Ləyaqətlə Bərabərhüquqlu Birgə Yaşama



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix22.07.2017
ölçüsü0,79 Mb.
  1   2   3   4   5   6   7

 

 

 

 

                

 

 

 

 

 

 

 

 

 

Mədəniyyətlərarası Dialoqa dair 

Ağ Kitab 

 

 

 

“Ləyaqətlə Bərabərhüquqlu Birgə Yaşama” 

 

 

 

 

 

 

 

 

Avropa Şurasının Xarici İşlər Nazirlərinin 118-ci Sessiyasında qəbul edilmişdir  

 

(Strasburq, 7 May 2008-ci il) 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitaba ön söz 

 

 

Hörmətli Baş Katib  

Teri Devis  

 

 

Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab  gərgin  əməyin, qətiyyətin və  ən  əsası 

dialoqun  nəticəsidir. Bu üzv dövlətlər, vətəndaş  cəmiyyəti təşkilatları, dini və 

miqrant icmalar, yerli hakimiyyətlər və bir çox digərləri ilə aparılmış  geniş  və 

uzun müzakirələrdən sonra  hazırlanmışdır. 

 

Mədəniyyətlərarası dialoq bizim dövr üçün bir zərurətdir. Müxtəlifliyin və  



təhlükələrin artdığı dünyada biz sosial bağlılığı möhkəmlətmək və münaqişələrin 

qarşısını almaq üçün etnik, dini, dil  və milli sərhədlər ətrafında danışıqlara ehtiyac 

duyuruq. 

 

Ağ Kitabın  əsas məqsədi demokratiya, insan hüquqları  və hüquqi qanunlar kimi 

dünyəvi dəyərlərə aydın  şəkildə istinad edilmədən mədəniyyətlərarası dialoqun 

mümkün olmamasını bildirməkdir. 

 

Ağ Kitab çox yaxşı qəbul edildi, lakin onun nəticələri və təklifləri bütün müvafiq 



dialoqlarda yerinə yetirilməli və yoxlanmalıdır. Mədəniyyətlərarası dialoq 

“inkişafda olan iş”in -  bu yoldakı yeni addım, yeni sosial və mədəni modelə doğru  

sürətlə  dəyişən Avropaya və eyni zamanda sürətlə  dəyişən dünya üçün 

yaradılmışdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Azərbaycan Respublikası 

Mədəniyyət və Turizm naziri  

 

cənab Əbülfəs Qarayev 

 

 



Mədəniyyətlərarası dialoq müxtəlif xalqlar və dövlətlər arasında mövcud olan 

problemlər, münaqişələrin həll edilməsi, xoşbəxt gələcəyin qurulması, qarşılıqlı 

anlaşmanın və hörmətin təşviq olunması, həmçinin mədəni müxtəlifliyin 

qorunmasına şərait yaratmaqla yanaşı, müasir beynəlxalq münasibətlərdə sülhün və 

təhlükəsizliyin təmin olunmasına təkan verir. 

 

Biz bu istiqamətdə Avropa Şurasının fəaliyyətini, onun üzv dövlətlərlə 



əməkdaşlığını yüksək qiymətləndirir və  Mədəniyyətlərarası Dialoqa dair Ağ 

Kitabın  hazırlanmasına və  təşviqinə görə  təşkilata, bunun ərsəyə  gəlməsində 

zəhməti olan bütün insanlara dərin minnətdarlığımızı bildiririk. 

 

Qeyd etmək istərdik ki, məhz  Ağ kitabda göstərilən məqsəd və  vəzifələrdən 



ilhamlanaraq  şərqlə, qərbin,  şimalla cənubun kəsişməsində yerləşən Azərbaycan 

Respublikası Avropa Şurası ilə birgə ilk dəfə 2008-ci il 2-3 dekabr tarixində Bakı 

şəhərində Avropa və ona qonşu regionaları  təmsil edən dövlətlərin iştirakı ilə 

“Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın 

və sülhün əsasıdır” mövzusunda Mədəniyyət nazirlərinin konfransı keçirmişdir. 

Konfransda qəbul edilən “Mədəniyyətlərarası dialoqunun təşviqinə dair Bakı 

Bəyannaməsi”  Ağ kitabda qaldırılan bütün məsələləri dəstəkləyərək onun 

çərçivəsində müxtəlif sivilizasiya və  mədəniyyətlər arasında dialoq və 

əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi”nin əsasını 

qoymuşdur. 

 

Əminliklə deyə bilərəm ki, Ağ kitabın Azərbaycan dilinə  tərcümə edilməsi 



ölkəmizin vətəndaşlarının ondan yararlanmasına imkan yaratmaqla yanaşı, 

xalqımızın tolerant mədəniyyətini daha da inkişaf etməsinə  və onun 

zənginləşməsinə kömək edəcəkdir. 

 

 



 

 

 

 

 

 

 

 

 

MƏDƏNİYYƏTLƏRARASI DİALOQA DAİR AĞ KİTAB 

 

CM (2008) 30 yekun,  2 May 2008-ci il 

 

“Ləyaqətlə Bərabərhüquqlu Birgə Yaşama” 

 

 

Dialoq – Avropanın gələcəyinə açardır! 

 

(1) Demokratik yolla Avropanın artmaqda olan – bizim qitənin tarixində kök 

salmış və qlobalizasiya tərəfindən əhatələnmiş - mədəni müxtəlifliyinin idarə 

olunması son illər üstünlük qazanmışdır. Biz müxtəlifliyə necə cavab 

verəcəyik? Gələcək cəmiyyət haqqında bizim uzaqgörənliyimiz nədən 

ibarətdir? Bu, təcrid olunmuş birliklərin, ayrı-seçkiliyə  məruz qalmış hüquq 

və  vəzifələrilə qarşılıqlı  nəzakətsizlik və stereotiplər tərəfindən  bir-birinə 

bağlanmış çoxluq və azlıqların mövcudluğu ilə əlamətdar olan cəmiyyətdirmi? 

Və ya bu, bütün sakinlərin insan hüquqlarına tam hörmət etməyə  cəlb 

olunması ilə qeyd olunan, hər birimizə xeyir verən, ayrı-seçkilik olmayan  

canlı  və açıq cəmiyyətdirmi? Avropa Şurası inanır ki, Təşkilatın qurulduğu 

dəyərlər əsasında mədəni müxtəlifliyə hörmət və onun irəliləməsi  həmrəyliyə 

əsaslanan cəmiyyətlərin inkişafı üçün  mühüm şərtlərdir. 

 

(2) Ümumi gələcəyimiz İnsan Hüquqları üzrə Avropa Konvensiyasında təsbit 

edildiyi kimi insan hüquqlarını qorumaq və inkişaf etdirmək qabiliyyətindən, 

demokratiya, qanunun hüquqiliyi və qarşılıqlı anlamı  təbliğ edə bilmək 

bacarığından asılıdır. “Mədəniyyətlərarası Dialoq üzrə  Ağ Kitab” Avropa 

Şurasının 47 üzv dövlətləri hökumətlərinin bu məsələ ilə bağlı müzakirələrini 

özündə  əks etdirir. Bu mədəniyyətlərarası yanaşmanın mədəni müxtəlifliyin 

idarə edilməsi üçün uzaqgörən model təklif etdiyini sübut edir.  Bu fərdi insan 

ləyaqətinə (ümumi insanlığımız və  ləyaqətimizi  əhatə edərək)  əsaslanan 

konsepsiyanı  təklif edir. Əgər qarşıda duran əsas problem Avropa 

mənsubluğunun reallaşmasıdırsa, o zaman bu, paylanmış fundamental 

dəyərlərə və hər bir fərdin bərabər ləyaqətinə hörmət olunduğu kimi, ümumi 

irs və mədəni müxtəlifliyə hörmətə də əsaslanacaq.   

 

(3) Mədəniyyətlərarası dialoq bu xüsusda əhəmiyyətli rola malikdir. Bu, bizə 

etnik, dini, linqvistik və  mədəni ayrı – seçkiliyə yol verilmə hallarının 

qarşısının alınmasında yardımçı olur. Bu, həmçinin bizə birlikdə irəliləməyə, 

paylanılmış universal dəyərlər  əsasında müxtəlif mənsubiyyətlərimizlə 

yaradıcı və demokratik yolla məşğul olmağa  şərait yaradır. 

 

(4) Mədəniyyətlərarası dialoq müəyyən ilkin şərtlər qarşılandığı  təqdirdə 

inkişaf edə bilər. Ağ Kitab qeyd edir ki, mədəniyyətlərarası dialoqu inkişaf 

etdirmək üçün mədəni müxtəlifliyin demokratik idarəçiliyi bir çox aspektlərə 

uyğunlaşdırılmalı, demokratik vətəndaşlıq və  iştirak gücləndirilməli, 

mədəniyyətlərarası kompetensiya öyrədilməli və öyrənilməli, 

mədəniyyətlərarası dialoq üçün məsafə yaradılmalı  və genişləndirilməli və 

mədəniyyətlərarası dialoq beynəlxalq səviyyəyə çatdırılmalıdır. 

 

(5) Ağ Kitab Avropa Şurası razılaşmasının möhkəm təməli əsasında qurulub. 

Bu, Avropadan kənar regionlar daxil olmaqla  bir çox səhmdarlarla 2007-ci 

ildə keçirilən məsləhətləşmələrdən ibarət olan zəngin materialı əhatə edir. Bu 

mənada, bu bir çox halda demokratik mədəniyyətlərarası dialoqun ana xətti 

olan müzakirələrin məhsuludur. 

 

(6) Sosial birlik mədəniyyətlərarası dialoq tərəfindən dəstəklənərkən, 

müxtəlifliyin nəzərə alınma yollarının müəyyənləşdirilməsində  Ağ Kitab 

bütün artan tələbatlara cavab verir. Bu, siyasəti quranlar və  təcrübə  əldə 

edənlər üçün konseptual strukturu və bələdçini təmin etmə yollarını axtarır. 

Lakin mədəniyyətlərarası dialoq qanun tərəfindən təyin oluna bilməz. Bu,  

sənəddə tərtib olunmuş və altından xətt çəkilmiş prinsipləri həyata keçirmək, 

onları burda təqdim olunmuş müxtəlif məsləhətlərə müvafiq olaraq tətbiq 

etmək və  cəmiyyətin gələcək təşkili haqqında cari müzakirəni təmin etmək 

üçün özünün mövcud açıq dəvət xarakterini qorumalıdır. 

 

(7) Avropa Şurası tam əmindir ki, ləyaqətlə, bərabər insanlar kimi birlikdə 

yaşaya biləcəyimiz cəmiyyətə nail olmaq bizim ümumi vəzifəmizdir. 

*****  


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mündəricat 

 

1. Giriş 

 

1.1 Avropa Şurası və mədəniyyətlərarası dialoq 

1.2 Ağ Kitabın ərsəyə gəlməsi  

1.3 Əsas maraqlar 

1.4 Əsas terminlər 

 

2. Mədəni müxtəlifliyin əhatə dairəsi 

 

2.1 Pluralizm, dözümlülük və mədəniyyətlərarası dialoq 

2.2 İnsan ləyaqətinin bərabərliyi  

2.3 Standartlar və vasitələr: Avropa Şurasının ötən beş onillik ərzində 

əldə etdiyi nailiyyətlər 

 

Dialoqa girməmək riskləri 

 

3. Konseptual çərçivə 

 

3.1 Mədəniyyətlərarası dialoq anlayışı 

3.2 Çoxmədəniyyətli  mühitdə mənsubluğun formalaşması 

3.3 Mədəni müxtəlifliyə ilkin yanaşmalar 

3.4 Mədəniyyətlərarası dialoqun şərtləri 

3.4.1 İnsan hüquqları, demokratiya və hüquq qaydası 

3.4.2 Bərabər ləyaqət  və qarşılıqlı hörmət 

3.4.3 Gender bərabərliyi 

3.5 Dini ölçülər 

 

4. Mədəniyyətlərarası dialoqun təşviqinə beş siyasi yanaşma: 

 

4.1 Mədəni müxtəlifliyin demokratik idarəçiliyi 



4.1.1 Müxtəlifliyin siyasi mədəni dəyərləndirilməsi 

4.1.2 İnsan hüquqları və fundamental azadlıqlar 

4.1.3 Bərabər imkanlardan hüquqların bərabər yiyələnməsinə. 

4.2 Demokratik vətəndaşlıq və iştirak 

4.3 Mədəniyyətlərarası biliklərin öyrənilməsi və tədris olunması 

4.3.1 Əsas səlahiyyət sahələri: demokrayik vətəndaşlıq, dil, tarix. 

4.3.2 İbtidai və orta təhsil 

4.3.3 Ali təhsil və araşdırma 

4.3.4 Qeyri-formal və qeyri-rəsmi təhsil 

4.3.5 Rəhbərlərin rolu 

4.3.6 Aile muhiti 

 

4.4 Mədəniyyətlərarası dialoq sahələri 

4.5 Mədəniyyətlərarası dialoq beynəlxalq münasibətlərdə 

5.  Gələcək fəaliyyət üçün rəy və siyasi orientasiyalar: mərkəzi aktorların 



ümumi məsuliyyətləri 

5.1 Mədəni müxtəlifliyin demokratik idarə olunması 

5.2 Avropa Şurası mədəniyyətlərarası  dialoq üçün daimi forum kimi 

5.3 Mədəniyyətlərarası kompetensiyanın öyrənilməsi və tədrisi 

5.4 Mədəniyyətlərarası dialoq üçün mühit 

6. İrəliyə doğru yol 

Əlavə 1 

 



Avropa Şurasının mədəniyyətlərarası dialoqa aid seçilmiş konvensiya, 

bəyannamə, rəy və digər istinad sənədləri 

 



Seçilmiş Avropa Konvensiyaları 

 



Sammitlər, Nazirlər Konfransları və Nazirlər Komitəsinin 

Bəyannamələri 

 



Nazirlər Komitəsinin rəyləri 

 



Avropa Şurası Parlament Assambleyasının Rəy və Qətnamələri 

 



Yerli və Regional Orqanlar Konqresinin rəy, qətnamə və 

bəyannamələri 

 



İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyasının Rəy və 

Bəyannamələri (ECRİ) 

 

Əlavə 2 

 

Qısaltmaların siyahısı 

 

 

 

 

 

 

 

 

 

 

 

1. Giriş 

 

1.1 Avropa Şurası və mədəniyyətlərarası dialoq 

 

(8) Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, Avropa Şurasının insan 

hüquqları, demokratiya və hüquq normasının qorunması və inkişaf etdirilməsi kimi 

əsas məqsədlərinə xidmət edir. Mədəni müxtəlifliyin Avropanın zəngin irsini 

xarakterizə edib, dözümlülüyün açıq cəmiyyətin zəmanəti olduğunu təsdiq edən 

Üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Sammiti (1993) Milli 

Azlıqların Qorunması üçün Çərçivə Konvensiyası (1995) və  İrqçilik və 

Dözümsüzlüyə qarşı Avropa Komissiyasının  əsasının qoyulmasına və  İrqçilik, 

anti-Semitizm, ksenofobiya və dözümsüzlüyə qarşı Avropa Gənclər 

Kompaniyasının başlanmasına (“Hamı Fərqli – Hamı Bərabər”) gətirib çıxardı.     

 

(9) Dövlət və Hökumət Başçılarının Üçüncü Sammiti (2005) mədəniyyətlərarası 



dialoqu (dini aspektləri daxil etməklə) konfliktlərin qarşısının alınması, cəmiyyətin 

həmrəyliyi və inteqrasiyanın təmin edilməsi, həmçinin məlumatlılığın, anlaşmanın, 

razılığın və dözümlülüyün inkişaf etmə vasitəsi kimi müəyyənləşdirdi. Bu, 

Mədəniyyətlərarası Dialoq üzrə  Ağ Kitabın hazırlanmasının təklif olunduğu ildən 

bir qədər sonra mədəniyyət nazirləri tərəfindən qəbul olunmuş  “İnkişaf edən 

Mədəniyyətlərarası Dialoq üçün Avropa Şurasının Strategiyası üzrə Faro 

Deklarasiyası”-nda genişləndirildi.   

 

1.2 Ağ Kitabın ərsəyə gəlməsi  

 

(10) Nazirlər Komitəsi 2006-cı ilin may ayında görüşərək, Avropada yaşayan 



cəmiyyətlər daxilində  və  cəmiyyətlərarası, həmçinin Avropa və onun qonşuları 

arasında mədəniyyətlərarası dialoqun intensivləşməsi üçün tələb olunan vasitələrin 

müəyyənləşdirilməsində  mədəniyyətlərarası dialoq üzrə  Ağ Kitabın rolunu 

vurğuladı. Bu həmçinin analitik və metodoloji vasitə  və standartlar üzrə  bələdçi 

rolunu oynamalıdır. Ağ Kitab siyasətçi və  rəhbərlərə, təhsil işçiləri və  mətbuata, 

miqrant və dini icmalar, gənclər  təşkilatları və sosial əməkdaşlar da daxil olmaqla, 

vətəndaş cəmiyyəti təşkilatlarına ünvanlanır.   

 

(11) Nazirlər Komitəsinin qərarını  nəzərə alaraq mədəniyyətləararası dialoq üzrə 



geniş miqyaslı  məsləhətləşmələr 2007-ci ilin yanvar və iyun ayları arasında 

keçirildi. Bu, bütün aidiyyatı üzrə işləyən komitələri, Parlament Assambleyası  və 

Lokal və Regional Orqanlar Konqresinin üzvlərini, eyni zamanda İrqi Ayrı-

Seçkilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyası, Sosial Hüquqlar üzrə 

Avropa Komitəsi, Sosial Birlik üzrə Yüksək Səviyyəli  İşçi Qrupu və  İnsan 

Hüquqları üzrə Komissarlıq da daxil olmaqla Avropa Şurasının bir sıra orqanlarını 

özündə birləşdirdi. Sorğular bütün üzv dövlətlər, Parlament Assambleyası və Lokal 

və Regional Orqanlar Konqresinin üzvləri, dini icmaların nümayəndələri, miqrant 

icmaları  və  mədəni və digər qeyri – hökumət təşkilatlarına göndərildi. Avropa 

Şurasının Katibliyi beynəlxalq institutlarla yanaşı miqrantlar, qadınlar, gənclərin 



qeyri – hökumət təşkilatları, jurnalist və media təşkilatları ilə də tədbirlər hazırladı 

(və ya birlikdə hazırladı). İlkin layihələr “cavab görüşü”ndə

3

 nəzərdən keçirilmək 



üçün seçilmiş  səhmdarlar və  mədəniyyət işləri üzrə nazirlərin qeyri – rəsmi 

Regional Konfransının müzakirəsinə verildi. 

 

(12) Bu proses mühüm marağa səbəb oldu və Avropa Şurası müzakirəyə belə 



səxavətlə töhfə verənlərin hamısına dərin minnətdarlığını bildirdi. Müzakirə, 

Avropa Şurasının hüquq norması  və dərin təcrübəsinə əsaslanaraq, onun vaxtaşırı 

olaraq təşəbbüsü öz əlinə götürmək üçün yaxşı mövqedə olduğuna inam yaratdı. 

Bu Ağ kitabın məzmunu əsasında geniş təkliflər yığımını ərsəyə gətirir. 

 

(13) Qeyd olunanlar, Avropa Şurası  təcrübəsinin möhkəm bazası, xüsusən  İnsan 



hüquqları üzrə Avropa konvensiyası  və digər fundamental standartlar əsasında 

qurulub. Bu məsləhətləşmələrdən  əldə edilən zəngin material geniş istifadə 

dairəsinə malikdir. Bu mənada, bu,  bir çox hallarda  mədəniyyətlərarası dialoqun 

ana xəttini təşkil edən demokratik məsləhətləşmələrin nəticəsidir. Aydın və dəqiq 

anlaşılsın deyə, həmçinin bir sıra bəndlər təşkilatların özləri tərəfindən irəli 

sürüldüyünə görə, sənəd müəyyən  şəxslərə aid olan xüsusi ideyaları özündə 

birləşdirmir. 

 

(14) Ağ kitabın  ərsəyə  gəlməsi ilə bağlı  sənədlərin böyük bir qismini Avropa 



Şurasının veb səhifəsi və  əlaqəli nəşrlərdən  əldə etmək olar. Bura üzv dövlətlər, 

qeyri – hökumət təşkilatları  və dini icmalar tərəfindən müxtəlif aspektlər (təhsil, 

media) altında və müəyyən səhmdarlarla (gənclər, miqrantlar) bağlı 

mədəniyyətlərarası dialoq barəsində monoqrafiyalar üzrə sorğuya verilən 

cavabların təhlili daxildir. “Ən Çox Verilən Suallar” toplusu və mətbu material da 

daxil olmaqla, əlavə sənədləri çap versiyasında və internet səhifəsindən əldə etmək 

olar. 

 

1.3 Əsas maraqlar 



 

(15) Məsləhətləşmələrin təkrar olunan mövzularından biri də mədəni müxtəlifliyin 

idarə olunmasına aid köhnə yanaşmaların, artıq bu müxtəlifliyin hədsiz dərəcədə 

müşahidə olunduğu artmaqda olan cəmiyyətlər üçün münasib olmaması idi. Üzv 

dövlətlərə göndərilən suallara cavablar, xüsusən belə bir inam yaratdı ki, 

bugünədək üstünlük verilən “çoxmədəniyyətlilik” anlayışını  əks etdirən siyasi 

yanaşma doğru bir yanaşma deyil. Digər tərəfdən, assimilyasiyaya olan əvvəlki 

meyl nəzərə çarpmır. Xüsusi insan qruplarınl inkar etməyən cəmiyyətin üzvü 

olmaq üçün yeni bir yanaşma lazım idi və  mədəniyyətlərarası dialoq buna nail 

olmaq üçün bələdçi rolunu oynaya bilərdi. 

 

 

(16) Lakin bu ifadənin kəsb etdiyi məna barədə kifayət qədər aydınlıq yox idi. 



Məsləhətləşmə sənədi respondentləri izahat verməyə dəvət edirdi və bunu etməyə 

nəzərə çarpacaq şəkildə könülsüzlük vardı. Qismən ona görə ki, mədəniyyətlərarası 



dialoq bütün konkret vəziyyətlərdə, vasitəçilik olmadan tətbiq oluna bilən və sadə 

izahata cavab verən təməl daşı deyil. Bu, qismən mədəniyyətlərarası dialoqun 

təcrübədə hansı məna bildirməsi məsələsində qeyri əminliyi əks etdirir. 

 

(17) Sorğulara cavab verənlər və  məsləhətləşmə  tədbirlərində  iştirak edənlər 



Avropa Şurasının dəstəklədiyi – universal prinsiplər mənəvi kompası ifadə edir 

– ideyasında birləşiblər. Onlar dözümlülük mədəniyyəti üçün müəyyən bir çərçivə 

müəyyən etdilər və onun məhdudiyyətlərini – xüsusən, qarşı-qarşıya, ayrı-

seçkiliyin istənilən forması  və ya dözümsüzlük formalarını  aydınlaşdırdılar. 

Mədəni adətlərin “azlıq” və ya “çoxluq”a məxsus adətlər olub – olmamalarından 

asılı olmayaraq, onlar İnsan hüquqları üzrə Avropa Konvensiyası  və Avropa 

Şurasının vətəndaş  və siyası, sosial, iqtisadi və  mədəni hüquqlarla əlaqədar digər 

sənədlərinin prinsip və standartlarından üstün ola bilməzdilər. 

 

(18) Xüsusi olaraq, o da vurğulanırdı ki, gender bərabərliyi həm qadın, həm də 



kişilərin təcrübələrinin nəzərə alınmasının vacib olduğu mədəniyyətlərarası 

dialoqun müzakirə olunmaz şərti idi. Həqiqətən, bərabərlik mütəmadi olaraq 

təkrarlanan bir mövzu idi: müxtəliflik olan cəmiyyətdə birgə yaşama yalnız  

hamının bərabər insanlar kimi birgə ləyaqətlə yaşadığı təqdirdə mümkün ola 

bilər. Bu narahatçılıq ümumilikdə hökumətlər, qeyri-hökumət təşkilatları  və 

miqrant birlikləri tərəfindən aydın şəkildə ifadə olunurdu. 

 

(19) Aydın oldu ki, heç bir fəaliyyət sahəsi – istər bu qonşuluq, iş, təhsil sistemi 



və aidiyyatı müəssisələr, istərsə də vətəndaş cəmiyyəti və xüsusən, gənclər sektoru, 

mətbuat, dünya incəsənəti və ya siyasi arena olsun – mədəniyyətlərarası dialoqla 



mövcud olan əlaqəsindən azad ola bilməz. Hər bir aktor – QHT, dini icmalar, 

sosial tərəfdaşlar və ya siyasi partiyalar, həqiqətən, fərdi  şəxslər kimi cəlb 

olunurlar.  İdarəetmənin hər bir səviyyəsi – yerli, regional, millidən tutmuş 

beynəlxalqa qədər – mədəni müxtəlifliyin demokratik idarə olunmasına daxil 

edilmişlər. 

 

(20) Sonda, lap dəqiq olaraq qeyd etsək,  məsləhətləşmə geniş  həcmdə  yığılmış 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə