Laboratoriya işi 1 Elektromaqnitlərin konstruksiya ilə tanışlıq



Yüklə 19 Kb.
tarix01.01.2022
ölçüsü19 Kb.
#50784
Laboratoriya işi 1


Laboratoriya işi 1

Elektromaqnitlərin konstruksiya ilə tanışlıq

Maqnit (yunanca: lithos magnes: „maqnesiya daşı", Maqnesiya kiçik Asiyada Türkiyənin Maqneziya şəhərində maqnetit tapılmış yer adıdır. Maqnit bir cisim olub başqalarını maqnetik olaraq cəzb və ya itələmək qabiliyətinə malikdir. Maqnetik cəzbetmə təbii fenomendir. Bu haqqda maqnetizmdə məlumat verilir:

Daimi maqnit ferromaqnitdən hazırlanmış məmul olub qalıcı maqnit xassəsini uzun müddət saxlaya bilir. Daimi maqnitlərin səciyyəvi sahəsi — 1 Т-ə qədərdir (10 kQs).

Elektromaqnit elektrik cərəyanı keçdikdə maqnit sahəsi yaradan qurğudur. Adətən bu böyük maqnit keçiriciliyinə malik olan, daxilində dəmir içlik yerləşdirlmiş solenoid dolağından ibarətdir. Səciyyəvi maqnit sahəsi 1,5-2 T arasında olur.

Ferromaqnetizm— sabit maqnitlər formasında dəyişməz materiallar olan (dəmir kimi) və ya maqnitləri cəzb edən əsas mexanizmdir. Fizikada maqnetizm müxtəlif qruplara ayrılır. Ferromaqnetizm (ferrimaqnetizm də bura daxildir)[1] ən güclü qrupdur: ferromaqnetizmlər hiss edilə bilən kifayət qədər güclü qüvvələr yaradır və gündəlik həyatda rast gəlinən ümumi maqnetizm hadisələri bununla əlaqədardır. Cismlər maqnetizmin digər üç tipi olan paramaqnetizm, diamaqnetizm və antiferromaqnetizmin yaratdığı maqnit sahələrinə də zəif reaksiya verirlər, ancaq bu qüvvələr o qədər zəif ola bilər ki, onlar yalnız laboratoriyada həssas cihazlarla aşkar oluna bilər. Ferromaqnetizmə nümunə kimi soyuducunun qapısını saxlamaq üçün istifadə olunan maqniti göstərmək olar. Maqnit və ferromaqnit materiallar arasında cəzb olunma “bu gün bizim üçün və qədim dünya üçün ilk növbədə asanlıqla görünən maqnetizm xassəsi olub”.[2]

Sabit maqnitlər (xarici maqnit sahəsi və xarici maqnit sahəsi aradan qaldırıldıqdan sonra maqnitləşdirilmiş halda qalan sahə ilə maqnitlənə bilən materiallar) onları nəzərəçarpacaq dərəcədə cəlb edən digər materiallar kimi ferromaqnit və ferrimaqnitlərdir. Yalnız bir neçə maddə var ki, onlar ferromaqnitdirlər. Bunlara dəmir, nikel , kobalt və onların xəlitələrinin çoxu, torpaqda tapılan bəzi nadir metalların birləşmələri və az miqdarda təbii halda yaranan maqnitlər daxildir (ing. lodestone).

Ferromaqnetizm müasir texnologiya və sənayedə çox mühüm rol oynayır. Belə ki, ferromaqnitlər sərt disklər və maqnitofonlar kimi maqnit materialları və transformatorlar, generatorlar , elektrik mühərrikləri, elektromaqnitlər kimi bir çox elektrik və elektromexaniki cihazların əsasını təşkil edirlər.[l

Ferromaqnetizm materialın kimyəvi tərkibinin xüsusiyyəti deyil, ancaq onun kristallik strukturu və mikroskopik təşkilidir. Fridrix Heuslerin şərəfinə Heusler ərintiləri adlanan tərkibləri ferromaqnit olmayan ferromaqnit metal ərintiləri də var. Bundan başqa yalnız ferromaqnit materiallardan ibarət olan, paslanmayan polad kimi qeyri- maqnit ərintilər var.

Maye ərintilərin çox sürətli soyuması ilə amorf (qeyri-kristallik) ferromaqnit metal ərintiləri hazırlana bilər. Onların xüsusiyyətləri təxminən izotropikdir (kristallik ox boyu düzülməyib): Bu aşağı koersitivliyə, aşağı histerezis itkisinə yüksək keçiriciliyə və yüksək elektrik müqavimətinə gətirib çıxarır. Belə tipik material aşağı ərimə dərəcəsi olan metalloid elementlər (B, C, S, P, Al) və təxminən 80% intiqallı (yerdəyişməli) metallardan hazırlanmış yerdəyişməli metal-metalloid ərintiləridir.



Xüsusilə güclü ferromaqnit materialların nisbətən yeni sinfi torpaqda nadir yayılmış maqnitlərdir. Onlar yaxşı-lokallaşdırılmış f-orbitallarında böyük maqnit momentlərini saxlamaq qabiliyyəti ilə tanınan lantanoid elementlərini saxlayırlar.

Xarici maqnit sahəsi olmadıqda belə, güclü maqnitlənməyə malik maddələr ferromaqnitlər adlanır. Ferromaqnitlərin maqnitlənməsi dia və paramaqnitlərinkindən çox-çox (1010 dəfəyə qədər) böyükdür. Ferromaqnitlərdə asılılığı çox mürəkkəbdir. H-ın artması ilə əvvəl sürətlə, sonra isə yavaş-yavaş artır və nəhayət, maqnit sahəsinin müəyyən qiymətində maqnitlənmə doyma qiymətinə çatır.
Yüklə 19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin