EcoVision
maraqlı
Havanın keyfiyyəti
Musiqi
Fasilə
Rənglər
Elektromaqnetik sahələrdən qorunma
Bağlı məkanlarda havanın keyfiyyəti ən
əhəmiyyətli ekoloji sağlamlıq problemlə-
rindən biridir. Aparılan araşdırmaya görə,
otağı ionlu etmək havadakı çirklənmənin
52 faiz azalmasına səbəb olur və havada
bakteriyaların 95 faizini yox edir. Ofisinizə
mənfi ion hava filtri ala bilərsiniz.
Bununla yanaşı, ofisinizin havalandırıl-
masına da davamlı olaraq fikir verməlisiniz.
Musiqi romantik və fiziki sağlamlığa,
ictimai funksionallığa, ünsiyyət bacarıqla-
rına və zehni qabiliyyətə təsir edir. Musiqi
ofisdəki stress səviyyəsinə də müsbət təsir
göstərir. Həzin musiqilər ofis mühiti üçün
daha uyğundur.
Ən diqqətli insanların belə gündə 2 dəfə fa-
siləyə ehtiyacı var. Stresi aradan qaldırmağın
və yenidən enerji toplamağın ən yaxşı yolla-
rından biri çölə çıxaraq 10 dəqiqə gəzməkdir.
Ətrafınıza diqqət yetirin və dərin nəfəs alın.
Bu, enerjinizi yeniləmək və eyni zamanda D
vitamini almaq imkanı yaradır. Tək gəzməyə
və zehninizi boşaltmağa çalışın.
Rənglər nəinki xəstəliklərdən, insanın
xüsusiyyətlərindən xəbər verir, eyni zaman-
da xəstəlikləri sağalda da bilir. Bunu hələ
qədim dövrlərdən aşkar ediblər. Məsələn,
Qədim Misirdə məbədlərdə xəstələri yaxşı-
laşdırmaq məqsədilə hər otağı başqa rəngə
boyayıblar. Çinlilər də 2000 il əvvəl rəng
müalicəsindən istifadə ediblər. Rənglərin
əhəmiyyəti araşdırılaraq satış, ev dekorasi-
yası, iş mühiti, sənaye, bitki yetişdirilməsi,
qidalanma, fizika, psixologiya, sosiologiya
və sənətdə istifadə edilir. Əslinə baxsaq,
rəng həyatımızın bir hissəsidir. Rənglər-
dən ofislərdə də faydalanmaq olar: narıncı
– yaradıcılığı hərəkətə keçirir, sarı – zehni
sıxlaşdırır və motivasiyanı artırır, qırmızı
– enerji verir, mavi – sakitləşdirir, fiziki və
mental gərginliyi aradan qaldırır.
Elektromaqnetik sahələrdən gələn
zərərli enerji yüksək gərginlikli kabellər,
elektrik cərəyanı, kompüterlər, cib tele-
fonları, televizorlar və digər elektrik alət-
lərindən yayılır. Bu zərərli enerjilər men-
tal və fiziki sağlamlıq üçün təhlükəlidir.
Bir insan elektromaqnit tezlik olan yerdə
yatarsa və ya çalışarsa, bu enerjilər yor-
ğunluq, gərginlik və xəstəliyə səbəb olan
stress mənbəyi yaradır.
Elektromaqnetik sahədən qorunmaq
üçün ofisdə kaktus kimi təbii vasitələrdən
istifadə edə bilərsiniz.
61
say 25 |
EcoVision
Beynəlxalq
sərgilər
“INDIA PHARMA-2016” və
“INDIA MEDICAL EXPO-2016”
adlı səhiyyə sərgiləri təşkil
olunacaq
Nyu Dehli şəhərində 2-ci
Beynəlxalq Xidmətlər Sərgisi
keçiriləcək
“Qara Dəniz 2016” sərgisi
keçiriləcək
26-cı Vyetnam Beynəlxalq
Ticarət Sərgisi təşkil olunacaq
7-9 yanvar 2016-cı ildə Hindistanın Banqalor şəhə-
rində “INDIA PHARMA-2016” və “INDIA MEDICAL
EXPO-2016” adlı səhiyyə sərgiləri təşkil olunacaq.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş-
güzar dairələr tədbirlərdə iştiraka dəvət olunur. Sər-
gilər haqqında daha ətraflı məlumat əldə etmək üçün
aşağıdakı link və ünvana müraciət edə bilərsiniz:
www.indiapharmaexpo.in
www.indiamediexpo.in
Cənab Raj Kumar
Tel: +91-11-23071162
E-mail: uspi3-pharma@nic.in
Hindistanın Azərbaycan Respublikasındakı Səfirliyi
Tel: (+994 12) 564 63 54, 564 63 44
Faks: (+994 12) 447 25 72
E-mail: com.baku@indianembassybaku.org
24-26 fevral 2016-cı ildə Hindistanın Nyu Dehli
şəhərində 2-ci Beynəlxalq Xidmətlər Sərgisi keçi-
riləcək.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş-
güzar dairələr sərgidə iştiraka dəvət olunur.
Tədbir haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı ünvana
müraciət edə bilərsiniz:
Veb: http://www.nicct.nl
27-29 aprel 2016-cı il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva
şəhərində “Qara Dəniz 2016” sərgisi keçiriləcək.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə
iştiraka dəvət olunur. Sərgi haqqında daha ətraflı məlumat əldə etmək üçün
aşağıdakı ünvana müraciət edə bilərsiniz:
Rusiyanın Qara Dəniz İqtisadi Əməkdaşlıq üzrə Milli Komitəsi
Tel: +7(495) 989-46-41, +7(495) 989-46-42, +7(495) 989-46-40
Faks: +7(495) 989-46-43
E-mail: rncbsec@yandex.ru
Veb: www.rncbsec.org
6-9 aprel 2016-cı ildə Vyetnamın Hanoy şəhərində 26-cı Vyetnam Bey-
nəlxalq Ticarət Sərgisi təşkil olunacaq.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə
iştiraka dəvət olunur. Sərgi haqqında daha ətraflı məlumat əldə etmək üçün
aşağıdakı link və əlaqələndirici şəxsə müraciət edə bilərsiniz:
http://vietnamexpo.com.vn/eng/index.php
Əlaqələndirici şəxs: Ələkbər Hüseynov
Tel.: 598 01 47 (129)
sərgilər
62
say 25 |
EcoVision
Biznes təklifləri
Tunis şirkəti ərik tumunun əldə edilməsi ilə
bağlı Azərbaycanda müvafiq sahədə fəaliyyət
göstərən iş adamları ilə işgüzar əlaqələrin yara-
dılmasında maraqlıdır.
Şirkətin təklifi haqqında daha ətraflı məlumatı
AZPROMO-dan əldə edə bilərsiniz:
Əlaqələndirici şəxs: Anar Nuriyev
Tel.: 598 01 47 (123)
E-mail: anuriyev@azpromo.az
Rusiya Federasiyasının Azərbaycandakı Ti-
carət nümayəndəliyi Azərbaycan Sahibkarlar
Konfederasiyasına məktubla bildirir ki, Rusiya
Federasiyasının “Alekseevka CHİMMASH” şirkəti
kənd təsərrüfatında sənaye obyektləri, neft-kimya,
qaz, metallurgiya, maşınqayırma və s. sahələrdə
çoxprofilli və geniş xidmət spektrinə malik şirkət-
lər qrupudur.
Şirkətlər qrupu xüsusi avtotexnika, sistern avadan-
lıqları, neft, maye qaz və s. daşıyan avadanlıq is-
tehsal edən əsas istehsalçılardandır, Rusiya və MDB
məkanında böyük istehsalçı şirkət kimi tanınır.
Əlaqə qurmaq istəyən sahibkarlar ASK-a müra-
ciət edə bilərlər.
Əlaqələndirici şəxs: Rauf Əliyev
Tel: (012) 465 72 43
Mob: (070) 290 99 11
E-mail: raliyev@ask.org.az
Hərbi geyimlərin istehsalı ilə məşğul olan Tür-
kiyənin “Raff Militari Tekstil” şirkəti Azərbaycanın
iş adamları ilə əməkdaşlıq yaratmaq istəyir.
Daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı
ünvana müraciət edə bilərsiniz:
www.raff.com.tr
Şri-Lankanın Milli Ticarət Palatası Şri-Lan-
kanın ixrac, idxal və birgə müəssisələri ilə bağlı
məlumatı təqdim edərək Azərbaycan şirkətlərini
birgə əməkdaşlığa dəvət edir. Ətraflı məlumat
üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:
Veb: www.nationalchamber.lk
Ukraynanın “Sioplast” şirkəti Azərbaycanın iş
adamları ilə əməkdaşlıq yaratmaq niyyətindədir.
Şirkət lak və boya istehsalı sahəsində ixtisaslaşır.
Daha ətraflı məlumat üçün aşağıdakı ünvana
müraciət edə bilərsiniz:
Əlaqələndirici şəxs: Ələkbər Hüseynov
Tel.: 598 01 47 (129)
“Sioplast”
Tel. +38(067)659 84 12
E-mail: sioplast.ua@gmail.com
Ukraynanın “Verba - VV” şirkəti Azərbayca-
nın iş adamları ilə əməkdaşlıq yaratmaqda ma-
raqlıdır. Şirkət kömür və palletin hazırlanması
üçün istifadə olunan lövhələrin istehsalı sahə-
sində ixtisaslaşır.
Daha ətraflı məlumat üçün aşağıdakı ünvana
müraciət edə bilərsiniz:
Əlaqələndirici şəxs: Ələkbər Hüseynov
Tel.: 598 01 47 (129)
“Verba - VV”
Tel./CFaks +38(097)8632008
E-mail: kovelverba@gmail.com
təkliflər
63
say 25 |
EcoVision__Azərbaycanı_tanıyaq_66_say_25_|__EcoVision'>EcoVision
Azərbaycanı tanıyaq
Qusar
Azərbaycanın gəzməli-görməli yerləri:
Ölkənin şimalında ən sonuncu iri yaşayış
məntəqəsi...
mövqeyinə görə “Şimal qapıları” adlandı-
rılan Qusar rayonu Azərbaycanın şimalın-
da ən sonuncu iri yaşayış məntəqəsidir.
Qusar rayonu şimaldan Rusiya Federasi-
yası, şərqdən Xaçmaz rayonu, cənubdan
Quba rayonları ilə və qərbdən Qəbələ
rayonu ilə sərhədlərə malikdir. Rayon
mərkəzi dəniz səviyyəsindən 690-730
metr, ən ucqar Əlix kəndi 2400 metr yük-
səklikdə yerləşir. Böyük Qafqaz dağlarının
Bazardüzü (4466 m) və Şahdağ (4243 m)
zirvələri Qusar rayonu ərazisindədir.
Coğrafi
64
say 25 |
EcoVision
Azərbaycanı tanıyaq
Azərbaycanın gəzməli-görməli yerləri:
mövcud olan doqquz iqlim zonasından
dördü Qusar rayonu ərazisindədir. Əlve-
rişli hava şəraiti bu rayonda kurortların,
istirahət zonalarının və turizm kompleks-
lərinin təşkil olunması üçün böyük im-
kanlar yaradır.
Respublikada
65
say 25 |
EcoVision
Azərbaycanı tanıyaq
66
say 25 |
EcoVision
Yaxın
zamanlarda fəaliyyətə
başlayan “Şahdağ” Bey-
nəlxalq dərəcəli yay-qış idman-turizm
kompleksi böyük şöhrət qazanmışdır.
Bura qışda tanınmış dağ-xizək kurortu,
yayda isə Böyük Qafqaz dağlarının qoy-
nunda turizm bazasıdır. İl boyu idman və
istirahətə çox əlverişli iqlimi olan Şahda-
ğın -20°C soyuq qışı +20°C isti yay axşam-
ları ilə əvəzlənir. Bura regionun ən böyük
xizək kurortunun yerləşdiyi, dünyanın ən
böyük milli parklarından biri üçün müqa-
yisəolunmaz bir məkandır.
Qusar həm də macəra axtaran turistlər
üçün əvəzedilməz yerdir, çünki burada
çətin keçilən çaylar, sıldırımlı qayalar, dar
kanyonlar vardır ki, bu da macəra axtaran
turistləri özünə cəlb edir.
Şahdağ insanlara tezliklə unudulmaya-
caq bir təəssürat bağışlayır.
Azərbaycanı tanıyaq
67
say 25 |
EcoVision
Azərbaycanı tanıyaq
68
say 25 |
EcoVision
Azərbaycanı tanıyaq
yaxınlığında dağlarla əhatə olunmuş, öz
yaraşıqlı şəlalələri ilə məşhur olan Laza
yaşayış məntəqəsi yerləşir. Qışda donmuş
şəlalələrdə qayalara dırmaşma üzrə yarış-
lar keçirilir.
Kompleksin
69
say 25 |
EcoVision
Azərbaycanı tanıyaq
Qusar
rayonunda çoxlu say-
da tarixi abidə qalmış-
dır: Təniq kəndində XIII əsrə aid olan
qala qalıqları, 1460-cı ildə I Şirvanşah
Xəlilullahın qoşunları ilə döyüşlərdə hə-
lak olmuş ərdəbilli Şeyx Cüneydin qəbri
üzərində 1544-cü ildə tikilmiş sərdabə,
XVIII əsrə aid Köhnə Xudat, Xuray kənd
məscidləri, XIX əsrə aid Hil, Gündüzqala
və Həsənqala kənd məscidləri.
Xalq sənətkarlıqları arasında xalçaçılıq
sənəti – əsasən də həm ev şəraitində, həm
də şəhərin mərkəzində yerləşən sexdə
xov suz sumax palazlarının toxunma sənə-
ti daha çox inkişaf etmişdir. Yeri gəlmiş-
kən, həmin xalça sexində respublikada ən
böyük və arxasında 10 nəfərədək adamın
çalışa biləcəyi toxuculuq dəzgahı quraşdı-
rılmışdır.
70
say 25 |
EcoVision
xüsusi qabiliyyət
Aydın Makaş
- “Turkuaz Machinery” MMC-nin direktoru
Natiq Əhmədov
- “PAŞA Həyat Sığorta” ASC-
nin “Sığorta müqavilələrinin hazırlanması”
şöbəsinin Assistenti
Nərmin Məmmədova
- “PAŞA Həyat Sığorta”
ASC-nin İnsan
Resursları şöbəsinin
assistenti
72
say 25 |
EcoVision
xüsusi qabiliyyət
Kenan Sağlıklı
- Ticlon Iç və Dış TİC LTD ŞTİ-
nin rəhbəri
Oktay Vayiç
- “Network Global Logistics” MMC-
nin ölkə üzrə meneceri
73
say 25 |
EcoVision
yeni üzvlər
Yeni daxil olan üzvlər
PAŞA Bank ASC
Taleh Kazımov - İdarə Heyətinin sədri
Tel: (012) 4965000
Tel/faks: (012) 4965010
2007-ci ildə yaradılmış “PAŞA Bank” ASC
Azərbaycanın aparıcı korporativ bankıdır.
“PAŞA Bank” ASC investisiya bankçılığı, ticarə-
tin maliyyələşdirilməsi, aktivlərin idarə edil-
məsi də daxil olmaqla əsas maliyyə xidmətlə-
rini, o cümlədən kiçik və orta sahibkarlıq üçün
tam xidmətlər dəstini təklif edir. Bank iqtisa-
diyyatın qeyri-neft sektorunun əsas sahələ-
rinə-nəqliyyat, tikinti, ticarət və Azərbaycan
iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini
verən digər sahələrə xidmət göstərir.
www.pashabank.az
PAŞA TRAVEL
Anar Rəhmanov - İdarə Heyətinin Sədri
Tel: (012) 404 10 90
Fax: (012) 4041091
PAŞA Travel” MMC agentliyi Azərbaycanda ən
böyük holdinqlərdən biri olan, daşınmaz əm-
lak və tikinti, sığorta və bank işi sahələrində
fəaliyyət göstərən “PASHA Group” şirkətlər
qrupunun bölmələrindən biri kimi, 2003-cü
ildə təsis edilib. Bu vaxt ərzində bir çox uğura
imza ataraq özünü etibarlı və peşəkar tərəf-
daş kimi tanıtmağa müvəffəq olub.
www.pashatravel.az
Sinerji Proje Yönetimi
Ufuk Aydın - Baş Direktor
Tel: (012) 465 43 20
Faks: (012) 465 43 22
Sinerji Pro 1998-ci ildən bu günə qədər
elektrik alt quruluşu, inkişaf etmiş bina
elektronikası, tv yayımı və professional
səs və işıq sistemləri mövzularında geniş
məhsul çeşidləri və sahəsində mütəxəs-
sis mühəndis heyəti ilə açar təslim sistem
quraşdırılması reallaşdıran bir texnologiya
şirkətidir.
2014-cü ildə Azərbaycan ofisi açılan Sinerji
Pro qısa müddət içərisində əhəmiyyətli la-
yihələrə imza atdı (Xalça Muzeyi, Quba Xatirə
Mərkəzi, ADA–Azərbaycan Diplomatik Akade-
miyası, Heydər Əliyev Mədəniyyət Mərkəzi).
Azərbaycan ofisində isə Azərbaycanlı və Türk
heyətdən ibarət olan sahəsində mütəxəssis
60 nəfərlik inzibati, mühəndis və texniki per-
sonal çalışmaqdadır.
www.sinerjipro.net
Arlogic Baku MMC
Faiq Məmmədov – Baş Direktor
Tel: (012) 4480096
Faks: (012) 4480097
Email: info@arlogic-baku.az
ARKAS LOGİSTİK, 1989-cu ildən müştə-
rilərinə sərfəli, sürətli və etibarlı daşıma
xidmətləri təqdim edir. Bölgənin qabaqcıl
şirkətlərindən biri olmağı hədəfləyən AR-
KAS LOGİSTİK’in Rusiya, Azərbaycan, Gür-
cüstan, Qazaxıstan və Ukraynada, Türkiyə-
nin isə İzmir, İstanbul, Trabzon, Samsun,
Konya, Eskişehir, Ankara, Mersin, Gazian-
tep, Bursa, Dənizli və Antalya şəhərlərində
ofisləri var.
Dəniz, hava, quru, dəmiryolu ilə xidmət
göstərən ARKAS LOGİSTİK 2011-ci ildən baş-
layaraq dünyanın hər hansı bir nöqtəsindən
digər bir nöqtəsinə ən çətin layihə daşımala-
rını həyata keçirir.
ARKAS LOGİSTİK’in Azərbaycandakı ofisi AR-
LOGİC BAKU MMC 2012-ci ildən müştərilərinə
keyfiyyətli daşıma xidmətləri təqdim edir və
bölgənin qabaqcıl logistik şirkətlərindən biri
olmağı planlaşdırır.
Dəniz yolu daşımaları
Beynəlxalq yüklərin Dəmiryolu daşımaları
Hava və Layihə nəqliyyatı
Hava nəqliyyatı
www.arkaslojistik.com.tr
“Yeni İntourist
Hotel Company”
Marco Rabbia - Baş direktor
Tel: (012) 3103310
Faks: (012) 3103323
İntourist Bakı otelinin arxitekturası 1934-cü
ildə inşa edilmiş və memar Şusevin layihəsi
olan Köhnə İntourist otelindən ilhamlanaraq
yaradılmışdır. Öz unikal xüsusiyyətləri ilə
Yeni İntourist oteli Bakının ilk İntourist ote-
linin xatirələrini canlandırır. Yeni tikilmiş və
müasirləşdirilmiş bu bina fərdi stilli abu-ha-
vası ilə yüksək standartlara uyğun eleqant
qonaqlama təklif edir. Otelin 150 qonaq
otağı və suitləri müasirliyin və rahatlığın
göstəricisidir. Əksər otaqlar Xəzər dənizinə
və Bakı Bulvarına açılan panoramik mən-
zərə ilə seçilir.
www.boulevardhotelbaku.com
Sunlight Travel MMC
Ahmet Aslan - rəhbər
Tel: (012) 440 70 06
E-mail: office@sunlighttravel.az
Sunlight Travel şirkətinin məqsədi turizm
üzrə xidmətlərin keyfiyyətinin daimi artımına
nail olmaqla inkişaf etmək və genişlənməkdir.
Sunlight Travel turizm bazarında aparıcı
korporativ turizm şirkəti qismində fəaliyyət
göstərir və dünyanın istənilən məkanına sə-
yahət xidmətləri təklif edir.
www.sunlighttravel.az
KONSİS
Gülzar Əliyarbəyova - direktor
Tel: 012-497-81-52
Fax: 012-497-81-13
Email: info@konsis.az
2006-cı ildən ‘‘KONSİS’’ MMC Azərbaycanda
tərcümə xidmətləri və tədbirlərin təşkil olun-
ması üzrə peşəkar fəaliyyət göstərən şirkət-
lərdən biridir. Sinxron tərcüməyə tələbat
çox olduğundan biz Bosch İntegrus sinxron
tərcümə sistemi əldə etdik və yüksək key-
fiyyətli rəqəmsal tərcümənin ötürülməsi ilə
həm tərcüməçilər həm müştərilər arasında
populyarlıq qazandıq.
2009-cu ildən etibarən artıq tədbirlərin təş-
kili və planlanması ilə məşğul olmağa başla-
yarıb. ‘‘KONSİS’’ MMC dövlət və kommersiya
təşkilatları ilə böyük iş təcrübəsi qazana-
raq, 2014-cü ildən etibarən MİCE (görüşlər,
stimullaşdırma, konfranslar və tədbirlər),
tədbirlərin təşkil olunması, planlaşdırılma-
sı, texniki dəstək və peşəkar xidmətlər üzrə
aparıcı şirkətə çevrildi.
www.konsis.az
74
say 25 |
EcoVision
BAKCELL
Cəfərova Süheyla
Tel: (018) 498 89 89
Bakcell 1994-cü ilin mart ayında GTİB şirkəti
və Azərbaycan Respublikası Rabitə Nazirliyi
tərəfindən Birgə Müəssisə kimi təsis edilmiş-
dir. Bakcell Azərbaycanda ilk mobil rabitə xid-
məti göstərən şirkətdir.
Şirkət Analoq Tipli Sistem Operatoru (ETACS)
kimi fəaliyyətə başlamışdır. 1998-ci ilin Dekabr
ayında Bakcell qabaqcıl GSM telekommunika-
siya texnologiyasını tətbiq edərək, müştərilərini
dünya standartlarına cavab verən mobil rabitə
ilə təmin etdi. 2003-cü ilin Dekabrında şirkətin
özəlləşmə prosesi uğurla başa çatmışdır. Nəti-
cədə, 2004-cü ilin yanvar ayından başlayaraq,
Bakcell 100% şəxsi kapitala malik (olan) bir
şirkət kimi fəaliyyət göstərməkdədir.
www.bakcell.com
“Qlobal İnvest Kompani”
LTD MMC (PARK İNN)
Ahmet Can Yeşildağ - Baş direktor
Tel: 012-490-60-00
Fax: 012-496-89-00
Azərbaycanda 2006-cı ildən fəaliyyət
göstərən Park Inn oteli Bakının mərkəzində
Dənizkənarı Parkla və Park Bulvar ticarət
mərkəzi ilə üzbəüz yerləşir. Biznes və ya isti-
rahət məqsədilə şəhərə gələn qonaqlar Park
İnn otelində qalaraq çox rahatlıqla şəhərin
tarixi və mədəniyyəti ilə tanış ola, paytaxtın
gözəl və əyləncəli yerlərinə ən qısa zaman-
da gedə bilərlər.
www.rezidorparkinn.com/hotel-baku
“Dental Club” MMC
Rövşən Məmmədov - Baş həkim
Tel: (+994 70) 379 28 40
Email: dental.club111@gmail.com
Dental Club diş klinikası 2003-cü ildə
peşəkar stomatoloqlar tərəfindən təsis
olunmuşdur. Klinikanın başlıca məqsədi
təhlükəsiz və steril şəraitdə pasientlərə
irəli dişhəkimliyi xidməti göstərməkdir.
Klinika yüksək ixtisaslaşmış və ölkə xa-
ricində diş həkimliyinin müxtəlif sahələ-
rində təhsil almış həkim kollektivindən
ibarətdir.
Klinikada estetik diş həkimliyi, gülüş dizay-
nı, implant cərrahiyəsi, rəqəmsal diş hə-
kimliyi, uşaq diş həkimliyi və ortododontiya,
restovrativ diş həkimliyixidmətləri göstəril-
məkdədir.
Beta Qida Sənaye və
Ticarət A.Ş.
Mehmet Ali Uğur - İcraçı Baş Direktor
Tel: (018) 408 66 95
Beta Qida Sənaye və Ticarət A.Ş-nin təməli,
kiçik bir müəssisə olaraq 1978 - ci ildə Ada-
nada qoyulmuşdur.
Azərbaycan çay bazarına isə 1994 – cü ildə
girən “Beta Tea” bazarın 45 – 50%-inə sa-
hipdir.
Mərkəz ofisi Bakı şəhərində yerləşən “Beta
Qida Sənaye və Ticarət A.Ş”-nin Lənkəran
şəhərində istehsal – paketləmə fabrikası
fəaliyyət göstərməkdədir.
Ünvan: Nərimanov r-nu Ziya Bünyadov
pro.2061-ci məhəllə 118 G
www.beta.com
ATİB-ə üzvlük nə verir:
• Yeni biznes əlaqələrinin
formalaşdırıması
• Şirkətinizin daha yaxşı tanıdıl-
ması
• Ən son informasiyanın əldə
edilməsi
• Hər iki ölkədə biznes etiketi
və ənənələri ilə tanışlıq
• Müxtəlif layihələrin həyata
keçirilməsində iştirak
ATİB-in üzvlük şərtləri:
• ATIB-in Nizamnaməsinə
əsasən üzv olacaq hüquqi və fi-
ziki şəxsin və ya xarici şirkətin
təmsilçiliyinin Azərbaycanda
fəaliyyət göstərməsi.
• Dövlət qeydiyyatı haqqında şə-
hadətnamənin surəti və ATİBə
üzvlük blankı (üzvlük blankı
əlavə edilir).
• Birliyə illik üzvlük haqqı ola-
raq 1200 manat ödənilməsi.
Ödəmə hissə-hissə də həyata
keçirilə bilər.
75
say 25 |
Dostları ilə paylaş: |