Laboratoriya isi № 2
Təzyiq duyğaclarının xarakteristikalarının tədqiqi
Aviasiyada havanın, qazların, yanacağın və yağın təzyiqini ölçmək üçün
manometrlərdən istifadə edirlər. Bundan başqa aerometrik cihazların əsaslarını da
manometrlər təşkil edir. Diferensial manometrlər aviasiya mühərriklərinin müxtəlif
bölmələrində (yanacaq sistemində, yağ sistemində və s.) izafi qaz və maye
təzyiqlərinin ölçülməsi üçün istifadə edilir. Mütləq təzyiq manometrləri sorucu
sistemlərdə təzyiqi ölçmək üçün istifadə edilir.Manometrlərdə təzyiqlərarası asılılıq
qaz turbin mühərriklərinin müxtəlif pillələrində qazın sıxılması səviyyəsinə nəzarət
etmək üçün istifadə olunur. Bundan başqa əqrəbli indikasiyalı manometrlər uçuş
aparatlarında təzyiq siqnalizatoru və duyğacı kimi də geniş tətbiq olunur. Təzyiq
siqnalizatorları mühərrikin normal işləmə fəaliyyətində ölçülən təzyiqin buraxılabilən
həddən yuxarı olduğu zaman çıxışda elektrik siqnalı yaradır. Təzyiq duyğacı ölçülən
təzyiqə mütənasib elektrik siqnalını verir və bu siqnal uçuş aparatının avtomatik
idarəetmə sistemlərinə və ya məsafədən ötürücülü manometrlərin göstəricisinə
ötürülür
Əlavə müsbət təzyiqi ölçmək üçün istifadə olunan qurğuya manometr, əlavə
mənfi təzyiqi ölçmək üçün istifadə 61 olunan qurğuya isə vakuummetr deyilir. Mütləq
təzyiqi ölçmək üçün istifadə olunan cihaza isə barometr deyilir. Eyni zamanda həm
müsbət, həm də mənfi əlavə təzyiqləri ölçən cihaza manovakuummetr deyilir.
Təzyiqin ölçülmə metoduna əsasən manometrləri aşağıdakı qruplara bölmək olar:
-Mexaniki, o cümlədən mayeli, kütləli və yaylı.
-Elektromexaniki, hansında ki, mexaniki həssas elementlər distansion elektrik
ötürməsi ilə uyğunlaşdırılır.
-Elektriki, o cümlədən elektron qazboşalmalı radioaktiv, pyezorezistorlu.
Potensiometrik təzyiq duyğacı
Bu cür duyğacda yerdəyişmələri potensiometrik çevirən element istifadə olunur.
Bu konstruksiya unifikasiya olunmuşdur: bir ölçmə diapazonundan digərinə keçid
zamanı membranların qalınlığı elə seçilir ki, onun maksimal əyilməsi dəyişmir.