Kütləvi qırğın silahlarının tətbiq edilməsi beynəlxalq sülhə və təhlükəsizliyə əsas təhdid mənbələrindən biridir



Yüklə 13,34 Kb.
tarix30.12.2021
ölçüsü13,34 Kb.
#49093
Kütləvi qırğın silahlarının tətbiq edilməsi beynəlxalq sülhə və təhlükəsizliyə əsas təhdid mənbələrindən biridir


Kütləvi qırğın silahlarının tətbiq edilməsi beynəlxalq sülhə və təhlükəsizliyə əsas təhdid mənbələrindən biridir.

Soyuq müharibənin başa çatmasından sonra 1991-ci ilin sonlarından etibarən dünya siyasətində kütləvi qırğın silahlarının əsas təhdidlərdən biri kimi qəbul edilməsi ayrı-ayrı ölkələrin kəşfiyyat orqanları qarşısında bu problemlə daha yaxından məşğul olmaq zərurəti yaratdı. Təcrübə göstərmişdir ki, strateji məsələlərin həllində kimyəvi silahın tətbiqi hava şəraitindən çox asılı olduğu üçün məqsədəuyğun hesab edilmir. Bakterioloji silah da özündən sonrakı qalıqlarının təsir müddətinin və törədicilərinin yayılma sahəsinin qeyri-müəyyənliyi nöqteyi-nəzərindən geniş tətbiq edilməmiş və əsasən tədqiqat işlərində istifadə edilmişdir. İndiyədək heç bir ölkə 1972-ci il Biokonvensiyasının pozulmasında ittiham edilməmişdir. 1990-cı illərdə kütləvi qırğın silahlarının yayılmasının əsas təhlükəsi regional münaqişələr zamanı bu cür silahlardan istifadə edilməsi ehtimalı ilə əlaqələndirilmişdir. Bir sıra beynəlxalq və regional münaqişələrin, o cümlədən İsrail-Fələstin münaqişəsinin həll olunmaması, Yaxın və Orta Şərqdə gərginliyin qalması, “Aum sinrikyö” sektasının tərəfdarları tərəfindən Matsumoto və Tokioda kimyəvi zəhərli maddələrin tətbiq edilməsi nəticəsində çoxsaylı insan tələfatının baş verməsi beynəlxalq terrorçu və digər kriminal strukturların bu silah növünə maraq göstərməsi xüsusi xidmət orqanları qarşısında da yeni vəzifələr qoymuşdur. Məsələn, Rusiya Xarici Kəşfiyyat Xidməti ölkənin bu cür silah növlərinə malik olması səbəbindən və özünün terrorçuların hədəfinə çevrilmək ehtimalı böyük olduğundan kütləvi qırğın silahları məsələləri ilə məşğul olmağı fəaliyyət istiqamətlərindən biri kimi müəyyən etmişdir.
Yüklə 13,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin