Kainat və təbiət haqqında fəlsəfi hipotezalar seriyasından



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix21.03.2017
ölçüsü2,8 Kb.
#12069
1   2   3   4   5   6   7   8   9   10   ...   15

Qeyd:  “0”  məsələsinin  hər  məsələdə  yoxluq  kimi 
mütləqliyi  məndə  (E.N.)  bir  şəxs  kimi  şübhələr  yaradır.  “0” 
mütləq  olaraq  yoxluğun  ifadəsi  kimi  hər  zaman  ola  bilmir. 
Müəyyən  məkanda  olan  mütləq  varlığın  ədədlərlə  ifadə 
olunmasında,  çatışmayan  eyni  şeylərin  həmin  məkana 
gətirilməsində  “0”  anlayışı  itir.  Məsələn,  belə  götürək  ki,  bir 
məkanda  iki  avtomobil  var.  Bu  avtomobilin  hər  ikisini  həmin 
məkandan  çəkdikdə  təbii  ki,  həmin  məkan  üçün  avtomobilin 
ikisi  də  yoxa  çıxır.  Burada  2-2=0  alınır.  Bu  mütləq  riyazi 
hesablamadır.  Buna  real  mütləq  riyaziyyat  deyək.  Lakin 
avtomobilin  həmin  məkana  gəlməsinə,  geri  qayıtmasına 
münasibətdə -2+2=0 olmur. -2 (çatışmayan iki ədəd avtomobil) 
həmin  məkana  geri  gələndə  elə  iki  avtomobil  alınır.  Heçlik 
(“0”)  alınmır.  Onda  belə  çıxır  ki,  -2+2=2.  Burada  “-2”  bizim 
hesab  etdiyimiz  “0”  rolunu  oynayır.  Mütləq  reallıqlarda  riyazi 
hesablama  apararkən  “0”  yalnız  çoxdan  çoxun  özünü  çıxanda 
alınır.  3-3=0;  4-4=0.  Lakin  çatışmayan  varlığın  məkana  geri 
qoyulmasında “0” yoxdur. Bu məsələdə -4+4=4 alınır. Varlığın 
antonimliyi  elə  varlığın  özünün  yoxluğunda  meydana  gəlir.  -
4=4  alına  bilir.  Məsələn,  bir  məkanda  4  element  mövcuddur. 
Onun  4-ü  də  məkanını  dəyişir.  Onda  bu  məkan  üçün  elə 
çatışmayan  “4”  gələcək  “4”-ə  bərabər  olur.  Məsələn,  -4=4;  -
4+4=4.  Çatışmayan  tərkib  çatışana  bərabərdir.  Yəni,  varlıq 
kəmiyyəti  onun  çatışmayan  kəmiyyətinə  bərabərdir.  4=  (-4). 
Bu  məsələdə  4-4=4  də  alınır.  4  varlığının  yoxluğu  elə  4-ə 
bərabərdir.  Onda  “0”  mütləqliyini  itirir.  Bu  halda  “0”  öz 
mütləqliyini məkan  dəyişməsində  reallaşdırır. Çünki 4-dən elə 
4-ün  özünü  götürəndə  mütləq  riyaziyyatda  bu  məkan 
dəyişməsini  verir.  Əvvəlki  məkan  üçün  yox  olursa,  yeni 
məkanda  4  olur.  4-ün  tutduğu  bir  məkan  başqa  məkana 
keçəndə yenə də 4 olur. Yaxud da dörd ədəd 1, iki ədəd 2 olur. 
4-4=2+2  -burada  dördlərin  məkanı  fərqlidir.  Əgər  biz 

71 
 
məkanları  ortaya  gətirsək  və  “0”-la  işarələsək  və  onunla  izah 
etsək,  onda  alınır.  4-4=0.  Burada  “0”  boş  məkan  rolunu 
oynayır.  Boş  məkan,  yəni  “0”  +4=4.  İndi  başqa  məkandan  bir 
dənə  də  dörd  gətirək.  4+0+4=8.  (Ümumi  Qrafikdən  də  bir 
qədər aydın dərk etmək olar). 
 
 
“Hə” və “Yox” anlayışlarının enerji kriteriyası  
(gecə və gündüz) baxımından izah edilməsi 
 
Dəfələrlə  qeyd  edildi  ki,  təbiətin,  kainatın  əsasını  hərəkət 
təşkil  edir.  Hərəkətlər  sayəsində  tənzimləmə  prosesləri  baş 
verir.  Hərəkətlər  məkan  axtarma  prosesləridir.  Hərəkətdə  olan 
obyektlərin  qarşılıqlı  təsirləri  qüvvəni  meydana  gətirir. 
Tənzimləmə  sayəsində  nisbətlər  meydana  gəlir.  Tənzimləmə 
həm sistem daxilində rəngarəngliyi (müxtəlifliyi)  yaradır, həm 
də  oxşarlıqları,  uyğunluqları  formalaşdırır.  Hərəkətlər  məkanı, 
zamanı  formalaşdırır.  Tənizmləmə  müəyyən  məkanlarda 
tarazlıqların  yaranmasına,  o  da  öz  növbəsində  bütövlüyün 
təmin olunmasına xidmət edir. Məkanın və zamanın əlamətləri 
hərəkətlərdə  və  dəyişmələrdə  müşahidə  olunur.  Hərəkətlər 
sistemləri  və  onların  xassələrini  meydana  gətirir.  Hərəkətlər 
sistemdaxili  hadisələri  törədir  və  eləcə  də  hadisələrin  daxili 
mahiyyətini  əks  etdirir.  Hərəkətlər  bir-birini  əvəzləyir.  Bu 
ə
vəzləmə  qarşılıqlı  əlaqəli  tənzimləmədən  meydana  gəlir. 
Hərəkətlər sayəsində əlamətlər dəyişir və müəyyən məkanlarda 
formalar və məzmunlar meydana gəlir. Formalar və məzmunlar 
ümumi  sistemin  tərkib  sistemlərinə  və  tərkib  strukturlarına 
çevrilir.  Sistemlər  və  strukturlar  arasında  olan  fərqlərdə  və 
uyğunluqlarda,  oxşarlıqlarda  kəmiyyət,  kəmiyyətdən  meydana 
gələn  keyfiyyət,  forma  və  məzmun  kriteriyalar  olaraq  mühüm 
rol  oynayır.  Hərəkətlər  dərəcələnir,  qüvvədən  meydana  gəlir, 
qüvvələr 
hərəkətlərin 
dərəcələnmələrini 
təmin 
edir. 
Hərəkətlərin  dərəcələnmələrində  kəmiyyət  kateqoriyası  da 

72 
 
yaxından  iştirak  edir.  Kəmiyyət  qüvvələrin  yaranmasını, 
mərkəzi  qüvvələrin  formalaşmasını  təmin  edir.  Kəmiyyət 
keyfiyyətin də yaranmasını təmin edir.  
Hərəkətlər  sistemlərin  forma  və  məzmunlarını  dəyişir. 
Sistemlərə daxildən və kənardan olan təsirlər məhz hərəkətlərin 
ə
saslarını  təşkil  edir.  Hərəkətləri  yaradan  ona  təsir  edən 
elementlərin  kəmiyyət  dərəcələridir,  ölçüləridir,  çəkiləridir. 
Kəmiyyət-müəyyən  məkanda  toplaşmış  elementlərin  vəhdəti 
və  cəmi  elə  qüvvəni  meydana  gətirir.  Kəmiyyət  və  qüvvə 
sürətin gücünü təşkil edir.  
Enerjinin  mənbəyi  kəmiyyəti  hərəkətə  gətirən  qüvvədir, 
qüvvəni  yaradandır.  Kainatın  ümumi  qüvvəsi  onun  tərkib 
qüvvələrindən  meydana  gəlir.  Bu  baxımdan  da  birləşmə 
sayəsində  kainatın  vahid  əsaslı  cazibə  qüvvəsi  yaranır.  Bu 
cazibə  qüvvəsi  də  kainatı  bütöv  halda  saxlayır.  Kainat 
daxilində  qüvvələr  arasında  başa  verən  proseslər  tarazlığın 
yaranmasını  təmin  edir.  Enerji  kəmiyyəti  elementlər  cəminin 
kütləsindən  və  sürətindən  meydana  gələn  nəticədir.  Enerji 
kütlədir,  bu  kütlə  də  öz  növbəsində  hərəkətdə  olan  kütlədən 
ayrılandır, həm də kütlənin özüdür. Məsələn, güclü hava axını 
müəyyən  bir  obyektə  dəyəndə  onun  kütləsini  dəyişir.  Küləyin 
gücü  artdıqca  təsirdə  ola  obyektin  də  çəkisi  dəyişir.  Külək 
obyektin cazibə qüvvəsinə üstün gəlir və onu yerindən qoparır. 
Külək  hissələrdə  olan  kütləni  dəyişir  və  hissəni  qoparır.  Bu 
baxımdan da hava axınının kütləsi elə axının qüvvəsini yaradır. 
(Qeyd:  belə  qəbul  etmək  olar  ki,  müəyyən  bir  yaşayış 
məskənində  atmosferdə  təzyiqin  dəyişməsi  həmin  məkanda 
çəkilərin  dəyişməsinə  səbəb  olur.  Buna  görə  də  gecə  ilə 
gündüz arasında məkanın kütləsi də dəyişkən olur). Partlayış 
dalğasının  enerjisi  getdikcə  ətraflara  doğru  azalır.  Partlayış 
dalğasının  kütləsi  ətraflara  doğru  yanğından  qeyri-yanğın 
formada  olan  enerji  axınına  qədər  dəyişir.  Alov  –gücü 
zəiflədikcə  yayılanda  isti  hava  axınına  qədər zəifləyir. Alovun 
enerjsii mənbədə güclü ətrafda isə nisbətən zəif olur. Bu zəiflik 

73 
 
ona görə meydana gəlir ki, ətraf boşluq tərəfindən alov enerjisi 
udulur,  ətraf  boşluq  onu  seyrəkləşmiş  qaza  parçalayır, 
səpələyir.  Atmosferdə  alov  daha  da  geniş  yayılır.  Alov  ona 
görə  sönür  ki,  onun  gücü  başqa  obyektə  təsir  edə  bilmir. 
Məsələn,  torpaq  üzərində  yanan  odun  parçası  sönüb  külə 
dönür. Alov dayanır. Çünki alovun altdakı torpağı yandırmağa, 
onun  tərkibini  dəyişməyə  gücü  çatmır.  Alov  torpağa  bir  qədər 
enerji verir. Təsir cüzi olur. Lakin yanan odunu digər bir odun 
parçası  üzərinə  qoysaq  yanma  davam  edəcəkdir.  Alovun 
(enerjinin) səpələnməsi sayəsində sıxlıq da azalır. Ətraf məkan 
lap  geniş  olanda  alov  da  tez  sönür  və  yanan  mənbə  tükənir. 
Ümumiyyətlə, hava axını ilə gələn alov enerjisi əslində alovun 
tərkibinin seyrəkləşmiş formasıdır.  
Kainatın,  təbiətin  enerjiyə  malik  olmasının  əsasları  onu 
təşkil edən elementlərin bərk, maye və qaz halında olmasından 
irəli  gəlir.  Enerji  fərqləri  maddələrin  halının  yaranmasını 
şə
rtləndirir.  Enerji  dərəcələnmələri  də  məhz  təbiətdəki  qüvvə 
kəmiyyətinin  fərqli  obyektlərə  olan  tətbqindən  ortaya  çıxır. 
Gecə və  gündüz Yer kürəsinin enerji tarazlığının əsasını təşkil 
edir. İnsanların  psixi  xüsusiyyətləri,  fizioloji  xüsusiyyətləri, 
bioloji  amillər  məhz  enerji  ilə  bağlıdır.  Gecə  və  gündüz 
vəhdəti 
insanlar 
üçün 
ümumi 
bir 
tarazlı 
vəhdət 
trayektoriyasıdır.  Onun  daxilində  pozulma  və  bərpa  var.  Gecə 
və  gündüz  arasında  olan  enerji  nisbəti  insanın  daxili  enerjisi, 
Yer  kürəsinin  daxili  enerjisi  ilə  nisbətə  təsir  göstərir.  Yerdə 
olan bütün hadisələr məhz enerjinin artıb-azalmasına tabedir və 
ondan  asılıdır.  Bütün  materiya  aləminin  dadı,  iyisi  və  qoxusu, 
rəngi, forma və məzmunu məhz enerji dəyişmələrinin materiya 
aləminə  tətbiqi  ilə  əlaqəlidir.  Xəstəliklər  və  onların  müalicəsi, 
sağalması  və  yaxud  da  davam  etməsi  və  kəskinləşməsi  elə 
enerji və enerjisizliklə sıx bağlıdır.  
Təbiətdəki  enerji  dəyişməsi  fikirləri  də  dəyişir(2  saylı 
qrafikdən  də  ətraflı  tanış  olmaq  olar)  Enerji  dəyişməsi, 
insanın  daxili  enerji  dəyişməsinə  də  təsir  edir.  İnsanlar 

74 
 
təbiətdən  enerji  alırlar  və  təbiətə  enerji  ötürürlər.  İnsan 
düşüncələri  onun  aldığı  və  ötürdüyü,  eləcə  də  daxilində 
saxladığı  enerjiyə  çox  bağlı  olur.  İnsanların öz aralarında  olan 
enerji  ötürmələri  məhz  insan  fikirlərinin  dəyişməsinə  səbəb 
olur.  İnsanların  ətrafa  olan  münasibətləri  onlara  enerji  qəbul 
etdirir,  eləcə  də  enerji  sərf  etdirir.  Enerjinin  qəbulu  və 
ötürülməsi  arasında  onun  kəmiyyətindən  asılı  olaraq  bir 
prosesli  məsafə  meydana  gəlir.  Fikirlərin  uzun  və  qısa  olması 
da  bu  siqnalların  kəmiyyətindən  asılı  olur.  Kəmiyyət  və  sürət 
təbii  ki,  proseslərin  zamanını  uzadır  və  qısaldır.  Məsələn, 
insanlar  aldıqları  siqnallara  görə  dərhal  reaksiya  verə  bilirlər, 
eləcə  də  dərhal  ötürə  bilirlər.  Bu  proses  uzun  da  çəkə  bilir. 
İ
nsan fikirləri zamanla yanaşı, məkan kateqoriyasından da asılı 
olur.  Məkandakı  siqnal  fərqləri  elə  insanların  fikirlərinə  təsir 
edir.  Bu  fərqlər  də  kəmiyyətdən  meydana  gəlir.  İnsanların 
fikirlərində  olan  razılıq  və  qeyri-razılıq  ifadələri  bir-birinə 
antonimlərdir.  Bu  antonimlər  həm  qısa  zamanda mövcud olur, 
həm  də  yaxın  zamanda  meydana  gəlir.  Bir  məsələyə 
münasibətdə  insan  dərhal  “hə”,  dərhal  “yox”  deyə  bilir.  Həm 
də  uzun  zaman  fikirləşir  və  “hə”  və  “yox”  arasında  olan 
trayektorik məsafə daha da uzanır.  
“Hə” və “yox”-un uzanması düşüncələrin zamanını uzadır. 
Düşüncə uzandıqca mövqelər də uzanır. Fikirlərdə dərhal “hə” 
var,  dərhal  “yox”  var.  Düşüncələrin  uzanmasının  və  ya  da 
qısalmasının zamanı təbiətin enerjisinə bağlıdır. Enerji artdıqca 
daxili  enerji  də  artır  və  düşüncələr  uzanır,  tərkibi  dəyişir  və 
zənginləşir.  Belə  bir  fərziyyədən  çıxış  etmək  olar  ki,  gecə  ilə 
gündüzün  arasında  məsafənin  böyük  olduğu  məkanlarda 
düşüncələr  də  böyükdür.  Əgər  Yer  kürəsi  çox  böyük  olsaydı, 
onda  insanların  təfəkkürləri  də  çox  inkişaf  etmiş  olardı. 
Gündüz  çox  siqnal  qəbul  edərdilər.  Gecəni  isə  uzun  olaraq 
siqnalları  emal  edərdilər.  Gecə  ilə  gündüzün  uzanması 
fikirlərin  uzanmasının  əsasında  dayanır.  Səbirli  və  uzun 
zamana  təsadüf  edən  düşüncəli  insanlar  digər  insanlardan 

75 
 
fərqlənir.  Məsələn,  belə  insanlar  çox  hallarda  “başqa  aləmin” 
və  “başqa  dünyanın”  insanları  hesab  oluna  bilirlər.  Səbr  və 
dözüm, uzan zaman fikirləşmə mövqenin (burada münasibətin) 
uzanması,  mütləq  və  nisbi  arasında  uzun  əvəzləmələr 
trayektoriyaları məhz enerjinin qəbulu, emalı və ötürülməsi ilə 
tənzim olunur.  
Belə  təxmin  etmək  olar  ki,  enerji  çox  olan  məkanlarda 
elementlər çox olduğundan rənglər də, iyilər də çoxdur. Başqa 
böyük  planetlərdə  canlılar  olarsa,  təxmin  etmək  olar  ki,  onlar 
daha dərin düşüncələrə sahib olarlar. Gecə ilə gündüz arasında 
məsafənin  indikindən  (yəni  Yer  kürəsində  olduğundan)  çox 
olması  insanlar  arasında  uzun  düşünmələrə  səbəb  ola  bilər. 
Çünki  gecə  və  gündüz  əvəzlənmələri  həm  də  fikirləri  dəyişən 
kriteriyalardır.  Dəyişmələr  təkrarlanmalara,  yəni  eyni  fikirlərə 
düşmələrə səbəb ola bilər. Burada yaddaşda saxlamaq amili də 
mühüm  rol  oynaya  bilər.  Yaddaşa  gələn  siqnalların,  həkk 
olunan  siqnalların  yaddaşdan  silinməsi  və  təkrar  olaraq 
yaddaşlara qayıtması da mümkün olur. Yaddaş məlumatları da 
enerji ilə bağlıdır. Enerji siqnalların elə özündədir.  
Bu  prinsipdən  və  təxmin  olunan qanunauyğunluqdan çıxış 
edərək hesab edə bilərik ki, Yer kürəsində iri canlılar (məsələn, 
insanların  da  iri  formaları)  o  vaxt  yaşayıblar ki,  həmin vaxtlar 
indiki  miqdarda  (ölçüdə)  gecə-gündüz  müddəti  olmayıbdır. 
Təxmin  etmək  olar  ki,  Yer  kürəsinin  öz  oxu  ətrafında 
fırlanması  daha  uzun  olubdur.  Onlar  da  düşüncələri  etibarilə 
daha  təkmil  və  nəhəng  olublar.  Onda,  belə  bir  qərara  gəlmək 
olar ki, Yer kürəsinin gecə-gündüzü o zamanlar indiki kimi 24 
saat  ərzində  tamamlanmayıb.  Tamamlanmayıbsa,  kütləsi  də 
indiki kimi olmayıb. İri canlılar (burada məsələn, iri heyvanlar) 
yaşayan  zamanda  Yer  kürəsinin  atmosferi  daha  da  oksigenlə 
zəngin  olub.  Deməli,  ya  materiklərin  hamısı  olmayıb  (indiki 
kimi), su çox olub, ya da materiklər böyük olub, meşəliklər çox 
olub.  Planet  ümumiyyətlə,  böyük  olub.  Gecə  və  gündüz  bir-
birini  24  saatdan  fərqli  olaraq  əvəz  edib.  Onda  Yer  kürəsinin 

76 
 
indiki  kimi  (formasından  söhbət  gedir)  mövcudluğu  da  şübhə 
altına alınır.  
Gecə-gündüzün  uzun  olması  nitqlərdə  və  düşüncələrdə 
dəyişikliyə  səbəb  ola  bilər.  Bu  baxımdan  hesab  etmək  olar  ki, 
keçmiş  zamanın  insanları  indiki  kimi  danışa  bilməzdilər. 
Onların mövqeləri də fərqli olardı. 
Enerji  artıb-azalanda  “hə”  və  “yox”un  da  məkanı  (burada 
elə  azalma  və  artma  dəyişdirən  faktordur)  və  tərkibi  dəyişir. 
“Yox”  azala-azala  “hə”ni,  “hə”-də  “yox”u  əvəzləyir.  Bu 
ə
vəzləmə  prosesinin  hər  bir  anı  eynidir.  Yəni  antonimlər 
eynidir. Burada 1 “hə” 1 “yox”a bərabərdir. Yəni, -1=1. Burada 
1-dən  elə  1  çıxılır.  Hər  iki  münasibət  ifadəsi  bir-birinin 
içərisindədir.  Antonimlərdir,  lakin  vahid  trayektoriyada  artıb-
azalan  kəmiyyətlərdir.  “Hə”  siqnalı  enerjivericidir.  “Hə”-nin 
mütləqləşməsi,  qətiləşməsi  daha  çox  enerjinin  artması 
sayəsində  baş  verir.  Enerji  artanda  “yox”  azalır.  İnsanlarda 
pozitiv fikirlər meydana gəlir.  
 
Rənglərin  mövcudluğunun  enerji  kriteriyası  (gecə  və 
gündüz) baxımından izah edilməsi 
 
Rəng  elementlər  qarışığından  ibarət  olan  bir  formadır, 
görünüşdür.  Rənglərin  müxtəlifliyi  məhz  elementlər  arasında 
olan  əlaqələrin  müxtəlifliyidir.  Birləşmə  formasının  müxtəlif 
olması  rənglərin  çoxçalarlı  olmasının  əsaslarını  təşkil  edir. 
Rəng  parıltısı  həmin  rəngin  işıqla  olan  təmasının  dərəcəsidir, 
həmçinin  rəngin  özünün  elementlərinin  quruluş  (struktur) 
formasıdır.  Elementlər  birləşmələri  arasında  olan  əlaqələr 
miqdardan  asılıdır.  Miqdar  çox  olanda,  kəmiyyət  də  çox  olur, 
sıxlıq  artır,  rəng  də  tündləşir.  Açıq  rənglərdə  quruluşlar  da 
seyrəkdir. Bu halda enerji də demək olar ki, azdır. 
Belə izah etmək olar ki, rəng elementlər qarışması zamanı 
meydana  gələn  “element  mübarizələrinin  məkan  uğrunda 
mübarizəsi”ndən  yaranan  aktivlikdir.  Elementlərin  fərqli 

77 
 
ə
sasları  və  fərqli  birləşmələr  (qarışmalar)  fərqli  təsirləri 
meydana gətirir.  
Təbiətdə  rənglərin  çoxluğu  materiyanın  kütləsindən,  Yer 
kürəsinin Günəş sistemində olan mövqeyindən, kosmik fəzada 
yerləşməsindən  və  dövrə  hərəkətindən,  Yer  kürəsinin  Günəşlə 
olan  məsafəsindən,  planetin  ölçüsündən,  eləcə  də  tərkibindən 
asılıdır. Rənglərin müxtəlifliyi rəngləri təşkil edən elementlərin 
tərkibindən  və  onların  birləşmə  formasından  (qarışma 
formasından)  meydana  gəlir.  Burada  elementlərin  kütləsi  də 
rənglərin  dəyişməsində  təsiredicidir.  Rəngin  forması,  rəngin 
müxtəlifliyi,  açıq  və  tündlülüyü  təbii  ki,  tərkibdəki 
elementlərin  kəmiyyətindən  asılıdır.  Hesab  etmək  olar  ki, 
elementlər  nə  qədər  çox  olarsa  (müəyyən  bir  qarışma 
məkanında,  tutum  həcmində),  rəng  də  bir  o  qədər  tünd  olar. 
Məlumdur  ki,  istənilən  halda  tündlük,  sıxlıqdan  asılıdır. 
Məsələn,  tünd  daşlar,  tünd  torpaqların  təbii  rəngləri  sıxlıqla 
izah olunmalıdır. Tünd rənglərdə enerji mənbəyi çoxdur. Çünki 
miqdar  çoxdur.  Lakin  bu  rəngləri  açıq  rənglərə  nisbətən  aktiv 
hesab  etmək  olmaz.  Açıq  rənglərdə  isə,  hesab  etmək  olar  ki, 
seyrəklik  var.  Burada  yüngül  çəkili  elementlər  üstünlük  təşkil 
edir.  Aktivlik  çoxdur.  Tünd  rənglərdə  aktivliyi  Günəş  enerjisi 
daha  da  artıra  bilir.  Bu  halda  enerji  artsa  da  rəngi  təşkil  edən 
elementlər  tədricən  ondan  aralanmağa,  rəngi  tərk  etməyə 
başlayır.  Deyək  ki,  qara  rəngli,  məsələn,  tünd  qara  rəngli 
paltarlarda  toplanmış  enerji çoxdur,  tündlük var. Günəş həmin 
rəngləri  aktivləşdirir,  enerji  artır.  Bu  halda  onu  geyinmiş 
insanın canı daha tez qızır, “yanır”. Qara rəngin tərkibi Günəş 
enerjisi  təsirindən  azalmağa  başlayır.  Azalma  prosesində  qara 
rəng başqa bir  rəngə keçməyə başlayır. Günəşin az olduğu qış 
aylarında  isə  qara  rəng  bir  o  qədər  bədənə  enerji  verə  bilməz. 
Ə
ksinə, isti havanın qarşısını, açıq rənglərə nisbətən, ala bilər. 
Açıq rəngli  paltarlarda  isə  Günəş  parıltı  verir, aktivlik çoxdur. 
Bu  rənglər  tez  solmağa  meyilli  olurlar.  Çünki  tərkiblərini 
Günəş tez parçalayır, strukturu dağıdır.  

78 
 
Rənglər 
tərkiblərinə 
görə 
dərəcələnirlər. 
Keçidlər-
tündləşmənin  və  açılmanın  trayektorik  keçidləri  (rəngdən-
rəngə  keçməni)  meydana  gətirir.  Bu  keçmə  də  enerji  tətbiqi 
sayəsində  baş  verir.  Enerji  azaldqca  da  rənglər  dəyişir.  Qeyd 
olunduğu  kimi  onların  fərqləri  tərkib  elementlərindən  və 
qarışmış  elementlərin  miqdarından  asılıdır.  Təbiətdə  nə  qədər 
element 
varsa, 
onları 
müxtəlif 
tərkiblər 
nisbətində 
qarışdırmaqla,  sonsuz  rəng  çeşidini  əldə  etmək  olar.  İstənilən 
iki  elementi  qarışdırıb  bir  rəng,  başqa  elementləri  əlvə  edib 
digər  rəngləri  əldə  etmək  olar.  Sonsuz  çeşidli  rənglərin  əldə 
olunmasını 
həm 
element 
sayından, 
həm 
qarışdırılan 
elementlərin  özündən,  həm  də  qarışdırılma  üsulundan  əldə 
etmək  mümkündür.  Məsələn,  a,  b,  c,  ç,  d,  e,  ə,  f  və  s. 
sistemində a-b; a-f, a-ə, b-f, ç-d, b-f, a-b-f, f-ə-e, a-d-c, a-b-c-ç, 
a-b-f-e-ə və s. sonsuz rəng çeşidini əldə etmək olar. İki rəngin 
qarışmasına  daha  iki  başqa  rəngin  qarışmasından da  yeni rəng 
ə
mələ  gəlir.  Istənilən  məhlul  qarışmasında  (bərk  və  maye 
halında  olan  maddələrin  qarışması,  qaz  halında  olan 
maddələrin qarışması nəticəsində) rənglər meydana gəlir. Buna 
görə  də  rənglər  sonsuzdur.  Rənglərin  çeşidlərinin  sonsuzluğu 
rənglərdən  alınan  nəticələrdən  formalaşır.  Nəticələr  almaq 
prosesləri sonsuzdur, rənglərin çeşidləri də sonsuz olmalıdır. 
Rənglərin əks olunması enerji ilə bağlıdır. Birinci növbədə 
qəbul  edilməlidir  ki,  rənglərin  tərkibini  təşkil  edən  elementlər 
enerji  ünsürləridir,  vasitələridir.  Hər  bir  rəng  enerji  tətbiqi 
sayəsində məhlullarda əldə olunur. Enerjisiz məhlul ola bilməz. 
Su da enerjidir. Enerjinin artıb-azalması rənglərin dəyişməsinə 
təsir  edə  bilər.  Məhluldakı  enerjinin  (burada  temperaturun) 
artıb  -azalması  qarışan  məhlulda  rənglərin  dəyişməsinə  səbəb 
olur.  Müxtəlif  çeşidli  rənglərin  əldə  olunması,  onların 
çeşidlərinin  çox  olması  enerjidən,  miqdardan  və  elementlərin 
xassələrindən asılıdır. 
Qaranlıqda  bütün  rənglər  eyni,  yəni  qara  rəngdə 
görünür.  Deməli,  enerjinin  azlığı  ayrıd  etmək  məsələsində 

79 
 
rənglərin  qaralmasına  gətirıb  çıxarır.  Günəş  işığında  eyni 
zamanda,  elektrik  işığında,  alov  işığında  rənglər  ayırd  edilir. 
(Hətta  belə  də  qəbul  etmək  olar  ki,  rəng  ancaq  işıqda  çeşidli 
çalara  malik  olur.  Məsələn,  qırmızı  rəng  ancaq  işıq  üzərinə 
düşəndə qırmızılaşır, öz rəngini alır. İşıqsız isə qara rəngdədir. 
Çünki  göz  onu  elə  qara  görür).  Əks  halda  bütün  rənglər 
eynidir.  Burada  işıq  enerjisi  rəngləri  ayırd  etmək  üçündür. 
Rənglər  işıq  enerjisi  ilə  qarşılıqlı  əlaqədə  olarkən,  qarşılıqlı 
reaksiyadan öz rəngini büruzə verdirir. İşığı çox artırdıqca rəng 
bir  o  qədər  ayırd  edilməyə  başlayır.  Bu  ona  görə  baş  verir  ki, 
enerji  onun  tərkib  strukturunu  əks  etdirən  siqnal  formalarını 
gözə  ötürür.  Qarışmış  üsulla  əldə  olunmuş  rəng  gecə-gündüz 
öz rəngində qalır. Lakin parıltı olanda, işıqla təmas zamanı əks 
olunma  sayəsində  rəng  özünü  büruzə  verir.  Bu  baxımdan  da 
işıqsız rəng yoxdur.  
İş
ıq  rəngi  dəyişən,  solduran,  onun  strukturunu  dağıdan 
faktordur.  Məsələn,  insan  dərisi  Günəş  altında  öz  rəngini 
dəyişir.  Məsələn,  tündləşir.  Deməli,  reaksiya  baş  verir.  İşıqsız 
rəng  görünə bilməz. Həm də belə qəbul etmək olar ki, işıqdan 
rəngi uzaqlaşdırdıqca da rəng öz formasını dəyişəcək. Məsələn, 
qaranlığı artırdıqca, belə hesab etmək olar ki, rəng tündləşəcək. 
İş
ığa  yaxınlaşdırdıqca  isə  rəng  daha  da  açılacaq,  nəticədə 
solacaq, sonda başqa bir rəngə keçəcək. Deməli, rənglər işıqla, 
ə
traf  aləmlə  daima  reaksiya  şəraitində  olur.  Enerjinin  artması 
rəngin tərkibinin parçalanmasına səbəb olur. Stabil enerji rəng 
tərkibini tədricən ondan götürür, azaldır. Təxmin edək ki, gecə 
olmur,  Günəş  daimi  olaraq  bir  rəngli  əşyanın  üzərinə  düşür, 
onda  rəng  öz  tərkibini  tez  bir  zamanda  itirməyə  məruz 
qalacaqdır. 
Rənglər  müəyyən  enerji  sayəsində  bir  müddət  açıla 
bilərlər, sonra yenidən tündləşə bilərlər. Sonra isə yenidən açıla 
bilərlər.  Enerjinin  ardıcıl  tətbiqi  rəngləri  tündlülükdən 
açıqlılığa doğru apara bilər. Bu anda enerji dəyişmələri (tətbiqi 
kəmiyyəti)  də  baş  verəcək.  Rənglər  həm  də  ona  görə 

80 
 
formalarını dəyişəcək ki, özlərindən enerjini buraxacaqlar. Hər 
an rəng öz tərkibini dəyişir. Nələrisə artırır, nələrisə azaldır. Bu 
artırıb-azaltma  gecə-gündüz  vəhdətində,  enerji  kəmiyyətinin 
müxtəlifliyində baş verir.  

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə