KəLLƏ SİNİRLƏRİ ÜÇLÜ SİNİR n. Trigemenius (V cüt) Nüvələri körpüdə yerləşir



Yüklə 55,82 Kb.
səhifə1/3
tarix21.04.2022
ölçüsü55,82 Kb.
#55985
  1   2   3
ders 3



KƏLLƏ SİNİRLƏRİ

ÜÇLÜ SİNİR n. Trigemenius (V cüt)

Nüvələri körpüdə yerləşir.

Qarışıq sinirdir

3 nüvəsi - onurğa beyin yolu nüvəsi (orta beyində başlayır, uzunsov beyini keçir , C1-C2 seqmentlərdə bitir) - səthi hissiyat

orta beyin yolu nüvəsi mezensefal, qalxan, sensitiv nuvə– dərin hissiyat,

hərəki nüvə- hərəkət funksiyası (çeynəmə əzələləri).

Hissi payı.

1 neyron – hasser düyünü (gicgah sümüyündə yerləşir),

2 neyron hissi nüvələr,

3 neyron talamus→daxili kapsula arx budunun arxa 1/3 hissəsi→ arxa mərkəzi qırışıq aşağı hissəsi.



Zədələnmələr:

1. hasser düyünü – üzdə bütün növ hissiyat itir , herpetik səpkilər

2. onurğa beyin yolu nüvəsi- soğanaq və ya seqmentar və ya Zelder zonalarında səthi hissiyat itir. Nüvənin yuxarı hissəsi zədələndikdə - üzdə oral nahiyədə, kaudal hissəsi zədələnsə üzdə periferik hissədə səthi hissiyat itir.

3. Orta beyin yolu nüvəsi zədələnsə - dərin hissiyat itir.

4. Talamus zədələnsə- bütün növ hissiyat əks tərəfdə itir.

5. arxa mərkəzi qırışıq aşağı hissəsi- üzdə əks tərəfdə bütün növ hissiyat itir





V cüt sinirin şaxələri

1-ci şaxə r. ophtalmicus yuxarı göz yarığından çıxır, alının dərisini, başın ön tüklü hissəsini, burun boşluğunu yuxarı hissəsini innerv.edir

2-ci şaxə .maxillaris dairəvi dəlikdən çıxır- aşağı göz qapağını, yanağın burun pərdələrinin yan divarını , yuxarı dodağın dairəsini , əng dişlərinin alveolarını, burun boşluğunun aşağı hissəsini, haymor boşluğunu innerv. edir.

3–cu şaxə r. Mandibularis oval dəlikdən çıxır, aşağı dodağın və çənəaltının dərisini, yanağın aşağı hissəsini təbil pərdəsi ilə xarici qulaq keçəcəyini ,qulağın ön hissəsinin dərisini ,ağız boşluğunun dibininin selikli qişasını, dilin ön 2/3 hissəsini, aşağı dişləri innerv edir + həmçinin çeynəmə əzələlərini hərəki innerv edir
Hərəki hissə

1 neyron ön mərkəzi qırış (ikitərəfli qabıq innervasiyası)

2 neyron hərəki nüvə


Müayinə üsulları


  • kerer nöqtələrinin yoxlanılması

  • üzdə şaxələrə müvafiq hissiyatın yoxlanılması

  • üzdə səthi hissiyatın Zelder zonalarında yoxlanılması

  • korneal konyuktival, qaşüstü və çənəaltı reflekslərinin yoxlanılması

  • çeynəmə əzələlərinin yoxlanılması

  • Trizm- çeynəmə əzələlərinin qeri iradi qıcolması, ön mərkəzi qırışığın aşağı hissəsi qıcıqlananda yaranır (şiş, travma, tetanus, epilepsiya, isteriya).




  • VII SİNİR (ÜZ SİNİRİ N.facialis)


  • Yüklə 55,82 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin