və yolqırağı boşaltma meydançaları gömrük nəzarəti altında olan mallara kənar şəxslərin toxunması üçün heç bir imkan yaratmamalıdır. Zəruri hallarda bilavasitə anbar ərazisi olan binada və yaxud tikilidə siqnalizasiya sisteminin qurulması da tələb edilə bilər

  3. gömrük orqanının gömrük anbarının, o cümlədən gömrük əməkdaşları üçün ayrılmış yerlərin qurulub təşkil edilməsinə olan tələbləri;

  4. anbarın iş rejimi;

  5. malların uçot formaları;

  6. gömrük anbarında saxlanılan mallar barədə verilən hesabatların forma və müddətləri;

  7. anbarın fəaliyyəti ilə bağlı digər şərtlər və tələblər.

Bu tip anbarların təşkili zamanı aşağıdakı tip əməliyyatlar yerinə yetirilir:

  1. Malların qruplara bölünərək yerləşdirilməsi;

  2. çeşidləmə;

  3. təmizləmə və malların mühafizəsinin təmin edilməsi üzrə tədbirlər;

  4. havasının dəyişdirilməsi;

  5. qurudulma (o cümlədən istilik axını yaradılmaqla);

  6. ən münasib saxlama temperaturu yaradılması (soyudulma, dondurulma, qızdırılma);

  7. tam komplektləşdirmə və işlək vəziyyətə gətirilmə ilə əlaqədar əməliyyatlar;

  8. qoruyucu qablaşdırmaya yerləşdirilməsi;

  9. qoruyucu sürtkü və konservantlar çəkilməsi;

  10. nömrələnmə, yükləmə;

  11. qablaşdırma;

  12. daşınmadan əvvəl korroziya əleyhinə örtüklə örtülməsi;

  13. göndərilmə üçün hazırlanma.

Gömrük anbarında yerləşdirilmiş mallar üzərində yuxarıda göstərilən əməliyyatlardan başqa əlavə olaraq aşağıdakı əməliyyatların aparılmasına icazə verilə bilər:

  1. malların nəzərdən keçirilməsi və ölçülməsi;

  2. mallardan prob və nümunələr götürülməsi;

  3. zədələrin düzəldilməsi.

Bazr iqtisadiyyatında fəaliiyət göstərən anbarlardan daha effektiv istifadə etmək üçün anbar təsərrüfatının təkminləşdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Gündən-günə ölkəmizdə də anbar xidmtətləri göstərən firma və şirkətlərdə anbar təsərüfatının və bilavasitə olaraq da anbarda göstərilən xidmətlərin kefiyyətinin artırılması istiqamətində böyük işlər görülür. Buna misal olaraq ölkəmizdə fəaliyyət göstərən Tac Trans şirkətinin son zamanlar anbar təsərrüfatının təkminləşdirilməsi sahəsində apardığı işləri misal göstərmək olar. Belə ki bu şirkət yük daşınması sahəsində xidmət göstərməsinə baxmayaraq yüklərin saxlanması üçün anbar xidmətləri təklif edir. Tac Trans şirkəti müştərilərin tələbindən asılı olaraq yükləri xüsusi quru və sitilik sistemi ilə təhciz olunmuş şəraitdə və xüsusi tempratur rejimi tələb edən yüklər üçün isə xüsusi anbarda saxlanma xidmətlərini təşkililində müştərilərə xidmət göstərir.

“Tac Trans” şirkətinin anbar sahəsi 900 m2 təşkil edir ki, buda böyük həcimli yüklərin saxlanmasına da şərait yaradır. “Tac Trans” şirkəti yükün operativ şəkildə anbara qəbul olunmasını, anbardan çıxarılmasını və müştəriyə təhvil verilməsinə tam zəmanət verir.

“Tac Trans” şirkəti anbar saxlaması üzrə aşağıdakı xidmətləri göstərir:


  • Yüklərin müvəqqəti və uzun müddət üçün anbarda saxlanması. Müştərilərin tələbindən asılı olaraq müxtəlif təyinatlı mallar istənilən müddət ərzində burada saxlanıla bilər.

  • Yükün həcmindən olmasından asılı olaraq anbarların tələb olunan növ və xidmət dərəcəsinə uyğun seçilməsi. Müxtəlif ərazilərdə çoxlu və müxtəlif təyinatlı anbarlara malik olan Tac trans şirkəti müştərilərin istənilən növdə olan məhsullarını lazımi keyfiyyətdə saxlanmasına zəmanət verir.

  • Yüklərin xüsusi tempratur şəraitində saxlanması. Müxtəlif soyuducu qurğuların köməkliyi ilə tempratur dərəcəsinin məhsulun saxlanması səviyyəsinə gətirilməsində çox yüksək keyfiyyət nümayiş etdirir.

  • Yükün 24 saat həfətnin 7 günü (24/7) qorunması.

Bunun əvəzində isə "Tac Trans"şirkətinin 2009-cu ildə yüksək keyfiyyətli xidmətə görə beynəlxalq "Excellence" mükafatına layiq görülmüşdür. Təbii ki, ölkmizdə belə bir firmanın fəaliyyət göstərməsi və uğurla fəaliyyət göstərməsi ölkədə anbar təsərrüfatının təkminləşdirilməsi istiqamətində atılmış böyük addımlardan biridir.

Ümumiyyətlə anbar təsərrüfatının təkminləşdirilməsi dedikdə anbarda yerinə yetirilən və ya göstərilən xidmətləri effektivliyinin yüksəldilməsi və həmçinin bu xidmətləri göstərmək üçün anabar təsərrüfatının təşkilində çəkilən xərclərin aşağı salınması nəzərdə tutulur. Fikrimcə anbar təsərrüfatının təkminləşdirilməsi anbarlarda yerinə yetirilən aşağıdakı xidmət növlərinin effektiv təşkili ilə birbaşa olaraq olaraq bağlıdır.



  • Anbar sahələrinin və idarə binalarının istehlakçılara müvəqqəti icarəyə verilməsi. Xüsusilə bu xidmət növünün inkişafı anbar təsərrüfatının inkişafı ilə sıx surətdə bağlıdır. Belə ki, Anbar təsərrüfatının inkişaf birinci növbədə anbar təsərrüfatını təşkil edən müəssisə və ya şəxslərin bu sahədə yerinə yetirdikləri fəaliyyətdən asılıdır. Məsələn: x adlı müəssisəni təsəvvür edək. Əgər x adlı müəssisənin müəyyən vaxt ərzində anbara ehtiyacı yoxsa, o öz anbarını başqa müəssisə və təşkilatlara verməklə həm müəyyən məbləğdə vəsait əld edir həm də ki, ölkə daxilində anbar təsərrüfatının mübadiləsi zəmnində baş verən münasibətlərin inkişafının təmin edir. Bu anbarları əldə edən müəssisə və təşkilatlar isə özlərin təlabatlarını daha səmərəli ödəmək üçün daha müassir anbar təsərrüfatı təşkil tməyə cəhd göstərir. Göründüyü kimi anbar sahələrinin və idarə binalarının istehlakçılara müvəqqəti icarəyə verilməsi son nəticədə ölkə daxilində anbar təsərrüfatının inkişafında böyük rol oynayır.

  • Anbarların müxtəlif müassir qurğularla və skaynerlərlə təmin edilməsi. Anbarlarda müassir qurğuların istifadə edilməsi anbar təsərrüfatının təkminləşdirilməsində ən əhəmiyyətli yerlərdən birini tutur. Anbarların müassir qurğularla və skaynerlərlə və müxtəlif yeni müassir avadanlıqlarla təmin edilməsi anbarlarda yerinə yetirilən proseslərin asanlaşdırılmasın və ən mühümü isə daha az xərclə anbar təsərrüfatının idarə edilməsinə gətirib çıxarır. Inkişaf etmiş ölkələrdə anbar təsərrüfatında yeni müassir qurğuların istifadəsi və anbar təsərüfatının komputerlərlə təşkili çox geniş yayılmışdır. Xarici ədəbiyyatlarda anbar təsərrüfatının yeni qurğularla və komputerlərlə təşkili, yəni anbar təsərrüfatının avtomatlaşdırılması Data Warehousing adlanır. Və bu kimi ölkələrdə logistikanın inkişafı daha doğrusu logistik anbarlaşdırmanın inkişafı data warehousinglə birbaşa olaraq bağlıdır.

  • Yüklərin müxtəlif nəqliyyat vasitələrinə yüklənməsi və boşaldılması. Anbar xərcləri içərisində ən mühüm yerlərdən birini də anbarlara gətirilən yüklərin boşaldılması və ya anbarlarda mövcud olan yüklərin nəqliyyat vasitələrinə yüklənməsi tutur. Kiçik həcmli yüklərin yüklənməsi və boşaldılması zamanı bu kimi xərclər ümumi xərclərlə müqayisədə nəzərə çarpan dərəcədə böyük olmur. Amma böyük həcmli yüklərin yüklənməsi və boşaldılması zamanı bu xərclər kifayət qədə böyük olur. Bu hal xüsusilə inkişaf etməkdə olan ölkələrdə , təbii ki, bizim ölkədə də belədir. Bunun iki səbəbi vardır:

  1. bizim anbarların müassir yük boşaldan, yük daşıyan və s avadanlıqlarla pis təmin olunması

  2. yüklərin nəqliyyat vasitələrinə yüklənməsi və boşaldılması zamanı daha çox canlı əmək qüvvəsindən istifadə edilməsi

Ölkəmizdə logistik anbarların müassir avadanlıqlarla zəif təmin olunması anbar təsərrüfatının inkişafının qarşısında duran ən mühüm problemlərdən biridir. Belə ki, sadə bir misala nəzər salsaq aydın görmək olar ki, yüklərin nəqliyyat vasitələrinə boşaldılması zamanı qədimi avadanlıqlardan və həmçinin canlı əmək qüvvəsindən istifadəsi zamanı yol verilən itkilərin miqdarı normadan qat-qat çoxdur. Halbuki ölkədəki anbarların müassir texnalogiyalarla təmin olunması həm bu itkilərin minimuma endirilməsinə , həm də yüklənmə və boşaltma əməliyyatlarına çəkilən xərclərin azaldılmasına gətirib çıxaracaq. Son nəticədə isə ölkədə mövcud olan anbarlar daha səmərəli surətdə təşkil olunacaqlar.

  • Müxtəlif infeksiyon xəstəliklərə qarşı tədbirlərin görülməsi. Bu xidmət növünün inkişaf etdirilməsi ölkəmizdə anbarlara qarşı olan etibarı çox mühüm dərəcədə artıracaqdır. Anbarlarda məhsulların müxtəlif xəstəliklər nəticəsində baş vermiş itki normasının azldılmasına nail olmaq əlbəttdə ki, ölkədə anbar təsərrüfatının inkişafını şərtləndirən digər bir amildir.

  • Məhsulların markalaşdırılması, yarlıqların yapışdırılması, ятраф мцщитин тясирляриндян вя дашынмалар заманы дяйян зийанлардан горумаг цчцн мцщафизяедиъи полиетиленлярля габлашдырылмасı, poçt xidmətinin təşkili, məhsulgöndərmələrin həyata keçirilməsi üçün anbarlarda avtomobil xidmətinin göstərilməsi və s xidmətlərin hamısının anbarlar tərəfindən göstərilməsi anbar təsərüfatının təkminləşdirilməsinin ən xırda görünüən amma ən mühüm hissələrindəndir. Bu xidmətlərin hamısının yüksək səviyyədə göstərilməsi isə bu sahədə işləyən mütəxəssislərin, işçilərin hazırlıq səviyyəsindən və bilavasitə olaraq isə dövlətin bu sahələrə qayğı göstərməsindən asılıdır.

Anbar təsərrüfatının təkminləşdirilməsinin istiqamətlərindən biri də xüsusi anbarların saaylarının artırılması və məhsulların xüsusi anbarlarda saxlanmasıdır. Belə ki, Məhsulların xüsusi anbarlarda saxlanması onların kəmiyyət və keyfiyyətcə saxlanması şəraitinə və şərtlərinə, məhsulların anbardan buraxılması qaydalarına, yanğından mühafizə tədbirlərinin vaxtı-vaxtında aparılması üzərində həyata keçirilən nəzarəin təşkilini asanlaşdırır. Digər tərəfdən xüsusilə də bizim ölkəmizdə ümumi istifadə olan anbarlarda yüksək xidmət göstərilməsinə nail olmaq olduqca çətindir. Anbar təsərrüfatının zəif inkişaf etdiyi bizim ölkəmizdə ümumi istifadə olan anbarlarda istehlakçılara xidmət göstərilməsi zamanı onların hər birinin tələblərini yaxşı səviyyədə ödəmək demək olar ki, mümkünsüzdür. Və belə olan hallarda isə həmin anbarlar özlərinin real və potensial müştərilərini itirmək təhlükəsi ilə qarşılaşır. Xüsusi anbarlara malik olan firma və şirkətlərin rəhbərləri isə həm məhsulların fiziki bölüşdürülməsi və satıç strategiyasında müvafiq dəyişiklikləri çox asan aparır, həm bazar konyukturasına əsaslı təsir göstərir, həm də istehlakçıların ayrı ayrı sifarişlərini daha dolğun pdəyirlər.

Az maliyyə imkanına və kiçik əmtəə dövriyyəsinə malik, habelə bazara yeni çıxan hər bir təsərrüfat subyekti üçün anbar təsərrüfatının təşkili zamanı xüsusi anbarlardan istifadə edilməsi daha sərfəlidir. Bu kimi müəssisə və təşkilatlar özlərinə lazım olan anbar tikililərini və qurğuları lizinq yolu ilə icarəyə götürə bilərlər. Belə olan halda bu müəssisə və təşkilatlar özlərinin maliyyə və ziyyətini yaxşılaşdırana qədər belə anbarlardan istifadə edə bilr və öz təlabatlarını ödəyə bilər, həmçinin müəyyən müddətdən sonra istifadə etdikləri anbarları öz şəxsi mülkiyyətlərinə çevirə bilərlər.

Nəticədə isə qeyd edim ki, yuxarıda qeyd etdiyim bütün fikirlərin səbəbi ondan ibarətdir ki, ölkəmizdə anbar təsərrüfatının təkminləşdirilməsi üçün mövcud olan istiqamətlərdən biri də ölkə ərazisində fəaliyyət göstərən firma və təşkilatların ümümi istifadədə olan anbarlardan istifadə yerinə xüsusi anbarlar yaradaraq onlardan istifadə etməklə daha mükəmməl anbar təsərrüfatı yarada bilərlər.

Anbar təsərrüfatının təkminləşdirilməsi istiqamatlərdən biri bu sahələrdə göstərilən xidmət növlərinin inkişaf etdirilməsi idisə , ikincisi isə bu sahələrdə göstərilən xidmət növləri üçün çəkilən xərclərin aşağı salınmasıdır. Bu xərclərin aşağı salınmasıyla anbar təsərüfatı ilə məşğul olan olan fiziki və hüquqi şəxslərin bu sahədən eldə etdikləri mənfəət də çox olacaq və təbii ki, bu sahədən götürülən qazancın çox olması bu sahədə rəqabət səviyyəsini artıracaqdır. Və Bir sahədəki rəqabət var, o sahənin inkişafı qaçılmazdır. Fikrimcə Anbar təsərrüfatının idarə edilməsi prosesində əsas 4 xərc növü vardır:



  1. Məhsulgöndərmələrlə əlaqədar xərclər. Bura məhsulların göndərilməsi və gətirilməsi və həmçinin məhsulların anbardaxili hərəkətinin təmin etmək üçün nəqliyyat vasitələrinə çəkilən xərclər daxildir.

  2. İстещлакчыların сифаришляринин йериня йетирилмясиля баьлы хяръляр. Бу нюв хяръляря анбар учот ямялиййатларынын апарылмасы, сифаришлярин гябулу вя онларын йериня - йетирилмяси иля мяшьул олан анбар ишчиляринин ямяк щаглары, габлашдырма вя анбар дахилиндя мящсулларын дашынмасына чякилян хяръляр аид едилир.

  3. Anbar sisteminin idarə edilməsi xərcləri. Bu xərclərə anbarda istifadə edilən müxtəlif növ avadanlıqlara, və bu avadanlıqların saxlanmasına çəkilən xərclər və anbar işçilərinə çəkilən xərclər daxildir.

  4. Mящсулларын ещтийат формасында сахланылмасына чякилян хяръляр. Бу хяръляря анбар биналарынын вя тикилиляринин амортизасийа айырмалары, сыьорта щаглары, верэи рцсумлары, анбар, бина вя тикилиляринин иъаря щаглары вя онларын ясаслы тямир хяръляри, щямчинин анбар, бина вя тикилилярин ишыглан­дырылмасына, су тяъщизатына, тямизлянмясиня, сигнал системинин гурашдырылмасына, тямириня вя истисмар едилмясиня, йаньындан мцщафизя тядбирляринин щяйата кечирилмясиня вя башга бу кими тядбирляря чякилян хяръляр дахилдир.

Yuxarıda qeyd etdiyim kimi anbar təsərrüfatının yaradılmasına və idarə edilməsinə çəkilən xərclərin aşağı salınması bu sahəyə olan marağı artıracaq və ölkə ərazisində anbar təsərrüfatının təkminləşdirilməsinə gətirib çıxaracaq.

Nəticə və təkiliflər:



Göründüyü kimi anbar təsərrüfatı bir infrastruktur element kimi firma və təşkilatların fəaliyyət prosesində mühüm rol oynayır. Anbar təsərrüfatına ehtiyac olan firma və müəssələrdə anbar təsərrüfatının optimal təşkili aparılması ilə adan bu firma v müəssələrin bazardakı fəaliyyəti göstərməsi bir çox problemlərin meydana çıxması ilə müşayiət olunur. Firma və təşkilatlarda anba təsərrüfatının yradılmması, təşkili, optimal idarə edilməsi və təkminləşdirilməsi məsələləri çox çətin prosesdir. Amma bu çətinliklərə baxmayaraq yuxarıdakı səhifələrdə anbarların frima və təşkilatların fəaliyyəti prosesində yerinə yetirdiyi funksiyalardan həmçinin burada göstərilən xidmətlərin mühümlüyündən göründüyü kimi anbar təsərrüfatının yaradılması və təkminləşdirilməsi çox mühüm və çətin bir prosedurdur. Müəssisələrdə və ya firmalarda anbar təsərrüfatının mövcud olması müəssisələrdə müxtəlif təyinatlı xidmətlərin göstərilməsini mümkün edir. Qısaca qeyd etsəm anbar təsərrüfatının təşkili prosesi üç əsas və sadə mərhələdənə a) planlaşdırma b) yerinə yetirmə və c) qiymətləndirmə ibarətdir. Fikrimcə anbar təsərrüfatının təşkili zamanı bu üç məsələyə fikir verilməsi çox mühüm əhəmiyyət daşıyır. Anbar təsərrüfatının planlaşdırılması, anbar təsərrüfatının təşkili zamanı müxtəlif əməliyyatların yerinə yetirilməsi və firma və təşkilatların anbar təsərrüfatı prosesində yerinə yetirdiyi fəliyyətin qiymətləndirilməsi isə bir çox amillərdən asılıdır. İlk növbədə anbar təsərrüfatının planlaşdırılması üçün bu sahəni dərindən bilən və bu sahənin təşkili üzrə təcrübəsi olan şəxslərin mövcudluğu, anbar təsərrüfatının təşkili zamanı müxtəlif əməliyyatların yerinə yetirilməsi üçün müvafiq miqdarda vəsaitin mövcud olması, anbar təsrrüfatının müassir avadanlıqlarla təhciz olunması , bu avadanlıqlarla işləyə bilən işçi kütləsinin ölkə iqtisadiyyatında yetişdirilməsi, yerinə yetirilən fəaliyyətin qiymətləndirilməsi üçün isə bu sahəyə uyğun olaraq təhsil almış, savadlı və təcrübəli mütəxəssislərin olması bir çox amillərdən asılıdır. Ilk növbədə dövlətinin sərəncamında olan bütün anbarların özəlləşdirilməsi, anbar təsərrüfatınan təşkili üçün müxtəlif vergi və avadanlıqlarla təhciz olunma sahəsində güzəştlərin edilməsi, anbar təsərrüfatının inkişafı üçün müəyyən miqdarda dövlət vəsaitinin ayrılması, bu sahədə yerinə yetirilən fəaliyyətin təşkilinin beynəlxalq standartlara cavab verməsinin yoxlanılması, anbar təsərrüfatı çərçivəsində nəzarət prosesinin aparılması, bu sahəyə uyğun kadrların yetişdirilməsi çoz mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə bu sahənin inkişafı üçün müəyyən tədbirlərin məsələn: müxtəlif ərazilərdə anbarların daha doğrusu soyuducu anbarların tikilməsi və ya bu anbarların tikilməsi üçün müəyyən köməklilərin göstərilmhəsinəsi və müassir avadanlıqlarla təhci etmə mövcud olsa da bu sahədə müvafiq kadrların qıtlığı və məsuliyyətsizlik səviyyəsinin yüksək olması ölkə iqtisadiyyatında anabr təsərrüfatı sahəsində inkişafın qarşısını alan ən başlıca amillərdəndir. Fikrimcə bu sahənin inkişafı isə birbaşa olaraq bu problemlərin aradan qaldırılmasından asılıdır. Yəni ölkə təhsil sistemində bu sahə üzrə təhsil almaq hüququnun əldən alınması yox, bu sahədə təhsil almaq imkanının bir çox yerlərdə yaradılmasıdır.

Ədəbiyyat siyahısı:



  • Logistikanın Əsasları, Müəllif: T.İ. İmanov

  • Warehouse Management. Müəllif: James A. Tompkins,Jerry D. Smith

  • Integral Warehouse Management: The Next Generation in Transparency ... müəllif: Jeroen P. Van Den Berg

  • http://www.customs.gov.az

  • http://en.wikipedia.org/wiki/Warehousing

  • http://tsl.az/?src=service&tab=6&lan=2

  • http://tactrans.az/index.php?option=com_content&view=category&layout=blog&id=67&Itemid=220

Yüklə 352 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin