Lor mpf V kurs. Az sektor. Hansı əlamətlər adenotomiya əməliyyatına göstərişdir


Bunlardan hansı udlaq limfadenoid həlqəsinə daxil deyil



Yüklə 84,52 Kb.
səhifə2/7
tarix10.12.2016
ölçüsü84,52 Kb.
1   2   3   4   5   6   7

100. Bunlardan hansı udlaq limfadenoid həlqəsinə daxil deyil:

A) Boyun limfa düyünləri

B) Bir cüt damaq badamcığı

C) Bir udlaq badamcığı

D) Bir dil badamcığı

E) İki boru badamcığı



101. Xroniki tonzilitin yarımcərrahi müalicəsinə aşağıdakilardan hansı daxil deyil:

A) Tonzillektomiya

B) Lazer cərrahiyyəsi

C) Lakunotomiya

D) Kriodestruksiya

E) Galvanokaustika



102. Simanovski-Vensan-Plaut anginasının etioloji faktoru hansıdır:

A) fusiformis, Spirochaeta buccalis

B) Moraxella catarrhalis

C) Pseudomonas aeruginosa, Stafilacoccus aureus

D) Streptococcus viridans

E) Leptotryx buccalis



103. Aşağida göstərilən anginalardan hansında penisillinoterapiya 6-8 gün ərzində effekt verir:

A) Simanovski-Vensan anginasında

B) Leykozlar zamanı müşahidə olunan anginada

C) Aqranulositar anginada

D) İnfeksion mononukleoz zamanı müşahidə olunan anginada

E) Difterik anginada



104. Damaq badamcıqlarının hipertrofiyası zamanı tətbiq edilən cərrahi əməliyyat necə adlanır:

A) Tonzillotomiya

B) Tonzillektomiya

C) Adenotomiya

D) Lakunotomiya

E) Kriodestruksiya



105. Retrofaringial abses ən çox kimlərdə rast gəlinir:

A) Kiçik yaşlı uşaqlarda

B) Yaşlı xəstələrdə

C) Yeniyetmələrdə

D) Gənclərdə

E) Qadınlarda



106. Boğazdan yaxma əsasən hansı xəstəliyi inkar etmək üçün götürülür:

A) Difteriya

B) Salmanelloz

C) Vərəm


D) Sifilis

E) Sadalananların heç biri



107. Əsnək difteriyasının tez-tez rast gələn təhlükəli fəsadı hansıdır:

A) Miokardit

B) Trombohemorragik sindrom

C) Polinevritlər

D) Kəskin böyrək çatışmazlığı

E) İnfeksion-toksiki şok



108. Tonzillektomiyanın ən çox rast gəlinən fəsadı hansıdır:

A) Qanaxma

B) Udlağın parezi

C) Emfizema

D) Tın-tınlıq

E) Disfoniya



109. “Xroniki tonzillit” termini əsasən hansı badamcıqların iltihabı zamanı tətbiq edilir:

A) Damaq badamcıqları

B) Dil badamcığı

C) Udlaq badamcığı

D) Boru badamcıqları

E) Udlağın selikli qişasının iltihabı



110. Skarlatina zamanı müşahidə edilən angina ucun aşağıkilardan hansı xarakter əlamət hesab

olunmur:

A) Yanaq selikli qişasında rast gəlinən Filatov-Koplik ləkələri

B) Dilin «moruğabənzər» şəkil alması

C) Yüksək temperatur

D) Udma zamanı şiddətli ağrı

E) Regionar limfadenit



111. Udlağın III dərəcəli yanıqları üçün aşağıdakilardan hansı xarakterikdir:

A) Nekroz

B) Eritema

C) Hiperemiya

D) Qovuq (yanıq sudurları)

E) Ödem


112. Lakunar anginanın xüsusiyyətləri hansıdır:

A) Ərp damaq badamcıqlarının üzərində yerləşir və kənara çıxmır

B) İltihab prosesinə follikullar cəlb olunur

C) Ərp çətin qopur, badamcığın səthindən qanaxma müşahidə olunur

D) Ərp badamcıqdan xaricə yayılır

E) Mikrobioloji müayinə zamanı Löfler çöpü qeyd olunur



113. Əsnək difteriyası zamanı rast gəlinən ərpin xüsusiyyətləri hansıdır:

A) Ərp damaq badamcıqlarının xaricinə yayılır, suda batır

B) Ərp damaq badamcıqlarının üzərində yerləşir, suda batmır

C) Nekrotik dəyişiklik qeyd olunmur, ərp tünd-qəhvəyi olur, asan qopur

D) Ərp səthidir, asan götürülür

E) Ərp ağ-sarı rəngdədir



114. Bu xəstəliklərdən hansı banal anginalara aiddir:

A) Follikulyar angina

B) Fleqmanoz angina

C) Aqranulositar angina

D) Monositar angina

E) Lyudviq anginası



115. Aşağıdakılardan hansı tonzillektomiyaya göstəriş deyildir:

A) Xroniki tonzillitin sadə forması

B) Xroniki tonzillitin toksiko-allergik forması II dərəcə

C) Dekompensə olunmuş forması

D) Tonzillogen sepsis

E) Təkrarlanan abses



116. Xroniki tonzillitin “anginasız forması”xəstələrin neçə faizində rast gəlinir:

A) 4%


B) 6%

C) 8%


D) 10%

E) 12%


117. Aşağıdakılardan hansı xroniki tonzillitin sadə forması üçün xarakter əlamətlər sayılır :

A) Lakunalarda kazeoz-irinli tıxaclar, regionar limfa düyünlərinin böyüməsi, Zak və Gize əlamətləri

B) Subfebril temperatur, oynaq ağrıları, regionar limfadenit

C) Taxikardiya, subfebril temperatur, ürək və oynaq ağrıları

D) Revmatizm, glomerulonefrit, subfebril temperatur

E) EKQ-da dəyişikliklər, revmatizm, taxikardiya



118. Tonzillektomiya əməliyyatından qabaq qanaxmanın profilaktikası məqsədi ilə aşağıdakı

preparatlardan hansıların tətbiqi məsləhət görülə bilər:

A) Kalsium glukonat, C-vitamini, vikаsol

B) Aspirin, atropin, analgin

C) Dimedrol, sinkumar, askorutin

D) Heparin, vikаsol, C-vitamini

E) Dimedrol, atropin, aspirin



119. Kliniki-morfolojı baxımdan paratonzillitin hansı formaları ayırd olunur:

A) Ödemli, infiltrativ, absesləşmə

B) Ödemli, infiltrativ, nekrotik

C) Absesləşmə, nekrotik, ödemli

D) Hipertrofik, atrofik, ödemli

E) İnfiltrativ, hipertrofik, hipotrofik



120. Xroniki tonzilitin inkişafında hansı faktorlar əsas rol oynayır:

A) Ağız boşluğu infeksiyaları, badamcıqların anatomo-topoqrafik və histoloji

xüsusiyyətləri,makroorqanizmin muqaviməti

B) Makroorqanizmin muqaviməti və endokrin xəstəliklər

C) Makroorqanizmin muqaviməti və sinusitlər

D) Makroorqanizmin muqaviməti və damaq badamcıqlarının hipertofiyası

E) Allergik prosesslər

121. Xroniki tonzilitin konservativ müalicə metodları hansılardır:

A) Badamcıq lakunalarının yuyulması, orqanizmin ümumi müqavimətinin qaldırılması

B) Antibiotikoterapiya

C) Hormonoterapiya

D) Zəli ilə müalicə

E) Radiofrekans



122. Tonzillektomiya üçün hansı mütləq əks-göstərişlər var:

A) Qan xəstəlikləri

B) Menzis

C) Psixiki xəstəliklər

D) Yaşlı nəsil

E) Hamiləliyin axırıncı həftəsi



123. Tonzillektomiya əməliyyatından sonra ilk iki gün ərzində qar-qaraların məsləhət görülməməsinin

əsas səbəbi nədir:

A) Yara nahiyyəsinin fibrinoz ərplə örtülməsinə mane olmamaq(mudafiə valı)

B) Yara nahiyyəsinin iltihabi olması

C) Əməliyyat sahəsinin ağrılı olması

D) Qanaxma təhlükəsi

E) Yara nahiyyəsində regenerativ proseslərinin zəifləməsi



124. Bunlardan hansı udlaq divarının qişalarına aid deyil:

A) Periost

B) Fibroz

C) Birləşdirici toxuma (adventisiya)

D) Əzələ

E) Selikli qişa



125. “Angina” xəstəliyi nədir:

A) Ümumi infeksion-allergik xəstəlik olub, damaq badamcıqlarının kəskin iltihabı ilə müşahidə olunur

B) Streptokokk etiologiyalı kəskin yolxucu xəstəlik olub, kəskin faringit əlaməti ilə özünü biruzə verir

C) Udlaq limfadenoid halqasının bir və ya bir neçə komponentinin qeyri-spesifik iltihabıdır

D) Damaq badamcıqlarının və udlağın selikli qişasının spesifik iltihabıdır

E) Ümumi infeksion xəstəlikdir və udlağın selikli qişasının kəskin iltihabı ilə müşahidə olunur



126. Udlagın divarı neçə qişadan təşkil olunmuşdur:

A) Dörd


B) İki

C) Üç


D) Beş

E) Altı


127. Udlaqda neçə hissə ayırd olunur:

A) Üç


B) İki

C) Dörd


D) Beş

E) Altı


128. Xarici yuxu arteriyasının hansı şaxəsi damaq badamcıqlarının qidalanmasında iştirak edir:

A) Qalxan- udlaq arteriyası

B) Üz arteriyası

C) Dil arteriyası

D) Əng arteriyası

E) Hamısı



129. Monositar angina üçün qanda hansı dəyişiklik xarakterdir?

A) Dəyişilmiş mononuklearların sayının 60-80% artması

B) Dəyişilmiş mononuklearların sayının 60-80% azalması

C) Eritrositlərin sayının kəskin artması

D) Leykositlərin sayının artması

E) Limfositlərin miqdarının kəskin azalması



130. Aqranulositar anqina üçün qanda nə dəyişiklik xarakterdir?

A) Periferik qanda qranulositlərin yox olması

B) Periferik qanda qranulositlərin sayının artması

C) Qanda monositlərin və limfositlərin sayının artması

D) Qanda monositlərin və limfositlərin sayının azalması

E) Leykositoz



131. Göbələkli angina zamanı əsnəkdə nə dəyişiklik olur?

A) Selikli qişanın yayılmış hiperemiyası fonunda kəsmikvari ağımtıl ləkələr

B) Selikli qişanın yayılmış nekroz əlamətləri

C) Selikli qişanın yayılmış hiperemiyası fonunda nöqtəvari sarımtıl ləkələr

D) Selikli qişanın qırmızı qovucuqlarla örtülməsi

E) Selikli qişanın fibrinoz ərplə örtülməsi



132. Ezofaqoskopiya nədir?

A) Qida borusunun müayinəsi

B) Udlağın müayinəsi

C) Qırtlağın müayinəsi

D) Burunun müayinəsi

E) Mədənin müayinəsi



133. Aşağıdakı hansı qiğırdağın ödem və infiltrasiyası qida borusunun birinci daralmasının yad cismi

zamanı vasitəli larinqoskopiyada müşahidə edilir?

A) Çalovabənzər qığırdağın

B) Buynuzabənzər qığırdağın

C) Qırtlaq qapağı qığırdağın

D) Qalxanabənzər qığırdağın

E) Üzüyəbənzər qığırdağın



134. Döş sümüyünün arxasında hiss edilən ağrı, bədənin məcburi vəziyyəti: başın önə doğru əyilməsi,

bədənlə birlikdə sağa və ya sola dönməsi, üzündə qorxu ifadəsi aşağıda sadalanan hansı xəstəlik üçün

xarakterdir?

A) Qida borusunun yad cismi

B) Ezofagit

C) Kəskin kataral laringit

D) Retrofaringeal abses

E) Kəskin traxeit



135. Qida borusunun yanığını törədən maddə xəstənin ağız suyu və qusuntu kütləsində nə qədər

müddət ərzində aşkar oluna bilər?

A) İlk iki gün

B) 10 gün

C) 1 həftə

D) 72 saat

E) 1 ay


136. Xoana nədir:

A) Burun boşluğundan burun-udlağa açılan dəlikdir

B) Yuxarı burun keçəcəyinin arxa hissəsidir

C) Aşağı burun keçəcəyinin arxa hissəsidir

D) Orta burun keçəcəyinin arxa hissəsidir

E) Aşağı burun keçəcəyinin ön hissəsidir



137. Xarici burundan qan hara tökülür.

A) Üz venasına

B) Göz venasına

C) Qalxanabənzər venaya

D) dil venasına

E) baş-boyun venasına



138. Xış sümüyü burun boşluğunun hansi divarını əmələ gətirir.

A) Medial

B) aşağı

C) lateral

D) yuxarı

E) heç biri



139. Yenidoğulmuş uşaqlarda xəlbir sümüyünün xəlbir səfhəsi nədən təşkil olunmuşdur

A) fibroz toxumadan

B) əzələ toxumasından

C) sümük toxumasından

D) qığırdaqdan

E) hialin toxumasından



140. Burun balıqqulaqları burun boşluğunun hansı divarında yerləşir.

A) lateral

B) aşağı

C) medial

D) yuxarı

E) ön


141. Burun boşluğunun bayır divarına aid deyil.

A) burun sümüyü

B) əng sümüyünün alın çıxıntısı

C) əsas sümüyün böyük qanadının içəri səthi

D) damaq sümüyünün perpendikulyar səfhəsi

E) göz yaşı sümüyü



142. Burun boşluğunun yuxarı divarına aid deyil:

A) damaq sümüyü

B) əsas və xəlbir sümüyü

C) burun sümüyünün bir hissəsi

D) əsas sümük

E) xəlbir sümüyü



143. Burun boşluğunun hansı balıqqulaqları var:

A) aşağı,orta,yuxarı

B) yuxarı,aşağı,lateral

C) ancaq yuxarı və aşağı

D) medial,lateral

E) ancaq aşağı və orta



144. Ön rinoskopiya zamanı daha çox nəyi müayinə etmək olar:

A) burun çəpərini, aşağı və orta burun baliqqulaglarını

B) ancaq orta burun balıqqulağını

C) yuxarı burun baliqqulağını

D) ancaq aşağı burun balıqqulağını

E) yuxari burun keçəcəyini



145. Yakobsonun rudimentar orqanı burun boşluğunun harasında yerləşir:

A) burun çəpərində

B) aşağı divarında

C) orta burun balıqqulağında

D) orta burun keçəcəyində

E) yuxarı divarında



146. Göz yaşı-burun kanalı hara açılır:

A) aşağı burun keçəcəyinə

B) orta burun keçəcəyinə

C) yuxarı burun keçəcəyinə

D) ümumi burun keçəcəyinə

E) sfeno-etmoidal sahəyə



147. Orta burun keçəcəyinə nə açılır:

A) xəlbir labirintinin ön və orta hüceyrələri , alın və əng cibləri

B) göz yaşı-burun kanalı

C) bütün burun ətrafı ciblər

D) xəlbir labirintinin arxa hüceyrələri

E) əsas cib



148. Yuxarı burun keçəcəyinə nə açılır:

A) arxa xəlbir hüceyrələri , əsas cib

B) alın cibi

C) xəlbir labirintinin bütün hüceyrələri

D) göz yaşı-burun kanalı

E) əng cibi



149. Kisselbax sahəsi burun boşluğunda harada yerləşir:

A) burun çəpərinin ön-aşağı hissəsində

B) burun çəpərinin yuxarı hissəsində

C) orta burun balıqqulağının selikli qişasında

D) aşağı burun balıqqulağının selikli qişasında

E) burun boşluğunun dibində



150. Burun boşluğunda havanın isinməsində əsas rolu nə təşkil edir:

A) kavernoz toxuma

B) qığırdaq toxuması

C) sümük toxuması

D) selik vəziləri

E) səyrici epiteli



151. Astmatik (aspirin) triadası nədir

A) aspirinə həssaslıg, burun boşlugu selikli gişasınin polipoz dəyişiylikləri və bronxial astma tutmaları

B) penisillinə həssaslıg, paroksizmal asgırma və burundan coxlu ifrazatın gəlməsi

C) aspirinə həssaslıg, paroksizmal asgırma və burun tənəffüsünün cətinləşməsi

D) aspirinə və analginə həssaslıg, burundan coxlu ifrazatın gəlməsi və burun tənəffüsünün cətinləşməsi

E) aspirinə həssaslıg, burun tənəffüsünün cətinləşməsi və irinli haymoritin olması



152. İyli maddələrin malekulası necə adlanır:

A) odorivektorlar

B) opsoninlər

C) endoporfirinlər

D) otokininlər

E) otolitlər



153. Burunun əsas xüsusiyyətlərinə aid deyil:

A) dad bilmə

B) tənəffüs

C) qoxu


D) müdafiə

E) rezonator



154. Nəfəsalma zamanı hava axınının əsas hissəsi hansı burun keçəcəyindən keçir:

A) ümumi


B) orta

C) aşağı


D) yuxarı

E) orta və yuxarı



155. Kokosmiya nədir:

A) iybilmənin təhrif olması

B) iybilmənin olmaması

C) iybilmənin azalması

D) iybilmə halyusinasiyaları

E) iybilmənin artması



156. Burun və burunətrafı ciblərin qan təchizatı nə vasitəsilədir:

A) xarici və daxili yuxu arteriyasının şaxələrilə

B) onurğa arteriyasının şaxələrilə

C) dil arteriyasının şaxələrilə

D) yuxarı qalxanabənzər arteriya vasitəsilə

E) aşağı qalxanabənzər arteriya vasitəsilə



157. Burun boşluğunun ön hissəsindən limfa hansı limfa düyünlərinə axır:

A) çənəaltı

B) udlaqarxası

C) ön boyun

D) dərin boyun

E) arxa boyun



158. Aşağı tənəffüs yollarına aiddir:

A) bronxlar

B) burun

C) burunətrafı ciblər

D) qırtlaq

E) udlaq


159. Hansı epiteli burun boşluğunda ötürücü funksiyanı yerinə yetirir:

A) səyrici

B) çoxqatlı yastı

C) kubşəkilli

D) qoxu

E) keçid


160. Xəlbir sümüyünün xəlbir səfhəsindən hansı sinirin lifləri keçir:

A) qoxu


B) azan

C) üçlü sinirin 1-ci şaxəsi

D) üçlü sinirin 2-ci şaxəsi

E) üz


161. Osteometal kompleksə nə aid deyil:

A) aşağı burun balıqqulağı

B) orta burun balıqqulağının ön hissəsi

C) qırmağabənzər çıxıntı və aypara yarıq

D) xəlbir cibi

E) burun çəpərinin orta burun balıqqulağına baxan hissəsi



162. Burun çəpərinin əsas funksiyası:

A) burun boşluğunu iki hissəyə bölmək

B) qoruyucu

C) rezonator

D) qoxu

E) tənəffüs



163. Burun boşluğunun selikli qişasında ən aktiv mukosiliar ötürmə haradadır:

A) aşagı burun balıqqulağında

B) orta burun balıqqulağında

C) yuxarı burun balıqqulağında

D) burun çəpərində

E) burun boşluğunun dibində



164. Aaşağı burun balıqqulağının selikli qişasının xüsusi qatında nə yerləşir:

A) mağaralı venoz kələf

B) arterial kələf

C) kapilyar damar tor

D) qarışıq damar kələf

E) iybilmə hüceyrələri



165. Mağaralı venoz ilgək burun boşluğunda hansı funksiyanı yerinə yetirir:

A) isitmə

B) tənəffüs

C) ötürücü

D) rezonator

E) nəmləndirmə



166. Ən böyük burunətrafı cib hansıdır:

A) əng


B) xəlbir

C) alın


D) əsas

E) xəlbir labirintinin ön hüceyrələri



167. Böyüklərdə əsasən neçə burunətrafı cib inkişaf etmiş olur:

A) 8


B) 6

C) 4


D) 10

E) 2


168. Qanad-damaq çuxuru ilə hansı əlavə cib sərhədlənir:

A) əng


B) alın

C) əsas


D) xəlbir labirinti

E) xəlbir labirintinin ön hüceyrələri



169. Köpək çuxuru əng cibinin hansı divarında yerləşir:

A) ön


B) aşağı

C) yuxarı

D) arxa

E) medial



170. Göz yaşı-burun kanalı əng cibinin hansı divarında yerləşir:

A) medial

B) aşağı

C) yuxarı

D) ön

E) arxa


171. Əng cibinin ən nazik divarı hansıdır:

A) yuxarı

B) medial

C) aşağı


D) ön

E) arxa


172. Göz yuvasıaltı sinirin kanalı əng cibinin hansı divarında yerləşir:

A) yuxarı

B) arxa

C) medial



D) ön

E) aşağı


173. Əng cibinin arxa divarını nə əmələ gətirir:

A) əng sümüyünün qabarı

B) alveolyar çıxıntı

C) əsas sümük

D) əng sümüyünün cismi

E) əng sümüyünün almacıq çıxıntısı



174. Əng cibinin göz divarından hansı sinirin kanalı keçir:

A) göz yuvasıaltı sinirin

B) nervus vidianus

C) üz sinirin

D) xəlbir sinirin

E) qoxu sinirin



175. Əng cibi hara açılır:

A) orta burun keçəcəyinə

B) aşağı burun keçəcəyinə

C) yuxarı burun keçəcəyinə

D) ümumi burun keçəcəyinə

E) sfeno-etmoidal sahəyə



176. Böyüklərdə əng cibinin orta həcmi:

A) 10,5-17,7 sm3

B) 2,0-5,3 sm3

C) 20,0 sm3

D) 25,0 sm3

E) 25- 31 sm3



177. Əng cibinin iltihabının əmələ gəıməsində onun axacağının hansı xüsusiyyəti rol oynayır?

A) əng cibinin yuxarı hissəsində yerləşməsi

B) onun nisbətən dar olması

C) tez-tez rast gəlinən fontanellər

D) xəlbir hüceyrələri ilə yaxın olması

E) alın-burun kanalı ilə yaxın olması



178. Əng cibinin hansı divarı alveolyar çıxıntı ilə əmələ gəlmişdir:

A) aşağı


B) yuxarı

C) arxa


D) ön

E) medial



179. Əng cibinin təbii dəliyi hansı divarda yerləşir:

A) medial

B) aşağı

C) arxa


D) ön

E) yuxarı



180. Əng cibinin selikli qişasını hansı epiteli örtür:

A) çoxsıralı səyrici silindirik

B) kubşəkilli

C) çoxqatlı yastı

D) təkqatlı yastı

E) təkqatlı silindirik



181. Əng cibində selik hara hərəkət edir:

A) əng cibinin təbii dəliyinə doğru

B) cibin dibindən

C) cibin dibinə doğru

D) cibin təbii dəliyindən

E) öndən arxaya



182. Hansı burunətrafı cib olmur:

A) gicgah cibi

B) alın

C) xəlbir



D) əsas

E) əng


183. Ən çox hansı burunətrafı cibin xəstəliklərinə rast gəlinir:

A) əng


B) alın

C) xəlbir

D) əsas

E) eyni tezlikdə bütün ciblərdə



184. Xəlbir labirinti ön kəllə çuxurundan nə ilə ayrılır:

A) xəlbir səfhə ilə

B) kağız səfhə ilə

C) damaq sümüyünün üfüqi səfhəsilə

D) burun balıqqulağı ilə

E) perpendikulyar səfhə ilə



185. Xəlbir labirintinin hücrələri simmetrik yerləşib:

A) yox


B) hə

C) ancaq uşaqlarda

D) ancaq böyüklərdə

E) yaşlılarda



186. Xəlbir labirinti hansı kəllə çuxuru ilə həmsərhəddir:

A) ön


B) orta

C) arxa


D) ön və orta

E) orta və arxa



187. Böyüklərdə xəlbir hüceyrələrinin sayı nə qədərdir:

A) 8-10


B) 20-40

C) 40-60


D) 24

E) 3-5


188. Orbitanın medial divarı ilə hansı burunətrafı ciblər həmsərhəddir:

A) xəlbir

B) alın

C) əng


D) əsas

E) alın və əsas



189. Xəlbir labirintinin hüceyrələri hansı səslərdə rezonans yaradir:

A) yüksək tonlarda

B) yüksək və alçaq tonlarda

C) bir qədər alçaq tonlarda

D) rezonator funksiyasında iştirak etmir

E) ancaq alçaq tonlarda



190. Xəlbir labirintinin arxa hüceyrələrinin axacağı hara açılır:

A) yuxarı burun keçəcəyinə

B) orta burun keçəcəyinə

C) aşağı burun keçəcəyinə

D) xoanaya

E) sfeno-etmoidal sahəyə



191. Xəlbir labirintinin huceyrələri burun boşluğu ilə hansı burun keçəcəyi vasitəsilə əlaqələnir:

A) orta və yuxarı

B) aşağı və orta

C) ancaq yuxarı

D) orta

E) ancaq aşağı



192. Burun ətrafi ciblərə hava əsasən nə zaman keçir:

A) nəfəsvermə zamanı

B) nəfəsalma zamanı

C) nəfəsalma və nəfəsvermə zamanı

D) yaşla əlaqədardır

E) keçmir



193. Xəlbir labirintinin ən etibarlı müayinə üsulu hansıdır:

A) kompyuter tomoqrafiyası

B) kontras rentgenoqrafiya

C) rentgenoqrafiya

D) diafonoskopiya

E) burunun endoskopiyası



194. Burunun rezonans funksiyasında hansı ciblər iştirak edir:

A) bütün burun ətrafı ciblər

B) əng

C) xəlbir labirintinin arxa hüceyrələri



D) əsas

E) alın


195. Xəlbir labirintinin arxa hüceyrələri hansı sinirlə həmsərhəddir:

A) görmə


B) üçlü

C) blok


D) uzaqlaşdırıcı

E) gözün hərəki siniri



196. Alın cibinin ən qalın divarı:

A) ön


B) aşağı

C) medial

D) arxa

E) yuxarı



197. Alin cibinin hansı divarının tərkibində süngəri maddə yoxdur və kompakt səfhədən təşkil

olunmuşdur:

A) ön


B) aşağı

C) medial

D) arxa

E) yuxarı



198. Alın cibləri saqittal kəsikdə hansı formadadır:

A) üçbucaq

B) kub şəkilli

C) prizma şəkilli

D) oval

E) çoxüzlü



199. Alın cibi hansı kəllə çuxuru ilə həmsərhəddir:

A) ön


B) orta

C) aşağı


D) ön və orta

E) orta və arxa



Kataloq: load -> imt9
imt9 -> Müalicə-profilaktika fakültəsinin V kurs tələbələri üçün imtahan testləri Uşaqlarda tənəffüs sisteminin xəstəlikləri
imt9 -> 1. Yemək borusunun tam atreziyasının diaqnozunu dəqiqləşdirmək üçün doğum evində hansı müayinələr aparılmalıdır?
imt9 -> Urologiyadan testlər sidik axarının intramural hissəsinin daşı olduqda ağrılar irradiasiyası edir
imt9 -> MÜALİCƏ-profilaktika və pediatriya faküLTƏLƏRİ TƏLƏBƏLƏRİ ÜÇÜn məHKƏMƏ TƏbabəTİ FƏNNİ ÜZRƏ testləR
imt9 -> 1. Disfunksional uşaqlıq qanaxması rast gəlinir: a yuvenil dövrdə b südəmər dövrdə
imt9 -> 1. Sinus bradikardiyas ı üçün xarakterik ekq?
imt9 -> 1. Penisillinl ə rd ə n hans ı venadaxilin
imt9 -> 1. Hans ı ə lam ə tl ə r adenotomiya
imt9 -> 1. h ə zm qastritin diaqnostikas ını n ə sas ını

Yüklə 84,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə