Kompozisiya materialları və onlardan
detalların hazırlanması.
Maşınqayırmanın inkişafı, eləcə də buraxılan
məmulatların keyfiyyətinin yüksəldilməsi və etibarlılığının
artırılması məsələləri yeni konstruksiya materialları
yaradılmasını tələb edir. Kompozisiya materialları
sənayenin bütün sahələrində tətbiq edilir.
Müasir kompozisiya materialları anlayışı aşağıdakı
tələblərə cavab verilməlidir. Kompozisiya ən azı 2
müxtəlif növ kimyəvi materialların qarışıqlarından ibarət
olub, bu komponentlər (frazalar) arasında sərhəd aydın
olmalıdır. Kompozisiya onun komponentlərinin heç
birinin malik olmadıqları xassələrlə xarakterizə
olunmalıdır.
Kompozisiya materialları – materiala xüsusixassə vermək
məqsədilə əsas materiala müəyyən miqdar başqa
material qatmaqla alınır. Kompozisiya materialı 2, 3 və
daha çox komponentdən təşkil oluna bilər. Komponentə
daxil olan hissəciklərin ölçüləri geniş həddə 100-də 1
mikrometrdən (ovuntu dolduruçulardan istifadə
edildikdə) bir neçə millimetrə qədər (lifli dolduruçulardan
istifadə edildikdə) dəyişə bilər. Məsələn, avtomobil şinini
əsası rezin olan kompozisiya materiallarından
hazırlayırlar. Mexaniki xassələrini artırmaq
üçün ona