Kardiologiya ixtisası üzrə nümuməvi test sualları



Yüklə 266,32 Kb.
səhifə1/19
tarix25.12.2016
ölçüsü266,32 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   19
Kardiologiya ixtisası üzrə nümuməvi test sualları
(178 və hər biri 50 sualdan ibarət 2 fayl bu sualların tərkibində mövcuddur)
01.09. 2013 – cü il tarixində əlavə edilib
1) Ateroskleroz zamanı birinci növbədə aşağıda göstərilən hansı damar qatı zədələnir?

A) medial

B) intima və medial

C) adventisiya

D) bütün qatlar

E) intima


Ədəbiyyat: Диагностика и коррекция нарушений липидного обмена с целью профилактики и лечения атеросклероза. Российские рекомендации .Москва 2004.
2) Aterosklerozun ağırlaşmalarına aşağıda göstərilənlərdən hansı aiddir?

A) tromboz və kalsinoz

B) tromboz

C) xoralaşma

D) fibroz

E) kalsinoz


Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
3) Aşağıda verilən hansı tip dislipoproteidemiya aterogen hesab edilir?

A) I vəIII tip

B) I tip

C) II, ІІІ, ІV tiplər

D) V tip

E) II və V tip


Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
4) Aşağıda göstərilən hansı lipoproteidlər antiaterogen rol oynayır?

A) yüksək sıxlıqlı lipoproteidlər

B) “Remnant” hissəciklər

C) çox aşağı sıxlıqlı lipoproteidlər

D) xilomikronlar

E) aşağı sıxlıqlı lipoproteidlər


Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
5) Ailəvi kombinə olunmuş hiperxolesterinemiya aşağıda göstərilənlərdən hansının artıqlığı ilə müşahidə olunur?

A) Xilomikron və çox aşağı sıxlıqlı lipoprtoteidlərin

B) Aşağı sıxlıqlı lipoprtoteidlərin

C) Aşağı sıxlıqlı lipoprtoteidlər və ümumi xolesterinin

D) Orta sıxlıqlı lipoproteidlərin

E) Xilomikronların


Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
6) Birincili ailəvi hiperxilomikronemiyanın diaqnostikasında aşağıda göstərilən hansı əlamətlər daha çox əhəmiyyət kəsb edir?

A) Qaraciyər və dalağın böyüməsi, nefrotik sindrom

B) Buynuz qişanın lipoid ləkələri, ksantomatoz, hepatosplenomeqaliya, abdominal agrı sindromu

C) Ovucun ksantomatozu, kəskin pankreatit

D) Buynuz qişanın lipoid ləkələri və hiperqlikemiya

E) Axilles vətərinin ksantomatozu


Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
7) Nikotin turşusunun qəbulu zamanı qan plazmasında hansı lipidlərin səviyyəsi azalır?

A) xolesterin və triqliseridlərin

B) yüksək sıxlıqlı lipoproteidlərin

C) xolesterinin

D) xolesterinin, lakin triqliseridlərin səviyyəsi artır

E) triqliseridlərin


Ədəbiyyat: Диагностика и коррекция нарушений липидного обмена с целью профилактики и лечения атеросклероза. Российские рекомендации. Москва 2004.
8) Nikotin turşusunun əlavə təsiri nə ilə əlaqəlidir?

A) vazodilatasiya

B) allergik reaksiya

C) hipervitaminoz

D) hipovitaminoz

E) vazokonstriksiya


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
9) Lovastatinin təsir mexanizmi aşağıdakılardan hansıdır?

A) LDL (aşağı sıxlıqlı lipoprotein) reseptorlarını azaldır

B) bağırsaqlardan xolesterinin sorulmasını azaldır

C) HDL (yuxarı sıxlıqlı lipoprotein) səviyyəsini artırır

D) bağırsaqlardan öd turşusunun sorulmasını azaldır

E) xolesterinin sintezini inhibə edir


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
10) Əsas aterogen lipoproteidlər hansılardır?

A) yüksək sıxlıqlı lipoproteidlər

B) çox aşağı sıxlıqlı lipoproteidlər

C) aşağı sıxlıqlı lipoproteidlər

D) xilomikronlar

E) xilomikronlar və çox aşağı sıxlıqlı lipoproteidlər


Ədəbiyyat: Кобалава Ж.Д.// Клиническая фармакология и терапия. 2000
11) Xüsusi tədqiqatlara əsasən hiperlipidemiyası olan ÜİX -li şəxslərdə aşağıda göstərilən hansı qrup preparatlarının qəbulu ömrü uzadır?

A) nikotin turşusu

B) Asetil salisil turşusu törəmələri

C) fibratlar

D) statinlər

E) hormonlar


Ədəbiyyat: Кобалава Ж.Д.// Клиническая фармакология и терапия. 2000
12) Metabolizm məhsullarının (H+, adenozin, ATF, ADF, AMF, CO2, süd turşusu və s.) və bioloji aktiv maddələrin (bradikinin, histamin və s.) təsirindən intensiv işləyən organlarda nə baş verir?
A) arteriola, prekapillyar sfinqterlərin tonusu azalır, beləliklə, fəaliyyətdə olan kapillyarların miqdarı çoxalır

B) arteriola, prekapillyar sfinqterlərin tonusu artır və fəaliyyətdə olan kapillyarların miqdarı azalır

C) arteriola, prekapillyar sfinqterlərin tonusu aşağı düşür, fəaliyyətdə olan kapillyarların miqdarı azalır

D) arteriola, prekapillyar sfinqterlərin tonusu artır, fəaliyyətdə olan kapillyarların miqdarı çoxalır

E) prekapillyar sfinqterlərin tonusu azalır, fəaliyyətdə olan kapillyarların miqdarı artır
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51
13) Quruluşca tiroid hormonlarına oxşar antiaritmik dərman hansıdır?

A) xinidin

B) amiodaron

C) meksiletin

D) sotalol

E) lidokain


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
14) Ən qısa təsirli beta-blokator hansıdır?

A) esmolol

B) metoprolol

C) propranolol

D) atenolol

E) asebutolol


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
15) Kalsium kanalının blokatorları hansı aritmiyalarda istifadə olunur?

A) hamısında

B) “Torsades de pointes” tipli aritmiyalarda

C) mədəcik taxikardiyasında

D) kəskin mədəciküstü taxikardiyalarda

E) Volf-Parkinson-Vayt sindromunda yaranan aritmiyalarda


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство,2007г.
16) Volf-Parkinson-Vayt sindromlu xəstələrdə tez-tez nə müşahidə olunur?

A) paroksizmal atrioventrikulyar taxikardiya

B) səyrici aritmiya

C) səyrici aritmiya, atrioventrikulyar blokada

D) mədəcik taxikardiyası

E) atrioventrikulyar blokada


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
17) Anaprilinin (obzidan) orta effektiv sutkalıq dozası nə qədərdir?

A) 80-200 mq

B) 10-20 mq

C) 50-60 mq

D) 400 mq və daha çox

E) 30-40 mq


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
18) Aşağıdakı preparatlardan hansı səyrici aritmiya zamanı ürək vurğularının sayını azaltmaq üçün istifadə olunmur?

A) finoptin

B) kordaron

C) xinidin

D) diqoksin

E) anaprilin


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
19) Sinus düyünü disfunksiyası əlaməti aşağıdakılardan hansıdır?

A) I dərəcəli atrioventrikulyar blokada

B) sinus arrest

C) qulaqcıq ekstrasistoliyası

D) II dərəcəli atrioventrikulyar blokada

E) səyrici aritmiya


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
20) Aşağıdakılardan hansı I dərəcəli atrioventrikulyar blokada zamanı EKQ-də müşahidə olunur?

A) PR intervalının qısalması

B) atrioventrikulyar dissosiasiya

C) PR intervalının uzanması

D) QRS komplekslərinin itməsi

E) QRS kompleksinin genişlənməsi


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
21) I tip II dərəcəli (Mobits I) atrioventrikulyar blokada üçün nə xarakterdir?

A) PR intervalının sabitliyi

B) PR intervalının proqressiv uzanması, His dəstəsi ayaqcıqlarının blokadası

C) PR intervalının proqressiv uzanması, QRS kompleksinin itməsi

D) His dəstəsi ayaqcıqlarının blokadası

E) Atrioventrikulyar dissosiasiya


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
22) II tip II dərəcəli ( Mobits II) atrioventrikulyar blokada üçün nə xarakter deyil ?

A) P dişinin blokadasından əvvəl P-R intervalları proqressiv uzanır

B) Uzun pauzalar ikiqat P-P intervalına bərabər olur

C) Tək-tək mədəcik kompleksləri gözlənilmədən," xəbərdarlıq etmədən " düşür

D) P dişinin blokadasından əvvəl P-R intervalları sabit uzanmış olur

E) P-R intervalı stabil uzun olur, hətta ilk pauzadan sonrakı kompleksdə belə qısalmır


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
23) Aşağıdakılardan hansı ektopik ritmdir?

A) tezliyi dəqiqədə 100-dən çox olan ritmlər

B) tezliyi dəqiqədə 60-dan az olan ritmlər

C) sinus ritmindən başqa bütün ritmlər

D) tezliyi dəqiqədə 60-dan çox olan ritmlər

E) bütün cavablar düzgündür


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
24) Hansı vəziyyətlərdə β-blokatorların istifadəsinə əks göstəriş yoxdur?

A) Bronxial astmada

B) Sinus taxikardiyalı I mərhələ ürək çatışmazlıqlı xəstələrdə

C) Sinoatrial və II-III dərəcəli atrioventrikulyar blokadalarında

D) Nəzərə çarpan bradikardiyada ( ürək vurğularının sayı 1 dəq-də 50-dən az)

E) Şəkərli diabetin kompensasiya mərhələsində


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
25) Verapamilin (finoptin) venadaxili yeridilməsi aşağıdakılardan hansına səbəb olur?

A) səyrici aritmiya tutmasını aradan qaldırır

B) Volf-Parkinson-Vayt sindromlu xəstələrdə səyrici aritmiya zamanı mədəciklərin yığılmasının sayını azaldır

C) atrioventrikulyar taxikardiya tutmasıını aradan qaldırır

D) səyrici arimiya zamanı mədəciklərin yığılmasının sayını azaldır, atrioventrikulyar taxikardiya tutmasıını aradan qaldırır

E) səyrici arimiya zamanı mədəciklərin yığılmasının sayını azaldır


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
26) Aşağıdakı preparatlardan hansı qanda ürək qlükozidlərinin konsentrasiyasının yüksəlməsinə səbəb olur?

A) verapamil (finoptin), xinidin və kordaron

B) novokainamid və ritmilen

C) anaprilin (obzidan)

D) xinidin və kordaron

E) verapamil (finoptin)


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
27) Fiziki gərginliklə əlaqədar olmayan sinus taxikardiyasının səbəbi aşağıdakılardan hansıdır?

A) feoxromositoma

B) bütün cavablar doğrudur

C) tireotoksikoz

D) miokardit

E) anemiya


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г
28) Mədəcik taxikardiyası tutmasını aradan qaldırmaq üçün ilk növbədə hansı preparat istifadə olunur ?

A) novokainamid

B) strofantin

C) obzidan

D) verapamil (finoptin)

E) lidokain


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г.
29) Lidokain effektli olmayanda mədəcik taxikardiyası tutmasını aradan qaldırmaq üçün hansı preparat təyin edilir?

A) obzidan

B) mezaton

C) strofantin

D) verapamil (finoptin)

E) kardaron


Ədəbiyyat: А. В. Недоступ « Как лечить аритмии. Диагностика и терапия нарушения ритма проводимости», 2006г.
30) Aşağıdakı preparatlardan hansı vazokonstriktor təsirə malikdir?

A) xinidin

B) lidokain

C) kordaron

D) ritmilen

E) etmozin


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
31) Aşağıdakılardan hansının müalicəsində maqnezium sulfatın venadaxili yeridilməsi effektlidir?

A) WPW sindromu

B) AV paroksizmal taxikardiya

C) monomorf və polimorf mədəcik taxikardiyası

D) səyrici aritmiya

E) “piruet” tipli mədəcik taxikardiyası


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология национальное руководство,2007г
32) Səyrici aritmiyanın daimi formasında sinus ritminin bərpası üçün göstəriş hansıdır?

A) tromboemboliyanın baş verməsi

B) ürək çatmamazlığının agırlaşması

C) bütün sadalananlar

D) ürək çatmamazlığının yaranması

E) səyrici aritmiyanın səbəbinin aradan qaldırılması (ürək qüsurunun cərrahi korreksiyası, tireotoksikozun müalicəsi)


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология национальное руководство,2007г.
33) Koronar sinus harada yerləşir?
A) ürəyin ön səthində

B) ürəyin arxa səthində

C) ürəyin sol yan səthində

D) ürəyin sağ yan səthində

E) ürəyin bazal səthində
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
34) Ürəyin kiçik venaları (Vyessen-Tebeziya venaları) istisna olmaqla, qanı sağ mədəcik divarından toplayan bir hissə venalar hara tökülürlər?
A) koronar sinusu ötərək, sağ qulaqcıq boşluğuna

B) koronar sinusa

C) sağ mədəcik boşluğuna

D) sol mədəcik boşluğuna

E) sol qulaqcıq boşluğuna
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
35) Ürəyin hansı fəaliyyəti avtomatizm funksiyası adlanır?
A) xarici mühit qıcıqlandırıcılarının təsiri ilə elektrik impulsları hasil etmək

B) xarici mühit qıcıqlandırıcılarının təsiri olmadan elektrik impulsları hasil etmək

C) ürək əzələsini oyatmaq və keçiricilik sistemi ilə elektrik impulslarını ötürmək

D) ürəyin keçiricilik sistemi ilə qıcığı ötürmək

E) xarici mühit elektrik impulslarının təsiri altında ürəyin keçiricilik sistemini və yığılma qabiliyyətli ürək əzələsini oyatmaq
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
36) Miokardın yalnız hansı hüceyrələri avtomatizm funksiyasına malikdir?
A) mədəciklərin keçiricilik sisteminin hüceyrələri və miokardın yığılma qabiliyyətli hüceyrələri

B) miokardın yığılma qabiliyyətli hüceyrələri

C) sinoatrial düyünün (SA-düyünün) hüceyrələri və miokardın yığılma qabiliyyətli hüceyrələri

D) ancaq sinoatrial düyünün hüceyrələri və qulaqcıqların və mədəciklərin keçiricilik sistemləri (peysmekerlər)

E) qulaqcıqların keçiricilik sisteminin hüceyrələri və miokardın yığılma qabiliyyətli hüceyrələri
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
37) Neçə avtomatizm mərkəzi var?
A) 4

B) 3


C) 6

D) 5


E) 2
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
38) Normada digər (ektopik) ritm aparıcılarının avtomatik aktivliyinə üstün gələn yeganə ritm aparıcısı hansı düyündür? ( AV – atrioventrikulyar, SA - sinoatrial)
A) Düyünlərarası yollar (Baxman, Venkebax, Torel)

B) Purkinye lifləri

C) SA - düyün

D) AV - düyün

E) Hiss dəstəsi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16
39) Ürəyin hansı fəaliyyəti keçiricilik funksiyası adlanır?
A) xarici mühit qıcıqlandırıcılarının təsiri olmadan elektrik impulsları hasil etmək

B) xarici mühit elektrik impulslarının təsiri ilə ürəyin keçiricilik sistemini və miokardın yığılma qabiliyyətli hüceyrələrini oyatmaq

C) ürək əzələsini oyadaraq keçiricilik sistemi ilə elektrik impulslarını ötürmək

D) ürəyin keçiricilik sisteminin lifləri və miokardın yığılma qabiliyyətli hüceyrələri ilə qıcığı ötürmək

E) xarici mühit qıcıqlandırıcılarının təsiri ilə elektrik impulsları hasil etmək
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16
40) Qulaqcıqlarda oyanma necə baş verir?
A) əvvəl sağ və sol, sonra sağ, sonda-ancaq sol qulaqcıq

B) əvvəl sağ və sol, sonra sol, sonda-ancaq sağ qulaqcıq

C) əvvəl sağ, sonra sağ və sol, sonda-ancaq sol qulaqcıq

D) əvvəl sol, sonra sağ, sonda-sağ və sol qulaqcıqlar

E) əvvəl sol, sonra sağ və sol, sonda-ancaq sağ qulaqcıq
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16
41) Mədəciklərdə oyanma necə yayılır?
A) Torel düyünlərarası yolla

B) Venkebax və Baxman düyünlərarası yollarla

C) Venkebax düyünlərarası yolla

D) Baxman düyünlərarası yolla

E) Hiss dəstəsi, onun ayaqcıqları və Purkinye lıflərıylə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 17
42) Mədəciklərdə oyanmanın yayılma sürəti necə sm/s həddindədir?
A) 300–400 - 500-600

B) 500-600 - 800-900

C) 800-900 - 1000-1200

D) 30-40 - 90 -100

E) 100–150 - 300–400
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 17
43) Mədəciklərarası çəpərin sol yarısı və sağ mədəciyin böyük hissəsinin depolyarizasiyasından necə saniyə sonra sol mədəciyin əsas hissəsi oyanır?
A) 0,06-0,07

B) 0,01-0,02

C) 0,04-0,05

D) 0,03-0,04

E) 0,02-0,03
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 17
44) Mədəciklərin depolyarizasiyasının davam müddəti nə qədərdir?
A) 0,06 - 0,07 san

B) 0,10 - 0,11 san

C) 0,08 - 0,09 san

D) 0,09 - 0,10 san

E) 0,07 - 0,08 san
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 17
45) Transmembran hərəkət potensialı nə deməkdir?
A) hüceyrə membranının xarici mühitində dəyişən potensial fərqidir

B) hüceyrə membranının xarici və daxili mühiti arasındakı dəyişən potensial fərqidir

C) hüceyrə membranının daxili mühitində dəyişən potensial fərqidir

D) hüceyrə membranının polyarizasiyasının bərpası

E) hüceyrə membranının daxili mühiti müsbət, xarici isə mənfi yükləndiyi zaman onun yüklərinin yenidən elektrikləndirilməsi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 17
46) Sakit halda oyanmamış miokardial hüceyrələrin səthləri necə yüklənir?
A) xarici və daxili səthləri ancaq mənfi

B) xarici səthi mənfi, daxili isə müsbət

C) xarici və daxili səthləri ancaq müsbət

D) xarici səthi müsbət və mənfi, daxili isə mənfi

E) xarici səthi müsbət, daxili isə mənfi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
47) Transmembran hərəkət potensialının hansı fazalarında hüceyrənin hissəvi oyanması bərpa olunur (nisbi refrakter dövr)?
A) 2, 3

B) 0, 3


C) 3

D) 4


E) 4, 2
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
48) Ürəyin hansı fəaliyyəti yığılma funksiyası adlanır?
A) ürəyin keçiricilik sistemi ilə qıcığı ötürmək

B) xarici mühit elektrik impulslarının təsiri ilə ürəyin keçiricilik sistemini və yığılma qabiliyyətli ürək əzələsini oyatmaq

C) ürək əzələsini oyatmaq və keçiricilik sistemi ilə elektpik impulslarını ötürmək

D) xarici mühit qıcıqlandırıcılarının təsiri olmadan elektrik impulsları hasil etmək

E) qıcığın təsirindən ürək əzələsinin yığılma xüsusiyyəti
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
49) Ürəyin yığılma funksiyasının, mədəciklərin son diastolik həcminin hansı hissəsinin sistola zamanı qovulduğunu göstərən, əsas inteqral göstəricisi nəcə adlanır?
A) ümumi damar müqaviməti

B) mədəciyin son sistolik həcmi

C) vurğu həcmi

D) atım fraksiyası

E) ürək indeksi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
50) Sinus bradikardiyası zamanı nə baş verir?
A) mədəciklərin dolmasınin zəifləməsi

B) qulaqcıqların və mədəciklərin dolmasının zəifləməsi

C) qulaqcıqların dolmasının zəifləməsi

D) qulaqcıqların dolmasının artması

E) mədəciklərin dolmasının artması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
51) Səyriyici aritmiya zamanı ürək atımı-dəqiqəlik həcm necə dəyişir?
A) 15–25% azalır

B) 50% artır

C) 10–20% azalır

D) 30–35% artır

E) 15–25% artır
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,36
52) Ürəyin ürəkdaxili requlyasiyası ilk növbədə nəyin hesabına həyata keçir?
A) ancax simpatik sinir sisteminin ürəyə təsiri hesabına

B) ürəyin yaxşı inkişaf etmiş ikili (simpatik və parasimpatik ) innervasiyası hesabına

C) Frank-Starlinq mexanizminin qoşulması hesabına

D) metasimpatik sinir sisteminin hesabına, hüceyrədaxili requlyasiya mexanizmi də böyük rol oynayır

E) ancax parasimpatik sinir sisteminin ürəyə təsiri hesabına
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 38
53) Metasimpatik sinir neyronları harada yerləşir?
A) hipotalamus neyronlarında

B) simpatik qanqlionlarda

C) parasimpatik qanqlionlarda

D) onurğa beyin neyronlarında

E) ürəyin çoxsaylı intramural qanqlionlarında
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,38
54) Metasimpatik sinir sistemi reseptorlarının qıcıqlanmasına cavab olaraq nə baş verir?
A) ürək əzələsinə simpatik təsir nəticəsində baş verən dəyişikliyə uyğun dəyişiklik və ürəyin işinin artmasına cavab olaraq diastolanın kompensator uzanması

B) katexolaminlərin ürək əzələsinə göstərdiyi simpatik təsir nəticəsində baş verən dəyişikliyə uyğun dəyişiklik

C) ürək əzələsinin yığılmasının gücü və sürəti, onun boşalma sürəti, ürək vurğularının sayı, atrioventrikulyar keçiriciliyin sürəti requlə olunur

D) asetilxolinin ürək əzələsinə göstərdiyi parasimpatik təsir nəticəsində baş verən dəyişikliyə uyğun dəyişiklik

E) Frank-Starlınq mexanizminin qoşulması və ürəyin işinin artmasına cavab olaraq diastolanın kompensator uzanması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,38


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 266,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə