Kron xəstəliyinin immun mexanizmi



Yüklə 1,03 Mb.
tarix02.11.2019
ölçüsü1,03 Mb.
#29489
kron
kron, Kimyəvi elementlərin dövri sistem cədvəli kimyanı öyrənən və öyrədən hər kəs üçün zəruri olan komponentdir

Kron xəstəliyinin immun mexanizmi

Kron xəstəliyi əsasən terminal ileumu (qalça bağırsaq) cəlb edən, lakin potensial olaraq mədə-bağırsaq yollarının müxtəlif nahiyələrində iltihabla və qranulyomatoz-xoralı zədələnmələrlə müşahidə olunan xronik, diffuz, qayıdan xəstəlikdir. Buna terminal ileit, regionar enterit,qranulomatoz enterit və ya qranulomatoz-xoralı ileokolit də deyilir.

 Rastgəlmə tezliyi 1:1500 nisbətindədir. Xəstəlik hər yaşda, həm kişidə, həm də qadınlarda eyni tezlikdə rast gəlinir, lakin əsasən, 15-40 yaşarasında müşahisə olunur. Kron xəstəliyi əziyyətverici xəstəliklərə aiddir ,belə ki, insanın normal həyatını pozaraq, həyat ritminə mane olmuş olur.

Xəstəliyin əsasında regional limfangiit durur, bu da bağırsaq divarının və mezenteriumun limfatik  stazına gətirib çıxarır. Bağırsağın zədələnən hissəsi ödemli, qalınlaşmış, hiperemiyalaşmış olur, iltihabi proses selikaltı qatdan başlayıb, sonra selikli, əzələ, və subseroz qata keçir və nəticədə bitişmələr, fistullar əmələ gəlir və bağırsağın həmin nahiyəsinin daralmasına səbəb olur. Qeyd etmək lazımdır ki, bu prosesə həzm traktının  bütün hissələri, ağız boşluğundan başlamış anus dəliyinə qədər cəlb olunur. Kron xəstəliyi ləng  inkişaf edir. Gedişi xroniki, residivləşəndir. 

Xəstəliyin səbəbləri: - Genetik faktorlar -İnfeksiyalar - Autoimmun pozğunluqlar. Kron xəstəliyi kəskinləşmə və remissiya ilə xarakterizə olunur. Kəskinləşmə zamanı aşağıdakı simptomlar müşahidə olunur: -Qarında ağrı. Bəzən elə güclü ağrılar olur ki, xəstələrin ağrıkəsici preparatlara ehtiyacı olur. -Qarın köpməsi. -Qarın barabanı xatırladır. -İshal.

- Çox vaxt tenezmlərlə müşayiət olunur. -İştahanın zəifləməsi. Bədən kütləsinin azalması -Temperaturun yüksəlməsi - Düz bağırsaq qanaxması. Buna səbəb isə yaranan çat və xoralardır. - Anus ətrafında abseslər və xoraların yaranması, səbəb isə daimi qıcıqlanma və infeksiyalaşmadır. Anemiya, qan itirmə ilə bağlı meydana çıxır. 

Patomorfologiyası: - Bütün qatları tutan iltihab - divar qalınlaşması - Bagırsaqlarda “piy anjeti” - müsaqirə qalınlaşır,qısalır və fibrozlaşır - limfoadenopatiya - abses və fistula - mukozada qranuloma,xora, çat

İltihabi bağırsaq xəstəliklərind genetik göstəriciləri : - HLA antijenleri - Komplement allotipleri - T hüceyrəsi beta reseptor genləri - Neytrofil antigenləri - mukus qlikoproteinler T hüceyrə antigen qəbuledicisi; T hüceyrələrini T hüceyrə antigen reseptorları vasitəçiliyi ilə tanıyırlar. Bu molekulun alfa və beta genləri vardır. Bunları kodlaşdıran genlər 7. xromosomdadır. Kron xəstəliyində T hüceyrə beta qəbuledici geni anormallıq yerləşmişdir. Mucus glikoproteinleri; Normal bağırsaq funksiyalarında mukus qlikoproteinlerinin səthi sürüşkən hala gətirmə və mikroflora ilə təmas səthi yaradılması kimi əhəmiyyətli rolları vardır. Musik glikoproteinindeki struktur Kron xəstəliyində bağırsaq divarının bakteriyalara qarşı olan müqavimətini azaldır.

İmmunorequlyator anomaliyalar.Toksik maddələr divarı keçdikdən sonra genetik faktorlar dövrəyə girər. İmmunorequlyator limfositlər və makrofaqların fəaliyyətini təsir luminal xəbərdarlığa qarşı, iltihabı cavabın aplifikasion ilə sonlanmasını təmin edən faktorlar genetik faktorlardır. Beləcə ziyanın olub olmayacağı, proinflamasion və kontrinflamatuar immunorequlyator hüceyrələr arasındakı tarazlığa asılıdır. Kronda IL-1 / IL-1 qəbuledici rəqib əlaqəsi pozulmuşdur. IL-1 bioloji təsirlərini yox etmək üçün 50 qat daha çox IL-1 qəbuledici rəqib lazımdır. IL-1 və IL-1RA aktivə monosit və makrofaqlardan edilər. CH-nda IL-1RA istehsalındakı pozuqluq genetik bir qüsur asılıdır. Kronda ayrıca epitel antigen prezentasyonu da pozulmuşdur. Bu pozuqluq bəzi HLA-II haplotipleri ilə ilişkilidir.Sonuç olaraq T limfosit alt qruplarında aktivasiya meydana gələr. CH-da Th1 limfositlər selektiv olaraq aktivə olarlar və beləcə IL2 və IFN-qamma aşağı düşər. Ayrıca IGg2 artmışdır. İltihab cavabın amplifikasiyası;. IL-1 və TNF-alfa digər sitokinler, araidonik turşu metabolites və proteazların, makrofaq, istehsalını və IL-1 qəbuledici ekspresyonunu artırılar. IL-1 və IL-2 reseptorların konsentrasiyaları toxumada artar.

Diqqətinizə görə təşəkkürlər!


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə