İxtisas: Məktəbəqədər təlim və tərbiyə Qrup: 505 Kurs: lll Tələbənin adı: Hüseynova Rəqsanə



Yüklə 34,14 Kb.
səhifə1/5
tarix29.12.2021
ölçüsü34,14 Kb.
#48327
  1   2   3   4   5
Tibbi Biliklərin Əsasları


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kolleci

İxtisas: Məktəbəqədər təlim və tərbiyə

Qrup: 505

Kurs: lll

Tələbənin adı: Hüseynova Rəqsanə

Fənn adı: Tibbi Biliklərin Əsasları

Fənn müəllimi: Məhərrəmova Leyla

BAKI 2021

Sərbəst iş № 1. Uşaq yaşlarında infeksion və yoluxucu xəstəliklər. Onların profilaktikası

PLAN

  1. Yoluxucu xəstəliklər haqqında

  2. Uşaqların infeksion və yoluxucu xəstəliklərə yoluxması

  3. Yoluxu xəstəliklərin profilaktikası

Kəskin infeksion xəstəlik olub, hava-damcı yolu ilə keçir, infeksiya qapılarında-əsnəkdə, burunda, udlaqda, traxeyada, az hallarda isə başqa orqanlarda selikli qişaların krupoz və ya difterik iltihabi ilə xarakterizə olunur.

Etiologiya; törədicisi toksiki difteriya çöpüdür. Patogen təsiri ekzotoksini ilə əlaqədardır. O qana sorulur, ümumi intoksikasion həmçinin miokardın, periferik və vegetativ sinir sisteminin, böyrəklərin, böyrəküstü vəzlərin zədələnməsinə səbəb olur. Simptomları, gedişi; gizli dövr 2-10 gündür.

Əsnəyin difteriyası; yerli, yayılmış və toksiki formaları ayırd olunur. Yerli formada damaq badamcıqlarında fibrinoz ərp əmələ gəlir. Əsnək hiperemiləşir, udqunma zamanı ağrı olur, regionar l/d az böyümüşdür. Ümumi intoksikasiya zəifdir, t-ra reaksiyası zəifdir. Yayılmış formada fibrinoz ərp damaq qövslərinə və dilçəyə yayılır, ümumi intoksikasiya və t-ra reaksiyası güclü olur. Toksiki formada badamcıqlar kəskin böyüyür, qalın çirkli ağ ərplə örtülür, boynun dərialtı toxuması ödemləşir. İntoksikasiyanın 1 dərəcəsində ödem boynun ortasına, 2 dərəcədə körpücükaltı nahiyəyə, 3 dərəcəsində ondan aşağı yayılır. Ümumi vəziyyəti xeyli ağır olur, t-39-40 dərəcə olur. Ürək qan-damar sisteminin işi pozulur.

Udlağın difteriyası; son zamanlar az-az rast gəlir, udlaq və traxeyanın selikli qişasının iltihabı ilə xarakterizə olunur. Gedişi proqressivdir. 1-ci stadiyasında (1-2 gün) t artır, səs xırıltılı olur, öskürək it hürməsinə oxşayır, sonra itir. 2-ci stadiyada yuxarı tənəffüs yollarında stenoz simptomları artır, küylü tənəffüs olur. 3-cü stadiyasında qazlar mübadiləsi pozulur, sianoz, tərləmə, narahatlıq, asfiksiya baş verir.

Kəskin infeksion xəstəlik olub, antroponozdur, spazmatik öskürək tutmaları ilə xarakterizə olunur, hava- damcı yolu ilə keçir. Erkən uşaq və məktəbəqədər yaşlı uşaqlarda rast gəlir.
Etiologiya; törədicisi qram mənfi çöpdür. Giriş qapısı yuxarı tənəffüs yollarıdır. Əmələ gətirdiyi toksin tənəffüs yollarının selikli qişasını qıcıqlandırır, sinir sisteminə təsir göstərir və spastik komponent inkişaf edir, kiçik uşaqlarda isə skelet əzələlərində klonik – tonik qıcolmalar törədir. Ağır hallarda hipoksiya əmələ gəlir. Patogenezində allergik mexanizm böyük rol oynayır.
Simptomları, gedişi; gizli dövr 3-15 (5-7) gündür. Kataral dövrdə t-ra az qalxır, öskürək get-gedə artır. Bu dövr bir neçə gündən 2 həftəyə qədər davam edir. Spastik dövr tədricən inkişaf edir. Spastik öskürək təkanları ardınca səsli nəfəs alma olur. Sonra yenidən öskürək seriyaları başlayır, bu hal bir neçə dəfə təkrar olunur. Tutmanın axırında qusma olur. Gün ərzində belə tutmalar 20-30 dəfə ola bilər. Sifət şişkinləşir, dəridə və gözün konyuktivasında qansızmalar əmələ gəlir. Öskürək tutmasının zirvəsində klonik – tonik qıcolmalar, bir yaşına qədər uşaqlarda isə nəfəs dayanması baş verə bilər. Belə dövr 1-5 həftə davam edir, sonra öskürək öz xarakterini itirir, tədricən simptomlar azalır, bu dövr 1-3 həftə davam edir.

Hava-damcı yolu ilə keçən kəskin virus xəstəliyidir, qızdırma, intoksikasiya, yuxarı tənəffüs yollarının katarı və papulyoz səpgi ila gedişi xarakterikdir.

Etiologiya, patogenez; paramiksovirus ailəsindən olub, xarici mühitdə tezliklə aktivliyini itirir. Gizli dövrün və səpgilərin 3 – cü gününə qədər virus qanda olur. Limfa və retikulo endotelial sistemin zədələnməsi, tənəffüs yollarının selikli qişalarının zədələnməsi baş verir, bu da səpgi ilə özünü göstərir. Allergik mexanizm də rol oynayır.

Simptomları, gedişi; gizli dövr 9-10 gündür. Kataral dördə t-ra artır, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı baş verir (zökəm, öskürək). Patoqnomik ələməti səpgidən 1-2 gün əvvəl yanaqların az hallarda isə dodaqlarda ağ ləkələrin (Filatov – Koplik) əmələ gəlməsidir. Bu ləkələr bir-biri ilə birləşmir, 2-3 günə qədər qalır. Xəstəliyin 3-5 günündə t-ra bir də qalxdıqda səpgi əmələ gəlir, bu dövr 3 gün davam edir. Sərgilər etaplarla əmələ gəlir; əvvəlcə üzdə, boyunda, sonra sinənin yuxarı hissəsində, daha sonra bədəndə və 3-cü gün ayaqlarda əmələ gəlir. Səpgi elementləri makulo papulalar bir-biri ilə birləşir, söndükdə yerində piqmentli ləkələr qalır, bu da qabıq verir. Səpmə dövründə kataral əlamətlər və intoksikasiya artır. Xəstəliyin gedişi 7-9 gündür. Öz gedişinə görə yüngül, orta ağır və ağır formalarda keçir.

Kəskin virus xəstəliyi olub hava – damcı yolu ilə keçir, əsasən uşaq yaşlarında baş verir, qızdırmalı vəziyyət, papulo-vezikulyoz səpgi və xoş xassəli gedişlə xarakterizə olunur.

Etiologiya; törədicisi herpes qrupu viruslarına aiddir, xarici mühitdə davamlıdır. Yuxarı tənəffüs yollarının selikli qişası ilə yoluxur. Gizli dövrdən onra virusemiya olur, virus dərinin epitel hüjeyrələrində çökür, xarakter səpgini əmələ gətirir. Bədəndə persist halında qala bilər və şərait yarandıqda aktivləşərək dəridə səpgilər əmələ gətirir – kəmərləyici dəmrov xəstəliyini.

Simptomları, gedişi; gizli dövr 14 gün (11- 21). Xəstəlik kəskin başlayır – t-ra artır, eyni zamanda dəridə səpgilər əmələ gəlir; səpgilir əvvəlcə papula olur, tez bir zamanda vezikulaya çevrilir; 1-3 gundən sonra quruyur, qabıqlanır, yeni səpgilər əmələ gəlir. Zəif uşaqlarda çox az rast gələn forma – visseral orqanlarda da generalizə olunmuş su çiçəyi səpgisi əmələ gəlir, bu da ölümlə nəticələnir.
Ağırlaşmaları; absess, fleqmona, pnevmoniya, ensefalit.

Diaqnozu; çətin deyil, əsasən təbii çiçəklə differensasiya aparılır. Aşağıdakılara diqqət yetirilir; təbiidə yüksək t-ra olur, büzdümdə güclü alrılıa olur, 4-cü gündən səpgilər əmələ gəlir, bu zaman t-ra düşür, səpgilər eyni inkişaf da olur, dərinin qalınlığında olur, çoxkameralı olur; bundan başqa, epidemioloji anamnez, labarator müayinə əsas rol oynayır.

Müalicə; Xəstələr gigiyenik saxlanır, 2-cili infeksiyaların qarşısı alınır. Səpgilər kalium – permanqanas məhlulu və brilliant yaşılı ilə sürtülür, indiferent məlhəmlər sürtülür.
Proqnoz xoşdur.

Profilaktika; Axırıncı səpgi elementi əmələ gələndən sonra 5 gün keçənə qədər izolyasiya olunur. Dezinfeksiya aparılmır. 3 yaşa qədər uşaqlar xəstə ilə kontakda olduqda, 11gündən 21 günə qədər izolyasiya olunur.

İnfeksion virus mənşəli xəstəlikdir (qulaq dibi , donuz) xəstəliyidə deyilir.
Xəstəliyin törədicisi viruslardır. Xəstəlik ümumi intoksikasiya, ağız suyu vəzilərinin şişməsi. Sinir sistemin zədələnməsi ilə xarakterizə olunur.

Xəstəlik mənbəyi parotitli xəstələr hesab olunur hansı ki gizli dövrün sonundan kliniki əlamətləırin yarandığı ilk 1-2 gün ərzində yoluxucu hesab edilirlər. Yoluxma xəstəliyin 9-cu günündən sonra olmur.

Xəstəliyin yayılma yolu hava-damcı yolu ilədir. Xəstələrdə vurus ağız suyunda olur və damcılarla havaya yayılır. Parotitə yoluxma qızılca və su çiçəyinə görə nisbətən aşağıdır. Yoluxma indeksi 30-50% -dir. 1 yaşa qədər uşaqlarda nadir təsadüf edilir. Əsasən 5-15 yaş arasında yoluxma cox olur. Xəstəliyə bütün dünyada rast gəlinir. Xüsusən iri şəhərlərdə geniş yayılır. Xəstələnmə uşaq müəssələrində daha yüksək olur.

Bu xəstəlikdən sonra immunitet yaranır. Təkrar xəstələnmə cox nadir təsadüf olunur. Ölüm faizi cox aşağıdır. 1-1,5% t.e.

Xəstəliyin klinikası- müxtəlifdir. Əsasən aşağıdakı əlamətlərlə meydana çıxır, ağız suyu və qulaqdibi vəzilər şişir. Sonra mədəaltı vəz, qalxanabənzər vəzilər zədələnir. Ən çox sinir sistemi zədələnmiş olur. Xəstəliyin gizli dövrü 11-23 gün (18-20) davam edir. Bu dövrdə ümumi halsızlıq, baş ağrısı, əzginlik, yuxu pozğunluğu, qızdırma, vəzilərin şişməsi müşaidə olunur. Uşaqların sifəti şişir. Bu xəstəlik üçün xarakter görünüş- yəni donuza bənzər sifət olur. Xəstələrə ona görə də svinka- donuz xəstəliyi deyilir. Qulaq dibi vəzilərin şişməsi kənardan hiss olunur. Vəzlər qulaqdibindən alt çənəyə qədər böyüyür. Sifət dəri dartıldığına görə parıltılı olur. Parotit zamanı çox vaxt çinsiyyət vəziləridə zədələnir.


Yüklə 34,14 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin