1
Kisi sonsuzluğu haqqında.
Sonsuzluğun səbəbləri.
Hamiləlik əleyhinə qorunma tədbirləri həyata keçirilmədən nizamlı
olaraq 1 il cinsi həyat keçirən cütlərdən uşaq doğulmursa bu artıq
sonsuzluq adlanır. Sonsuzluq (infertilite) həyata uşaq gətirə bilməmək və
yaxud mayalandıra bilməmək anlamına gəlir.
Yetkinlik dövrü başlarkən oğlanlarda sperma əmələ gəlməyə başlayır.
Həmin oğlanlarda səsin kobudlaşması, qasıq, qoltuq altı, cinsiyyət üzvləri
ətrafında, üzdə tüklər əmələ gəlir ki, bunlar ikincili cinsi əlamətlər sayılır.
12 yaşından başlayaraq özünü göstərən bu əlamətlər kişini fərqləndirərək
onun mayalandıra bilmək üçün ən önəmli simptomlarıdır. Beyində
hipotalamusun xüsusi modelləri ilə hipofizə təsir edilərək onun ön
payında FSH ve LH hormonları sekresiya olunur.FSH sperm
sekresiyasını artırır. LH isə xayadakı Leydiq hüceyrələrindən testosteron
hormonun ifrazını artırır ki, bu da spermanın aktivləşməsini (maturasiya)
həyata keçirir. Ümumiyyətlə spermlər xayada əmələ gəlir və
epididimində (xaya artımında) tam formalaşır. Bu müddət 3 ay davam
edir. Artıq formalaşmış spermlər isə cinsi fəaliyyətdən sonra sperm
kanallarında qadın vaginasına (uşaqlığına) atılır.
Bu prosesdə prostat, toxum kisələri, sperm bəsləyən və onu qadın
mayalandırma yollarında aktiv hərəkət edə biləcək vəziyyətə gətirən
şirələr də sperma qarısır ki, bunlar hamısı bir yerdə eyakulyat adlanır.
Sperm əmələ gəlməsi kişinin həyatda yaşamı boyu davam edir. Şəkil 1.
Bilinməsi vacib olanlar.
Kişi və qadında sonsuzluq eyni dərəcədə rast gəlir. Belə ki, sonsuzluq
cütlərdə 40% kişidən, 40% qadından asılı, 10% kişi və qadın birlikdə,
10% isə bilinməyən səbəblərdən meydana gəlir.Ona görə də sonsuz cütlər
bu səbəbləri anlamalı və öz aralarında bu problemin həlli yollarını
müzakirə etməlidirlər. Kişi sonsuzluğu bir çox səbəblərlə bağlıdır. Sperm
əmələ gəlmə çatmamazlıqları, spermin gediş kanallarında olan
2
obturasiyalar spermə qarşı olan antigen varlığı, anatomik problemlər xaya
(testis) zədələnməsi, hormonal çatmamazliqlar, varikosel, kriptorxizm
keçirilmiş infeksiyon xəstəliklər və bəzi dərmanlar sonsuzluğa səbəb ola
bilər.
Səbəbindən asılı olmayaraq sonsuzluğun müalicəsi asan deyildir. Bir çox
sonsuz kişi özünü aciz və çox narahat hiss edir. Bəziləri kişiliklərini
itirdiklərini düşünür. Təbii ki, bu da nevrozların əmələ gəlməsinə ailə və
qohum əqraba arasında münasibətlərin pozulması baxımından sosial bir
problemə çevrilir. Bu keçirilən hisslər normaldır. Belə problemin həlli
ücün digər insanlarla ünsiyyət yaratmaq lazımdır. İnfertil (sonsuz) cütlər
bu problemi həll etmək üçün bir-birinə dayaq olmalı, səbirli olaraq
vəziyyətdən çıxış yolu axtarmalı, xəstəliyin müalicəsi üçün diletantlara
yox, mütəxəssis həkimlərə müraciət etməlidirlər. Sonsuzluğun səbəbi nə
olarsa olsun günümüzdə 90%-nin müalicə edilə biləcəyi və ədəbiyyat
məlumatına görə yaxın 10 il müddətində bütün sonsuzların uşaq sahibi
ola biləcəyi haqqında ki, məlumatların olması unudulmamalıdır.
Mayalandırmaya (fertilitə) təsir göstərən həyat şərtləri və alışqanlıqlar .
Səkil 2.
1.Nikotin (siqaret) spermanın sayını və hərəkət aktivliyini aşağı salır,
spermanın normal strukturunu pozur.
2.Alkoqol- sperma sayını azaldır və anormal sperma əmələ gəlməsinə
səbəb olur .
3. Xaya istiliyi- kişilərdə xayanın istiliyi bədən daxili istilikdən aşağıdır.
Xayanın istiliyi artarsa, spermanın əmələ gəlməsi azalır. Yüksək
temperatur, isti yerlərdə işləmək, sauna və dar alt paltarının geyilməsi
varikosel xaya istiliyini artırır.
4.Piylənmə- xaya istiliyinin artmasına, sperm sayının azalmasına səbəb
olur.
5.Hədsiz idmanla məşğul olma- androgen hormonunun sintezini azaldır
sonsuzluğa səbəb olur.
6.Dərmanlar- xora əleyhinə və arterial təzyiqə qarşı verilən bəzi
dərmanlar sperma sayını o cümlədən cinsi arzunu azaldır.
3
Sonsuzluğun qiymətləndirilməsi.
Xəstənin anamnezi, keçirilmiş parotit, bə’zi hərarətli xəstəliklər, cərrahi
əməliyatlar və ya zədələnmələr, cinsi yolla keçən xəstəliklər, infeksiyalar
mayalandırmaya təsir edir. Ümumiyyətlə kimyəvi maddələrlə təmasda
olmaq, stress, dərman və alkoqola alışqanlıq, cinsi əlaqə zamanı və ailədə
bə’zi psixoloji münasibətlər sonsuzluğa gətirib çıxara bilər.
Fiziki müayinədə – uroloq cinsiyyət orqanlarını müayinə edir. Xayaların
olub- olmadığı, onların vəziyyəti, sperm kanalları, xayalıq içində
genişlənmiş damarların olub- olmadığı (varikosel) araşdırılır. Prostatın
müayinəsi də aparılmalıdır. Ayrıca bədəndə piy və tüklərin yayılmasına
baxılır.
Səkil 3.
Laborator testləri: Semen analizi 48 saatlıq cinsi pəhrizdən sonra alınan
təzə eyakulyat makroskopik dəyərləndirməyə göndərilir. Spermanın sayı
dəyişkənlik göstərə bildiyi üçün semen analizi ən azı 2 dəfə verilməlidir .
Burada sperma sayı, hərəkətliliyi, şəkli dəyərləndirilir. Bu test tək başına
sonsuzluğun səbəbini dəyərləndirə bilməz, çünki burada spermanın bütün
funksiyalarını görmək mümkün deyildir. Lakin sonsuzluğun başlanğıc
dəyərləndirilməsi üçün ilk veriləcək və əhəmiyyətli bir testdir. Digər
testlər semen analizində hər hansı bir dəyişkənlik varsa aparılır.
Sidik analizi :sidikdə ağ qan hüceyrələrinin (leykosit) varlığı sidik yolu
infeksiyasının və ya prostat infeksiyasını göstərir. Sidikdə önəmli sayda
sperma tapılması sidik kisəsinə toxum mayesinin keçməsinə işarət edir.
Hormon analizində qanda FSH, LH, testosteron miqdarına baxılır.
Bunlar xaya funksiyaları haqqında məlumat verəcəkdir.
Semendə leykositlərin sayı, spesifik boya və ya antigenlərlə semendəki
leykosit sayı araşdırılır. Bunların çoxu genital sistem infeksiyalarını
göstərir və mütləq müalicə edilməlidir, yoxsa spermalara zərər verir.
Səkil 4.
4
Antisperm antigen testi.
Bu test qadında və ya kişidə spermaya qarşı antigen varlığını göstərir.
Antisperm antigenlər sperma ilə reaksiyaya girir onlara zərər verir və
onları hərəkətsizləşdirir. Ultrasonoqrafik müayinə (USM), testisin
quruluşu, damarlarda genişlənmələr, sperma kanallarındakı darlıqlar
haqqında məlumatlar verir.
Xaya biopsiyası: Semen analizində sperm sayının çox aşağı olması və ya
heç olmaması təyin edilir. Hər iki xayadan anesteziya altında bir neçe
ədəd toxuma parçası və eyni anda incə iynə ilə toxuma aspirasiyası
aparılaraq xayadakı sperma əmələ gəlməsinin xəritəsi çıxarılır. Aparılan
əməliyyat mikroskop ilə həyata keçirilməsindən əlavə təcrübəli, toxum
kanalcıqlarını tanıyan uroloq tərəfindən aparılmalıdır. İnkişaf etmiş
ölkələrdə bu qanun halını almışdır. Bu dediyimiz metod ilə xayaların
sperma əmələ gəlməsi haqqında biliklərə sahib olunur.
Şəkil 5,6,7.
Şəkillər :infeksiyalar, hormon çatmamazlıqları dərmanla müalicə edilir.
Varikosele əməliyyatı.
Varikosel xayada olan toxum ciyəsi damarlarının genəlməsi ilə özünü
göstərən bir xəstəlikdir. Sonsuz kişilərin 60%-ində varikosel tapılır.
Varikosel sperm əmələ gəlməsinə təsir edirsə, xayada kiçilmə yaradırsa
və bəzi hallarda dərman müalicəsinə tabe olmursa və ağrı verirsə
əməliyyat edilir.Varikosel əməliyyatı mikroskop və yaxud böyüdücü
əməliyyat lupaları ilə həyata keçirilməlidir. Ona görə ki, gözlə
görünməyən kiçik damarların bağlanması əməliyyat effektivliyini artırır.
Retroperitoneal makroskopik üsulla aparılan əməliyyat zamanı 55%
sperma keyfiyyətində yaxşılaşma və 23-25% halda spontan hamiləlik baş
verirsə mikroskopik inguinal varikoselektomiya zamanı xəstələrin 75%-
də sperma keyfiyyətində düzəlmə 35% xəstədə isə spontan hamiləlik əldə
edilir. Şəkil 8.
5
Sperma
kanallarındakı
darlıqların
aradan
götürülməsi:
Sperma
kanallarının prostata açılan yerindən darlıq yaradan səbəblər endoskopik
olaraq aradan götürülür.
Bu əməliyyata TUR-ED deyilir. Digər yerlərdə yəni xaya artımında,
duktus deferensin bir başqa bölgəsində olan obturasiya, darlıqlar,
keçməməzliklər, mikroskop altında həmin bölgənin tapılması onların ləğv
edilərək qalan hissələrinin bir-biri ilə anastomoz yəni, epididimo-
vazostomiya və yaxud vazo-vazostomiyalar ilə aradan qaldırılır.
Beləliklə, spermanın təbii yolla xaricə çıxmasına şərait yaranır .
Səkil 9,10,11
Yardımçı mayalandırma texnikaları.
İUİ (intrauterin inseminasiya) spermanın uşaqlıq daxilinə yeridilməsi
sperma sayının az olması, endometrioz, səbəbi bilinməyən sonsuzluq,
servikal mukoz çatmamazlığı (uşaqlıq yolu selikli qişasının yetərsizliyi)
və spermaya qarsı antigen varlığında istifadə edilir.
Kişidən alınan semen xüsusi məhlullarla yuyulur. Keyfiyyətli spermalar
əldə edilir və daha sonra qadın uşaqlığına xüsusi kateter ilə yeridilir. Bu
metod hormon müalicəsi ilə birgə həyata keçirilir. (İVF) invitro
fertilizasiya (kənarda mayalandırma) qadın yollarındakı darlıqlarda və ya
açıqlanmayan sonsuzluqda həyata keçirilir.
Hormonal müalicə ilə qadın yumurtalığından aktiv (matur) yumurta əldə
edilir. Bu yumurta laboratoriya şəraitində matur sperma ilə birləşdirilir.
Bir neçə gün sonra döllənmiş hüceyrə (embrion) qadın uşaqlığına
yeridilir. Qadının yumurtası əldə edilərək sperma ilə birlikdə qadının
yumurtalıq yollarına yerləşdirib təbii döllənmə həyata keçirilir və yaxud
laboratoriya şərtlərində döllənmiş yumurta qadın yumurtalıq yollarına
yeridilir.
Şəkil;12,13,14.
6
İSSİ (intra sitoplazmatik semen inyeksiya) laboratoriya şərtlərində qadın
yumurtası üçün kişidən əldə edilən sperma iynə ilə yerləşdirilərək əldə
edilən döllənmiş yumurta qadın uşaqlığına yeridilir. İSSİ-də spermanın
hansı yolla əldə edildiyinin əhəmiyyəti yoxdur. Beləliklə spermanın qadın
döllənmə yollarında hərəkətinə, yumurtanı axtarmasına və onu təbii
olaraq döllənməsinə ehtiyac olmur. İSSİ-üçün bir neçə sperma hüceyrəsi
kifayətdir. İSSİ ilə uşaq sahibi olma şansı 35%-dir.
TESE+İSSİ (testikulyar semen inyeksiyon +İSSİ) toxumda sperma
hüceyrəsi yoxsa (azospermiya) xayadan mikroskop ilə biopsiya materialı
götürülür və əldə edilən aktiv (matur) sperma hüceyrəsi və ya
spermatozoid İSSİ üçün istifadə edilir.
Şəkil 15.
Lakin bu mayalandırma metodlarının müəyyən göstərişləri vardır. Kişinin
spermatozoidi mayalandırma qabiliyyətinə malik olması, kişinin genetik
xromosom xəstəliyi daşıması, mayalandırmadan sonra həyata gələn
uşağın
sağlam
və
yaxud
genetik
anomaliya
ilə
doğulacağı
7
qiymətləndirildikdən sonra bu üsullardan istifadə etmək lazımdır.Ona
görə də bu metodlar uro-androloq, genetik-embrioloq, ginekoloqun birgə
fəalliyəti ilə cütlərin sadaladığımız xəstəliklər haqda bilgiləndirilməsi o
cümlədən sadaladığımız xəstəliklər haqda məlumatlandırılması o
cümlədən ağırlaşmalar barədə onların rəsmi sənədlərə imza atması
lazımdır.
Bu sahədə işləyən adamların çox savadlı ,düzgün, millətini sevməsi və
elmi yeniliklərin bilməsi vacib şərtlər sırasındadır. Çünki sosial baxımdan
bunlar əhəmiyyətlidir.
------sağlam uşaqların doğulması
------kişinin öz spermasından əldə edilən döllənmə
------cutlərin iqtisadi vəziyyəti-gələcəkdə doğulacaq uşaqların özlərinin
uşaq sahibi ola biləcəkləri
------doğulacaq uşaqlara ilk 4 ildə xüsusi baxıs və nəzarətin olması vacib
şərtlərdən hesab olunur.
Erektil disfunksiya. (İmpotensiya)
1992-ci ilə qədər impotensiya kimi deyilən termin Ümumidünya Səhiyyə
Təşkilatı tərəfindən dəyişdirilərək Erektil Disfunksiya olaraq adlandırılır.
ED cinsi əlaqə üçün penisin yetərli qədər sərtləşməməsi (ereksiya) səbəbi
ilə cinsi əlaqəni başlaya, saxlaya və davam etdirə bilməmək vəziyyəti
kimi başa düşülür. Son illərdə bu patologiyanın müalicəsində müasir
müalicə metodları işlənib hazırlanmış və xəstələr üçün bilinməsi vacib
olanlar haqda bu kitabçada məlumat veriləcəkdir.
Penil ereksiya mexanizmi.
Penil ereksiya penisə gələn arterial qan axımında artma, kavernoz
cisimlərdəki sinusoidal düz əzələlərin boşalması və venoz drenajda
azalmadan əmələ gələn üç ana hemodinamik prosesin kordinasiyası ilə
birlikdə sinirlər, neyrotransmiterlər, zolaqlı əzələ, düz əzələ, ağlı qişa
arasındakı əlaqələrin birləşməsindən yaranan çox mürəkkəb psixo-neyro-
vaskulyar bir fenomendir. Erektil disfunksiyanın bir çox tipləri vardır. Bu
kitabçada eyakulyasiya, libido (istək) erkən boşalma yox yalnız erektil
disfunksiya (impotensiya) müzakirə ediləcəkdir.
8
Kişilərin həyatları boyunca ereksiya ilə əlaqəli problemləri olur, amma 40
yaşdan aşağı yaşlarda uzun müddətli impotensiya nadirdir. Bu problem
yaşın artması ilə artır.
Amerikada bir çox mərkəzli çalışmada 50-65 yaş arasında kişilərin 52%-
də, Türkiyədə 69%-də impotensiyaya rast gəlinir. Bütün yetişmiş və cinsi
fəaliyyəti olmalı kişilərin 20-22%-də bu problem vardır. Hesablamalara
görə belə davam edərsə 2025-ci ildə 50% kişilər bu problemlərlə
qarşılaşacaq. Bu artma əsasən damarlarla daha çox əlaqəlidir və diabetik
kişilərdə impotensiya 10 il daha əvvəl ortaya çıxır.
Yaşın artması ilə bir qrup fizioloji proseslər əmələ gəldiyi ortaya çıxsa da
bu dəyişikliklər hər zaman ED-yə səbəb olmur. Bir çox kişi yaşlaşdıqca
penisin ereksiyası üçün daha çox penil stimuliyasiyasına ehtiyac hiss edir,
penisin bərkliyi azalır və cinsi əlaqə zamanı hər hansı diqqətin yayınması
ereksiyanın itməsinə səbəb olur. Cinsi əlaqənin sayı azalsa da yenə cinsi
əlaqə hər iki tərəfi qane edir. Bu isə kişinin özünü daha yaxşı hiss
etməsinə, əsəb gərginliyinin azalmasına, iş qabiliyyətinin artmasına səbəb
olur. Erektil disfunksiyaya səbəb ola biləcək xəstəlik və vərdişlər 1-ci, və
onu gətirib çıxara biləcək dərman maddələri 2-ci cədvəldə öz əksini tapır.
Cədvəl 1.
Еrекtil disfunksiyanın səbəbləri.
Psixogen
Vaskulyar
Nevrogen
Endokrin
Dərman
Həyəcan
Ateroskleroz
Zədələr
Androgen
çatmamazlığı
Antiandrogenlər
Depressiya Hiperlipidemiya
Çanaq
cərrahiyyəsi
Hiperprolaktinemiya
Mərkəzi
simpatomimetiklər
Cinsi əlaqə
problemləri
Nikotin
Yayılmış
skleroz
Benzodiazepinlər
Diabet
Diabet
Triçikliklər
Hipertoniya
Spirtli içki
Fenitiazinlər
Erektil Disfunksiya üçün müalicə metodlorı.
Cədvəl 2.
Erektil disfunksiyanın müalicəsi
Endokrin ED
Hormonal müalicə
Psixogenik ED
Psixo-seksual terapiya və ya oral
müalicə
Gənclərdə post travmatik arterial
xəstəliklər
Penil revaskulyarizasiya
əməliyyatları
Oral müalicənin əks göstərişlərində
Transuretral alprostadil və ya
9
və effektsizliyində
intrakavernoz inyeksiyalar
Konservativ müalicənin
effektsizliyində
Vakum cihazları, venoz cərrahiyyə,
penil protezlər
Erektil disfunksiyanın qiymətləndirilməsində ümümi bir alqoritmin
olması lazımdır . Anamnezin alınmasında çox diqqətli olmağın və
xəstələrə xüsusi bir ünsiyyət yaratmağın əhəmiyyəti böyükdür. Belə ki,
xəstələrin çoxu cinsi problemi gizli saxlamağı və bunun utandırıcı və
özünün isə aciz olduğunu düşünür.
Konsultasiya öncəsi həkim özünə etibar yaratmalı və xəstə onun
probleminin işıqlandırılmamasına əmin olmalıdır. Bu isə konsultasiyanın
uzanmasına səbəb olur. Xəstəyə anladılmalıdır ki, onun bu problemi çox
kişidə ola bilər və bu xəstəlik başqa orqanların xəstəliklərindən
fərqlənmir. Ona görə də o suallara düzgün cavab verməklə xəstəliyin
dəyərləndirilməsində və müalicəsində köməkçi rolunu oynayır. Erektil
problemin səbəbini tapmaq və bu səbəbləri penisin əyriliklərindən
(anadangəlmə) və erkən boşalmadan ayırd etmək lazımdır. Diabetiklər,
təzyiqi olan, ateroskleroz xəstələrində erektil disfunksiya daha çox rast
gəlindiyi üçün onlar xüsusilə soruşulmalıdır. Homoseksual xəstələr də
araşdırılmalı və onların müalicəsi aparılmalıdır. Hər hansı bir xəstənin
anamnez kartı anonim saxlanılmalı, bir xəstənin problemi o biri xəstəyə
və ya kiməsə söylənilməməlidir. Xəstənin ambulator kartası, xəstəlik
tarixi yalnız onun özünün rəsmi arayışı ilə və yaxud xüsusi xidmət
orqanlarının yazılı icazəsi ilə açıqlana bilər. Bütün bunlara xəstənin
müalicə həkimi məsuliyyət daşımalıdır. Ona görədə bu sahədə çalışan
həkimlər mütəxəssisliyindən əlavə çox vicdanlı və dürüst olma
baxımından əhəmiyyətlidir.
Xəstənin ümumi fizio-psixoloji vəziyyəti və onun partnyorunun cinsi
əlaqədə aktiv olmaq isteyib–istəməməsi məsələsini də öyrənmək
lazımdır. Psixoloji və orqanik səbəblərin erektil disfunksiyaya təsiri
anamnezdən çıxarıla bilər. Çünki orqanik erektil disfunksiyada
ereksiyanın yavaş və prosesin itməsi ilə birgə cinsi istə (libido) və
eyakulyator funksiyanın pozulduğu müşahidə edilir.
Genital bölgədə prostatda hər hansı bir problem olub olmadığı və üzvü
faktora diqqət edildiyini göstərmək üçün xəstənin fiziki müayinəsi
lazımdır. Androgen çatmamazlığını ayırd etmək üçün və hipofizin
adenoması səbəbi ilə əmələ gələn bir hiperprolaktinemiya sindromunu
tapmaq üçün səhər testosteron miqdarına baxılmalıdır. Xəstənin qanında
lipid və xolesterin miqdarı təyin edilməlidir.
Bu mərhələdə elə xəstələr var ki, onlar özləri müayinə və müalicədən
imtina edə bilərlər. Onların içərisində nonpenetratik (yəni penisin uşaqlıq
yoluna girməməsi ilə cinsi əlaqə) cinsi yaşamı qəbul edənlərdə olacaqdır.
Hansı xəstələr üçün spesifik incələmə vardır?
1.Hipoqonodizmi olan gənc kişilər.
2.Hiperprolaktinemiya.
3.Şübhələnilən neyropatoloji səbəblər.
10
4.Spesifik psixiatrik pozğunluğu olan kişilər.
5.Kompleks cinsi əlaqə problemləri olan xəstələr.
6.Oral (ağız ilə qəbul edilən) müalicəyə cavab verməyən xəstələr.
Erektil Disfunksiya üçün xüsusi testlər 4-cü cədvəldə öz əksini tapır.
Ümumi müalicə.
Səbəbi üzvü dəyişiklikdə olsa da, ümumən erektil disfunksiyası olan
bütün xəstələr psixoloji olaraq da dəyişilə bilərlər. Ona görədə cinsi
söhbətə partnyorun da qatılması lazımdır. Problemin psixoloji olduğu
vəziyyətdə psixo-seksopatoloqla konsultasiya edilməlidir.
Cinsi istəyi yox olmuş, yalnız adrogen yetərsizliyi olan yaşlı xəstələrə
əvvəlcə prostat şişini inkar etmək (digital müayinə, PSA təyini) sonra
testosteron müalicəsi təyin edilə bilər.
Oral müalicə.
Yoximbin, zəif bir alfa reseptor blokadaedici aktivliyə sahibdir.
Fentolamin alfa 2 adrenoreseptor blokatorudu və apomorfin (dofamin
reseptor aqonisti) artıq istifadə olunurlar. Sildenafil (Viaqra, Viqranda,
Sildeqra) erektil disfunksiya müalicəsində təsiri öyrənilmiş ilk oral
dərmandır.
Sildenafil
selektiv
olaraq
4
tip
fosfodiesterazanın
ingibitorudur. Öncə angina pektorisdə istifadə edilmişdir. Cinsi əlaqədən
60 dəqiqə əvvəl verilir. Dərman 25, 50, 100 mq-lıq dozalarda istehsal
olunur. Sildenafil hipotoniya yaratmaq təhlükəsi səbəbi ilə nitrat istifadə
edən ürək-damar xəstəliklərində əks göstərişdir. 40-80% xəstədə (+)
təsirə malikdir. Əlavə təsirləri (16%) baş ağrısı, (10%) üzdə qızarma,
(7%) dispepsiyadır. Alkoqol qəbul edən zaman və çoxlu yeməkdən sonra
təsiri zəifləyir. 3% xəstədə işığa qarşı hissiyatın, görmənin zəifləməsinə
səbəb olur. Son illər eyni təsir mexanizminə malik olan, lakin
yuxarıdakılardan daha az mənfi təsirləri olan 2 dərman istehsal
olunmuşdur. Bunlardan biri Vardenafil 20 mq (Levitra), 2-ci Tadalafil
(Sialis 20 mq) adı ilə buraxılır. Levitra daha təsirli effektə malik olmaqla
kiçik dozalarda və qidalanmadan asılı olmayaraq verilə bilər. Sialis isə
daha uzun müddətli təsir effektinə malik olması ilə (yəni həftədə 2 tab)
üstünlüyə malikdir. Təssüf olsun ki, bizim ölkəmizdə bu dərmanların
satışına hələ icazə verilməmişdir.
Vakum cihazları.
1.Qeyri-invaziv müalicə metodudur.
Bütün kişilərdə təsirli ola bilər. Mənfi cəhəti istifadəsi üçün vaxt çox
gedir və 30 dəqiqə ərzində təsirli olur. Bəzi xəstələrdə partnyorun
köməyinə ehtiyac gərəkdir. Bu cihazlar penisin ətrafında vakkum yaradır
və qan korporal boşluqlara yığılır, penisin ayaqcığında bərklik olmadan
penil bərkliyi saxlamaq üçün penis kökünə bir bant yerləşdirilir.
Ümumiyyətlə eyakulyasiyaya mənfi təsir göstərir.
Şəkil 16.
11
Bu metod yaşlı kişilərdə və cərrahi yolla protez qoyulması üçün əks
göstəriş olduqda uyqulanır.
2.Transuretral Alprostadil təyini.
Alprostadil ölkəmiz xaricində ilk olaraq erektil disfunksiyada
intrakavernoz müalicə üçün icazə almışdır. O, PQE-nin sintetik
formasıdır. Sildenafilin əksinə ereksiya yaratmaq üçün kavernoz düz
əzələrdə yığılma əmələ gətirərək təsir göstərir. Alprostadilin transuretral
istifadəsi üçün xüsusi cihaza MUSE adı verilmişdir. Bu zaman doza 125-
1000 mq arasında dəyişir, istifadədən öncə xəstə sidiyini boşaltmalıdır.
Yan təsiri penil ağrı 30%, uretrada yanma 12%, qanama 5% olmaqla
özünü göstərir.
Şəkil 17.
12
İntrakavernozal inyeksiya müalicəsi.
Müalicədə ilk dəfə 1982-ci ildə kaverna daxilinə papaverin yeridilmişdir.
5 tip fosfadiesterazanın ingibitorunun ucuz olması və saxlanılma rahatlığı
üstün səbəbləri, priapizm, penil fibroz yarada bilmək kimi yan effektləri
olduğundan istifadə olunmasına diqqətlə yanaşılmalı, dozanın təyin
edilməsində düşünülməlidir.
Xəstələrə öz-özunə necə inyeksiya edəcəyi öyrədilməlidir. Ereksiya 10
dəqiqə ərzində əmələ gəlir.
Alprostadilin xaricdə ən çox istifadə edilən (kaveryekt) dərmandır. 70-
80% xəstədə təsirlidir, yan effektləri azdır, dozası 5-20 mq-dır.
Alprostadilin çox vaxt tək yox, papaverin və fentolamin ilə kombinasiya
şəklində (Trimix) o cümlədən papaverin+fentolamin (Bimix) ilə
kombinasiya şəklində də qarışıqlıqdan istifadə edilir . Demək olar ki, belə
qarışıqlarından sonra əlavə təsirlərə az rast gəlinir. Bu dərmanlardan
başqa intrakavernoz olaraq son illər Timoksamin, Vasointestinal
polipeptit (VİP) kimi inyeksiyalardan da istifadə edilir.
Cərrahi müalicə
Arterial çatmamazlıqda aparılan arterial revaskulyarizasiya əməliyyatları
40 yaşdan cavan xəstələrdə edilir. Çox dəqiq göstərişləri olmalıdır. Penil
dupleks dopleroqrafiya, selektiv angioqrafiyada patologiya aşkar
edilməli, alkoqol və siqaret çəkməyən xəstələrdə istifadə edilməlidir.
İnferior epiqastrik arteriya ilə penil arteriya, vena arasında anastomoz
qoyulmalıdır. Diqqətli xəstə seçimi olduqdan sonra 1 illik başarı faizi
65%-dir.
Venoz damar çatmamazlığı və yaxud veno-oklüziv problemlərdə, penisin
dorzal venası, kavernoz venalar, ayaqcıq venalarının, superfleks
13
venalarının
liqasiyonundan
ibarətdir.
Congenital
(anadangəlmə)
impotensiyada daha effektivdir. (70-80%)
Penil protezlərin qoyulması. Bu cür müalicə artıq oral dərmanlar+
intrakavernoz inyeksiyalar təsir etmədikdə istifadə olunur. Sadə
büküləbilən (maleble), şişidilən (inplatebla) protezlərdən istifadə edilir.
Hətta şəkərli, qəza nəticəsində onurğa beyni zədələnmiş xəstələrdə də
effektlidir. 20 ildən çoxdur ki, xarici ölkələrdə istifadə edilir. Ölkəmizdə
istifadəsinə yeni başlanmışdır. Protez seçimi daha çox xəstə istəyindən və
istifadə baxımından asılıdır.
Bu protezlərdən sonra penisdə yetərli sərtləşmə yaranır ki, xəstələr cinsi
əlaqədən məmnun qalırlar. Şişirəbilən protezlər daha fizioloji xəstənin
istəyindən asılı olaraq penisdə sərtləşmə yumşalma yarada bilir.
Ən çox rast gələn ağırlaşması infeksiyadır . 3-5 % xəstələrdə görünür.
Uzun dövr xəstədə partnyor razılığı 80-90%-dir.
Şəkil 18 . Şəkil 19 .
Dostları ilə paylaş: |