Kişilər var idi, yaxşı kişilər, Haqqın dərgahına enib getdilər



Yüklə 11,63 Kb.
tarix02.01.2022
ölçüsü11,63 Kb.
#38852
Kişilər var idi


Kişilər var idi, yaxşı kişilər,
Haqqın dərgahına enib getdilər.
Ayağa düşmədi elin namusu,
Yenilməz ordular yenib getdilər.

Arxa yarandılar obaya, elə,


Çapdılar atları belədən-belə.
Bir əlçim buluda, bir əsim yelə,
Bir çaxım şimşəyə dönüb getdilər.

Qurd kimi gödənlər yırtan görəndə,


Dünyanı dağıdan, dartan görəndə,
Namərdin sayını artan görəndə,
Sozalıb getdilər, sönüb getdilər.

Halal süd əmdilər, halal dodaqdan.


Halal qız aldılar, halal ocaqdan,
Düzgün ayırdılar haqqı, nahaqdan,
Haqqın sədasıyla dinib getdilər.

Nəfsi aldatmadı nə gümüş, nə zər,


Gözdən yayınmadı nə xeyir, nə şər.
Kişilər var idi, yaxşı kişilər,
Yaxşı köhlənləri minib getdilər.

Z. Yaqub
Yüklə 11,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin