DƏRMAN VASİTƏLƏRİNƏ QARŞI
MÜXTƏLİF FORMALI REZİSTENTLİYİ OLAN
AĞCİYƏR VƏRƏM XƏSTƏLƏRİNİN MÜALİCƏSİNDƏ
CƏRRAHİYYƏNİN ROLU
Dərman vasitələrinə qarşı rezistentlik müalicə uğursuzluğunun
əsas risk amilidir və əksər hallarda cərrahi müdaxiləyə göstəriş olur.
Lakin cərrahi əməliyyatdan istifadə etmək ehtiyacı vərəmin istənilən
formasının müalicəsi zamanı yarana bilər.
VMB-nin dərmanlara qarşı həssaslığı saxlanılmış formasında
cərrahi müalicə
Müalicədə uğursuzluq riski. Bu qrup xəstələrin I və ya II rejim
ilə müalicəsi zamanı cərrahi müdaxilələrə göstərişlər nadir hallarda
əmələ gəlir. Bu, 1-ci sıra dərman vasitələri ilə müalicənin yüksək
effektivliyi ilə bağlıdır. Uğursuzluğa, bir qayda olaraq, dərmanlara
qarşı rezistentliyin əmələ gəlməsi səbəb olur və bu hallarda müalicə
“Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”a
uyğun
bax: “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol” Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi. Bakı. - 2011. - 32 səh.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
13
şəkildə davam etdirilməlidir. Lakin bəzi hallarda müalicə
uğursuzluğu dərmanlara davamlılığın əmələ gəlməsi ilə əlaqədar
olmaya bilər və bu da cərrahi müdaxilə üçün göstəriş ola bilər.
Vərəmin residiv vermə riski olan xəstələr. Bu qrupa müalicə
əsnasında bakteriya ifrazı kəsilmiş, lakin ağciyər toxumasında böyük
ehtimalla residivlə nəticələnə bilən qalıq dəyişiklikləri formalaşan
xəstələr aiddir
17
. Belə dəyişikliklərə iri tuberkulomalar və qalın
divarlı kavernalar aiddir (B).
Vərəmin fəsadları. Bu qrup xəstələrdə, digər qruplarda olduğu
kimi, vərəmin fəsadları (spontan pnevmotoraks, plevranın
empieması, ağciyər qanaxması) əmələ gəldiyi halda təcili cərrahi
müdaxilə göstərişdir.
Mono- və polirezistent vərəm və cərrahiyyə
Müalicədə uğursuzluq riski. Bu qrupa vərəm əleyhinə
dərmanlara qarşı müxtəlif spektrli rezistentliyi olan, lakin müştərək
olaraq izoniazidlə rifampisinə qarşı davamlılığı olmayan xəstələr
daxildir. Mahiyyət etibarı ilə bu, ÇDD VMB-nin formalaşmasında
aralıq mərhələdir. Bu qrup xəstələrin müalicə sxemində 2-ci sıra
dərman vasitələri istifadə edildiyi hallarda onlara qarşı da
rezistentliyin formalaşması ehtimalı artır. Buna görə müalicə
nəticələrinin və cərrahi müdaxilənin proqnozlaşdırılması nəinki
müalicə uğursuzluğunun qarşısının alınmasında, eləcə də rezistentliyi
daha yüksək – ÇDD VMB və GDD VMB-dən vərəm formalarının
əmələ gəlməsinin qarşısının alınmasında da mühüm rol oynayır.
Bu qrupda uğursuz müalicənin proqnozlaşdırılması ÇDD olan
xəstələrdə olduğu kimi eyni prinsiplərə əsaslanır.
Bir qayda olaraq, müalicə uğursuzluqları ÇDD vərəmin
formalaşmasına gətirir və belə xəstələr “Ağciyər vərəminin kimyəvi
terapiyası üzrə klinik protokol”a uyğun olaraq sonrakı müalicəyə
keçirilirlər.
Müəyyən hallarda DD-nin spektrinin dəyişməz qalmasına
baxmayaraq bakteriya ifrazının dayanması müşahidə edilmir. Belə
hallarda da cərrahi müalicə üçün göstərişlər yarana bilər. Belə
vəziyyəti proqnozlaşdırmaq çətin olduğundan uğursuz müalicə faktı
qeyd edildikdən sonra ÇDD vərəmin empirik müalicəsi haqqında
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
14
qərar qəbul edilmədiyi hallarda cərrahi müdaxiləyə göstəriş verilə
bilər.
Vərəmin residiv vermə riski. Bir sıra hallarda, bakteriya ifrazının
dayanmasına baxmayaraq, polirezistent vərəmli xəstələrdə iri
tuberkuloma və qalın divarlı kavernalar şəklində qalıq dəyişikliklər
formalaşa bilər və bunlar gələcəkdə vərəmin residivinə səbəb ola
bilər. Belə hallarda residivin qarşısının alınması məqsədi ilə cərrahi
müdaxiləyə ehtiyac əmələ gələ bilər.
Vərəmin fəsadları. Bu qrup xəstələrdə cərrahi müalicəyə göstəriş
vərəmin fəsadlarının əmələ gəlməsi zamanı ortaya çıxa bilər.
ÇDD və ya GDD vərəm və cərrahiyyə
1-ci sıra vərəm əleyhinə dərmanlarla müalicənin nəticələri
qənaətbəxş olmadığı hallarda 2-ci sıra vərəm əleyhinə dərmanlardan
maksimum geniş şəkildə istifadə olunur. Lakin son illərdə onların
effektivliyinin azalması meyilləri müşahidə olunur. Bu səbəbdən belə
xəstələrin müalicəsində cərrahi müdaxilənin rolu kəskin şəkildə artır.
Fəsadların yüksək riskinə baxmayaraq bəzi xəstələr üçün cərrahi
müdaxilə seçim üsulu kimi qalmaqdadır. Ümumiyyətlə, ÇDD/GDD
olan xəstələrə cərrahi müdaxilə müalicənin effektinin artmasına və
onların sağ qalmaq ehtimalının artmasına imkan verir.
ÇDD olan xəstələrin müalicəsi zamanı cərrahi müdaxilə üçün
göstərişlər digər DD formalarda olduğu kimi müəyyənləşdirilir:
Müalicənin uğursuzluğu riski
Vərəmin residiv vermə riski
Vərəmin fəsadlaşması
ÇDD və GDD olan hər bir xəstənin müalicə proqramının tərtib
edilməsində proqnozlaşdırmanın rolu çox böyük əhəmiyyət kəsb edir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
15
HƏSSASLIĞI SAXLANILMIŞ VƏ
MONO- VƏ POLİREZİSTENT VƏRƏM XƏSTƏLƏRDƏ
CƏRRAHİ MÜALİCƏ ÜÇÜN GÖSTƏRİŞLƏR
Bu qruplarda cərrahi müalicəyə göstərişlər bir-birindən
fərqlənmir və aşağıdakı hallarda yaranır:
VMB-nin 1-ci sıra dərmanlara həssaslığı spektrinin saxlandığı
xəstələrin müalicəsində uğursuz nəticə olduğu hallarda:
müalicə kursunun son ayında bakterioloji müayinələrin nəticələri
müsbət olduqda və ya vərəm prosesinin fəallığının saxlanmasını
təsdiq edən klinik və rentgenoloji əlamətlər müşahidə olunduqda.
Belə halları proqnozlaşdırmaq olduqca çətindir və buna görə də
cərrahi müdaxilə haqqında qərar dərman müalicəsinin uğursuz
olduğu sübut ediləndən sonra verilməlidir.
Ağciyərlərdə yüksək residiv vermə riski olan qalıq dəyişikliklər:
diametri 2 sm-dən böyük olan tuberkulomalar və diametri
4 sm-dən böyük, divarlarının qalınlığı isə 1 mm olan kavernalar.
Qalıq dəyişikliklərin formalaşmasının proqnozlaşdırılması
çətindir və buna görə də ağciyərlərdə vərəm prosesinin müsbət
rentgenoloji dinamikası dayanandan sonra cərrahi müdaxilə
barəsində qərar qəbul edilə bilər. Cərrahi müdaxilə ilk 4-6 ay
müddətində tətbiq olunmalıdır.
Vərəmin fəsadları: spontan pnevmotoraks, plevranın empieması,
ağciyər qanaxması. Vərəmin fəsadlarının müalicəsi vərəm
əleyhinə intensiv kimyəvi terapiya fonunda aparılmadığı hallarda
qeyri-effektivdir. Vərəmin fəsadlarının cərrahi müalicəsi ardıcıl
olaraq sadədən (plevral punksiya, drenaj) mürəkkəbə doğru
(plevral boşluğun tamponadası ilə torakostomiya, torakoplastika,
mioplastika, plevropnevmonektomiya və s.) aparılmalıdır.
ÇDD, GDD OLAN AĞCİYƏR VƏRƏMİ XƏSTƏLƏRİNDƏ
CƏRRAHİ MÜALİCƏ ÜÇÜN GÖSTƏRİŞLƏR
ÇDD və GDD olan ağciyər vərəmi xəstələrinin cərrahi
müalicəsinə dair üç əsas qrup göstəriş mövcuddur:
I.
Müalicənin uğursuz olmasının yüksək ehtimalı
Müalicədən əvvəl həkimlər konsiliumu “Uğursuz nəticələri
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
16
səciyyələndirən risk amilləri” bölməsində göstərilmiş risk amillərinin
qiymətləndirilməsi əsasında müalicə nəticələrinin proqnozunu tərtib
edir. Proqnoz əlverişli olduğu halda cərrahi müalicə təyin edilir.
Cərrahi müdaxilə müalicənin başlanğıcından sonra 2-6 ay ərzində,
yəni vərəmin fəallığının maksimal azaldığı dövrdə aparılır. Cərrahi
müdaxilələrin aparılma müddəti aşağıda “Cərrahi müdaxilələrin
aparılması müddətləri” bölməsində verilmişdir (bax: səh.17).
Cərrahi müalicə “Ağciyər vərəmi olan xəstələrdə cərrahi
müdaxilələrin aparılmasına dair əks-göstəriş” bölməsində verilmiş
halların olmadığı təqdirdə aparılır (bax: səh.19).
II.
Vərəm residivinin yüksək ehtimalı
Kimyəvi terapiya nəticəsində gələcəkdə vərəmin residivinə səbəb
ola biləcək böyük qalıq dəyişikliklərin formalaşması cərrahi
müalicəyə göstəriş hesab olunur. Bunlara bakteriya ifrazının
dayanmasına baxmayaraq qalın divarlı iri kavernaların formalaşması
aiddir
10
. Aşağıdakı dəyişiklikləri cərrahi müdaxiləyə göstəriş kimi
qəbul etmək olar: diametri 4 sm-dən böyük və divarları 1 mm-dən
qalın olan kavernalar və diametri 2 sm-dən böyük olan
tuberkulomalar.
III.
Vərəmin fəsadları
ÇDD vərəmin fəsadları müşahidə olunduqda təcili cərrahi
müdaxiləyə göstərişlər əmələ gələ bilər.
Pnevmotoraksın və/və ya plevranın empieması zamanı plevral
punksiyaların və/və ya plevral boşluğun drenaj edilməsi tövsiyə
olunur. Bu tədbirlər səmərə vermədikdə torakostomiya vasitəsi ilə
açıq drenajın və bronxo-plevral fistulların tamponadasının aparılması
haqqında fikirləşmək lazımdır. İrinli iltihab ləğv edildikdən sonra
yekunlaşdırıcı cərrahi müdaxilələrin – plevrektomiya, ağciyər
rezeksiyası, torakoplastika və s. aparılması barədə qərar vermək
lazımdır.
Ağciyər qanaxmaları zamanı hipotenziv və hemostatik terapiya
təyin edilir. Asfiksiya təhlükəsi yaranan hallarda bronxların sərt
bronxoskopiya ilə müvəqqəti selektiv tamponadası aparılır. Bu
prosedurun qeyri-effektivliyi zamanı həyati göstərişlər əsasında
ağciyərin təcili rezeksiyası məsələsi nəzərdən keçirilməlidir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
17
Cərrahi müdaxilələrin aparılması müddətləri
Praktik olaraq hər bir kimyəvi terapiya kursunun əvvəlində
xəstənin vəziyyətində müsbətə doğru dəyişiklik müşahidə olunur. İlk
əlamətlərdən biri öskürəyin, nəfəs çatışmazlığının, zəifliyin və
bəlğəmin miqdarının azalması və irinli bəlğəmin selikli bəlğəm ilə
əvəz olunmasıdır. Bu, bakteriya ifrazının həcminin azalması və ya
tamamilə kəsilməsi ilə müşayiət olunur. Müalicə fonunda vərəmin
fəallığına nəzarət etmək məqsədi ilə bəlğəmin hər həftə mikroskopik
müayinəsi və əkilməsi aparılır
6
. Bu, artıq müalicənin başlanmasından
1-2 həftə sonra vərəm fəallığının azalması barədə məlumat əldə
etməyə imkan verir.
Sonrakı dövrlərdə xəstələrin müəyyən hissəsində bakteriya ifrazı
və onun intensivliyi müalicənin başlanğıcında olan səviyyəyə
qayıdır. Həmçinin bu mərhələdə DD da formalaşır. Məhz bu
xəstələrdə müalicədə uğursuzluq müşahidə olunur. Beləliklə,
vərəmin fəallığının müvəqqəti azaldığı bir “pəncərə” dövrü
mövcuddur. Bu cərrahi müdaxilə üçün ən əlverişli müddətdir:
əməliyyatlar bu dövrdə keçirildikdə fəsadlaşma daha az hallarda
müşahidə olunur. Bundan başqa, əməliyyatdan sonrakı dövrdə
kimyəvi terapiya öz qüvvəsini saxlamış olur, çünki bu dövrdə DD
inkişaf etməmiş olur.
Hal-hazırda “pəncərə”, yəni ÇDD olan xəstələrdə vərəm
prosesinin fəallığının azalması dövrünün kimyəvi terapiya
başlandıqdan sonrakı 2-6 aya təsadüf etməsi haqda kifayət qədər
məlumat var
6,11,12
.
Müalicə nəticələrinin uğursuz olması ehtimalı yüksək olan
xəstələrdə cərrahi müdaxilələrin müddəti
Beləliklə, proqnozu əlverişli olmayan xəstələrdə cərrahi
müdaxilələr müalicənin başlanmasından sonra 2-6 ay ərzində
aparılmalıdır. Bu halda cərrahi müalicə az fəsadlarla müşayiət olunur
və preventiv xarakter daşıyır, yəni müalicə uğursuzluğunun, vərəmin
proqressivləşməsinin və DD-nin daha yüksək səviyyəsinin əmələ
gəlməsinin (xarici müəlliflərin istifadə etdikləri terminlərə görə
DD-nin amplifikasiyasının) qarşısını alır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
18
Residiv ehtimalı və qalıq dəyişiklikləri yüksək olan vərəmli
xəstələrdə cərrahi müdaxilələrə ayrılan müddət
Bəzi xəstələrdə müalicə əsnasında bakteriya ifrazı davamlı olaraq
dayanır, lakin sonralar böyük ehtimalla vərəmin residivinə səbəb ola
bilən qalıq dəyişikliklər formalaşır. Bu, “pəncərə” dövründən daha
sonrakı mərhələlərdə, yəni müalicənin 6-cı ayından sonra baş verir.
Belə hallarda prosesin müsbət rentgenoloji dinamikası dayanır,
infiltratların sorulması və kavernaların divarlarının qalınlığının və
ölçüsünün azalması baş vermir.
Belə xəstələrdə cərrahi müdaxilənin məqsədi vərəmin gələcəkdə
baş verə biləcək residivlərinin qarşısının alınmasıdır.
Yadda saxlamaq lazımdır ki, bu qrup xəstələrdə cərrahi müdaxilə
nə qədər gec aparılarsa, bir o qədər ümumi müalicə kursu uzanır,
xüsusilə rezeksiya edilən materialda VMB aşkar edildiyi hallarda
(“Əməliyyatdan sonrakı dövrdə kimyəvi terapiya” bölməsinə bax:
səh. 11).
Buna görə də bu qrup xəstələrdə cərrahi müdaxilələrin aparılması
üçün ən optimal dövr müalicənin başlanmasından sonra 6 və 12-ci
aylar arasında olan müddətdir.
Vərəmin fəsadlarına görə aparılan
cərrahi müdaxilələrin müddəti
Bir qayda olaraq vərəmin fəsadlarına görə aparılan cərrahi
müdaxilələr təxirəsalınmaz xarakter daşıyır. Onların bir çoxunun
cərrahi müalicəsi çoxmərhələli xarakter daşıyır, məsələn, bronxo-
plevral fistullarla müşayiət olunan plevranın xronik empiemasının
müalicəsi. Bu qrup xəstələrdə geniş miqyaslı cərrahi müdaxilələrin
(plevropnevmoektomiya və ya torakoplastika) aparılma dövrü klinik
vəziyyətin sabitləşməsindən və fəal irinli iltihabın ləğv edilməsindən
asılıdır (“Vərəmin fəsadlarının (spontan pnevmotoraks və plevranın
empieması) cərrahi müalicəsi” bölməsinə bax: səh.24).
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
19
Ağciyər vərəmi olan xəstələrə cərrahi müdaxilələrin
aparılmasına dair əks-göstərişlər
Ağciyər vərəmi olan xəstələrdə cərrahi müdaxilələrin
aparılmasına dair əks-göstərişlərin işlənib hazırlanmasının məntiqi
əsasını cərrahi müdaxilələrin səbəb ola biləcəyi ağırlaşmaların və
mənfi nəticələrin qarşısının alınması təşkil edir.
Düzgün müəyyən edilmiş göstərişlər və cərrahi müdaxilənin
vaxtı, əməliyyatın növünün və həcminin düzgün seçilməsi, cərrahi
əməliyyatın aparılmasına dair qaydalara və texniki yanaşmalara
riayət olunma infeksiya fəsadlaşmalarının (plevranın empiyeması,
bronxoplevral fistul, əməliyyat yarasının irinləməsi) və ağciyər
qanaxmalarının minimal həddə gətirilməsinə imkan verir.
Lakin bu fəsadlaşmalardan başqa əməliyyatdan sonrakı dövrdə
tənəffüs və ürək-damar sistemində funksional pozuntuların baş
vermə təhlükəsi də mövcuddur. Bu problem ÇDD olan vərəm
xəstələrində cərrahi əməliyyatlar aparıldıqda xüsusi əhəmiyyət kəsb
edir, belə ki, bu xəstələrin çoxlarında xronik vərəm fonunda tənəffüs
funksiyası və qan dövranı pozuntuları mövcud olur. Onların çoxunda
sağ mədəcik tipli ürək-damar çatışmazlığı (ağciyər ürəyi), bu və ya
digər dərəcədə ventilyasiya, perfuziya pozuntuları və hətta ağciyərlər
qabiliyyətinin diffuz pozuntusu formalaşır. Bu, ürəyin sağ
şöbələrində və ağciyər arteriyasında hipertenziyanın inkişafı ilə
müşahidə olunur. Dəyişikliklər ağır olduqca sağ və sol mədəcik tipli
ürək çatışmazlıqları təzahürləri əmələ gəlir.
Bundan başqa, belə xəstələrin kifayət qədər böyük hissəsində
əməliyyatdan sonrakı dövrdə ürək-damar sisteminin çatışmazlığına
gətirə bilən ağciyərin və ürək-damar sisteminin yanaşı gedən
xəstəlikləri müşahidə edilir (ağciyərin xronik obstruktiv xəstəliyi,
silikoz, koronarokardioskleroz, miokardiodistrofiya və s.).
Bütün sadalananlar ÇDD olan vərəm xəstələrinin əhəmiyyətli
hissəsində
cərrahi
əməliyyatın aparılması imkanlarını
məhdudlaşdırır. Bəzi tədqiqatlara əsasən ÇDD olan vərəm
xəstələrinin təxminən 2/3 hissəsində ağciyərin vərəmlə zədələnən
payının böyük olması və ya tənəffüs pozuntusu səbəbindən cərrahi
müdaxilənin aparılması imkanları məhdudlaşır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
20
Cərrahi müalicəyə göstərişləri olan xəstələrdə ağciyərin və
ürəyin funksional vəziyyətinin qiymətləndirilməsi
Dünyada cərrahi klinikaların, o cümlədən vərəm xəstələri
üzərində cərrahi əməliyyatlar aparılan klinikaların əksəriyyəti öz
təcrübələrində Britaniya torakal cəmiyyətinin ağciyərlərdə
əməliyyat
olunacaq kontingentin seçilməsi üzrə tövsiyələrindən
4
(2001) və ya
onların sonrakı modifikasiyalarından
2
istifadə edir. Qeyd etmək
lazımdır ki, bu tövsiyələr ağciyər xərçəngi olan xəstələr üzərində
aparılan tədqiqatlar əsasında hazırlanmışdır.
Cərrahi müdaxilə üçün xəstələrin seçilməsi zamanı aşağıdakı əsas
funksional müayinələrdən istifadə edilir:
Spiroqrafiya
Ağciyərlərin diffuz qabiliyyətinin müayinəsi (transfer faktoru –
TL
CO
)
Qanda qazların müayinəsi
Ağciyərlərin kəmiyyət radioizotop skanlaşdırılması
Ventilyasiya-perfuziya nisbətinin tədqiqi
Əgər lobektomiya planlaşdırılan xəstədə spiroqrafiyanın
nəticələri GNVH
1
(gücləndirilmiş nəfəs vermənin 1 saniyə ərzində
olan həcmi) bronxodilatatorlarla sınaqdan sonra 1500 ml-dən və
pnevmonektomiya planlaşdırılan xəstədə 2000 ml-dən çoxdursa,
əməliyyatdan sonrakı dövrdə tənəffüs çatışmazlığının əmələgəlmə
riski minimaldır və əlavə müayinələrin aparılması tələb olunmur.
Əməliyyatdan sonrakı dövrdə nəfəs çatışmazlığının əmələ gəlməsini
yarada biləcək interstisial xəstəliklərin və digər halların əlamətləri
müşahidə edilməməlidir. Lakin bəzi cərrahlar vərəmin xronik
xəstəlik olduğunu və orqanizm tərəfindən müəyyən fizioloji
adaptasiya mexanizmlərinin yarandığını nəzərə alaraq spiroqrafiyada
daha aşağı göstəricilər olduqda da cərrahi əməliyyatların
keçirilməsinin mümkünlüyünü qeyd edirlər
9
.
Vərəm xəstələrində ağciyərin rezeksiyası tənəffüs səthinin bəzən
əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bir çox cərrahlar
rezeksiyanın xəstəyə olan təsirinin qiymətləndirilməsində “ağciyərin
lokallaşmış xəstəliyi” (localized disease) terminindən istifadə edirlər.
Bu, planlaşdırılan həcmdə əməliyyatın xəstələrdə kritik tənəffüs
çatışmazlığına (həyatla uyuşmayan) səbəb olmayacağı deməkdir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
|