Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
kollegiyasının 03 fevral 2014-cü il tarixli
02 saylı qərarı ilə təsdiq edilmişdir
AĞCİYƏR VƏRƏMİNİN KOMPLEKS
MÜALİCƏSİNDƏ CƏRRAHİ
MÜDAXİLƏLƏRİN TƏTBİQİ ÜZRƏ
KLİNİK PROTOKOL
Bakı - 2014
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
55.4
A 35
A 35 Ağciyər vərəminin kompleks müalicəsində cərrahi müdaxilələrin
tətbiqi üzrə klinik protokol, 2014. – 28 səh.
Bu klinik protokol ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi
tərəfindən maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin
Gücləndirilməsi” Layihəsinin dəstəyi ilə hazırlanmışdır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
3
Redaktor:
C.Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar
Mərkəzinin direktoru, t.f.d.
Tərtibçilər:
E.Məmmədbəyov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun
direktoru, Ə.Əliyev adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunun Ftiziatriya
kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş
ftiziatrı, professor, t.e.d.
İ.Axundova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun
elm üzrə direktor müavini, t.f.d.
İ.Qasımov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun
Ftiziatriya bölməsinin rəhbəri, t.f.d.
F.Məcidov
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun
Ftiziocərrahiyə bölməsinin aparıcı elmi işçisi, t.e.d.
N.Murquzova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun
Ftiziatriya bölməsinin aparıcı elmi işçisi, t.f.d.
İ.Məmmədov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun
Ağciyər, vərəm, irinli cərrahiyə şöbəsinin müdiri
K.Əliyev Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun
Ftiziocərrahiyə bölməsinin müdiri, t.e.d.
G.Hüseynova Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar
Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin
sabiq müdiri
Rəyçilər:
Y.Şıxəliyev 1
nömrəli Vərəm Əleyhinə Dispanserin baş
həkimi, professor, t.e.d.
N.Abbasov Azərbaycan Tibb Universitetinin Ağciyər
xəstəlikləri kafedrasının müdiri, professor, t.e.d.
Bu protokolun hazırlanmasında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi
tərəfindən maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin
Gücləndirilməsi” Layihəsinin vərəm üzrə baş məsləhətçisi, t.f.d.
A.Paseçnikov ekspert qismində iştirak etmişdir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
4
Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri
Sübutların
etibarlılıq
dərəcəsi
Sübutların mənbələri
(elmi tədqiqatların tipləri)
Ia
Sübutlar meta-analiz, sistematik icmal və ya
randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT)
alınmışdır
Ib
Sübutlar ən azı bir RKT-dən alınmışdır
IIa
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət
edilən, randomizasiya olunmamış
tədqiqatdan
alınmışdır
IIb
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-
eksperimental tədqiqatdan alınmışdır
III
Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli,
korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi)
alınmışdır
IV
Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə
əsaslanmışdır
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
5
Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası
Tövsiyələrin
etibarlılıq
səviyyəsi
Tövsiyələrin əsaslandığı sübutların
etibarlılıq dərəcəsi
A
RKT-lərin yüksək keyfiyyətli meta-analizi,
sistematik icmalı və ya nəticələri uyğun
populyasiyaya şamil edilə bilən, sistematik səhv
ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT.
Sübutların etibarlılıq dərəcəsi Ia.
B
Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların
yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud
Sistematik səhv riski çox aşağı olan (++) yüksək
keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli
tədqiqat, yaxud
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) RKT.
Sübutların etibarlılıq dərəcəsi Ib və IIa.
C
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) kohort və
ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən,
randomizasiya olunmamış tədqiqat, yaxud
Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə
bilməyən, sistematik səhv riski çox aşağı olan və ya
yüksək olmayan (++ və ya +) RKT.
Sübutların etibarlılıq dərəcəsi IIb.
D
Klinik hallar seriyasının təsviri, yaxud
Nəzarət edilməyən tədqiqat, yaxud
Ekspertlərin rəyi.
Yüksək səviyyəli sübutların mövcud olmamasının
göstəricisidir.
Sübutların etibarlılıq dərəcəsi III və IV.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
6
İxtisarların siyahısı
ACXOX
ağciyərin xronik obstruktiv xəstəliyi
ÇDD VMB
çoxsaylı dərmanlara davamlı vərəm
mikobakteriyaları
DD
dərmanlara davamlılıq (rezistentlik)
GDD VMB
genişlənmiş dərmanlara davamlı olan vərəm
mikobakteriyaları
GNVH
1
(FEV
1
) gücləndirilmiş nəfəs vermənin 1 saniyə ərzində
olan həcmi (forced expiratory volume in 1 second)
İİV insanın immunçatışmazlığı virusu
MonoDD VMB monorezistent VMB (yalnız bir dərmana
davamlılıq)
MVP
Milli Vərəm Əleyhinə Proqram
PoliDD VMB Polirezistent
VMB
(ən azı iki dərmana davamlılıq)
TL
C0
ağciyərlərin diffuziya qabiliyyətinin müayinəsi
(transfer faktoru: TL
C0
– Transfer Factor for
Carbon Monoxide)
VMB
vərəm mikobakteriyaları
VMB DH VMB-nin
dərman vasitələrinə qarşı saxlanılmış
həssaslığı (DH dərmanlara həssaslıq)
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
7
Protokol vərəmlə mübarizə sahəsində çalışan həkim-ftiziatrlar,
cərrahlar və anestezioloq-reanimatoloqlar üçün nəzərdə tutulub.
Pasiyent qrupu vərəm xəstəliyi olan şəxslərdir.
Protokol vərəm xəstələrinin kompleks müalicəsində vaxtında və
keyfiyyətli cərrahi müdaxilə üsullarının düzgün tətbiqi üzrə sübutlu
təbabətə əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini daşıyır.
Giriş
Hazırda dünyada vərəm xəstəliyinin spesifik dərmanlara davamlı
formalarının artması müşahidə olunur. Epidemik vəziyyətin əsas
səbəblərindən biri vərəm mikobakteriyalarının spesifik dərmanlara
həssaslığı və ya davamlılığı təyin edilmədən xəstələrin müalicəsinin
aparılmasıdır. Digər səbəbi isə spesifik dərmanların düzgün olmayan
dozada və kombinasiyada xəstələrə təyin edilməsidir. Sözsüz,
müalicə olunan xəstələrin sosial vəziyyəti, həyat tərzi və onların
buna müvafiq olaraq müalicə prosesindən yayınması da əhəmiyyət
kəsb edir. İnsanın immunçatışmazlığı virusuna yoluxma səviyyəsinin
dünyada artması faktoru da vərəmə görə epidemik vəziyyətin
yaranmasında mühüm rol oynayır. Son illər bütün dünyada olduğu
kimi Cənubi Qafqaz respublikalarında da, o cümlədən Azərbaycanda
ilkin xəstələr arasında müalicə kursunun sonunda müalicənin
effektivliyi - dağılma boşluğunun bağlanması və mikobakteriyaların
ifrazının kəsilməsi 75-95% təşkil edir. Spesifik dərmanlara davamlı
olan xəstələrin, xüsusən multirezistent forması olanların müalicəsi
ancaq 50-55% hallarda klinik sağalma ilə nəticələnir.
Bütün bunları nəzərə alaraq vərəm xəstələrinin müalicəsinin
effektivliyinin yüksəldilməsi və epidemik stabilliyə nail olunması
məqsədilə cərrahi müdaxilənin tətbiqi çox vacibdir. Müalicənin son
nəticəsinin qənaətbəxş olması və cərrahi müdaxilələrin arzuolunmaz
nəticələrinin qarşısının alınması üçün kimyəvi terapiyanın maksimal
dərəcədə effektli aparılması və cərrahi əməliyyatların vərəmin
fəallığının bərpa olmasından əvvəl həyata keçirilməsi xüsusilə
zəruridir. Bu, həm də vərəm əleyhinə dərman vasitələrinə qarşı əlavə
davamlılığın əmələ gəlməsinin qarşısını almaq üçün vacibdir.
Müalicənin əvvəlində gözlənilən nəticələrin proqnozlaşdırılmasına
cərrahi müdaxilənin vaxtının düzgün seçilməsi də təsir edir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
8
ÇDD olan hallarda cərrahi müdaxilələrin ən mühüm növü
mioplastik əməliyyatlarla tamamlanan ağciyər rezeksiyasıdır.
Ümumi müddəalar
vərəm xəstələrinin müalicəsinin əsasını səmərəli kimyəvi
terapiya təşkil edir
bütün vərəm xəstələrinin müalicəsinə başlamazdan əvvəl əsas
vərəm əleyhinə dərman vasitələrinə həssaslığın yoxlanılması
zəruridir
vərəmin müalicəsində cərrahi müdaxiləyə göstərişlər aşağıdakı
halların yüksək ehtimalı olduqda yaranır:
müalıcənin uğursuz olması
qalıq əlamətlər fonunda residivlərin baş verməsi
vərəm xəstəliyinin fəsadlarının əmələ gəlməsi
cərrahi müalicəyə göstərişlərin müəyyən edilməsi üçün ən yaxşı
yanaşma taktikası müalicəyə başlamazdan əvvəl onun
nəticələrinin proqnozlaşdırılmasıdır
müalicənin uğursuzluqla nəticələnmə ehtimalı yüksək olduqda,
cərrahi müdaxilə kimyəvi terapiyaya başlanmazdan əvvəl
planlaşdırılır və müalicənin fonunda aparılır
cərrahi müdaxilə üçün ən əlverişli vaxt – kimyəvi terapiya
fonunda vərəmin fəallığının ən aşağı səviyyəyə endiyi zamandır
cərrahi müdaxilə vərəm prosesi aktivləşməmişdən və ya
proqressivləşməmişdən əvvəl aparılmalıdır
cərrahi müdaxilənin tətbiqinə əsas əks-göstəriş xəstənin tənəffüs
və ürək-damar fəaliyyətinin qiymətləndirilməsindən və
əməliyyatdan sonrakı dövr üçün verilən proqnozlara əsasən
müəyyən edilir
ağciyər vərəmi zamanı planlı şəkildə əsasən ağciyər rezeksiyası
əməliyyatı həyata keçirilir
ağciyərin geniş rezeksiyası əməliyyatı aparılan zaman əlavə
olaraq mio- və osteoplastik müdaxilələrin həyata keçirilməsi
əməliyyatdan sonrakı dövrdə fəsadların yaranma ehtimalını
əhəmiyyətli dərəcədə azaldır
vərəmin fəsadlarının müalicəsi zamanı cərrahi müdaxilələr
mərhələli şəkildə: “kiçik həcmli”dən “geniş həcmli”
müdaxilələrə doğru aparılır
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
9
Cərrahi müdaxilənin məqsədi müalicənin effektivliyinin
yüksəldilməsi və müalicə gedişində yarana biləcək arzuolunmayan
nəticələrin qarşısının alınmasıdır.
Vərəm xəstələrinin müalicəsinin nəticələrinin
proqnozlaşdırılması
Vərəm xəstələrinin müalicəsinin nəticələrinin proqnozlaşdırıl-
ması müalicə planının vacib mərhələsidir. Nəticələrin
proqnozlaşdırılması, xüsusilə VMB-nin ÇDD/GDD müşahidə
edildiyi zaman böyük əhəmiyyət kəsb edir, çünki belə xəstələrin
müalicəsi zamanı bütün ehtiyat dərman vasitələri istifadə edilmiş
olur. Belə hallarda yeganə ehtiyat müalicə yolu cərrahi müdaxilədir.
Lakin cərrahi müdaxilənin təhlükəsiz tətbiqi yalnız nəticənin əsaslı
proqnozlaşdırılması əsasında mümkündür.
Müalicə nəticələrinin proqnozlaşdırılması kimyəvi terapiyaya
başlamazdan əvvəl aparılır. Kimyəvi preparatlarla müalicədə
uğursuzluq ehtimalı yüksək olan hallarda cərrahi müdaxilə
planlaşdırılır. Cərrahi müdaxilə dərmanla müalicədən maksimal
effekt əldə edilən dövrdə həyata keçirilir.
Müalicə nəticələrinin proqnozlaşdırılmasında 2 yanaşma
mümkündür. Birinci yanaşma vərəmin müalicəsi ilə uzun illər
məşğul olan həkim-mütəxəssislərin empirik təcrübəsindən istifadə
olunmasına əsaslanır. Bu yanaşma üsulu ilə proqnoz kollektiv surətdə
açıq müzakirə vasitəsi ilə müəyyən edilir.
İkinci yanaşma müalicə uğursuzluqlarına dair risk amillərinin
statistik qiymətləndirilməsinə əsaslanır. Bu üsul müxtəlif risk
amillərini qiymətləndirməyə və mütəxəssislərin fikirlərində olan
təzad və ziddiyyətləri istisna etməyə imkan verir. Bununla belə,
müalicə nəticələrinə təsir edən bütün risk amillərinin nəzərə
alınmasının mümkünsüz olduğunu, xəstəliyin gedişi
xüsusiyyətlərinin dəyişkən olmasını və digər amillərin qarşılıqlı
təsirlərinin tam öyrənilmədiyini nəzərə alaraq, belə yanaşmada da
çatışmazlıqlar mümkündür.
Buna görə proqnozun verilməsi zamanı hər iki üsuldan istifadə
edilməlidir: həm həkimlərin kollektiv empirik təcrübəsindən, həm də
müalicə nəticələrinin proqnozlaşdırılması üçün riyazi təhlildən.
Cərrahi müdaxilə üçün göstərişlərin müəyyən edilməsində əsas
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
10
məsələ hər iki proqnozlaşdırma üsulundan istifadə edərək
əsaslandırılmış ortaq qərara gəlməkdir.
Uğursuz nəticələri səciyyələndirən risk amilləri
Xəstə barədə məlumat toplayarkən həkim ÇDD VMB-li
xəstələrdə uğursuz müalicə ehtimalını əks etdirən risk amilləri barədə
məlumatları toplayıb sənədləşdirməlidir. Ehtimal olunan risk amilləri
aşağıda göstərilir:
vərəm xəstəliyinin müddəti (bir il və daha çox) (C)
7,15
ağciyərlərdə vərəmin yayılma sahəsi (bir pay/bir paydan çox) (C)
10
ağciyərlərin zədələnməsi zamanı dağılma boşluğunun ümumi
diametri >10 sm olduqda (C)
1,13,15
ağciyərlərdə fibroz dəyişikliklərin həcmi (bir pay/bir paydan çox) (C)
3,10
müalicədən əvvəl bakteriya ifrazının həcmi (mikroskopiya+,
əkmə+/mikroskopiya–, əkmə+) (A)
15
müalicə fonunda bakteriya ifrazının azalma sürətinin aşağı
olması: (müalicənin başlanmasından 2 ay sonra bakteriya
ifrazının kəsilməməsi (hə/yox) (C)
14
müalicənin ilkin mərhələsində 2-ci sıra vərəm əleyhinə
dərmanların istifadəsi (istifadə edilmişdir/edilməmişdir) (B)
15
vərəm əleyhinə dərmanlara davamlılıq səviyyəsi (ÇDDV/ÇDDV
+ 2-ci sıra dərmanlara davamlılıq/GDDV) (A)
5,15
əvvəlki mərhələlərdə müalicə rejiminə riayət olunması
(variantlar: müalicənin kəsilməsi və ya dərman dozalarının
20%-dən çoxunun qəbul edilməməsi/müalicənin kəsilməməsi və
ya dərman dozalarının 20%-dən az qəbul edilməməsi) (C)
8
yanaşı xəstəliklərin olması: şəkərli diabet, ACXOX, İİV
(variantlar: vardır/yoxdur)
bədən kütləsi indeksinin aşağı olması (normadan 20% aşağı
/qalan hamısı) (A)
15
alkoqolizmin olması (hə/yox) (A)
15
narkomaniyanın olması (hə/yox) (C)
7
kişi cinsi (A)
15
Hər bir risk amili əsaslı şəkildə qiymətləndirildikdən sonra
həkimlər konsiliumu ilkin proqnozu tərtib edə bilər və əməliyyata
əks-göstəriş olmadığı təqdirdə xəstənin müalicə proqramına cərrahi
müdaxiləni daxil edə bilər.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
11
CƏRRAHİ MÜDAXİLƏLƏR ZAMANI KİMYƏVİ TERAPİYA
Əməliyyata hazırlıq mərhələsində kimyəvi terapiya vərəmin
fəallığının azaldılması üçün əsas amil rolunu oynayır.
Kimyəvi terapiya “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə
klinik protokol”a
əsasən aparılmalıdır. Protokolun tövsiyələrinə
əsasən müalicənin monitorinqi (klinik, laborator, rentgenoloji
müayinələr) aparılmalıdır. Daha sonra cərrahi müdaxiləyə göstərişlər
və əməliyyatın vaxtı monitorinq nəticələrinə əsaslanaraq
dəqiqləşdirilməlidir.
Əməliyyatdan əvvəlki dövrdə kimyəvi terapiya
Əməliyyatdan əvvəl aparılan kimyəvi terapiyanın məqsədi
vərəmin fəallığının maksimal dərəcədə azaldılmasıdır.
Əlverişsiz proqnozu olan və cərrahi müdaxilənin aparılması
planlaşdırılan xəstələrdə fərdi dözümlülük və VMB-nin dərmanlara
həssaslığı nəzərə alınmaq şərti ilə kimyəvi terapiya maksimal
dərəcədə aqressiv aparılmalıdır, yəni vərəm əleyhinə preparatların
maksimal dozası və sayı istifadə edilməlidir.
Əməliyyatdan sonrakı dövrdə kimyəvi terapiya
Əməliyyatdan sonrakı dövrdə kimyəvi terapiya əməliyyatdan
əvvəlki sxem üzrə (eyni dərman vasitələri ilə) davam
etdirilməlidir.
Vərəm xəstələrinin ümumi müalicə müddəti “Ağciyər vərəminin
kimyəvi terapiyası üzrə klinik protokol”a
*
uyğun olmalıdır.
Cərrahi müdaxilənin aparılması kimyəvi terapiya kursunun
başlanmasından sonra ilk 2-6 ay ərzində tövsiyə olunur. Bu halda
“Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”da
*
qeyd edilmiş ümumi müalicə müddətinə riayət etmək mümkün
olur.
Vərəmin kimyəvi terapiyasına dair “Ağciyər vərəminin kimyəvi
terapiyası üzrə klinik protokol”a
*
uyğun olaraq inyeksion dərman
vasitələrindən istifadə müddəti ən az 6 ay təşkil etməlidir və ya
bax: “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol” Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi. Bakı. - 2011. - 32 səh.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
12
bəlğəmin konversiyası əldə olunduqdan sonra 4 aya qədər davam
etdirilməlidir.
Cərrahi müdaxilə həyata keçirildikdən sonra vərəm xəstələrinin
kimyəvi terapiyasının standart müddətlərinə riayət etməyə imkan
olmadığı hallarda dərmanlarla müalicənin müddəti aşağıdakı
kimi olmalıdır:
vərəm əleyhinə dərmanlara mikobakteriyaların həssaslığı
saxlanıldığı halda (VMB DH) – 6 ay
mono- və ya polirezistent VMB-li xəstələrdə – 9 ay
ÇDD/GDD xəstələrdə – 12 ay
İnyeksiya şəklində olan dərman vasitələri ilə müalicə müddəti:
VMB-nin vərəm əleyhinə dərmanlara həssaslığı saxlanıldığı
halda əməliyyatdan sonra – 2 ay
mono- və ya polirezistent VMB-li xəstələrdə əməliyyatdan
sonra – 3 ay
ÇDD/GDD xəstələrdə əməliyyatdan sonra – 4 ay
Dostları ilə paylaş: |