KİtabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix28.11.2016
ölçüsü3,72 Kb.
#315
1   2   3   4   5   6   7   8   9   ...   12

ƏDƏBİYYAT 
1.  Kelsey, Todd. Social Networking Spaces: From Facebook to Twitter and 
Everything in Between: A Step-by-step Introduction to Social Networks for Beginners and 
Everyone Else. New York: Apress, 2010. – 509 p. 
2.  Əliquliyev,  R.M.  İmamverdiyev,Y.  AbdullayevaY.  F.    Sosial  şəbəkələr.  Bakı  : 
İnformasiya Texnologiyaları, 2010. - 286 s. 
3. Bianco, Jamie Skye. "Social Networking and Cloud Computing: Precarious 
Affordances for the "Prosumer"" WSQ: Women's Studies Quarterly37.1-2 (2009): 303-12. 
Web. 
4. Anderson, Paul. Web 2.0 and Beyond: Principles and Technologies. Boca Raton: 
CRC, 2012. Print. 
5. McManus, Sean. Social Networking for the Older and Wiser: Connect with Family 
and Friends, Old and New. Chichester, West Sussex, U.K.: Wiley, 2010. – 268 p. 
6. Starr, Joan. California Digital Library in Twitter-Land / J. Starr // Computers In 
Libraries, September 1, 2010.  v. 30, no. 7. P. 23-27. ERIC, EBSCOhost Starr, Joan. 2010. 
"California Digital Library in Twitter -Land." Computers in Libraries 30 (7): 23-27. 
7. http://search.proquest.com/docview/749790295?accountid=148209. 
8.  İsmayılova  N.T.  E-elm mühitində  bibliometrik  metodların  tətbiqi  imkanları  və 
perspektivl
əri haqqında // Elektron elm problemləri üzrə I respublika elmi-praktiki konfransı, 
Bakı, Azərbaycan, 15-16 noyabr 2012. s. 25-26.  
9. Piwowar H. A., Priem J. The Power of Altmetrics on a CV. Bulletin of the 
Association for Informations Science and Technology, 39(4), 2013, pp.10–13. 
10. Munnoli S.S., Pujar S.M. Eugene to Altmetrics: A chase for virtual foot prints! // 
Annuals of Library and Information Studies, vol. 60, 2013, pp. 134-139. 
11. http://www.swets.com/blog/altmetrics-for-librarians-and-institutions 
 
 
 
 
 
 
 
 
 
E.C.Mammadov, 
N.T.İsmayilova, 
F.S.Asgarov 
 
THE MECHANIZMS OF IMPLEMENTATION ONLINE SOCIAL NETWORK 
TECHNOLOGIES IN MODERN DIGITAL LIBRARIES 
 
S U M M A R Y 
The article examine the concept of social network, implementation of the information 
communication technologies in social network procedures, formation of online social 
networks. Also observed implementation of this technologies in establieshment of the modern 
digital libraries and presented possible perspectives of the social digital library formation. 

 
 
Э.Ч.Мамедов, 
Н.Т.Исмайлова, 
Ф. Ш.Аскеров  
 
МЕХАНИЗМ ИМПЛЕМЕНТАЦИИ ОНЛАЙН СОЦИАЛЬНЫХ СЕТЕВЫХ 
ТЕХНОЛОГИЙ В СОВРЕМЕННЫХ ЦИФРОВЫХ БИБЛИОТЕКАХ 
 
Р Е З Ю М Е 
В  статье  рассматривается  концепция  социальных  сетей,  имплементация 
информационно-коммуникационных  технологий,  в  процедурах  социальных  сетей, 
формация  онлайн  социальных  сетей.  Так  же,  исследуется  имплементация  этих 
технологий в основании современных цифровы библиотек и представляет перспективы 
в формировании социальных цифровых библиотек. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Zahid
əRZAYEVA  
“Kitabxana resursları və informasiya  
axtarış sistemləri” kafedrasının müəllimi   
 
Safura HACIYEVA 
“Kitabxana fondu v
ə kataloqları”  
laboratoriyasının müdiri 
 
SUMQAYIT ŞƏHƏR KİTABXANALARININ SƏNƏD İNFORMASİYA 
FONDUNUN KOMPLEKTLƏŞDİRİLMƏSİ PROBLEMLƏRİ 
 
Açar  sözlər:  Sumqayıt  şəhəri,Mərkəzləşdirilmiş  Kitabxana  Sistemi, 
sənəd informasiya fondu, komplektləşdirilmə 

Ключевые  слова:  Сумгаит,  Централизованная  библиотечная 
система, документ информационного фонда, комплектования 
Key words: Sumgait, Centralized Library System, the document 
information collection, recruitment 
Məqalədə  Sumqayıt  şəhər  kitabxanalarının  sənəd  informasiya 
fondunun  komplektləşdirilməsi  problemləri  izah  olunmuşdur.Mərkəzləşmiş 
kitabxana informasiya 
sistemində  fondun  formalaşmasına  verilən  tələblər 
ətraflı şərh olunmuşdur. Statistik ümumiləşmələr aparılmışdır. 
Sumqayıtda  kitabxana  işinin  tarixi  doğma  şəhərin  yaranma  tarixi  ilə 
üst-
üstə  düşür.  1949-cu  ildə  ilk  kütləvi  kitabxana,  1953-cü  ildə  uşaq 
kitabxanası, 1958-ci ildə isə Mərkəzi şəhər kitabxanası açılıb. 1974-cü ildən 
etibarən  Sumqayıtda  dövlət  kütləvi  kitabxanalarını  özündə  birləşdirən 
Mərkəzləşdirilmiş  Kitabxana  Sistemi  fəaliyyət  göstərir.  Hazırda  Sumqayıt 
şəhər  MKS  özündə  14  kitabxananı  birləşdirir.  Uzun  illər  Sumqayıt  şəhər 
MKS-
nə  şəhərdə  kitabxana  işinin  təşkili  və  inkişafı  sahəsində  misilsiz 
xidmətləri olan Svetlana xanım Ağayeva rəhbərlik etmişdir. 2008-ci ildən isə 
bu  sistem  Yeganə  xanım  Əhmədovanın  rəhbərliyi  altında  fəaliyyət  göstərir. 
Əhalini  fəal  mütaliəyə  cəlb  etmək,  siyasi,  iqtisadi,  hərbi  durumumuzu, 
tariximizi, mədəniyyət və incəsənətimizi geniş oxucu kütlələri arasında təbliğ 
etmək  məqsədilə  MKS-də  vaxtaşırı  olaraq  bir-birindən  maraqlı  tədbirlər 
keçirilir. Sistem kitabxanaları daha geniş oxucu kütlələrini kitabxanalara cəlb 
etmək məqsədilə öz işini Sumqayıt Dövlət Universiteti, Müəllimlər İnstitutu, 
Sumqayıt Texniki Kolleci, Ağsaqqallar və Veteranlar şurası, Gənclər və İdman 
Baş  İdarəsi,  Azərbaycan  Yazıçılar  Birliyinin  Sumqayıt  Bölməsi,  Sumqayıt 
Təhsil şöbəsi, Əli Kərim adına Poeziya klubu, Sumqayıt şəhər Mədəniyyət evi, 
Uşaq  və  Yeniyetmələrin  Yaradıcılıq  Mərkəzi,  H.  Ərəblinski  adına  Sumqayıt 
Musiqili Dövlət Dram Teatrı və digər mədəni-maarif müəssisələri ilə əlaqəli 
həyata keçirir. Şəhər əhalisi və oxucular arasında apardığı gözəl təbliğatçılıq 
fəaliyyətinə  görə  respublika  kitabxanaları  arasında  Sumqayıt  şəhər  MKS-in 
adı  həmişə  birincilər  sırasında  çəkilmişdir.  Bu  ənənəni  bu  gün  də  davam 
etdirən Sumqayıt şəhər MKS Azərbaycan Respublikası Mədəniyyət və Turizm 
Nazirliyinin  təşəbbüsü  ilə  həyata  keçirilən  müsabiqədə  iştirak  edərək 
respublika kitabxanaları arasında “İlin nümunəvi Mərkəzləşdirilmiş Kitabxana 
Sistemi”  nominasiyasında  2010-cu  ilin  qalibi  olmuşdur.  Kitabxananın 
kollektivi m
üasir  texnoloji  vasitələrdən  istifadə  edərək  oxucu  sorğularını  tez 
və  dolğun  ödəməyə  çalışır.  Kitabxanaların  avtomatlaşdırılması  sahəsində 
görülən  işlər  filiallarda  da  həyata  keçirilir.  Belə  ki,  MKS-in  filiallarında  da 
kompüterləşdirilmiş  infrastruktur  qurulmuş,  kitabxanaların  kompyuterlə, 
internetlə, WI-FI ilə təmin olunması həyata keçirilir.S. Vurğun adına Mərkəzi 
kitabxana 1958-ci ild
ən fəaliyyət göstərir. 1966-cı  ildən  böyük  şairimiz  S. 
Vurğunun adını daşıyır. Sahəsi 633,8 kvadratmetrdir. Kitabxana sistemə daxil 
olan bütün kitabxanalara metodik r
əhbərlik edir. Mərkəzi kitabxanada 6 şöbə 
f
əaliyyət göstərir: Mərkəzi  kitabxanada  oxucuya  lazım  olan  kitabı  tapmağa 

köm
ək məqsədi ilə  əlifba və  sistemli kataloqlar, sistemli və  ölkəşünaslıq 
kartotekaları  tərtib edilmişdir.  2009-cu ildə  S.  Vurğun  adına  Mərkəzi 
kitabxananın veb-saytı yaradılmışdır. 2009-cu ildə kitabxanaya yeni proqram – 
Avtomatlaşdırılmış  Kitabxana  Sistemi  İRBİS–64  kitabxana  proqramı 
alınmışdır.  Kitabxanada  avtomatlaşdırılmış  infrastruktur  qurulmuş, elektron 
kataloq v
ə  elektron  kitabxana  yaradılmışdır.  Hazırda  müntəzəm olaraq 
elektron kataloqun bazalarında işlər və həmçinin elektron kitabxanaya dəyərli 
çap 
əsərlərinin yüklənməsi davam etdirilir. Hər  bir  İnternet  istifadəçisi 
Kitabxananın  Web  səhifəsi vasitəsi ilə  onun Elektron kataloqundan və  digər 
elektron resurslarından istifadə edə bilər. Kitabxananın kollektivi öz işini ali 
v
ə orta-ixtisas məktəbləri, Yazıçılar Birliyinin Sumqayıt şəhər filialı, Gənclər 
v
ə İdman Baş İdarəsi, Təhsili şöbəsi, kütləvi informasiya vasitələri , Əli Kərim 
adına  Poeziya  klubu  və  digər mədəniyyət müəssisələri ilə  əlaqəli quraraq 
informasiyanı əhalinin bütün təbəqələrinə çatdırmaq, oxucuları mütaliəyə daha 
f
əal cəlb etmək məqsədilə müxtəlif mövzularda disput, dəyirmi masa, ədəbi-
b
ədii gecə, oxucu konfransı, kitab müzakirələri və görüşlər keçirir. Yaxşı işinə 
gör
ə kitabxana Azərbaycan KP MK-nın Keçici Qırmızı Bayrağını almış /1973, 
1978/, müxt
əlif illərdə  Respublika Mədəniyyət Nazirliklərinin,  şəhər 
r
əhbərliyinin fəxri fərmanları  ilə  təltif  edilmiş,  SSRİ  Xalq  Təsərrüfatı 
Nailiyy
ətləri sərgisinin 3-cü Dərəcəli Diplomuna layiq görülmüş /1980/, Açıq 
C
əmiyyət  İnstitutu-yardım  Fondunun  kitabxanalar  proqramı  çərçivəsində 
respublika kitabxanaları arasında keçirdiyi müsabiqədə /2003/ qalib gəlmişdir. 
18 yanvar 1977-ci ild
ə  S.Vurğun  adına  Mərkəzi kitabxana Azərbaycan SSR 
M
ədəniyyət Nazirliyi tərəfindən respublika kitabxanaları üçün təcrübə bazası 
elan edilmişdir. 
S.  Vurğun  adına  Mərkəzi  kitabxananın  Xidmət  şöbəsi  əhaliyə 
abonement  və  oxu  zalı  vasitəsilə  xidmət  göstərir.  Oxucuların  müxtəlif 
sorğularını  tez  və  dolğun  ödəməyə  çalışır,  çap  əsərlərindən  səmərəli  istifadə 
etməyə  kömək  edir,  fondun  qorunmasını  həyata  keçirir.  Bundan  başqa 
Mərkəzi  kitabxananın  oxu  zalında  ödənişsiz  Wi-Fi  zonası  yaradılmış, 
kitabxanaya  gələn  oxucuların  nootbukla,  planşetlə,  mobil  telefonlarla 
internetdən sərbəst istifadəsi təmin olunmuşdur. 
Şöbə oxucuların ümumtəhsil, mədəni və peşə sorğularının ödənilməsi 
üçün  kitabxananın  universal  profilli  kitab  fondunu  komplektləşdirir.  Dövlət 
vəsaiti  hesabına  yeni  ədəbiyyatları  Respublika  Kitabxana  Kollektorudan 
almaqla, Prezident aparatından, M.F.Axundov adına Milli kitabxanadan kitab 
mübadiləsi  yolu  ilə,  nəşriyyatların  və  müəlliflərin  bağışladıqları  kitablar 
hesabına  kitab  fondunu  daim  zənginləşdirir.  Yeni  daxil  olan  ədəbiyyatın 
uçotunu  aparır,  dövrü  nəşrlərə  abunə  işini  təşkil  edir,  kataloq  sisteminin 
aparılmasına və fondun mühafizəsinə nəzarət edir. 
Şöbə  Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminə  daxil  olan  kitabxanalar 
arasında  ədəbiyyat  mübadiləsi  aparır,  depozitar  fondu  təşkil  edir.  Sistem 
kitabxanaları  arasında  müvəqqəti  kitab  mübadiləsi  yolu  ilə  oxucuların 

sorğularının  vaxtında  və  tam  ödənilməsinə  yardım  edir.  Vahid  fondda  lazım 
olan  nəşrlər  olmadıqda  şöbə  Kitabxanalararası  abonement  vasitəsilə 
M.F.Axundov  adına  Milli  kitabxanadan  və  digər  kitabxanalardan  lazım  olan 
çap məhsullarını müvəqqəti istifadə üçün əldə edir. 
Kitabxanada hər il bir sıra planlı surətdə tədbirlər keçirilmişdir.2014-cü 
ildə keçirilən tədbirlərin siyahısı aşağıda xronoloji qaydada verilmişdir: 
Ümumiyy
ətlə,  Sumqayıt  şəhər MKS-də  kitabxana-informasiya 
resurslarının  tematik-tipoloji təhlili  zamanı  müəyyənləşdirdiyimiz  mühüm 
probleml
əri belə qruplaşdırmaq mümkündür: 
Sumqayıt şəhərinin sosial-iqtisadi relyefinə uyğun olaraq neft və kimya 
müt
əхəssislərinin  infоrmasiya  təminatının  оpеrativliyi və  ardıcıllığının 
artırılmasında  
–  Kitabxana-
infоrmasiya  təminatını  daha  da  оpеrativləşdirmək üçün 
informasiya  axtarış  sistemlərinin həm  mövzu  baхımından,  həm də  məqsəd 
istiqam
əti nöqtеyi-nəzərindən  daha  da  gеnişləndirilməsi və  yеnilərinin 
yaradılması;  
– Münt
əzəm оlaraq oxucuların, o cümlədən mütəхəssislərin infоrmasiya 
t
ələbatlarının  öyrənilməsi və  bunun  əsasında  kitabxana-biblioqrafiya 
f
əaliyyətinin təşkil еdilməsi;  
S
umqayıt  şəhər MKS-də  kitabxanalarının  kitabxana-informasiya 
axtarış sistemlərini məqsəd və istiqamətinə görə daha da operativləşdirmək və 
t
əkmilləşdirmək. 
Yuxarıdakı tövsiyələrdən nəticəyə gəlmək olar ki, Sumqayıt iqtisadi cəhətdən 
inkişaf etmiş, təsərrüfatı,iqtisadiyyatı orda çalışan mütəxəssislərin sayı gündən 
gün
ə 
artmışdır. 
Bu 
baxımdan 
mütəxəssislərə 
MKS-nin 
m
əlumat,informasiya,axtarış  sistemlərində  səmərəli istifadəsini təşkil 
etm
ək,sənəd informasiya fondunu zənginləşdirmək günün əsas 
probleml
ərimdən biridir. 
 
ƏDƏBİYYAT 
1.
 
Az
ərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  çıxışı  //  “Azərbaycan” 
q
əz.,  1995, 6 iyun. 
2.
 
“Az
ərbaycanda  kitabхanaların  fəaliyyətinin  yaхşılaşdırılması  haqqında” 
Az
ərbaycan Rеspublikası Prеzidеntinin sərəncamı // “Azərbaycan” qəz., 2007, 21 aprеl. 
3.
 
“Az
ərbaycan  Respublikasında  kitabxana-informasiya sahəsinin 2008-2013-cü 
ill
ərdə  inkişafı  üzrə  Dövlət  proqramı”nın  təsdiq edilməsi barədə  Azərbaycan  Respublikası 
Prezidentinin S
ərəncamı: 6 oktyabr 2008-ci il // “Azərbaycan” qəz.,  2008, 6 oktyabr. 
4.
 
Az
ərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə 
inkişafı üzrə Dövlət proqramı // “Kitabхanaşünaslıq və biblioqrafiya” elmi-nəzəri və təcrübi 
jurnal, 2008, №2, s.7-30. 
5. “
Kitabxanaların  fəaliyyəti  haqqında” statistik  müayinənin  nəticələri   barədə: Statistik  
bülleten /Az
ərbaycan  Respublikasının   Dövlət  Statistika Komitəsi. Bakı, 2009, 86 s. 
   
6.Mehdiyeva R. S.Vurğun adina Sumqayıt şəhər MKS-də oxuculara kitabxana-informasiya 
xidm
ətinin təşkili // Kitabxanaçılıq-informasiya, 2012, №2 (8), s.93-97. 

     
7.Tahirov K. M.F.Axundov adına Milli Kitabxananın tarixi(1923-2008-ci illər). B., 2008, 
218 s. 
     8.Rüst
əmоv  Ə.M.  Rеspublikа  sоrаq-infоrmаsiyа  fоndlаrının  аvtоmаtlаşdırılmаsı: 
Mоnоqrаfiyа. B: Аzərnəşr, 1990, 220 s. 
       
9.Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2001-2010-cu illər hesabatları. 
 
 
З.Рзаева, 
С.Гаджиева 
ПРОБЛЕМЫ КОМПЛЕКТОВАНИИ ФОНДОВ ГОРОДСКИХ 
БИБЛИОТЕК СУМГАИТА 
 
РЕЗЮМЕ 
       
В  статье  освещены  проблемыкомплектовании  городских  библиотек  Сумгаита.А 
также  особое  внимание  уделено  на  опыт  работы  ЦБС.Проведенные  статистические 
обобщения. 
 
Z.Rzayeva 
S.Hajiyeva 
 
PROBLEMS ACQUISITION OF SUMGAIT CITY LIBRARIES 
 
SUMMARY 
The article deals with the problem of acquisition of city libraries Sumgaita.A also paid special 
attention to the experience of CLS. Conducted statistical generalizations. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

                                                                Lal
ə ƏLİYEVA 
Bakı Dövlət Universieti 
“Biblioqrafiyaşünaslıq” kafedrasının magistranti 
 
BİBLİOQRAFİK  EVRİSTİKANIN  NƏZƏRİ VƏ METODİKİ 
MƏSƏLƏLƏRİ 
 
Açar sözl
ər: Biblioqrafik evristika,biblioqrafik axtarış,sənəd 
Key  words: Bibliographic heuristics ,bibliographic search,document 
Ключевые слова: Библиографическая евристика, библиографический поиск 
документ 
M
əqalədə “Evristika” haqqında ümumi məlumat  öz əksini tapmışdır. 
Bundan 
əlavə  məqalədə  kitabxana-biblioqrafiya fəaliyyətində  biblioqrafik 
informasiyanın   əldə edilməsi yolları  haqqında məlumat verilmişdir. 
“Evrika” r
əvayətə  görə, Arximedin Sirəkuza  şahı  Hiyerin  tacındakı 
qızıl və gümüşün miqdarını təyin etdikdən sonra qışqıraraq ucadan dediyi söz, 
mür
əkkəb məsələlərin həlli tapılarkən, yeni fikir və yeni ideyalar yaranarkən 
razılıq və sevinc hissini bildirən ifadədir. 
Evristika h
əqiqətən müvafiq köməkçi suallar vasitəsi ilə  aşkar 
edilm
əsini nəzərdə  tutan tədqiqat və  təlim  üsulları,  pedaqogikada  evristik  
müsahib
ə, mütərəqqi təlim forması  kimi    meydana  gəlmiş  və  şagirdlərdə 
müst
əqil təfəkkürün inkişaf etdirilməsinə yönəldilmişdir. Bu üsul Sokrat üsulu 
da  adlanır.  Mürəkkəb qərar qəbul etmə   məsələlərinin həllində  evristikaya 
əsaslanan  üsulları  öyrənir. Bu üsullar həlli  tapmaq  üçün  lazımi  axtarışların 
h
əcmini azaldır və məsələ həllini asanlaşdırır. Nəzəri və praktiki məsələlərin 
h
əlli  ardıcıllıqla    aparılır,  məsələnin riyazi  modeli qurulur. Düşünmə 
prosesl
ərinin tədqiqi və başqa məsələlərdə istifadə olunur. 
Biblioqrafik axtarışın elm üçün böyük əhəmiyyətini qəbul edən alimlər 
haqlı olaraq göstərirlər ki, nə qədər ki, ədəbiyyat tarixi biblioqrafiya sahəsinə 
yiy
əlik və havadarlıq edir, onun nəticəsi bir o qədər də inandırıcı və həqiqətə 
yaxın  mötəbər olacaqdır.  Məhz hər  hansı    əsərin  əldə  edilməsi biblioqrafik 
axtarışdan başlayır. 
 
Görk
əmli alimlər hər  hansı  mövzusunun  ilk  mərhələsinin onun 
biblioqrafiyasının  tərtib edilməsindən  başlanmasının  sözsüz  vacib  olduğunu 
q
əbul etmişlər. “Biblioqrafik axtarış” anlayışını “Ədəbi faktın müəyyənləşdi-
rilm
əsi”, “elmi-tədqiqat mövzusu üçün  sənədlərin  axtarılıb  toplanması” 
m
ənasında dərk  etmişlər. 
 
Çox böyük vaxt 
ərzində  “biblioqrafik  axtarış”  anlayışının  mənası 
t
əkamül prosesində  dəyişikliyə  uğramış  və  yeni məzmun kəsb etməklə 
t
ədricən sabitləşmişdir.  “Biblioqrafik  axtarış”ın  nəzəri və  metodiki 
m
əsələlərini  əhatə  edən “Biblioqrafik evristika”  haqqında  fikir  söyləyən və 
araşdırmalar  aparan  görkəmli alimlərdən N.Y.Ulyaninski, A.Q.Fomin, 
N.V.Zdobnov, E.N.Şamurin və P.N.Berkovun adını xüsusi qeyd etmək olar. 

 
XX 
əsrin  əvvəllərindən biblioqrafik evristikaya ilk xüsusi əsər 
N.Y.Ulyaninski t
ərəfindən biblioqrafların II  Ümumrusiya qurultayında (1926) 
edil
əcək məruzənin tezisləri halında hazırlanmış, qurultayda bu məruzə başqa 
bir mövzu il
ə  “Biblioqrafiyanın  nəticələri  haqqında  məsələlərin nəzəri 
c
əhətdən  əsaslandırılması  təcrübəsi” mövzusu ilə  əvəz  edilmişdir.  Bir  neçə 
ild
ən sonra (1929) «Biblioqrafik evristika” adı ilə xüsusi məqalə şəklində çap 
edilmişdir. N.Y.Ulyaniskiyə görə evristika hər hansı biblioqrafiya işinin ilkin 
m
ərhələsidir. Bu hər  şeydən  əvvəl  materialın  toplanmasıdır.  O,  biblioqrafik 
axtarışın  metodikasının  yaradılmamasının  səbəbini biblioqrafiyanın  ümumi 
inkişafının  səviyyəsi ilə  bağlayır.  Biblioqrafik  axtarışın  metodikasını  intuitiv 
üsulla 
işıqlandırır.  
Rus  alimi  A.Q.Fomin    yazır:  “Baxmayaraq  ki,  ədəbiyyat tarixində 
axtarış mühüm rol oynayır, amma onun metodikası qəti olaraq işlənməmişdir. 
Bu m
əsələyə aid bizdə xüsusi bir əsər yoxdur”(4,s.135), biblioqrafik axtarışın 
metodikasını  şəxsi təc-rübəsinə  əsasən  işıqlandırır.  Onun  fikirləri N.Y.Ulya-
niskinin n
əticələrinə çox uyğun gəlir. Lakin A.Q.Fomin biblioqrafik axtarışın 
tipl
ərini və onların xarakterik xüsusiyyətlərini müəyyən etmiş, tövsiyə etdiyi 
sualların köməyi ilə biblioqrafiyalaşdırmada materialları müəyyən mövzu üzrə 
qruplaşdırmışdı.  28  biblioqrafik  axtarışın  tipinin nümunəsini  vermişdir.  O, 
biblioqrafik  axtarış»  anlayışını  daha  geniş  mənada başa  düşmüşdür. 
A.Q.Fominin t
əcrübi-müəllimlik fəaliyyətində  biblioqrafik axtarışın  me-
todikası yaranmış və formalaşmışdı. 
 A.Q.Fominin nöqteyi-n
əzəri    E.İ.Şamurinin  “Biblioqrafiya  işinin 
metodikası”  adlı  kitabının  beşinci  fəslində  öz  əksini  tapmışdır.  Fərqli cəhət 
ancaq  ”axtarış  tipinin  sayında”  özünü  göstərir. Bundan sonra biblioqrafik 
axtarışın bəzi cəhətləri alim və biblioqraf M.A.Briskmanın Sadavanın «Поиск 
книги» kitabına yazdığı müqəddimədəöz əksini tapır. O, qeyd edir ki, "alim və 
yazıçıların  diqqətsizliyi,  ehtiyatsızlığı  nəticəsində  biblioqrafik  axtarış  baş 
ver
ir.  Şübhəsiz  ki,  biblioqrafik  faktın  dəqiqləşdirilməsinin  əsasında  həmişə 
kimins
ə  səhvi və  nöqsanı  durur”.  Əlbəttə, səhv yaxud nöqsana görə 
biblioqrafik axtarışın vacibliyini izah etmək doğru olmaz. Biblioqrafik axtarış 
başqa hallarda daha çox baş verir və tam aydınlığı ilə demək olar ki, heç bir 
s
əhv və nöqsan üzündən aparılmır.  Əlbəttə, biblioqrafik axtarışda müəllifin və 
m
ənbənin düzgün verilmədiyinə rast gəlmək olur. Ancaq biblioqrafik axtarışı 
s
əhvlərin aradan qaldırılmasının nəticəsi kimi şərh etmək biblioqrafik axtarışın 
mübahis
əsiz olaraq elmi tərəqqinin hərəkətvericisi, çap əsərlərindən həqiqi 
faktı müəyyən etmək vasitəsi kimi əhəmiyyətini azaltmaq demək olardı. 
Biblioqrafik  evristikanın  ümumi  məsələləri  N.N.Berkov tərəfindən seçilmiş 
əsərlərində  işıqlandırılmışdır.  Akademik  V.V.Vinoqradov  “evristika” 
anlayışını nəzəri cəhətdən  müstəqil sahə hesab edərək onu “ədəbi evristika” 
adlandırır və onun hələ işlənməmiş, tədqiqata möhtac olan ədəbiyyatşünaslığın 
yardımçı, perspektivli elmlərindən biri hesab edir. 

          Görk
əmli mənbəşünas, keçmiş SSRİ EA-nın müxbir üzvü N.F.Borisov 
“evristika”nı  yardımçı  elm  kimi  deyil,  mənbəşünaslığın  tərkib hissəsi kimi 
izah edir v
ə göstərir ki, biblioqrafik evristikanın nəzəri və metodiki  məsələləri 
biblioqraf, arxeoqraf v
ə  mənbəşünas  alimlər tərəfindən getdikcə 
z
ənginləşdirilir (3,s.64). Tanınmış rus alimi  A.A.Qreçixinin yazır: “Burası da 
var ki, 
ədəbiyyat tarixi sahəsində  biblioqrafik  axtarış  həmişə  bu iki dairədə-
biblioqrafiya v
ə  ədəbiyyat tarixində  aparılır.  Belə  biblioqrafik  axtarışın 
metodu filologiya elml
ərinə uyğun gəlir, bir-birilə çulğalaşır və ola bilsin ki, 
ədəbi  kitabın  obyektini  biblioqrafik  və  filoloji  araşdırmaq  adlandırmaq  daha 
doğru olardı”. 
         Görk
əmli  alim  Ə.Mirəhmədov  “evristika”  anlayışını  belə  açıqlayır: 
“Evristika- 
müxt
əlif səciyyədə  olan  ədəbiyyatşünaslıq  axtarışlarının 
m
əcmuusu, çox vaxt fərdi səciyyə  daşıyır.  Bir  əsərin müəllifini, ya bir 
m
əktubun, əsərin tarixini, kimə yazıldığını müəyyənləşdirmək; ədəbi mistifi-
kasi
yanı açıb izah etmək; hər hansı bir əsərin, yaxud onun yazılmasına kömək 
etmiş  məxəzin müəyyən bir zaman, ya məkana aid olduğunu  əsaslandırmaq 
(lokalizasiya); bioqrafik t
ədqiqat, prototiplərin axtarılması və i.a 
           Biblioqrafik evristika is
ə  biblioqrafik  axtarışların  nəzəriyyə  və 
metodika-
sından bəhs edir. O, sadə və mürəkkəb səviyyədə ola bilər. Birinci 
halda sad
əcə, müəyyən  bir məsələyə  dair  ədəbiyyat seçilir, ikinci halda isə 
müxt
əlif tədqiqat üsullarından istifadə yolu ilə, məsələn, adı məlum bir əsərin 

əllifi, sərlovhəsi, harada olduğu, hər hansı bir nəşrin qüsurlarının, yaxud az 
tapılmasının səbəbləri və s. araşdırılır». 
 
Biblioqrafik  evristika  tanınmış  biblioqraf  alim  Ə.Xələfov tərəfindən 
“B
ədii ədəbiyyat və ədəbiyyatşünaslığın biblioqrafiyası” (1986)(28) adlı  dərs 
v
əsaitində bir qədər geniş şəkildə işıqlandırılmışdır. Lakin mövzu iş təcrübəsi 
əsasında işıqlandırılmamış qalmışdır.  Bunu nəzərə alaraq dissertasiya işində 
mövzunun faktlar 
əsasında işıqlandırılması bir məqsəd kimi qarşıya qoyulur. 
Biblioqrafik  axtarış  problemi  kitabxana-biblioqrafiya fəaliyyətinin 
başlıca  prosesidir. Kitabxana-biblioqrafiya müəssisələrinin informasiyanın 
müxt
əlif formalarından istifadə edilməsində böyük rolu və əhəmiyyəti vardır. 
Müasir elm, m
ədəniyyət, incəsənət, təhsil və  şəxsi təhsil sistemi dairəsinin 
m
əlumatla təmin edilməsi, elmi-  təcrübi problemlərin  arasında  biblioqrafik 
informasiyanın axtarılması ən mühüm yerlərdən birini tutur. 
 
Professor Z.H.Əliyev  “Ümumi biblioqrafiyaşünaslıq” (2001) adlı dərs 
v
əaitində yazır: “Biblioqrafiyalaşdırmanın və biblioqrafik xidmətin ilkin əsası 
biblioqrafik axta
rışdır.  Biblioqrafik  axtarış  müəyyən topluda nəyinsə  aşkar 
edilib mü
əyyənləşdirilməsi məqsədilə  aparılan  prosesləri nəzərdə 
tutur”(2,s37). 
       Mü
əyyən sənəd yaxud sənədlər  haqqında  informasiyanın  əldə  edilməsi 
yollarını    göstərən  biblioqrafik  axtarış  kitabxana-biblioqrafiya fəaliyyətinin 
bütün formalarının ilkin əsasını təşkil edir. Kitabxana-biblioqrafiya  prosesinə
biblioqrafik v
əsaitin siyahı  və  xülasənin, kataloq və  kartotekanın  tərtibinə, 

kitab s
ərgisinin təşkilinə, kitabxana fondunun komplektləşdirilməsinə  soraq-
biblioqrafiya  işinə,  ədəbiyyatın  kitabxana-biblioqrafik təbliğinə, mütaliəyə 
r
əhbərliyə  üzvü surətdə  daxil olur. Buna görə  də  biblioqrafik  axtarışın 
metodikasına  yiyələnmək,  onu  yaradıcılıq  işinin  əsası  kimi  anlamaq, ona 
professional biliyin, kitabxana- 
biblioqrafik bacarıq və vərdişin mühüm tərkibi 
kimi bax
mağa imkan verir. Bununla belə biblioqrafik axtarış yalnız kitabxana- 
bib
lioqrafiya  işində, professional fəaliyyətdə  iştirak etmir, o, həm də 
müt
əxəssisin elmi axtarışının, elmi fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. 
Biblioqrafiyada istifad
ə  edilən bütün bu istiqamətlər nəticə  etibarilə 
lazım  olan  informasiyanın  tapılması  üçün  biblioqrafik  axtarış  aparılır. 
Biblioqrafiyaya müraci
ət edilən məqsədin  axtarış  vəzifəsini nəzərdə 
tutmadığını təsəvvür etmək mümkün deyildir. 
 
Biblioqrafik  axtarış  oxucu-yəni  geniş  ədəbiyyat həvəskarlarının 
dair
əsinə, fəaliyyətinə  də  daxildir.  İstər təcrübəli, istərsə  də  yeni oxucu 
kataloqdan, kartotekadan, biblioqrafik v
əsaitdən  istifadə etməyi bacarmalıdır. 
Kitab seç
ərkən,  özünün  şəxsi  marağını  və  sorğusunu  ifadə  etməkdə 
ç
ətinliklərlə  qarşılaşır.    Biblioqrafik  üslubu,  təsviri, kitabxana təsnifatını, 
isnadları başa düşmür. O, biblioqrafik axtarışı bu və ya digər ölçüdə aparmağa 
m
əcburdur. Belə  hallarda  kitabxanaçı-biblioqrafın  rolu  oxucuya  köməklik 
etm
əkdən,  onların  müstəqil  biblioqrafik  axtarış  aparmasına    yönəltməkdən-
ibar
ətdir. Buna görə də müxtəlif oxucu qruplarının axtarış fəaliyyətlərinin xü-
susiyy
ətlərini bilmək və onu daim öyrənmək, biblioqrafik biliyi təbliğ etmək 
metoduna yiy
ələnmək, oxucunun mütaliə  mədəniyyətini tərbiyə  etmək 
vacibdir. Bu h
əmçinin  kitabxana-biblioqrafiya  işinin  təşkilinə  və  istifadə 
edilm
əsinə, mütəxəssislərin professional bilik dairəsinə daxildir. 
         
Biblioqrafik  axtarışın  effektivliyi  hər  şeydən  əvvəl biblioqrafik 
m
ənbələrin vəziyyətindən, biblioqrafik vəsaitlər  sisteminin  axtarış 
imkanlarından,  həmçinin hər bir vəsaitin necə  tərtib  olunmasından  asılıdır. 
Bununla 
əlaqədar kitabxanaçı biblioqrafik mənbələrin axtarış imkanlarını təyin 
etm
ək vərdişinə yiyələnməlidir. Axtarışın əhatə dairəsini təcili və dəqiq təyin 
etm
əyi  bacarmalıdır.  Bütün  bu  problemlər sahəvi biblioqrafiyaşünaslığın 
xüsusi bölm
əsi olan «biblioqrafik evristika»da araşdırılır. 
        
Biblioqrafik axtarış professional (kitabxana-biblioqrafiya) və professional 
olmayan 
(oxucuların)  fəaliyyətin xüsusi növü kimi özünün bütün 
çoxc
əhətliliyini biblioqrafik evristikanın obyekti kimi göstərir. 
        
Biblioqrafik axtarışın xüsusiyyətləri hər şeydən əvvəl ondan ibarətdir ki
oxucunun professional v
ə  professional olmayan fəaliyyətinə  qarşılıqlı  təsir 
göst
ərir, elmin və təcrübənin müxtəlif dairəsinə  üzvü şəkildə daxil olur. Buna 
gör
ə də biblioqrafik axtarış tədqiqatın və bir çox başqa elmlərin obyekti kimi 
d
ə çıxış edir, özünü göstərir. (1,s95) 
Biblioqrafik  evristikanın  ilkin  əsasını  təşkil  edən  biblioqrafik  axtarış 
problemi kitabxana-biblioqrafiya f
əaliyyətinin  başlıca  prosesidir.  Kitabxana-
biblioqrafiya mü
əssisələrinin informasiyanın  müxtəlif  formalarından  istifadə 

edilm
əsində  böyük rolu və  əhəmiyyəti  vardır.  Müasir  elm,  mədəniyyət, 
inc
əsənət, təhsil və  şəxsi təhsil sistemi dairəsinin məlumatla təmin edilməsi, 
elmi- t
əcrübi problemlərin arasında biblioqrafik informasiyanın axtarılması ən 
mühüm yerl
ərdən birini tutur. 
 
Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin