Kafedra: Hüquq TƏLƏBƏNİn adi: İlahə Muradova



Yüklə 30,52 Kb.
səhifə1/3
tarix02.12.2022
ölçüsü30,52 Kb.
#72000
  1   2   3
    Bu səhifədəki naviqasiya:
  • UNESCO


Sərbəst iş


FAKÜLTƏ: Siyasi və ictimai elmlər
KAFEDRA: Hüquq
TƏLƏBƏNİN ADI: İlahə Muradova
İXTİSAS: Politologiya
QRUP: 2130p
TƏDRİS İLİ: 3
FƏNN: Azərbaycanın xarici siyasəti
MÖVZU: Avropa ittifaqı
MÜƏLLİMƏ: Elnarə Qazızadə
Mövzu: UNESCO ve Azərbaycan Respublikası
BAKI-2022-ci il
Mündəricat

GİRİŞ……………………………………………………………………….1


Kuelyarın Komissiyası………………………………………………2
Azərbaycan-UNESCO əlaqələrin qısa tarixi………………5
Azərbaycanın UNESKO-da təmsil olunan irsləri………..7
NƏTİCƏ…………………………………………………………………...8
ƏDƏBİYYAT……………………………………………………………..11

UNESCO ve Azərbaycan Respublikası


Giriş.
BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Təşkilatın nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə 20 üzv dövlətdən ibarət UNESCO öz rəsmi fəaliyyətinə başlamışdır. Hazırda UNESCO 195 ölkə və 10 Assosiativ Üzvdən ibarətdir. O, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir. Həmçinin aparıcı dövlətlərarası təşkilatlarla (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, Afrika Birliyi Təşkilatı, Ərəb Dövlətləri Liqası, İSESKO, TÜRKSOY və s.) da geniş əlaqələrə malikdir. Eyni zamanda, UNESCO yüzlərlə qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir. UNESCO üç əsas işçi orqandan ibarətdir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik. UNESCO (UNESCO — United Nations Educational, Scientific and Cultural Organization) – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur.
Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir.
UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır.
1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilmişdir.
Bu Təşkilatın Nizamnaməsi 1945-ci ilin noyabr ayında Londonda 44 ölkən nümayəndəsinin qatıldığı toplantıda qəbul edilmişdir. Türkiyə bu sənədi imzalayan ilk iyirmi dövlət arasındadır. (UNESCO Nizamnaməsi, Türkiyədə 20 may 1946 tarixli və 4895 saylı qanunla təsdiq edilmişdir).
Mərkəzi Parisdə olan və Ümumi Konfrans, İcra Şurası,Katiblik olmaqla üç ali orqanı olan UNESCO təhsil, elm və mədəniyyət sahələrindəki məqsədlərini, özünə üzv olan hər dövlətdə qurulan Milli Komissiyalar vasitəsilə reallaşdırmağa çalışır.



Yüklə 30,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin