Kompüter faylı
Kompüter faylı —
informasiyanın
diskdə
tutduğu yerdir.
Faylın adı iki hissədən ibarət olur: adın özündən və faylın tipini göstərən uzantıdan. Faylın
adında hərf və rəqəmlərdən istifadə etmək olar. Məsələn: “İnformatika-7”, “Lesson1”,
“sgfg123”, “Bölüm_1”. Bəzi
simvolların
xüsusi təyinatı olduğundan faylın adında onlardan
istifadə etmək olmaz.
Kompüter
üçün faylın adının böyük və ya kiçik hərflərlə yazılmasının fərqi yoxdur. Faylın adı ən
çoxu 255 simvoldan ibarət ola bilər, ancaq çalışmaq lazımdır ki, o, yetərincə qısa olsun. Faylın
adında * / : < > ? \ | “ simvollarından istifadə etməyin. Həmin simvolların hər birinin əməliyyat
sistemi üçün xüsusi mənası var.
[1]
Faylın aşağıdakı növləri olur:
1.
Sistem
faylları – dəyişməyən fayllar. Bunlar yalnız əlavələrin və əməliyyat sistemlərinin
versiyaları digərlərilə əvəz olunduqda dəyişilirlər (*.sys).
2.
İnformasiya
faylları – dəyişilməyə məruz qalan fayllar, məsələn:
mətn
redaktorlarında yaradılan fayllar (*.doc, *.odt, *.txt);
verilənlər bazasının
faylları (*.mdb, *.odb);
elektron cədvəllərinin
faylları (*.xls, *.ods),
mediya
-fayllar (səs faylları: *.wav, *.mp3, *.ogg, *.midi, *.au, video-fayllar: *.avi, *.mov);
qrafik fayllar
(*.jpg, *.gif, *.bmp, *.tif, *.png);
prezentasiyalar
(*.ppt, *.pps, *.odp);
web-fayllar
(*.htm, *.html);
konfiqurasiya
faylları (sistem reestr,
DHCP
,
WINS
,
DNS
və Active Directory verilənləri);
Hər bir faylın öz unikal adı və ünvanı vardır. Ünvan faylın harada yerləşdiyini göstərir. Eyni
məqsədli faylları qovluqlarda quruplaşdırırlar. Bu istifadəçiyə faylı tez axtarıb tapmağa imkan
verir.
Hər bir fayl yarandığı
proqramdan
asılı olaraq xüsusi formata (genişləndiriciyə) malikdir.
Bütün
əməliyyat sistemləri
faylların axtarışı ilə məşğul olan xüsusi
proqrama
malikdir.
Disketlər
,
bərk və kompakt disklər cığırlara və sektorlara bölünmüşdür. Ən birinci cığır və ya 0-cı cığır –
yükləmə sektoru (Boot Record) sistem xarakterli olub, onda diskin formatı haqqında əməliyyat
informasiya
yerləşir. Ondan sonra fayılların yerləşmə cədvəli (
FAT
-cədvəli) yerləşir. Bu
cədvəldə
diskdəki faylların ünvanları yerləşir. Əgər diskdən hər hansı fayl istifadə üçün
çağırılsa, bu zaman bu cədvəldən həmin faylın yerləşdiyi cığır və sektor müəyyən olunur.
Bundan sonra maqnit başlıq həmin yerdən faylı oxuyur, prosessor isə onu operativ yaddaşa
göndərir. 3,5 düyümlü disketlər (
floppi
) 1,44 Mbayt informasiya tutumuna malik olub, hər cığırda
18 sektor olmaqla 80 cığıra bölünür. Bəzən hər hansı bir faylın və ya qovluğun harada
saxlandığını, yaxud hansı adla saxlandığını heç cür xatırlamaq olmur.Belə fayl yaxud qovluqları
tapmaq üçün əməliyyat sisteminde AXTARIŞ SİSTEMİ nezerde tutulmuşdur.
1. R.MAHMUDZADƏ, İ.SADIQOV, N.İSAYEVA. "İnformatika – 7. Ümumtəhsil məktəbləri üçün
dərslik" Bakı, “Yaznəşr”, 2014, 96 s.,
ISBN 978-9952-430-16-5
(1)
İnformatika
Kompüter Əməliyyat Sistemləri
Kompüter proqramları
http://ikt.az
http://www.express.com.az
Arxivləşdirilib (https://web.archive.org/web/2009082712472
8/http://www.express.com.az/)
2009-08-27 at the
Wayback Machine
İstinadlar
Həmçinin bax
Keçidlər
Sonuncu redaktə 7 ay əvvəl İşçiBot tərəfindən edilib
Vikipediya
Mənbə — "
https://az.wikipedia.org/w/index.php?
title=Kompüter_faylı&oldid=5925269
"