Kardiologiya ixtisası üzrə nümunəvi test sualları
06.11.2012-ci il tarixində əlavə olunmuşdur.
1) Anatomik olaraq, normada ürəyin arxa səthi əsasən hansı hissələrdən təşkil olunmuşdur?
1. sol və sağ qulaqcıqların arxa və yuxarı səthlərindən
2. sağ qulaqcığın arxa səthlərindən
3. sağ mədəciyin kiçik hissəsindən
4. sol qulaqcığın böyük hissəsindən
5. sol mədəciyin böyük hissəsindən
A) 1, 2, 3
B) 2, 4, 5
C) 3, 4, 5
D) 1, 2, 4
E) 1, 3, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 12
2) Normada sağ mədəcik miokardının qalınlığı nə qədərdir?
A) 5-6 mm
B) 2-3 mm
C) 4-5 mm
D) 4,5-5,5 mm
E) 3-4 mm
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
3) Ürəyin hansı şöbələrini sağ koronar arteriya qidalandırır?
1. sağ mədəciyi
2. mədəciklərarası çəpərin arxa hissəsini
3. yan, eyni zamanda arxabazal şöbələrini
4. sol mədəcik divarının aşagıdiafraqmal və hissəvi, arxabazal şöbələrini
5. ürəyin zirvəsini və sol mədəciyin aşagıdiafraqmal şöbəsinin az hissəsini
A) 1, 3, 5
B) 2, 4, 5
C) 3, 4, 5
D) 1, 2, 3
E) 1, 2, 4
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
4) Ürəyin hansı şöbələrini sol koronar arteriyanın mədəciklərarası şaxəsi qidalandırır?
1. mədəciklərarası çəpərin ön hissəsini
2. sağ mədəciyi
3. hissəvi sol mədəciyin aşağıdiafraqmal şöbəsini
4. sol mədəciyin ön yuxarı, yan şöbələrini
5. ürəyin zirvəsini
A) 1, 2, 3
B) 2, 4, 5
C) 3, 4, 5
D) 1, 2, 4
E) 1, 3, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
5) Ürəyin hansı şöbələrini sol koronar arteriyanın dolanan şaxəsi qidalandırır?
1. ürəyin zirvəsini
2. sol mədəciyin yan
3. mədəciklərarası çəpərin ön hissəsini
4. sol mədəciyin ön yuxarı
5. sol mədəciyin arxabazal şöbələrini
A) 1, 3, 5
B) 1, 2, 3
C) 3, 4, 5
D) 2, 4, 5
E) 1, 2, 4
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
6) Ürəyin kiçik venaları (Vyessen -Tebeziya venaları) hara tökülürlər?
A) bilavasitə koronar sinusa
B) bilavasitə sol mədəcik boşluğuna
C) bilavasitə sağ mədəcik boşluğuna
D) bilavasitə sağ qulaqcıq və sağ mədəcik boşluqlarına
E) bilavasitə qulaqcıq və mədəcik boşluqlarına
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
7) Üçüncü dərəcəli avtomatizmə malik hüceyrələr hansıdır? ( AV – atrioventrikulyar)
A) AV birləşmə hüceyrələri
B) Hiss dəstəsinin son hissəsinin, ayaqcıqlarının və şaxələrinin hüceyrələri
C) AV-düyünün Hiss dəstəsinə keçən yeri və qulaqcıqların aşağı şöbəsinin hüceyrələri
D) AV-düyünün Hiss dəstəsinə keçən yeri və qulaqcıqların aşağı şöbələrinin, həmçinin Hiss dəstəsi hüceyrələri
E) miokardın yığılma qabiliyyətli hüceyrələri
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
8) İkinci dərəcəli avtomatizmə malik olan mərkəz dəqiqədə təxminən hansı tezliklə elektrik impulsları yaradır?
A) 20-40
B) 60-80
C) 40-60
D) 80-100
E) 100-120
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
9) Üçüncü dərəcəli avtomatizmə malik olan mərkəz dəqiqədə təxminən hansı tezliklə elektrik impulsları yaradır?
A) 25-dən az
B) 45-65
C) 65-85
D) 85-105
E) 25-45
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
10) Normada atrioventrikulyar düyün dəqiqədə qulaqcıqlardan mədəciklərə necə impulsdan çox olmayaraq “buraxır”?
A) 180-220
B) 100-130
C) 130-160
D) 160-180
E) 220-250
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16
11) Hansı ritm tezliyində hətta sağlam adamda belə qulaqcıqlardan mədəciklərə impulslar ötürülərkən natamam atrioventrikulyar blokada baş verir?
A) dəqiqədə 180-dan az impuls olan qulaqcıq ritmlərində
B) dəqiqədə 160-dan az impuls olan sinus ritmlərində
C) dəqiqədə 140- dan az impuls olan sinus və qulaqcıq ritmlərində
D) sinus bradiaritmiyalarında
E) dəqiqədə 220-dən çox impuls olan sinus və qulaqcıq ritmlərində
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16
12) Hansı elementin ionlarının transmembran hərəkət potensialı zamanı hüceyrə daxilinə keçməsi nəticəsində ürək əzələsinin yığılması baş verir?
A) natrium
B) maqnezium
C) kalium
D) xlor
E) kalsium
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
13) Sadananlardan hansının vasitəsi ilə eninə zolaqlı əzələ hüceyrələri (kardiomiositlər) bir-birilə birləşir?
A) sarkoplazmatik şəbəkə ilə
B) sarkomerlərlə
C) spontan ritmikliyə malik sinir hüceyrələri ilə
D) funksional sinsiti ilə
E) əlavə disklərlə (neksus)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
14) Frank-Starlinq qanununa görə normada mədəciyin son diastolik həcminin artması nəyə səbəb olur?
A) mədəciklərin yığılmasının yavaşımasına
B) əzələ liflərinin ilkin uzunluğunun qısalmasına
C) maksimal yığılma gücünün zəifləməsinə
D) maksimal yığılma sürətinin dəyişməsinə
E) mədəciklərin yığılmasının sürətlənməsinə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 24
15) Mədəciklərin asinxron yığılma fazası nə vaxtdan başlanır? (FKQ- fonokardioqramma)
A) EKQ- də QRS kompleksinin başlanğicından, FKQ- dakı I tonun yükcək tezlikli dalğalarının birinci dalğasına qədər olan vaxtı
B) EKQ- də R dişinin zirvəsindən S dişinin sonuna qədər, FKQ -dakı yükcək tezlikli dalğalarının birinci dalğasından sonuncu dalğasına qədər olan vaxtı
C) EKQ- də T disinin əvvəlindən sonuna qədər, FKQ- dakı I tonun son hissəsindən II tonun sonuna qədər olan vaxtı
D) FKQ- dakı II tonun son hissəsindən III tona qədər olan vaxtı
E) FKQ- dakı III tonun əvvəlindən sonuna qədər olan vaxtı
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 26
16) Ürəyin I tonu hansı fazada yaranır?
A) protodiastolik dövrdə
B) izovolümik yığılma fazasında
C) izovolümik boşalma
D) mədəciklərın sürətli dolma
E) qulaqcıqların sistolası
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 27
17) II tоn hansı fazada yaranır?
A) izovolümik yığılma
B) mədəciklərin sürətli dolma
C) izovolümik boşalma
D) protodiastolik dövrdə
E) qulaqcıqların sistola
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
18) İzovolümik boşalma fazasında nə baş verir?
1. atrioventrikulyar qapaqlar bağlanır
2. mədəciklərin aktiv boşalması davam edir
3. mədəciklərin qanla maksimal dolması baş verir
4. mədəciklərdə təzyiq qulaqcıqlardakı həddinə düşür
5. atrioventrikulyar qapaqların açılması baş verir
6. mədəciklərdə təzyiq maqistral damarlardakından bir az aşağı düşür
A) 1, 3, 5, 6
B) 1, 2, 3
C) 3, 4, 5, 6
D) 1, 2, 4, 6
E) 2, 4, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
19) Hansı fazanın sonunda əlavə IV ton baş verə bilər?
A) mədəciklərin sürətli dolması
B) mədəciklərin zəif dolması
C) mədəciklərin izovolümik boşalması
D) mədəciklərin izovolümik yığılması
E) qulaqcıqların sistolası
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,29
20) Sol mədəcikdə son diastolik təzyiqin normal ölçüsü nə qədərdir (mm c.st.)?
A) 6-8
B) 8-10
C) 20-22
D) 4-6
E) 9-12
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
21) Ağ ciyər arteriyasında son diastolik təzyiqin normal ölçüsü nə qədərdir (mm c.st.)?
A) 21-23
B) 0-2
C) 4-6
D) 25-30
E) 9-12
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,30
22) Sağ qulaqcıqda orta təzyiqin normal ölçüsü nə qədərdir (mm c.st.)?
A) 4-5
B) 25-30
C) 12-14
D) 9-12
E) 3-5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,30
23) Aortada son diastolik təzyiqin normal ölçüsü nə qədərdir (mm c.st.)?
A) 120-145
B) 25-30
C) 9-12
D) 70
E) 4-6
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
24) Sol mədəcikdə son diastolik təzyiqinin hansı həddində ağ ciyərlərin alveollar ödemi başlayır?
A) 19 - 24 mm c.st. həddində
B) 25 - 30 mm c.st. cox
C) 12 - 18 mm c.st. həddində
D) 6 - 11 mm c.st. həddində
E) 1 - 5 mm c.st. həddində
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,30
25) Ürəyin sistolik funksiyasını xarakterizə edən əsas göstərici hansıdır?
A) sol mədəciyin vurğu həcmi
B) sol mədəciyin son sistolik həcmi
C) sol mədəciyin son diastolik həcmi
D) ümumi damar müqaviməti
E) qanin dəqiqəlik həcmi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
26) Vurğu həcmi (VH) nədir? (DH-qanın dəqiqəlik həcmi, SDH -mədəciklərin son diastolik həcmi, SSH-mədəciklərin son sistolik həcmi, S –bədən səthinin sahəsidir: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır, m2)
A) VH-nin mədəciklərin SDH nisbətinin faizlə ifadəsidir
B) qanın DH –nin, bədən səthinin sahəsinə nisbətidir
C) VH-nin, bədən səthinin sahəsinə nisbətidir
D) VH-nin mədəciklərin SSH nisbətidir
E) hər ürək yığılmasında mədəciklərin magistral damarlara vurduğu qanın mıqdarıdır
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
27) Atım fraksiyası nə deməkdir? (DH- dəqiqəlik həcm, VH-vurğu həcmi, SDH- mədəciklərin son diastolik həcmi, SSH- mədəciklərin son sistolik həcmi, S- bədən səthinin sahəsi: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır, m2)
A) hər ürək yığılmasında mədəciklərin magistral damarlara vurduğu qanın mıqdarıdır
B) qanın DH –nin, bədən səthinin sahəsinə nisbətidir
C) VH-nin, bədən səthinin sahəsinə nisbətidir
D) VH-nin mədəciklərin SSH nisbətidir
E) VH-nin mədəciklərin SDH nisbətinin faizlə ifadəsidir
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
28) Qanin dəqiqəlik həcmi – ürək atımı (DH) necə hesablanır? (VH-vurğu həcmi, DH- dəqiqəlik həcm, ÜVS-ürək vurğularının sayı, SDH- mədəciklərin son diastolik həcmi, AF- atım fraksiyası, % -lə)
A) DH = VH / ÜVS
B) DH = VH + ÜVS
C) DH = VH x ÜVS
D) DH = VH + ÜVS + SDH
E) DH = ÜVS + AF
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
29) Mədəciklərin vurğu həcmi (VH) göstəricisi necə hesablanır? (DH-ürək atımı- dəqiqəlik həcm, ÜVS-ürək vurğularının sayı, SDH-mədəciklərin son diastolik həcmi, SSH- mədəciklərin son sistolik həcmi )
A) VH =DH x ÜVS
B) VH = SSH -SDH
C) VH= DH + ÜVS
D) VH = SSH + DH
E) VH =SDH - SSH
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
30) Ürək indeksi göstəricisi necə hesablanır? ( VH-mədəciklərin vurğu həcmi, DH-ürək atımı- dəqiqəlik həcm, ÜVS-ürək vurğularının sayı, SDH-mədəciklərin son diastolik həcmi, SSH- mədəciklərin son sistolik həcmi, S- bədən səthinin sahəsi: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır,m2)
A) VH/ S
B) (SDH-SSH) x 100%) / SDH
C) DH (l/dəq) / ÜVS
D) DH / S
E) VH x 100% / SDH
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
31) Ürəyin sağ şöbələrinənə qanın axınının, müvafiq olaraq, qanın dəqiqəlik həcminin azalması, nə vaxt baş verir?
A) müayinə olunan şəxsin horizontal vəziyyətində
B) işlək əzələlərdə vena tonusunun artması zamanı
C) psixoemosional gərginlik zamanı
D) skelet əzələlərinin «nasos» funksiyasının artması zamanı
E) döş qəfəsi daxili təzyiqin artması zamanı (gərginləşmiş pnevmotoraks, ağ ciyərlərin obstruktiv xəstəliklərində)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
32) Ürəyin sağ şöbələrinə qanın axınının, müvafiq olaraq, qanın dəqiqəlik həcminin artması, nə vaxt baş verir?
1. müayinə olunan şəxsin bədəninin vertikal vəziyyətində
2. döş qəfəsi daxili təzyiqin artması zamanı (gərginləşmiş pnevmotoraks, ağ ciyərlərin obstruktiv xəstəliklərində)
3. perikard boşluğunda təzyiqin artması zamanı (ekssudativ və ya konstriktiv perikarditlərdə, hidroperikapd zamanı)
4. müayinə olunan şəxsin bədəninin horizontal vəziyyətində
5. skelet əzələlərinin «nasos» funksiyası artarkən
6. venaların tonusunun artması, əzələ işi zamanı, psixoemosional gərginlik zamanı
7. venaların tonusunun ani düşməsi zamanı (bayılma, kollaps, nitroqliserin qəbulu) və hipodinamiya zamanı(skelet əzələlərinin «nasos» fəaliyyətinin olmaması)
A) 4, 5, 6
B) 1, 3, 5
C) 2, 4, 7
D) 1, 2, 6
E) 2, 4, 7
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
33) Sinus taxikardiyası və, müvafiq olaraq, diastolanın müddətinin həddindən artıq azalması, daha nə ilə müşayət olunur?
A) son yüklənmənin ölcüsünün artması ilə
B) ön yüklənmənin ölcüsünün azalması ilə
C) ön yüklənmənin ölcüsünün artması ilə
D) son yüklənmənin ölcüsünün azalması ilə
E) ön və son yüklənmənin ölcülərinin artması ilə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
34) Mədəciklərin son yüklənməsi ölçüsünün müəyyən olunmasında hansı faktor vacib sayılır?
1. ürək vurğularının sayı
2. aorta və ağ ciyər arteriyalarında qan təzyiqinin həddi
3. ürəyin nəzərə çarpacaq dərəcədə dilatasiyası hesabına yüksəlmiş, ürək əzələsinin gərginlik dərəcəsi (Laplas qanunu)
4. ağ ciyər damar müqavimətinin ölcüsü
5. miokardın yığılmasını azaldan bir neçə faktorun mövcudluğu (hipoksemiya, asidoz, hiperkapniya, ürək əzələsinin işemiyası)
A) 1, 2, 4
B) 1, 2, 3
C) 1, 3, 5
D) 2, 4, 5
E) 2, 3, 4,
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34- 35
35) Səyriyici aritmiya zamanı qulaqcıqlarla mədəciklər ardıcıl yığılmadıqda nə baş verir?
A) ön yüklənmə,vurğu həcmi və ürək atımı- dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə yuxarı qalxır
B) son yüklənmə,vurğu həcmi və ürək atımı-dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə aşağı düşür
C) vurğu həcmi , ürək atımı-dəqiqəlik həcm və atım fraksiyası nəzərə çarpacaq dərəcədə yuxarı qalxır
D) ön yüklənmə,vurğu həcmi və ürək atımı-dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə aşağı düşür
E) son yüklənmə,vurğu həcmi və ürək atımı-dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə aşağı düşür
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,36
36) Müsbət batmotrop effect ürəyə necə təsir edir?
A) miokardın yığılma qabiliyyəti yüksəlir, ürək vurğularının sayı artır
B) atrioventrikulyar düyündə elektrik impulslarının keçiriciliyi artır
C) ürək əzələsinin oyanması və ürək vurğularının sayı artır
D) qulaqcıq və mədəcik yığılmalarının qüvvəsi və sürəti artır
E) ürək əzələsinin oyanması artır
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 40
37) Müsbət inotrop effect ürəyə necə təsir edir?
A) miokardın yığılma qabiliyyəti yüksəlir, ürək vurğularının sayı artır
B) atrioventrikulyar düyündə elektrik impulslarının keçipiciliyi artır
C) ürək əzələsinin oyanması və ürək vurğularının sayı artır
D) ürək əzələsinin oyanması artır
E) qulaqcıq və mədəcik yığılmalarının qüvvəsi və sürəti artır
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 40
38) Müsbət dromotrop effect ürəyə necə təsir edir?
A) miokardın yığılma qabiliyyəti yüksəlir, ürək vurğularının sayı artır
B) qulaqcıq və mədəcik yığılmalarını qüvvəsi və sürəti artır
C) ürək əzələsinin oyanması və ürək vurğularının sayı artır
D) atrioventrikulyar düyündə elektrik impulslarının keçiriciliyi artır
E) ürək əzələsinin oyanması artır
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 40
39) Kardiomiositlərin a1- adrenoreseptorlarına mediatorların (katexolaminlərin) uzun müddətli təsiri nəyə səbəb olur?
A) ürək əzələsinin yığılma funksiyasının tədricən zəifləməsinə
B) ürək əzələsinin tədricən inkişaf edən hipertrofiyasına
C) ürək əzələsinin yığılma funksiyasının tədricən yüksəlməsinə
D) Frank-Starlinq mexanizminin qoşulmasına və ürəyin işinin artmasına cavab olaraq diastolanın kompensator uzanmasına
E) atrioventrikulyar düyündə elektrik impulslarının keçiriciliyinin zəifləməsinə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 40
40) Həcmli damarlara hansılar aiddir?
A) həqiqi kapilyarlar
B) aorta və ağ ciyər arteriyaları
C) əsasən arteriyaların son hissəsi və arteriolalar
D) arteriya , arteriolalar və kapilyarlar
E) vena və venulalar
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 44
41) Orta yaşlı sağlam adamlarda qanın axını hansı damarlarda, əsasən laminar xarakter daşıyır?
A) aortanın şaxələnən hissəsində
B) iri arteriyaların təbii daralan hissələrində
C) şaxələnmə, təbii daralma və əyrilik olmayan bütün damarlarda
D) aortanın və iri arteriyaların əyrilik olan hissələrində
E) iri arteriyaların şaxələnən və əyrilik olan hissələrində
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 44
42) Ən böyük summar sahəyə malik damarlar hansıdır?
A) aorta və ağ ciyər arteriyası
B) arteriya və venalar
C) ağ ciyər arteriyası
D) venalar
E) kapillyarlar
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,44
43) Hansı təzyiq diastolik arterial təzyiq (DAT) adlanır?
A) sol mədəciyin sistolası zamanı arterial sistemdə yaratdığı maksimal təzyiqdir
B) sistolik və diastolik arterial təzyiqlər arasındaki fərqdir
C) 1/3 nəbz təzyiqi və diastolik təzyiqin cəmidir
D) ürəyin diastolası zamanı arteriyalardaki minimal təzyiqdır
E) sistolik arterial təzyiqlə nəbz təzyiqi arasındaki fərqdir
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр45.
44) Hansı təzyiq nəbz arterial təzyiqi adlanır?
A) sistolik və diastolik arterial təzyiqlər arasindakı fərq
B) sistolik arterial təzyiqlə nəbz təzyiqi arasındakı fərq
C) 1/3 nəbz təzyiqi və diastolik təzyiqin cəmi
D) sol mədəciyin sistolası zamanı arterial sistemdə yaratdığı maksimal təzyiq
E) ürəyin diastolası zamanı arterialardakı minimal təzyiq
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.45
45) Damar tonusu requlyasiyasının mərkəzi mexanizminin afferent (sensor) şöbəsi (baro- və hemoreseptorlar) damar sisteminin hansı refleksogen zonasında yerləşir?
A) aortada, hipotalamusda, beyin yarımkürələri qabığında
B) sinokarotid zonada, uzunsov beyində, onurğa beyində
C) aortada, sinokarotid zonada, ağ ciyər damarlarında
D) ağ ciyər damarlarında, uzunsov beyində, onurğa beyində, hipotalamusda
E) aortada, sinokarotid zonada, beyin yarımkürələri qabığında
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51
46) Anqiotenzin çevirici fermenttin iştirakı olmadan, anqiotenzin-I anqiotenzin-II–yə çevrilməsinin (transformasiyasının) alternativ yolunu göstərin?
A) adrenalin və noradrenalin
B) noradrenalin
C) anqiotenzinoqen
D) aldosteron və vazopressin
E) toxuma himazası
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.54
47) Noradrenalin əsasən hansı reseptorlara təsir edir?
A) a -, həmçinin b- adrenoreseptorlara
B) b1- adrenoreseptorlara
C) b2- adrenoreseptorlara
D) b1 -, həmçinin b2- adrenoreseptorlara
E) a-adrenoreseptorlara
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр52
48) Adrenalin əsasən hansı reseptorlara təsir edir?
A) a-adrenoreseptorlara
B) b1 -, həmçinin b2- adrenoreseptorlara
C) a -, həmçinin b- adrenoreseptorlara
D) b2- adrenoreseptorlara
E) b1- adrenoreseptorlara
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр52
49) Ekstremal hallarda (yüksək emosional stress, kəskin qanaxma və s.), qanda adrenalinin konsentrasiyası on dəfədən cox artdıqda nə baş verir?
A) damarların a-adrenoreseptorlarına onun təsiri özünü göstərir və damargenişləndirici reaksiyalar üstünlük təşkil edir (əsasən dəridə, həzm orqanlarında və ağ ciyərlərdə)
B) ürək atımı-dəqiqəlik həcm artır və skelet əzələləri, beyinin və ürəyin qanla təhcizatı intensiv təmin olunur
C) damarların a-adrenoreseptorlarına onun təsiri özünü göstərir və damargenişləndirici reaksiyalar dəridə üstünlük təşkil edir
D) damarların a- adrenoreseptorlarına onun təsiri özünü göstərir və saya əzələlərin boşalması üstünlük təşkil edir (əsasən skelet əzələlərinin, beyinin damarlarında)
E) damarların a-adrenoreseptorlarına onun təsiri özünü göstərir və damarbüzücü reaksiyalar üstünlük təşkil edir (əsasən dəridə, həzm orqanlarında və ağ ciyərlərdə)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр53
50) Koronar qan təhcizatının (axınının) ölçüsü hansı faktorlardan asılıdır?
1. perfuzion təzyiqdən, və ya koronar damarlarda qanın hərəkətinin təmin edən təzyiqdən
2. miokarddaxili gərginliyin ölçüsündən
3. ürək əzələsinin yığılmasından (inotropizmin həddindən)
4. ürək vurğularının sayından
5. tac (koronar) damarların ümümi müqavimətindən
A) 1,3
B) 3, 4
C) 4, 5
D) 2, 4
E) 1, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 56
Dostları ilə paylaş: |