Layihə “Azərbaycan-2020: gələcəyə baxış”


Bədən tərbiyəsi və idmanın təbliğinin genişləndirilməsi



Yüklə 237,34 Kb.
səhifə3/4
tarix28.04.2017
ölçüsü237,34 Kb.
#16025
1   2   3   4

Bədən tərbiyəsi və idmanın təbliğinin genişləndirilməsi

Bədən tərbiyəsi və idmanın inkişafında əhalinin kütləvi surətdə fiziki hərəkətlərlə məşğulluğa cəlb olunmasında yüksək səviyyəli idmançıların hazırlanmasında təbliğatın rolu və yeri böyük əhəmiyyət kəsb edir.

Bununla əlaqədar olaraq bu bölmə ölkədə bədən tərbiyəsi və idmanın təbliği üzrə işlərin daha geniş və effektiv formada təşkili və həyata keçirilməsini əhatə edir.



  1. Yüksək nailiyyətli idmanın inkişafı

Bu məqsədə nail olunması üçün ölkədə ixtisaslaşdırılmış təlim idman bazalarının sayının artırılması mövcud bazaların müasir tələblər səviyyəsində çatdırılması, müxtəlif idman növləri ilə məşğulluğa imkanı olan idman qurğularının inşası, respublika səviyyəli Olimpiya mərkəzlərinin, Regional idman təmayüllü internat məktəblərinin, ixtisaslaşdırılmış idman məktəblərinin, siniflərinin, peşəkar idman klublarının, yeni respublika miqyaslı idman təşkilatlarının, milli antidopinq nəzarət sisteminin yaradılması, eləcə də digər bu təyinatlı tədbirlərin planlaşdırılması və həyata keçirilməsi tələb olunur.


  1. Milli Strategiyanın həyata keçirilməsinin təmin edilməsi

Ölkədə bədən tərbiyəsi və idmanın kütləvi inkişafının müəyyən edilmiş dövrdə həyata keçirilməsi əsasən aşağıdakı mühüm məsələlərin həllindən asılıdır:

-kütləvi bədən tərbiyəsi və yüksək nailiyyətli idmanın elmi-metodiki bazasının yaradılması

-infrastrukturanın inkişafı

-kadr hazırlığı məsələlərinin həlli

-maddi-texniki bazanın təminatı

-tələb olunan həcmdə maliyə vəsaitinin ayrılması.
Milli Strategiyanın müddəti:
Bədən tərbiyəsi və İdmanın inkişafı üzrə Milli Strategiya 8 illik dövrü yəni 2013-2020-ci illəri əhatə edir.

Milli Strategiya 2 Olimpiya dövründə XXXI Yay Olimpiya Oyunları – 2013-2016 və XXXII Yay Olimpiya Oyunları – 2017-2020-ci illər) həyata keçirilir.

Milli Strategiyanın icra taktikası hər biri 4 illik müddətə planlaşdırılmış ölkədə bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2 Dövlət Proqramından ibarətdir.

Bununla əlaqədar olaraq Milli Strategiyanın əsasən 3 mərhələdə həyata keçirilməsi planlaşdırılır:



I mərhələ - 2013-2016-ci illər

  1. ilk 2 il ərzində - 2013-2014-cü illər

“Bədən tərbiyəsi və idmanın kütləvi inkişafına başlanması”

Bu mərhələdə aşağıdakı tədbirlərin icrası nəzərdə tutulur:



  • Təhsil müəssisələrində və yaşayış yerlərində (icmalarda, məhəllələrdə) kütləvi idman infrastrukturunun inkişafına başlanması;

  • Təhsil müəssisələrindəki idman obyektlərinin qeydiyyatdan keçirilməsi, inventarlaşdırılması, yeni tikiləcək idman obyektlərinin təhsil müəssisələri üzrə konkret ünvanlarının müəyyənləşdirilməsi və inşasına başlanması;

  • Bədən tərbiyəsi və idmanın geniş təbliğat və təşviqat işlərinin təşkilinə başlanması;

  • “Böyük idmana” xidmət edən idman qurğuları və bazalarının rekonstruksiyasına və tələblərə uyğun olaraq yenilərinin inşasına başlanması;

  • Ehtiyat qüvvələrinin hazırlanmasını təmin edə biləcək ixtisaslaşdırılmış regional Olimpiya hazırlığı mərkəzlərinin yaradılması;

  • Bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayının 15-20%-ə, qızlar və qadınlar arasında isə bu göstəricinin 5-10%-ə çatdırılması.




  1. sonrakı 2 il ərzində - 2014-2016-ci illər

“Bədən tərbiyəsi və idmanın kütləvi inkişafının artırılması”

Bu mərhələdə aşağıdakı tədbirlərin icrası nəzərdə tutulur:



  • Kütləvi idman infrastrukturasının inkişafının başaçatdırılması;

  • Təhsil müəssisələrində və yaşayış yerlərində idman obyektlərinin inşası proqramının davam etdirilməsi;

  • Sağlamlıq imkanları məhdud olan insanlar üçün xüsusi idman obyektlərinin inşasına başlanması;

  • Bədən tərbiyəsi və idmanın təbliği və təşviqi üzrə tədbirlərin təşkili və həyata keçirilməsi;

  • Gənclər arasında bədən tərbiyəsi və idmanın inkişafının müasir standartlar və tələblər səviyyəsinə uyğun ola bilməsi üçün işlərin aparılması;

  • Ehtiyat qüvvələr hazırlanmasının təmin edilməsi məqsədilə şəhər və rayonlarda müəyyən edilmiş dayaq idman növləri üzrə Olimpiya hazırlığı mərkəzlərinin yaradılması işlərinin davam etdirilməsi;

  • “Böyük idmana” xidmət edən yeni idman baza və qurğularının inşası proqramının davam etdirilməsi;

  • Ölkədə bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayının 25-30%-ə, qızlar və qadınlar arasında isə bu göstəricinin 20-25%-ə çatdırılması.

II mərhələ - 2017-2020-ci illər

“Bədən tərbiyəsi və idmanın kütləvi inkişafına nail olunması”

Bu mərhələdə aşağıdakı tədbirlərin icrası nəzərdə tutulur:


  • Təhsil müəssisələrində idman obyektlərinin inşası proqramının başa çatdırılması;

  • Yaşayış massivlərində idman obyektlərinin inşası proqramının başa çatdırılması, yeni tikilən yaşayış yerlərində bu proqramın davam etdirilməsi;

  • Sağlamlıq imkanları məhdud olan insanlar üçün xüsusi idman obyektlərinin inşası işlərinin davam etdirilməsi;

  • Bədən tərbiyəsi və idmanın təbliği və təşviqi üzrə tədbirlərin təşkilinin davam etdirilməsi;

  • Ehtiyat qüvvə hazırlanmasının təmin edilməsi məqsədilə şəhər və rayonlarda Olimpiya hazırlığı mərkəzlərinin yaradılması işlərinin başa çatdırılması;

  • “Böyük idmana” xidmət edən idman bazaları və qurğularının inşası proqramının başa çatdırılması;

  • Gənclər arasında bədən tərbiyəsi və idmanın müasir standartlar və tələblər səviyyəsində inkişafının təmin edilməsi;

  • Ölkədə bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayının 25-30%-ə, qızlar və qadınlar arasında isəbu göstəricinin 15-20%-ə çatdırılması.


8. Bədən tərbiyəsi və idmanın idarə olunması sisteminin təkmilləşdirilməsi


  1. Bədən tərbiyəsi və idmanın idarə edilməsi Sistemi

Bədən tərbiyəsi-sağlamlıq və kütləvi idmanın yüksək səviyyəli idmançıların və idmanın ehtiyat qüvvəsinin hazırlanması məsələlərinin kompleks həllini təmin etmək üçün bədən tərbiyəsi və idmanın idarə edilməsinin müasir Sisteminin yaradılması qarşıda duran ən vacib vəzifələrdən biridir.



Bədən tərbiyəsi və idmanın Milli Sisteminin əsasını aşağıdakıların təşkil etməsi nəzərdə tutulur:

  • Ölkədə bədən tərbiyəsi və idmanın proqram-normativ əsası sayılan – Ümumrespublika Bədən tərbiyəsi və idman kompleksi (ÜBTİK);

  • Yeniyetmə və gənclərin fiziki hazırlığının əsasın təşkil edən “Vətənin Müdafiəsinə Hazıram” Kompleksi;

  • İdman klubu – ölkədə bədən tərbiyəsi və idman hərəkatının ilkin manqası

  • Bələdiyyə - bədən tərbiyəsi və idmanın ölkədə idarə edilməsinin ilkin təşkilatı əsası;

  • Kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin, o cümlədən respublika və beynəlxalq yarışların Vahid Təqvim Planı (VTP);

  • Respublika Vahid İdman Təsnifatı (VİT).



II. 2020-ci ilə kimi Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın idarə edilməsi sisteminin təkmilləşdirilməsinin əsas vəzifələri

  • Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman hərəkatının idarə edilməsinin yeni müasir strukturunun hazırlanması və 2014-cü ilə kimi qəbul edilməsi ;

  • Bədən tərbiyəsi və idman sahəsi üzrə müəyyən edilmiş dövlət icra hakimiyyəti (hazırda Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi) orqanı ilə ölkədə bədən tərbiyəsi və idman hərəkatında iştirak edən digər dövlət icra hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyətlərinin təkmilləşdirilməsi;

  • Bədən tərbiyəsi və idman sahəsi üzrə Dövlət İcra Hakimiyyət orqan ilə ictimai, qeyri-hökümət və özəl bədən tərbiyəsi və idman yönümlü təşkilatlar və birliklərin qarşılıqlı fəaliyyətlərinin, hüquqi münasibətlərinin təkmilləşdirilməsi;

  • Bədən tərbiyəsi və idman hərəkatının idarə edilməsi üzrə Dövlət Maliyyə siyasətinin təkmilləşdirliməsi;

  • Respublika, regional və bələdiyyə səviyyələrində bədən tərbiyəsi və idman hərakatının idarə edilməsinin yeni təkmilləşdirilmiş model strukturunun hazırlanması;

  • Respublikada xüsusən şəhər və rayonlarda əhalinin sayına görə - bədən tərbiyəsi və idman yönümlü təşkilatların yaradılması;

  • Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Dövlət proqramlarının icrasında iştirak edən dövlət qurumları və digər təşkilatların konkret olaraq müəyyənləşdirilməsi, onların qarşılıqlı fəaliyyətlərinin təşkil edilməsi;

  • Bədən tərbiyəsi və idmanın inkişafı üzrə regional, şəhər və rayon Dövlət Proqramlarının hazırlanması və həyata keçirilməsi;

  • Bədən tərbiyəsi və idmanın bələdiyyə orqanları tərəfindən idarə edilməsi sisteminin hazırlanması;

  • Bədən tərbiyəsi və idmanın Bələdiyyə İnkişaf Proqramının hazırlanması, qəbulu və icrası;

  • Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanununda ölkədə bədən tərbiyəsi və idman hərəkatının idarə edilməsi sistemi və strukturu ilə bağlı əlavələrin və dəyişikliklərin edilməsi məqsədəuyğun sayılır.


9. Ölkədə bədən tərbiyəsi və idmanın inkişafında Dövlətin siyasəti və rolu
Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı dövlətin, eləcədə ölkədə fəaliyyət göstərən bütün dövlət orqanlarının qarşısında duran ən əsas və vacib vəzifələrdən biridir.

Xalqın sosial inkişafının və mədəniyyətinin ən əsas sahələrindən biri olan bədən tərbiyəsi və idmana daima ciddi münasibət göstərən, böyük diqqət və qayğı ilə yanaşan dahi şəxsiyyət, ulu öndərimiz Heydər Əliyev idman ictimaiyyətilə görüşlərində bu sahənin Dövlətimiz və onun vətəndaşları üçün nə qədər vacib olduğunu dəfələrlə vurğulamışdır.

Bədən tərbiyəsi və idmanın inkişafı prosesi kütləvi bədən tərbiyəsi hərəkatı xarakteri daşıyır. Bu məsələnin həllində dövlət orqanları və ictimai təşkilatların fəaliyyəti vəhdət təşkil edərək insanların fiziki hazırlığının təkmilləşməsi və yüksəlməsinə yönəldilmişdir.

Bədən tərbiyəsi və idman hərəkatının təşkili və idarə olunması xalqın maraqları və dövlətin siyasətinə uyğun olmalıdır. Bu sahədə Dövlətin siyasəti “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində aşağıdakı kimi müəyyən edilmişdir:



  • Bədən tərbiyəsi və idmanın hüquqi bazasını yaratmaq;

  • Bədən tərbiyəsi və idmanın inkişafının təmin edilməsi;

  • Yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi və idman təşkilatları, uşaq idman müəssisələri sistemini yaratmaq;

  • Bədən tərbiyəsi və idmanın inkişafı üçün zəruri maddi-texniki bazanı yaratmaq;

  • Bədən tərbiyəsi və idman sənayesini inkişaf etdirmək;

  • Tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün idman təşkilatları üçün bərabər imkanlar yaratmaq.

Dövlət siyasətinin bu müddəaları, eyni zamanda ölkədə bədən tərbiyəsi və idman hərəkatında Dövlətin rolunu və fəaliyyət istiqamətlərini əks etdirir.

Bədən tərbiyəsi və idmanın ölkədə kütləvi inkişafı, beynəlxalq aləmdə uğurlar qazana biləcək yüksək səviyyəli idmançıların hazırlanması hazırkı mərhələdə həddindən artıq mürəkkəb və çətin bir prosesdir. Bu proses onun müvəffəqiyyətlə həyata keçirilməsinə cəlb olunan bütün amillərdən o cümlədən siyasi-inzibati, maliyyə, insan,texniki və s. resurslardan səmərəli istifadə olunmasını, prioritetlərin və fəaliyyət istiqamətlərinin düzgün müəyyən edilməsini, görülən işlərin tənzimlənməsini və əlaqələndirilməsini, bütövlükdə bu hərəkata dövlət səviyyəsində rəhbərlik və nəzarəti tələb edir.Bu səbəbdən ölkədə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi sahəsində “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi üçün Milli Strategiya və Dövlət Proqramlarının qəbul edilməsi və icrası ən vacib məsələdir.



10. Milli Stratregiyanın hüquqi-normativ bazası
Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli Strategiyanın hüquqi-noramativ bazası başqa sahələrdə olduğu kimi bədən tərbiyəsi və idman sahəsində də qəbul edilmiş dövlət qanunlarıdır. Hüquqi- normativ aktlar arasında ən əsas sənəd Azərbaycan Respublikasının Konstitusiyasıdır.

Konstitutsiya vətəndaşların bədən tərbiyəsi və idmanla məşğul olmaq, sağlamlıqlarını qorumaq və möhkəmləndirmək hüquqlarını müəyyənləşdirir. Ölkədə bədən tərbiyəsi və idman hərəkatını istiqamətləndirən, inkişafını təmin edən əsas sənəd 2009-cu ildə qəbul edilmiş “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunudur.

Bundan əlavə cəmiyyətin inkişafının digər sahələri üzrə (xüsusən təhsil, səhiyyə, müdafiə, hüquq-mühafizə, mədəniyyət və s.) qəbul edilmiş qanunlar da həmin sahələrdə bədən tərbiyəsi və idmanın yerini və istiqamətlərini müəyyənləşdirir, inkişafını təmin edir. Bu qanunlar əsasında və onların icrası məqsədilə dövlət mərkəzi İcra hakimiyyəti orqanları tərəfindən bədən tərbiyəsi və idman üzrə qəbul olunmuş sənədlər bütövlükdə bədən tərbiyəsi və idmanın, eləcədə bu sahə üzrə müəyyən edilmiş Milli strategiyanın hüquqi-normativ aktlar bazasını formalaşdırır.

Milli Strategiyanın həyata keçirilməsinin təmin edilməsində hazırda mövcud olan hüquqi-normativ aktlara və bundan sonra dövlət tərəfindən qəbul ediləcək yeni direktiv sənədlərə istinad edilir.

Milli Strategiyanın məqsəd və vəzifələri, hədəf və istiqamətləri onun uğurla reallaşdırıla bilməsi üçün bədən tərbiyəsi və idman sahəsindəki qanunvericilikdə müvafiq dəyişikliklərin aparılması və əlavələrin edilməsini tələb edir. Əks halda Milli Strategiyanın və Dövlət Proqramlarının müəyyən edilmiş müddətlərdə icrası qeyri-mümkün olacaqdır.
Milli Strategiya bu sahədə aşağıdakı hüquqi normativ aktların hazırlanmasını planlaşdırır:
- “Uşaq idmanı” sağlamlıq imkanları məhdud olan insanların və əlillərin idmanla məşğulluğu haqqında Azərbaycan Respublikası Qanununa əlavələrinhazırlanması və qəbulu;

- Azərbaycan Respublikasının Əmək Kodeksinə “Məşqçilərin və peşəkar idmançıların əməyinin xüsusiyyətləri” haqqında yeni maddənin hazırlanması və əlavə edilməsi;

- “Ölkədə bədən tərbiyəsi və idman hərəkatının idarə edilməsi strukturunun təkmilləşdirilməsi haqqında” – Respublika Nazirlər Kabinetinin qərarının hazırlanması;

- “Bədən tərbiyəsi və idmanın inkişafının Dövlət Proqramlarının” layihələrinin hazırlanması və Respublika Prezidenti tərəfindən təsdiq edilməsi.


11. Azərbaycanda Olimpiya hərəkatı
Müstəqillik dövrünə qədəm qoyduqdan sonra xüsusilə 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinə cənab İlham Əliyev prezident seçildiyi vaxtdan ölkədə olimpiya hərəkatında yeni yüksəliş dövrü başlanmışdır. Milli Olimpiya Komitəsinin fəaliyyət dairəsi genişlənərək Beynəlxalq olimpiya hərəkatında Azərbaycan qısa bir müddətdə özünə ön cərgələrdə yer tuta bilmişdir.

Milli Olimpiya Komitəsi Dövlət orqanları, ictimai təşkilatlar, özəl qurumlar, idman növləri üzrə respublika federasiyaları, idman cəmiyyətləri, klubları və digər bu yönümlü təşkilatların imkan və səylərini birləşdirərək olimpiya hərəkatında birgə fəaliyyət göstərmək və bu fəaliyyəti mərkəzləşmiş formada idarə etmək mexanizmi hazırlaya bilmişdir. Məhz bu fəaliyyətin nəticəsində Azərbaycan artıq dünyada Olimpiya ölkəsi kimi tanınmaqdadır. Aşağıdakı faktlar bu fikri tam təsdiqləyir:

-Son illərdə ölkənin ayrı-ayrı regionlarında, o cümlədən kənd rayonlarında beynəlxalq standartlara və normativlərə uyğun 34 Olimpiya idman kompleksi tikilib istifadəyə verilmişdir;

-2020-ci il XXXII YayOlimpiya Oyunlarına kimi respublikanın qalan bütün şəhər və rayonlarında müasir Olimpiya komplekslərinin inşası və xalqın sərəncamına verilməsi dövlət səviyyəsində planlaşdırılmışdır;

-Ayrı-ayrı idman növləri üzrə olimpiya mərkəzlərinin yaradılması və idmançıların istifadələrinə verilməsi hər il planlı şəkildə həyata keçirilir;

-Olimpiya hərəkatının ölkədə daha geniş formada vüsət alması, bədən tərbiyəsi və idmanın kütləvi inkişafının təmin olunması sahəsində konkret tədbirlər planlaşdırılır və uğurla reallaşdırılır;

-Yüksək səviyyəli idmançıların hazırlanması və beynəlxalq yarışlarda uğurların qazanılması fəaliyyətin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Azərbaycan 1996-cı ildə ilk dəfə olaraq XXVI Atlanta Yay Olimpiya Oyunlarında müstəqil dövlət kimi iştirak etmişdir. 23 idmançı ilə 10 idman növü üzrə Olimpiya Oyunlarına qatılan milli yığmamız 1 gümüş medal qazanaraq Oyunların iştirakçısı olan 197dövlət arasında 61-ci yeri tuta bilmişdi.

2000-ci il XXVII SidneyYay Olimpiya Oyunlarında Azərbaycan 31 idmançı ilə idmanın 12 növündə təmsil olunmuşdu. Oyunlara böyük və ciddi hazırlıq keçən Milli Olimpiya Komandamız nəticədə 2 qızıl və 1 bürünc medalla 199 ölkə arasında keyfiyyətə görə 34, medalların sayına görə isə 49-cu yerləri tutmuşdu.

2004-cü il XXVIII Afina Yay Olimpiya Oyunlarında ölkəmiz 12 idman növündə 38 idmançı ilə çıxış edərək 1 qızıl 4 bürünc medala sahib olmuşdu. Bu nəticə milli olimpiya komandamızın Afina Olimpiya Oyunlarında keyfiyyətə görə 50-ci, saya görə isə 37-ci yerləri tutmasına imkan verdi. İdmançılarımızdan daha 12 nəfəri 4-10-cu yerlərdə müəyyənləşdilər.



2008-ci il XXIX Pekin Yay Olimpiya Oyunları:

Son illər yüksək idman nailiyyətləri ilə bütün dünyanın diqqətini cəlb edən ölkəmiz Pekin – 2008–də yeni rekordlar müəyyənləşdirdi. Özünəməxsus rekord sayda – 44 idmançısı ilə Oyunlara qatılmış milli olimpiya komandamız idmanın 11 növündə medallar uğrunda mübarizəyə qoşulmuşdu. Yarışlar Azərbaycan idmançıları üçün yeni rekordlarla başa çatdı:

- 7 medal – 1 qızıl, 2 gümüş, 4 bürünc qazanıldı.

- Daha 15 idmançımız 4-10-cu yerlərdə qərarlaşdı.

Azərbaycan XXIX Olimpiya Oyunlarında medalların keyfiyyətinə görə 39-cu, sayına görə isə 27-ci oldu.

2012-ci il XXX Yay London Olimpiya Oyunları.

Pekin Yay Olimpiya Oyunlarında böyük uğurlar qazanmış azərbaycan idmançıları London Olimpiya Oyunlarında daha yüksək nəticələrə imza atdılar. Dünyanın 204 ölkəsinin qatıldığı XXX Yay London Olimpiya Oyunlarında 53 idmançı ilə 16 idman növündə çıxış edən Azərbaycan Milli Olimpiya Komandası aşağıdakı göstəriciləri ilə yeni rekordlara nail oldu:

-10 medal – 2 qızıl, 2 gümüş və 6 bürünc

- I-VIII yerlər – 22 idmançımız

- medalların keyfiyyətinə görə 30-cu yer, sayına görə 24-cü yer

- Avropa ölkələri arasında 15-ci, keçmiş SSRİ Respublikaları arasında 5-ci, müsəlman dövlətləri arasında 3-cü, türkdilli ölkələr arasında isə 2-ci yer.

XXX Yay London Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə 204 iştirakçı ölkədən yalnız 54-nün nümayəndələri qalxa bilib. Sevindirici haldırki, onların sırasında Azərbaycan da vardır.

Azərbaycan idmançılarının son dörd Olimpiya Oyunlarında əldə etdikləri nailiyyətlər onların bu illər ərzində beynəlxalq yarışlarda, xüsusən Dünya və Qitə birinciliklərində qazandıqları uğurların qanunauyğun nəticəsi kimi qəbul olunur. Bununla əlaqədar idmançılarımızın son 5 ildə olimpiya oyunları proqramına daxil edilmiş idman növləri üzrə iştirak etdikləri Dünya, qitə çempionatları, Kubok yarışları, birincilikləri və rəsmi beynəlxalq yarışlarda tutduqları mükafata layiq yerlərə bir daha diqqət yetirək:






İL


I


II


III


Cəmi

2008

38

34

65

137

2009

64

46

64

174

2010

67

59

80

206

2011

92

60

124

276

2012

85

90

98

273

Azərbaycan idmançılarının beynəlxalq yarışlarda göstərdikləri nəticələr, əldə etdikləri yüksək nailiyyətlər beynəlxalq və Avropa idman federasiyalarının diqqət və maraqlarının ölkəmizə yönəlməsinə səbəb oldu.

1998-ci ildən başlayaraq ölkəmizdə xüsusən paytaxt Bakıda idmanın bir çox növləri üzrə Dünya və Avropa çempionatları, birincilikləri, Kubok yarışları, Olimpiya lisenziyalı və digər rəsmi beynəlxalq turnirlər keçirilir. Bütün tədbirlər həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən ən yüksək səviyyədə qiymətləndirilir.

Yuxarıda göstərilən bütün faktlar Azərbaycanın dünyada artıq bir idman ölkəsi kimi tanınmasına əsas və yekdil fikir yaratmışdır.

Dövlət və Milli Olimpiya Komitəsi sözün əsl mənasında Azərbaycanda Olimpiya hərəkatını gündən-günə genişləndirməyi və bu sahədə yeni-yeni nailiyyətlərin əldə ounmasını qarşıya ən əsas məqsəd və vəzifə kimi qoymuşdur. Məhz buna görə də Azərbaycan 2016-cı il XXXI Yay Olimpiya Oyunlarına iddiaçı olmuş 6 ölkə sırasında özünə yer tuta bilmişdi. Növbəti mərhələyə çıxa bilməsədə Azərbaycan qarşısına qoyduğu məqsəddən imtina etmir. Bədən tərbiyəsi və İdmanın inkişafının Milli Strategiyasının - əsas istiqamətlərindən biri 2024-ci il XXXIII Yay Oyunlarının ölkəmizdə keçirilməsinə nail olmaqdır.

Bu istiqamətdə Azərbaycan dövləti, onun başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tələb olunan bütün tədbirlərin planlaşdırılıb, ən yüksək səviyyədə həyata keçirilməsinə tam zəmanət verir.

Azərbaycan xalqı gələcəyə böyük ümidlə baxır və inanırki, 2024-cü il Yay Olimpiya Oyunlarına məhz Bakı şəhəri sahib olacaqdır. Bu isə ölkəmizin beynəlxalq idman aləmində qazandığı nüfuzunu daha da artırıb, dünya dövlətləri arasında Azərbaycanı idman sahəsində ön sıralara çıxaracaqdır.

Dövlətimiz tərəfindən idmanın və bədən tərbiyəsinin inkişafına olan diqqət və qayğısı nəticəsində yaradılmış bu imkanlar və şəraitin qanunauyğun nəticəsi kimi 2012-ci ilin dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə planlaşdırılan 1-ci Avropa Oyunlarının məhz Azərbaycanda Bakı şəhərində keçirilməsi haqqında tarixi bir Qərar qəbul olunmuşdur. 2015-ci il Avropa Oyunları və 2016-cı ildə Bakıda keçiriləcək Dünya Şahmat Olimpiyadası, eləcədə Beynəlxalq Tələbə İdmanı Federasiyasının 2019-cu il Tələbələrin XXX Dünya Universiadasının Bakı şəhərində keçirilməsi haqqında Respublika rəhbərliyinə ünvanladığı rəsmi təklifi Dövlətimizə beynəlxalq səviyyədə göstərilən böyük inamların parlaq təzahürüdür.


12. Bədən tərbiyəsi və idmanın infrastrukturunun, maddi texniki bazasının möhkəmləndirilməsi və inkişafı
Bədən tərbiyəsi və idmanın inkişafında əsas istiqamətlərdən biri onun infrastrukturunun formalaşdırılması, maddi-texniki bazasının yaradılması, möhkəmləndirilməsi və inkişafı, konkret olaraq yeni inşa ediləcək bədən tərbiyəsi, sağlamlıq, idman obyektləri və qurğularının sayının və ünvanının hər il üçün planlaşdırılması, mövcud olanların isə rekonstruksiyası yolu ilə modernləşdirilməsidir.

Milli Strategiya bu məsələlərin səmərəli formada planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üçün aşağıdakı vəzifələri müəyyənləşdirir:



  • Kütləvi idmanın (o cümlədən sağlamlıq imkanları məhdud olan insanlar və əlillər də nəzərə alınmaqla) infrastrukturunun təhsil müəssisələrində və yaşayış yerlərində inkişafının təmin edilməsi;

  • İdarə mənsubiyyətindən, tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq ölkədə mövcud olan bütün idman obyektlərinin dövlət reyestri və informasiya bankının yaradılması, bu obyektlərdən məqsədyönlü istifadə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi;

  • Əhalinin idman obyektləri ilə təminatı üzrə yeni dövlət normativlərinin hazırlanması;

  • Ərazi vahidlərinin (bələdiyyələrin) idman obyektləri ilə təminatının dövlət standartlarının yaradılması, idman qurğularında idman bölmələrinin yerli əhalinin tələbatına uyğun il boyu fəaliyyətinin təmin edilməsi;

  • İcmalarda, yaşayış yerlərində və yeni tikilən yaşayış massivlərində idman şəhərcikləri, bədən tərbiyəsi-sağlamlıq zonaları və digər idman yönümlü obyektlərin nümunəvi layihələrinin hazırlanması və müvafiq təşkilatlar tərəfindən məcburi qaydada icrasının təmin edilməsi;

  • 2020-ci ilə kimi bütün ümumtəhsil məktəblərində, kolleclərdə ali və orta ixtisas təhsil müəssisələrində müasir idman avadanlıqları ilə təchiz edilmiş idman zalları, üzgüçülük hovuzları və idman meydançalarının inşası;

  • Yaşayış massivlərində, xüsusən yeni tikilən yaşayış yerlərində uşaq idman şəhərciklərinin, digər idman obyektlərinin planlaşdırılması və inşası:

  • Regionların sosial-iqtisadi inkişaf proqramlarında yeni idman qurğularının, xüsusən müvafiq regionlar üçün ənənəvi və prioritet sayılan və dayaq idman növü kimi müəyyən edilmiş idman növləri üzrə təlim-idman bazalarının tikintisinin planlaşdırılması və inşası;

  • Regionlarda inşası nəzərdə tutulmuş sosial-mədəni obyektlərdə, o cümlədən təhsil müəssisələrində, turizm mərkəzlərində, mədəniyyət evlərində, istirahət parklarında, sağlamlıq mərkəzləri və zonalarında, sanatoriya-kurort müəssisələrində idman obyektlərinin və bədən tərbiyəsi və idman yönümlü fəal istirahət güşələrinin planlaşdırılması;

  • Yeni inşa edilən yaşayış massivlərində idman şəhərciklərinin məcburi qaydada layihələrə salınmasına və inşasına “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nail olunması;

  • 2020-ci ilə kimi respublikanın bütün şəhər və rayonlarında müasir Olimpiya komplekslərinin inşa edilməsi;

  • Mövcud olan və gələcəkdə inşa ediləcək idman qurğularında, o cümlədən Olimpiya komplekslərində sağlamlıq imkanları məhdud olan insanların bədən tərbiyəsi və idmanla məşğul ola bilmələri üçün imkan və şəraitlərin yaradılması;

  • Ölkədə böyük tələbat duyulan üzgüçülük hovuzlarının və güllə atıcılığı tirlərinin inşası və istifadəyə verilməsi üzrə xüsusi proqram hazırlanması;

  • Qaçqınlar üçün inşa edilmiş və ediləcək qəsəbələrdə idman obyektlərinin tikintisinin və qaçqın uşaqların istifadələrinə verilməsinin təmin edilməsi;

  • Təhsil müəssisələrinin idman qurğularından dərslərdən sonra müvafiq ərazilərdə yerləşən idman təşkilatlarının xüsusən Uşaq idman məktəblərinin tələbatlarına uyğun istifadə edə bilmələrinə şərait yaradılması;

  • 2015-ci ilə kimi Bakı şəhərində Dünyanın ən möhtəşəm idman qurğularından biri olacaq yeni Olimpiya Stadionunun inşa edilməsi.


Yüklə 237,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin