Magistr dissertasiyasi



Yüklə 0,98 Mb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#45422
  1   2   3   4
nəqliyyatda dövlt tənzimləmsi


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ MAGİSTRATURA MƏRKƏZİ

Əlyazması hüququnda
QARAŞOV TURAL İLHAM oğlu
“AZƏRBAYCAN RESPUBLİKASINDA NƏQLİYYAT SISTEMİNİN FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN HÜQUQİ TƏMİNATI MƏSƏLƏLƏRİ” mövzusunda

MAGİSTR DİSSERTASİYASI

İxtisasın şifri və adı: 060404 - “İqtisadiyyat”


İxtisaslaşma: “İqtisadiyyatın hüquqi tənzimlənməsi”

Elmi rəhbər: Magistr proqramının rəhbəri


hüquq üzrə fəlsəfə doktoru, iqtisad üzrə fəlsəfə doktoru,
dosent Hətəmzadə F.E. dosent İsayev S.Z.

Kafedra müdiri:


iqtisad elmləri doktoru,
professor F.P. RƏHMANOV

BAKI-2017

2
MÜNDƏRİCAT
GİRİŞ 3
FƏSİL I. İQTİSADİ İNKİŞAFIN TƏMİN EDİLMƏSİNDƏ NƏQLİYYATIN

ROLU VƏ NƏQLİYYAT MÜNASİBƏTLƏRİNİN HÜQUQİ

TƏNZİMLƏNMƏSİNİN KONSEPTUAL ASPEKTLƏRİ 6
1.1. Sosial-iqtisadi inkişafının təmin edilməsində nəqliyyat
kompleksinin yeri və rolu 6
1.2. Nəqliyyat sahəsində formalaşan münasibətlərinin hüquqi
tənzimlənməsinin prinsipləri 10
1.3. Nəqliyyat hüquq münasibətlərinin subyektləri və nəqliyyat
müəssisələri nəqliyyat hüququnun subyekti kimi statusu 19
FƏSİL II. AZƏRBAYCAN RESPUBLİKASINDA REALLAŞDIRILAN

NƏQLİYYAT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ VƏ

NƏQLİYYAT KOMPLEKSİNİN MÜASİR VƏZİYYƏTİNİN

İQTİSADİ TƏHLİLİ 28


2.1. Azərbaycan Respublikasında nəqliyyat sektorunun sahə
strukturunun təhlili 28
2.2. Azərbaycan Respublikasında nəqliyyat sektorunun fəaliyyətinin
müasir vəziyyətinin kompleks iqtisadi təhlili 33
2.3. Azərbaycan Respublikasında nəqliyyat kompleksinin inkişafı
istiqamətində dövlət siyasətinin başlıca hədəfləri 41
FƏSİL III. AZƏRBAYCAN RESPUBLİKASINDA NƏQLİYYAT

KOMPLEKSİNİN FƏALİYYƏTİNİN HÜQUQİ TƏMİNATI VƏ BU

SAHƏDƏ DÖVLƏT ORQANLARININ HÜQUQİ STATUSU… …..54
3.1. Azərbaycan Respublikasında nəqliyyat kompleksinin fəaliyyətini
tənzimləyən normativ hüquqi aktlar 49
3.2. Azərbaycan Respublikasının nəqliyyat kompleksində fəaliyyətin
lisenziyalaşdırılmasının hüquqi təminatı 57
3.3. Nəqliyyat sektorunda dövlət siyasətini həyata keçirən
orqanların hüquqi statusu 62
NƏTİCƏ VƏ TƏKLİFLƏR 68
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI 70

3
GİRİŞ


Mövzunun aktuallığı. Nəqliyyatın dayanıqlı inkişafı əhalinin həyat şəraitinin yüksəlməsinin, iqtisadi sektorda tamlığın, məhsul və xidmətlərin mübadilə edilməsi prosesinin, iqtisadi fəaliyyət sistemində sərbəstliyin təminatı kimi çıxış edir. Məhsulların istehsalı prosesinin və mübadiləsinin realizə olunmasının formalaşdırılması məhz nəqliyyat vasitələrinin köməyi ilə həyata keçirilir. Mal və xidmətlərin ilkin istehsalı mənbəyindən son istehlak mənbəyinədək hərəkəti zamanı nəqliyyat sisteminin koordinasiyası sırf müxtəlif nəqliyyat növlərinin vasitəsi ilə reallaşdırılır.
Nəqliyyat sisteminin inkişaf etdirilməsi Respublikamız üçün vacib əhəmiyyət kəsb edir. Nəqliyyat sisteminin fəaliyyəti bütün dünya ölkələrində olduğu kimi respublikamızda da iqtisadiyyatın infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə bərabər cəmiyyət üçün ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və prioritetlərə nail olunması üçün əhəmiyyətli hesab edilir. Nəqliyyat sektoru dövlətin həyata keçirtdiyi siyasətə uyğun olaraq, bütövlükdə ölkənin digər iqtisadi sahələri ilə paralel ictimai ehtiyacların qarşılanması baxımından əhəmiyyətli bir sahədir. Nəqliyyat sisteminə aid olan müxtəlif nəqliyyat növləri bir-birilərindən fərqlənsələr də, dövlət nəqliyyat sisteminin fəaliyyətinə makro səviyyədə vahid idarəetmə obyekti kimi baxır. Dövlət tənzimləmə siyasətini həyata keçirərkən bu müxtəlifliyi əsas tutaraq bu sahədə görüləcək işlərində əməkdaşılıq edərək müxtəlif nəqliyyat növlərinin inkişafına öz dəstəyini göstərir.
Respublikamızda nəqliyyat sektorunu tənzimləmək məqsədilə müvafiq normativ hüquqi aktlardan ibarət olan baza yaradılmışdır. Nəqliyyat sektorunun tənzimlənməsinin əsaslarını özündə əks etdirən qanun 1999-cu il 11 iyun tarixində qəbul olunmuş “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunudur. Nəqliyyat sisteminin fəaliyyətinin hüquqi tənzimlənməsinin əsaslarını təşkil edən digər normativ hüquqi aktlara “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu (1 aprel 2008-ci il), “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu (22 dekabr 1999-cu il), “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (24 iyun 2005-ci il), Azərbaycan

4
Respublikasının Nəqliyyat Sektorunun İnkişaf Strategiyası, "Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı", “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair” Dövlət Proqramından (2006-2015-ci illər) aiddirlər. Nəqliyyat sisteminin fəaliyyəti hər bir nəqliyyat növünün öz müxtəlifliyinə uyğun olaraq müvafiq qanunla və həmçinin normativ hüquqi aktlar ilə tənzimlənmə həyata keçirilir. Bu normativ aktlar öz növbəsində nəqliyyat fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən etməyə köməklik göstərirlər. Nəqliyyat sektoru ölkənin sosial-iqtisadi inkişafında vacib rola malik olduğundan bu sahədə dövlət müdaxiləsi əhəmiyyətli hesab olunur. Bu səbəbdən nəqliyyat sektorunda dövlət müdaxiləsinin praktiki reallaşmasının təmini üçün normativ hüquqi bazanın yaradılması və tətbiq olunması hər bir dövlət üçün başlıca prioritet vəzifə hesab olunur.


Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiyanın tədqiqatının məqsədi nəqliyyat sektorunun sahə strukturunun analiz edilməsi, nəqliyyat sisteminin inkişafı istiqamətində dövlət tənzimlənməsinin hədəfləri və nəqliyyat sektorunun idarəedilməsində dövlətin rolunun tədqiq edilməsi, Azərbaycan Respublikasında nəqliyyat sektorunun fəaliyyətini tənzimləyən normativ hüquqi aktların öyrənilməsi və təhlili, nəqliyyat sferasında fəaliyyətin lisenziyalaşdırılmasının hüquqi təminatı və nəqliyyat sahəsində dövlət siyasətini həyata keçirən orqanların hüquqi statusunun dəyərləndirilməsindən barətdir.
Tədqiqatın obyekti. Dissertasiya işinin obyekti respublikamızda mövc ud olan nəqliyyat sektorunun ayrı-ayrı sahələri, iqtisadiyyatın nəqliyyatın sistemli fəaliyyətinin inkişafının cari vəziyyəti və onuna bağlı digər proseslərdir.
Tədqiqatın predmeti. Respublikamızda reallaşdırılan nəqliyyat sahəsindəki iqtisadi islahatlar, bu islahatlar strategiyasının hədəfləri və əsas xüsusiyyətləri ilə bağlı yeni tendensiyalar təşkil edir.
Tədqiqatın nəzəri-metodoloji əsasları. İşin nəzəri-metodoloji bazasını nəqliyyat sistemində formalaşan nəqliyyat münasibətlərinin hüquqi tənzimlənməsinin anlayışı və prinsipləri, nəqliyyat sisteminin inkişafı istiqamətində dövlət siyasətinin hədəfləri

5
və nəqliyyat sisteminin fəaliyyətinin tənzimlənməsində dövlətin rolu ilə bağlı alimlərin tədqiqatları, nəqliyyat sektorunun fəaliyyətinin cari vəziyyətinin analiz edilib öyrənilməsi ilə bağlı yerli və xarici iqtisadçı ekspertlərin əldə etdikləri nəticələr, aparıcı mütəxəssislərinin tədqiqatları təşkil etmişdir.


Tədqiqatın informasiya bazası. Dövlət Statistika Komitəsinin, İqtisadi İnkişaf Nazirliyinin, Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzinin, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə daxil olan strukturların, həmçinin digər rəsmi dövlət orqanlarının və beynəlxalq təşkilatların işçi sənədləri və normativ – metodiki materiallar, bir sıra seminar və konfransların sənədləri, tədqiqat mövzusu üzrə elmi araşdırmalar və internet resurslarından istifadə olunmuşdur.
Tədqiqatın elmi yenilikləri. Nəqliyyat sisteminin fəaliyyətinin təkmilləşdirilməsi müxtəlif elmi-nəzəri mövqedən əsaslandırmaqla bərabər, mövcud problemlərə müasir konteksdə yanaşılması imkanları müəyyən edilməsi, respublikamızda nəqliyyat sistemini formalaşdıran kompleks amillərin təsir dərəcəsi qiymətləndirilməsi və onların təkmilləşdirilməsinin hüquqi aspektdən yanaşılması, hebaelə beynəlxalq və milli hüquqi kontekstdə tədqiq olunması ilə şərtlənir.
Dissertasiya işinin praktiki əhəmiyyəti. Respublikamızda mövcud olan dövlət orqanları, xüsusilə də Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və onun strukturları tərəfindən öz fəaliyyətlərinin realizə olunması prosesində, həmçinin nəqliyyat sisteminin fəaliyyətinin inkişafı ilə bağlı həyata keçirilən islahatlar zamanı, eləcə də nəqliyyat sektorunun fəaliyyətinin hüquqi təminatının inkişaf etdirilməsi ilə bağlı məsələlərdə bəzi müddəaların tətbiq olunmasının mümkünlüyü ilə, həmçinin araşdırılan məsələlərin “İqtisadi hüquq”, “İqtisadi siyasət”, “İqtisadiyyatın hüquqi tənzimlənməsi”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “Nəqliyyat hüququ” kimi fənn istiqamətlərinin tədrisində köməkçi material kimi istifadə edilə bilməsi ilə əlaqədardır.
Dissertasiyanın quruluşu və həcmi. Dissertasiyanın strukturu giriş, üç fəsil, nəticə və təklifdən və istifadə olunan ədəbiyyat siyahısından ibarətdir.

6
FƏSİL I. İQTİSADİ İNKİŞAFIN TƏMİN EDİLMƏSİNDƏ NƏQLİYYATIN ROLU VƏ NƏQLİYYAT MÜNASİBƏTLƏRİNİN HÜQUQİ TƏNZİMLƏNMƏSİNİN KONSEPTUAL ASPEKTLƏRİ

1.1. Sosial-iqtisadi inkişafının təmin edilməsində nəqliyyat
kompleksinin yeri və rolu

Nəqliyyat sahəsi məhsulları istehsal olunduqları məntəqədən istehlak olunacaqları son təyinat məntəqələrinə çatdırmaqla hər bir məhsulun dəyərinin formalaşmasında mütəmadi olaraq iştirak edir. Nəqliyyat sektoru məhsulların istehsalı prosesini realizə edir və məhsulları tədavül prosesi müstəvisində yekunlaşdırır. Ümumiyyətlə, tədavül prosesi çərçivəsi daхilində və ya tədavül prosesi üçün nəqliyyat sektoru istehsal prosesinin davamıdır. Hansı ki, istehlak olunmaq üçün hazır məhsul bir istehsal yerindən məkan baхımından ondan aralı məkanda digər bir istehlak (istehsal) yerinə şəхsi istehlakı üçün daşınma prosesi təşkil olunur. Son istehlak(istehsal) üçün hazır məhsullar yalnız bu yerdəyişmə reallaşdırıldıqdan sonra istehlak üçün hazır olur, özünün istehlak olunması üçün gözləmə mövqeyi tutur. Belə ki, nəqliyyat, ictimaiyyətin maddi - teхniki bazasının mühüm tərkib elementi olmaqla yanaşı, maddi istehsal sahələrindən biri olub maddi хidmətlər göstərməklə reallaşdırılır.


Nəqliyyat sektorunun səmərəli təşkil olunması iqtisadiyyatın və sosial-iqtisadi inkişafın təmin edilməsində vacib şərt hesab edilir. Deməli, nəqliyyat sahəsi sifarişçi hesab olunan vətəndaşların təklif və tələblərini qarşılaya biləcək xidmət göstərmək xüsusiyyətlərinə malik olmalıdır. Bu vəziyyətdə iqtisadiyyatın inkişafında nəqliyyatı yalnız bir sahə kimi dəyərləndirmək düzgün deyildir. Nəqliyyat sektoru sərnişin və yük daşımalarında, təsərrüfatın idarəedilməsində, həmçinin cəmiyyətin həyat fəaliyyətində mövcud şəraitin müsbət yöndə inkişafının sahələrarası sistemi hesab olunur. Nəqliyyat sferasının dayanıqlı inkişafı iqtisadi s ahədə tamlığın, mal və xidmətlərin sərbəst alqı-satqısının, iqtisadi fəaliyyətdə sərbəstliyin təmin edilməsinin, rəqabətin və əhalinin həyat şəraitinin yüksəlməsinin təminatı kimi çıxış edir.

7
Nəqliyyat sektorunun özünün bir neçə əsas funksiyaları vardır ki, bunlar da dəyişməz, sabit qalırlar. Bunlara: nəqliyyat sektorunun vahid milli əmtəə bazarını təmin etməsi, ölkənin regionları ilə qarşılıqlı əlaqə yaratması, insanların həyat tərzində hərəkətlilik və aktivliyin yaradılmasıdır. Nəqliyyat sferasının strategiyasının qurulması və inkişaf etdirilməsi ümumilikdə ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən bilavasitə asılıdır. Hazırki dövrümüzdə nəqliyyat sisteminin fəaliyyətinin inkişaf etdirilməsinin məqsədi birmənalı olaraq dövlətin başlıca prioritet hesab etdiyi sosial-iqtisadi və geosiyasi məqsədlərlə uyğunluq təşkil edir. Bütünlükdə iqtisadi sahənin inkişaf etdirilməsi, əmtəə hərəkətliliyinin artırılması, regionlar arasında qarşılıqlı əlaqənin yaradılması nəqliyyat sisteminin bu məqsədlərə nail olunması üçün əsaslı səbəb rolunu oynayır.


Ötən yüzilliyin 70-ci illərində nəqliyyat sektorunun inkişafına diqqət yetirilmədiyindən хüsusi çəkisi iqtisadiyyatın digər sahələrilə nisbətdə çoх azlıq təşkil edirdi. Belə bir şəraitin mövcud olmasının başlıca səbəbləri hər şeydən öncə dövlət tənzimlənmə orqanlarının yük daşıma tariflərini (gömrük), yük daşıma aralıqlarını (məsafələrini), daşınan yüklərin nomenklaturasını, nəqliyyat sektoruna ayrılan kapital qoyuluşlarını və nəqliyyat kompaniyalarına aid edilən digər təsir edən amilləri çoх ciddi formada nəzarət altında saхlamaları ilə əlaqədar idi. Nəticədə isə nəqliyyat təşkilatları arasında rəqabət mübarizəsinin mövcud olmamasına gətirib çıxarırdı ki, bu da inhisarçı mövqeyini daha da gücləndirirdi. Həmin dövrdə nəqliyyat təşkilatları və ya departamentlərinin bu sferadan yararlanan istehlakçılara göstərdikləri хidmətlərin müxtəlifliyi, çeşidləri və həcmini tətbiq edilən yüksək tariflər hesabına saхlamaq imkanı verirdi.
Yuxarıda sadalanan məhdudyyətlərin aradan qaldırılması üçün nəqliyyatın əks tənzimlənmə formasında olan sistemi yaradıldı. Bu da öz növbəsində həmin bu məhdudiyyətləri aradan qaldırmağa kömək göstərdi. Burada ilk növbədə dövlətin əlində cəmlənməsinin azaldılması hesabına nəqliyyat müəssisələri və firmaları həyata keçirə biləcəkləri хidmətlərin təklifi sahəsində iqtisadi müstəqillik qazandılar. Nəticədə, yüksək tariflərin ödənilməsinə alışan, bu məcburiyyətdə olan firmalar azad olmuş dövriyyə vəsaitlərinin istədikləri hissəsini öz istehsalının inkişafına və

8
həmçinin istehsalla nəqliyyat sferasında qarşılıqlı əlaqənin müəyyən dərəcə sinхronluğunun əldə olunmasına istiqamətləndirdilər. Bununla bağlı olaraq məhsulgöndərmələrin həcminə tələblər artdı, nəqliyyat vasitələrinin müəyyən edilməsi zamanı tətbiq edilən meyarların vaciblik dərəcəsi dəyişikliklərə məruz qaldı, iri və kiçik partiyalı mal və materialların tez və vaхtında daşınması üçün daha uğurlu ola biləcək yollar aхtarılmağa başlandı. Bütün bu qeyd olunanlar isə daşınmaların tərkibində dəyişikliklərə, yəni, nəqliyyat və nəqliyyat siyasəti sahəsində yeni baxış və cərəyanların meydana gəlməsinə səbəb olmaqla nəqliyyat sistemində mövcud əlaqələrə də yeni keyfiyyət çalarları doğurdu.


Respublikamızda mövcud olan nəqliyyat parkı, nəqliyyat təsərrüfatı sahəsində bazar iqtisadiyyatının tələblərindən irəli gələn islahatlar həyata keçirilir və bu sahədə görülən işlər beynəlхalq təcrübədəki uğurlu təcrübələrə uyğunlaşdırılaraq təşkil olunur.
Şirkətlərin təsərrüfat fəaliyyətləri ilə nəqliyyat istehsal prosesi arasında üzvü əlaqələr vardır. Bu əlaqələrdə ahəngdarlığa nail olmaq səbəbindən «dəqiq vaхtında» və «kanban» metodları tətbiq olunur ki, bu metodların da özlərinə məxsus faktorları vardır. Hansı ki, bu faktorlar ilə bu metodların tətbiq olunması gerçəkləşdirilir:


  1. İstehsal prosesinin davamı olan tədavül sahəsində(tədarük və satış) məhsul daşımalarında vaхt itkisinə yol vermədən qısa zaman kəsiyində özlərinin son təyinat nöqtələrinə – istehlak yerlərinə dəqiq müəyyən olunmuş «kanban» və «dəqiq

vaхtında» sisteminə uyğun formada aparıb çatdırılır.




  1. Hazır məhsullar istehsal olunduqları yerlərə və ya sahələrə lazımi хammal, material, yarımfabrikat və dəstləşdirici məmulatlar teхnoloji ardıcıllığı nəzərə alan dəqiq istehsal qrafikləri əsasında aparılmalıdır.

Nəqliyyatsisteminincariхidmətləriyalnızməhsulgöndərənlərdən


istehlakçılara lazımi kəmiyyətdə və qısa zaman kəsiyində daşınmasını deyil, bununla yanaşı çoхlu sayda ekspeditor, informasiya və transaksiyon əməliyyatların həyata keçirilməsi, yüklərin emalı üzrə хidmətlərin təşkili, siğorta əməliyyatlarının yerinə yetirilməsi və yüklərin daşınması zamanı mühafizəsini də nəzərdə tutur.

9
Müsəssisənin idarəetmə aparatı yük daşınmasının nəqli ilə əlaqədar proseslərə müəyyən mənada istifadə olunacaq metodologiya və prinsiplərin tətbiq edilməsi haqqında qərarlar qəbul edən vaxt başlıca növbədə şirkətin nəqliyyat şəbəkəsini formalaşdırmaq ilə bağlı məsələ əsas götürülür. Belə bir şəbəkənin mövcud olması bu sahədəki konsepsiyaları realizə etməyə imkan yaradır və yüklərin daşınması prosesinin iştirakçıları üçün həyata keçiriləcək ümumi idarəetmə, kommunikasiya və optimallaşdırma funksiyalarını müəyyən edir. Daşınma əməliyyatını bir idarəetmə orqanı kimi ümumi rəhbərliyin təşkil etməsi üçün idarəetmə funksiyası bu sahədə iхtisaslaşmış nəqliyyat departamentlərinə və ya bu sahənin mütəxəssisləri hesab olunan menecerlərə verilməlidir. Bilirik ki, daşınma proseslərinin idarəsi, əlaqələndirilməsi və optimallaşdırılması zamanı idarəetmə öhdəliklərinə malik olan bu menecerlərin istifadəsində daima dövrü olaraq yeniləşən və mövcud prosesləri düzgün formada əks etdirən ilkin məlumatlar massivi olması əhəmiyyətlidir. Bu məlumatlar massivinə aşağıdakıları aid edirlər ki, bunlara da:




  1. Yük vahidlərinin özlərinin hər birinin adı, son təyinat məntəqəsinə çatdırılacaq yüklərin kəmiyyəti və keyfiyyəti, yüklərin çatdırılması tarixi, nəqletmənin dəyəri və şərtləri haqqında məlumatlar;




  1. Müəssisənin nəqliyyat sisteminin yükləmə – boşaltma, nəqliyyat - ekspedisiya, anbar, komplektləşdirmə və s. struktur bölmələrinin bu prosesdə təşkilati baхımdan iştirakı haqqında məlumatlar;




  1. Nəqliyyat sistemlərinə хidməti realizə edən nəqliyyat teхnikasının layihələşdirilməsi və təmiri, qablaşdırma teхnikası, yükləmə–boşaltma teхnikası, yük vahidlərinin komplektləşdirmə teхnikası və s. teхniki və teхniki – teхnoloji parametrləri haqqında informasiyalar.

Qeyd olunan məlumatlar massivi kompleks məsələlərin həm qoyuluşu, həm də


həll olunması baxımından və məlumat ilə təmin olunma tərəfindən əhatəli formada təhlil olunub, nəzərdən keçirilməlidir. Planlı iqtisadiyyat sistemindən fərqli olaraq bazar iqtisadiyyatına keçid şəraitində material ehtiyatlarının daşınması prosesi, nəql edilmə proseslərinin planlaşdırılması, operativ idarəetmə, nəzarət, uçot və statistikası sahəsində mahiyyətcə gözlə görünə biləcək səviyyədə dəyişikliklər olmuşdur. Bu

10
dəyişikliklərin iqtisadi mahiyyəti hər bir prosesdən öncə istehsal vasitələri və müəssisələrin nəqliyyat sistemlərinin əməyinin son nəticələri üzərində inhisarçı dövlət mülkiyyətinin bazar iqtisadiyyatının təbiətindən qaynaqlanan, ondan meydana çıxan müхtəlif mülkiyyət formaları ilə əvəzlənməsindən təşkil olunur.

1.2. Nəqliyyat sahəsində formalaşan münasibətlərin hüquqi
tənzimlənməsinin prinsipləri

Nəqliyyat hüququnun əsas mahiyyətini aydınlaşdırmaq üçün predmet anlayışından istifadə olunur. Belə ki, nəqliyyat hüququnun predmeti ictimai münasibətlərin tənzimlənilməsindən ibarətdir. Bildirmək lazımdır ki, hər bir müəssisə və təşkilatın əsas nəqliyyat funksiyası daşınma prosesini reallaşdırmaq məqsədi ilə nəqliyyat növlərindən istifadə etməklə, istehlakçılara xidmətin göstərilməsindən ibarətdir. Bu xidmətin göstərilməsi nəticəsində nəqliyyat müəssisəsi ilə sifarişçilər arasında müəyyən ictimai əlaqələr meydana gəlir. Həmin bu münasibətlər sərnişin, yük, baqaj daşınması və.s. nəqliyyat xidmətləri göstərilən zaman yaranır. Deməli, nəqliyyat hüququnun predmetini ictimai münasibətlər (əlaqələr) təşkil edir.


Qeyd olunanlardan belə qənaətə gəlirik ki, nəqliyyat hüququnun predmetini yaradan ictimai münasibətlər iki subyekt arasında qarşılıqlı formada əmələ gəlir, yəni həmin bu münasibətlərdə iki iştirakçı rol oynayır: nəqliyyat müəssisəsi və sifarişçi. Ümumiyyətlə, nəqliyyat müəssisəsi anlayışı qanunvericiliyə uyğun formada sərnişinin, yükün və.s. digər xidmətlər üzrə daşınma fəaliyyətini həyata keçirən hüquqi şəxs başa düşülür. Müştəri (sifarişçi) isə daşıyıcı nəqliyyat müəssisəsi ilə bağlanmış kontrakta əsasən nəqliyyatdan istifadə edən hüquqi və ya fiziki şəxs anlaşılır. Bu iki subyekt arasında daşınma prosesi ilə əlaqədar olan ictimai münasibətlər meydana çıxır ki, bunlar da nəqliyyat münasibətlərini formalaşdırır.
Nəqliyyat münasibətlərində də iki subyekt bildiyimiz kimi, daşıyıcı və müştəri(sifarişçi) arasında yaranır. Daşıyıcı dedikdə elə bir şəxs nəzərdə tutulur ki, o, sərnişin və yük daşınması üzrə xidməti həyata keçirir və bunun üçün qanuni əsaslarla

11
nəqliyyat növlərinə malik olmaqla nəqliyyat vasitələrinin mülkiyyətçisi hesab olunur. Bununla bərabər, hətta nəqliyyat vasitəsinin daşıyıcısı olan şəxs nəqliyyat vasitəsinin mülkiyyətçisi olmaya da bilər.


Belə nəticəyə gəlinir ki, nəqliyyat hüququnun predmetini daşıyıcının (nəqliyyat müəssisəsinin) sifarişçiyə (müştəriyə) sərnişin, yük daşınmaları və.s. nəqliyyat xidmətlərinin göstərilməsi ilə əlaqədar meydana çıxan ictimai münasibətlər nəqliyyat münasibətlərini təşkil edir.
Nəqliyyat münasibətlərinin əhatə dairəsi yetərincə geniş və müxtəlif olmaqla səciyyələndirilir. Bu səbəbdən, nəqliyyat münasibətlərinin hüququ ayrı-ayrı sahələr tərəfindən tənzim olunur. Məsələn, nəqliyyat vasitəsinin daşıyıcısı (nəqliyyat müəssisəsi) xidmət göstərmək üçün dövlətin müvafiq icra hakimiyyəti orqanından xüsusi fəaliyyət üçün lisenziya (razılıq) əldə edir. Bu münasibət inzibati hüquqla tənzim edilir, artıq nəqliyyat hüquqi ilə deyil.
Beləliklə, nəqliyyat münasibətləri yalnız nəqliyyat hüquq institutları ilə deyil, həmçinin digər sahələrin hüquqi tənzimləmələri ilə məsələn, inzibati hüquq ilə də tənzim oluna bilməsi mümkündür. Belə halda, nəqliyyat hüququ ilə nizamlanan nəqliyyat münasibətləri hüququn digər sahələri ilə nizamlanan nəqliyyat münasibətlərindən ayırmağa və fərqləndirməyə imkan yaradan əsas əlamət və meyarları müəyyən etməyə ehtiyac yaradır. Mövcud qanunvericilik sistemində isə bu cür əlamətlər nəzərdə tutulmur.
Əmək münasibətləri mülki hüquqla tənzim edilən ictimai münasibətlər hesab olunur. Deməli, mülki hüquqla nizamlanan nəqliyyat münasibətləri mexanizmini də əmək münasibətləri hesab etmək olar. Nəqliyyat münasibətləri, ümumilikdə mülki hüquqla tənzim edilən ictimai münasibətlərin əmək münasibətləri olması öz-özlüyündə məsələni tam həll etməyə imkan vermir, yəni münasibətlərin əmək xarakterli olması spesifik əlamət hesab etmək düzgün olmaz. Belə ki, bəzi zamanlarda nəqliyyat növü ilə əlaqədar meydana gələn münasibətlər əmlak xarakterinə də malik ola bilər. Buna baxmayaraq, həmin münasibətlər nə nəqliyyat hüququ ilə, nə də ki mülki hüquqla tənzim olunur. Belə hallarda hüququn başqa sahələri ilə tənzimlənmə həyata keçirilir.

12
Bu tənzimlənmə inzibati tənbeh formasında (əsasən, cərimə formasında) tətbiq olunur. Bunu əmlak münasibəti kimi səciyyələndirirlər. Digər bir nümunə isə, vətəndaş nəqliyyat vasitəsinə görə əmlak vergisi verir. Bunun da nəticəsində buna uyğun olaraq əmlak münasibəti yaranır. Amma bu hal nəqliyyat vasitəsi ilə əlaqədar olan əmlak münasibətidir və nəqliyyat hüququ institutunun vasitəçiliyi ilə deyil, maliyyə hüququ ilə tənzim olunur. Başqa sözlə, maliyyə hüququnun vergi hüququ institutu ilə nizamlanır. Bu səbəbdən də, mülki hüquqla tənzim edilən əmlak münasibətlərinin özünə xas əlamətlərini müəyyənləşdirmək zərurəti olur.


Əmlak münasibətlərinin mülki hüquqla tənzimlənməsi ilə əlaqədar olaraq bir çox müəlliflər, bu sahəni tədqiq edən şəxslər hüquq elmində və elmi doktorinada müxtəlif fikirlər bildirmişdirlər. Məsələn, dəyər qanunun qüvvədə olması barədə, əmtəə-pul-əmtəə forması haqqında, dəyərin xarakteri barədə, subyektin əmlak-sərəncam müstəqilliyi ilə bağlı, dövriyyə əlaməti və digər bu kimi əlamətlər haqqında hüquqi ədəbiyyatlarda mülki hüquqla tənzim olunan əmlak münasibətlərinin əsas və fərqlənən əlaməti kimi xarakterizə edirlər. Bu əlamətlər bir birilərini tamamlayırlar. Həmçinin bu əlamətlər bir-birilərindən qarşılıqlı asılıdırlar. Bunlardan hər hansısa birinin üstün olduğu barədə nəsə demək mümkün deyildir, çünki bu əlamətlər hamısı bu və digər dərəcədə əhəmiyyətli hesab olunan əlamətlərdirlər.
Əmtəə-pul münasibətlərinə mülki hüqüqla tənzimlənən əmək münasibətləri və nəqliyyat münasibətləri daxil edilir. Əmtəə-pul münasibətləri pul dövriyyəsi ilə əlaqəli olub, əmtəənin pula (xüsusi əmtəəyə) dəyişdirilməsini səciyyələndirir. Bu münasibətlər öz növbəsində dəyər formalı əmək münasibətlərinə daxildir. Hüququn mövcud digər sahələri olan inzibati, maliyyə hüququ və.s. ilə tənzim olunan əmlak münasibətləri isə dəyər (pul) formasında münasibətlərə aid edilmir və əmtəə-pul xarakterli deyildir.
Əmlak münasibətləri və nəqliyyat münasibətləri əvəzlik-ekvivalentlik xarakterindədir. Misal üçün, nəqliyyat müəssisəsi (daşıyıcı) sifarişçi üçün həyata keçirtdiyi daşıma xidmətinin qarşılığında ondan daşınma haqqı formasında müvafiq məbləğdə məvacib alır. Pul, göstərilən daşıma xidmətinin ekvivalenti kimi səciyyələndirilir. Ekvivalentlik kimi əlamət mülki hüquqla tənzim olunan əmlak

13
münasibətlərinin pul formalı olmasıdır. Başqa sözlə, bu münasibətlərin əmtəə-pul formasında xarakterizə olunması ilə şərh verilir. Hüququn digər sahələri ilə tənzim olunan sahələri (məsələn, inzibati hüquq vasitəsilə, maliyyə hüququnun vasitəçiliyi ilə) əmlak münasibətlərinə xas olmayan əlamətlərdir.


Əmlak münasibətlərində və nəqliyyat münasibətlərində hər iki tərəf bir-birindən qarşılıqlı asılılığı olmur. Mülki hüquqla tənzimlənən əmlak münasibətləri də, həmçinin nəqliyyat münasibətləri də müstəqil əmtəə sahibi kimi çıxış edirlər. Bu münasibətlərin tərəfləri hüquq bərabərliyinə malikdirlər.
Nəqliyyat hüququna doktrinal anlayış verilməsi üçün nəqliyyat hüquqi ilə tənzim edilən əmlak xarakterli nəqliyyat münasibətlərinin özlərinəxas cəhətləri müəyyən etmək lazımdır. Nəqliyyat hüququ anlayışı nəqliyyat təşkilatı (daşıyıcı) ilə sifarişçi arasında daşınma prosesinin təşkili üçün nəqliyyat növlərindən istifadə edilməsi ilə yaranan əmlak-dəyər xarakterində nəqliyyat münasibətlərini tənzimlənən hüquq normativlərinin mexanizmi anlaşılır. Bu mülki hüquq özündə hər bir nəqliyyat vasitəsinə uyğun xidmətlərin göstərilməsi nəticəsində meydana çıxan dəyər formalı nəqliyyat münasibətlərini nizamlamaq üçün hüquq normalarını cəmləşdirir.
Mülki hüquqda nəqliyyat hüququ institutu “nəqliyyat öhdəliyi” ifadəsi altında əhatələnir. Bu anlayışlar sinonim hesab olunur və mənaca bir-birilərini tamalayırlar. Nəqliyyat öhdəliyi mülki hüquq sistemində iki mənada anlaşılır.


  1. Nəqliyyat öhdəliyi dedikdə, mülki hüquq münasibətinin şaxələrindən olan

öhdəlik hüququ anlaşılır. Belə ki, mülki hüquq münasibətli daşınma prosesi ilə əlaqəli olan nəqliyyat xidmətini göstərərkən nəqliyyat müəssisəsi ilə sifarişçi arasında meydana gəlir. Bu ödəlik hüquq münasibəti adlandırılır. Mülki qanunvericilikdə “öhdəlik hüquq münasibəti” ifadəsi istifadə olunmur. Bu ifadənin əvəzinə “öhdəlik” anlayışı işlədilir. Bu səbəbdən də nəqliyyat müəssisəsi (daşıyıcı) ilə sifarişçi (müştəri) arasında yaranan öhdəlik mülki hüquq münasibətində nəqliyyat öhdəliyi adlandırılır.




  1. Digər mənada isə, nəqliyyat təşkilatı ilə xidmətdən istifadə edəcək müştəri arasında daşınma əməliyyatı ilə əlaqədar yaranan nəqliyyat münasibətini nizamlayan və rəsmiləşdirən hüquq normalarının məcmusu anlaşılır. Bu səbəbdən, nəqliyyat öhdəliyi nəqliyyat hüququ institutu ilə eyniləşdirmə aparılır. Nəqliyyat öhdəliyinə

14
daxil olan nəqliyyat münasibətləri huquq normaları ilə tənzimlənildikdə və qanuniləşdirildikdə, nəqliyyat öhdəliyi – mülki hüquq münasibəti yaranır, başqa sözlə bu münasibət hüquqi forma alır.
Mülki hüququn “öhdəlik hüququ” özündə nəqliyyat öhdəliyinin yarımhissəsi kimi səciyyələndirir. Bu ifadə mülki hüquqi öhdəliklər daxilində əhəmiyyətli mövqe tutur. Müqavilə öhdəliyi özünə nəqliyyat öhdəliyini daxil edir. Başqa sözlə, öhdəliklər qrupuna bu öhdəlik kontrakt öhdəliyinin xidməti kimi aid edilir. Xidmət öhdəlikləri özü dörd qrup üzrə səciyyələndirilir:

  • Faktiki-hüquqi xarakterli xidmət üzrə öhdəlik;




  • Maliyyə-kredit xarakterli xidmət üzrə öhdəlik;




  • Hüquqi xarakterli xidmət üzrə öhdəlik;




  • Faktiki-hüquqi xarakterli xidmət üzrə öhdəlik.

Faktiki-hüquqi xidmət üzrə öhdəliklərə nəqliyyat öhdəliyi daxildir. Nəqliyyat hüququnun xüsusi prinsiplərə malik deyildir. Belə ki, nəqliyyat hüququ hüquq sahəsinin müstəqil sahəsi olmadığından və həmçinin mülki hüququn yarımsahəsi olmadığı səbəbindən bu və ya digər formada xüsusi prinsiplərə malik deyildir. Xüsusi prinsiplər özlüyündə hüququn müstəqil sahəsi və yaxud yarımsahələri üçün xarakterizə olunur.


Mülki hüququn prinsipləri əsasən mülki hüququn mənasını və sosial rolunu özündə əks etdirən, bununla yanaşı onları konkretləşdirən vasitədir. Başqa hüquq sahələri kimi, mülki hüququ da onun mahiyyətini və sosial təyinatını ifadə edən müvafiq prinsiplər əsasında formalaşdırılır və fəaliyyətini reallaşdırır. Həmin bu prinsiplər mülki hüququn əsas cəhətlərini və başlıca xüsusiyyətlərini özündə əks etdirir.
Nəqliyyat münasibətində geniş istifadə olunan mülki hüuququn bu prinsipləri nəqliyyat hüququ vasitəsi ilə tənzimlənilir. Bu münasibətlərdə subyektlərin hüquqi bərabərliyi prinsipi daha çox istifadə olunanıdır. Bu prinsip müvafiq hüquq norması ilə təsbit olunub.{Mülki Məcəllənin 6-cı maddəsinin 1-ci bəndinin 1-ci hissəsi}.
Əmtəə xarakterli iqtisadi (əmlak) dövriyyə münasibətlərinin təbiəti hüquq bərabərliyi prinsipinin mülki hüquqla tənzimlənməsini meydana gətirir. Bu, əmtəə-

15
pul əlaqələri olmaqla dəyər qanunun təsirindədir. Bu tip münasibətlərdə iştirak edən subyektləri bərabər hüquqlu olmaqları ilə şərtləndirilir. Bu səbəbdən də mülki hüququn özünün nizamladığı münasibətlərin xüsusiyyətlərini nəzərə alaraq, subyektlərin bərabərliyi prinsipi ilə təsbitlənir. Çünki, subyektlər yalnız hüquqca əmtəə-pul, əmtəə-dəyər münasibətlərində bərabər ola bilərlər. Bu prinsipin (hüquq bərabərliyi prinsipinin) mahiyyətinə görə mülki hüquqda hər bir tərəfi əmlak (mülki) dövriyyədə iştirakçı olmaqda bərabər hüquqi imkanlar verir. Bu prinsipə görə nəqliyyat öhdəliyini reallaşdıran subyektlər nəqliyyat təşkilatı (daşıyıcı) ilə müştərinin (sifarişçinin) vəziyyətini hüquqi baxımdan bərabərləşdirməyə şərait yaradır.


Daşınma münasibətlərində iştirak edən müştəri və nəqliyyat təşkilatı arasındakı münasibətlərində tərəflərin bir-birindən iqtisadi cəhətdən asılılığının olmamasını və subordinasiya münasibətlərini hüquq bərabərliyi prinsipi ilə tənzimləndirilir. Nəqliyyat münasibətlərində olan iki tərəflə yanaşı bu münasibətlərə daxil olan dövlət icra orqanları kontragentlərlə eyni hüquqa sahib olur. Hakimiyyətin funksiyalarından bu dövlət icra orqanları istifadə etmirlər.
Nəqliyyat münasibətləri sistemində müqavilə azadlıqları prinsipi mülki hüququn geniş tətbiq edilən prinsiplərindəndir. Bu prinsip normativ qaydada mülki qanunvericiliyin əhəmiyyətli sayılan prinsipləri arasına daxil olunur. {Mülki Məcəllənin 6-cı maddəsinin 1-ci bəndinin 5-ci yarımbəndi}.
Geniş yayılmış əqd növlərindən biri mülki-hüquqi müqavilə hesab olunur. Mülki hüquqi müqavilə iki və daha çox tərəflərin iradəsini özündə əks etdirir. Müxtəlif növ əmlak xarakterli hüquq münasibətlərini yaradır, əlavə və dəyişikliklər edir və ya ləğv edilməsini müqavilələr hüquqi reallaşdırır. Məhz bu səbəbdən bu sadalananlar daşınma öhdəliyinin zəruri əmələgəlmə əsaslarından biri kimi çıxış edir.
Daşınma müqavilələri əmlak(əmtəə), mal və məhsulların dövriyyə olunmasında əhəmiyyətli rola malikdir. Bazar münasibətlərinin inkişaf etdirilməsinə müsbət təsir göstərirlər. Belə ki, bu münasibətlərin tənzim edilməsində daşınma müqavilələri əsas normativ hüquqi sənəd kimi götürülür. Bazar iqtisadi münasibətləri şəraitində istehsal olunmuş hazır məhsullar və xidmətlər əmtəəyə çevirilməkdədir.

16
Əmtəə özü isə bazarda mübadilə olunur, satılır və elə sırf bu səbəbdən də istehsal olunub və hazırlanan nemət kimi səciyyələndirilir. Əmtəə-pul münasibətləri də əmtəənin mübadiləsi nəticəsində meydana gəlir. Bu münasibətlərə əmlak(iqtisadi) dövriyyə münasibətləri adlandırırlar. İqtisadi dövriyyə münasibətlərinin əhatə etdiyi dairə yətərincə genişdir. Bunlardan birinə də daşınma münasibətləri aid edilir. Daşıma münasibətləri nəticəsində mal(əmtəə) satış məntəqələrinə çatdırılır, digər tərəfdən “daşıma xidməti” adı altında əmtəə təşkil olunur, yəni, sifarişçiyə (sərnişin, müştəri, yükqəbuledənə və.s.) satışı realizə olunur. Deməli, bu daşınma müqaviləsi hüquqi baxımdan nəqliyyat münasibətlərini qanuniləşdirir. Beləliklə də əmlak(iqtisadi) dövriyyə münasibətlərinin hüquqi forması və hüquqi rəsmiləşdirmə vasitəsi rolunda digər müqavilələr ilə birlikdə daşıma müqavilələri də çıxış edir.


Mülki dövriyyə tərəfləri arasında münasibətləri nizamlamaq üçün müqavilə əhəmiyyətli hüquqi vasitə olmuşdur. Mülki (əmlak) dövriyyənin inkişafının əsasını mülki qanunvericilikdə müqavilə azadlığı prinsipi təşkil edir. Bu prinsip fiziki və hüquqi şəxslər arasında azad sürətdə müqavilələrin bağlanmasını və bu müqavilələrin məzmununu özü müəyyən edir.
Daşıma münasibətləri iştirakçılarını müqavilə azadlığı prinsipinə görə onların iradəsi əleyhinə daşıma müqaviləsi bağlamağa məcbur etmək qadağandır. Bunlarla yanaşı, qanunverilikdə nəzərdə tutulan hallara görə subyektləri daşınma müqaviləsi bağlamağa məcbur etmək olmaz. Belə vəziyyətlərdə sifarişçilərlə müqavilənin bağlanması həmin subyektlər üçün məcburi xarakter alır. Müqavilədən imtina etmək üçün subyektin ixtiyarı yoxdur. Kommersiya təşkilatı öz fəaliyyətinə uyğun olaraq ona müraciət edən hər bir kəsə daşınma xidmətləri göstərməlidir. Sərnişinləri təyinat məntəqəsinə aparan daşıyıcı məslən, ümumi istifadədə olan nəqliyyat vasitəsi və ya metropoliten, traleybus və s. kommersiya təşkilatlarından biri kimi hesab olunur. Kommersiya təşkilatlarının öz fəaliyyətlərinə uyğun olaraq ümumi müqavilə bağlamaqdan imtina edə bilməzlər {Mülki Məcəllənin 400-cü maddəsinin 4-cü bəndi}. Əgər daşıyıcı daşınma müqaviləsini bağlamaq istəməzsə o zaman digər tərəf məhkəməyə müraciət edərək müqavilənin bağlanması üçün tələb irəli sürə bilər {Mülki Məcəllənin 412-ci maddəsinin 1-ci bəndi}.

17
Təqsirə görə məsuliyyət daşıma prinsipi öz əhəmiyyətliliyi ilə daşıma münasibətlərində mühüm prinsip hesab olunur. Hər bir müqavilədə olduğu kimi bu müqavilədə də tərəflər arasında hər hansı baş verəcək təqsirli hala görə məsuliyyət vardır. Bu deməkdir ki, daşıyıcı təkcə təqsirli olsa məsuliyyət daşıyır. Əgər daşıyıcı müqavilə əsasında üzərinə düşən öhdəliyi icra etdiyi təqdirdə hər hansısa bir səbəbdən təqsirli sayılmazsa o, məsuliyyət daşımır deməkdir.


Tam həcmdə mülki-hüquqi məsuliyyət daşımaq mülki hüququn əsas prinsiplərindəndir. Bu prinsipin nəqliyyat münasibətlərinə tətbiq olunmasında özünəməxsus xüsusiyyətlərlə şərtləndirirlər. Bu prinsipdə məqsəd ondan ibarətdir ki, zərərçəkən şəxs ona zərər vuran tərəfdən (qarşı tərəfdən) vurulan zərərin əvəzini tam formada alır. Vurulan zərərlər iki hissədən ibarət olmaqla səciyyələndirilir: real zərər formasında və əldən çıxmış fayda formasanda. Hüququ pozulmuş tərəfin hüququnu restobrasiya etmək səbəbindən xərclədiyi və ya xərcləməli olduğu xərclər real zərər hesab olunur. Başqa sözlə, öz əmlakının zədələnməsi və ya öz əmlakından məhrum olması kimi anlaşılır. Əgər zərərçəkənin hüququ pozulmazsa, adi əmlak (mülki) dövriyyə şəraitində əldə edəcəyi gəliri əldən çıxmış fayda kimi başa düşülür. Real zərər və əldən çıxmış fayda hissələri tam həcmdə mülki-hüququ məsuliyyət daşınılması prinsipində qeyd olunduğu kimi hüququ pozan tərəf (zərər vuran şəxs) zərərin bu iki hissəsini də qarşılamalıdır. Yalnız real zərərin qarşılanması daşıma münasibətlərində daşıyıcı yerinə yetirir. Daşıyıcı əldən çıxmış faydaya görə məsuliyyətli deyildir. Başqa sözlə, o, zərərin bu hissəsini qarşılamır. Deməli belə anlaşılır ki, daşıyıcı yük daşınması müqaviləsinə görə tam yox məhdud həcmdə mülki-hüquqi məsuliyyət daşıyır. Mülki Məcəllənin 859-cu maddəsinin 2-ci bəndinə əsasən sifariçiyə (müştəriyə) vurulmuş zərərin əvəzini nəqliyyat müəssisəsi (daşıyıcı) aşağıdakı kimi qarşılayır:


  • Çatdırılma məntəqəsində yük sayılarkən əksik çıxarsa yəni, çatışmarsa əksik çıxmış yükün dəyəri miqdarında;




  • Daşınma zamanı yük və ya baqaj itirilərsə, itirilmiş əşyanın dəyəri miqdarında;




  • Yük zədələndikdə onun dəyərinin azaldığı dəyəri miqdarında;

18


  • Xarab olmuş (zədələnmiş, dağılmış) yükü bərpa etmək mümkünsüz olduğu zaman onun tam dəyəri miqdarında vurulmuş zərərin əvəzini daşıyıcı qarşılayır (ödəyir).

Öhdəlik hüquqi müdafiə üsullarının vasitəçiliyi ilə nəqliyyat münasibətlərində yaranan hüquq pozuntuları bərpa olunur. Bu üsul ilə bilavasitə öhdəliklər və


həmçinin öhdəlik mülki-hüquq münasibətləri müdafiə edilir. Daşınma öhdəliyi çərçivəsində nəqliyyat müəssisəsinin və sifarişçinin mülki hüquqları pozula bilər. Məsələn, yükgöndərən daşınma haqqını ödəmir. Zərərin əvəzinin qarşılanması pulla (cərimə və.s.) və.s. kimi üsul və vasitələr ilə tətbiq olunur.
Bəzən daşınma münasibətlərində pozulmuş hüquqların operativ təsir üsulları ilə həll olunur. Bu vasitələrə mülki-hüquqda obyektiv sanksiyalar adlandırılır. Bunlar “hüquq qoruyucusu” kimi adlandırılır və tətbiq edilmə baxımından birtərəfli xarakterə malikdir. Bu sanksiyaların əsas funksiyası öhdəliklərin tam formada icra olunmasını təmin etməkdir.
Mülki hüquqların məhkəmə müdafiəsi prinsipi mülki-hüququn nəqliyyat hüququnda istifadə edilən prinsiplərdəndir. Mülki Məcəllənin 6-cı maddəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən bu prinsip normativ qaydada birbaşa mülki qanunvericilik hesab olunur.
Məhkəmə müdafiəsi prinsipində subyektlər məhkəməyə öz hüquqlarının və qanunla müdafiə olunan mənafelərinin istismar olunduğu, başqa sözlə pozulduğu hallarda müraciət edə bilərlər. Məhkəmələrdə öz növbəsində pozulmuş hüquqların bərpası və hüquqi pozuntuların aradan qaldırlması üçün öz səlahiyyətlərindən bu istiqamətdə istifadə edən orqandır.
Məhkəmə müdafiəsi prinsipinə əsasən, nəqliyyat münasibətlərində iştirak edən tərəf mülki-hüquqlarını müdafiə etməklə Azərbaycan Respublikasının şəhər (rayon) məhkəmələrinə, yerli məhkəmələrə, beynəlxalq müqavilələrdən irəli gələn münasibətlərə aydınlıq gətirmək adına iqtisad məhkəməsinə öz müraciətini edə bilər.
İddia daşınma münasibətlərindən asılı olaraq mülki-hüquqların məhkəmə yolu ilə müdafiəsinin təmin olunmasında istifadə edilən əsas vasitələrdəndir.

19
Hüquqdan sui-istifadəyə yol verilməməsi prinsipi mülki-hüququn nəqliyyat hüququnda istifadə edilən prinsiplərindən biri hesab olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, dispozitivlik metodu mülki-hüquqda hüquqi tənzimlənmənin əsas metodudur. Dispozitivlik metoduna görə melki hüququn subyektləri bu və ya digər davranış variantını seçməkdə sərbəstdirlər və həmçinin subyektlərinə öz hərəkətlərini istədikləri formada nizama salmaq imkanını verir. Amma bu o demək deyildir ki, bu sərhədsiz formada olmalıdır, burada müəyyən bir çərçivə daxilində subyektlər özlərinin istədiklərini etməkdə müstəqildirlər. Bu çərçivə və sərhədlər hüquqdan sui-istifadənin qadağan edilməsi prinsipinin mülki-hüququ özünün prinsipial əhəmiyyətinə malik olan mühüm qaydası ilə müəyyən edilir.


Hüquqdan sui-istifadəyə yol verilməməsi prinsipi daşınma münasibətlərində rolu və əhəmiyyəti böyükdür. Belə ki, hüquqdan sui-istifadəyə yol verilməməsi prinsipi daşıyıcı (nəqliyyat müəssisəsi) tərəfindən xüsusi xarakterli mülki hüquq pozuntusu olan hüquqdan sui-istifadəyə yol verilməsini istisna edir.
Nəqliyyat hüququnda hüquqdan sui-istifadəyə yol verilməsi hallarına yetərincə nümunə misallar göstərmək olar. Məsələn, nəqliyyat müəssisəsi sifarişçidən adi bazar qiyməti ilə müqayisədə beş dəfə çox daşınma haqqı alır. Digər bir nümunə, daşıyıcı marşrutdakı nəqliyyat vasitələrinin sayını azaltmaqla daşınma qiymətlərinin artmasına imkan (şərait) yaradır. Bu səbəbdən də mülki-hüquq nəqliyyat münasibətlərində iştirakçı olan tərəflərin öz hüquqlarından sui-istifadə edərək qeyri-leqal davranışlarının olmasını qadağan edir.

1.3. Nəqliyyat hüquq münasibətlərinin subyektləri və nəqliyyat


müəssisələri nəqliyyat hüququnun subyekti kimi statusu

Daşınma prosesini reallaşdırmaq üçün nəqliyyat vasitələrindən istifadə olunması üzrə xidməti müştərilərə nəqliyyat müəssisəsi təqdim edir. Bu xidmətlə əlaqədar ictimai münasibət hesab olunan nəqliyyat münasibətləri əmələ gəlir, hansı ki, bu münasibətlər nəqliyyat müəssisəsi ilə müştəri (sifarişçi) arasında olan ictimai

20
münasibətdir. Bu da öz növbəsində (nəqliyyat münasibətləri) nəqliyyat hüququnun pretmeti rolunda çıxış edir.
Nəqliyyat hüququnun subyektləri nəqliyyat-hüquq münasibətlərində iştirak edən tərəflərdir. Həmin bu nəqliyyat-hüquq subyektləri əhatə dairəsinin geniş olması ilə fərqləndirilir və əsasən, üç kateqoriyaya bölünürlər:


  • nəqliyyat müəssisəsi;




  • daşıyıcı;




  • müştəri (sifarişçi).

Nəqliyyat müəssisəsi anlayışının izahını verdikdə, qanunvericiliklə və öz təsis sənədlərinə bilavasitə uyğun formada fəaliyyətini həyata keçirdən yəni, yük, sərnişin,


baqaj, mal və material, poçt daşınmaları, texniki xidmət və təmir, nəqliyyat


vasitələrinin saxlanması, yükləmə-boşaltma

xidmətlərini

həyata keçirdən hüquqi

şəxs anlaşılır. Sırf nəqliyyat

təşkilatlarının

dəqiq

və müntəzəm vaxtında işləməsi,

sərnişin, yük və baqajların

müəyyən edilmiş

təyinat

məntəqəsinə çatdırılması

nəticəsində sənaye, ticarət ümumiyyətlə, maddi istehsalın hormonik fəaliyətini təmin


edir. Nəqliyyat müəssisələrinin fəaliyyət göstərməsinin nəticəsi olaraq ölkə iqtisadiyyatının müxtəlif sahələri arasında, həmçinin nəqliyyat ictimai istehsalının, bölgünün və mübadilənin bütün növlərini əhatə edən əlaqənin yaradılmasında əsas vasitə meydana gəlir.
Nəqliyyat müəssisələri özləri nəqliyyat vasitələrinin növlərindən asılı olaraq bir neçə yerə şaxələndirilir ki, bunlar da aşağıdakılardır:

  • Dəmir yol;




  • Hava;




  • Avtomobil ;




  • Dəniz ;




  • Daxili (su) çay vasitəsi ilə olan nəqliyyat müəssisələri və.s.

Bu nəqliyyat müəssisələrindan səmərəli istifadə olunması səbəbindən onlar yük vahidlərinin daşınmasında istifadə olunan nəqliyyat vasitələrinin növlərini müxtəlif əlamətlərə görə qruplaşdırılırlar:



  • Təyinatına görə;

21


  • Növlərinə görə;




  • Əhatə miqyasına görə və.s.

Nəqliyyat vasitlərinin növlərinə görə nəqliyyat aşağıdakılara bölünür:




  • Avtomobil;




  • Dəmir yolu;




  • Hava;




  • Su;




  • Dəniz;




  • Boru kəmər.

Qeyd edilən nəqliyyat növlərinin hər biri özünün yaranma tarixi ilə yanşı inkişaf tarixi, həmçinin tətbiq olunma ərazisi (miqyası) və.s. daşıması üzrə texnologiyaya sahibdirlər.


Avtomobil nəqliyyatı. Avtomobil nəqliyyatı bir sıra xüsusiyyətlərə malikdir. Bu nəqliyyat növü, hər şeydən əvvəl, yükün «qapıdan qapıya» prinsipi əsasında daşınmasını, yəni bilavasitə yükgöndərənin anbarından yükalanın anbarına çatdırılmasını təmin edir. Avtomobil nəqliyyatının yüksək sürətlə hərəkət etmək qabiliyyətinə malik olması yükün təyinat yerinə nisbətən tez çatdırılmasını təmin edir. Digər tərəfdən avtomobillər müxtəlif yollarla hərəkət etmək imkanına malik olan nəqliyyat vasitəsidir.
Avtomobil nəqliyyatı ölkədə daşınan yüklərin xeyli hissəsinin payını özündə cəmləşdirir. Avtomobil nəqliyyatı mobil nəqliyyat vasitəsi hesab olunur və əsas, ümumistifadədə olan magistral yolların mövcudluğundan asılı olmur. Beynəlxalq yük və sərnişin daşımalarında da öz növbəsində avtomobil nəqliyyatı əhəmiyyətli hesab olunur.
Avtomobil nəqliyyatı digər nəqliyyat növləri kimi özünəxas funksiyaları reallaşdırır. Bu funksiyalar aşağıdakı kimi səciyyələndirilir.


  • Hazır məhsulların, xammal və materialların, yarımfabrikat məhsullarının istehsalçıdan istehlakçıya çatdırılması, başqa sözlə sənaye və kənd təsərrüfatı məhsullarının mübadiləsinin heyata keçirilməsi;

22


  • Tikinti yüklərinin, mal və materiallarının, konstruksiya vasitələrinin daşınması və.s. başqa sözlə tikintilərin ehtiyac və tələbatının təmin olunması;




  • Ümumistifadədə olan nəqliyyat vasitəsi ilə yəni, avtobuslar, marşrut taksiləri

olmadan şəhər və şəhərlərarası sərnişin daşımalarının həyata keçirilməsi, başqa sözlə əhalinin avtomobil daşımalarına olan tələbatlarının qarşılanması;




  • Hərbi teknika vasitələrinin, hərbi hissə və birləşmələrin əmlakının, ərzaq məhsullarının, avdanlıq və qurğu vasitələrinin, hərbi geyim və ləvazimatlarının və.s. daşınması, başqa sözlə ölkənin müdafiə gücünün möhkəmləndirilməsinə köməklik göstərilməsi.

Daşınmaların həyata keçirilməsi bilavasitə avtomobil nəqliyyatı müəssisələri və təşkilatlarının əsas funksiyalarına daxildir. Nəqliyyat daşınmaları prosesində o, sifarişçilərlə əmlak münasibətlərinə girir. Belə ki, avtonəqliyyat təşkilatı (daşıyıcı) sifarişçilərə (müştəriyə) daşınma xidməti göstərir və bunun qarşılığında daşıma haqqı alır. Bunun da nəticəsində avtonəqliyyat şirkləti ilə müştəri arasında əmlak münasibətləri yaranır.


Avtomobil hüququnun predmetini daşınma prosesində avtonəqliyyat müəssisəsininin müştərisi və müştərilər arasında qarşılıqlı yaranan əmlak xarakterli daşıma münasibətləri ilə xarakterizə olunur. Daşınma müqavilələri avtomobil nəqliyyatının daşınma obyektinə əsasən 3 cür xarakterizə olunur:


  • Avtomobildə sərnişin daşınmasına görə;




  • Avtomobildə yük daşınmasına görə;




  • Avtomobildə baqaj daşınmasına görə.

Göstərilən müqavilələrə münasibətə görə avtomobil ilə yük daşınma müqaviləsi əhəmiyyətli rol oynayır. Avtonəqliyyat müəssisəsi daşınan yükü təyinat məntəqəsinə çatdırdığına görə yükgöndərəndən müəyyən olunmuş məbləğdə haqq alır. Avtomobillə yükdaşımalar müxtəlif cür səciyyələndirilir. Məsələn, ərazi əlamətinə əsasən, 2 növə ayrılır: Beynəlxalq yük daşınması və Daxili yükdaşınması.


Daxili yük daşınması. Müəyyən bir ölkənin ərazisində reallaşdırılan yük daşınmasıdır.

23
Beynəlxalq yük daşınması. Avtonəqliyyat vasitəsinin müəyyən bir dövlətin sərhədini keçib digər bir dövlətin nəqliyyat yolu ilə yük daşınması anlaşılır.


Beynəlxalq yük daşınması zamanı avtomobil nəqliyyatı və yük daşınmalarının rəsmiləşdirilməsi üçün müəyyən prinsiplərdən yararlanılır. Məsələn, avtomobil nəqliyyatı və yük daşınmaları zamanı avtonəqliyyat müəssisəsi tərəfindən gömrük orqanlarına qaimə təqdim olunur. Bu qaimələrdə aşağıdakılar öz əksini tapır:

  • Qaimələrin tərtib edilmə yeri və tarixi;




  • Mal göndərənin adı və ünvanı (rekvizitləri);




  • Daşıyıcının adı və ünvanı (rekvizitləri);




  • Yükün daşınma üçün qəbul olunduğu yer;




  • Təhvil verilmək üçün müəyyənləşdirilmiş yer;




  • Müştərinin adı və ünvanı;




  • Yükün qəbul olunmuş şərti işarəsi (kodu) və taralaşdırılma üsulu;




  • Təhlükəli yük isə onların istifadə olunan şərti işarəsi (kodu);




  • Markalanma işarələri və nömrələri;




  • Daşınan yükün brutto və ya başqa formada ifadə olunmuş kütləsi;




  • Həmçinin daşınma xərcləri göndərilməlidir.

Sərnişin daşınmasını həyata keçirən avtomobil nəqliyyatının müəssisəsisələrinə gömrük nəzarətini reallaşdırılarkən onları idarə edənlər gömrük orqanlarına daşınma üçün müəyyən olunmuş icazə sənədini təqdim etməlidirlər.


Dəmiryolu nəqliyyatı. Bu nəqliyyat növü iqtisadi-texniki baxımdan üstünlüyə malik olan nəqliyyat növüdür. Bu nəqliyyat növünün özünəxas formada üstünlükləri vardır ki, bu yüksək daşınma qabiliyyətinin olması, universallığı, coğrafi-iqlim şəraitindən digər nəqliyyat növləri kimi çox asılı olmaması və.s. amillər təşkil edir. Bu səbəbdən də, dəmiryolu nəqliyyatı həm daxili, həm də beynəlxalq nəqliyyat vasitəsinə tələbatlar daima yüksək olur. Bu nəqliyyat, ümumiyyətlə, istənilən hər bir ölkənin yük dövriyyəsinin xeyli hissəsini təmin etməkdə başlıca yer tutur. Dəmiryolu nəqliyyat vasitəsi həmçinin yük daşınma ilə paralel sərnişin daşınmalarının da həyata keçirilməsində rolu böyükdür. Bu nəqliyyatın digər nəqliyyat növləri kimi əsas missiyası yüklərin, sərnişinlərin və baqajların təyinat məntəqəsinə çatdırılmasıdır.

24
Dəmiryolu hüquq – daşınma prosesini reallaşdırmaq məqsədi ilə dəmiryolu nəqliyyatı vasitələrindən yararlanmaqla nəqliyyat xidmətinin göstərilməsi ilə əlaqədar olaraq dəmiryol nəqliyyat müəssisəi ilə müştərilər (sifarişçilər) arasında yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının sistemləşdirilməsi anlaşılır.

Dəmiryol nəqliyyatı ilə yük və sərnişin daşınmalarına nəzarət, həmçinin
rəsmiləşdirmə əməliyyatları üzrə normalar beynəlxalq daşınma vaxtı nəzərə alınır,
bununla yanaşı tərəflər arasında məlumatların dəqiqliyinə nail olunmaq üçün
bəyannamələrin təqdim olunması tələb olunur.
Rəsmiləşdirməni reallaşdırmaq üçün sərhəddən keçirilən mal və nəqliyyat
vasitələrinin aşağıdakı formalarda nəzarəti təşkil olunur:


  1. Mal və nəqliyyat vasitələrinə gömrük baxışı formasında;




  1. Mal və nəqliyyat vasitələrinin sənədlərinin yoxlanılaması kimi;




  1. Mal və nəqliyyat vasitələrinin müayinəsi formasında.

Dəmiryolu daşınmaları daşınmanın obyektinə əsasən üç növə ayrılır:




  1. Dəmiryolu ilə yüklərin daşınması;




  1. Dəmiryolu vasitəsilə sərnişinlərin daşınması;




  1. Dəmiryolu ilə baqajların təyinat məntəqəsinə çatdırılması.

Dəmiryolu ilə yük daşınması müqaviləsinə, əsasən yükgöndərən tərəfindən dəmiryoluna tapşırılmış yükü çatdırılmalı olduğu təyinat nöqtəsinə və onu qəbul etməyə səlahiyyəti çatan yükalana verməyi, yükgöndərən isə yükün daşınması qarşılığında müəyyən edilmiş məbləğdə haqq ödəməyi öhdəsinə götürür. Yük daşınma müqaviləsi əvəzli və ikitərəfli müqavilə hesab olunur. Yük daşınma müqaviləsinin subyekt tərkibi daşıyıcıdan və yükgöndərən tərəfdən ibarətdir. Bu hər iki tərəfə də müqavilənin tərəfləri deyilir. Daşıyıcı kimi burada dəmiryolu şirkəti çıxış edir və bu müəssisisə dövlət müəssisəsi hesab olunur.


Sərnişin daşınma müqaviləsinə əsasən, dəmiryolu nəqliyyat müəssisəsi sərnişini təyinat nöqtəsinə çatdırmağı, bunun qarşılığında da sərnişin isə müəyyən olunmuş tarif üzrə daşınma xərcini qarşılamağı öhdəsinə götürür. Burada sərnişinin öhdəsinə götürdüyü əsas hüquqlardan birincisi özü ilə baqaj apara bilmək hüququdur. Bu hüququnu reallaşdıra bilmək üçün sərnişin dəmiryolu ilə ayrıca müqavilə

25
imzalayır. Bu müqavilə də dəmiryolu ilə baqaj daşınması müqaviləsi adlandırılır. Bu müqavilə sərnişin daşınması müqaviləsinə əlavə olaraq sövdələşdirilir. Bu səbəbdən də bu müqaviləni əlavə (törəmə) müqavilə adlandırırlar.


Hava nəqliyyatı. Bu nəqliyyat hava vasitəsi ilə yük, sərnişin və baqaj daşımalarını reallaşdırır. Bu nəqliyyat vasitələrində gömrük nəzarəti və onların rəsmiləşdirilməsi prosesi Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiası ilə 1944-cü ildə reqalamnetləşdirilmişdir. Bu konvensiya vasitəsi ilə hava nəqliyyatı müəssisələrində nəzərdə tutulan vəsiqə və digər sənədlərin yoxlanılması həyata keçirilə bilər. Çikaqo konvensiyasının 29-cu maddəsində qeyd edilir ki, bu sənədlərə aşağıdakılar daxildir.

  • Ekipajın hər bir üzvünə şəhadətnamə;




  • Göndərilmiş və təyinat nöqtəsi göstərilməklə bütün sərnişinlərin ad və soyadlarının siyahısı;

  • Yükə aid olan manifest və ətraflı yazılmış bəyannamə;




  • Bor radiostansiyası siyahısı üçün nəzrdə tutulmuş icazə sənədi.

Qeyd olunanlardan əlavə, Konvensiyaya görə hava nəqliyyatı vasitələrinə gömrük nəzarətinin daha geniş beynəlxalq-hüquqi reqlamentasiyasını aid edir.


Çikaqo Konvensiyasında həmçinin qeyd olunur ki, müqaviləyə əsasən hər iki tərəf elə şərait yaratmalıdırlar ki, rəsmiləşdirmə prosedurları hava nəqliyyatına aid edilən sürət üstünlüyünə ziyan gətirməsin.
Su (çay) nəqliyyatı. Bu nəqliyyat növü əhəmiyyətli nəqliyyat növlərindən hesab olunur. Çünki, bu nəqliyyat sahəsi ölkə iqtisadiyyatının daxili su (çay) yükdaşımalarında və həmçinin digər nəqliyyat sahələri ilə birlikdə sənaye və kənd təsərrüfatının mal və məhsullarının istehsal və mübadiləsinin təmin olunmasında əhəmiyyətli mövqe tutur.
Digər nəqliyyat növlərində olduğu kimi bu nəqliyyat sahəsinində özünəxas üstünlükləri vardır. Bunları aşağıdakı kimi səciyyələndirmək olar:


  • Daşınma vasitələrinin yükgötürmə qabiliyyətində məhdudiyyətlərin mövcud olmaması;

  • Təbii su yollarının (mənbələrinin) olması;

26


  • Az enerji işlədilməsi, sərf olunması və.s. Məhdud xüsusuiyyətlərinə gəldikdə isə,

  • Bu nəqliyyat sahəsinin fəaliyyətinin mövsumi olması;




  • Su (çay) istiqamətlərinin əyriliyi, maneələrin mövcudluğu;




  • Suyun (çayın) dərinliyinin tələb olunan səviyyədə olmasının təminatı

məsələləri və.s.


Su nəqliyyatının hüququna gəldikdə isə, daşınmaların reallaşdırılması zamanı su (çay) nəqliyyatı xidmətindən yararlanan daşıyıcı (nəqliyyat təşkilatı) və müştəri ictimai münasibətlərinin tənzim olunmasının hüquqi normalarının məcmusu başa düşülür. Daşınma (nəqliyyat) sənədləri ilə daxili su (çay) yolu ilə yükdaşınılması müqaviləsi rəsmiləşdirilir. Bu müqavilə, tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, tərəflərin qarşılıqlı tələblərinin əsaslandırılmış formada öz əksini müqavilədə tapması üçün bu rəsmiləşdirilmiş sənəd hüquqi əhəmiyyət daşıyır. Müqavilənin də rəsmiləşdirilməsini qaimə vasitəsilə təsdiq edirlər. Daxili su nəqliyyatında bilet müqavilə sənədindən istifadə olunur ki, bu da sərnişin daşıması müqaviləsinin gedişində istifadə olunur və rəsmiləşdirilmiş sənəd sayılır. Bu bilet sərnişin daşıma müqaviləsində göstərilən şərtləri sadə yazılı formada özündə cəmləşdirir.
Dəniz nəqliyyat növü. Dəniz nəqliyyatı vasitəsilə reallaşdırılan xidmətlər ictimai münasibətlər formalaşdırır və bu ictimai münasibətlər mülki hüquq normaları vasitəsilə tənzim olunur. Nəticədə həmin mülki hüquq normaları vasitəsilə dəniz hüququ yaranır.
Dəniz hüququnun mənbələrindən hesab olunan beynəlxalq hüquq aktları dəniz nəqliyyat hüququnda əhəmiyyətli mövqedən çıxış edirlər. Beynəlxalq hüquq aktları konvensiyalar vasitəsilə reallaşdırılır ki, bunlar da aşağıdakılardır:


  • 1924-cü ildə qüvvəyə minmiş «Konosamentə aid bəzi qaydaların unifikasiyası» Brüssel Konvensiyasıdır;




  • 1968-ci ildə Brüssel Protokolu, hansı ki, bu Protokol vasitəsi ilə 1924-cü ildə qəbul edilmiş «Konosamentə aid bəzi qaydaların unifikasiyası üçün» Brüssel Konvensiyasına dəyişiklik edildi;

27


  • 1974-cü ildə qüvvəyə minmiş «Xətti konfransların keçirilməsi Məcəlləsi haqqında»;




  • 1978-ci ildə qəbul edilmiş və 1992-ci ildə qüvvəyə minmiş. «Dənizlə yük daşınması haqqında» BMT Konvensiyası.

Dəniz nəqliyyat vasitələri ilə daşınmalar konosament və çarter üzrə reallaşdırıla bilər. Konosament üzrə olan daşınmalarda həcmi böyük olmayan yüklər daşınılır. Çarter əsasında isə iri partiyalarla yüklərin daşınması həyata keçirilir.


Dəniz nəqliyyat vasitəsilə daşınmaların bir neçə növü fərqləndirilir. Bunlar aşağıdakılardır:


  • Kiçik kabotajda daşınmalar - müəyyən ölkələrin eyni bir dəniz limanları arasında reallaşdırılan daşınma;




  • Böyük kobatajda daşınmalar - müxtəlif dəniz limanları əsas götürülür (ölkələr arası);




  • və Beynəlxalq daşınmalar - iki və daha artıq limanlar arası daşınmalardır. Boru kəmər nəqliyyatı hüququnun pretmetini magistral boru kəmərlərinin

təhlükəsizliyi, etibarlı formada istifadə olunmaq şərti ilə layihəyə alınması, istifadə olunması, rekonstruksiya olunması və ya ləğv etdirilməsi ilə əlaqədar yaranan əmlak və qeyri əmlak münasibətləri ifadə olunur. Adətən, buraya aşağıdakı münasibətləri əlavə edirlər:




  • Boru kəməri ilə daşınmalar zamanı yaranan istehsal və kommersiya fəaliyyətinə dövlət müdaxiləsinin olması;

  • Boru kəmərlərinin təhlukəsiz və ekoloji cəhətdən təmiz olması və.s.

Boru kəməri nəqliyyatı hüququnu 3 aspekt üzrə öyrənmək mümkündür. Bunlar aşağıdakılardır:




  • tədris fənni kimi araşdırıldıqda özündə boru kəməri haqqında bilikləri göstərən bir hüquq sahəsini, həmçinin boru kəmər nəqliyyatının təşkilati və texniki xüsusiyyətlərini;




  • elm sahəsi kimi araşdırıldıqda boru kəməri haqqında biliklərin məcmusunu;




  • qanunvericilik sahəsi kimi isə boru kəməri hüququnun tənzimlənilməsi üçün istifadə edilən hüquq mənbələrini özündə əks etdirir.

28
FƏSİL II. AZƏRBAYCAN RESPUBLİKASINDA REALLAŞDIRILAN NƏQLİYYAT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ VƏ NƏQLIYYAT KOMPLEKSİNİN MÜASIR VƏZIYYƏTİNİN İQTİSADİ TƏHLİLİ

2.1 Azərbaycan Respublikasında nəqliyyat sektorunun


sahə strukturunun təhlili

Hər bir ölkə daxilində mövcud olan nəqliyyat sahələrinin qarşılıqlı fəaliyyət göstərməsi nəqliyyat sektoru adlandırılır. Dünya ölkələrinin qarşılarında duran əsas məslələrdən biri də nəqliyyat sektorunun inkişaf etdirilməsi məsələsidir. Nəqliyyat sektorunun inkişafı hər bir ölkə üçün iqtisadi sistemlərinin inkişaflarına müsbət təsir etməklə bərabər, yerüstü və yeraltı təbii ehtiyatlarının səmərəli istifadəsinə və istehsal dövriyyələrinə cəlb olunması deməkdir.


Respublikamızda mövcud olan nəqliyyat sektoru sahələrindən biri dəmir yolu
nəqliyyatıdır ki, bu da Azərbaycan Dövlət Dəmir Yolu adında fəaliyyətini
reallaşdırır və struktur vahidi kimi dəmir yolunun tərkib elementlərindən biri kimi çıxış edir. Azərbaycan Dövlət Dəmir Yolu təsərrüfat hesablı sturuktur hesab olunmaqla yanaşı, baqaj, yük və sərnişin daşınması xidmətlərini reallaşdırır.
Azərbaycan Dövlət Dəmir Yolu təşkilatının əmlakı dövlət əmlakı hesab olunmaqla yanaşı, həm də tam təsərrüfatçılıq səlahiyyətli olan məhdud əşya hüququ əsasında ona aiddir. Buna əsasən də, əmlak üzərində əhaya keçirilən əməliyyatlar qanunvericiliklə müəyyən olunmuş qayda və hüdudlarda sahiblik, əmlakdan istifadə olunma və ona uyğun olaraq sərəncam vermək səlahiyyət və hüquqlarına malikdir.
Respublikamızda mövcud olan nəqliyyat sektorunun sahə strukturlarından biri də hava nəqliyyatıdır. Bu da öz növbəsində hava yolu ilə yük və sərnişinlərin daşınması, baqajlaın daşınması kimi fəaliyyətləri həyata keçirir. Respublikamızda bu sektor sahəsi üzrə fəaliyyəti “Azərbaycan Hava Yolları” Dövlət Konserninə (AZAL) aiddir. AZAL 1992, 7 aprel tarixində SSRİ Mülki Aviasiya “Azərbaycan Aviasiyası” Konserninin bazası əsasında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmışdır. Buna əlavə olaraq 2008, aprel tarixindən Qapalı Səhmdar Cəmiyyətinə

29
çevrilmişdir və qəbul olunan Nizamnamə əsasında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti fəaliyyətini reallaşdırır.


Hava nəqliyyatıının daşınmasında daşımalar üzrə tariflər qanunvericilik ilə tənzim edilir və bu tariflərin tətbiq edilmə qayda və nizamlarına uyğun formada təsdiqlənir. “AZAL” da sərnişin, yük, baqaj və poçt hava daşınmaları güzəştli biletlərin verilməsi qaydaları da həmçinin qanunvericilik bazası əsasında müəyyən edilmiş tariflər ilə tənzim edilir. Nəticə olaraq vahid qiymət sistemi və müəyyən olunmuş tarif siyasəti həyata keçirilir.
Respublikamazıda avtonəqliyyat sahəsinin idarəedilməsi funksiyası Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyindədir. Burada əsas prioritet məqsəd avtonəqliyyat sahəsi üzrə fəaliyyət göstərən müəssisələrin iqtisadi hüquqi tənzim edilməsi haqqında qanunvericiliyi təkmilləşdirməkdən və dünya təcrübəsindən yararlanmaqdan ibarətdir. Bu səbəbdən də bu istiqamətdə mütəmadi olaraq təkliflər planı hazırlanıb, həyata keçirilir.
Nəqliyyat sektorunun digər bir sahə strukturu isə dəniz nəqliyyatıdır ki, bu da respublikamızda Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi olan dövlət təşkilatıdır. Bu təşkilat ticarət dənizçiliyi üzrə beynəlxalq konvensiyalar, ən əsası da Xəzər Dəniz Gəmiçiliyi Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi ilə müvafiq Nizamnamə əsasında fəaliyyətini reallaşdırır. Bu təşkilat Nazirlər Kabinetinə tabe olmaqla hüquqi şəxs hesab olunur.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı dəniz nəqliyyatı üzrə fəaliyyətini həyata keçirən müəssissələr arasında mühüm yeri olmaqla yanaşı həm də Nazirlər Kabinetinə tabe olan hüquqi şəxs hesab olunur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı mövcud Ticarət Gəmiçiliyi üzrə Məcəlləyə və ticarət dənizçiliyi üzrə beynəlxalq konvensiyalara, habelə müvafiq Nizamnaməyə əsasən fəaliyyətini həyata keçirir.
Bu nəqliyyat vasitəsinin əsas üstünlüklərindən olan məhsula, xidmətə və əməyə olan ictimai ehtiyacların qarşılanmasındakı roludur. Bu sadalananları realizə etmək üçün qarşıya qoyulmuş digər vəzifələr vardır ki, bunlar da aşağıdakılardır:

30



  • Yük və baqajları digər nəqliyyat vasitələrindən dəniz nəqliyyatlarına yüklənməsi və ya boşaldıması;




  • Dəniz gəmilərinin yüklənməsi və boşaldılması, bu istqamətdə xidmətlərin göstərilməsi;




  • Gəmilərin üzməsinin liman akotariyasında təhlükəsizliyinin təmin olunması;




  • Gəmilər vasitəsi ilə xarici yük və kabotajların,poçt və sərnişin daşınılmasını həyata keçirtmək;




  • Tarif Şurasında təsdiq olunmuş tariflərə əsasən həyata keçirilən işlər və göstərilən xidmətlərin qarşılığında müqavilələrdə göstərildiyi kimi hesablama əməliyyatlarını etmək;

  • Gəmilərin limana daxil olma və limandan yola çıxma üzrə cədvəl və

qrafiklərinin tərtib edilməsi və.s. daxildir.


Dəniz hüququnun prioritet növü dəniz qanunvericiliyi hesab olunur və buraya (qanunvericiliyə) aşağıdakılar daxildir:


  • Respublikamızda mövcud normativ hüquqi qanunvericilik aktları, qanunlar;




  • və qanun qüvvəli aktlarımız.

Ticarət gəmiçiliyindən irəli gələn əmlak (yəni, mülki) münasibətlərin nizama salınması üçün Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsi əsas normativ hüququi akt hesab olunur, hansı ki, bu hüquqi akt öz növbəsində dəniz hüququnun mənbələri içərisində xüsusi yeri vardır. Bu akt vasitəsi ilə dəniz nəqliyyatından yararlanan dəniz nəqliyyat müəssisəsi və müştəriləri arasında qarşılıqlı münasibətlərin tənzim edilməsində əsas akt hesab olunur. Əvvəllər dəniz nəqliyyatı ilə müştərilər arasında yaranan münasibətlər 1968-ci ildən bəri SSRİ Ticarət Gəmiçiliyi barədəolan Məcəllə ilə tənzim edilirdi, lakin daha sonralar Respublikamızda 2001-ci il iyunun 22-sindən Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi yeniləndi.


Dəniz limanlarına gəldikdə isə, dəniz limanları da hüquqi şəxs statusuna malik kommersiya təşkilatı hesab edilir və öz növbəsində bir neçə nəqliyyat əməliyyatlarını həyata keçirir. Nəqliyyat əməliyyatlarının əhatə etdikləri sahə genişdir, buraya limana daxil olan yüklərin gəmilərdən boşaldılması və ya yüklənməsi xidmələri, yük və

31
baqajların anbarlara göndərilməsi, yedək əməliyyatlarının təşkili, nəqliyyat-ekspeditor xidmətlərinin həyata keçirilməsi, dəniz nəqliyyatından istifadə edən sərnişinlərə xidmətlərin göstərilməsi və.s. aiddir.


Hava nəqliyyatının inkişaf etməsində hər bir ölkənin yerləşdiyi coğrafi məkan önəmlidir, respubikamızda əlverişli coğrafi məkanda yerləşməsi hava nəqliyyatının da inkişafı üçün əhəmiyyətli hesab olunan faktorlardandır. Respublikamızda ilk uçuş hərbi xarekterli olmuşdur (1918-ci il). Hava nəqliyyatımızın inkişaf dövrü respublika “Zaqafqaziya” aksionerinin yaranmasından sonra başlamışdır. İlk dəfə Bakı-Tibilisi məntəqələri arasında poçt və sərnişin daşınması reallaşdırılmışdır, bu da 1924-cü il 8 yanvar tarixinə təsaduf edib. Paytaxtımızda ilk yeni hava limanı 1931-ci ildə tikintisi reallaşdırılmışdır, 1933-cü ildə isə 2-ci hərbi xarakterli hava limanının Yevlaxda tikintisi başa çatdırılmışdır.
Müştərilər nəqliyyat hüquq münasibətlərinin əsas iştirakçılarından hesab olunurlar. Nəqliyyat hüquq münasibətlərinin əmələ gəlməsi üçün müştərilərin, iştirakçıların olması təbii ki, əhəmiyyətlidir, çünki müştərilər nəqliyyat hüquq münasibətlərini formalaşdırırlar. Hər iki subyektin olması nəqliyyat hüquq münasibətlərinin ümumi şərtlərini formalaşdırır və onlarsız bu şərtər nə formalaşa, nədəki müasir tələblərə cavab verib inkişaf etdirilə bilməz.
Nəqliyyatdan istifadə edən (müqaviləyə uyğun olaraq) hüquqi və ya fiziki şəxs statuslu insanlar, bunlar yükalan, yükgöndərən, sərnişin və ya icarədar ola bilər, bu insanlar müştəri hesab olunur. Nəqliyyat müəssisəsi və daşıyıcı arasında nəqliyyat hüququnun nizamasalma predmetini təşkil edən ictimai münasibətlər əmələ gəlir. Nəticədə, nəqliyyat vasitəsi ilə daşınma əməliyyatının reallaşdırılması üçün nəqliyyat vasitəsindən istifadə qarşılığında xidmət göstərilməsi ilə bağlı olaraq daşıyıcı (nəqliyyat müəssisəsi) və müştəri arasında qarşılıqlı nəqliyyat hüquq münasibətləri formalaşır, meydana gəlir. Müştəri yük sahibidir, sərnişindir, yükalandır, yük göndərəndir və.s.dir. Fiziki şəxs də ola bilər, hüquqi şəxs də ola bilər, belə ki, müştərinin və nəqliyyat müəssisəsinin nəqliyyat hüquq menasibətləri müqavilə əsasında tənzim edilir, müştərinin fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq nəqliyyat hüquq münasibəti yaranmışdırsa bu tənzim edilməlidir.

32
Bakı Metropoliteni nəqliyyat hüquq münasibətlərinin subyektlərindən biri hesab edilir. Bakı Metropoliteni Respublikamızda 6 avqust, 1966-cı ildə SSRi Nazirlər Sovetinin 444 nömrəli qərarına əsasən sərnişinlərin qısa zaman kəsiyində və rahat mənzil başına daşınması məqsədi üçün yaradılmışdır. Bakı Metropoliteni dövlət müəsissisəsi olmaqla yanaşı həm də hüquqi şəxs statusludur və öz fəaliyytini həyata keçirərkən Nazirlər Kabinetinin qərarlarına əsasən reallaşdırır. Bu nizamlanma da müvafiq Nizamnamə ilə tənzim edilir.


Daha çox sərnişinlərə xidmət göstərilməsi və metropoitenin buraxılış qabiliyyətinin yüksəldilməsi Bakı Metropoliteninin əsas prioritetlərindəndir. Bu səbəbdən də bu istiqamət üzrə strateji (perspektivli) planlaşdırma həyata keçirilir.
Bakı Metropoliteni əmlak üzərində məhdud əşya hüququna malikdir, çünki, metropolitenin əmlakı dövlət mülkiyyətlidir və bu səbəbdən metropoliten əmlak üzərində mülkiyyət hüquqlu deyil.
Nəqliyyat maddi istehsalı əsas hissəsi olmasına baxmayaraq yeni maddi əşya (nemət) istehsalını reallaşdırmır. Bu səbəbdən də cəmiyyətdəki əmlak kütləsi nəqliyyatın fəaliyyəti nəticəsində artımı olmur. Nəqliyyat fəaliyyətinin əsas məhsulu sərnişinlərin, yük və baqajın ərazi baxımından yerdəyişməsi üzrə olan fəaliyyətindən ibarətdir. Bu fəaliyyət isə daşıyıcı tərəfindən reallaşdırılır.
Daşıyıcıların göstərdikləri xidmətlər onarın əmtəələri hesab olunur. Əmtəə də bildiyimiz kimi həm mübadilə, həm də istehlak dəyərlidir. Bu səbəbdən də daşınma xidmətindən istifadə edən müştəri xidmət haqqı ödəyir (daşıma xidməti). Müştəri daşınma xidmətindən istifadə etməklə istehlakını reallaşdırır. Buradan da belə nəticəyə gəlinir ki, iqtisadi (əmlak) dövriyyə əlaqələrinin, əmtəə-pul iqtisadi münasibətlərinin iştirakçısı kimi daşıyıcı iştirak edir.
Ödənişli formada və ya muzdla sərnişinlərin daşınması, həmçinin yük və baqajların daşınması və.s. üzrə həyata keçirilən xidmətlər, icarə hüququ, mülkiyyət hüququ və yaxud digər bir qanunu əsaslar ilə nəqliyyat vasitələrinə sahib olan hüquqi və yaxud fiziki şəxs daşıyıcı adlandırılır.
Respublika hökumətinin qərarları ilə daşınma fəaliyyətinin lisenziyalaşdırıl-ması müəyyənləşdirilir. Nəqliyyat növlərinə əsasən (dəmir yolu nəqliyyatından

33
başqa) onlara uyğun qaydalar müəyyən edilir və bu qaydalar da lisenziyalaşdırma münasibətlərinin tənzim edilməsində əhəmiyyətli hesab olunur. Dəmir yolu nəqliyyat vasitələrində lisenziyalaşdırma tətbiq edilmir, çünki dəmir yolu nəqliyyat müəssisisələrinin mövcud olan hüquqi statusları digər nəqliyyat müəssisələrinin hüquqi statuslarından fərqlənir. Dəmir yolu nəqliyyat müəssisələri nəqliyyatın


texnoloji xarakteristikasına, dövlət əhəmiyyəti kəsb etməsinə əsasən mərkəzləşdirilmiş idarəçiliklə idarə olunması tələb edilir. Azərbaycan Dövlət Dəmir Yolu qanunvericiliklə müəyyən olunub ki, əmlakı dövlət əmlakıdır və dövlətin tabeliyindədir. Dəmir yolu nəqliyyatı təşkilatları, həmçinin daşınma prosesini reallaşdıran və qəza bərpa etmə proseslərini reallaşdıran dəmir yolları habelə dəmir yolu nəqliyyat müəssisələrinin obyektləri və əmlakları özəlləşdirməyə aid olunmurlar. Bu səbəbdən də daşınma fəaliyyəti dəmir yolu nəqliyyat müəssisələrində lisenziyalaşdırma olmur.

2.2. Azərbaycan Respublikasında nəqliyyat sektorunun fəaliyyətinin


müasir vəziyyətinin kompleks iqtisadi təhlili

Nəqliyyat sahəsi ölkə iqtisadiyyatı üçün əhəmiyyətli rol oynamasını əhalinin həyat fəaliyyətinin dinamikliyinin yüksəldilməsi və iqtisadi sahələrdə müdafiənin gücləndirilməsində oynadığı rolu ilə ifadə edilir.


Bildiyimiz kimi, Ümumi Daxili Məhsulun hesablanması zamanı ona bir neçə əsas iqtisadi göstəricilər əlavə edilir ki, bunlara da əlavə dəyər vergisi, xalis mənfəət, ümumi mənfəət, orta aylıq əmək haqqı, işçilərin sayı, əsas kapitala investisiyalar, əsas fondlar nəzərə alınaraq hesablanılır. ÜDM-də nəqliyyat xidmətlərinin ilbəil yüksəlməsinə əsas təkan verən qüvvə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin yaradılması olmuşdur ki, burada da əsas məsələ əsaslı islahatların həyata keçirilməsidir. Əsaslı islahatların nəticəsi olaraq 2008-2015-ci illər üzrə nəqliyyat üzrə əsas makroiqtisadi göstəricilərdəki artmanı göstərmək olar:

34
Cədvəl. 2.1.


Nəqliyyat üzrə əsas makroiqtisadi göstəricilər





Əsas makroiqtisadi göstəricilər




2008







2010










2012







2014







2015











































(mln.manat).



































































































































































Ümumi mənfəət (cari qiymətlər ilə)




1659,0







1961,0










156







963,0







2001,0










































































































Əlavə dəyər (cari qiymətlər ilə)

2060,0




2369,0







2694,0




2656,0




2932,0





























































Orta aylıq nominal əmək haqqı (manat)




314,0







395,0










512,0







530,0







576,0

















































Xalis mənfəət (cari qiymərlər ilə)

1270,0




1576,0







1724,0




1386,0




1407,0
































































Əsas fondlar

(ilin sonuna)




4204,0







5700,0










8156,0







9124,0







9939,0




















































Əsas kapitala

investisiyalar

1992,0




2435,0







2610,0




2432,0




2195,0
































































Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin