Klifford Saymak “Fərarilər” əsəri



Yüklə 58,89 Kb.
tarix16.11.2022
ölçüsü58,89 Kb.
#69448
Klifford Saymak.Fərrarilər hekayəsi.sərbəst iş


Klifford Saymak “Fərarilər” əsəri.
Bu əsərdə əsas baş qəhrəman Kent Faulerdir. O Yupiter Tədqiqat Komissiyasının 3 saylı qübbəsinin başçısıdır. Onun əsas vəzifəsi adamları louper formasinda Yupiter planetinə göndərib oradakı vəziyyəti və insan üçün yaşamı öyrənmək idi. Hələki Yupiter haqqında məlumat yox idi. İlk göndərdiyi 4 nəfər adam haqqında da heç bir məlumat yox idi. İkinci göndəriləcək adam Harold Alen adlı cavan bir oğlan olur. Əslinə qalsa Fauler onu göndərmək istəyində deyildi. Ona tez tez “Sən bunu etmək məcburiyyətində deyilsən” , “Bunu etmək vacib deyil” , “Bundan imtina edə bilərsən” deyirdi. Amma bu sözlər həmin əvvəllər gedən 4 nəfərə də deyilmişdi və onlar getmişdilər. Fauler ürəyində anladı ki Alen çox cavandır. Onun aşkar sezilən özünəəminliyi elə fikir yaradırdı ki o heçnədən qorxmur. Lakin bu çox qəribə idi çünki qübbənin içindəki adamlar qorxu və alçalmağın nə olduğunu çox yaxşı bilirdilər. Birdən Fauler də zəif umid qığılcımı yarandı ki bəlkə Alen getməyəcək. Alen isə tez soruşdu “ Mən nə vaxt getməliyəm?” Bu söz əslində Fauler üçün gözlənilməz oldu. O isə cavabında “Bir saatdan sonra yola düşəcəksən” deyərək qaşqabağını salladı. Alen susub gözləyirdi. Fauler dayanmadan Alenə təkid edərək deyirdi “4 nəfər gedib qayıtmayıb. Sən də bunu yaxşı bilirsən. Biz istəyirik ki gedib qayıdasan əsas məsələ qayıtmaqdır. Sənin işin xilas etmə əməliyyatı deyil , sadəcə Yupiter obrazında insanın yaşaya bilməsini sübut etməkdir. Alen də yola düşdü. Bir neçə müddətdən sonra ondan da xəbər çıxmadı. Digər obraz isə Operator Miss Stenli idi. Onun Faulerdən heç xoşu gəlmirdi. Ona görə ki Faulerin Yupiter planetinə adamlar göndərməsi və onların geri qayıtmaması onu qəzəbləndirirdi. Miss Stenli hər dəfə onunla acıqla danışır və sərt cavab verirdi .” Bu iş nə qədər davam edəcək ? Hələ bu çoxmu davam edəcək?” Deyə Miss Stenli Faulerə dilləndi “Nə qədər lazımdır o qədər” deyə Fauler cavab verdi. “Siz bundan sonra da bəzilərini də ölümə məhkum etmək fikrindəsiniz? Yupiterə qarşı onları təkbətək buraxmaq özünüz isə rahat və təhlükəsiz yerdə qalmaq fikrindəsiniz? Deyə Miss Stenli ona dilləndi. Beləliklə o 4 nəfərlə birlikdə Alen də yoxa çıxmışdı . Maşınlarla hər yeri gəzdilər lakin ondan əsər əlamət tapmadılar. Bioloqlar isə belə deyirdilər “ insan konvertora salınandan və düymə basılandan sonra o louperə çevrilir və getdiyi nöqtəyə düşür sonra isə geri qayıdır” Fauler isə öz otağında iti ilə birlikdə fikirli halda dayanmışdı. Fikirli-fikirli itgin düşənlərin sənədlərinə göz gəzdirirdi. Onun itinin adı Tauzer idi. Tauzer neçə illərdir ki onunla birlikdə idi. Hərdən bir Fauler onunla söhbətləşirdi. O itini sevirdi. O qovluqları stolun üstünə qoydu. İnsanları ölümə məhkum etmək özü isə təhlükəsiz və rahat yerdə oturmaq deyə Stenlinin sözləri onun yadına düşdü. Onun arxasınca şübhəsiz belə söhbətlər gedirdi xüsusilə Alen itəndən sonra. Bunu onların gözündə oxuyacaq. Yeni göndəriləcək adamların siyahılarına göz gəzdirdi amma davam etməyin nə mənası? Tez bir zamanda rabitə düyməsini sıxdı “Miss Stenli zəhmət olmasa” – dedi – və Miss Stenli cavab verdi . Fauler iki nəfərin yola düşəcəyini və Konvertorun hazırlanmasını operator Miss Stenliyə tapşırdı. Bu Yola düşən iki nəfər Fauler və iti olan Tauzer idi. Onlar Konvertora girdilər və louper formasında Yupiterə yola düşdülər. Artıq Tauzer və Fauler Yupiter planetində idilər. Başqa bir bədəndə louper formasinda. Bu planetin hər tərəfi qazla dolu idi. Hansı ki sözlə ifadə edilməyən başqa bir mühit ətrafdan isə qazların üfunətli iyi , tufanlı qaz burulğanı və çovğun bu onun televizordakı gördüyü Yupiter planeti deyildi gerçəklik isə onun gözündə hər şeydən üstün oldu. “Əla bədəndir , özümü əla hiss edirəm” deyə Tauzer dilləndi və əlavə etdi “Salam dost” . Fauler isə cavabında “Salam Tauzer” deyə cavab verdi. Amma sonra isə gördükləri ona qəribə gəldi “Tauzer sən danışırsan ?” - Əlbəttə deyə Tauzer dilləndi. Əslinə qalsa onlar öz beyinlərində danışırdılar. Fauler dedi:

  • Fauler heç bilirsən biz neynəmişik ? Biz beynimizin bütün hissəsini istifadə edirik son orqanına kimi .

  • Tauzer dedi – sanki yenidən doğulmuşam bu bədənim o qədər rahatdır ki əvvəllər məni narahat edən birələr məni narahat etmir yoxa çıxıblar. Dişlərim əvvəllər çürümüşdü sümüyü zorla gəmirirdim amma indi bunları vecimə almıram.

  • Beləliklə onlar Yupiterin bir çox yerlərini gəzdilər , söhbətləşdilər sanki öyrənmək istədiklərindən daha artığını öyrənmək istəyirdilər. Gedək? Tauzer dedi – hara ? – Hara gəldi deyə Tauzer cavab verdi . Gedək baxaq görək hara gedib çıxırıq . Məndə elə bir hiss var ki.. – Hə bilirəm Fauler dedi.

Çünki həmin hisslər onda da vardı alilik hissi , böyüklük hissi . Hardasa üfüqlər arxasında onları gözəl maraqlı bir şey gözlədiyinə əminlik. Həmin bu hissləri o itgin düşmüş 5 nəfər də keçirmişdi. Yeni biliklərlə dolu başqa həyatı gedib görmək duyğusunu. Onlar buna görə də qayıtmamışdılar “Mən geri qayıtmayacağam, biz çox işlər görməli çox şey öyrənməliyik axtarmalı şeylər çoxdur” deyə Tauzer dilləndi. “ Mən də geriyə qayıtmayacağam” deyə Fauler cavab verdi.
Tauzer dedi: - Geri qayıtsam onlar məni yenidən itə döndərərlər
-Məni isə yenidən insana – deyə Fauler cavab verdi






Ad.Soyad : Namil Əliyev
Qrup : 327
Fakültə : Filologiya
Mövzu: Klifford Saymak “ Fərarilər”
Rəhbər: İlahə Məcidova
Yüklə 58,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin