Jurnalistin peşə etikasına dair düşüncələr Akif ƏLİ ——— İnsan və Mədəniyyət



Yüklə 82 Kb.
tarix04.01.2017
ölçüsü82 Kb.
#4496
Jurnalistin peşə etikasına dair düşüncələr
Akif ƏLİ
———-

İnsan və Mədəniyyət
İnsanın mədəni səviyyəsi – onun əqidəsinin, biliklərinin, duyğularının, adət, vərdiş və davranışlarının ümumi vəhdətindən ibarətdir. Mədəni inkişaf insnın bütün həyatı boyu davam edir və etik-əxlaqi, estetik normaları mənimsəməklə yüksəlir. Təbiət və cəmiyyət hadisələrinin düşgün qiymətləndirilməsində mənəvi mədəniyyət böyük rol oynayır.
XXI əsrin adamı gündəlik qayğıları ilə yanaşı, həm də mədəni sərvətlərə, ədəbi-bədii dəyərləri mənimsəməklə daim dünyagörüşünü artırır, zövqünü cilalayır. Müasir dövrdə səviyyəli oxucunun, dinləyicinin və tamaşaçının mədəni dəyərlərlə zəngin ədəbi-bədii əsərlərə, elmi-publisistik yazılara tələbatı da böyükdür.

KİV və Aşkarlıq”  
Bu gün kin-də tam “aşkarlıq” işığında yazılmış kəskin məqalələr, tənqidi materiallar daha on-on beş il əvvəl olduğu kimi oxucuları, dinləyiciləri və tamaşaçıları heyrətləndirmir. Bu gün xeyli inkişaf etmiş auditoriyanı təəccübləndirmək və cəlb etmək üçün mətbuat daim yeni-yeni “şok-açıqlamalar” axtarışındadır…
Ancaq xatırlayaq ki, həmin on-on beş il əvvəlki sərt məqalələrdə kəskinliklə yanaşı həqiqət payına da şübhə yox idi. Mətbuat ictimai şüurda inanılmış etibarlı mənbə sayılırdı. Bugünkü tənqidi materiallara qarşı isə oxucularda daha tez-tez şübhələr yaranır. Belə inamsızlığı yaradanlar, əslində, uzun illər boyu öz oxucusunun inamından sui-istifadə edərək ona külli miqdarda yanlış, faktsız, qeyri-dəqiq yazılar təqdim etmiş hörmətli jurnalistlərin özləri olub. Mətbuata qarşı etibarsızlığı – peşə etikasına etina etməyən mətbuat işçiləri doğurublar.
O zamanlar təfəkkürlərdə “yenidənqurma işi” aparan mətbuat ilk öncə stereotipləri dağıtmağa çalışırdı. İndi isə əksinə, yeni stereotiplər yaradılmaqdadır. Xüsusən qəzəbli müxaliflər əsil bolşeviksayağı təfəkkürlə, şablon qəliblərlə, hazır trafaretlərlə işləyirlər: “yaxşı məmurdursa – demək pis adamdır”, “dövlətə qulluq edirsə – demək xalqdan uzaqdır”, “iqtidarın nümayəndəsidirsə – demək bizdən deyil, onlardandır”, “hökumətdə işləyirsə – demək öz cibinə işləyir” və s. və i.
Ancaq bütün bunlar nə qədər səthi və yanlış təsəvvürlərdir!
Dövlət məmuruna həqarət gənc müstəqil dövlətimiz üçün də, müstəqil mətbuatımız üçün də nə qədər təhlükəli yoldur!
Və belə yolun sonucu inkişafı tormozlayan qarşıdurmadan başqa bir yana çıxartmaz!

Paradoks onda yaranıb ki, Aşkarlıq, Plüralizm, Demokratizm, Hüquqi dövlət və s. bu kimi yeni anlayışlara reallıq görüntüsü vermək şövqü ilə bir zamanlar cəmiyyət kiv-dən “daha çox” aşkarlıq, “daha çox” demokratiya tələb edirdi… Amma nəzərə alınmırdı ki, totalitarizm şinelindən çıxmış kütləvi şüurda, hətta bəzi “ziyalı” təbəqələrində, o cümlədən, “aşkarlığı yayan” jurnalistlərin özlərinin arasında mətbuat azadlığını obyektiv prinsipiallıqla uzlaşdırmağı bacarmayan və buna hazır olmayan subyektlər var.


Siyasət kadrlardan başlasa da, o zamanlar kadr siyasətinə ciddi fikir verilmədi.
Lakin indi mətbuatda situasiya tamam başqa xarakter alıb: yazanlarla oxuyanlar arasında ünsiyyət problemi var…

Tarixə ekskurs
Tarixə qısa ekskurs etsək görərik ki, ünsiyyət problemi bütün dövrlərdə yaşanmışdır və cəmiyyətin qabaqcıl adamlarını düşündürmüşdür. Nəticədə davranış qaydaları və etiket normaları insanlararası münasibətlərdə zəriuri amil kimi meydana çıxmışdır.
Bu günkü ünsiyyət mədəniyyəti, etiket qaydaları bəşəriyyərtin min illər boyu yaratdığı stabil prinsiplərə əsaslanır.
Etiket – ünsiyyətin daha çox zahiri formalarını, texniki cəhətlərini, davranış mexanizmini müəyyənləşdirir: məsələn, müsahibin heysiyyatına toxunmadan necə mübahisə etmək; ixctimaiyyət arasında, rəsmi qəbullatrda özünü necə aparmaq və s.
Qərbdə ilk belə davranış traktatını 1204-cü ildə İspan keşişi Pedro Alfonso hazırlamışıdr.
Lakin biz hələ büş min il (eramızdan isə 3 min il) əvvəl yaqşamış qədim şumerlərə məxsus gil lövhələr üzərində “əxlaq idealları” barədə yazılar olduğunu bilirik. Şumerlərə görə yüksək əxlaqi keyfiyyətlər insana göylər (Tanrı) tərəfindən verilir və insan bu tale, alın yazısına dəqiq riayət etməyə borcludur… Böyük Azərbaycan alimi Nəsirəddin Tusinin də çox dəyərli “Əxlaqi-Nasiri” adlı traktatı yada düşür. Alim əxlaq və etika qaydalarından ətraflı bəhs edir (məclisdə özünü necə aparmaq, şərab içmək qaydaları, şəxsi gigiyena, ev, ailə, uşaq tərbiyəsi və s.).
…İspan keşişi Pedro Alfonsonun traktatından sonra Avropada etiket qaydaları sürətlə inçkişaf etməyə başladı və bu sahə çox populyar olaraq geniş yayıldı, inişaf etdi, öyrənilsi. İngilislər heç vaxt qəsdən pis bir iş görməyən adamı centlmen adlandırırlar. Conatad Svift yazır: “O şəxs ədəbli sayılır ki, mümkün qəfər az adamı pərt etsin.”
ABŞ prezidenti Corc Vaşinqton ətrafındakı “yeni dünya” nümayəndələrinin istifadəsi üçün “110 ədəbli davranış qatdası” adlı təlimat yazmışdı.
XVIII əsrdə Rus çarı I Pyotr da Avropadan qayıtdıqdan sonra öz dvoryanları üçün əxlaq məktəbi təşkil edib, kitab buraxdırıb (orada kübar davranış, danışıq, stol arxasında necə əyləşmək, çəngəl-bıçağı necə tutmaq, necə təzim etmək, geyinmək, yuyunmaq, yenək-içmək qaydaları və s. öyrədilirdi).
Ümumiyyətlə, etiket qaydaları, davranış normaları əxlaq prinsiplərindən kənarda deyil. Adamların özünü necə aparmasına baxıb onun ölkəsi, xalqı haqqında mülahizə yürüdülürsə, demək, hər kəsin etiket qaydalarına ciddi əməl etməsi vacibdir.

Etiket qaydaları
Müxtəlif dairələrə məxsus etiket qaydaları mövcuddur: məsələn, saray etiketi, diplomatik etiket, sənətçilər, alimlər, pedaqoqlar, həkimlər arasında etiket və təbii ki, həm də jurnalistlər arasında etiket…
Etiket anlayışı müxtəlif təəbəqələrin nümayəndələri ilə, səlahiyyətli adamlarla münasibət qurmaq üçün ciddi şəkildə işlənib hazırlanmış, cilalanmış nəzakət qaydalarının mürəkkəb sistemində özünü tapır (kimə necə müraciət etmək olar, kimi necə çağırmaq olar, kimi hara layiq bilmək olar və s.).
Böyüklərə hörmət, müraciət və salamlaşma formaları, danışıq aparmaq, yarışma qaydaları, süfrə arxasında davranış, qadına həssas münasibət, geyim, makiyaj, mimika və s. – bütün b u zahiri əlamətlər hər bir insanın daxili mədəniyyətindən xəbər verir, onun haqqında ərtrafdakılarda ümumi təsəvvür yaradır. Eyni zamanda kifayər qədər nəzakətli olmaq – insanlar arasında ünsiyyət zamanı rahat və uyğun şəraitə səbəb olur. Əxlaqlı, etikalı, tərbiyəli adam cəmiyyətə daha tez uyğunlaşa bilir, uğur əldə edir, inkişaf pillələri ilə irəliləyir. Kobud adamlar isə daim problemlərlə üzləşir.

Peşə etikası
Peşə fəaliyyətinin həyata keçirilməsi baxımından da müəyyən qrup insanlar arasında mənəvi münasibətləri tənzim edən xüsusi davranış kodeksi – peşə etikası mövcuddur. Yəni hamı üçün ümumi əxlaqi tələblərdən başqa peşə fəaliyyətinin icrası zamanı insanların davranışını tənzimləyən xüsusi normalar da var.
Peşə etikası – cəmiyyətin mənəvi-mədəni inkişaf ənənələrini qoruyub saxlamaq, davam etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, dövran və mühit dəyişəndə, ictimai proseslər yeniləşəndə peşə etikası insanların həyatını stabil, dayanıqlı və sınanılmış qaydalarla təmin edir, xaosun qarşısı alınır.
Bu və ya digər peşə nümayəndəsinin şərəf, ləyaqət, maraq ölçüləri həm də o adamın hamılıqla qəbul olunmuş prinsip və normalara nə dərəcədə riayət etməsi ilə müəyyənləşir. Peşə etikasının aşağı səviyyədə olması – hətta dağıdıcı proseslərə də təkan verə bilər. Xüsusən hərbidə, polis sistemində, inzibati struktyrlarda bu, daha təhlükəlidir.
Həkimlər arasında peşə etikası – neçə əsrlərdir stabil olaraq çox etibarlı Hippokrat andı ilə tənzimlənir. Hüquqşünaslarda – qanunçuluğa riayət etmək, prinsipiallıq göstərmək, hüquqi dövlətin əsaslarını qorumaq və s. peşə etikasına dəlalət edir. İdarəçilik və inzibatçılıq peşəsində əsas şərt – hər bir vətəndaşın hüququna, şəxsiyyətinə hörmətlə yanaşmaqdan ibarətdir. Xidmət sahələrində işləyənlər üçün peşə etikası – dəqiq, nəzakətli, gülərüz, təmizkar olmaqdır. Siyasətçilər arasında – rəqibin fikirlərinə qarşı dözümlü olmaq, emosiyalara uymamaq, fikir və rəy plüralizminə hörmət etmək, nitqində korrektli olmaq və sairdir. Yazıçı, jurnalist, alim üçün – peşə etikası həqiqəti doğru-düzgün və obyektiv yazmaqdan, cəmiyyətin mədəni tərəqqisinə və maariflənməsinə xidmət etməkdən ibarətdir.

Jurnalistin peşə etikası
Jurnalistika prinsip etibarilə şərəfli və müqəddəs peşədir. Çünki jurnalistlər bilavasitə xalqın haqq sözünü çatdıran, ictimai rəyə və şüurlara təsir imkanları olan adamlardır. Jurnalistin peşə vəzifəsinə həm də cəmiyyəti lazımi informasiya ilə təmin etmək, əhali arasında maarifçilik işi aparmaq, mədəni dəyərləri daha geniş yaymaq kimi prestijli funksiyalar daxildir.
Demokratik cəmiyyət düzənində mətbuat və söz azadlığı kiv nümayəndələrinə əlavə hüquq və səlahiyyətlər verdiyi kimi, onun üzərinə həm də lavə məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edən jurnalist həm peşə etikasına riayət etmiş olacaq, həm də peşə ləyaqətini yüksək tutmuş olacaqdır.
Jurnalistika üçün ümumi olan elementar prinsiplərə riayət etmək hər bir mətbuat işçisinin sadəcə peşə borcudur.

Məsələn:


- Obyektivlik – jurnalistikanın əsas baza prinsiplərindən biridir.
- Mətbuatda peşə əxlaqına zidd materiallarla çıxış etmək jurnalisti hörmətdən salır. Jurnalist başqasının şəxsiyyətini alçaldan, təhqir edən yazı yazmamalı, insanları siyasi görüşlərinə, dininə, irqinə, cinsinə görə ayırmamalıdır. Jurnalistin heç kimin şərəf və ləyaqətini təhqir etməyə, həqarət göstərməyə, şəxsi həyatına müdaxiləyə ixtiyarı yoxdur.
- Plüralizmə əməl edərək hər iki tərəfin fikrini öyrənməklə məqalə hazırlamaq etik baxımdan zəruridir. Müxtəlif baxışları dəqiq və qərəzsiz şəkildə işıqlandırmaq jurnalistin peşə borcudurş.
- KİV tənqid olunan tərəfə cavab hüququ verməlidir. Bu onun obyektivliyini, qərəzli olmadığını göstərər.
- KİV-in səhvi ucbatından qeyri-dəqiq məlumat yayılarsa, peşə etikası onun dərhal təkzib olunmasını, üzr istənilməsini tələb edir (Bu, mərbu orqana əskiklik yox, əksinə, baş ucalığı gətirər, ona inam yaradar).
- Təqsirsizlik prezumpsiyasına əməl olunmalıdır.
- Xəbəri yayarkən ona öz şəxsi prizmasından şərh vermək jurnalistin funksiyasına daxil deyildir. Şərhçi və müxbir missiyaları ayrı-ayrı anlayışlardır.
- Məqalənin başlığı onun məzmununa uyğunj seçilməlidir (məs., əyalətdə baş verən hər hansı kriminal hadisə barəsində məlumat yazıb münaqişə iştirakçılarının ad-famillərini təsadüfən hansısa dövlət məmurunun ad-famili ilə uyğun gəldiyinə görə – “Filankəsi cəzalandırdılar”, “Filankəsi vurdular” və s. bu tipli “sensasion” başlıqlar qoymaq peşə etikasına uyğun gəlməyən haldır).
- Redaktə zamanı mənanın qorunması, ideya təhrifinə yol verilməməsi labüddür.
- Əgər mənbə adının gizlin saxlanmasını xüsusi tələb etməyibsə, o zaman informasiyanını alındığı mənbə mütləq göstərilməlidir. Anonim, qeyri-real mənbələrə istinadən (“mötəbər mənbə”, “məlumatlı mənbə”, “bir dövlət yetkilisi”, “bizə çatan xəbərlərə görə”, “deyilənə görə” və s.) konkret şəxs və ya proses haqqında dezinformasiya yaymaq jurnalistin peşə etikası ilə bir araya sığmır. Beynəlxlaq təcrübədə informasiya ən azı iki-üç mənbədən dəqiqləşdirilməsə mətbuata çıxarılmaz.
- Təmənna ilə, maddi maraq xatirinə haqsız tənqid yazmaq, xüsusən adama şər, böhtan atmaq, təhqir etmək yolverilməzdir.
- Jurnalist kiv-də və hər hansı siyasi qurumda parallel fəaliyytə göstərməməlidir. Jurnalistin siyasi vəzifə daşıması ən azı onun obyektivliyinə inamsızlıq yaradacaq, tərfkeşlik etməyəcəyinə, qərəzli olmayacağına təminat verməyəcəkdir.
- Ədəbi oğurliuq (plagiat) nəinki jurnalistə və onun təmsil etdiyi mətbu orqana, ümumən qələm adamına, ziyalı şəxsə hörmətsizlik gətirən əməldir.
- Jurnalistin özünə əlahiddə imtiyazlar tələb etməsi digər peşə adamlarına qarşı sayğısızlıqdır və onları aşağılamaqdır (Tez-tez mətbuatda “jurnalisti vurmaq, döymək olmaz!” – yazanların məntiqi təəccüblüdür; guya digər peşə adamlarını – müəllimi, həkimi, polisi və b. vurmaq, döymək olar?! Söhbət ya ümumiyyətlə, insan hüquqlarının qorunmasından getməlidir, ya da hər bir konkret situasiyada jurnalistin “döyülmə, vurulma” səbəbləri araşdırılmalıdır).

Bütün bu normalara, etik prinsiplərə riayət edən, dəqiq, qərəzsiz, obyektiv, mədəni və əxlaqlı jurnalist, eləcə də mətbu orqan tamaşaçı, dinləyici, oxucu auditoriyasında nüfuz qazana bilər, hörməti saxlanar, inanılar, sevilər…


Təəssüf ki, bu gün mətbuatda yaranmış müəyyən xaotik təzahürlər məhz peşə etikası normalarına biganəlikdən irəli gəlir.

Təzad
Mətbuatı, jurnalistika elmini yüksək qiymətləndirən möhtərəm Prezident Heydər Əliyev həmişə KİV-ləri müdafiə edib, mətbuatın inkişafına hər şəraiti yaradıb, onları məhkəmə çəkişmələrindən, böyük borclardan qurtarıb. Və bu gün 600-dən çox qəzet, jurnal, agentlik, teleradio məhz dövlət başçısının böyük qayğısı nəticəsində sərbəst fəaliyyət göstərə bilir. Ancaq indi dövlətin yaratdığı möhkəm təməl üzərində inkişaf edən milli mətbuatımızda tamam başqa xarakterli problemlər yaşanmaqdadır: KİV-də məhz peşə etikası normalarına biganəlikdən doğan xaotik təzahürlər müşahidə olunur!
Göstərdiyi qayğı müqabilində jurnalistikadan gözləntisi yalnız obyektivlik, düzlük, səmimilik olan möhtərəm Prezidentin səhhəti ilə bağlı son aylar yayılan etika və əxlaqdan uzaq yazılar ilk növbədə məhz onun özünün mətbuata göstərdiyi qayğıkeşliklə kəskin təzad təşkil edir. Ölkənin simvolu sayılan Prezidentin, xalqın seçdiyi tarixi şəxsiyyətin, bütün ömrü boyu Azərbaycan naminə çalışmış görkəmli dövlət xadiminin, yaşlı bir insanın, ağsaqqalın səhhətindəki rahatsızlığa gülmək, sevinmək, şadlanmaq, lağ eləmək – ilk növbədə elementar etikasızlığın təzhürüdür…
Bir qrup “media öncülü” qeyri-peşəkarcasına bazara “isti” xəbər çıxartmaq adı ilə jurnalistika prinsiplərinə tamamilə zidd olaraq obyektivlikdən və etikadan uzaq mülahizələrin, yalan, böhtan və dezinformasiyaların mətbuata çıxmasına şərait yaradır, hətta özləri yol göstərirlər. Ölkə rəhbərinin səhhəti ilə bağlı bunların yazdığı aşağı peşəkarlıq nüsxələri mətbuat tariximizdə görünməmiş haldır. Əlbəttə, hər adam yazdıqları ilə özünü, öz mənəviyyatını, mədəniyyətini ifadə edir, ancaq nadanların hörmətli bir şəxsi aramsız çirkab taranı ilə deskriditasiya etməyə, ictimai rəydə ona qarşı aşağılayıcı rəy yaratmağa çalışması yolverilməzdir. Onların çirkli əməlləri sağlam insanlarda ikrah doğurmaqla yanaşı mətbuatı və jurnalistikanı da hörmətdən salır. Azərbaycanda son iki əsrdə demokratik dünyabaxışının ən etibarlı dayaqlarından olan qəzet işi indi az qala pis bir peşə kimi tanınır. Milli özgürlüyümüzdə müqəddəs bir məqam olan ağsaqqala hörmət hissini ucuzlaşdırmaqla yanaşı, etikasız qələm sahibləri digər bir müqəddəsliyi – jurnalistika, mətbuat və qəzetçilik peşəsini də nüfuzdan salırlar.
Spesifik peşə etikası anlayışından xəbərsiz və şəxsi yaradıcılıq keyfiyyətlərindən məhrum olaraq kənardan bu cəlbedici aləmə “transfer olmuş”, natural gerizəkalıq və əxlaqi disharmoniyaları ilə ona mənfi imic “qazandıran” səviyyəsizləri gərəkdir elə mətbuatda çalışan yüksək səviyyəli professionallar özləri dəf edələr, şərəfli qəzetçi peşəsini təsadüfi transferlərdən qoruyalar. Əks proses – yəni qələmindən “fitnə göyərən” təsadüfilərin abırlı, namuslu, peşəkar qələm sahiblərini, təcrübəli mətbuat işçilərini sevib-seçdikləri peşədən sıxışdırıb çıxarması rüsvayçılıq olardı!…
Maraqlıdır ki, illərlə ona-buna təhqir, böhtan yazanlar hətta yüngülvari cavaba belə dözmür, kobudcasına qabararaq ibtidai instinktlərini göstərirlər… Bu konformist dəstənin ölkə mətbuatına gətirdiyi mənəvi terroru – həqarət, təhqir, söyüş və qarğış basqılarını qətiyyətlə durdurmaq vacibdir. Bu gün hər ziyalı, hər namuslu vətəndaş bunun fərqində olmalıdır!

14.10.2003
Yüklə 82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin