107
2015/3 (19)
LİNİ M
A İ ƏLƏR
UOT: 617.735:616.5-083.4
Əliyev X.D., Abdullayeva E.Ə., İsmayılova Ü.S, Əliyeva T.A
LAZER EPİLYASİYASI ZAMANI ƏMƏLƏ GƏLƏN ŞÜA MAKULOPATİYASI
(KLİNİKİ HAL)
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan
Açar sözlər: şüa makulopatiyası, lazer epilyasiyası, preretinal qansızma, spektral optik koherens tomoqrafiya,
mikroperimetriya, multifocal elektroretinoqrafiya
Müasir dövrümüzdə elm və texnikanın inkişafı insanların həyatına çox sıx daxil olmuşdur. Bunlardan biri
də kosmetologiyadır. Belə ki, kosmetologiyanın müxtəlif sahələrində müasir elmi tərəqqinin nailiyyətlərindən
geniş istifadə olunur. Bunlardan biri də arzuolunmaz tüklərdən azad olunmadır. Belə ki, selektiv fototermolizin
kəşfi, fərqli diapozonlu və müxtəlif dalğa uzunluqlu lazer sistemlərinin tətbiqi tüklərin effektiv və uzunmüddətli
ləğv olunmasını mümkün etdi. Hal-hazırda bunun üçün bir neçə lazer sistemləri mövcuddur: rubin lazer (dalğa
uzunluğu 694 nm), aleksandrit (dalğa uzunluğu 755 nm), diod lazer (dalğa uzunluğu 800 nm), IRL sistemleri
(dalğa uzunluğu 590-1200 nm).
Qeyd etmək lazımdır ki, hər hansı bir yeni üsulun tətbiqi zamanı insan orqanizmi üçün ola biləcək fəsadlar
nəzərə alınmalı və onların baş vermə halları minimuma endirilməlidir [1, 2]. Məhz lazer texnologiyasının
kosmetologiyada tətbiqi zamanı da belə fəsadlara rast gəlinə bilər [3].
Belə ki, bu lazerlərin göz fəsadları ən çox qaş nahiyyəsinin epilyasiyası zamanı, eynək və metal kontakt
linzaların istifadə edilməməsi nəticəsində baş verir. Bunlardan bir qismi də göz dibi fəsadlarıdır. Məlumdur ki,
torlu qişanın xorioideyaya yaxın xarici qatları (fotoreseptor və piqment epiteli qatları) yuksək oksigen təchizatina
görə fotodinamik təsirə daha cox məruz qalır [4].
Şüa makulopatiyasının 3 ağırlıq dərəcəsi ayırd edilir: yüngül, orta və ağır [5].
Yüngül dərəcəli zədələnmə zamanı oftalmoskopiya müayinəsində torlu qişada dəyişiklik qeyd olunmaya bilər.
Bəzi hallarda isə foveolyar və makulyar reflekslərin zəif qeyd olunması aşkar olunur. Adətən bir neçə həftə ərzində
qeyd olunan əlamətlər itir və görmə itiliyi normaya qayıdır.
Şüa makulopatiyasının orta dərəcəli zədələnməsi zamanı göz dibinin oftalmoskopiyası nəticələri yüngül
dərəcəli zədələnmə ilə eyni xarakter daşıya bilər, lakin bu zaman makulanın solğunluğu daimi qalır ki, bu da görmə
itiliyinin səviyyəsinə öz təsirini görsədir.
a.
b.
Şək.1. Xəstə B.R.-nın ilk müraciəti zamanı göz dibinin rəngli fotoqrafiyası: a) sağ göz; b) sol göz
108
2015/3 (19)
LİNİ M
A İ ƏLƏR
Ağır zərəcəli zədələnmə zamanı ilk gündən etibarən makula nahiyyəsində ödemlə əhatə olunmuş, müxtəlif
şəkilli, sari bozumtul ləkələr qeyd olunur. Bir müddətdən sonra həmin nahiyyələrdə piqment səpələnməsi baş
verir [6, 7]. Oftalmoskopiya zamanı bu defekt torlu qişanın lamelyar yırtığına bənzəyir. Ancaq fərq ondadır ki,
bu zaman proses makulanın dərin qatlarında (fotoreseptor və piqment epiteli qatları) baş verir. Görmə itiliyinin
artması ilk 2-4 həftə ərzində müşahidə olunur. Bir ildən sonra görmə itiliyinin dəyişilikləri həmin səviyyədə
saxlanmış olur [8].
Bizim təqdim etdiyimiz birinci kliniki hal 2000-ci il təvəllüdlü xəstə B.R.-ya aiddir. Xəstə 24.07.2015 tarixində
üz nahiyyəsində lazer epilyasiyasından 1 hətfə sonra mərkəzə müraciət etmişdir. Xəstə görmə qabiliyyətinin
zəifləməsi və metamorfopsiyadan şikayət etmişdir. Xəstə daxil olarkən görmə itiliyi sağ gözdə 0.08, müfaviq
korreksiya ilə 0.6; sol gözdə isə 0.1, müfaviq korreksiya ilə 1.0 olmuşdur. Qeyd edək ki, xəstə ametropiya ilə
əlaqədar eynək təyini üçün əvvəl də mərkəzə müraciət etmiş və əvvəlki müraciəti zamanı görmə itiliyi sağ gözdə
0.4, korreksiya ilə 0.8; sol gözdə isə 0.1, korreksiya ilə 1.0 olmuşdur. Hər iki gözün ön seqmentində patoloji
dəyişiliklər qeyd olunmamışdır. Oftalmoskopiya zamanı: (şək.1) hər iki gözdə görmə siniri diski çəhrayı rəngdə,
hüdudları aydın, arteriya və venaların kalibri və gedişi normal, torlu qişanın ekvatorial və periferik zonasında
patologiyi dəyişiliklər qeyd edilməmişdir. Sol gözdə makulyar və foveolyar reflekslər aydın görünmüşdür. Xəstədə
sağ gözün (şək.1a) oftalmoskopiyası zamanı makulada, foveolyar sahədə önə doğru qabarma şəklində neyroretinal
qatın seroz qopması, lazerkoaqulyasiya ocağı üçün xarakterik olan zədələnmə zonası və həmin zonanın ətrafında
piqment epitelinin səpələnməsi müşahidə olunmüşdur.
Xəstədə standart müayinə üsulları ilə yanaşı spektral optik koherens tomoqrafiya (SOKT) (Spectral Cirrus HD
OCT, Carl Zeiss Medidec, Germany), mikroperimetriya (MP) (MAIA, Italy) və multifokal elektroretinoqrafiya
(mfERG) (Roland Consult, Germany) müayinələri də icra olunmuşdur.
Sağ gözün SOKT müayinəsində (şək.2a) yukstafoveolyar sahədə neyroretinal qatın diffuz qalınlaşması
fonunda torlu qişanın xarici: xarici nüvə, xarici pleksiform, fotoreseptor və piqment epiteli qatları səviyyəsində
hiperreflektiv ocaq və neyroretinal qatın altında seroz maye qeyd edilmişdir. Mərkəzdə makulanın qalınlığı norma
daxilində - 290 mkr olsada, daxili və xarici: nazal, yuxarı və aşağı kvadrantlarda qalınlıq müfaviq olaraq – 431,
364, 341 və 315, 293, 289 mkr olmuşdur. Bu isə sol gözün (şək.2b) normal tomoqrafik göstəricilərindən yüksək
olmuşdur.
a.
b.
Şək.2. Xəstə B,R,-nın ilk müraciəti zamanı spektral OKT müayinəsi: a. sağ göz; b. sol göz
Sağ gözün mikroperimeriya müayinəsində (şək.3a) sol gözdən (şək.3b) fərqli olaraq nazal, yuxarı və aşagı
kvadrantlarda işıq həssaslığının qeyri-normal – aşagı göstəriciləri qeyd olunmuşdur.
109
2015/3 (19)
LİNİ M
A İ ƏLƏR
a.
b.
Şək.3. Xəstə B,R,-nın ilk müraciəti zamanı mikroperimetiya müayinəsi: a. sağ göz; b. sol göz
Torlu qişanın makulyar zonasının funksional vəziyyətini və bioelektrik aktivliyini təyin edən multifokal ERQ
müayinəsində isə (şək.4) digər müayinələrdən fərqli olaraq torlu qişa sıxlığının normaya uyğun göstəriciləri
alınmışdır.
Şək.4. Xəstə B,R,-nın ilk müraciəti zamanı sağ gözün multifocal ERQ müayinəsi
Anamnez, kliniki əlamətlər və instrumental müayinə üsulları əsasında bu xəstədə: sağ gözdə makulanın şüa
vasitəsilə orta dərəcəli yanığı diaqnozu qoyulmuş və müfaviq müalicə təyin edilmişdir.
Birinci müraciətdən 1 ay sonra növbəti baxiş zamanı aşağıdakı göstəricilər müşahidə olunmuşdur: sağ gözün
görmə itiliyi 0.03, korreksiya ilə 0.4, sol gözdə isə 0.1 korreksiya ilə 1.0 olmuşdur.
110
2015/3 (19)
LİNİ M
A İ ƏLƏR
Oftalmoskopiya zamanı: sağ gözdə makulada parafoveolyar sahədə piqment epitelinin qeyri-bərabər paylanması,
xorioretinal atrofik ocaq, neyroepitelin seroz qopmasından sonrakı vəziyyəti qeyd edilmişdir (şək.5).
Şək. 5. Xəstə B.R.-nın təkrar müayinəsi zamanı göz dibinin rəngli fotoqrafiyası
Şəkil 6-də təkrar baxış zamanı SOKT və MP müayinələrinin nəticələri göstərilmişdir. Tomoqrammada (şək.6a)
foveolyar çuxurun genişlənməsi, torlu qişanın xarici qatları səviyyəsində parafoveolyar sahədə hiperreflektiv
capıqlaşma ocağı və subfoveolyar sahədə isə piqment epiteli səviyyəsində quru degenerativ deyişiliklər – piqmentin
səpələnməsi qeyd olunur. Torlu qişanın daxili qatları intaktdır.
Mikroperimetr müayinəsində (şək.6b) isə birinci müayinədən fərqli olaraq işıq həssaslığının zəifləmə
nöqtələrinin, həmçinin foveoladan temporal nahiyyədə də alınması qeyd olunmuşdur. Bu, degenerativ prosesin
subfoveolyar nahiyyəyə yayılmasına dəlalət edir.
a.
b.
Şək. 6. a) spektral OKT müayinəsi, b) mikroperimetriya müayinəsi
Təkrar multifokal ERG müayinəsində (şək.7) isə ilkin müayinədən fərqli olaraq norma ilə müqayisədə torlu
qişa sıxlığının azalması qeyd olunmuşdur.
111
2015/3 (19)
LİNİ M
A İ ƏLƏR
Şək.7. Xəstə B.R.-nın təkrar müraciəti zamanı sağ gözün multifocal ERG müayinəsi
Təkrar müayinə zamanı alınmış nəticələr əsasında xəstəyə sağ gözdə lazer şüası yanığından sonra makulanın
ikincili degenerasiyası diaqnozu qoyulmuşdur. Xəstə hal-hazırda nəzarətdədir.
Təqdim etdiyimiz ikinci kliniki hal 1994-cü il təvəllüdlü xəstə Q,Ü.-yə aiddir. Xəstə 12.07.2015 tarixində
aparılmış lazer epilyasiyasından 2 saat sonra mərkəzə müraciət etmişdir. Xəstə üz nahiyyəsinin lazer epilyasiyası
zamanı sol gözdə görmə itiliyinin kəskin zəifləməsini qeyd etmişdir. Epilyasiya zamanı gözü qoruyucu vasitələrdən
istifadə etmədiyini bildirmişdir.
Müayinə zamanı sağ gözdə görmə itiliyi 1.0, sol gözdə isə 0.1 (korreksiya etmir) olmuşdur. Göz dibinin
oftalmoskopiyası (şək.8) zamanı sol gözdə torlu qişada mərkəzi venanın yuxarı tış şaxəsi uzərində dairəvi formada,
lazerkoaqulyasiya ocagına bənzər zədələnmə sahəsi və həmin ocaqdan qaynaqlanan preretinal, subhialoidal
qansızma müşahidə edilmişdir. Sol gözün ön hissəsində dəyişiliklər aşkar edilməmişdir. Qansızma makulyar və
foveolyar sahəni əhatə etdiyi üçün SOKT və MP müayinələri, onların əlavə daiqnostik əhəmiyyəti olmadığını
nəzərə alaraq aparılmamışdır. Sağ gözdə oftalmoskopiya zamanı patoloji dəyişiliklər qeyd edilməmişdir. Xəstəyə
müfaviq müalicə təyin edilərək ambulator nəzarətə götürülmüşdür.
Şək.8. Xəstə Q.Ü.-nin ilk müraciəti zamanı göz dibinin
rəngli fotoqrafiyası
Şək.9. Xəstə Q.Ü.-nin təkrar müayinəsi zamanı göz
dibinin rəngli fotoqrafiyası
Xəstə bir aydan sonar təkrar müraciət etmişdir. Müayinə zamanı sol gözdə görmə itiliyi 0.5 olmuşdur.
Oftalmoskopiya zamanı (şək.9) preretinal qanın sorulması, damar arkadası üzərində olan koaqulyasiya ocağının
itməsi qeyd edilmişdir. Makulyar və foveolyar reflekslər aydın görünür, ekvatorial sahədə və periferiyada patoloji
dəyişiliklər yoxdur.
Makulyar sahənin vizualizasiyası bərpa olunduğu üçün zədədən sonra makulada ola biləcək dəyişilikləri
müəyyən etmək məqsədilə SOKT və mikroperimetriya müayinələri aparılmışdır. Bu müayinələrdə (şək.10)
struktur dəyişilikləri aşkar olunmamışdır.
112
2015/3 (19)
LİNİ M
A İ ƏLƏR
a.
b.
Şək.10. Xəstə Q.Ü.-nin təkrar müayinəsi zamanı: a) SOKT və b) MP müayinələri
Beləliklə, hər iki kliniki hal lazer şüasının kosmetologiyada tətbiqi zamanı qoruyucu vasitələrin istifadəsinin
vacibliyini bir daha təsdiq edir.
ƏDƏBİYYAT
1.
Островский М.А. Молекулярные механизмы повреждающего действия света на структуры глаза
и системы защиты от такого повреждения // Успехи биологической химии, 2005, т.45, с.173-204.
2.
Wu J., Seregard S., Algreve P.V. Photochemical damage of the retina // Surv. Ophthalmol., 2006, v.51,
p.461-481.
3.
Gass J.D. Stereoscopic atlas of macular diseases: diagnosis and treatment. 4th ed. St. Louis: Mosby-Year
Book, Inc., 1997.
4.
Brod R.D., Olson K.R., Ball S.F. et al. The site of operating microscope light induced injury on the
human retina // Am. J. Ophthalmol., 1989, v.207, p. 1067- 1072.
5.
Скицюк С.В., Присташ И.В. Макула. Методы лечения, основные поражения, лазерное лечение,
слабовидение, 2005, т.35, с.78-96.
6.
Bechmann M., Ehrt O., Thiel M.J. et al. Optical coherence tomography findings in early solar retinopathy
// Brit. J. Ophthalmol., 2000, v.84, p.547-548.
7.
Symons R.C., Mainster M.A., Goldberg M.F. Solar maculopathy in a young child // Br. J. Ophthalmol.,
2009, p.2-8.
8.
Шахмалиева А.М., Гидаят-заде С.С. Лучевая макулопатия в результате воздействия лазерного
указателя // Oftalmologiya elmi praktik jurnal, 2014, №2, səh.81-85.
Алиев Х.Д, Абдуллаева Э.А., Исмайлова У.С., Алиева Т.A
ЛУЧЕВАЯ МАКУЛОПАТИЯ ПРИ ЛАЗЕРНОЙ ЭПИЛЯЦИИ
(КЛИНИЧЕСКИЙ СЛУЧАЙ)
Национальный Центр Офтальмологии имени академика Зарифы Алиевой, г.Баку, Азербайджан
Ключевые слова: лучевая макулопатия, лазерная эпиляция, преретинальное кровоизлияние, спектральная
оптическая когерентная томография, микропериметрия, мультифокальная электроретинография
РЕЗЮМЕ
Цель – исследовать изменения в сетчатке больных с лучевым поражением в результате эпиляции в
области лица.
113
2015/3 (19)
LİNİ M
A İ ƏLƏR
Материалы и методы
В работе представлены два клинических случая больных с лучевым поражением сетчатки при лазерной
эпиляции в области лица. В обоих случаях были проведены стандартные методы обследования, а также
спектральная оптическая когерентная томография сетчатки, микропериметрия и мультифокальная
электроретинография.
Результаты
Исследования в обоих глазах выявили необратимое снижение зрения в результате лучевого повреждения
сетчатки, вызванное не соблюдением мер предосторожности, направленных на защиту сетчатки. Анализ
наших исследований еще раз подтверждает необходимость соблюдения мер предосторожности при
лазерной эпиляции лица.
Aliyev Kh.D., Abdullayeva E.A., Ismayilova U.S., Aliyeva T.A
RADIAL MACULOPATHY DURING LASER EPILATION (CLINICAL CASE)
National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan
Key words: radial maculopathy, laser epilation, preretinal hemorrhage, spectral optic coherence tomography,
microperimetry, multifocal electroretinography
SUMMARY
Aim – the changes at the result of laser face epilation were investigated.
Material and methods
Two clinical cases of patients with a radial affection to the retina during laser face epilation were described in
this work. In both cases there were used standard the methods of examinations and also spectral optic coherence
tomography, microperimetry and multifocal electroretinography.
Results
The investigated of both eyes had in the study irreversibly reduced vision due to radial affection of retina
appeared as a result of non-compliance with the safety precaution. The analysis of our researches cases confirms
the need to follow the safety precautions during laser epilation.
Korrespondensiya üçün:
Əliyev Xalid Dilavər oğlu, tibb üzrə fəlsəfə doktoru, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya
Mərkəzinin vitreoretinal cərrahiyyə bölməsinin müdiri
Abdullayeva Elmira Ələkbər qızı, tibb üzrə fəlsəfə doktoru, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya
Mərkəzinin Şəkərli diabetin göz fəsadlarə şöbəsinin aparıcı elmi işçisi
İsmayılova Ülkər S qızı, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəkərli diabetin göz
fəsadlarə şöbəsinin həkim-laborantı
Əliyeva Tərlan Aydın qızı, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-rezidenti
Ünvan: AZ 1114, Bakı şəh., Cavadxan küç., 32/15
Tel: (+99412) 569-09-07; (+99412) 569-09-47
E-mail: administrator@eye.az;
www.eye.az
Dostları ilə paylaş: |