18 sentyabr 2015-ci
ildə Azərbaycan
Türkiyə İşadamları Birliyi ilə Azərbaycan
Dövlət İqtisad Universiteti arasında əmək-
daşlıq davamlı olaraq genişləndirilir və
tələbələrin təcrübi bilik əldə etməsində
davamlı səylər göstərilir.
Əldə olunan razılaşmaya əsasən, tədri-
sində fərqlənən universitetin iki müəllimi
və ən yüksək nəticə göstərən iki tələbəsi
ATİB tərəfindən Türkiyəyə istirahət paketi
ilə mükafatlandırılıb.
Azərbaycan Dövlət İqtisad Universi-
tetinin (ADİU) Türk dünyası işlətmə fa-
kültəsinin (TÜDİFAK) dekanı dr. Ferruh
Tuzcuoğlu ATİB ofisini ziyarət edib. Qo-
naqları salamlayan ATİB sədri Cemal Yan-
gın TÜDİFAK-ın belə gənc və təcrübəli bir
dekanla daha gözəl xidmətlərə imza ata-
cağına inandığını söyləyib. Əvvəllər oldu-
ğu kimi, bundan sonra da universitetlə və
fakültə ilə əməkdaşlığın ən gözəl şəkildə
davam edəcəyini bildirib.
Səmimi qəbula görə ATİB sədrinə təşək-
kür edən dekan ATİB-in fəaliyyətini daim
yüksək qiymətləndirdiyini vurğulayib.
ATİB xəbərləri
15
say 25 |
EcoVision
ATİB nümayəndə
heyəti İdarə
heyətinin üzvü
Kaya Karslını
ziyarət edib
Türkiyənin
müstəqilliyinin 92-
ci ili münasibətilə
rəsmi qəbul verildi
“Türk Hava Yolları”nın Bakı ofisinin
rəhbəri ATİB ofisini ziyarət etdi
Türkiyənin Azərbaycandakı səfirliyinin
müşavirləri ATİB-in ofisində oldular
Mehmet Sami
Acarözmen ATİB
ofisini ziyarət etdi
6 oktyabr 2015-ci
ildə ATİB İdarə
heyətinin üzvləri və ATİB Katibliyinin
əməkdaşları ATİB İdarə heyətinin üzvü
Kaya Karslını ziyarət ediblər. Ziyarət əs-
nasında ATİB-lə “İstanbul Reklam” ara-
sındakı əməkdaşlıq məsələləri müzakirə
edilib.
Oktyabrın 29-da
Türkiyənin Azərbay-
candakı səfirliyi Cümhuriyyətin elan edil-
məsinin 92-ci ili münasibətilə rəsmi qəbul
təşkil edib.
Qəbulda ATİB İdarə heyətinin üzvləri,
ATİB üzvləri və ATİB Katibliyinin əməkdaş-
ları iştirak edib.
Səfir Alper Coşqun ulu öndər Mustafa
Kamal Atatürkün rəhbərliyi ilə Türkiyənin
istiqlal mübarizəsindən və ölkəsinin keçdi-
yi inkişaf yolundan danışıb.
O, qeyd edib ki, Türkiyə öz dinamik in-
kişaf yolunda siyasi, hərbi, iqtisadi, eləcə də
demokratiya və insan haqları sahələrində
böyük addımlar ataraq regionda və dünya-
da mövqeyini möhkəmləndirib.
Oktyabrın 20-də
“Türk Hava Yolları”
(THY) Bakı ofisinin rəhbəri Seyfullah İl-
yas ATİB ofisini ziyarət etdi.
ATİB sədri Cemal Yangın ziyarətə görə
təşəkkür edərək THY-ni güclü, dinamik,
hər zaman irəli addımlayan bir qurum
kimi gördüyünü bildirdi.
THY-nin ATİB-lə əməkdaşlığını bundan
sonra da ən yüksək səviyyədə davam et-
dirəcəyini bildirən Seyfullah İlyas daim bu
əməkdaşlığa xüsusi yer verəcəyini söylədi.
21 oktyabr 2015-ci
ildə Türkiyənin
Azərbaycandakı səfirliyinin əmək və so-
sial müdafiə məsələləri üzrə müşaviri
Namık Ata, gömrük müşaviri Arsan Gün-
ler, mətbuat müşaviri Hamit Karadeniz
və din xidmətləri müşaviri Kamil Günes
Azərbaycan Türkiyə İş Adamları Birliyi-
nin ofisində qonaq oldular.
Qonaqları salamlayan ATİB sədri Ce-
mal Yangın ziyarət üçün təşəkkürünü bil-
dirdi.
Səmimi qarşılanmaya görə minnətdar-
lıqlarını bildirən müşavirlər Türkiyənin
Azərbaycandakı səfirliyi ilə ATİB arasın-
da bütün istiqamətlər üzrə əməkdaşlı-
ğın inkişafından məmnunluqlarını ifadə
edib, bu əməkdaşlığın daha da inkişaf
etməsi üçün öz fəaliyyətləri dövründə səy
göstərəcəklərini vurğuladılar.
Görüşdə Türkiyənin Azərbaycandakı
səfirliyi ilə ATİB arasında əməkdaşlığın
gücləndirilməsi sahəsində görülən işlər-
dən bəhs olunaraq, gələcək əməkdaşlığın
perspektivləri ilə bağlı fikir mübadiləsi də
aparıldı.
14 oktyabr 2015-ci
ildə Mehmet Sami
Acarözmen ATİB ofisini ziyarət etdi. O, ATİB
Baş katibi Pərvanə Hacıyeva ilə görüşərək
qurumun fəaliyyəti ilə bağlı söhbət etdi.
Sami bəy ATİB-in hər gün daha da inkişaf
etdiyini və daim zirvələrə doğru getdiyini
bildirdi.
ATİB Baş katibi Pərvanə Hacıyeva ziyarət
üçün Mehmet Sami Acarözmənə təşəkkürü-
nü bildirdi.
ATİB xəbərləri
16
say 25 |
EcoVision
ATİB xəbərləri
ATİB İdarə heyəti Türkiyənin Azərbaycandakı hərbi attaşesi
general-mayor İhsan Başbozkurtu ziyarət etdi
ATİB sədri ANFAS
nümayəndələrini
qəbul edib
Xanım millət vəkili ATİB ofisində
Oktyabrın 23-də
Azərbaycan Türkiyə
İş Adamları Birliyinin İdarə heyəti Tür-
kiyənin Azərbaycandakı hərbi attaşesi
general-mayor İhsan Başbozkurtu ziyarət
etdi.
ATİB sədri Cemal Yangın hərbi atta-
şeni Azərbaycanda fəaliyyətə başlaması
münasibətilə təbrik edərək ölkələrimizin
Silahlı Qüvvələri arasında əməkdaşlığın
genişləndirilməsi istiqamətində gələcək
fəaliyyətində ona uğurlar arzuladı.
22 oktyabr 2015-ci
ildə Antalya Fuar-
cılık İşlətmə və Yatırım A.Ş.-nin (ANFAS)
nümayəndə heyəti ATİB ofisini ziyarət etdi.
ATİB sədri Cemal Yangınla görüşdə qonaq-
lar Türkiyədə keçiriləcək 27-ci Beynəlxalq
Qonaqlama və Qarşılama Sərgisinini təşki-
latçılığını ATİB-lə birlikdə etmək istədiklə-
rini bildirdilər.
Cemal Yangın ATİB-in bacardığı hər
cürə dəstəyi verəcəyini bildirdi.
12 noyabr 2015-ci
ildə millət vəkili
Qənirə Paşayeva Azərbaycan Türkiyə İş
Adamları Birliyini ziyarət etdi.
ATİB sədri Cemal Yangın ziyarət üçün Qə-
nirə xanıma təşəkkür edərək yenidən millət
vəkili seçilməyi münasibətilə təbrik etdi.
Millət vəkili Qənirə Paşayeva isti mü-
nasibətə görə minnətdarlıq bildirərək
daim ATİB-ə diqqət və qayğı göstərəcəyi-
ni vurğuladı.
17
say 25 |
EcoVision
ATİB sədri Cemal Yangın və ATİB Baş katibi Pərvanə Hacıyeva
ŞKTC-nin müstəqilliyinin 32-ci ildönümündə iştirak ediblər
Qurban bayramı ilə bağlı ATİB üzvü olan “Park INN” hotelində
bayramlaşma
18 noyabr 2015-ci
ildə Bakıda Şi-
mali Kipr Türk Cümhuriyyətinin (ŞKTC)
müstəqilliyinin 32-ci ildönümü qeyd olu-
nub. Tədbirdə ATİB sədri Cemal Yangın,
Baş katib Pərvanə Hacıyeva, İdarə heyəti-
nin üzvləri və ATİB üzvləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın millət vəkillə-
ri, xarici dövlətlərin ölkəmizdəki səfirləri,
türk iş adamları, siyasət və mədəniyyət
xadimləri, ziyalılar və jurnalistlər iştirak
ediblər. Şimali Kipr Türk Respublikası-
nın Azərbaycandakı nümayəndəsi Sadət-
tin Topukçu çıxış edərək Kipr türklərinin
tarixdə üzləşdiyi zülmlərdən bəhs edib.
Aparılan mübarizənin sonunda 1983-cü
ildə müstəqilliklərini əldə etdiklərini
vurğulayıb. Kiprin günümüzdə əldə et-
diyi nailiyyətlərdən də danışan Sadəttin
Topukçu bunu Türkiyə Cümhuriyyətinə,
ölkəni quran Rauf Denktaşa və şəhidlərə
borclu olduğunu deyib.
Daha sonra digər çıxış edənlər bü-
tün türk dünyasını Kipr Türk Cümhu-
riyyətinin müstəqilliyi münasibətilə
təbrik edib. Türkiyənin və Kiprin acı-
sının Azərbaycanın acısı, sevincinin isə
Azərbaycanın sevinci olduğunu vurğu-
layıb. Şimali Kipr Türk Cümhuriyyə-
tinin müstəqilliyinin heç də asan əldə
edilmədiyini qeyd edib. Azərbaycanın
ermənilərin apardığı işğalçılıq siyasə-
tindən əziyyət çəkən bir ölkə olaraq
Şimali Kipr Türk Cümhuriyyətini yaxşı
başa düşdüyünü ifadə edib. Barışdan
yana olan hər iki ölkənin gələcəkdə
uğurlarının daha da artmasını arzula-
yıb.
Qeyd edək ki, tədbirin sonunda qonaq-
lar üçün ziyafət verilib.
ATİB xəbərləri
18
say 25 |
EcoVision__işgüzar_nahar_23_say_25_|__EcoVision'>EcoVision
Cemal Yangın DEİK/
Türk-Azerbaycan
İş Konseyinin
iclasında İdarə
heyətinə üzv seçilib
ATİB sədri Cemal Yangın və ATİB Baş
katibi Pərvanə Hacıyeva Turan Yazganın
anım günü mərasimində iştirak ediblər
Türk-Azərbaycan İş Konseyi 3 noyabr
1991-ci ildə Türk-Avrasya İş Konseylerinin
əhatəsi altında fəaliyyət göstərməyə başla-
yıb. Bu konsey Türkiyə və Azərbaycan böl-
gələri arasındakı iqtisadi və sosial iş əlaqələ-
rini daha da inkişaf etdirmək üçün qardaş
ölkələrə dəstək vermək məqsədilə yaradılıb.
Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK)
məqsədi xarici ticarət, beynəlxalq investisi-
yalar, xidmətlər başda olmaqla, Türkiyənin
ixracatını artırmağı təmin və iş imkanlarını
inkişaf etdirməyi koordinasiya etməkdən
ibarətdir. Qeyd edək ki, ATİB İdarə heyəti-
nin sədri Cemal Yangın DEİK/Türk-Azer-
baycan İş Konseyinin iclasında İdarə heyə-
tinə üzv seçilib.
Noyabrın 23-də
Azərbaycan Dövlət İqti-
sad Universitetinin Türk dünyası işlətmə fa-
kültəsində (TÜDİFAK) Türk Dünyası Araşdır-
maları Vəqfinin (TDAV) qurucusu professor
Turan Yazganın anım günü keçirilib.
Azərbaycan Türkiyə İş Adamları Birliyi-
nin sədri Cemal Yangının və Baş katib Pər-
vanə Hacıyevanın iştirak etdiyi tədbirin əv-
vəlində Turan Yazgana həsr olunan sənədli
film nümayiş olundu.
Sonra fakültə dekanı Fərruh Tuzcuoğlu
iştirakçılara Turan Yazganın həyat və fəaliy-
yəti haqqında ətraflı məlumat verdi. Onun
əsasını qoyduğu və rəhbərlik etdiyi TDAV
ilə həyata keçirilən mühüm layihələrdən
danışdı.
Çıxış edən qonaqlar Turan Yazganın
daim türk millətinin tərəqqisi üçün çalış-
dığını, türk dövlətlərinin zəngin mədəniy-
yəti, böyük tarixi keçmişi ilə həmişə qürur
duyduğunu qeyd etdilər, onun təhsilin in-
kişafına və türk xalqlarının birliyinə önəm
verdiyini və bu gün yad edilməsindən məm-
nunluq duyduqlarını bildirdilər.
ATİB xəbərləri
ATİB sədri THY
ofisində qonaq oldu
26 noyabr 2015-ci
ildə ATİB sədri
Cemal Yangın Türk Hava Yollarının Bakı
ofisinin rəhbəri Seyfullah İlyası ziyarət
etdi.
Ziyarət üçün Cemal Yangına təşək-
kürünü bildirən Seyfullah İlyas Azər-
baycanda xidməti işə başlamaqdan və
ATİB-ə üzv olmaqdan böyuk iftixar hissi
keçirdiyini bildirdi.
20
say 25 |
EcoVision__İlk_öncə_bir_rəhbər_kimi_“Farmetik”'>EcoVision
ATİB xəbərləri
ATİB Baş katibi üzvləri ziyarət edib
21
say 25 |
EcoVision
işgüzar nahar
Azərbaycan Türkiyə İş Adamları Birliyi iqtisadi və sosial
sahədəki fəaliyyətini genişləndirmək məqsədilə işgüzar
nahar keçirməyə başlayıb
30.09.15
22
say 25 |
EcoVision
işgüzar nahar
23
say 25 |
EcoVision
işgüzar nahar
Azərbaycan Türkiyə İş Adamları Birliyi iqtisadi və sosial
sahədəki fəaliyyətini genişləndirmək məqsədilə işgüzar
nahar keçirməyə başlayıb
11.11.15
24
say 25 |
EcoVision
işgüzar nahar
25
say 25 |
EcoVision
ECOVİSİON təəssürat
İşgüzar nahar – iş tərəfdaşı ilə qeyri-rəs-
mi şəraitdə tanış olmağa imkan verən gö-
rüşdür. Heç bir müqavilə imzalanmasa belə,
işgüzar şam yeməyinin vəzifəsi və qaydaları
biznes tərəfdaşını psixoloji cəhətdən məh-
suldar əlaqəyə yönəltməkdir. Bütün dün-
yada biznes tərəfdaşı tərəfindən işgüzar
nahara dəvət hörmət əlaməti hesab edilir
və qeyri-rəsmi şəraitdə aktual mövzuları
müzakirə etmək arzusudur. İşgüzar nahar
həm də bir-biri ilə tanış olmaq və yaxından
tanımaq üçün yaxşı səbəbdir.
Mənim çox xoşuma gəldi ki, sahibkarlığın
müxtəlif profilləri üzrə məşğul olan bir çox
iş adamı dəvəti qəbul etdi, iqtisadiyyatın,
demək olar ki, bütün məsələləri üzrə müza-
kirə xarakterli fikir mübadiləsi aparıldı. Mə-
nim diqqətimi həm də təşkilatçıların burada
edilən çıxışların tematikasını rəngarəng et-
mək cəhdləri və hər dəfə işgüzar şam yemə-
yinin sonunda Azərbaycan Respublikasının
dövlət strategiyası barədə çıxışların təqdim
olunması cəlb etdi.
Dilara Zamanova
“AtaHolding” ASC Korporativ
kommunikasiya şöbəsinin rəisi
ATİB yönetiminin katıldığım 2.ci
yemeğinde organizasyon yine çok ba-
şarılıydı. Yemek başlamadan önceki
ayaküstü sohbetler, iş adamlarının kay-
naşması ve birlik olabilmek için hoş bir
ortam yaratıyor. Yemek esnasındaki
konuşmacıların kısa ve can sıkmayan
anlatım şekli zamanın çabuk geçmesini
sağladı. Her yemekte ayrı bir konu se-
çilip, bu konu hakkında detaylı anlatım
yapılması yemek organizasyonunu di-
ğer yemeklerden farklı kılıyor. Emegi-
nize saglik . . .
Selim Akbay
AGT-nin direktor müavini
İşgüzar nahardan son dərəcə məmnun
olduğumu diqqətinizə çatdırmaq istəyirəm.
Yüksək səviyyədə təşkil olunmuş təd-
birə görə Sizə öz təşəkkürümü bildirirəm.
Bu cür tədbirlər yeni işgüzar əlaqələr
qurmaq və təmsil etdiyimiz şirkətlər və
onların fəaliyyəti barədə məlumat vermək
imkanı yaradır.
Sizə bir daha öz minnətdarlığımı bildi-
rir və fəaliyyətinizdə uğurlar arzulayıram.
Osman Nemli
NORM-un Baş əməliyyatlar üzrə
direktoru
26
say 25 |
EcoVision
Biz “PAŞA Bank” olaraq Azərbaycan
Türk İş Adamları Birliyinin yeni üzvləri
olsaq da, qısa zamanda təşkilatın təklif et-
diyi tədbir və təşəbbüslərdən faydalanmı-
şıq. ATİB tərəfindən peşəkarcasına təşkil
olunan aylıq işguzar naharlarda biz həm
biznes əlaqələri qurmaq, həm də fərqli
sektorlarda çalışan həmkarlarımızla fikir
mübadiləsi aparmaq imkanı qazanırıq.
Gələcəkdə də böyük məmnuniyyətlə ATİB
və onun üzvləri ilə əməkdaşlıq etmək niy-
yətindəyik.
Melih Mengü
Biznes inkişafı departamentinin direktoru
Dünya ölkələri saymaqla çətin bitirə-
cəyimiz qədər iqtisadi təlatümlər gör-
müşdür. Lakin heç biri qalıcı olmamış
və başladığı kimi, bir gün də bitmişdir.
Zənn edirəm ki, biz iş adamlarının və zi-
yalıların öhdəliyinə düşən bu təlatüm-
lərdən hansı yollarla çıxışların mümkün
olduğunu araşdırıb tapmaq və bunları
tətbiq etməkdir. Azərbaycan Türkiyə İş
Adamları Birliyinin məhz belə bir qu-
rum olduğunun şahidi olmaq qürurve-
ricidir. ATİB-in iqtisadi inkişafın rəhni
olan gənc, arzulu və zəkalı gənclərə,
eləcə də gənc iş adamlarına dəstək ver-
məsi bir ayrıcalıqdır.
Xəyal Rəhimov
“Real Cleaning” şirkətinin rəhbəri
ECOVİSİON təəssürat
27
say 25 |
EcoVision
ATİB İdarə heyətinin üzvü
Rafiq Qarayev “İlin Qızıl adamı”
mükafatına layiq görüldü
İpəkyolu Strateji Araşdırmalar Mərkə-
zi (IPAR) və “Beynəlxalq İpəkyolu” jurnalı
“İlin Qızıl Adamı” adlı mükafata Azərbay-
can Türkiyə İşadamları Birliyinin İdarə
heyətinin üzvü Rafiq Qarayevi layiq gö-
rüb. Mükafat İstanbulda 10 ölkədən qa-
tılan yüksək səviyyəli insanların iştirakı
ilə möhtəşəm bir mərasimlə sahiblərinə
təqdim olunub.
İlin Qızıl adamı
28
say 25 |
EcoVision
İlk öncə bir rəhbər kimi “Farmetik”
MMC-ni oxucularımıza tanıtmanızı
istərdik.
İ.B.:
“Farmetik” MMC Azərbaycanda
2004-cü ildən dərman satışı və paylaş-
dırma deposu olaraq fəaliyyətə başla-
yıb. O gündən bugünə kimi depo olaraq
fəaliyyətini davam etdirir və dərman
bazarında özünü təsdiq etməkdədir.
2009-cu ilin noyabr ayından Babək
prospektindeki öz yerimizə köçdük.
Yeni ünvanımızdakı məkan təxminən
2000 kvadratmetr ərazidə yerləşir və
onun yarısı qapalıdır. Depomuz (dər-
man saxladığımız yer) 800 kvadratmetr
sahəni əhatə edir. Depo bütün qoyulan
sağlamlıq standartlarına uyğun olaraq
düzəldilib. Burada temperatur, təzyiq və
saxlanma qaydalarına tam riayət edilir.
Məkanımızda ofis hissə də var. Ofis-
də apteklər və digər depolar tərəfindən
verilən sifarişlər qəbul olunur, depoya
verilir, depo həmin sifarişləri yığır və ap-
teklərə servis ekspeditorları tərəfindən
çatdırılır. Kollektivimiz bir ailə olaraq ça-
lışır. Biz müştərilərlə hər zaman mehri-
ban və yaxşı münasibət qurmağa çalışırıq.
Depomuz, digər depolardan fərqli
olaraq, sadəcə “Asfarma” dərmanlarının
satışı ilə məşğul olur. “Asfarma” marke-
tinq ilə məşğul olan bir şirkətdir. Bu fir-
ma Azərbaycanda 1997–ci ildən fəaliyyət
göstərir və hal-hazırda inkişaf edərək
Rusiya, Özbəkistan Moldova, Latviya,
Qazaxıstan və Gürcüstan kimi ölkələrdə
fəaliyyətini davam etdirir.
İrfan Başkurt: “Dərmanların
qiyməti orta hesabla 2-3
dəfə aşağı salınıb”
30
say 25 |
EcoVision
ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə
biznes təhsili
Azərbaycanın hansı regionlarında
fəaliyyət göstərirsiniz?
İ.B.:
Bakıdan başqa Gəncə, Göyçay,
Lənkəran, Quba və Şirvan şəhərlərində də
satış nöqtələrimiz var. Oradan respublika-
nın bütün rayonlarına dərman vasitələri-
nin çatdırılması xidməti göstərilir.
Şirkətiniz əsasən hansı ölkələr-
lə əməkdaşlıq edir? Daha çox hansı
ölkələrdən dərman vasitələri idxal
edirsiniz?
İ.B.:
Şirkətimiz əsasən Türkiyə, İn-
giltərə və Avropanın qabaqcıl ölkələri
ilə əməkdaşlıq edir. Bu firmaların hamısı
GMP standartlarında istehsal edir. Həmçi-
nin biz də GDP standartlarına uyğun ola-
raq satış edirik.
Bildiyiniz kimi, “Dövlət qeydiyyatı-
na alınmış dərman vasitələrinin qiy-
mətlərinin tənzimlənməsi və həmin
qiymətlərə nəzarətin həyata keçiril-
məsi Qaydası” təsdiq edilib. Bu qərar-
dan sonra şirkətiniz tərəfindən idxal
olunan dərman vasitələrinin qiymətin-
də və həcmində hər hansı bir dəyişik-
lik baş verməyib ki? Ümumiyyətlə, bu
qərarı necə dəyərləndirərdiniz?
İ.B.:
“Dövlət qeydiyyatına alınmış
dərman vasitələrinin qiymətlərinin
tənzimlənməsi Qaydası” təsdiq edilən-
dən sonra proses başladı. Sıra ilə siya-
hılar çıxır və onlara uyğun olaraq bütün
dərmanların qiymətləri tənzimlənir.
Hal-hazırda proses davam etdiyinə
görə bir keçid dövrü yaşanır. Bu gün
dərmanların çoxunun qiyməti 2-3 dəfə
aşağı düşüb. Proses bitdiyi zaman, mən
elə düşünürəm ki, bu dəyişiklik əhaliyə
çox müsbət təsir edəcək və alıcılıq qabi-
liyyəti artacaq. Son olaraq bu proseslər
bizə sosial sığorta sisteminin də inkişaf
edəcəyini düşündürür.
“Farmetik” MMC olaraq, yəqin ki,
marketinq araşdırması aparırsınız.
Maraqlıdır, alıcılar daha çox qiymətə,
yoxsa keyfiyyətə üstünlük verir?
İ.B.:
Ümumiyyətlə iki çeşid dərman var:
reseptlə və reseptsiz alınanlar. Dərmanla-
rın əsas hissəsi ancaq reseptlə alına bilər.
Bunun üçün həkim resept yazmalıdır. Hə-
kim resepti yazanda xəstənin ayrı bir əvəz-
edici almaq ixtiyarı və ya istəyi ola bilməz.
Həkimlər isə öz seçimlərini inandıqları və
təcrübə etdikləri dərmanlara verir və on-
ları reseptə yazırlar. Reseptsiz dərmanlar
apteklərdən problemsiz alına bilər. Bu dər-
manların alınması alıcılıq qabiliyyətindən
və keçmiş təcrübə nəticəsində yaranan
inamdan asılı olan bir faktordur. Elə alıcılar
var ki markaya, eləsi var ki qiymətə üstün-
lük verir.
Cəmiyyətdə belə bir fikir var ki,
dərman vasitələrinin qiymətlərinin
tənzimlənməsindən sonra qiymətlərin
aşağı düşməsi keyfiyyətə də öz təsirini
göstərə bilər. Bu fikrə münasibətinizi
bilmək istərdik.
İ.B.:
Azərbaycan Respublikasına daxil
olan hər bir dərman vasitəsi Analitik Eks-
pertiza Laboratoriyasında standartlara
uyğun olaraq yoxlanılır və qeydiyyatdan
keçəndən sonra bazara buraxılır. Bu o
deməktir ki, dərman bazarında keyfiyyət-
siz derman vasitəsi ola bilməz.
Dostları ilə paylaş: |